www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

AKİF ABBASOV. QƏMİŞ OLMASIN.

QƏMİŞ OLMASIN

(hekayə)

            Ağanın qonağı gəlir. O, nökəri çağıraraq:

         -Yaxşı çay dəmlə. Adımıza-sanımıza layiq.

         Ağa çox vas-vası olduğundan nökər ayaq saxlayaraq hey suallar verir:

         -Ağa, çayı otlardan – kəklikotundan, nanədən, mixəkdən, darçından, yoxsa hildən dəmləyim? Bəlkə adi quru çaydan istəyirsiniz?

         Ağa qeyri-müəyyən cavab verir:

         -O da olsun, bu da.

         Nökər key-key baxır. Sonra təzədən xəbər alır:

         -Ağa, çay tünd olsun, yoxsa açıq?

         Ağa cavabında deyir:

         -Nə çox tünd olsun, nə də çox açıq? Bildin?

         -Bildim.

         -Di get.

         Nökər yola düzəlir, lakin nə isə fikirləşib geri dönür:

         -Ağa. Çay acı olsun, şirin?

         Ağa artıq əsəbiləşməyə başlayır:

         -Kəmşirin olsun, kəmşirin. Bunu da bildin?

         -Bildim, ağa.

         -Ağa, acığın tutmasın. Çayın yanında mürəbbə olsun?

         Bu dəfə qonaq dillənir:

         -Yaxşı nökərdir, iş bacarandır. Yerli-yataqlı öyrənmək istəyir ki, çay ürəyimizcə olsun.

         Nökər yerindən tərpənmir. Qonağın onun tərəfində olduğunu görüb ürəklənir:

         -Ağa, bir sualım da var. Olar?

         -Buyur.

         -Çay limonla olsun?

         -Limonla.

         -Yanında qaşıq olsun?

         -Qaşıq da olsun.

         -Çay qəndlə olsun, konfetlə?

         -İkisi də olsun, ay qanmaz!

         İsti yay günləri idi. Artıq sorğu-sual yarım saat olardı davam edirdi. Qonaq da, ağa da susuzluqdan dodaqlarını yalayırdılar.

         Ağa axır ki, dözə bilməyib cin atına mindi:

         -Ay yaramaz, susuzluqdan nəfəsimiz kəsildi!.. Gör nə vaxtdan dayanıb durmusan. Heç bir iş görməmisən!

         Qonaq da söhbətə qarışdı. Üzünü nökərə tutaraq dedi:

         -Ay pir olmuş, necə çay gətirirsən – gətir. Yanında qəmiş olmasın!

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış şair Nazilə Gültacın “Şəhid atası” kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

“Şəhid atası”

Tanınmış şair Nazilə Gültacın “Şəhid atası” kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabda toplanmış hekayələr və “Şəhid atası” povestini oxuyana qədər Nazilə xanımın şeirləri ilə tanış idim, onun nəsr yazacağını təsəvvür eləmirdim. Kitab mənim üçün sürpriz oldu. Kitabdakı nəsr nümunələri maraqlı süjeti, gerçək məzmunu, həyati problematikası ilə oxucunu düşündürür, xeyirxahlığa səsləyir. Həcmcə o qədər də böyük olmayan bu hekayələr uzun illərdən bəri həkim işləyən müəllifin böyük şəfqət duyğuları ilə yazılıb. “Şəhid atası” povesti arxa cəbhə insanlarının övlad itkisindən doğan ölçüyəgəlməz ağrısından, təvazökarlığından danışır. Ən yaxşı cəhəti odur ki, N.Gültac gerçəkliyə güzəştə getmir, əsərin nə məzmunu, nə dili, nə də ideyasında saxta vətənpərvərlik demoqogiyasına, bayağı qəhrəmanlıq ritorikasına getmir, şəhidi də, onun ailə üzvlərini də necə varsa, elə, bəzək-düzəksiz təsvir eləməyə, şəhadətin təkcə ön cəbhə deyil, həm də arxa cəbhədə olduğunu göstərməyə çalışır və və buna uğurla nail ol bilir. Amma, zənnimcə, bu sadəcə ilk addmdır. İnanıram ki, Nazilə xanımın nəsr sahəsindəki daha həcmli işləri hələ qarşıda onu gözləyir. Müəllifi ilk nəsr kitabının işıq üzü görməsindən dolayı bütün dostlar adından ürəkdən qutlayır, ona gələcək işlərində başarıalr diləyirəm.

