Etiket arxivi: Vikipedia məsələsi

Fərid Pərdəşünas ölkəmizin ən istedadlı gənclərindəndir.

Fərid Pərdəşünas ölkəmizin ən istedadlı gənclərindəndir. Prezident Mükafatçısıdır. Həm texnobloger, həm Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi, o, Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsində fəal iştirak edir. Onun informasiya texnologiyaları sahəsindəki maarifləndirici videoları da olduqca lazımlı və əhəmiyyətlidir.
Vikipediya məsələsində Fəridə qarşı olan qüvvələrin mütəşəkkilliyi və qrup mənafeyindən çıxış etmələri bu günlərdə özünü açıq-aşkar büruzə verdi, müzakirələr etik əndazədən çıxdı. Buna görə də mən həm Fərid Pərdəşünasdan, həm də qarşı tərəfdən ittihamları dayandırıb müzakirələri təmkinlə, soyuqqanlı şəkildə aparmalarını xahiş etdim. Müraciətimdən sonra Fərid paylaşımlarını dayandırdı. Buna görə ona təşəkkürümü bildirir, bu addımı qarşı tərəfdən də gözləyirəm.
Bu gün Mətbuat Şurasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün iştirakıyla Fəridlə söhbətimiz oldu, son günlər Vikipediya ilə əlaqəli problemlər barədə səmərəli müzakirələr apardıq.
Ümumi arzumuz bu oldu ki, Fərid bilik və enerjisini daha çox yeni media trendlərinin tətbiqinə, informasiya texnologiyaları sahəsində yeniliklərə sərf etsin. Fəridin gələcəkdə bu sahədə davamlı uğurlara imza atacağına əminəm.

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

Müəllif: RƏŞAD MƏSCİD

RƏŞAD MƏSCİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid məqalələri bərpa edilmədi

❌ Şəhid məqalələri bərpa edilmədi. Bu isə “VİKİPEDİA SƏNƏDLƏR”inin 1-ci məqaləsinin yayımlanması deməkdir.

📍 Ayxan Zayedzade – Ayxan 3000 şəhidin məqaləsinin silinməsində birbaşa icraçı şəxs olub və tərəfimdən ifşa edilib. Ayxanın son aylarında “X” platformasında fəaliyyəti təbii ki, onun bu addımı niyə atmasında ciddi şüphələr yaradır;

▪️ Bizə qəhrəman, vətənpərvər gənc kimi soxuşdurulan Ayxan Zayedzade son aylarda aktiv şəkildə erməni hesablarından sitatlar paylaşması onun mövqeyi üçün ciddi faktları aşkara çıxarır. **** 30 Avqust 2024-cü ildə **** paylaşımında Azərbaycan tarixindəki erməni fobiyadan və Qarabağ, Zəngəzurda erməni tarixinin albanlaşdırılmasından yazır. Bu Azərbaycan tarixinin saxta olmasına qarşı qaldıran ciddi iddiadır və 20 yaşlı bir araşdırmaçı üçün yaşından böyük yükdür;

💬 sitat: “Azərbaycanın ermənifobiyası Qafqaz Albaniyasının türkləşməsi, Qarabağ və Zəngəzurda isə erməni tarixinin albanlaşması ilə nəticələndi. Tarixçilərin İranda türklərin Manna qurduğunu iddia etmələri ilə “burada ilk biz idik” arqumenti Azərbaycanda çox məşhurdur”;

Bu sadəcə Ayxanın bu cür fəaliyyəti üçün tək fakt deyil. Sərt anti-türk mövqeyi ilə çıxışlar edən Ayxan Zayedzadə, ümumiyyətlə “sülhpərvər” mövqeyi ilə də “X”də ermənilərin diqqətini çəkməyi bacarıb. Təsadüfi deyil ki, dostları ona balaca Bəhruz da deyirdilər.

📍 Laçın koridorunda aksiyada iştirak edən, şəhidlər barəsində məqalə yaradan, “X”də Mikayıl Müşfiq elan edilən 20 yaşlı yeniyetmə son aylarda qəfil dəyişir. Bütün bunların fonunda Gürcüstana Azərbaycanı təmsil etmək üçün Vikimedia Fondunun tədbirinə yola düşür.

Hadisələr elə cərayan edir ki, bu konfransda kimsə ona yaxınlaşıb Azərbaycan vikipediyasında olan şəhid məqalələrin silməsi lazım olduğunu deyir. Ayxan Zayedzade açıqlamasında deyir ki, bu şəxs fonddan kimsə olub. Qlobal Vikimedia Fondunun lokal layihələrə qarışmadığını bilərək, burada belə sual yaranır ki, fond əməkdaşı Azərbaycan dilində vikipediyanın 200.000 məqaləsindən necə 3000 şəhid məqaləsini tapa bilib?

*** Daha bir sual: ola bilməzmi ki, bunu deyən adam elə regional tədbirə gəlmiş “sülhpərvər” erməni idarəçilərdən biri olub? Bunu heç də istisna ehtimala bənzəmir;

Yaxşı olmazdımı ki, bu məsələni Ayxan Zayedzade ölkəyə gələndə lokal vikipediada bu arqumentlə müzakirəyə çıxara? Digər azərbaycanlıların fikrini ala, müzakirə edə. Yoxsa, daha qısa yoldan öz çevrəsindən olan Cəlalın təklifi, Kanadadakı dostu Səmralın yekunlaşdırması və fondun yox, başqa bəhanələr ilə 3000 məqaləni aradan götürmək daha məntiqli idi?

Təbii ki, bunlar ittiham deyil. Və çox təəssüf ki, bu həqiqətdir. Ayxan mənə görə vətən xaini də deyil. Milli kimliyi, etnik bağı və fikirləri ifadə etmək onun ən təməl haqqıdır. Amma sizə də elə gəlmirmi ki, mənim tələbim bir az yox çox məntiqlidir?

Olmazdımı ki, bu məqalələri Ayxan Zayedzadə və çevrəsi yox, digər azərbaycanlı idarəçilər müzakirə edib, silsin? Mən Ayxandan nə tələb edirdim? Sadəcə məqalələri bərpa etsin və digər adminlər müzakirə etsin. Bu çevrədən kənar. Amma niyəsə bu ağır məsuliyyəti Ayxan üzərinə götürmək qərarı almışdı;

Sizcə heç şüphəli deyilmi ki, 3000 məqalə silən adam bir neçə gündə vətənə xəyanətdə ittiham edilən dostunun Vikipediada durmadan məqalələrini yaradır və məsələ qabaranda bunu boynundan atır? Bəs sübutlar? Onlar hamısı rəydə olacaq.

Məni bunları yazmağa şəxsən Ayxan Zayedzadə və onu bizə Mikayıl Müşfiq olaraq itəmələyə çalışan çevrəsi məcbur etdi. Ayxandan xahiş edib, barışığa çağırmışdım amma sözünə əməl etmədi;

⭕️⭕️ Amma qəddar zaman hələ də tam sürətində davam edir. Bu sadəcə “VİKİPEDİYA SƏNƏDLƏRI”nin bir bəndi idi. Növbəti 12 saat daha çox detalı gün üzünə çıxara bilər. Bərpa üçün hələ də şans və zaman var. Atın bu ləkəni üstünüzdən, qaytarın məqalələri.

Ümid edirəm ki, məni qərəzlə, şəhid ailəsi manipulyasiyası ilə ittiham edənlər, bu sənədlərdən sonra utanaraq paylaşımlarını silər. Siz elə bilirdiniz Qiyas, Nərmim, Nurlan Vedrə, “X” siyasi fəallar, xaricdəki aktivistlər məni elə-belə söyür? Onlar bilirdilər bu iş pox işdir. Vikipedia işi çox böyük qərəzi, çox ciddi faktları özündə birləşdirir.

Mənbə və müəllif: Fərid Pərdəşünas

Fərid Pərdəşünasın yazıları

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – Vikipedia məsələsi

Vikipedia məsələsinə qayıtmaq istəyirəm, amma bir az başqa rakursdan.
Problemin kökündə dayanan amil bu resursun, Qərbin digər layihələri kimi informasiya müharibəsinin elementlərindən biri, yaxud geosiyasi təzyiq aləti kimi fəaliyyət göstərməsidir.
Real müstəvidə, torpaqlarımızın 30 ilə yaxın zaman kəsiyində işğal altında olduğu zaman kəsiyində, postmüharibə və suverenliyimizin bərpasından sonrakı dövrdə ölkəmizin ərazi bütövlüyünə, ədalət prinsiplərinə münasibət necə idisə, virtual müstəvidə də eynidir. Vikipedia, FB və digər bu kimi resurslar obyektiv informasiya yaymaq, dövlətlərin suverenliyi və müstəqilliyinin, sərhədlərinin toxunulmazlığının qorunmasının təşviqi üçün yaradılmayıb. Vikipediyanın yaradıcısı Cimmi Vales üçün nə həqiqət, nə də bir-biri ilə yola getməyən Azərbaycan vikipediaçılarının mülahizələri maraqlı deyil. O, “viki-nənə” adlandırdığı və mükafatlandırdığı Susanna Mkrtçyanın, eləcə də doğulduğu Alabamadan dostluq etdiyi erməni əsilli iş adamlarının dediklərinə daha çox inanır, nəinki göz önündə olan reallıqlara… Vikipediaya gəldikdə isə, o həm də biznes layihəsidir. Daha doğrusu başlanğıcda biznes layihəsi kimi düşünülüb, sonra isə… Sonrası, düşünürəm ki, hər kəsə bəllidir.
Məhz bu baxımdan, istər vikipedia, istərsə də ABŞ-dan, Aİ-dən idarə olunan digər resurslar heç vaxt Azərbaycan və azərbaycanlılar haqqında həqiqətlərin olduğu kimi dünyaya çatdırılmasında, təbliğ olunmasında maraqlı olmayacaqlar. Bəziləri 1980-ci illərin sonunda, 90-cı illərin əvvəllərində ilişib qalmış yarımmılli sovet adamları kimi Qərbdən ədalət və “demokratiya cənnəti” gözləntilərindən əl çəkməli, geosiyasi savaşın, dünyanın yenidən bölünməsi prosesinin ən sərt, amansız bir mərhələsində olduğumuzu başa düşməlidir. Virtual aləm də real dünya kimi bölünüb artıq… Bu səbəbdən “başqalarının meydançasında”, yaxud “ocağı başında” ədalət və mərhəmət gözləməkdənsə, informasiya məkanında da öz “meydança”larımızı yaratmalıyıq. Real alternativlərimiz olmayana qədər onun-bunun “ədalət”indən asılı qalacağıq.
Türk Dövlətləri Təşkilatı, nəhayət ki, ortaq əlifbanın yaradılması ilə bağlı nəticəyə vardı… Bəs türk dövlətlərinin ortaq bilgi platformaları, sosial şəbəkələri, işlək onlayn lüğətləri nə zaman yaradılacaq?
Cimmilərin nəzarətində olan platformalarda hər zaman onların maraqlarından çıxış edən və havasına oynayanlar, eləcə də naqis əməllərə don geyindirməyə çalışanlar tapılacaq.
Artıq “virtual dünya”nın da real dünya kimi geosiyasi maraqlar müstəvisində bölündüyünü qəbul etməli və özgə maraqlarının nüfuz edə bilməyəcəyi layihələrin həyata keçirilməsinə çalışmalıyıq.
Vaxt gözləmir…

Hörmətlə: Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru