www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Türk dünyasında roman janrının meydana çıxması, təşəkkülü və inkişaf mərhələləri 23 türk ədəbi-mədəni arealı üzrə üzrə 100-ə yaxın roman nümunəsi əsasında araşdırılıb.
Tədqiqatda Azərbaycan, Türkiyə, Türkmənistan, Qaqauz, Axıska, İraq və Suriyada yaşayan türkmanlar, Şimali Kipr, Balkan türkləri (Bolqarıstan, Şimali Makedoniya və Kosovo), Özbəkistan, Uyğur, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar, Krım, Çuvaş, Saxa və Tuva ədəbi mühitlərində roman yaradıcılığının formalaşması və inkişaf xüsusiyyətləri təhlil edilib.
Beş fəsildən ibarət tədqiqatda Türk dünyasının roman ənənəsi Oğuz, Karluk, Qıpçaq, Çuvaş və Sibir türklərinin ədəbi irsi kontekstində sistemləşdirilib. Müəllif ayrı-ayrı türk xalqlarının roman yaradıcılığını tarixi-tipoloji yanaşma əsasında araşdıraraq janrın milli ədəbiyyatlarda formalaşma yollarını və özünəməxsus inkişaf istiqamətlərini müəyyənləşdirib.
Monoqrafiyanın Oğuz türklərinin roman ənənəsinə həsr olunmuş fəslində Azərbaycan romanının yaranması və inkişaf mərhələləri, Türkiyə romanında narrativ strukturun təşəkkülü, Türkmən romanında sosial motivlər və tarixi qəhrəman problemi araşdırılıb. Bununla yanaşı, Qaqauz romanında etnogenez, Axıska türklərinin romanında sürgün mövzusu, İraq və Suriya türkmanlarının roman yaradıcılığında milli kimlik, Şimali Kipr və Balkan türklərinin romanlarında tarixi proseslərin bədii inikası təhlilə cəlb edilib.
Karluk türklərinin roman ənənəsinə həsr olunan fəsildə özbək romançılığında milli ideya və tarixilik, uyğur romanlarında tarixi xronika və milli təfəkkür məsələləri nəzərdən keçirilib. Qıpçaq türklərinin roman yaradıcılığı isə mifoloji təmayüllər, üslubi transformasiyalar, repressiya, milli özünüdərk, tarixi-sosial problemlər və estetik axtarışlar baxımından araşdırılıb. Fəsildə Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar və Krım türklərinin roman ənənələri təhlil edilib.
Tədqiqatın son fəslində Çuvaş və Sibir türklərinin roman yaradıcılığına diqqət yetirilib. Aleksandr Artemyevin “Salambi”, Nikolay Yakutskayın “Cüzzam və eşq” və Kızıl Enik Kudajının “Tənha bucaq” romanları əsasında bu ədəbi mühitlərdə etnomədəni kontekst, yazılı ədəbiyyatın təşəkkülü, məhəbbət mövzusunun ontoloji semantikası və Tuva nəsrinin ümumtürk ədəbi məkanındakı yeri araşdırılıb.
Monoqrafiya Türk dünyasının müxtəlif ədəbi mühitlərində roman janrının təşəkkülü və inkişafını vahid tədqiqat çərçivəsində araşdıran, milli roman ənənələrinin tarixi-tipoloji xüsusiyyətlərini sistemli şəkildə təhlil edən elmi əsərdir. Tədqiqat Türk xalqları ədəbiyyatının tarixi, roman nəzəriyyəsi və müqayisəli ədəbiyyatşünaslıq sahələrində aparılan araşdırmalar üçün elmi mənbə kimi əhəmiyyət daşıyır.

“Yazarlar” olaraq, Mehman Həsənlini əbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

ƏDƏBİ TƏNQİDİN MÜZAKİRƏSİ

ƏDƏBİ TƏNQİDİN MÜZAKİRƏSİ

28 oktyabr 2026-cı il tarixdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsində ““Xəzan” jurnalı və onun perspektivləri” mövzusunda müzakirə keçirilmişdir. Müzakirədə ədəbi tənqid şöbəsinin müdiri və əməkdaşları, eyni zamanda “Xəzan” jurnalının baş redaktoru və redaksiya heyətinin üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli Azərbaycan ədəbiyyatında jurnalçılıq tarixindən danışmış, diqqəti on birinci ildir ki, davamlı nəşr olunan “Xəzan” jurnalına yönəltmişdir.
“Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəri jurnalın yaranma zərurəti, nəşri, ölkənin bölgələrinə yayılması, xarici ölkələrdə yaşayan azərbaycanlı qələm adamları ilə əlaqə və s. barədə geniş məruzə etmişdir. Məruzənin sonunda ədəbi tənqid şöbəsi əməkdaşlarının suallarını cavablandırmışdır.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Əzizağa Elsevər ““Xəzan” jurnalında nəsr əsərləri”, jurnalın redaksiya heyətinin üzvü Zeynəb Cəmaləddin ““Xəzan” jurnalında poeziya və tərcümə”, “Göyçay” qəzetinin baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Adil Məmməd “Bölgələrdə yaşayan şair və yazıçıların əsərləri “Xəzan” jurnalında” və “Yazarlar” jurnalının baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Zaur Ustac “İnternet resursları üzərindən “Xəzan” jurnalının yayılması və ədəbi əlaqələrin qurulması” mövzularında çıxışlar etdilər.
Eyni zamanda AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutu ədəbi tənqid şöbəsinin əməkdaşları Qürbət Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova və Əsmər Hüseynova çıxış edərək jurnalın nəşrinin daha da təkmil formada davam etdirilməsi üçün iradlarını bildirdilər, təkliflərini söylədilər.
Jurnalın baş redaktoru Əli bəy Azəri iştirakçılara təşəkkürünü bildirdi, iradların qəbul edildiyini söylədi, təklifləri həyata keçirməyə çalışacağını dedi.
Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli tövsiyyələrini söyləyib müzakirəyə yekun vurdu.

Tədbirdən fotolar:

28 oktyabr 2026, Bakı şəhəri

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Bütün dillərdə olan bir mübarək söz…

Bütün dillərdə olan bir mübarək söz…

Uca Yaradanın türk dillərindəki Tanrı adı iki fərqli sözün birləşməsindən yaranıb: “tan” (dan) və “yer” (yeri).

Əvvəlcə Azərbaycan dilindəki “tanı” və “tanımaq” feillərinin kökü olan tan (dan) sözünün müxtəlif dillərdəki paralellərinə nəzər salaq:

  • qədim Çin dilində “tyan” – göy, səma;
  • qədim fars dilində “daena” – din, iman;
  • latış dilində “diena” – gün;
  • orta fars dilində “den” – din, iman.
  • rus və Ukrayna dillərində “день” (den) – gün;
  • ərəb dilində “din” – din, iman;
  • fars dilində “dəna” – dən, toxum.
  • ingilis dilində “dawn” – sübh;
  • boşnak, slovak və xorvat dillərində “dan” – gün;
  • ingilis dilində “day” – gün;
  • Norveç dilində “dag” – gün;
  • island dilində “dagur” – gün;
  • alman dilində “tag” – gün.

Alman dilindəki “tag” (gün) sözü, eləcə də fars dilindəki “yek” (bir) rəqəmi Azərbaycan dilindəki “tək” sözünə bənzəyir. Zənnimizcə, bu oxşarlıqlar heç də təsadüfi deyil. Fars dilindəki “tənha” sözü də eyni mənanı ifadə edir. Ehtimala görə, o “tən” (vücud) və “ha” (tərzi-hərəkət zərfini düzəldən şəkilçi) sözlərinin birləşməsindən yaranıb. Xatırladaq ki, qədim türklərdə “bir Tenqri” ifadəsi olub.

İmam Əli əleyhissalamın belə bir fikrini də yada salaq: “Allah birdir’ dedikdə rəqəm və sayı nəzərdə tutursunuzsa, bu yanlışdır. Çünki saydıqda birdən sonra iki gəlir. Allah birdir ifadəsi isə sayı (rəqəmi) nəzərdə tutmur. O, bənzəri, şəriki, tayı-bərabəri olmayan Təkdir.”

Həqiqətən də sıra və ya miqdar saylarını Tanrı adına tətbiq edən kimi şirk qarşısındakı bütün maneələr yoxa çıxır. Müşriklər üçün Allah tanrılar panteonunda sadəcə birinci idi. Ardınca ikinci, üçüncü və s. gəlirdi.

Qədim türklərin bir hissəsi əsl Tövhiddən – Tanrı inancından belə uzaqlaşmışdı. Onlar Allahın hər sifətini ayrıca bir Tanrı elan etmişdilər. Bugün Altay türkləri və buryatların panteonunda 99 Tenqri və ya Tengeri var. Altaylıların birinci Tenqrisinin adı həm də Kudaydır. Xatırladaq ki, iranlılar Tanrıya Xuda, ingilislər isə God deyirlər. Buryatların və monqolların birinci Tengerisinin adı isə Xormustdur. Yadıa salaq ki, qədim iranlılar Tanrını Hörmüz adlandırırdılar. Hazırda dünyanın ən qaynar nöqtəsi İran körfəzindəki Hörmüz boğazıdır.

Halbuki türk dillərində “bir” sözü həm də tək, yeganə, vahid mənasını verir. Tanrı sözü özünün “tan” hissəsi ilə Allahın təkliyini bildirir. Bu həqiqətdən agah olan türklər şirkə yuvarlanmadılar və zamanla yeni Tövhid dininə – İslama keçdilər. Beləliklə, Tanrı adını onun əsl mənası ilə yaşatdılar. Əvəzində Allah da onların əxlaqi keyfiyyətlərini, nəticədə milli kimliklərini qorudu.

Bütün bunlardan sonra “tanımaq”, “danışmaq”, “danışdırmaq”, “danlamaq”, “danmaq”, “danılmaz”, “dinmək”, “dindirmək”, “dinləmək”, “dincəlmək” feillərinin ilkin anlamı bizə bəlli olur:

  • “tanımaq” – Allahı tanımaq.
  • “danışmaq” – Allahın əmrlərini iqrar etmək.
  • “danışdırmaq” – Haqqı deməyə sövq etmək.
  • “danlamaq” – şərdən uzaqlaşdırmaq.
  • “danmaq” – Allahı inkar etmək.
  • “danılmaz” – Allah haqdır, onun inkarı mənasızdır.
  • “dinmək” – Haqqı demək.
  • “dindirmək” – Haqqı deməyə məcbur etmək.
  • “dinləmək” – Allahın sözünü, haqqı eşitmək.
  • “dincəlmək” – Allahı tapmaq.

Türk dillərindəki “tariq”, “tarı”, “darı” (toxum) sözü də Tanrı adı ilə əlaqəlidir. Toxum həyatın əvvəlidir. Azərbaycan dilindəki “sən Tarı” frazeoloji birləşməsini, “Ay Allah Tarı, sən saxla barı, bu balaları” alqışını yada salaq.

İndi isə Tanrı adının ikinci hissəsi olan yer sözünün digər dillərdəki paralellərini sadalayaq:

  • ərəb dilində: “ard” – yer;
  • isveç dilində: “yord” – yurd, yer;
  • ivrit dilində “erets” – yer;
  • ingilis dilində: “earth” – yer;
  • ispan dilində: “tierra” – yer;
  • fransız dilində: “terre” – yer.

Bir sözlə, Azərbaycan dilindəki Tanrı sözü “dan yeri” deməkdir. Digər türk və monqol dillərində Tanrıya “Tenqri”, “Tengeri” deyilir. Qədim şumerlər isə Tanrını “Dingir” adlandırırdılar.

Çuvaş dilində bu söz daha qısadır: Tura. Maraqlıdır ki, qədim skandinaviyalılar da ildirım, qasırğa və məhsuldarlıq tanrısını Tor adlandırırdılar. Tor əsas tanrı Odinin oğlu idi. Rus və Ukrayna dillərində bir rəqəminə “odin” deyilir. Müqayisəli təhlil göstərir ki, Odin oğlu Tor, əslində, elə qədim türklərin “Bir Tenqrisi”dir. Amma məsələ qədim skandinaviyalılar və slavyanlarla yekunlaşmır. İudaizmin müqəddəs kitabının adı “Tora”dır. Türk dillərində isə el adət və qaydalarına “Törə qanunları” deyilir. “Törəmək” (çoxalmaq, artmaq) sözü də Tanrı ilə əlaqəlidir.

P.S. Tanrıya bu qədər bağlı olan belə bir dilin daşıyıcıları arasında Tanrını, Haqqı, Onun qanunlarını tanımayan, Allahın buyuruqlarını inkar edən bu qədər adamın olması həqiqətən də çox qəribə və təəccüblüdür.

Müəllif: tədqiqatçı Araz Şəhrili

Заур Устадж

Заур Устадж (настоящее имя — Заур Мустафа оглы Мустафаев; род. 8 января 1975 года, Баку) — азербайджанский поэт, публицист, прозаик и общественный деятель. Он является учредителем и главным редактором литературного журнала «Yazarlar» («Писатели»), а также руководителем одноименного творческого портала. [1, 2, 3]

Основные биографические данные:

  • Военная служба: Ветеран Первой карабахской войны, офицер запаса. [1, 2]
  • Образование: Получил разностороннее образование, окончив Баку Государственный Университет (БГУ), Бакинское высшее общевойсковое командное училище, Международный институт изобретательства и бизнеса, а также Шамахинский гуманитарный колледж. [1, 2]
  • Литературная деятельность: Публикуется в периодической печати непрерывно с 1988 года. Является автором более 50 книг, включая сборники стихов, прозу, детскую литературу и учебно-методические пособия. Его произведения активно распространяются в интернете и доступны читателям по всему миру. [1, 2, 3]
  • Известные произведения: «Əliş və Anna» (Алиш и Анна), «Oriyentir ulduzu» (Ориентирная звезда), «Günaydın», «Gülzar», «Katren», «40 gün-40 şeir». Часть его книг посвящена памяти шехидов. [1, 2, 3]
  • Членство и союзы: Член Союза писателей Азербайджана (AYB), Союза журналистов Азербайджана (AJB) и Общественного объединения ветеранов войны. Является исполнительным секретарем Конфедерации независимых писателей. [1]

Награды и признание:

  • Лауреат престижной литературной премии «Золотое перо» (Qızıl Qələm, 2018).
  • С 2019 года является Президентом стипендиатом (персональным пенсионером Президента Азербайджана) за заслуги в развитии литературы. [1, 2]

Официальные обновления, новые стихотворения и анонсы книг автора можно найти на порталах Yazarlar.az и Ustac.az, а также на его странице в Facebook. [1, 2, 3]

Если вас интересует конкретный аспект его деятельности: >>> Заур Устадж

Амина (Amina)

AMİNANIN DİGƏR YAZILARI

ДРУГИЕ СТАТЬИ АВТОРА

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ARZU LİMANINDAN YOLA SALIRAM

ARZU LİMANINDAN YOLA SALIRAM

Sənsizlik ruhumu, cismimi yorub,
Fikrinlə gecələr xəyallar qurub,
Vida naməsinin möhrünü vurub,
Arzu limanından yola salıram.

Mənim ürəyimdə min arzu yatıb,
Həsrətə göz yumdum, qaşımı çatıb,
Dərdimi, qəmimi başımdan atıb,
Arzu limanından yola salıram.

Bəlkə də gələrsən, ümidlər edib,
Yoluna baxıram gözümü dikib,
Kağızdan bir dənə gəmi düzəldib,
Arzu limanından yola salıram…

Gözümü qorxutmaz şaxtanın qarı,
Rəhm eylə, gəlginən Sönməzə barı,
Qoyub ürəyimi bax sənə sarı,
Arzu limanından yola salıram…

BİZ NİYƏ BİZ OLA BİLƏMDİK AXI

Enişdən yoxuşdan aralı düşdük,
Rast gələ bilmətik vaxtları ötduk
Qismətdən incidik,taleden küsduk
Biz niyə biz ola bilmədik axı.

Çəkdik intizarı həsrəti qəlbdə
Qınağa çevrildik ağızda dildə,
San başqa ocaqda,mən başqa evdə
Biz niyə biz ola bilmədik axı..

İllərin keçmişi ömrümüzdə ox
Səhf etdik,geriyə dönüşümüz yox
O qədər sual var urəyimdə çox
Biz niyə biz ola bilmədik axı..

Nə peyman nədəki əhd edə bildik,
Uzağdan uzağa istədik sevdik
Yubana yubana elə gecikdik
Biz niyə biz ola bilmədik axi

Ümüdlər çağladı,xəyallar coşdu,
Nə bilə biləydik duyğular boşdu,
İndi hər ikimiz,müqəssir suşdu
Biz niyə biz ola bilmədik axı

MƏN NECƏ YADIMDAN ÇIXARIM SƏNİ

​Gündüzlər başımı qatıb birtəhər,
Gecələr bilmirəm edim nə təhər?
Vallah, hər dəqiqəm kədərli, qəhər-
Mən necə yadımdan çıxarım səni?

​Özüm özlüyümdə deyib-dinirəm,
Dəli tək oyana gedib-gəlirəm.
Şəklinə baxaraq sual verirəm-
Mən necə yadımdan çıxarım səni?

​Bircə an buraxmır məni xəyalın,
Gözümün önünə gəlir camalın.
Çatmır harayıma, haya, vüsalın-
Mən necə yadımdan çıxarım səni?

​Gözündə tapmışam özümü görcək,
Demə: “Bircə anda gəl unut, əl çək!”
Sən mənim qəlbimdə solmayan çiçək-
Mən necə yadımdan çıxarım səni?

İTDİM GÖZLƏRİNİN SEHRİNDƏ SƏNİN

Göydən yerə düşən qarmı, dolumu?
Baxışın kəsibdir gedən yolumu.
Tapa bilmədim ki sağım-solumu,
İtdim gözlərinin sehrində sənin.

Gecikən mələksən, hurisən, nəsən?
Nə olar, danışıb bir kəlmə desən?
Bilmərəm nə deyim, nə söyləyim mən,
İtdim gözlərinin sehrində sənin.

Çox şeyi gətirə bilmirəm dilə,
Bənzərin varındı solmayan gülə.
Vallah, Allah haqqı bircə an belə
İtdim gözlərinin sehrində sənin.

Sevgi baxmaz sözə, nə də söhbətə,
Məəttəl qalmışam səndə hikmətə.
Hamıdan gizlədib yazdım xəlvətə,
İtdim gözlərinin sehrində sənin.

HAVANIN BAŞINA HAVA GƏLİBDİR

Yenə guruldayıb səs-küy qoparır,
Buludlar gah dolur, gah da boşalır.
Adam başdan-başa çaş-baş qalır,
Havanın başına hava gəlibdir.

​Üfüqdə qaynayır qara dumanlar,
Mat qalıb baxışır bu ili anlar.
Qəribə hal alıb bütün zamanlar,
Havanın başına hava gəlibdir.

​Günəş naz eyləyir, ay da fors atır,
Ulduz da gizlənir, çıxmayır, yatır.
Sanki təbiət də öz yolun azır,
Havanın başına hava gəlibdir.

​Seymur, qeyd elə kağız-dəftərə:
Niyə təəccüblə baxdın göylərə?
Elə yaza-yaza düşdün dillərə,
Havanın başına hava gəlibdir.

PAYIZA BƏNZƏYƏN ABU HAVAN VAR

​Ötən xatirəni yadına salım,
Görəndə bir başqa olur əhvalım.
Yaman dəyişmisən, qadasın alım,
Payıza bənzəyən abu havan var.

​Dolub tutuluram hərdən, deyim ki,
Səni hecalara necə bölüm ki?
Kimə söyləyim ki, kimə deyim ki,
Məni baxışıyla məndən alan var.

​Üzünü görəndə çaşıram hətta,
Bir başqa oluram başqa həyatda.
Heç dərdə düşməzdim qoca dünyada,
Məni məndən alıb oda salan var.

​Qorxutmaz gözümü nə duman, nə çən,
Bəlkə mənim üçün yaranmısan sən?
Ay qız, gözlərinin aşiqiyəm mən,
Düşünmə sözümdə nəsə yalan var.

Yanağın bənzəyir laləyə gülə,
Seymur,çox sözünü deməyir hələ,
Özün uzaqlarda olsan da belə,
Səni uzaqlardan duyub anan var ..

İSTƏSƏYDİ

Adını qəlbimdə əzizləyərdim,
Ən yaxşı arzunu tutub, dilərdim.
Mən ona canımı qurban verərdim
O, məndən bir kərə can istəsəydi.

Boş yerə inciyib,boş yerə küsmüş,
Nə bilə biləydim dodağın büzmüş
Niyyəti nə bilim şöhrətdə imiş,
Bilsəydim verərdim şan istəsəydi.

Etiraz etməzdim dönsəmdə külə,
Yolunda dönərdim çeşməyə selə
Xəstə yatağımda olsamda belə,
Qanımı verərdim qan istəsəydi..

Tukəndi qərarım,səbirim bitdi
Həyatda güvəncim qırıldı itdi,
Mən ona verərdim,amma ki getdi,
Möhlət istəsəydi,an istəsəydi.

SƏNİ SEVDİYİNİ BİLMƏSİN KİMSƏ

Üz-üzə gələndə xəlvətcə baxaq,
Gözdən iraq olsun, qulaqdan uzaq,
Dinib-danışmayaq, eləcə yazaq,
Səni sevdiyimi bilməsin kimsə.

Çağlasın eşq ilə çoşan ürəklər,
Daima yaşasın gizli ümidlər,
Bilənlər söz edər, qeybət edərlər,
Səni sevdiyimi bilməsin kimsə.

İntizar olmasın, həsrət olmasın,
Sevgimizin rəngi, ruhu solmasın,
Duyanlar da duyub heç inanmasın,
Səni sevdiyimi bilməsin kimsə.

Yetənə açmayaq biz qəlbimizi,
Nə açaq, nə bükək məhəbbətimizi,
Gəl pünhan saxlayaq bu sirrimizi,
Səni sevdiyimi bilməsin kimsə…!

Ürkək baxışından könlüm açıldı,
Baxışından ömrümə bir nur saçıldı,
Ürəkdə köz oldun, dildə pıçıltı,
Səni sevdiyimi bilməsin kimsə.

Müəllif: Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GƏL SƏNƏ HƏQİQİ MƏHƏBBƏT VERİM

GƏL SƏNƏ HƏQİQİ MƏHƏBBƏT VERİM

Düşkünü olmadım dövlətin, varın,
Dənəsi çox olar içində narın.
Söz-söhbətlə doyan deyil ki qarın,
Gəl, sənə həqiqi məhəbbət verim.

​Muncuq düzümü dü sətirdə sözüm,
Həsrətə varımdı dizimdə dözüm,
Qurbanın olaram yolunda özüm,
Gəl, sənə həqiqi məhəbbət verim.

​Düzüm tellərinə sevgi çələyi,
Edim saf arzunu, edim diləyi,
Alım qollarıma sən tək mələyi,
Gəl, sənə həqiqi məhəbbət verim.

​Solmayan çiçəksən güllər içində,
Tayın-bərabərin yoxdu ki eldə.
Həftənin içində günün birində
Gəl, sənə həqiqi məhəbbət verim.

​Qoyma sevən qəlbi bürüsün qübar,
Ürəkdə xüsusi, özəl yerin var.
Uzağı yox edək, bitsin intizar,
Gəl, sənə həqiqi məhəbbət verim.

İSTƏSƏYDİ

Adını qəlbimdə əzizləyərdim,
Ən yaxşı arzunu tutub, dilərdim.
Mən ona canımı qurban verərdim
O, məndən bir kərə can istəsəydi.

Boş yerə inciyib,boş yerə küsmüş,
Nə bilə biləydim dodağın büzmüş
Niyyəti nə bilim şöhrətdə imiş,
Bilsəydim verərdim şan istəsəydi.

Etiraz etməzdim dönsəmdə külə,
Yolunda dönərdim çeşməyə selə
Xəstə yatağımda olsamda belə,
Qanımı verərdim qan istəsəydi..

Tukəndi qərarım,səbirim bitdi
Həyatda güvəncim qırıldı itdi,
Mən ona verərdim,amma ki getdi,
Möhlət istəsəydi,an istəsəydi.

SƏNİ SEVDİYİNİ BİLMƏSİN KİMSƏ

Üz-üzə gələndə xəlvətcə baxaq,
Gözdən iraq olsun, qulaqdan uzaq,
Dinib-danışmayaq, eləcə yazaq,
Səni sevdiyimi bilməsin kimsə.

Çağlasın eşq ilə çoşan ürəklər,
Daima yaşasın gizli ümidlər,
Bilənlər söz edər, qeybət edərlər,
Səni sevdiyimi bilməsin kimsə.

İntizar olmasın, həsrət olmasın,
Sevgimizin rəngi, ruhu solmasın,
Duyanlar da duyub heç inanmasın,
Səni sevdiyimi bilməsin kimsə.

Yetənə açmayaq biz qəlbimizi,
Nə açaq, nə bükək məhəbbətimizi,
Gəl pünhan saxlayaq bu sirrimizi,
Səni sevdiyimi bilməsin kimsə…!

Ürkək baxışından könlüm açıldı,
Baxışından ömrümə bir nur saçıldı,
Ürəkdə köz oldun, dildə pıçıltı,
Səni sevdiyimi bilməsin kimsə.

PAYIZA BƏNZƏYƏN ABU HAVAN VAR

Ötən xatirəni yadına salım,
Görəndə bir başqa olur əhvalım.
Yaman dəyişmisən, qadasın alım,
Payıza bənzəyən abu havan var.

Dolub tutuluram hərdən, deyim ki,
Səni hecalara necə bölüm ki?
Kimə söyləyim ki, kimə deyim ki,
Məni baxışıyla məndən alan var.

Üzünü görəndə çaşıram hətta,
Bir başqa oluram başqa həyatda.
Heç dərdə düşməzdim qoca dünyada,
Məni məndən alıb oda salan var.

Qorxutmaz gözümü nə duman, nə çən,
Bəlkə mənim üçün yaranmısan sən?
Ay qız, gözlərinin aşiqiyəm mən,
Düşünmə sözümdə nəsə yalan var.

Yanağın bənzəyir laləyə gülə,
Seymur,çox sözünü deməyir hələ,
Özün uzaqlarda olsan da belə,
Səni uzaqlardan duyub anan var ..

MƏN NECƏ YADIMDAN ÇIXARIM SƏNİ

Gündüzlər başımı qatıb birtəhər,
Gecələr bilmirəm edim nə təhər?
Vallah, hər dəqiqəm kədərli, qəhər-
Mən necə yadımdan çıxarım səni?

Özüm özlüyümdə deyib-dinirəm,
Dəli tək oyana gedib-gəlirəm.
Şəklinə baxaraq sual verirəm-
Mən necə yadımdan çıxarım səni?

Bircə an buraxmır məni xəyalın,
Gözümün önünə gəlir camalın.
Çatmır harayıma, haya, vüsalın-
Mən necə yadımdan çıxarım səni?

Gözündə tapmışam özümü görcək,
Demə: “Bircə anda gəl unut, əl çək!”
Sən mənim qəlbimdə solmayan çiçək-
Mən necə yadımdan çıxarım səni?

ARZU LİMANINDAN YOLA SALIRAM

Sənsizlik ruhumu, cismimi yorub,
Fikrinlə gecələr xəyallar qurub,
Vida naməsinin möhrünü vurub,
Arzu limanından yola salıram.

Mənim ürəyimdə min arzu yatıb,
Həsrətə göz yumdum, qaşımı çatıb,
Dərdimi, qəmimi başımdan atıb,
Arzu limanından yola salıram.

Bəlkə də gələrsən, ümidlər edib,
Yoluna baxıram gözümü dikib,
Kağızdan bir dənə gəmi düzəldib,
Arzu limanından yola salıram…

Gözümü qorxutmaz şaxtanın qarı,
Rəhm eylə, gəlginən Sönməzə barı,
Qoyub ürəyimi bax sənə sarı,
Arzu limanından yola salıram…

BİZ NİYƏ BİZ OLA BİLƏMDİK AXI

Enişdən yoxuşdan aralı düşdük,
Rast gələ bilmətik vaxtları ötduk
Qismətdən incidik,taleden küsduk
Biz niyə biz ola bilmədik axı.

Çəkdik intizarı həsrəti qəlbdə
Qınağa çevrildik ağızda dildə,
San başqa ocaqda,mən başqa evdə
Biz niyə biz ola bilmədik axı..

İllərin keçmişi ömrümüzdə ox
Səhf etdik,geriyə dönüşümüz yox
O qədər sual var urəyimdə çox
Biz niyə biz ola bilmədik axı..

Nə peyman nədəki əhd edə bildik,
Uzağdan uzağa istədik sevdik
Yubana yubana elə gecikdik
Biz niyə biz ola bilmədik axı.

Ümüdlər çağladı,xəyallar coşdu,
Nə bilə biləydik duyğular boşdu,
İndi hər ikimiz,müqəssir suşdu
Biz niyə biz ola bilmədik axı.

HAVANIN BAŞINA HAVA GƏLİBDİR

Yenə guruldayıb səs-küy qoparır,
Buludlar gah dolur, gah da boşalır.
Adam başdan-başa çaş-baş qalır,
Havanın başına hava gəlibdir.

Üfüqdə qaynayır qara dumanlar,
Mat qalıb baxışır bu ili anlar.
Qəribə hal alıb bütün zamanlar,
Havanın başına hava gəlibdir.

Günəş naz eyləyir, ay da fors atır,
Ulduz da gizlənir, çıxmayır, yatır.
Sanki təbiət də öz yolun azır,
Havanın başına hava gəlibdir.

Seymur, qeyd elə kağız-dəftərə:
Niyə təəccüblə baxdın göylərə?
Elə yaza-yaza düşdün dillərə,
Havanın başına hava gəlibdir.

İTDİM GÖZLƏRİNİN SEHRİNDƏ SƏNİN

Göydən yerə düşən qarmı, dolumu?
Baxışın kəsibdir gedən yolumu.
Tapa bilmədim ki sağım-solumu,
İtdim gözlərinin sehrində sənin.

Gecikən mələksən, hurisən, nəsən?
Nə olar, danışıb bir kəlmə desən?
Bilmərəm nə deyim, nə söyləyim mən,
İtdim gözlərinin sehrində sənin.

Çox şeyi gətirə bilmirəm dilə,
Bənzərin varındı solmayan gülə.
Vallah, Allah haqqı bircə an belə
İtdim gözlərinin sehrində sənin.

Sevgi baxmaz sözə, nə də söhbətə,
Məəttəl qalmışam səndə hikmətə.
Hamıdan gizlədib yazdım xəlvətə,
İtdim gözlərinin sehrində sənin.

BİLMƏDİM…

Həyat dönə-dönə sınadı məni,
Hərdən səhv edəndə qınadı məni.
Ötüb keçən anlar taladı məni –
Adımı əlinlə qaralayanda!

Ölmək istəsəm də, ölə bilmirəm,
Axan göz yaşımı silə bilmirəm.
Niyyətin nə imiş… hələ bilmirəm –
Pərişan könlümü yaralayanda!

Aldandım əzəldən şirin sözünə,
Heyran idim bir cüt qara gozünə.
Qulaq as, eybini deyim üzünə –
Məni öz köçümdən aralayanda!

Yüklədin çiynimə kədəri-qəmi,
Heç vaxt görməmişdim bu cür sitəmi…
Dərsini bilməyən məktəbli kimi –
Dinmədim, sözünü sıralayanda!

Məni əldən saldı yağışın-selin,
Sanki dilçəyindən uzunmuş dilin…
Bilmirəm, titrəyib əsdimi əlin –
Seymurun könlünü taralayanda!..

Müəllif: Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Doqquzu zər tuğun mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf
  6. Sədulla Şirinov – “Kimdir xoşbəxt?” pdf
  7. Sədulla Şirinov – “Şəhid atası” kitabı – pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Ləbbadə

Ləbbadə

•ADI: Ləbbadə (Həmçinin “lavada” və ya “yarımqol çəpkən” adlanır. Türkiyənin Manisa bölgəsində analoji forması “libade” adlanır. Əlavə edilən qoruyucu qol elementləri “qolçaq”, qaraçay-balkarlarda “kolbaş”, “Fərhəngi-türki” əsərində isə “qolluq” adlanmışdır).
•Material: Mövsümdən asılı olaraq astar və üzü arasına pambıq doldurularaq sırınırdı. Bəzədilməsi üçün toxuma bafta, zərbafta, metal bəzəklər, qaytan, ilgəklər, habelə qızıldan hazırlanmış quşpara düymələr və qozalar istifadə olunurdu.
•Dövr: XIX əsrdə çox geniş istifadə olunmuş, qadın geyimlərindəki qolçaq hissəsi isə XX əsrin əvvəllərinə qədər öz varlığını qoruyub saxlamışdır.
•Cins: Qadın
•Haqqında:
•Biçimi və Qol Quruluşu: Çəpkən tipli geyimlərin bir nümunəsi olub, ondan qolunun formasına və qısalığına görə seçilir. Qolu düzbiçimli olub dirsəyə qədər çatır (yarımqoldur). Hərəkət sərbəstliyini təmin etmək üçün qoltuqaltı hissəsi açıq saxlanılırdı. Mövsümdən asılı olaraq yaxası həm açıq, həm də bağlı tikilə bilirdi. Manisa libadələrindən fərqli olaraq, Şəki ləbbadəsinə ehtiyac yarandıqda qolçaq əlavə edilirdi. Bu qolçaqlar açıq formada olur, qarşı-qarşıya tikilmiş ilgəklərə keçirilən qaytanla çarpaz şəkildə bağlanır və ya düymələnirdi.
•Bəzəkləri və İnanc: Digər qadın geyimləri kimi dekorativ-bəzək elementləri ilə zəngin idi. Bafta, zərbafta və metal bəzəklərin tətbiqi həm estetik, həm də dini-mifoloji (qoruyucu) xarakter daşıyırdı. Varlı ailələr arasında ləbbadənin yaxa kəsiyi boyunca quşpara düymələrin və qozaların düzülməsi geniş yayılmışdı.
•Tarixi Kontext: Ləbbadə Şəki bölgəsinin geyim dəstində əsas yer tuturdu. Eyni zamanda açıq qoltuqaltı quruluşu Naxçıvan, Lənkəran, Qazax-Borçalı arxalıqları (çəpkənləri) ilə oxşarlıq təşkil edir. Yaxa kəsiyinin hər tərəfində dörd ədəd olmaqla qızıl quşpara düymələr düzülmüş xüsusi bir ləbbadə nümunəsi Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya fondunda qorunub saxlanmaqdadır.

Müəllif və mənbə: Azərbaycan Milli Geyim Standartları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I