Müəllif: Əsəd CAHANGİR

Mənbə: /Əsəd Cahangir/

ƏSƏD CAHANGİRİN YAZILARI

AQİL ABBASIN YAZILARI

AQİL ABBAS HAQQINDA


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ OKTYABR – 2023 N: 10 (34)-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR”JURNALININ OKTYABR – 2023 N: 10 (34)-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB (PDF): yazarlar-34

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub.

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir.
1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyatı əhəmiyyət olan bir yüksəkliyi azad etmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır.
Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.
Cəfər müəllimin xatirələrindən: «Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.
Fotoları xarici fotomüxbir Enriko Sarzini çəkib.

Mənbə: Qılman İman

SƏDDAM LAÇIN

LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA

SƏDDAM LAÇIN

Səddam Şahlar oğlu Məmmədov. Əslən Laçının Ziyrik kəndindəndir. 1992-ci ildə Laçın şəhərində anadan olub. Məlum səbəblərdən 1993-cü ildən Bərdə rayonu Kələntərli qəsəbəsində məskunlaşıblar. Həmin qəsəbədə yerləşən Əfqan Məmmədov adına Laçın rayon Qışlaq kənd orta məktəbini bitirib. Ağdam İqtisad Kollecində Yol hərəkətinin təşkili ixtisasına yiyələnib. Daha sonra Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsini fəxri məzun kimi başa vurub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. ARB televiziyasının efir redaktorudur.

KİŞİ UNUTQANLIĞI

Bir qadın unutmuşam…
Göz rəngi yadımdadı,
gözün xatırlamıram.
Bir qadın unutmuşam…
Səsi qulağımdadı
Sözün xatırlamıram.
Yanından düz keçərəm
Səsin duysam, dönərəm
Axı mən, bədbəxt oğlu
Səsin xatırlayıram
Özün xatırlamıram.

Bir qadın unutmuşam.
İllərdi dodağımda
Dodağının dadı var
Gözlərimdə həsrəti,
əllərimdə boşluğu
Hardasa ən təpədə
Ürəyimdə adı var.

Bir qadın unutmuşam.
Ona yazılan şeirin
Sətrin unutmamışam
Evimin ünvanını
Unuduram, İlahi,
Unutduğum qadının
Ətrin unutmamışam.

Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim,
qadını unutmuşam.
Belə unutmaq olmaz!
Ad günü yadımdadı
Adını unutmuşam.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sərraf Şiruyə – Adım gələndə.

Adım gələndə.

Bir neçə tula var, verib səs-səsə,
Arxamca hürüşər adım gələndə.
Şeirimdən, sözümdən gəlib həvəsə,
Adımla ərişər adım gələndə.

Yayılar güllüyə sarı alaqtək,
Çatmaz arzusuna, gəzər çolaqtək,
Çarəsiz qalanda uzunqulaqtək,
Anqırıb, irişər adım gələndə.

Dərd deməm beləsi çəkdiyi dərdə,
Xiffətdən gözünə gələcək pərdə.
Yerini dar bular xeyirdə, şərdə,
Tezcənə sürüşər adım gələndə.

Mən belə bəşərə mat qalmışam, mat,
Əsər əl-ayağı, durmaz farağat
Qəzəbdən, nifrətdən olub ikiqat,
Yumulub bürüşər adım gələndə.

Neçə yol dedilər: çox çıxma zilə,
O da dayanmayıb dən verdi dilə.
Əcəli çağırar əzrayıl ilə,
Ölməmiş görüşər adım gələndə.

Şiruyə, paxıla söz eyləməz kar,
İçini qurd yeyər, xəstəlik tapar.
Adların demirəm, bir neçəsi var,
Evinə vay düşər adım gələndə.

1988-ci i.

Müəllif: Sərraf Şiruyə

Mənbə: Qılman İman

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GÜNEL NATİQİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“AİLƏ DƏYƏRLƏRİ”  DƏRSLİYİ  İŞIQ ÜZÜ GÖRDÜ

“AİLƏ DƏYƏRLƏRİ”  DƏRSLİYİ  İŞIQ ÜZÜ GÖRDÜ

         “Mütərcim” nəşriyyatı pedaqogika elmləri doktoru, professor respublikanın Əməkdar müəllimi Akif Abbasov və  pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlinin   “Ailə dəyərləri” dərsliyinə həyat vermişdir.                                       

 Dərsliyin elmi redaktoru pedaqogika elmləri doktoru, professor                                               Hikmət Əlizadə,  rəyçilər     pedaqogika  elmləri doktoru, professor,  Rusiya Təhsil Akademiyasının  xarici üzvü Hümeyir Əhmədov,  pedaqogika elmləri doktoru, professor, İntiqam Cəbrayılov, pedaqogika üzrə fəlsəfə doktoru İradə Əmirəliyevadır.

