SƏDDAM LAÇIN

LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA

SƏDDAM LAÇIN

Səddam Şahlar oğlu Məmmədov. Əslən Laçının Ziyrik kəndindəndir. 1992-ci ildə Laçın şəhərində anadan olub. Məlum səbəblərdən 1993-cü ildən Bərdə rayonu Kələntərli qəsəbəsində məskunlaşıblar. Həmin qəsəbədə yerləşən Əfqan Məmmədov adına Laçın rayon Qışlaq kənd orta məktəbini bitirib. Ağdam İqtisad Kollecində Yol hərəkətinin təşkili ixtisasına yiyələnib. Daha sonra Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsini fəxri məzun kimi başa vurub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. ARB televiziyasının efir redaktorudur.

KİŞİ UNUTQANLIĞI

Bir qadın unutmuşam…
Göz rəngi yadımdadı,
gözün xatırlamıram.
Bir qadın unutmuşam…
Səsi qulağımdadı
Sözün xatırlamıram.
Yanından düz keçərəm
Səsin duysam, dönərəm
Axı mən, bədbəxt oğlu
Səsin xatırlayıram
Özün xatırlamıram.

Bir qadın unutmuşam.
İllərdi dodağımda
Dodağının dadı var
Gözlərimdə həsrəti,
əllərimdə boşluğu
Hardasa ən təpədə
Ürəyimdə adı var.

Bir qadın unutmuşam.
Ona yazılan şeirin
Sətrin unutmamışam
Evimin ünvanını
Unuduram, İlahi,
Unutduğum qadının
Ətrin unutmamışam.

Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim,
qadını unutmuşam.
Belə unutmaq olmaz!
Ad günü yadımdadı
Adını unutmuşam.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir