Kateqoriya arxivləri: www.USTAC.az

MAHİRƏ NAĞIQIZI HAQQINDA

Mahirə NAĞIQIZI – yazar, alim, pedaqoq.

MAHİRƏ NAĞIQIZI HAQQINDA

QISA ARAYIŞ: Mahirə NAĞIQIZI Mahirə Nağı qızı Hüseynova, Mahirə Hüseynova (Mahirə Nağı qızı Hüseynova (Nağıyeva); 1960, Naxçıvan rayonu, (indiki Babək rayonu) Sust) — filologiya elmləri doktoru, professor, ADPU-nun Filologiya fakültəsinin dekanı.

Həyatı
Mahirə Hüseynova 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Təhsili, elmi dərəcəsi və elmi adı

  • 1984-cü ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
  • 2013-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
  • 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
  • 2018-ci ildə professor elmi adına yiyələnmişdir.

Əmək fəaliyyəti

  • 1984-cü ildən 2004-cü ilədək Abşeron rayon Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə işləmişdir.
  • 2004-cü ildən 2009-cu ilədək Bakı şəhəri N. Nərimanov rayonundakı G. Əsgərova adına 43 saylı BMLK –da işləmişdir.
  • 2009-cu ildən. ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi.
  • 2014-cü ildən Müasir Azərbaycan dili kafedrasının baş müəllimi.
  • 2015- ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur.
  • 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir.

Elmi yenilikləri
İlk dəfə olaraq Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərini araşdırmış, dolğun nəticələr əldə etmişdir.

Diplom və Mükafatları

  • 2003-cü il “İlin ən yaxşı müəllimi”
  • Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı
  • “Qızıl qələm” Media Mükafatı Laureatı
  • “İlin Alimi” Media Mükafatı Laureatı 2018

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda;
Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında;
Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında;
13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresində;
Bakı Slavyan Universiteti, VI Beynəlxalq Elmi Konfransında;
Azərbaycan Dövlət Pedaqoji Universiteti, “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında;
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında;
Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransında;
Tatarıstan Respublikası,“Dünya türkologiyası və Kazan Universiteti” adlı beynəlxalq elmi-praktik konfransında;
Azərbaycanın Türkiyə Cümhuriyyəti Qars şəhərindəki Baş Konsulluğu və Qars Qafqaz Universitesinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi” ilə əlaqədar “Geçmişten Günümüze Azerbaycan Cumhuriyeti” adlı paneldə

Seçilmiş əsərləri

“Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г.Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1-2.
“Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического националь-ного Университета им.В.И.Вернадского.Научный журнал Серия Филоло- гия. Симферополь, 2010 Том 23 (62).№3.
“Лингвистические исследования Гасана Мирзоева и их зна¬чение для современной тюркологии”. Материалы III Междуна-родной научнойконфе-ренции. Нальчик, 17ноября 2010 г.
“Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX-XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. №3 (661).
“Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX-XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск 2015
“Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC,bulletin. Çeletna 20, Post index 11000, Praha 1.
“Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г. Магнитогорск, пр. Ленина, 114, ауд. 232.
“Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal,ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti , 17 sayı Asos İstanbul 2015.
“XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il

Elmi kitabları

Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008
Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013
Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
Müasir Azərbaycan dili: Pedaqoji universitetlərdə bakalavr hazırlığı üçün. (proqram) Bakı: ADPU-nun mətbəəsi, 2018
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015
XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016
Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017
Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU nəşriyyatı, 2018
Üslubi morfologiya (folklor mətnləri əsasında). (dərs vəsaiti). Bakı: ADPU nəşriyyatı, 2018

Bədii kitabları

Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008
Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009
Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010
Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010
Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012
Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015
Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015
Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı: Afpoliqraf mətbəəsi, 2017



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

”GÜLÜNÜN ŞEİRLƏRİ” – SEHİRLİ KİTAB

Zaur Ustac – “Gülünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.


Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.

Zaur Ustac – “Güllünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı

Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.

Taleh Xəlilov – pedaqogika üzrə fəlsəfə doktoru.

Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR AĞAYEV HAQQINDA

Vətən Müharibəsi Qəhrəmanı – şəhid Vüqar Əhməd oğlu Ağayev

Ağayev Vüqar Əhməd oğlu haqqında

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Ağayev Vüqar Əhməd oğludur. Vüqar Ağayev 04 mart 1973-cü il tarixində Qubadlı rayon Xanlıq kəndində anadan olmuşdur. 1980-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının ordu sıralarına hərbi xidmətə çağırılmış, 1992-ci ildə təxris olunmuşdur. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş,1994- cü ildə hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvan şəhəri Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri olaraq hərbi xidmətə başlamışdır. 2016-cı ildə Hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. 2020-ci ilin Oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək II Qarabağ müharibəsində iştirak etmişdir. 01 noyabr 2020-ci il tarixində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir iki övladı var.
Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağayev Vüqar Əhməd oğlu-mayor (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı”adı verilmişdir. Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın.

Müəllif: Ceyhun MƏMMƏDOV

VÜQAR ƏHMƏD OĞLU AĞAYEV HAQQINDA DİGƏR YAZILAR

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI HAQQINDA ŞEİRLƏR

XOCALI SOYQIRIMI – 26 FEVRAL -1992 – Cİ İL.

LAYLAY, XOCALIM, LAYLAY
Qara bulud dolaşdı,
Laylay, Xocalım, laylay.
Düşmən həddini aşdı,
Laylay, Xocalım, laylay.
* * *
Bəla yağdı min yerdən,
Kim baş açdı bu sirdən?
Dizlər düşdü təpərdən,
Laylay, Xocalım, laylay.
* * *
Hamı yatıb oyaq yox
Başlar kəsik, ayaq yox.
Hələ belə sayaq yox,
Laylay, Xocalım, laylay.
* * *
Qəfil tələ qurdular,
Dinc şəhəri vurdular,
Nəsil-nəsil qırdılar,
Laylay, Xocalım, laylay.
* * *
Ağ qar üstdə selləndi,
Qızıl qanlar gölləndi.
Daş ürəklər dilləndi,
Laylay, Xocalım, laylay.
* * *
Ellər, haray, ay haray!
Yox, bu dərdə olmaz tay!
Qan ağladı göydə ay:
Laylay, Xocalım, laylay.
* * *
Heç belə də dərd olar?
Heç belə namərd olar?
Burdan daha yurd olar?
Laylay, Xocalım, laylay.
* * *
Ha yazam gəlməz sözə,
Zaman gülmədi üzə.
Nə tez gəldin bəd gözə? –
Laylay, Xocalım, laylay.
* * *
Rus-erməni bir idi,
Üstümüzə yeridi.
Dünya susdu, kiridi
Laylay, Xocalım, laylay.
* * *
Hər tərəf şaxta, sazaq
Can dolu yara, sızaq!
Bu dərdi hara yazaq?
Laylay, Xocalım, laylay.

26 FEVRALDA
(Xocalı syqırımının 20 illiyinə)
Göydən yerə qan yağdı,
26 Fevralda.
“Qrad”, “Alazan yağdı,
26 Fevralda.
* * *
Qoca, uşaq qalmadı
Səbir kasam dolmadı.
Dünya vecə almadı,
26 Fevralda.
* * *
Bu dərdin yox dərmanı,
Kim verdi bu fərmanı?
Uçurtdu xanımanı,
26 Fevralda.
* * *
Bu yuxudu, nağıldı?
Necə sərsəm ağıldı?
Bütün şəhər dağıldı
26 Fevralda.
* * *
Çəmən, çöl ağlar qaldı
Bağda gül ağlar qaldı.
Şirin dil ağlar qaldı,
26 Fevralda.
* * *
Əlif tənha, Əlif tək
Hanı oğul, Əlif tək?
Heyif gəlmədi kömək,
26 Fevralda.
* * *
Düşmən zalım, amansız
Rus, erməni imansız!
Qaldıq yolsuz, gümansız
26 Fevralda.
* * *
Xocalını vurdular
Əhalisin qırdılar
Yerində şum sürdülər
26 Fevralda.
* * *
Qırğının da həddi var
Onun da sərhəddi var.
Zülmün şəhadəti var,
26 Fevralda.

XOCALIYA AĞILAR
Mərdim haray, ay haray
Dərdim haray, ay haray.
Hanı Xocalı, ellər,
Yurdum haray, ay haray.
* * *
Heç belə kədərmi var,
Qəzavü-qədərmi var?
Mənim tək, ay ellər,
Bir ömrü hədərmi var?
* * *
Qulağıma səs gəldi: –
Dövran yaman nəs gəldi.
Ellər, bu nə iş idi,
Ömrə kəshakəs gəldi.
* * *
Car oldu, elan oldu: –
“Xocal talan oldu!”
Ağlaram ta sonacan, –
Yer ilə yeksan oldu.
* * *
Gözüm yaşlı qalınca
Üz söykərəm qılınca.
Könül dinclik taparmı,
Qisasını alınca!
Müəllif: Yusif DİRİLİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALININ HAYFINI ALAN İGİD

Xocalının hayıfını alan İgid

Orda bir kənd var… uzaqda…

Qarı qan gölünə dönən…

Qundaqdakı körpələri süngülənən…

Adamları odun kimi qalaqlanıb

Tövlələrdə ocaq kimi yanan bir kənd…

Qanına qəltan olunan…

Yurdu viran qalan bir kənd…

29 ildir yanıb külə dönən yurd yerinin adıydı Xocalı… Dünyadan xəbərsiz məsum qızlarımızın bəmbəyaz qarın üstünü ləkələyən bəkarət yükü – alnımızda şırımlanmış qan ləkəsi idi Xocalı…

Bətnindəki balaları çıxarılıb gözünün önündə süngüyə keçirilən hamilə gəlinlərin naləsi, sinəsi çalın-çarpaz dağlanmış Ana harayı idi Xocalı…

İllər ötdükcə zaman bizi həmən məşum gecədən nə qədər uzaqlaşdırsa da, lap dünyanın o biri ucuna da getsək, qulağımızdakı o fəryad səsini çıxara biləcəyikmi beynimizdən?!…

Yüz günəş doğsa da, lap külli-Qarabağın abi-həyatı yenidən cana gəlsə, doğan günəş Xocalının qarını əritsə də, qarın üstündəki o qan gölü əriyəcəkmi yaddaşımızdan?!

İllərdi dünyadan ədalət istəyirdik… o gecə çıraq kimi söndürülən körpələrin fəryadına, anaların naləsinə qoşulub, “Xocalıya ədalət” deyib haray çəkirdik, dünya bizi eşidirdimi?!

Bu boyda ədalətsizliyə dünya birliyi susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib işıqlandırırdılar…

Kor deyildik ki… Hamısını görürdük… İnsana və insanlığa qarşı törədilən bu boyda cinayəti, vəhşiliyi, dəhşəti görüb görməzdən gələnləri, ağzına su alıb oturanları, boğazına bağladığı qalstukun arxasında cəllad obrazını gizlədən qatilləri… hamısını görürdük… Onu da anlayırdıq ki, biz ədaləti dünyadan istədikcə dünya bizi kor dilənçi yerinə qoyacaq. Bizim namusumuzu ağrıdan yük dünya üçün sadəcə müzakirə mövzusudur.

Yaşı Xocalının yaşından az olan oğullar vardı… analar Xocalının qanını almaq üçün oğullar doğmuşdu, atalar alnımızın ləkəsini silmək üçün iyidlər böyütmüşdü, yumruqlarını çırpıb bütün dünyaya başa saldılar ki, ilahi ədalət nədir?! Dünyaya bir də onu başa saldılar ki, bizə beşulduzlu otellərin konfrans zallarına yığışıb dartışılan “dilənçi payı” ədalət gərək deyil, beş günlərlə susuz qalıb, şehli otların suyunu içə-içə, səngərlərin oyuğunda torpağın içində can bahasına, qan bahasına  geriyə qaytarılır Xocalı…

*****

Orda bir kənd var uzaqda,

O kənd bizim kəndimizdir…

         Xocalıdan yüz kilometrlərlə uzaqda yerləşir o kənd… Heç xəritədə də yolları kəsişmir…

27 il bundan öncə qarlı bir qış günündə o kənddə Nazim kişinin ocağında bir oğul dünyaya gəlmişdi… Xocalılıların heç onun dünyaya gəlişindən xəbəri də olmamışdı. Ağlı kəsəndən, özünü qanandan “Xocalıdakı körpələrin hayıfını alacağam” deyib intiqam hissi ilə yaşayırdı o igid. Hamı onun gülən üzünü, təbəssümlü çöhrəsini görürdü. Çiynindəki yükdən,  ruhunu saran ağrıdan, tarix kitablarını oxuyanda keçirdiyi əzabdan dünya xəbərsiz idi. Bir gün tarix yazacaqdı, Xocalının qisasını alan qəhrəman Azər Yusifli kimi tarixə adını yazacaqdı… 