Dərsliyə “Ön söz əvəzi” və “Son söz əvəzi”ndən başqa 12 mövzuda materiallar daxildir. Fikir verək: 1. Ailə dəyərləri kursunun obyekti və predmeti, vəzifələri. 2.  Ailə dəyərləri fənninin başqa fənlərlə əlaqəsi, tədqiqat metodları, ailə dəyərlərinin mənbələri, metodları və prinsipləri. 3. Ailənin hüquqi əsasları. 4. Ailənin mənəvi əsasları. 5. Ailənin psixoloji iqlimi. 6. Ailənin  gender problemi. 7. Ailə üzvlərinin hüquq və vəzifələri.  8. Ailə münasibətlərində tolerantlıq. 9. Valideynin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti.  10. Ailənin funksiyaları,  tipləri və quruluşu. 11. Ailə bayramları. Ailənin həyatında incəsənətin rolu. 12. Ailənin tərbiyəvi  imkanları.  

   Tələbələr hansı pedaqoji ixtisası seçmələrindən  asılı olmayaraq, pedaqogika və psixologiya elmlərinə aid məsələlərdən xəbərdar olmalıdırlar.   Müəllim kimi sinif otağına daxil olan hər bir şəxs  həmin fənlərdən öyrəndiklərinin faydasını görür.

Son zamanlar bəzi ali təhsil müəssisələrində ailə pedaqogikası fənninin mühüm sahələrindən biri olan “Ailə dəyərləri” kursu tədris olunur.

           Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında ailənin, ailə üzvlərinin, valideynlərinin və ailə dəyərlərinin rolu son dərəcə böyükdür. Bu dəyərlərlə tanışlıq gənc nəslin, uşaq, yeniyetmə və gənclərin həyatda fəal mövqeyi tutmasına, yaxşı ailə başçısı, yaxşı valideyn, yaxşı ər və arvad, gəlin, yaxşı vətəndaş olmasına imkan verir.

          “Ailə dəyərləri” dərsliyi ilə tanışlıq nəticəsində tələbə oğlan və qızlar ailədə qarşılıqlı  münasibətlərin düzgün qurulması, fənnin başqa  elmlərlə bağlılığı; onun mənbələri; tədqiqat metodları, valideynlərin nüfuzu, ata-anaların şəxsi nümunəsi və pedaqoji mərifəti; ailə tərbiyəsinin mənəvi və hüquqi əsasları;   ailənin psixoloji iqlimi; ailə üzvlərinin hüquq və vəzifələri; ailənin funksiyaları, tipləri, quruluşu; uşaqların tərbiyəsi sahəsində ata-anaların üzərinə düşən vəzifələr, ailə tərbiyəsi zamanı tərbiyənin prinsip və metodlarından istifadənin zəruriliyi, ailəmünasibətlərindətolerantlıq, ailə tərbiyəsində yol verilən nöqsanlar və s. bu kimi  məlumatlara yiyələnəcəklər. 

Tələbələrdən  xahiş edilir ki, özünütərbiyə ilə məşğul olsunlar,   ata-analarının, müəllimlərinin tərbiyəvi təsirlərinə biganə qalmasınlar,   Vətənimizin ləyaqətli oğul və qızları kimi formalaşsınlar, yaxşı   müəllim olsunlar. Onların nikahları uğurlu, gələcəkdə yaradacaqları  ailə möhkəm olsun. Yaxşı nəsil yetişdirsinlər.    

Dərslikdə “Apple” (“Alma”) şirkətinin rəhbəri Stiv Cobsun bəşəriyyətə müraciəti özünə yer almışdır. Dərslik müəllifi tələbələrə həmin müraciətlə  tanış olmağı məsləhət görür. Diqqət yetirək: 

 “Mən işgüzar aləmdə uğurun tam zirvəsinə çatmışam. Həyatım başqalarının gözündə sadəcə uğurdan ibarətdir. Amma həyatımda işdən başqa sevincim çox az olub. Hər halda var-dövlət mənimçün adət etdiyim bir faktdır. Hazırda xəstə halda çarpayıda uzanarkən yaşadığım həyatı xatırlayıb anlayıram ki, qarşısıalınmaz ölümün qabağını  ala bilməyən sərvətim və ad-sanımın heç bir mənası yoxdur. Siz maşın sürmək və ya pul qazanmaq üçün adam tuta bilərsiniz, lakin  siz əvəzinizə xəstəliyi daşıya biləcək heç kimi tapa bilməzsiniz. Maddi hər şey tapıb almaq olar, lakin bir şey var ki, onu itirdinsə,  tapıb ala bilməzsən.

Həyatı pulla satın almaq mümkün deyil. Özünüzü yaxşıca əzizləyin və digərlərinə hörmətlə yanaşın. Biz böyüdükcə daha ağıllı oluruq və getdikcə anlayırıq ki, 30 dollara olan saatla 300 dollara olan saat eyni vaxtı göstərir. 30 dollarlıq pul qabı gəzdiririk, ya 300 dollarlıq, fərqi yoxdur, hər ikisinə eyni məbləğdə pulu yerləşdirə bilirik. Yaxud 150 min dollarlıq maşınla, ya da 30 min dollarlıq maşınla gedəcəyik. Qət edəcəyimiz yol və məsafə eynidir. Sonda təyin olunmuş nöqtəyə gəlib çatacağıq. Əgər biz 30 və ya 100 dollarlıq şərab  içsək belə,  eyni həzzi alacağıq. 300 kvadrat metrlik mənzildə yaşayırsan, yoxsa 3 min kvadrat metrlik, sən eynilə təksən.

Sizin həqiqi daxili xoşbəxtliyiniz bu dünyanın madiyyatından asılı deyil. Fərq etməz siz biznes klassla, yoxsa ekonom klassla uçursunuz. Əgər təyyarə qəzaya uğrayırsa,  sən də onunla birlikdə düşürsən. Beləliklə,  ümid edirəm ki, siz anlayırsınız, nə qədər ki, danışa biləcəyiniz dostlarınız və yaxınlarınız var,   əsl xoşbəxtlik budur. Müqayisəsi edilməyəcək beş fakt var:  

1. Uşaqlarınızı zəngin olsunlar deyə tərbiyə etməyin, onları xoşbəxt olsunlar deyə tərbiyə edin. Buna görə də onlar böyüyəndə sahib olduqlarının qiymətini deyil, dəyərini biləcəklər.

2. Yeməyi dərman kimi yeyin, əks halda dərmanı yemək əvəzinə yeyəcəksiniz. Sizi sevənlər sizi heç vaxt tərk etməz, hətta onun sizdən imtina etməsi üçün 100 faizlik səbəb olsa belə. O sizinlə qalmaq üçün güc və səbəb tapacaq, sizi tərk etməyəcək.   İnsan olmaqla insani olmaq arasında çox böyük fərq var. Əgər siz tez-tez yerimək istəyirsinizsə, tək gedin. Əgər uzağa getmək istəyirsinizsə, birlikdə gedin.

Dünyanın ən yaxşı 6 həkimi bunlardır: günəş şüaları, istirahət, idman, dieta, özünə əminlik, və dostlar. Onlara həyatınızın bütün dövrlərində əməl edin və  sağlam həyatdan həzz alın”.

Stiv Cobs dünyanın ən varlı adamlarından biri olub. O, hər 4 saniyədə 1000 dollar pul qazanmaq imkanına malik bir şəxs idi.  Stiv Cobs 31 yaşında miliyoner oldu. Sərvəti 80 milyarda çatırdı. Hər gün bir milyon dollar xərcləməli olsaydı belə, onun bütün pullarını xərcləmək üçün 218 il lazım gələrdi.  Fəqət bu sərvət onu ölümün caynağından xilas edə bilmədi. 56 yaşında həyatdan köçdü.

Dərslik müəllifləri professor Akif Abbasov və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədli  bunları niyə görə deyir və yazırlar?

Stiv Jobson demişkən, ata-analar övladlarını – oğul və qızlarını varlı olmaq üçün deyil, xoşbəxt olmaları üçün   tərbiyə etsinlər. Azərbaycan Respublikasının Konstitusiyasından 34-cü maddəsində deyildiyi kimi, “Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur”.

Eyni zamanda Konstitusiyamızda göstərildiyi kimi, övladların da üzərinə mühüm, həm də çox şərəfli vəzifələr düşür: “Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar”. 

        Dərslik aşağıdakı sözlərlə tamamlanır: “Əziz tələbələr!  Sizə yaxşı ali təhsil almağı, gələcəkdə pedaqoji ustalığa yiyələnmiş müəllim, nümunəvi ailə sahibi  olmağı arzulayıram!!!”

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GÜNEL NATİQİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

DÜNYANIN QÜSULA EHTİYACI VAR

DÜNYANIN QÜSULA EHTİYACI VAR

Elə gah əkində, gah biçindədir,
Ayağı iblisdə, başı cindədir,
Başdan ayağadək çirk içindədir,
Dünyanın qüsula ehtiyacı var.

Çıxıb məhvərindən kainat necə,
Saf insan möhtacdır dəyyusa, bicə,
Doğru danışanı alan yox vecə,
Dünyanın qüsula ehtiyacı var.

Hər yanda “mavi”lər, hər tərəf “gey”li,
Kişilər kişiyə salıblar meyli,
Lutun qövmünü də keçiblər xeyli,
Dünyanın qüsula ehtiyacı var.

Yəhudi, xaçpərəst, buddist, müsəlman,
Susayıb insanın qanına insan.
Hara baxırsansa, axır orda qan,
Dünyanın qüsula ehtiyacı var.

Baxaraq hər yerdən yüksələn aha,
Deyirəm tək ümid qalıb Allaha.
Təyəmmüm etməklə iş keçmir daha,
Dünyanın qüsula ehtiyacı var.

Yenə də hökmünü tez versin Allah,
Əvvəlki saflığa döndərsin Allah,
Yenə Nuh tufanı göndərsin Allah,
Dünyanın qüsula ehtiyacı var.

Müəllif: Aqil KƏNGƏRLİ


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – ŞEİR

DƏNİZ ADAMLARIN ŞEİRİ

Çətindi dəniz ömrü yaşamaq,
Məcbursan
ya dalğaları gəmilərdə qərq edəsən,
ya batırasan gəmiləri dalğalarda…
Sinəni qarsıyıb keçər qasırğalar,
dibini zəlzələlərin təkanları…
Bir ovuc dən üçün qanad çalar qağayılar,
bir tikə yem üçün üzər balinalar.
Bir cüt avara çevrilər
yoxsul balıqçının yorğun qolları kimi qolların…

Hörümçək toru kimidir suların təki,
Su üstündə
bir qətrə şirin su aramağa bənzər
sualtı burulğanlarda inci axtarmaq.
Ölümün gözlərinin içinə dik baxmalısan
fırtınalarla cəngə çıxarkən boş və qabarlı əllərlə.
Hər şeyin sonu bir əfsusdur,
çalış dərinlikləri susdur səssiz təəssüflərinlə…
Ah, bu qabarmalar, bu çəkilmələr…

Çətindir ada ömrü yaşamaq,
bütün batmış gəmilərin qalıqları sənə çıxar,
bütün səmtini itirmişlərin son aqibəti…
Sənsən dalğaların ölən yeri,
ümidlərin dirilən məkanı…
Neçə mənzil uzaq düşməsinə baxma
sahillərə yad siluetlərin…
Hər zaman bir ləpədöyən həyəcanı var
lal qayaların sükutunda…
Bir tüstü görüntüsünə üzər uzaq gəmilər,
Bir ocaq işartısına uçar təyyarələr…
Oysa ki,
ümidlərin puç olduğu məkandır kimsəsizliyin.

Mütləq yaşamalısan
bir Robinzon tənhalığı öz içində…
Dəniz olmaq,
ada olmaq…
Daha çətindir dalğalarda unudulmuş adam olmaq!

07.10.2023.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Solmaz Qəribel. Payız .

Nə qalıbdı görəsən…

Payız idi, bir də mən,
Birdə sənsiz gecələr
İçimdə gizli- gizli,
Sızlayan xatirələr
Nə dili var danışa
Nə də ki, o sevdası .
Unudub bu payızda,
Sevdamızı qadası.
İncimə.. soyuq payız,
Silib xatirələri
Göz yaşımı gizlədib,
Unudub çilələri.
Baxdım payıza doğru
Nə qalıbı görəsən?
Xəzan olan ömrümdə,
Bir payızdı ,bir də mən….
08.10.2023.

Müəllif: Solmaz Qəribel.

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru