www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı barədə – I YAZI

HİKMƏT MƏLİKZADƏ və RƏFAİL TAĞIZADƏ

“O salxım buludlar bu gecə qara…”

İstedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı barədə (qısa) qeydlər

(Birinci yazı)

Poetik səpkili şeir (müasir düşüncəyə) uyğun fikir sabitliyi qurursa, orada qlobal nəsə axtarmağa lüzum yoxdur; o tərz şeirlərdə modernçi ənənə elə də kəskin (bir) məqsəd aşılamır… Ancaq bu tip nümunələrdə ədəbi-ictimai zəmin – motivasiya özünü aydın təsbit etməlidir… Çünki lirik hiss oxucunu azdıra, onu (bəzən) yanlış səmtlərə ötürə bilər. Nəticədə, şeirdəki məna anlaşılmaz, şair oxucusuna bitkin təəssürat verə bilməz…
Biz, istedadlı şair Rəfail Tağızadənin poeziyası ilə tanış olduqdan sonra bu qənaət(lər)ə gəldik. Bir daha əmin olduq ki, şeir təkcə (zəngin) qafiyə təzadı üzərində əks etmir, həm də mənadakı yenilikçi proseslə təzahür edir…
Fikrimizə (bir daha) əmin olmaq üçün Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı ilə təmas qurduq. (Səmimi deyək), kitabda toplanan şeirlər bizi nostalji təfərrüata sövq etdi, müəllifin ədəbi fəhmi, şeirlərindəki sanbal, köhnə-təzə ruh (onunla bağlı) qənaətimizdə redaktə aparmaq zərurəti yaratdı…
Rəfail Tağızadənin “Gecə xəyalları” kitabını vərəqləyirik; bəlli olur ki, şair oxucunu qarşısında oturdur – əvvəlcə (onun) rəsmini çəkir, sonra da ona sahilli, dalğalı-ləpəli dəniz, aylı-ulduzlu, bəzən də Ayı buludda ilişib qalmış gecə nəğmələri oxuyur… Oxucu da bu poetik təranələrin fövqündə özü ilə təmas qurur – özünə qayıda bilir…
Bu, (təbii ki,) qələm sahibi üçün (bir) uğurdur.
“Gecə xəyalları”ndakı (bəzi) poetik çırpıntılara diqqət edək:

Aysız gecələrdə qaranlıq qatı,
Küçənin halını fanarlar bilər…


Sənin könül qapını
Gözlərimlə döyürəm…


İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə…
Ayrılıqdan da ağır olurmuş
Göz yaşları ilə dolu badə.


Ay da çəkilibdi bu göy üzündən,
O salxım buludlar bu gecə qara.
Məni çil-çıraqla sahildə gəzmə,
Məni zülmətlərin içində ara…

Məzmunsuz performans göstərən şeirlərdə (çox vaxt) fikir-qayə sistemsiz anlam təsiri verir. Bu, oxucuda narazı hislər doğurur. Ancaq Rəfail müəllimin qələm nümunələrində, xüsusən də yuxarıda nümunə gətirdiyimiz şeirlərində performans müasirdir, yenilikçi-tərənnümçüdür, fikir sözü, söz fikri təmin edir. Diqqət edək: “Aysız gecələrdə qaranlıq qatı, Küçənin halını fanarlar bilər…”. Əlbəttə, bu iki misrada məna bəllidir; qatı qaranlıqda küçə tənhalaşır, onun hansı məcrada acı çəkdiyini fanarlar dəqiq müşahidə edir. Əslində, burada məqsəd başqa anlamdadır: ruhu saran, canı zəlil edən nəfsi asılılıq günah şəklində insanı qaranlıq hücrədə sıxır, onun hansı mənada ah çəkdiyini ürcah olduğu səmtlər yaxşı görür. Bu, o mənaya gəlir ki, Rəfail müəllim aydın fövqü olan bir fikirlə dərin qatları olan başqa bir fikir ifadə edir…
Yaxud, aşağıdakı şeirdə müəllifin qənaəti fərqli təzahürdədir:

İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə…
Ayrılıqdan da ağır olurmuş
Göz yaşları ilə dolu badə.

Şeirdə acı bir həyat hekayəsi var; bəxti olmayan ana və körpənin təsirli həyat hekayəsi. Şeirdə körpə öz qığıltılarına “əsirdir”, ana göz yaşlarına. Qapıya dikilən baxış(lar)da (isə) hələ də ümid işartısı var; ana əmin olmaq istəyir ki, onu tək qoyan adam bəlkə qayıtdı… Lakin qapıdan heç kölgə də keçmir. Burada ayrılıqla acizlik eyni şəkildə, həm də fərqli mənadadır. Biri uzaqlıq hissidir, digəri təklik. Biri ruhu titrədir, digəri nəfsi…
Bu şeir yığcam şəkildədir, fəqət son dərəcə dərin anlam kəsb edir; burada bir ailənin, (bir) ailəni təmsil edən iki, əslində isə üç şəxsin obrazı diqqət çəkir: körpənin, badəni göz yaşları ilə dolduran ananın, onları başsız qoyan insanın.
Şeirin başqa bir mahiyyəti budur: yanlış seçim səhv addımdır, adamı doğruya yox, yanlışa aparır…
Rəfail müəllimin aşağıdakı şeirlərində də ictimai zəmin fəlsəfi-ədəbi balansdadır:

Taleyin boz fəsli dəyişmir hələ…


Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl…


…Neçə ildi qaçıram,
Yol məndən uzaqdadı.


Bu gecə yuxuma kimlər girəcək?
Bu dar otaqların yuxusu qəliz.
Eh, məni haradan tapacaqlar ki,
Şəhər küçələri saxlamayır iz…


Üz-gözümdə bir baxışın kölgəsi,
Qulağımda iyirmiüç il öncənin qadın səsi…

Bu şeir parçalarında da ədəbi ovqat düşündürücü zəmindədir; müəllif oxucuya aydın sezdirdiyi mənaları həm də başqa anlamda – məzmunda xarakterizə edir.
Məsələn:

Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl…

Bu şeirin mahiyyəti bizə aydın fövqlər verir: bağ evi sahibsizdir, budanmamış əncir ağacı hasarı, qara qıfıl isə qapını sarıb. Bu ev addım səslərinə tamarzıdır və s.
Digər bir təfərrüatda şeir bizə bunu deyir: İnsan günaha əsir olub Allahdan uzaq düşür, şeytan onu təkliyin sacında qovurur. Belə halda insanı nə torpaq əfv edir, nə ruh. Yaşadığı ömür içində heç kim olmayan (qərib) ev kimi görünür, həyatını qanqallar sarır, tikanlar bürüyür və s…
Rəfail müəllimin şeirlərində müşahidəçi qabiliyyət də xüsusi anlam kəsb edir.
Məsələn:

Yarpaqlar
Lampayla gizlənpaç oynayır həyətdə,
Tənha evdə xatirələr.
Xəyallar təpənin o tayında, –
Qəribəm…


Bir badə şərabtək içildi getdi,
Mən belə sevgini neynim, İlahi?


Ağacın yaylığı ayaqlar altda,
Yeriyə bilmirəm çığırtısından…


Fikirləri qanad kimi qol açıb,
Bu qız uçur xəyalların içində.

Xəyalları, arzuları sona ver,
İstəyini ona yetir, ona ver,
Ey Yaradan, Sən bu qızı yola ver,
Bu qız uçur xəyalların içində.

Həm yuxarıda verdiyimiz, həm də bu şeir parçalarında şair müşahidəsi güclü aspektdədir; hadisələr dəqiq izlənilib, ədəbi proseslər nöqtəsinə qədər incələnib. “Yarpaqlar lampayla gizlənpaç oynayır həyətdə, Tənha evdə xatirələr. Xəyallar təpənin o tayında, – Qəribəm…”. Yaxud: “Ağacın yaylığı ayaqlar altda, Yeriyə bilmirəm çığırtısından…”. Bu nümunələrdə dəqiq (bir) izləmə var, çoxunun görə bilmədiklərini şair aydın görür, (onları) poetik müstəvidə əxz edir.
Bir sözlə, Rəfail Tağızadə şeirində söz özündən, fikir (ürcah olduğu) çərçivədən böyükdür; mənanı ifadə edən poetik şəkil əslində, bir zərgər işidir. Bu da hansı səmtdən boylansaq, (dəqiq) bir məna verir: “Gecə xəyalları”nızın ədəbi missiyası işıqlıdır, Rəfail müəllim!

Müəllif: Hikmət MƏLİKZADƏ

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Ey sevgili…

Ey sevgili, sen de kınayıcılar gibi yüreğimi kınıyorsun

Yüreğim kınama ateşiyle yanıyor

Sevgili, Uzaklıklar evrenin sınırsız yaprakları gibidir, her esen rüzgarla biraz daha uzaklaşırlar ve uzaklaştıkça daha da parlaklaşırlar

(Beni çokluk dünyasının diğer boyutunda asılı bıraktın, iki zıt tezahürün ifadesi gibi)

Ne oldu bilmiyorum?

Sessizliğinle beni uzaklaştırıyorsun.

Ve sanki onurumu unutmuşum gibi hissettiriyorsun, sanki sitemlerden muzdarip ruhumu işkence etmekten zevk alıyormuşum gibi.

Ah, keşke evren bir kadeh şarap olsaydı, şafak karanlığı üzerime çökene kadar şarap içebilirdim!

Belki dar bir ağacın kökleri gibi dar bir yere zincirlenmiş olmanın sıkıntısını biraz unuturdum

Şimdi şiirde birliği ve bütünlüğü ifade eden, aşkı en güzel haliyle kelimelerle ifade eden büyülü dizeleri soruyorum

Nerede o gümüş akan ırmak, nerede bazen tatlı bir esintiyle esen rüzgarlar?

Rüzgârın yeryüzüne hizmet etmesini sağlayan mavi gökyüzü, bahçeye su taşıyan bulutlar

Nergislerin gözlerini kırmızı yapan yeşil tohum, lalenin yüzünü kırmızı yapan renk cümbüşü

Nerede nezaket, nerede verilen vaatlerin ismi ?

Hasret rüzgarlarının taşıdığı o deli aşıklar nerede?

Ah,ah kamıştan bağımlılık yapan şekeri çıkaranlar, dikeninden taze hurma yetiştirenler

Yeryüzünü farklı renklerle süsleyenler, ağaçlara yeşil, cennet çiçekli elbiseler giydirenler

Evrenin dış görünümü çok engindir, Perdenin ardında gizli hazineler saklıdır.

Kâinat, tek olan Tanrı’nın ihtişamının ve güzelliğinin bir tezahürüdür.

Şu anki varoluşum sana zayıf bir yansıma gibi görünebilir

Ama ben perdenin arkasından yükselen bir ışığım

Sadece sevginin tezahürünü, kalbin içindeki ilahiliği keşfedenlerin kalplerindeyim.

Kırmızı yakutlar her zaman Sahra’dan daha değerlidir

Beni kuru bir yaprak gibi kuruttun, sonra da çorak topraklarda susuzluktan ölüme terk ettin diye sevinme.

Gerçek aşk o kadar güçlüdür ki bazen bir dua, bazen bir lanettir;

Varoluşun yedi aleminde keşfedilmeden bırakıldığında,

Gayb âlemlerinde diken gibi yalnız kaldığında,

Gizemli dünyanın dağlarında çekirdeksiz bir ağaç gibi kök salacaksın,

Ve çiçeksiz ısırgan otu kadar değersiz olacaksın.

O zaman aşkın büyüklüğünü, günahın azabını anlarsın.

28/09/2024-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏSGƏR ÖLMÜR – ŞƏHİD OLUR

ƏSGƏR ÖLMÜR-ŞƏHİD OLUR

AZƏRBAYCAN ASKERİ
(marş)
Kafkasyanın dumanlı dağlarında,
Oynaşarak koşuyor
Dört bir yana aşıyor,
Azərbaycan askeri.
Od yurdunun hüdudların düşmənlərdən
Sarsılmadan koruyor,
Aslan kibi ölüyor,
Azərbaycan askeri.
Arş irəli,arş irəli Azərbaycan.
Marş irəli,marş irəli
Yaşasın Azərbaycan!
Cəfər Cabbarlı

27 sentyabr 2024-cü il tarixdə Əzim Əzimzadənin ev-muzeyində Cəfər Cabbarlının ev-muzeyinin və Əzim Əzimzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə torpaqlarımızın bütövlüyü uğrunda 44 günlük haqq savaşımızda gedən qızğın döyüşlərdə vuruşaraq qəhrəmancasına həlak olan Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi.
Mərasimdə Şəhid Anaları da iştirak edirdi.
Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Məzarları nurlu,məkanları Cənnət olsun.Amin!

Müəllif: RƏSMİYYƏ HEYBƏTAĞAQIZI

RƏSMİYYƏ HEYBƏTAĞAQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Görünüşün köləsi olmayın

“Kim bir gün yeni bir cənnət qurarsa, lazım olan gücü öz cəhənnəmində tapmişdır”
Fridrix Nitsşe

Əvvəla, azadlığınızı qəbul edin.Sosial gözləntilərin təzyiqlərinə təslim olmayın və ya özünüz haqqında yanlış təsəvvür yaratmağa çalışmayın.Bəhanəsiz özünüz olun, çünki azadlığınız mahiyyətinizlə səsləşənləri cəlb edəcək.
Görünüşün köləsi olmayın. Fiziki cazibə ilkin qığılcımları alovlandırsa da, əsl əlaqənin sadəcə estetikadan kənara çıxdığını unutmayın.İntellektual uyğunluq, ortaq dəyərlər və həqiqi emosional əlaqə axtarın. Fikrinizi meydan oxuyan və stimullaşdıranları axtarın.
Mənalı söhbətlərə qoşulun. İdeyaların və ehtirasların dərinliklərini araşdıran söhbətlərə başlayın. Dünyəvi və bayağılığı aşan stimullaşdırıcı nitqlə məşğul olun.
Nəhayət, sevgiyə fəth və ya təsdiqləmə vasitəsi kimi yanaşmayın. Sahib olmaq və ya fəth etmək deyil, həqiqətən dərk etmək, əlaqə qurmaq üçün çalışın. Sevgi zənginləşdirici və gücləndirici təcrübə, inkişaf, özünü kəşf etmək üçün bir fürsət olmalıdır. Sevgini səxavətli ürək və təvazökar ruhla əhatə edin.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada “27 sentyabr – Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “27 sentyabr – Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

Milli Kitabxanada “Anım Günü” ilə əlqədar “27 sentyabr – Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq stəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgidə qazanılan Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan Tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, mərd, cəsur, qeyrətli Vətən oğullarının – Qəhrəmanlarımızın sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcəcək.

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər

Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər

Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Astanada səfərdə olan nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyində 44 günlük Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü, 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini yad ediblər.

Anım mərasimində Azərbaycan nümayəndə heyəti və səfirliyin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları səfirliyin binasında Ulu öndər Heydər Əliyevin abidəsinin ününə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar.

Sonra şəhidlərimizlə bağlı yaradılmış xatirə guşəsinin qarşısına çiçəklər düzülüb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən söz açıb.

Mənbə və Ətraflı: https://www.facebook.com/share/jM1EmkvFPMAJjge8/?mibextid=WC7FNe

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YENİ TƏQDİMATLAR…

YENİ TƏQDİMATLAR…
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Aventliyinin maliyyə yardımı ilə”C.Cabbarlı- ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət proqramına uyğun olaraq C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatınıın klassiki,dahi dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və bədii irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əəsərləri” adlı kitabın, eləcə də sənətkarın həyat və yaradıcılıgı haqqında bir sıra maraqlı məlumatların toplandığı “Böyük sənət fədaisi” adlı kitabçanın təqdimat mərasimi keçirilib.
Cəfər Cabbarlı ədəbi fəaliyyətə uşaq yaşlarında başlasa da sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş,səhnəmiz
üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarıından biri kimi şöhrətləndirmişdir.Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yoly keçərək,ədəbiyyatın həm şeir,həəm dram,həm də nəsr janrlarından bacarıqla istifadə etmiş,eyni zamanda istedadlı jurnalist ,tərcüməçi vəkino xadimi kimi tanınmışdır.
Kitaba yazıçının Cümhuriyyət öncəsi qardaş Osmanlı türklərinin tarixi mücadiləsinə həsr etdiyi ” Ulduz” və ya” Trablis müharibəsi”(1917) pyesləri,eləcə də bir slra hekayələri daxıl edilmişdir,Digər kitabçada isə oxucular ədibin həyatının önəmli məqamları,eləcə də yaradıcılıgının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sira ziddiyyətli ,tarixi anları ilə tanış olacaqlar.
C.Cabbarlı adına Mədəniyyət ,Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri,C.Cabbarlı ev- muzeyinin direktoru Qəmər Seyfəddinqızı tədbiri açaraq kitablar haqqında məlumatları dinləyicilərə çatdırdl,Sonra sözü AMEA- nın N.Gəncəvi adına Ədəbiyyat Unstitunun şpbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmliyə verdi.Asif müəllim ədib haqqında elə maraqlı məlumatlar verdi ki,dinləyicilər onları ilk dəfə eşidirdilər!Çıxışına əlavə edərək Qarabaga səfərimizdən danışarkən qeyd etdi ki 1919 – cu ildə yazıçı Şuşada olarkən ona Qarabağ atı və xalça da baglşlamlşlar….Çıxışa davam edənlərdən AMEA- nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun şöbə müdiri,filologiya elmləri doktoru Tahirə Məmməd,BDU- nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova,gənc alimAytən xanım və digər ziyalılar dahi yazıçının həyat və yaradlcılıgı,eləcə də yenicə işıq üzü görən kitablar haqqında əhatəli çıxışlar etdilər.DAMM- nin EŞ sədri,AJB- nin üzvü,” Yazarlar” jurnalının əməkdaşı,yazar- publusist Nəzakət Eminqızı,” Günaz” az saytının redaktoru Rəsmiyyə Heybətagaqızı C.Cabbarlıya həsr olunmuş şeirlərdən parçalar söylədilər.Donda xatitə şəkilləri çəkiıdi. Fotolar:


Müəllif: Nəzakət EMİNQIZ

AJB – nin üzvü, DAMM-nin EŞ – nın sədri, “Yazarlar” və “Carçı” jurnallarının əməkdaşı, yazıçı – pubisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ORQAN” SÖZÜNÜN İNZİBATİ TƏŞKİLATLARIN ADLARI İLƏ ƏLAQƏLƏNDİRİLMƏSİ HARADAN GƏLİR?

“ORQAN” SÖZÜNÜN İNZİBATİ TƏŞKİLATLARIN ADLARI İLƏ ƏLAQƏLƏNDİRİLMƏSİ HARADAN GƏLİR?
(DİLÇİLİKDƏN ETÜDLƏR)

Bütün elmlər kimi dilçilik elmi də öz sahəsində inkişaf yolunu seçir və bu elmin təkmilləşməsində elmi tədqiqatlarını genişləndirir.Digər elmlərdə olduğu kimi dilçilik elmində də problemlərin aradan qaldırılması başa çatdırılmamışdır.
Dilçilikdə fonetik tərkib və səslənməsinə görə eyni, mənaca müxtəlif leksik-semantik söz qrupları “omonimlər” adlanır.(yunancadan “eyniadlı” mənasındadır)
Əslində insanın bədən üzvləri kimi “orqan” sözü tam yerindədər.Söz yunan dilində “organum” sözündən olub, bioloji bir termindir.Heyvanlarda və insanda beyin, ürək, göz, qaraciyər, mədə və s.; bitkilərdə kök, gövdə, yarpaq, çiçək orqanlar hesab edilir.Orqanizm sözü də bədən orqanlarının (üzvlərinin) tam şəkildə məcmusudur.
“Təşkilat, orqanizasiya” sözü latın dilində “organizo” sözündən olub, “qururam” mənasını bildirir.”Orqan” sözü bu mənada “təşkilat, qurum” kimi də yeni sözlər yaratmışdır.
“Orqan” sözünün musiqi aləti kimi də mənası vardır.
Hətta dilimizə daxil olan “orqanik” neologizmini də bu omonim sırasına daxil etmək məqsədə uyğun saymaq olar.
”Orqan” sözünün dörd mənada özünü göstərməsi ilk baxışda omonimiyanın mənaca müxtəlif, qrafik cəhətdən uyğunluğu ilə özünü təsdiq edir.
”Orqan” sözü ələlxüsus xüsusi qapalı (məxfi) təşkilatlara: hüquq-mühafizə, təhlükəsizlik idarələri, administrativ şöbələrin adları ilə birgə işlədilir.Yəni bütün təşkilatların (orqanların) adına qoşulmur.
Buna səbəb nədir?
Doğrusu sözün mənşəyinin vətəni olan ölkə dilçiləri üçün də bu sözün etimologiyası qaranlıqdır.Bu səbəbdən də heç bir ensiklopedik mənbədə sözün etimologiyası açılmamışdır.
Əslində “təşkilat” və bədən üzvü kimi işlənən “orqan” omonimi kökündən fərqlidir.Latın dilində “arcanum, arcanus” sözləri tərcümədə “gizli, sirli” mənasını bildirir.İngilis dilində də “arcane” sözü eyni mənanı bildirir.Lakin bu söz ingilis dilində arxaik söz kimi hesab olunur.
Əgər biz “arcanum” sözünə diqqət etsək, “organ-orqan” sözünün “arcanum” sözündən fonetik deformasiya nəticəsində yarandığını söz duyumu ilə qəbul edə bilərik.Sözün “gizli, sirli, məxfi” semantikası və fonetik quruluşundakı oxşar fonemlərin iştirakı bunu qəbul etməyə əsas verir.
Araşdırmadan belə nəticəyə gəlmək olur ki, təşkilat mənasında “orqan” sözü, bədən üzvü kimi işlənən “orqan” sözü ilə ilkin formada omonim olmamış, sonradan omonimik formaya düşmüşdür.
Hər zaman insanı düşündürən bu sözün işlənmə yeri nəhayət ki, öz məntiqi mənasını doğrultmuş oldu.
P.S.Həmişə “ filankəsin filanı orqan işçisidir” deyiləndə anında həmin şəxsin inzibati orqanlarda işləməsi məlum olurdu.Yəni “orqan” sözü digər təşkilatların təyinatından fərqli bir təşkilat olması hamı üçün anlaşıqlı olmuşdur.
“Organizo” sözünün xüsusi təyinatlı təşkilatlara mənsub olmasının mahiyyətini qərb dövlətlərinin dilçiləri də bu sözün “arcanus” sözündən yaranmasını bilmirlər.Bu dilçiliyin məntiqi və sözduyumu sahəsinin məhsuludur.
Mənim özüm üçün də maraqlı oldu.
Təşəkkür edirəm.

DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Salmanqızı

ÖLMƏZLİYƏ UÇALDIN,
ÖLMƏDİN SƏN ŞƏHİDİM.

(Şəhidlərimizi hörmətlə anırıq)

Qəhrəman igidləri,
Daima yaşar gördüm,
Ölməzliyə uçaldın,
Ölmədin sən Şəhidim.

Məğrur baxışlarında,
Sonsuz arzular gördüm.
Coşdu azadlıq eşqi,
Amalında hər zaman.

Minlərlə insanların,
Tarixi yaddaşında,
Qəhrəman igidləri,
Daima yaşar gördüm.

Qurban oldu vətənə,
Varlığı bu sevdadan,
Ölməzliyə uçaldın,
Ölmədin sən Şəhidim.

Qızıl qana boyandı,
Ana torpaq ağuşu,
Dinir xatirələrdə,
Adın,sevgin,naxışın.

Polaq kimi dayandın,
Haqq ədalət naminə,
Ölməzliyə uçaldın,
Ölmədin sən Şəhidim.
02.12.2021

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

CORC ORUELLİN TOTALITARİZMƏ DAİR GÖRÜŞLƏR

CORC ORUELLİN TOTALITARİZMƏ DAİR GÖRÜŞLƏR

“1984” adlı distopik-siyasi romanı ilə tanınan Corc Oruell totalitarizmin şiddətli tənqidçisi idi.Oruell öz işi ilə təkcə vətəndaşların hərəkətlərinə deyil, həm də onların düşüncələrinə nəzarət etməyə çalışanların dəhşətli nəticələrini ortaya qoyur. Oruellin ən diqqətçəkən konsepsiyalarından biri “İkili danışıq”dır – sözlərin mənasını qəsdən gizlədən, təhrif edən və ya əksinə çevirən bir dil növüdür.1984-cü ildə hökumət vətəndaşları çaşdırmaq üçün “Müharibə sülhdür” və “Azadlıq köləlikdir” kimi ifadələrdən istifadə edərəj onların tənqidi düşünməsini qeyri-mümkün edir. Bu taktika Nazi Almaniyasından tutmuş Sovet Rusiyasına qədər totalitar dövlətlərin tarix boyu istifadə etdiyi təbliğatın real dünya nümunələrini əks etdirir, burada nəzarəti saxlamaq üçün dili bükməkdən istifadə etmişdirlər.
“İkili danışıq” xüsusilə təhlükəlidir. O, həqiqətlə yalan arasındakı xətti bulandırır, fərdləri reallığı manipulyasiyadan ayıra bilmir, fəlsəfi olaraq bu, Platonun “Mağara alleqoriyasına” aiddir. Həqiqəti görmək üçün Oruellin əsəri bir xəbərdarlıq rolunu oynayır: sual vermək qabiliyyətimizi təslim etsək, azadlığımızı tamamilə itirmək riski var. Oruellin mesajı aydındır – dil silahlandırıldıqda, o, müqavimət göstərmək qabiliyyətimizi əlindən ala bilər, totalitarizmi nəinki mümkün, həm də qaçılmaz edir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru