MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. – Bakı.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
Sənin o üzündə İlahi bir nur, Sənin o üzündə xoş bir təbəssüm. Demək, sən Allahın seçilmişisən, Demək, sən Allahın sevimlisisən. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Səndən başqa o zirvəyə kim qalxar? Səndən başqa o zirvəni kim alar? Ucalığa qalxa-qalxa ucalar. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sevgilərin sevimlisi Vətəndi. Ona qurban, axan qandı, bədəndi. Şəhid sonda arzusuna yetəndi. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sən övladsan, sən igidsən, sən ərsən. Düşmənlərə qan udduran ərənsən. Sən özün də bizim üçün Vətənsən. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sənin yolun zirvələrə gedən yol, Sənin yolun o müqəddəs, Vətən, yol, Sənin yolun Bayraqlarla bitən yol. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim! 12.12.2020.
❌ Şəhid məqalələri bərpa edilmədi. Bu isə “VİKİPEDİA SƏNƏDLƏR”inin 1-ci məqaləsinin yayımlanması deməkdir.
📍 Ayxan Zayedzade – Ayxan 3000 şəhidin məqaləsinin silinməsində birbaşa icraçı şəxs olub və tərəfimdən ifşa edilib. Ayxanın son aylarında “X” platformasında fəaliyyəti təbii ki, onun bu addımı niyə atmasında ciddi şüphələr yaradır;
▪️ Bizə qəhrəman, vətənpərvər gənc kimi soxuşdurulan Ayxan Zayedzade son aylarda aktiv şəkildə erməni hesablarından sitatlar paylaşması onun mövqeyi üçün ciddi faktları aşkara çıxarır. **** 30 Avqust 2024-cü ildə **** paylaşımında Azərbaycan tarixindəki erməni fobiyadan və Qarabağ, Zəngəzurda erməni tarixinin albanlaşdırılmasından yazır. Bu Azərbaycan tarixinin saxta olmasına qarşı qaldıran ciddi iddiadır və 20 yaşlı bir araşdırmaçı üçün yaşından böyük yükdür;
💬 sitat: “Azərbaycanın ermənifobiyası Qafqaz Albaniyasının türkləşməsi, Qarabağ və Zəngəzurda isə erməni tarixinin albanlaşması ilə nəticələndi. Tarixçilərin İranda türklərin Manna qurduğunu iddia etmələri ilə “burada ilk biz idik” arqumenti Azərbaycanda çox məşhurdur”;
Bu sadəcə Ayxanın bu cür fəaliyyəti üçün tək fakt deyil. Sərt anti-türk mövqeyi ilə çıxışlar edən Ayxan Zayedzadə, ümumiyyətlə “sülhpərvər” mövqeyi ilə də “X”də ermənilərin diqqətini çəkməyi bacarıb. Təsadüfi deyil ki, dostları ona balaca Bəhruz da deyirdilər.
📍 Laçın koridorunda aksiyada iştirak edən, şəhidlər barəsində məqalə yaradan, “X”də Mikayıl Müşfiq elan edilən 20 yaşlı yeniyetmə son aylarda qəfil dəyişir. Bütün bunların fonunda Gürcüstana Azərbaycanı təmsil etmək üçün Vikimedia Fondunun tədbirinə yola düşür.
Hadisələr elə cərayan edir ki, bu konfransda kimsə ona yaxınlaşıb Azərbaycan vikipediyasında olan şəhid məqalələrin silməsi lazım olduğunu deyir. Ayxan Zayedzade açıqlamasında deyir ki, bu şəxs fonddan kimsə olub. Qlobal Vikimedia Fondunun lokal layihələrə qarışmadığını bilərək, burada belə sual yaranır ki, fond əməkdaşı Azərbaycan dilində vikipediyanın 200.000 məqaləsindən necə 3000 şəhid məqaləsini tapa bilib?
*** Daha bir sual: ola bilməzmi ki, bunu deyən adam elə regional tədbirə gəlmiş “sülhpərvər” erməni idarəçilərdən biri olub? Bunu heç də istisna ehtimala bənzəmir;
Yaxşı olmazdımı ki, bu məsələni Ayxan Zayedzade ölkəyə gələndə lokal vikipediada bu arqumentlə müzakirəyə çıxara? Digər azərbaycanlıların fikrini ala, müzakirə edə. Yoxsa, daha qısa yoldan öz çevrəsindən olan Cəlalın təklifi, Kanadadakı dostu Səmralın yekunlaşdırması və fondun yox, başqa bəhanələr ilə 3000 məqaləni aradan götürmək daha məntiqli idi?
Təbii ki, bunlar ittiham deyil. Və çox təəssüf ki, bu həqiqətdir. Ayxan mənə görə vətən xaini də deyil. Milli kimliyi, etnik bağı və fikirləri ifadə etmək onun ən təməl haqqıdır. Amma sizə də elə gəlmirmi ki, mənim tələbim bir az yox çox məntiqlidir?
Olmazdımı ki, bu məqalələri Ayxan Zayedzadə və çevrəsi yox, digər azərbaycanlı idarəçilər müzakirə edib, silsin? Mən Ayxandan nə tələb edirdim? Sadəcə məqalələri bərpa etsin və digər adminlər müzakirə etsin. Bu çevrədən kənar. Amma niyəsə bu ağır məsuliyyəti Ayxan üzərinə götürmək qərarı almışdı;
Sizcə heç şüphəli deyilmi ki, 3000 məqalə silən adam bir neçə gündə vətənə xəyanətdə ittiham edilən dostunun Vikipediada durmadan məqalələrini yaradır və məsələ qabaranda bunu boynundan atır? Bəs sübutlar? Onlar hamısı rəydə olacaq.
Məni bunları yazmağa şəxsən Ayxan Zayedzadə və onu bizə Mikayıl Müşfiq olaraq itəmələyə çalışan çevrəsi məcbur etdi. Ayxandan xahiş edib, barışığa çağırmışdım amma sözünə əməl etmədi;
⭕️⭕️ Amma qəddar zaman hələ də tam sürətində davam edir. Bu sadəcə “VİKİPEDİYA SƏNƏDLƏRI”nin bir bəndi idi. Növbəti 12 saat daha çox detalı gün üzünə çıxara bilər. Bərpa üçün hələ də şans və zaman var. Atın bu ləkəni üstünüzdən, qaytarın məqalələri.
Ümid edirəm ki, məni qərəzlə, şəhid ailəsi manipulyasiyası ilə ittiham edənlər, bu sənədlərdən sonra utanaraq paylaşımlarını silər. Siz elə bilirdiniz Qiyas, Nərmim, Nurlan Vedrə, “X” siyasi fəallar, xaricdəki aktivistlər məni elə-belə söyür? Onlar bilirdilər bu iş pox işdir. Vikipedia işi çox böyük qərəzi, çox ciddi faktları özündə birləşdirir.
Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.
1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Bütün əndamını çölə qoyub xalq artisti adı alırlar. Məddahlıqla , əyilə -əyilə xalq şairi, yazıçısı olurlar. Əsl musiqinin kökünə od vururlar. Söz , fikir oğruları durmadan artır. Bunları gördükcə adamın bu cəmiyyətdə yaşamağa da həvəsi qalmır. Heç haqqımız da çatmır. . Cəmiyyətin bu hala düşməsində dolayısı ilə bizim də rolumuz var axı. Məsuliyyətini hiss edən hər kəs bilir ki, bunun bir ucu da bizə gəlib çatır. Dərdimiz təkcə Elza olsaydı nə vardı ki.. Onun- bunun qələmiylə şair, yazıçı , alim olanların yanında Elzanın hərəkətləri nədi ki? Heç olmasa nə yazırsa özünündü. Qıraqdan bambılı, gülünc görünsə də paltarın içindəki Elzadı. Saçına toyuq lələyi taxsa da, ayağına tay-keş tufli geyib səhnəyə çıxsa da bilirik ki, bu Elzadı. Onu cəmiyyətə sırıyanların günahı Elzadan daha çoxdu. Ələ sala -sala onun reklamını edirlər əslində. Özü də böyük və kütləvi şəkildə. Onun bunun məşuqəsi olanlar( abırsızlar, kökü çürüklər) bu gün bütün telekanalları zəbt ediblərsə günahkar kimdi? Əlbəttə rəhbərlik. Bütün qapıları bu adamların üzünə açanlardı əsl günah yiyələri. Onların tanınmasında sosial şəbəkələrin , kütləvi informasiya vasitələrinin də əməyi az deyil. Əxlaqsızlığın təbliği hansı qüvvələrə xidmət edir bəs? Kimlər yararlanır bundan? Bununla insanların başını qarışdırıb problemlərdən uzaqlaşdırmağa çalışırlar. Robotlaşmış nəsil formalaşır. Bütün diqqət çılpaq xalq artistlərində, onların həyat tərzinə yönəlib. Talüyüklü məsələlər unudulub. Nə qazanırıq bununla? Heç nə. İtiririk əslində. Mənəviyyatımızı , düşüncəmizi, özümüzü, varlığımızı itiririk. Sözü qazanc obyektinə çeviriblərsə, musiqini bərbad günə salıblarsa , saxta şan -şöhrətin fonunda əsl istedadı boğurlarsa , başımızı yersiz konsertlərlə , mənasız tədbirlərlə qatıblarsa ,biz hansı tərəqqidən və gələcəkdən danışa bilərik? Problemlərimiz durmadan artır .Həlli yolunda bircə addım da atmırıq. Uçuruma gedirik. Xəbərimiz yoxdu.
Sentyabr. Eylül. Veresen. September. Sarı rəng və kədər. Qüssəli tembr. Uzaqda batıq səs: halsız və yorğundu. Diş yoxdu, deməli, işlər də yoğundu: nədən ki, adamın tamahı itidir; hər adam bir az da tamahın itidi.
Eylül, veresen, september, sentyabr işğal eləyir bütün diyarı köndələn yağışla, gözdeşən küləklə. Sonrası rəsmdi: nə toxun, nə rənglə! Payızdı. Sonbahar. Osen. Autumn. Sarımtıl inqilab. Sarışın təlatüm.
Veresen. September. Sentyabr. Eylül. Yarpaqlar qəpiktək elə hey tökülür. Elə bil kim isə anladır könülsüz: Bax, budur, dünyanın dəyəri, görürsüz. Pəncərə önündə tozlu əlcək sözsüz bir yazıdır: dünyadan əl çək!
September. Sentyabr. Eylül. Veresen. Ad üçün hansı söz doğrudur, görəsən? Sözdən yükünü boşaldıb kağıza mənalar ehtiyac duymur ağıza. Otaqda bürküsə kim deyir bu pisdi?! Bürkünü hiss edən bədən var ipisti.
2.
Sentyabr. Eylül. Veresen. September. Lüğətlərarası ən adi tender qalib edərdi yəqin ki, sükutu. Sonrası nöqtədi: qələmin ucu; o isə lap çoxdan yazıbdı: şimşək çaxanda açacaq çətirlər çiçəktək.
Eylül. Veresen. September. Sentyabr. Təqvimlər özünü eləyir biabır. Onlara baxmadan bilirsən hətta qiyabi tanışdı təqvimlər həyatla. Açıqdı pəncərə, uçuşur bir arı. Onun da rəngi sənintək sapsarı.
Veresen. September. Sentyabr. Eylül. Qızılı alovdan doğulur qara kül. Hirsinə nidatək siqaret kötüyü küldanda dik durub. Ağzının köpüyü, hirsin yatır. Elə öz qanında boğulur ürəyin, gizlənib altında ağappaq köynəyin.
September. Sentyabr. Eylül. Veresen. Sədəqə istəyir birisi, verirsən: bir ovuc xırda pul, bir ilıq təbəssüm. “Qoy, arzun çin olsun, qoy, üzün gülsün!” – qapının dalından sezilən sözlərin ünvanı göylərdi. Yaşarır gözlərin.
3.
Sentyabr. Eylül. Veresen. September. Göy üzü ağarır tənbəl-tənbəl. Baxışın səmada marafon yürüşü geridə buraxır uçağı və quşu. Miskindi bu yerdə hər hansı məğrurluq. Biz ki göylərə əvvəldən məğlubuq.
Eylül. Veresen. September. Sentyabr. Gecələr mavrdı, səhərlər kentavr gödəni, bədəni, rəngi ilə hər kəs. Divanda açıqdı İmre Kertes. Vərəqi geriyə çevirir sərinkeş. Ömürsə yenidən yaşanmır… eh… kaş…
Veresen. September. Sentyabr. Eylül. Miçəkdən bir öpüş qazanır süni gül. Yalanlar daha çox çəkici, güvənli. Saxta bir avazla oxuyur müğənni: “Dərdimi göylərə danışsam alışar…” Eybi yox, qulaqlar buna da alışar…
September. Sentyabr. Eylül. Veresen. Frigid qadıntək qələmdən bezirsən. Üfüqü qızardan qürubun şəfəqi güldanda bərq vurub anladır fərqi. İşıqla kölgənin sevgi oyunu qurtarır divarda. Filmin sonu.