Kateqoriya arxivləri: YAZARLAR

BİR DAHA HƏRB MÖVZULU YAZILAR HAQQINDA

Zaur Ustac – 17 – ci yazı – YAZARLAR.AZ

BİR DAHA HƏRB MÖVZULU YAZILAR HAQQINDA

QIRX  SƏKKİZİNCİ  YAZI

(“Məsləhətli don gen olar”-“Bilməmək ayıb deyil…”)

Salam olsun, dəyərli qələm adamları və çox dəyərli oxucular! Min şükür Uca Yardana! Söhbətimizin mövzusu yenə təkrarən olduqca qısa və xatırlatma məqsədi ilə hərb mövzulu yazılar barədə olacaq. Bu mövzuda hələ 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən əvvəl yazdığım ənənəvi və elektron mətbuatda kifayət qədər geniş şəkildə işıqlandırılmış yazım

Zaur Ustac – 17 – ci yazı – YAZARLAR.AZ

olduğuna görə bu yazıda sadəcə qısa xatırlatma edəcəm.

Yuxarıda qeyd etdiyim yazını yazmağa Birinci Qarabağ Müharibəsindən sonra yaranan əsərlər vadar etmişdi. Tam səmimi etiraf edim ki, o məlumat və mətnlərdə 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən sonra yaranan əsərlərdə olduğu qədər kobud, yolverilməz səhvlər yox idi. Ən acınacaqlısı odur ki, 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən sonra  məşhur televiziya kanalları (xüsusən onların xəbərlər proqramları), internet televiziyaları, saysız-hesabsız “Youtube” kanalları da bu sıraya qoşuldular. Əvvəllər belə səhvlər nisbətən kiçik auditoriyanı əhatə edən  bir qəzet məqaləsində (saytda)  və ya məhdud tirajlı bir kitabda rast gəlinirdisə, indi axşam saatlarının xəbərlər proqramı başlayanda böyük şövqlə “…ən baxımlı kanalda xəbərlər proqramına baxırsınız…” deyimindən sonra “…C.Naxçıvanski adına hərbi akademiyanı bitirmiş…” ifadəsi eşidilirsə deməli problem ciddidir. İnanın ki, haqqında danışılan şəxsin heç C. Naxçıvanski adına Hərbi Liseyin harada yerləşdiyindən xəbəri olmayıb. Ucqar bir dağ kəndində orta məktəbi bitirib, gedib hərbi xidmətə. Birinci Qarabağ Müharibəsindən sonra daxil olub H. Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, məktəbi bitirdikdən sonra zabit kimi yenə yollanıb döyüş bölgəsinə. Bütün xidməti boyu dağda-dərədə ön xətdə xidmət edib. 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsində şəhid olub. İndi siz deyin onu – belə  qəhrəman oğulu ağzından süd iyi gələn bir “y….”nun  bu şəkildə təqdim etməyə ixtiyarı varmı? Əlbəttə, yoxdur! Bu “d….”in ağlı kəsmir ki, adi bir təhsil müəssisəsinin adını dəqiqləşdirmək üçün heç yana getməyə ehtiyac yoxdur. Sadəcə 5-6 saniyə vaxt sərf edib ən azı “Google” dostumuzun xidmətindən istifadə etmək olardı… Necə ki, ömrü boyu bircə dəfə də olsun “Google”da “Uşaq şeirləri” yazıb axtarış verməmiş alim oturub son dövrlərin uşaq şeirləri haqqında hesabat hazırlayır (məlumatlar da ən yaxşı halda ötən əsrin 80-90-cı illərini əhatə edir), eyni qayda da  adi orta məktəb səviyyəsində dünya görüşü olmayan, ölkəsinin təhsil sistemindən xəbərsiz bir jurnalist heç bir məsuliyyət hiss etmədən on milyonluq əhalinin qarşısına çıxır və ağzına gələni danışır… Və şübhəsiz ki, izləyici də  kanalı çevirir…  Bilirsiniz bu təxminən nəyə bənzəyir? Hesab edin ki, belə bir xəbər anons edilir, – “Kimya Biologiya Təmayüllü Respublika Liseyi”nin şagirdi və ya məzunu həkim filankəs uğurlu açıq ürək əməliyyatı həyata keçirib… Əlbəttə, bu ilkin təsəvvür yaratmaq üçün ən primitiv misaldır. Düşünün, “ən baxımlı kanal” adı ilə bizlərə sırınan televiziya bu gündədirsə, bir belə nəzarətsiz internet kanalları, mətbu orqanlar (saytlar), kitablar hansı vəziyyətdədir…

Və ya oxuyuruq zabitlər oradan gəldi, buradan getdi… Elə etdilər, belə etdilər… Sonda baxırsan ki, ümumiyyətlə, haqqında söhbət gedən şəxs heç çavuş da deyil…

Yenə orta məktəbin  son siniflərində verilən elementar ibtidai hərbi biliklərdən xəbəri olmayan, “əsgər heyəti”, “çavuş heyəti”, “zabit heyəti” anlayışlarının varlığından xəbərsiz, adi rütbələri belə ayırd etməyi bacarmayan birisi ağız dolusu qəhrəmanlıqdan danışır və ya yazır…

>>>>>DÜNYANIN BİR RƏNGİ VAR..

Xahiş edirəm belə yazıları yazanda və ya oxumadan dərc edəndə bir düşünün birdən bu kağıza pomidor və ya xiyar bükdülər, bu da getdi çıxdı bir hərbçinin evinə, o da bekarçılıqdan bu cəfəngiyatı oxudu… Və belə hallar tez-tez baş verir… Oxuyurlar… Kimiləri gülür… Mənim kimiləri isə ağlayır… İstər-istəməz dodaqaltı da olsa öz-özünə deməyə məcbur olursan: – “heyif səndən a, gilənar”…

Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edirəm. Daha dərinə getməyə ehtiyac duymadım. adalet.azda dərc olunmuş “Hərb mövzulu yazılar…” (on yeddinci yazı)mda bu barədə ətraflı yazmışam. Hələlik bu qədər. Çox sağ olun!

23.03.2022. Bakı.

QEYD:

     Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında  QIRX SƏKKİZİNCİ   yazı kimi müstəqil məqalə şəklində yer almışdır. 

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZvə  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“BB” ADLI YENİ KİTAB

ZAUR USTAC – “BB” HEKAYƏLƏR

Zaur Ustacın “BB” adlı yeni kitabı işıq üzü görüb. Kitab Əbdürrəhim bəy Haqverdiyev – 150 yubiley tədbirləri ilə əlaqədar “Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi çərçivəsində nəşr olunub. Kitabdakı hekayələrlə tanış olmaq istəyənlər kitabıb PDF variantını aşağadakı keçiddən istifadə etməklə oxuya bilərlər. Buyurun: PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – GÖYÇƏ GÖLÜNÜN SONASI

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

GÖYÇƏ GÖLÜNÜN SONASI

Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə,  xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…

Elə ilk   cavabla  qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.

MİN İLLƏRİN DOSTU

Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul  edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.

GÖYÇƏ GÖLÜNÜN SONASI

İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.

Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır”  kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.

PEŞƏKAR QƏLƏM ADAMI

Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki  BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.

Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə  incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.

O bir qələm adamı olmaqla yanaşı,  eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.

Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!

 Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏLİMXAN YAQUBUN ŞEİRLƏRİ

ZƏLİMXAN YAQUBUN YAZILARI
  • BİLMƏK OLMUR
    Çox uzatma mәktubların arasını,
    Qaşla gözün arasını bilmәk olmur.
    Bu hәyatda bizә düşәn sәadәtin,
    Bütövünü, parasını bilmәk olmur.
    * * *
    Baş açmıram ağladırmı, güldürürmü?
    Yaşmı verir, göz yaşını sildirirmi?
    Dünya bizi sağaldırmı, öldürürmü?
    Mәlhәmini, yarasını bilmәk olmur.
    * * *
    Bulaqların sәrinliyi qalır hәlә,
    Dәnizlәrin dәrinliyi qalır hәlә,
    Arzuların şirinliyi qalır hәlә,
    Bu dünyanın sonrasını bilmәk olmur.

    ZAMAN
    Zamana nə var ki, vaxta nə var ki,
    İstəsə, tökəcək gözlərimizi.
    İstəsə, göz üstə qaş düzəldəcək,
    Bu daşı bir zaman quma döndərib,
    Bu qumdan bir zaman daş düzəldəcək.
    * * *
    Bir də görəcəksən, dönüb geriyə,
    Kotan düzəldəcək, xış düzəldəcək.
    Bir də görəcəksən, çıxıb qabağa,
    Dəmirdən düşünən baş düzəldəcək.
    * * *
    Huşu yerindədi, huşsuz qalmaz o,
    Yeyər nəsilləri, dişsiz qalmaz o.
    İşini biləndi, işsiz qalmaz o,
    Yox yerdən özünə iş düzəldəcək.

    GƏLİRƏM
    Duyğuların zirvəsinə baş vurub,
    Uca sözün ucasından gəlirəm.
    Gör nələr var üçcə hərfin canında,
    “Söz”ün bircə hecasından gəlirəm.
    * * *
    Ömür üzən, gün qocaldan, yaş yoran,
    Dincəlməyə aman verə, kaş, yoran.
    Sualların saç ağardan, baş yoran,
    “Neyçün”ündən, “necə”sindən gəlirəm.
    * * *
    Danışdırdım hər pərdəni, hər simi,
    Dərk eylədim avandımı, tərsimi.
    Məktəb açdı, Tanrı verdi dərsimi,
    Ustadından, xocasından gəlirəm.
    * * *
    Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
    Hünərin var qapısından gir ömrün.
    Yuxusuna haram qatmış bir ömrün,
    Min yuxusuz gecəsindən gəlirəm.
    * * *
    Süzülmüşəm tarixlərin ruhundan,
    Od almışam yananların ahından.
    İnsanların Adəmindən, Nuhundan,
    Cavanından, qocasından gəlirəm.
    * * *
    Qorxusu yox nə amanın, nə ahın,
    Günəşi var hər açılan sabahın.
    Qapısında xidmətçiyəm Allahın,
    Qapısından, bacasından gəlirəm.

Mənbə: Zəlimxan Yaqub


Müəllif:Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFİQƏ QASIMQIZININ KİTABI ÖZBƏK DİLİNDƏ ÇAP OLUNUB

Tanınmış şair Rəfiqə Qasımqızın “Utancaq bənövşələr” kitabı Özbəkistanın dəyərli tərcüməçi şairi,Gülzira xanım Şaripovanın tərcüməsində özbək dilində “Hayoli binafshalar”adı ilə nəşr olunub.

YAZARLAR olaraq, bu münasibətlə hər iki dəyərli yazarımızı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİNİN ŞEİRLƏRİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI
  • Gözəlliyə baxanda
    Gözəlliyə baxanda yorğun gözüm dincəlir,
    Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir.
    Qalxır ərşi-əlaya, ruhum göyə yüksəlir,
    Bu vurğunluq tanrıya can almağımdı mənim.
    * * *
    Mənzilə çatdırmadı yollarımın kəcliyi,
    Vədəsiz yola saldım rahatlığı, dincliyi,
    Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi,
    Ürəyimi yer-yerdən qanatmağımdı mənim.
    * * *
    İndi peşman, pəjmürdə öz qəlbini dinləmək,
    Bu sozalan yaddaşı təzələmək, çinləmək.
    Odu sönən illəri təzədən yelpikləmək,
    Uyumuş duyğuları oyatmağımdı mənim.
    * * *
    Gözümün vərdişidi bulaqtək duru axmaq,
    Qəlbi içdən közləmək, ruhu yandırıb yaxmaq.
    Yaşımın bu çağında gözəl qız sənə baxmaq,
    Yanar lalə üstünə qar atmağımdı mənim.
    * * *
    Sürəklərdə teylənib ovdan aralı qalan,
    Ocağı öləziyən, gülü saralı qalan.
    Nə yarada bilər ki, yardan yaralı qalan,
    Bu andığım ğrılar yaratmağımdı mənim.

    ÜRƏYİM
    Sevgi uma-uma daşa yamandı,
    Taleyi, iqbalı daşlı ürəyim.
    Döndü bir ümmana, çağladı, coşdu,
    Kükrədi, köpürdü, daşdı ürəyim.
    * * *
    Göz açdığım gündən sevgiyə çəkdi,
    Bu boyda ağrını o niyə çəkdi?!
    Məni toya çəkdi, şənliyə çəkdi,
    Bircə yol gülmədi yaslı ürəyim.
    * * *
    Əyri cığırlarda vaxtı yubatdı,
    Nə mənzilə yetdi, nə kama çatdı.
    Gecəni əritdi gündüzə qatdı
    O qançır gözləri yaşlı ürəyim.
    * * *
    Yaralı bir quşdu qəfəs sinədə,
    Baxmır saçlarıma düşən dənə də.
    Kövrək bir buluda dönüb yenə də
    Payızlı, çiskinli, qışlı ürəyim.
    * * *
    Ilahi bir gözəl durur qarşımda,
    Təzə bir sevdanın odu başımda…
    Anamı ağladır əlli yaşımda
    Mənim bu on yeddi yaşlı ürəyim!!!

    SƏN…
    Sən taleyin bəxş etdiyi töhfəsən,
    Bir təkrarsız, bir ilahi lövhəsən.
    Şairini aparanda məhvə sən
    İnsafı da, mürvəti də unut get
    Üzündə ay, saçlarında bulud get.
    * * *
    Nə şumalsan, rəndədənmi çıxmısan,
    Allahdanmı, bəndədənmi çıxmısan?
    Aymı, günmü yoxsa sənmi çıxmısan?
    Dünya belə yaraşığı görməyib,
    Üzündəki bu işığı görməyib.
    * * *
    Səni gördüm huşum çıxdı başımdan,
    Bir qərinə yaşım çıxdı yaşımdan.
    Alov qalxdı torpağımdan, daşımdan,
    Közlənərsən, alışarsan çıxıb get,
    Mən fağırı birdəfəlik yıxıb get.
    * * *
    Mən üzülsəm möcüzədən, sehirdən
    Sənin kimi tanrı yazan şeirdən,
    Əzrail da gəlib çıxar böyürdən.
    Varağından qaralayar adımı,
    Gözlərimdə kül eləyər odumu.
    * * *
    Musa, bəlkə sözün çatdı hədəfə,
    İnci düzdün, ürək üzən sədəfə
    Nişangahda əlin əsir hər dəfə,
    Ömrün boyu vurammırsan onluğu,
    Sona qədər izləmirsən sonluğu!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN “BB” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTAC – “BB” HEKAYƏLƏR

Zaur Ustacın “BB” adlı yeni kitabı işıq üzü görüb. Kitab Əbdürrəhim bəy Haqverdiyev – 150 yubiley tədbirləri ilə əlaqədar “Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi çərçivəsində nəşr olunub. Kitabdakı hekayələrlə tanış olmaq istəyənlər kitabıb PDF variantını aşağadakı keçiddən istifadə etməklə oxuya bilərlər. Buyurun: PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQŞİN HACIZADƏ – GÖYÇƏM

AQŞİN HACIZADƏNİN YAZILARI
  • GÖYÇƏM
    Otuz ildi yad əlində,
    Olmusan sən əsir, Göyçəm!
    Yol görünmür sənə sarı,
    Bu nə tilsim, nə sirr Göyçəm?
    * * *
    O çəməndən, gülşəndən biz,
    O nərgizdən, süsəndən biz,
    Səndən ayrı düşəndən biz,
    Olduq yetim-yesir, Göyçəm.
    * * *
    Qəlbimizdə qalıb izi,
    Sinəmizə salıb izi.
    Otuz ildi həsrət bizi,
    Qılınc olub kəsir, Göyçəm.
    * * *
    Ah çəkirik yaramızdan,
    Ölən çoxdu sıramızdan,
    Otuz ildi, aramızdan,
    Soyuq yellər əsir Göyçəm.
    * * *
    Vüsal daha yalan olub,
    Həsrət bizə qalan olub.
    Dağıdılıb, talan olub,
    Biz ucaldan qəsr, Göyçəm.
    Olmusan sən əsir, Göyçəm!

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

18 MART – ÇANAKKALE

ÇANAQQALA ZƏFƏRİNİN 107-ci İLDÖNÜMÜ

Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir.  Bu qanlı savaşda  minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı  şəhid olmuşdur.

  Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAHİD XƏLİL VƏ ANAR

ANARZAHİD XƏLİL

ANARZAHİD XƏLİL

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru