Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş 14 (on dörd) hekayədən biri olan bu HEKAYƏ ilin ən çox oxunan hekayəsi olub. Hekayə “İlin hekayəsi” müsabiqəsində (archive.vn)209 hekayə arasında oxucuların daha çox diqqətini cəlb edib.
Verələr uşaqlığımı Tutam isti əlindən, Apararam keçmişə Anam layla deyənə, Atam sığal çəkənə, Nənəm isti çörəyə Pendir,yağı çəkənə. İsti yorğan altından Saat 5də oyadıb Məktəbə hazırlayan Anamın qızıl səsi, Qulağıma dəyənə. Atamın ağır əli Qəzəblənib arabir Evə gec gəldim deyə Sillə olub bir anlıq Yanağıma dəyənə. Əyiləm ona sarı, Deyəm qorxma,çəkinmə Güvəndəsən indicə Anan,atan sağdısa Bu dünyadan,həyatdan
Amandı sən incimə. Dərd çəkməyə vaxtın bol, Hələ çat bir əlliyə, Gör necə ağır həyat İsti döşəkdən durmaq, Ağır çanta daşımaq, Dərd deyil, dərd əsasda Həyat yükü daşımaq. Oynamağa adam yox Geyinməyə paltar yox Dərd inan, bunlar deyil Danışmağa adam yox Güvənməyə insan yox Bax bunlardı əzablı. Sən mənə çatan kimi Bu həyat yollarında Mən kimi səhv döngələr Dönmə saqın,ağır get. Aldanma bir kimsəyə Dost demə sən hər kəsə Sıxma hər ötən əli Baş qoyma yad çiyinə. Mən istərəm sən olum, Sən mən olmağa tələsmə.
1. Repressiya qurbanlarının yaradıcılığında mənəvi-əxlaqi kamillik və insani davranışa çağırış. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №1
2. Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı, 2021, №1, səh.79-94
3. Hikmətli, nəsihətamiz və məlahətli əsərləri ilə cahanda özünə ölməz, əbədi abidə ucaldan Seyid Əzim Şirvani. Bakı: “Yazarlar” jurnalı, 2021, №2, səh.44-52
4. Tarix salnaməsində öz xidmətləri ilə iz salıb köçən novator alim. Tarixçi alim Hacı Abutalıb Ağa Qasımov: Mənalı ömrün səhifələri. Naxçıvan: Əcəmi, 2021, səh.87-91
5. Nəriman Nərimanovun maarifçilik fəaliyyəti. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №2
6. Üzeyir Hacıbəyov yaradıcılığında təlim və tərbiyə problemi. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №3
7. Aşıq Ələsgər yaradıcılığında mənəvi tərbiyə məsələləri. AMEA Naxçıvan bölməsi, Elmi jurnal, 2021
8. Elmi süfrəsi daim açıq olan Fərrux Rüstəmov. “Canım Azərbaycanım” Ədəbi məcmuə. №5, 2021, səh.9-15
9. Pedaqogika elminin yorulmaz təbliğatçısı (Professor Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindən bəhs olunur). “Yazarlar” jurnalı (ədəbi-bədii, elmi jurnal), 2021 (08), səh.40-51
11. Mirzə Əli Möcüzün pedaqoji ideyalarında iqtisadi-siyasi görüşlərin təsviri. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №4 (Çapda)
12. Vətənimizin istiqbalı və tərəqqisi üçün daim yazıb yaradan alim (Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Piralı Əliyevin 65 illiyi münasibətilə).
14. Ümumtəhsil məktəblərində təlim-təhsil paradiqmalarının nəzəri və praktik problemləri. “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans. Naxçıvan şəhəri, 26-27 noyabr 2021-ci il PUBLİSİST YAZILARIM
15. Nizami Gəncəvi – bəşəri dəyərlərin dahi tərənnümçüsü. //525-ci qəzet, 07 yanvar 2021, №2
16. Xalqa sədaqətlə xidmət etməyin yolları Seyid Əzim Şirvani yaradıcılığında. //Yeni həyat qəzeti, 09 yanvar 2021, №1 (688).
17. Kitab nəsillərin bir-birinə vəsiyyətidir. //Nuh yurdu qəzeti, 9 yanvar 2021
18. Şeyx Nizami dünya poeziyasının dahi bayraqdarıdır. //Təzadlar qəzeti, 12 yanvar 2021
19. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində kamil insan obrazı. //Nuh yurdu qəzeti, 02 fevral 202, №5
20. Naxçıvanlı maarifçi – ictimai xadim (Q.Şərifzadədən bəhs olunur). //Yeni həyat qəzeti, 20 fevral 2021, №7
21. Şagirdlərin mənəvi simasının formalaşdırılmasına xidmət edən dərs vəsaiti (Dos.Vüsalə İsmayılovanın dərs vəsaitindən bəhs olunur). //Təhsil dünyası qəzeti, 23 fevral 2021, №2
22. Maarif və mədəniyyət tariximizdə parlayan sima – Qurbanəli Şərifzadə. //525-ci qəzet, 23 fevral 2021
23. Gənclik insanlıq və xeyirxahlığa xidmət edir. //Təzadlar qəzeti, 02 mart 2021
24. Nizami Gəncəvinin oğlu Məhəmmədə hədiyyə etdiyi qiymətli miras. //İki sahil qəzeti, 13 mart 2021
25. Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihətlərinin bəşər övladının tərbiyəsindəki rolu. //Yeni həyat qəzeti, 13 mart 2021, №10
26. Gender tərbiyəsi – tarixi, nəzəri və müasir problemdir (Pedaqogika elmləri doktoru Elza Mollayevanın “Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi və müasir problemləri” adlı monoqrafiyasından bəhs olunur). //İki sahil qəzeti, 31 mart 2021
27. “Sirlər xəzinəsi”ndə kainatın əşrəfi insanın təsviri //Azərbaycan müəllimi qəzeti, 02 aprel 2021
28. Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim idi (Zərifə xanımı anım günü münasibətilə). //Təzadlar qəzeti, 15 aprel 2021
29. Bədii-estetik meyarlar carçısı Aşıq Ələsgər. //İki sahil qəzeti, 24 aprel 2021
30. Yüksək mənəvi-əxlaqi dəyərlərin ulu carçısı. //525-ci qəzet, 28 aprel 2021
31. Aşıq Ələsgər yaradıcılığında mənəvi tərbiyənin vasitə və yolları. //Yeni həyat qəzeti, 28 aprel 2021, №16
32. Mənalı ömrünü elmin və təhsilin tərəqqisinə həsr edən cəfakeş insan (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yaradıcılığından bəhs olunur). //İki sahil qəzeti, 24 may 2021
33. Bədii-estetik meyarlar carçısı Aşıq Ələsgər. //Şərqin səhəri, 5 iyun 2021, №20 (2985)
34. Yanuş Korçak: dövrün reallıqları fonunda. //525-ci qəzet, 13 iyul 2021, №122 (5688)
35. Əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsər haqqında mülahizələrim (Professor Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindən bəhs olunur) //İki sahil qəzeti, 22 iyul 2021
36. Milli maarif mühitində əbədi “Əkinçi” işığı. //525-ci qəzet, 28 iyul 2021
37. Oxucuya milli mənlik şüuru aşılayan monoqrafiya (Professor Şahin Tağıyevin “Böyük maarifçi Mirzə Abbas Ələkbər oğlu Abbaszadənin pedaqoji görüşləri” adlı monoqrafiyasından bəhs olunur). //Təhsil və zaman qəzeti, 04 avqust 2021, №1
38. Ümumtəhsil məktəbləri şagirdlərdə elmin və təfəkkürün inkişafını yüksəltməyə xidmət edir. // Yeni həyat qəzeti, 09 sentyabr 2021, №33 (719)
39. Məhəmmədağa Şahtaxtlı – milli və bəşəri amallar carçısı. //525-ci qəzet, 10 sentyabr 2021
40. Əxlaq və mənəviyyat dərsi verən ustad müəllim. //Azərbaycan müəllimi qəzeti, 02 oktyabr 2021.
YAZARLAR.AZ bu gün 2021-ci il üzrə “25 YARPAQ” layihəsi çərçivəsində kitabı nəşr olunacaq yazarın adını elan edib. Seçilmiş müəllif il ərzində ən fəal əməkdaş olaraq Leyla YAŞAR seçilib. Yazırın hekayələrindən ibarət ilk kitabı 2022-ci ilin mart ayının 21-nə kimi çap olunub müəllifə təqdim olunacaq. Leyla Yaşarı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!
“ Yaralı “ çəkmə Müharibənin odlu – alovlu günləri olsa da , kənd əhalisi kəndi boşaltmamışdı . Öz dogma yurd – yuvalarını tərk etməməkdə israrlı görsənirdilər . Hər gün eşidilən silah səsləri onları qorxutmur , əksinə qələbə əzmi ilə yaşayırdılar . Asif meşəyə getməyə hazırlaşırdı . Odun ehtiyyatları tükənmək üzrə idi . Meşəyə belə vaxtı getmək təhlükəli oldugundan , o həmişə getdiyi cıgırdan yox , başqa istiqamətdən getməyi planlaşdırırdıç . Baltasını götürüb meşəyə yollandı . Evdən çıxarkən hər kəslə sagollaşdı . Geriyə qayıtmaya da bilərdi , axı . Tanımadıgı yeni cıgırla səssiz addımlarla irəlləməyə başladı . Yaxınlıqdan gələn vahiməli mərmi səsləri onu diksindirsə də , özünə təsəlli verib heç nə olmamış kimi yoluna davam edirdi . Canlar alan müharibə , bitmək bilmirdi . Hərdən sərhəd kəndi oldugu üçün əsgərlər görsənərdi onların kəndində . Çox sevirdi əsgərləri . Özünün yaşı əsgərliyə çatmırdı . Əsgər görən kimi həsədlə baxırdı onların özlərinə , geyimlərinə . Əsgər gedəcəyi günü səbrsizliklə gözləyirdi . Yolu azmamaq üçün getdiyi yerlərə işarələr qoyurdu . Hərdən gələn şıqqıltı səslərindən diksinir , sonra toxtayıb yoluna davam edirdi . Payız fəsli oldugundan agaclar paltarların ” soyunmaga” başlamışdılar . Ona görə hər yeri aydın görmək olurdu . Aha, deyəsən qabaqda istədiyini tapmışdı . Baltanı bərk vura bilməyəcəkdi deyəsən , buralıq tam açıqlıq idi . Səsi aləmi götürəcəkdi . Eləcə yerə tökülən agacların qol budagından yıgıb tez uzaqlaşmalı idi . Çünki yaxınlıqdan silah səsləri ilə bərabər , qarışıq danışıqlar da eşidilirdi . Yolu da aza bilərdi , Çox irəli getmişdi deyəsən. Deyəsən buralıga mərmi düşmüşdü . Hər yer darmadagın idi . Ayagını irəli atmışdı ki , gözünə əsgər çəkməsi dəydi . Ürəyi əsə – əsə yaxınlaşdı. Həmişə müqəddəs bildiyi çəkməni yaxından görmək istədi .Böyrü üstə düşən çəkməni qaldırmaq üçün aşagı əyildi . Və həmin anda , az qaldı ki ürəyi getsin. Çəkmənin içində qanlar içində , dizdən aşagı kəsilmiş əsgər ayagı var idi . Qanı qurumayan ayagın təzəlikcə bura düşdüyü açıq – aydın görsənirdi . Asif nə edəcəyini bilmədi. Bir az özünə gəlib , elə həmin yerdəcə çəkməni basdırmaga qərar verdi . Əlindəki baltayla torpagı bir qədər qazıb , çəkməni özünə bir tikə çörək qoyub gətirdiyi torbaya büküb , elə ordaca basdırdı . Sonra həmən yerə bir daş qoyub , baş tərəfinədə bir agac basdırdı ki yeri itməsin. Agacın üstünə baltanın tini ilə “ yaralı “ çəkmə yazdı . Bir az çıl – çırpı topalayıb ordan uzaqlaşdı . Axır ki , neçə – neçə ailələri başsız qoyan , evlərin çıragını söndürən lənətə gəlmiş müharibə bitdi . Asif də artıq böyümüşdü . Bu gün sabah əsgər gedəcəkdi. Meşədə gördüyünü heç kimə danışmamışdı ,amma yadından da çıxmırdı . Hər gün o ayagın sahibinin ayaqsız necə yaşadıgını düşünür , pis olurdu . Bəlkə də heç həyatda deyildi , o “ yaralı” çəkmənin sahibi .. Bir gün kəndə səs düşdü . Əsgərlər gələcəkdi kəndə . Hamı onlara qələbə sevincini yaşadan o igidləri görmək istəyirdi . Müharibənin bitməsindən üç il keçməsimə baxmayaraq hələdə qələbə abu -havası hökm sürürdü . Budur , əllərində bayraq bir neçə gənc , əsgər paltarında kəndin mərkəzinə dogru irəlləyir . Bütün kənd burda idi . Asifin boyu hündür oldugundan , əsgərləri daha yaxşı görür , ətrafındakılara məlumat verirdi . Şəhid bulagının yanına gələn əsgərlər , əl -üzlərini yuyub qoyulan stullarda oturdular . Onlar artıq əsgər deyildilər . Əyinlərindəki geyimə görə hər kəs ;
Eşq olsun bizim ordumuza – deyib qışqırırdı . Bəzilərinin yaralı oldugu hiss olunurdu . Asifin diqqətini kənarda sakitcə oturub , uzaqlara qəmli – qəmli baxan oglan çəkdi . Bir – bir müharibə baglı xatirələrini danışan komandirin gözləri dolub – boşalırdı . Keçdikləri o şərəfli yolda ,qazandıqları qələbədə hər kəsin əməyi oldugunu söyləyir ,həm maddi , həm mənəvi cəhətdən onların yanında,olan kənd camaatına öz dərin minnətdarlıgını bildirirdi. Sonra bir – bir əsgərlər müharibə ilə baglı agrılı – acılı xatirələrini bölüşdülər .Asifin diqqətini çəkən o gəncə söz verildi .Utana – utana ayaga qalxan gəncin dizdən aşagı ayagının olamadıgını görən Asif hayqırmaq istədi. Özünü güclə saxlayıb , gəncin danışıgına diqqət kəsildi . Gənc dili – dodagı əsə əsə bir- iki kəlmə danışdı.Sonda üzünü meşəliyə tutub ;
Mənim yeriyən ayagım bu meşəlikdə gəzir .Mən onu sizlərə ənanət verdim.Keşkə bircə hara düşdüyünü biləydim. Asif qabaga şıgıyıb ,oglanı bərk – bərk qucaqladı .Ürəyi az qala yerindən qopub çıxacaqdı. Hər kəs nə baş verdiyini anlamaga çalışdıgından ,səs – küy aləmi götürmüşdü. Hamı Asifdən açıqlama gözləyirdi . Asif aglaya – aglaya ; -Arxamca gəlin – dedi. Hər kəs səssizcə onun arxasınca düşdü. Budur , Asifin çəkməni basdlrdıgı yer. İlahi ,gənc necə aglayırdı. Əlləri ilə həmən yeri qazıb ,çəkməsini çıxartdı. Maraqlıdı ,çəkmənin içində ayaq tam çürüməmişdi. Asifi qucaqlayan gənc necə minnətdarlıq edəcəyini bilmirdi. Asif onu sakitləşdirib;
Qardaşım ,bu gün çox xoşbəxtəm ,sənin əmanətini qoruyub saxlaya bilmişəm.Sənin o bir parçan ,bizim can parçamızdı ,qardaş. ” Yaralı ” çəkmə basdırılmaq üçün gəncə verilsə də,gənc onu götürmədi.
Vətənimə canım qurban olsun. Qoy mənim bir parçam bu meşəlikdə uyusun. ” Yaralı” çəkmənin basdırıldıgı yer o vaxtdan ziyarət yerinə çevrildi.
Yazar Azər Qismətin “İlbizlər” adlı yeni kitabı işıq üzü görüb
Bu barədə yazar özü YAZARLAR.AZ-a məlumat verib. O, bildirib ki, “Bizklub” nəşriyyatında çapdan çıxan kitabın təqdimatı 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq.
Bu münasibətlə yazar YAZARLAR jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatına layiq görülüb. Diplom 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq tədbir zamanı müəllifə təqdim olunacq. (Diplomu doğrulama lingi >>> LAUREATLAR)
Xatırladaq ki, Azər Qismət “Duman”, “Çuğullar”, “Xanım taksi” kitablarının müəllifidir.
GÜNLERDEN BİR GÜN Bir gün telefonumu arayacaklar Cevap alamayacaklar “Aradığınız numaraya ulaşılamıyor” Mesaj gönderecekler Geri dönecek * * * O gün işe gitmeyeceğim Acaba hasta mı diyecekler Dernekte arkadaşlar Beni boşuna bekleyecekler * * * Komşular merak etmeyecek Ne zaman ettiler ki zaten Her zamanki gibi Kapımın zili çalmayacak Kapıcı da yok ya Bir şey lazım mı diye Soran da olmayacak * * * Facebook’ta donup kalacak hesabım Twitter’da dikkat çekmeyecek Bu arada gmail kutumda Postalar birikecek * * * Anam bir daha arayacak beni Cevap alamayacak Beni en çok anam arar Beni en çok anam anar Meraktan çatlayacak Belki de bana kızacak Sonra bacıma soracak O da tasalanacak * * * Birkaç gün daha geçecek Şiir meclisindeki dostlar Beni birbirine soracak Bir kaç şair Memleketine gitti herhalde diyecek * * * Çocuklarım birbirine söylenecek Babamız yine bizi aramıyor Mesajlarımıza da bakmıyor * * * Akvaryumda balığım Kafeste papağanım Açlıktan ölecek Saksıdaki çiçeklerim Boynunu bükecek * * * Nihayet artık kimse kim Kapıma vuracaklar Zilimi çalacaklar Adımı bağıracaklar Kapıda kalacaklar * * * Çilingir çağıracaklar Kapımı kıracaklar Odadan odaya bakacaklar Salonda ben Yerde iki seksen Şaka yaptım sevdiceğim Ben o kadar uzun boylu değilim.
Nurxan Elçin oğlu Babazadə ilə söhbətləşdim, o, Sabirabad rayonundakı N.Nərimanov adına beynəlmiləl məktəb liseyin beşinci sinfində oxuyur. Fikirləri ciddi, həm də maraqlıdır. Özünəməxsusluğu ilə fərqlənir Nurxan. Ona verdiyim suallara düşünərək cavab verir, fikrini səlis və aydın bildirir. İndi uşaqların əksəriyyəti ünsiyyət problemi yaşayır, çəkingənlik, özünə güvən hissinin aşağı olması valideyni narahat edir. Əlac qalır psixoloqlara, o da bəzən istənilən nəticəni vermir, ya da həlli vacib məişət problemlərinin arasında itib batır… Beləliklə. Siz də söhbətə qoşulun, Nurxanı yaxından tanımağa çalışın.
1.Sual: Xahiş edirəm qısaca özün haqda məlumat verəsən.
Mən, Babazadə Nurxanam, Sabirabad rayonunun 2011-ci il, aprelin 20-də Bulduq kəndində dünyaya gəlmişəm. Rayondakı 2 saylı uşaq bağçasına getmişəm. Ailəmizdə hamı ali təhsillidir, anam da kəndimizdə müəllim işləyir, ona görə məni də, qardaşım Akifi də nənəm hər gün işə gedəndə bizi də öz maşınıyla aparırdı. Nənəm onda İcra Hakimiyyətində müavin işləyirdi. Sonra altı yaşım oldu, bağçanı bitirdim, məktəbə getdim. Məktəbim də 2 saylı oldu… İndi beşinci sinifdəyəm, əlaçıyam…
2. Müəllimləriniz, aldığınız təhsildən razısanmı?
Bəli, razıyam. Müəllimlər çox tələbkar və qayğıkeşdir. Məktəbin direktoru Elşad Şərifov hamıya qayğı ilə yanaşır. Mən rus dilində təhsil alıram, amma ingilis və alman dilləri də keçilir. Heyif ki, alman dilini istədiyimiz səviyyədə öyrənə bilmirik. Bəzən əvəzinə ingilis dili də keçirlər…
3. Ən çox hansı fənləri sevirsən, dərslərə fərq qoyursanmı heç, ya hamısını eyni həvəslə öyrənirsən?
Riyaziyyata, Həyat bilgisi fənlərinə marağım lap çoxdu. Babam deyir ki, riyaziyyat elə bir elmdir ki, onu biləndə başqa dərsləri də rahat öyrənmək olur. Həyat bilgisində isə həyatda bilmədiyim çox şeyi öyrənə bilirəm. Burda hər şey haqqında danışılır, son dərsimiz millətlər arası münasibətlər, dinlər haqqında idi. Bax onda bildim ki, bizim ölkəmiz tolerant ölkədir və burada bütün millətlərdən olan insanlar rahat yaşayır…
4. Gələcəkdə kim olmaq, hansı peşənin sahibi olmaq fikrindəsən?
Mən, həkim olmaq, həm də ali təhsilimi xaricdə almaq istərdim. Bilirsiz, mən uzun müddət xəstə olmuşam, nənəm özü də uşaq həkimidir, o məni çox yerə aparıb, müalicə etdirib… Mən istəyirəm hamı sağlam olsun, ona görə də bu sənəti seçmişəm…
5. Nurxan, səncə dostluq nə deməkdir, buna münasibətin necədir, dost necə olmalıdır?
Dostluq etmək yaxşıdır, sinifdə mənimlə dost olmaq istəyən uşaqlar çoxdur. Hamsını sevirəm, dost dosta kömək etməli, həm də deyirlər ki, dost güzgü kimidir. Mənim nənəm bizim dostumuzdur. O, şairdir, kitabları var, onları oxuyuram, nəsə öyrənməyə çalışıram. Onunla söhbət çox maraqlı olur… Ailəmizdə hamımız, atam, anam, babam dostuq elə, qardaşım da mənim yaxşı dostlarımdandır… Qardaşımı həmişə qayğıkeş görmüşəm, evdə, məktəbdə. O, 7-ci sinifdə oxuyur, o da əlaçıdır, o məni hər yerdə qoruyur. Mən də onu sevirəm, sözündən çıxmıram. Nənəm deyir ki, siz ikiniz də bir-birinizin böyük qardaşısınız…
6. Qardaşın dedi ki, sən hətta qızdırmalı halda da dərs buraxmırsan, doğrudurmu?
Düz deyir, dərsdən qalanda özümü narahat hiss edirəm. Ona görə gedə bilməyəndə də qızdırma içində belə olsam hazırlaşıram ki, geri qalmayım… Ona görə nəticələrim həmişə yüksək olur, müəllimlər razılıq edir məndən..
7. Bilirsən ki, Azərbaycan Qarabağ uğrunda müharibədə zəfər qazandı, ölkəmiz də ordumuz da qalibiyyət sevincini yaşadı. 30 ilə qədər çəkən erməni işğalı bitdi, torpaqlarımız özümüzə qaytarıldı. Bu qələbə asan başa gəlmədi, şəhidlər verdik, qazilərimiz də oldu. Bu sevinci siz məktəblilər necə yaşadı?
Azərbaycanın qələbəsi biz uşaqların da ürəyini sevindirdi. Mən müharibə haqqınd az şey bilirəm, amma qürurluyuq , mən şəhərlərin azad edildiyi tarixləri əzbər bilirəm. Əvvəllər kədərli günlər anılırdı, indi artıq hamımızın başımızı uca edən qələbəmizlə öyünürük…
8. Səncə, qələbə qazanmaq üçün nə lazım idi?
Əlbəttə ki, birlik! Prezidentimizin yanında olan xalqımız, güclü ordumuz, əsgərlərimiz, döyüşçülər hamısı “dəmir yumruq” oldular, ona görə də qələbə çaldıq…
9. Nurxan, sənin jurnalımıza ürək sözlərin varmı, sualları bəyəndinmi?
Bəli, bəyəndim. Jurnala da sizə də uğurlar arzulayıram, bu söhbətimiz çıxan jurnalın yolunu gözləyirəm. Sağ olun, hələlik…