Komandiri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının bölmə rəisi Fərhad Həşimov söhbətimiz zamanı bir hadisəni danışmışdı mənə: Biz əsgəri xidmət zamanı onlara təkcə hərbin sirlərini deyil, həm də milli ideoloji məsələləri aşılamağa çalışırdıq. Mənfur düşmən tərəfindən zəbt olunan hər bir ərazimizin tarixini detalları ilə öyrətməyə çalışırdıq. Mənim yaddaşıma həkk olunub, Xocalı ilə bağlı söhbətlər olan zamanı Azər dəhşətli dərəcədə sarsılırdı, üzünün rəngi, gözlərinin ifadəsi dəyişirdi, sanki yumruğunu sıxıb düşmənin başını əzmək üçün məqamını gözləyirdi…

Hərbi geyimin mahiyyətində elə bir əzəmət var ki, o, bütün əsgərlərə xüsusi yaraşır, duruşuna bir məğrurluq gətirir. Mən Azəri əsgərim kimi yox, övladım kimi çox istəyirdim və biz bəzən ikilikdə, bəzən ümumi söhbətlər zamanı artıq Azərin hərb yolunu seçdiyini, amalını bilirdik. Bir gün hərbi geyiminə işarə edib “Sən elə sənə yaraşanı seçmisən, Azər! – dedim. Adamın özünə necə görünür, bilmirəm, kənardan baxanda bu geyim sənə möhtəşəm yaraşır, İgid! deyib əlimi kürəyinə vurdum. Başındakı əsgər papağına işarə edib: “Paltarı deyə bilmərəm, komutan, dedi, paltar yaraşar. Amma neçə ki, Xocalıda namusuna toxunulmuş qız, gəlinin qanını, qisasını almamışıq, bu papaq heç birimizin başımıza yaraşası deyil” – dedi və yaş gözlərində düyünləndi. Mən də boğuldum elə bil. Udquna bilmədim. O zaman Azər 18 yaşını yenicə tamamlamışdı. Təsəvvür edirsiz, yaşıdlarının ata puluna dünyanı gəzdiyi bir yaşda Azər Xocalının qisasını almadan başında gəzdirdiyi papağı özünə yük bilirdi… Baxın, mən onu bu ayrıcalığına, heç kimə bənzəməyən bu xarakterinə vurğun idim, bu yaşda içindəki bu qeyrətinə, düşüncəsinə görə hamıdan seçilirdi Azər.

Son aylarda Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Çevik Hərəkat Dəstəsinin xüsusi təyinatlısı kimi döyüş təlimlərinə gedirdi Azər, onlar Ağgöl istiqamətində təlimlər keçirdilər, eyni zamanda döyüş taktikası ilə bərabər həm də ideoloji olaraq hərbə hazırlanırdılar. Bir dəfə telefon danışığımızda mənə bir kadrdan danışdı: “Komutan, o kadrlara baxanda mənim nələr keçirtdiyimi bir Allah bilir. Dünyanın hansısa ölkəsi Xocalıya soyqırım deyir, biri faciə deyir, biri qətliam deyir, özləri bilər, kim nə deyir desin, məndən ötrü mahiyyət dəyişmir, Xocalı məndən ötrü qeyrətimizin üstündə bir ləkədi və biz o ləkəni qanımızla yumalıyıq”. Həmin gün Azərin dediklərini, səsinin tonunu heç unuda bilmirəm, o səs indi də qulağımdan getmir.

Sentyabrın 27-si müharibə başlayan gün isə sosial şəbəkədə “Xocalıdan olan 5 yaşlı qız”ın məzar daşının fotosunu paylaşaraq: “Mən o 5 yaşlı körpənin uşaqlığının, itirdiyi gəncliyinin qisasını almağa gedirəm” yazmışdı…

Sonuncu dəfə oktyabrın 17-si danışdıq: “Hayıfımı almışam, Xocalının hayıfını almışam. Elədiklərinin min qatını eləmişəm, komutan. Bundan sonra Vətən sağ olsun!”-dedi. Sanki şəhid olacağını bilirdi. Sanki halallaşırdı…

Və məni həmişə düşündürən bir məsələ odur ki, bütün ordu istisnasız olaraq “Şuşa!” deyirdi. Amma Azərin Şuşadan da böyük məramı Xocalının qarının üstündəki qanı yumaq idi ki… dediyini elədi, qanıyla Xocalının namusundakı ləkəni təmizlədi…

Silahdaşı, Dövlət Sərhəd Xidmətinin leytenantı Əşrəf Həsənov danışır ki: Döyüşlər zamanı beynəlxalq səviyyədə humanitar atəşkəs elan olunmuşdu və biz həmin gecə hərbi planları, əməliyyat tədbirlərini dayandırdıq. Bu, Ali baş komandanın göstərişi idi və qarşı tərəf cəsədlərini götürməsi üçün bu addım atılmışdı. İnanırsız, bir adam da gəlmədi. Həmin vaxt Azər dedi ki: “Görürsünüzmü, mən deyəndə ki, bunlar adam deyil, Azərbaycan Ordusu bir dənə də insan öldürməyib, bax bunları nəzərdə tuturdum. Biz eliyərikmi belə şey? Biz yoldaşımızın ölüsünü, dirisini, yaralısını tərgidib gedə bilərikmi? Əlim, qolum olmaz, dişimdən çəkib gətirərəm mən yoldaşımı, qoyarammı ayaq altda qala, – dedi, dərindən köksünü ötürdü. Doğurdan da, Azər dediyi kimi mərd adam idi, yaralı yoldaşlarımızı çiynində döyüş meydanından neytral zonaya çıxarıb neçə kilometr yolu özü yaralı-yaralı çiynində daşıyıb təxliyə qrupuna təhvil vermişdi. Ona görə deyirdi ki, mənim əlim-qolum olmaz, dişimlə sürüyərəm, amma yoldaşımı darda qoymaram.

Komandirimiz bilirdi ki, mənim atam evi Füzulidədi, biz həmin vaxt ora yaxın mövqedə idik. Dedi ki, Əşrəf, humanitar atəşkəs elan olunub, bu gecə sakitlikdir. Azər sutkalardır ki, dizini qatlayıb oturmayıb, yuxusuzdur. Burda neyləsək də, yatası deyil, fürsətdi, bu gecəlik Azəri apar sizə, yuyunun, rahatlanın, səhər ertə Allahın izni ilə görüşərik. Mən dərhal razılaşdım, Azəri isə yola gətirmək müşkül məsələ idi: “Qardaşlarımı burda düzün ortasında qoyub hara gedirəm?-dedi. Hardan bilirik ki, gecənin bir aləmində o şərəfsizlər atəşkəsi pozmayacaqlar. Şərəfsizlik eləyənə necə inanasan ki, verdiyi sözü tutacaq”. Uşaqları qoyub getmək istəmirdi, uşaqlar hamısı sözü bir yerə qoyub məcbur edəndən sonra Azər çarəsiz razılaşdı.

Atamgil xeyli sevindilər, həmin gecə bizim evimizdə xeyli söhbət elədi atamla. Onun şəhid olmağı mənim qədər, atamı da sarsıtdı, atam da öz övladını itirmiş kimi yandı. Atam Azəri bir gecə içində tanısa da, onun nə cür qeyrət yiyəsi olduğunu görmüşdü. Həmin gecə bizim evdəki söhbət zamanı dedi ki, Xocalının qisasını almamış ölüm də bizə haramdır.

         Əşrəfi dinləyə-dinləyə bir məqamı özüm üçün müəyyənləşdirirəm ki, “Xocalının qisasını almamış ölüm də bizə haramdı” – deməklə, Azər nəinki ölümü hətta bu günə qədər bu torpağın üstündə gəzməyi də öz kişiliyinə əzab sanırmış.

Döyüş yoldaşları deyir ki,  Azər hər erməni öldürdükcə “Bu da Xocalının hayıfı” deyirdi. Qərb bölgəsində Qazaxda, Ağstafada qisas almaq, intiqam almaq ifadələrinin əvəzinə daha çox “hayıf çıxmaq”, “hayıf almaq” sözlərini işlədirlər.

Azəri gənc yaşında bu qədər sarsıdan, yandıran məqam Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana – bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi. Və Azər Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi. Ən böyük arzusu şəhidlik zirvəsinə – şəhadət məqamına ucalmaq idi, amma qisas alınandan sonra.  Dediyini etdi, əqidəsindən  və yolundan dönmədi, qisasını aldı və şəhid oldu.

Görünən o idi ki, Azər Zəngilan şəhər Prokurorluğunun üstünə bayrağımızı sancdı, görünən o idi ki, Azər Xudafərin körpüsü əməliyyatını uğurla yerinə yetirdi, görünən o idi ki, Azər Sultanbəyli kimi çətin bir əməliyyatın sonunda Cəbrayılda bayraq ucaltdı… Görünən o idi ki, Azər Füzulinin azad olunmasında canını sipər etdi. Bütün bunlar savaşın görünən tərəfləri idi…

Görünməyən ən böyük həqiqət isə o idi ki, Azər Xocalıda öldürülən soydaşlarımızın hamısının hayıfını almışdı. Qisası da kişi kimi almışdı, həm hərb meydanında, həm də kabinetlərində o alçaqların layiqli dərsini verib yerini göstərmişdi…

Bu gün kəndimizin dünyadan xəbərsiz məsum körpələri Azərin – Azərlərin şəkillərini köksünə sıxıb “Xocalı Azərbaycandır!” deyirlər. Hamısının gözündə bir sevinc var, hamısının çöhrəsinə təbəssüm qonub… Uşaqların balaca əlləriylə bapbalaca ürəklərinə sıxdığı şəkillərdən baxan Azər əmi də gülümsəyir… Xocalıdakı körpələrin hayıfını aldığı üçün ruhu şaddır Azər əminin…

…kəndimizin dünyadan xəbərsiz məsum körpələri…

         …Xeyli vaxtdır, kəndə getmirəm, ayaqlarımın gücü, ruhumun cəsarəti çatmır bəlkə də… Xocalıdan torpaq gətirəcəyim günü gözləyirəm. Həmin günü quşun qanadında da olsa, gedəcəyəm kəndə… Azərin şəhid məzarına Xocalı torpağı səpməyə…

26 fevral 2021-ci il

Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aqil ABBAS:UCA ADAM: RƏCƏB TAYYİB ƏRDOĞAN

Aqil Abbas – Millət Vəkili.

26 fevral qardaş ölkənin  cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Söylədiyi bir şeirə görə həbs olunan gündən sayın Ərdoğanı izləyirəm. Həbs olunanda da bir ziyalı kimi  qəzetimizdə etirazımı  bildirmişdim. Tanrı bu insandan heç nə əsirgəməyib – qeyri-adi natiqlik qabiliyyəti var, müdrik siyasətçidi, ədəbiyyatı, tarixi gözəl bilir, özü də təkcə Türkiyənin tarixini və ədəbiyyatını deyil, bütün  türk xalqlarının  tarixini  və ədəbiyyatını  bilir. Və qarşısına bir məqsəd qoyubsa, sonadək mübarizə  aparmağı  bacarır və Tanrı da  həmişə ona yardımçı olur. Təkcə Türkiyə türkləri arasında deyil və bütün  türk xalqlarının arasında böyük nüfuz qazanıb. Cəsarətlidir. «Dünya beşdən böyükdür» – deyən   bu qətiyyətli şəxs Türkiyəni sındırmaq istəyən, Türkiyəyə tələ qurmaq istəyən dünyanın özündən deyən  böyük dövlətlərini və həmin  dövlətlərin  başçılarını hakimiyyətə  gəldiyi  gündən yerində oturtmağı bacarıb.

Möhtərəm prezidentimiz İlham Əliyevin dəmir yumruğu kimi, Onun da  dəmir yumruğu var.

Türkiyə qüdrətli dövlətdir, amma açığını desək, sayın Ərdoğan hakimiyyətə  gələnədək dünyada o qədər də söz sahibi deyildi. Və bu gün dünya  Türkiyə ilə hesablaşmaq zorundadı. Orta Şərqdə, hətta  Avropada Türkiyəsiz hansısa bir məsələni  həll etmək  mümkün deyil.

Bunu biz Suriyada da görürük, İraqda da, Liviyada da, Fələstində də, Kosovada da, əlacsız Afrika ölkələrinə dayaqda da.

Böyük ürək sahibidir və çox humanistdir. Hər  dövlətin qüdrəti deyil ki, 4 milyondan çox Suriya qaçqınını bağrına  bassın. Və görün  neçə ildir ki, bu qaçqınlara Türkiyə təmənnasız yardım edir, heç də onları öz vətəndaşlarından  ayırmır.

Atatürkün  məşhur bir fikri: «Azərbaycanın  sevinci sevincimiz, kədəri kədərimizdir»,  sayın Ərdoğan  hakimiyyətə gələndən bu vəsiyyəti özünün ən ümdə  vəzifəsi  hesab edib. Türkiyə həmişə  Azərbaycanın yanında olub. İkinci Qarabağ müharibəsində bunu bir daha sübut etdi  və deyək ki,  Azərbaycanın yanında olmaqla  dünyaya   meydan oxudu.

Türkiyə – Azərbaycan.

Tale elə gətirib ki, sayın Ərdoğanla görüşmək, belə demək mümkünsə, dərdləşmək mənə də qismət olub.  Hələ mənə bir gözəl qalstuk da bağışlayıb. Heyfim gəlir,  taxmıram, başqa  hədiyyələr kimi  qoruyub saxlayıram.

Əskişəhərdə Türk dünyası yazarlarının qurultayı keçirilirdi. Həm keçmiş  SSRİ-dəki türk respublikalarından, bügünki Rusiya Federasiyasındakı Tatarıstanın, Başqurdustanın, hətta Sibirdə yaşayan türk xalqlarının, İranın, Kiprin, İraqın və s. yazarları  bu qurultayda iştirak edirdilər.  Onu da deyim ki, qurultay iştirakçıları  böyük bir  sevgi ilə Anar müəllimi yenidən Türk Yazarlar Birliyinin  sədri seçdilər. Qurultaya Avrasiya Yazarlar Birliyinin genel başkanı Yaqub Öməroğlu sədrlik edirdi.

Qurultayın sonunda Yaqub bəy bildirdi ki, Baş bakan  Rəcəb Tayyib Ərdoğan (cümhur başkanlığı  seçkiləri  ərəfəsi idi) hər ölkədən  gələn bir  nəfər yazarı görüşə dəvət edib. Onu da qeyd edim ki, hər ölkədən 10-15 nəfər, bəzisindən hətta  20 nəfər   qurultayda iştirak edirdi.

Biz də gərək ki  6 nəfərlə  təmsil olunurduq. Təbii ki, görüşə Anar müəllim  gedəcəkdi.

Amma axşamüstü Yaqub bəy bildirdi ki, Baş bakanlıq Anar müəllimdən  başqa sizi də, xanımınızı da görüşə dəvət edir.  Hər ölkədən  bir nəfər getsə də, Azərbaycandan biz  üç nəfər  İstanbula görüşə getdik. Görüş boyu Yaqub bəy Tatarıstandan, Başqurdustandan, Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Sibirdən gələn yazarları sayın  Ərdoğan  üçün tərcümə edirdi.

Anar müəllimə söz verildi. Onu da deyim ki, görüş boyu diqqəti Azərbaycandan  gələn  nümayəndələrdə idi.  Anar müəllim Türkiyə və Azərbaycan, eləcə də türkdilli  ölkələrin mədəni  və hətta siyasi əlaqələrinin daha necə genişləndirilməsi, gücləndirilməsi ilə bağlı fikirlərini söylədi. Sonra söz mənə verildi. Mən də təbii ki, Türkiyə və Azərbaycanın mədəni əlaqələrinə toxundum və xahişim də o oldu ki, «Dünya ədəbiyyatı» seriyası olduğu kimi, türk xalqlarının da yazarlarının belə bir seriyası çap edilsə, özü də bütün xalqların öz türkcəsində, Türk dünyasına  böyük  bir hədiyyə olar.

Xanımı həmişə söhbətlərində  sayın Ərdoğanı «Uca Adam» adlandırır.

Dedim:

– Sayın Ərdoğan, xanımınızın dediyi kimi, siz  doğrudan da  Uca Adamsınız.

Gülümsədi və dedi:

–  Qardaşım İlham Əliyev də Uca Adamdı.

Daha sonra belə  söylədim:

– Cümhur başkanlığı seçimidir. Mən təəssüf  edirəm ki,  seçkilərdə oy vermək  imkanım yoxdur. Özüm Türkeşçi olsam da, oy vermək səlahiyyətim olsa məmnuniyyətlə oyumu  sizə verərdim.

– Nədən?

– Çünki bu gün sizi Türkiyədə əvəz edə biləcək bir siyasətçi, bir lider görmürəm.

Və daha sonra türkcə çap olunmuş «Dolu» romanımı və «Dolu» filminin diskini  sayın Ərdoğana  təqdim elədim.  O da mənə təşəkkür elədi, bir qalstuk bağışladı, xanımıma da bir  kəlağayı.

Və təbii ki, biz tərcüməçisiz danışırdıq və bir-birimizi də çox gözəl anlayırdıq.

26 fevral sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Onu bu gözəl gün  münasibətilə ürəkdən təbrik edirəm. Təkcə onu yox, həm də Türkiyə türklərini də –  Tanrının onlara belə bir lider göndərdiyinə görə  ürəkdən  təbrik edirəm.  Elə bizim xalqımızı da təbrik edirəm ki,  belə bir QARDAŞIMIZ var.

Tanrı Möhtərəm Prezidentimiz İlham Əliyevlə Sayın Rəcəb Tayyib Ərdoğanın qardaşlığını yaman gözdən, nəzərdən qorusun.

Tanrı Türkü qorusun!

Müəllif: Aqil Abbas

İlkin mənbə:adalet.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI HAQQINDA ŞEİRLƏR

XOCALI SOYQIRIMI – 26 FEVRAL 1992 – CI İL.

UNUTMARAM XOCALIM
Neçə ildir axıb gedən göz yaşım
Sel olmasa, bəs mən necə bənd aşım?
Qan ağlayan çəmənləri, dağ-daşı,
Gülzar edib, yağılardan bac alım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Gündüzlərim gecə kimi qaranlıq,
Unutmadım bu dərdləri bir anlıq.
Bax, qisassız ötüb keçdi cavanlıq,
Rəva bilmə bu dərdlərlə qocalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köpəyini dünya tutdu tay mənə,
Arxalıydı, zülm elədi hay mənə.
İmdad etməz Günəş mənə, Ay mənə,
Qoy türk olum, oğuz kimi ucalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Düz əqidəm, düz amalım, düz sözüm,
Son sözümü deyəcəyəm mən özüm.
Zülmətlərdə parlayacaq gündüzüm,
Qoy, Vətəndən, Bayrağımdan güc alım.
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köməyim ol, göz yaşımı sil yenə,
Söyləyirəm son arzumu mən Sənə,
Uca Tanrım, gücündən güc ver mənə,
Qaniçəndən, yaramazdan öc alım.
Unutmadım, unutmaram, Xocalım!
Müəllif: Abdulla Cəfər

XOCALI
Xocalım,ay Xocalım!
Xalqımın Xoca yurdu.
Üç əsrə yaxındır ki,
Bölüllər qoca yurdu!
* * *
Böldülər Kürəkçayla,
Böldülər Gülüstanla.
Türkmənçayla qıydilar
Anam Azərbaycana.
* * *
Bununla soyumadı
Yağının daş ürəyi.
Sildi bu yer üzündən
Sən tək gözəl mələyi.
* * *
Xatun, Xerasimaya
Oxşatdı səni düşmən.
Sındırdı vüqarnı,
Əzəldən yağı düşmən.
* * *
Qışın- yazın-baharın,
Dağda qarın ağladı.
Neçə bağlanmış əhdə
Etibarın ağladı.
* * *
Bu üç əsrə yaxındır
Qan axıdır yaramız.
Ədalətsiz dünyada,
Tapılmayır çaramız?
* * *
Sən İyirminci əsrin,
İnsanlıq faciəsi.
50 milyon xaldımın
Yaşam mücadiləsi.
* * *
Kaş oyatsın dünyanı
Haqq-ədalət harayın.
Sındırsın tilsimini.
Ayrılmış iki tayın.
Müəllif: Rasimə Könül

X O C A L I M
Gözümlə görmüşəm sinə dağını,
Qan gölü etdilər güllü bağını,
Sülhə çağırırıq bizsə, yağını,
Nəfəsi kəsilmiş, dilsiz Xocalım.
* * *
Təkləndin, fəryadın, səsin boğuldu,
Hamilə gecədən qatil doğuldu,
Millətin dik başı yerə soxuldu,
Ayağı qandallı, əlsiz Xocalım.
* * *
Qalmısan Vətənin qürbət tayında,
İlləri sayırsan, övlad hayında,
Qan izin qurumur Qarqar çayında,
Çaylağı qurumuş, selsiz Xocalım.
* * *
Gözləri yollarda qalan olmusan,
Yerin də düzlənib, talan olmusan,
Elə bil xəyalsan, yalan olmusan,
Obası didərgin, elsiz Xocalım.
* * *
Nəyimə gərəkdi boş-boş hədələr,
Lovğa-lovğa gəzir düşmən gədələr,
“Qana – qan” deyiblər ərən dədələr,
Qaməti qırılan, belsiz Xocalım.
26 fevral 2017-ci il
Müəllif: Mayıl Dostu

Ağdam, Yusifcanlı – Sevinc Şükürlü – Xocalı…

Sevinc Şükürlü – Ağdam məktəblisi.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAN AY ATA – SƏNANIN ATASI

Müəllim – Hacı Əkbər Rüstəmov 28 il sonra oğlu Sənanı ziyarət eərkən…

HACI ƏKBƏR OĞLU SƏNANIN MƏZARINI ZİYARƏT ETDİ

Qarabağ camaatının – Ağdamlıların “MƏLLİM” deyə yaxşı tanıdığı Müəllim – Hacı Əkbər Rüstəmov uzun illərdən (təxminən 28 il vaxt ötüb) sonra Ağdamda həmişəlik qoyub gəldiyi şəhid oğlu, əbədiyaşar Sənanın məzarını ziyarət edib.

“Məllim” – Müəllim Hacı Əkbər Rüstəmov.

Qeyd:

El ağsaqqalı Hacı Əkbər sevimli yazarımız Aqil Abbasın “Dolu” romanında yer almış “Məllim” obrazının, oğlu Sənan isə son anda “…mən qız görmədim e…” deyib şəhid olan “Pələng”in prototipləridir (mənbə: Aqil ABBAS:>>> adalet.az). Aqil Abbasa o illəri reala daha yaxın xatırladan belə bir əsəri ərsəyə gətirdiyinə görə, hələ-hələ imkanlarından istifadə edib, onu dövrümüzün reallıqları ilə mümkün olan ən yüksək səviyyədə ekranlaşdırdığına görə təşəkkürlərimiz sonsuzdur.

Sənan Əkbər oğlu Rüstəmov – I Qarabağ Müharibəsi şəhidi – Ağdamın 6000 şəhidindən biri…

ŞƏHİD SƏNAN RÜSTƏMOV HAQQINDA

QISA ARAYIŞ: Sənan Əkbər oğlu Rüstəmov – Qarabağ müharibəsində şəhid olub. (d. 11 yanvar, 1973, Ağdam,- – ö. 15 may, 1992, Ağdam, Abdal -Gülablı kəndi)

Uşaqlıq illəri
Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. 1983-cü ildə 3-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinəsənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. [[1984]]-cü ildən “Qarabağ bülbülləri” ansamblı]]nın ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib. Sənan 1989-cu ildə Ağdam şəhər 2 saylı orta məktəbi qurtarıb sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermiş, ancaq müsabiqdən keçə bilməmişdi. O, Ağdama qayıdaraq Ağdam 50 saylı Texniki Peşə məktəbinin bir illik Mühasibat şöbəsinə verilmiş və məktəbə daxil olmuşdur. 25 iyun 1990-cı ildə həmin məktəbin mühasibatlıq kursunu əla qiymətlərlə bitirmişdir. Sənan Rüstəmov 1990-cı ilin dekabr ayından 1991-ci ilin may ayına qədər, hərbi xidmətə gedənə kimi Ağdam Uşaq Gənclər Sambo məktəbiində sambo güləşi üzrə məşqiçi-müəllim işləyir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu.

Əkbər Rüstəmovun oğludur.

Sənan Əkbər oğlu Rüstəmov döyüşçü yoldaşı ilə…

Müharibə həyatı
Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala 17 Nəfər könüllülərdən bir qrup]]bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv etmiş, özü isə ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmamışdır. Döyüşdən sonra onu Tərtərə, ordanda Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. Cənan 1992-ci il mart ayında Malıbəyli- Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rəbitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşmuşdur. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdir. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutka tullanan pilatlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədə irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir bu döyüşdədə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.

Əbədi həyat yolu
Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur.

Ağdam rayon XDSİK-nin qərarı ilə Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verilib.

Allah Sənan da daxil olmaqla (Ağdam I və II Qarabağ müharibəsində 6000 – dən çox şəhid verib) bütün şəhidlərimizə rəhmət eləsin… Amin…

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÖLÜM SEVİNMƏSİN QOY

Füzuli Feyruz oğlu Əsgərli

UNUDULMAZ İNSAN, TANINAN ALİM

Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa babam haqqında yazı yazmaq barədə düşünüm. Hətta sağlığında belə. Amma indi – gözlənilmədən dünyasını dəyişdiyi bir vaxtda gedişi ilə hər birimizə yaşatdığı nədəndi bilmədim, bu yazı qələmə    alındı. Haradan, necə başlayacağımı bilmədiyim halda, sözlər özü gəlib məni tapdı. Hərçənd ki mən jurnalist, söz adamı deyiləm.

Özümü tanıyandan babam haqqında yalnız xoş sözlər eşitmişəm. Yaxından tanıyanlar onu həmişə “halal adam, “təmənnasız şəxs” kimi dəyərləndirir, “belə insanlara nadir hallarda rast gəlmək olur” kimi səmimi kəlmələrlə onun qəfil gedişinə təəssüflənirlər. Nənəm deyir ki, babamın təmiz adı, halal zəhməti ilə qazandığı çörək ailəmiz üçün həmişə qürur ünvanı olub. O, nəfsini məhz təmiz ada, halal zəhmətə qurban verən şəxslərdən olub. Çoxlarına nümunə ola biləcək insan kimi tanınıb. Həmişə haqqın, ədalətin tərəfində dayanıb, işini sevən, vicdanlı, dürüst, təmiz qəlbli və peşəsi ilə fəxr edən olub.

Yaşlılar, orta nəslin nümayəndələri, gənclər, xüsusilə tələbələri və müəllim yoldaşları haqqında birmənalı olaraq “xeyirxah insan”, “bütöv şəxsiyyət”, “istedadlı filoloq-alim”, “həqiqi ədəbiyyatşünas” kimi ifadələr işlədirlər. İctimai fəaliyyətində olduğu kimi, şəxsi həyatında da daim bu prinsipə sadiq qaldığını söyləyirlər.

Mən babamı nəvənin öz babasını sevə biləcəyindən daha çox sevirdim. Bizə gələndə içimdə qəribə sevinc hissi oyanırdı – onu anlaya bilmədiyim bir əhvalla qarşılayırdım. Babam da bizi çox istəyirdi. Hər dəfə bizləri elə ifadəsi mümkün olmayan sevinclə qarşılayırdı ki… Sanki hər gün getdiyimiz ev deyilmiş. Düzü, bir az da çəkinirdim ondan. Bilirdim ki, bəlağətli, pafoslu sözləri xoşlamır. Bəlkə də bu üzdən ona olan sevgimi qədərincə hiss etdirə bilməmişəm.

Babam səsimi çox bəyənirdi. Kiçik yaşlarımda ara-sıra zümzüməmə də qulaq asıb. Hətta bir dəfə mənə dedi ki, “iş yoldaşlarımı səsinə qulaq asdırdım, elə bildilər peşəkar mügənnidi oxuyan”. Həmişə də zarafatla deyərdi ki, “Sən bir çox indiki müğənnilərdən yaxşı oxuyursan. Ən yaxşı dinləyicin də mənəm”.

İndi babam yoxdur. Həyatımız büsbütün dəyişdi, həyatımızda çox şeylər yarımçıq qaldı.

Bu dünyada olmadığını bilirəm, bir daha qayıtmayacağını da bilirəm, amma yenə gözlərim qapıdadır. Axı biz heç sağollaşmadıq da…

Yanvarın 17-si – babamın dünyasını dəyişdiyi gün. Həmin gün nə baş verdiyini indi də dərk etməkdə çətinlik çəkirəm. Çünki hər şey gözlənilməz oldu, bircə anın içində. Yoxluğunda dərk etdim ki, indiyədək babamı ölümsüz hesab edirəmmiş. Bəlkə də bu səbəbdəndi indi onun yoxluğunu qəbul edə bilmirəm.

…Səninçün çox darıxıram, baba! Təsəllim səni hər gün yuxularımda görməyimdi. Çox xoşbəxtsən yuxularımda.

“Allah yaxşı insanları yanına tez alır”, deyirlər. Bundan da təsəlli tapıram. Əminəm ki, Allah səni cənnətlə müjdələyib. Sən əqidədə insanlar Yaradanın dərgahında ən yüksək məqama layiq görülür. Biz, altı nəvən də daxil olmaqla bütün ailəmiz səninlə qürur duyuruq. Qürurlanırıq ki, damarlarımızda belə bir şəxsin qanı qaynayır!

Görəsən, bundan sonradamı sənin sevdiyin mahnıları, amma bu dəfə sənsiz, zümzümə edə biləcəyəm?..

***

Haqqında yazılanlardan

Azərbaycan uşaq ədəbiyyatının tanınmış tədqiqatçılarından biri, filoloq alim, tərcümə nəzəriyyəçisi, tərcüməçi, fililogiya üzrə fəlsəfə doktoru, dosent F.Əsgərli çox şərəfli, özünəməxsus, heç kəsə bənzəməyən bir yaradıcılıq və ömür yolu keçib. Onun iri həcmli monoqrafiyaları, dərslik və dərs vəsaitləri (“Uşaq ədəbiyyatı”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Dünya uşaq ədəbiyyatı”), uşaq ədəbiyyatının müasir problemlərinə həsr etdiyi elmi-nəzəri məqalələr topluları (“Problemlər, düşüncələr”, “Müasir uşaq ədəbiyyatının inkişaf mərhələləri” və s.) Azərbaycan ədəbiyyatında özünəməxsus bir iz açıb. Bütün ömrünü uşaq ədəbiyyatının tədqiqinə və təbliğinə, bədii tərcüməyə, onun nəzəriyyəsinin öyrənilməsinə həsr edib.

Füzuli Feyruz oğlu Əsgərli 1945-ci il mart ayının 18-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra üç il ordu sıralarında xidmət keçib. Əmək fəaliyyətinə Bakı Şin zavodunda yığıcı, indiki Səttarxan adına zavodda tornaçı kimi başlayıb. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun (indi ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olub. Təhsildə və ictimai işlərdə fəallığı ilə diqqəti cəlb edib: qrup nümayəndəsi, komsomol komitəsinə büro üzvü seçilib. “Məşəl” tələbə teatrına bədii rəhbər seçilməsi onun bacarığının, istedadının yeni məziyyətlərini  üzə çıxarıb. Həvəskar tələbə-aktyorların iştirakı ilə N.Hikmətin “Unudulan adam”, A.Safronovun “Kişilərə inanmayın”, S.Rəhmanın “Toy”, “Xoşbəxtlər”, A.Məmmədovun “Həmyerlilər”, “Kişilər” və bir sıra başqa əsərləri müvəffəqiyyətlə tamaşaya qoyub. Tələbə teatrlarının respublika müsabiqəsində, radio və televiziya verilişlərində uğurla çıxış ediblər. Yeri gəlmişkən: Azərbaycan Respublikasının Xalq artisti Ramiz Novruz onun rəhbərlik etdiyi “Məşəl” tələbə teatrının yetirmələrindəndir. Bu gün onunla çiyin-çiyinə çalışan həmkarlarından Qüdrət Umudovla Kamil Bəşirov da həmin dərnəyin fəal üzvlərindən olublar. Teatr sahəsindəki uğurlarına görə “Bədii özfəaliyyətdəki uğurlarına görə” döş nişanı ilə təltif edilib.

1973-cü ildə ADPU-da işə qəbul edilən F.Əsgərli elmi-publisistik, teatr və bədii tərcümə ilə bağlı daha intensiv fəaliyyətə başlayıb. Maraqlı tərcümələr edir, qəzet və jurnallar üçün publisistik və elmi məqalələr yazır, Azərbaycan radiosu və televiziyası ilə müntəzəm yaradıcılıəq əlaqəsi saxlayırdı. Tərcüməçilik qabiliyyətini yüksək qiymətləndirən xalq yazıçısı İsmayıl Şıxlı ona tərcümənin nəzəri əsaslarını dərindən öyrənməyi, bu istiqamətdə dissertasiya yazmağı tövsiyə edib. Müəlliminin tövsiyəsi ilə “Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi problemləri. 1950-1980” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (filologiya elmləri  namizədi) elmi dərəcəsini alıb. 1994-cü ildə ADPU-nun “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasına dosent vəzifəsinə seçilib. 1991-1997-ci illərdə, eyni zamanda, filologiya fakültəsində dekan müavini kimi də çalışıb.

Onu da qeyd etmək yerinə düşər ki, təşkilatçılıq bacarığına, səmərəli fəaliyyətinə görə bir sıra mükafatlarla, fəxri fərmanlarla təltif olunan F.Əsgərli sovetlər dönəmində yeddi il ardıcıl olaraq institut və respublika üzrə tələbə inşaat dəstəsinin komandiri kimi SSRİ-nin bir sıra ucqar bölgələrində, o cümlədən Sibirdə olub.

F.Əsgərli uşaq ədəbiyyatının keşiyində dayanan əsgər kimi bu sahənin bütün incəliklərini tədqiq edib, məqalələr, dərsliklər, monoqrafiyalar yazıb, mühazirələr oxuyub, kurs işlərinə, buraxılış işlərinə rəhbərlik edib.

Çox zəhmətkeş alim olub. Daim axtarıb-arayıb, yorulmaq bilmədən yazıb-yaradıb. Bir çox elmi kitabların, 100-dən artıq elmi-nəzəri, publisistik məqalənin müəllifidir. Elmi araşdırma­larında görkəmli uşaq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil yaradıcılığına daha çox üstünlük verib. Yazıçının yaradıcılığından bəhs edən bir neçə monoqrafiyanın, çox sayda tədqiqat xarakterli məqalənin müəllifidir. Z.Xəlil anadan olmasının 70 illik yubileyinə həsr etdiyi “Sehrli dünyanın memarı” adlı monoqrafiyasında sənətkarın poeziya, nəsr və dramaturji fəaliyyətini elmi-nəzəri aspektdə araşdırıb, tədqiqata cəlb etdiyi əsərlərin ideya-bədii və sənətkarlıq məziyyətlərinin açılmasına xüsusi diqqət yetirib. “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Bədii təhlil və ədəbi tənqid” monoqrafiyalarının, “Ədəbi düşüncələr”, “Zahid Xəlilin sənət dünyası”, “Problemlər, düşüncələr…”, “70 ilin işığında” məqalələr toplusunun müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. “Ədəbiyyat qəzeti”, “Respublika”, “Azərbaycan müəllimi”, “Gənc müəllim”, “525-ci qəzet”, “Türküstan”, “Mədəniyyət”, “Azad Azərbaycan”, “Kaspi”, “Gəncənin səsi” və digər qəzetlərdə çap etdirdiyi elmi-publisistik məqalələri araşdırmaçı mütəxəssislər tərəfindən onun alimlik fəaliyyəti və əsərləri haqqında dəyərli fikirlər formalaşdırıb.

Tərcümə nəzəriyyəsində müəyyən dərəcədə boşluq hiss edən alim “Bədii tərcümə prinsipləri” (2009) monoqrafiyasında nöqsanlı uşaq nəsr əsərlərinin təshih olunmasını və yenidən tərcümə edilərək nəşrini tövsiyə edib. Adı çəkilən monoqrafiyada bədii tərcümədə daha zəruri olan obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığının və milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə üsulları problemlərinin düzgün həlli yollarını göstərib. Qırx beş il tərcümə sənətinə sadiq qalan F.Əsgərli bir sıra dünya xalqları yazıçılarının əsərlərini dilimizə çevirərək Azərbaycan oxucularına ərməğan edib. Aleksey Tolstoy, Nikolay Nosov, Yan Larri, Konstantin Sergiyenko, Eduard Vilde, Anton Tammsaare, Paul Kuusberq, Andres Yaaksoo, Albertas Laurinçukas, Miroslav İrçan, Filip Mironov, Karlo Lorensini-Kollodi, Berdinəzər Xudaynəzərov, Kaldarbay Naymanbayev, Nodar Dumbadze, Anne Vestli, Luiza Oklott və digər qələm sahiblərinin əsərləri onun tərcüməsində çap olunub, Dövlət televiziya və radiosuna təqdim edilib.

***

…Ölüm qorxulu deyil, qorxulu olan onun vaxtından əvvəl gəlməsidir. Füzuli müəllimin dünyasını qəfil dəyişməsi bütün sevənlərini sarsıtdı. Yadigarı üş övladı, altı nəvəsi, bir nəticəsi, yetirmələri, kitabları oldu. Yaradıcı insanların həyatı ölümündən sonra başlayır.  Füzuli müəllim bizə uşaq ədəbiyyatı ilə bağlı xeyli sayda dərslik, metodik vəsait, monoqrafiyalar, çox sayda məqalələr, tərcümə əsərləri, eləcə də yolunu ləyaqətlə davam etdirən övladlar, nəvələr yadigar qoyub getdi.

Sözü kitablarda, özü  ürəyimizdə qalan sayılıb-seçilən babam, ruhun şad olsun!

Müəllif: Əhmədova Röya Rasim qızı 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tuncay ŞƏHRİLİ – XOCALI şeiri

XOCALI

XOCALI

Xocalı tarixin qanlı yarası,

Bu gecə insanı xar etdi insan.

Əməli ömürlük bir üz qarası,

Bu boyda dünyanı dar etdi insan.

*  *  *

Bütün olanları yazıbsa Allah,

O gecə qələmin doldurub qanla.

Dünyada ədalət olubsa hərgah,

O gecə insanlar öldürüb anla!!!  

24.02.2021. – Bakı

Müəllif: Tuncay ŞƏHRİLİ (MUSTAFAYEV)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru