ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!

Bu gün Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbudun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “100 ilin İmzası” kitabının təqdimat mərasimi olub.
Mərasimdə tarixçi – alim Cəbi Bəhramov , tarixçi politoloq Dünyamalı Pənahov, siyasi icmalçı İlyas Hüseynov, Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva,tanınmış sahibkar, xeyriyyəçi iş xanımı Xuraman Muradova, Ziyalı qadınlar İctimai Birliyinin sədri Zəhra Quliyeva ,Alban-udi dini icmasının rəhbəri Robert Mobili, /vetenim-azerbaycandir.az/-ın baş redaktoru Kamran Orucovvə bir çox ziyalılar, gənclər, jurnalistlər, ictimai xadimlər, QHT rəhbərlər iştirak edib.
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “100 ilin İmzası”adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Gülşən Behbuda yazarlar camesi adından hər müəllifə yalnız bir dəfə veilən “Ziyadar” mükafatını təqdim edib.
Sonda müəllif kitabları imzalayıb, xatirə şəkilləri çəkdirilib.
Ədəbiyyatda müəyyən tendensiyalarla yanaşı elə bir üslubir meyil və meyil də var ki, öz sakit axarı ilə haysız-küysüz, ədəbi anomaliyalara uymadan namuslu ədəbi işçini görür. Azərbaycan ədəbiyyatında bu cür tendensiya axarında olan, “poetik reklam roliklərindən” uzaq gəzən, hətta tənqidin nəzərindəkən arda qalan, lakin zəhmət ilə ədəbiyyata, ədəbi prosesə xidmət edən, iddiasız ədəbi xətt mövcuddur ki, bunlardan biri, şair Nazim Əhmədlinin şeir yaradıcılığı haqqında fikirlərimi bölüşmək istərdim.
Nazim Əhmədli 80-ci illərdə ədəbiyyata gəlibdir. Laçın lacivərd yaylaqlı, zirvəli dağlar qoynunda, Laçının Əhmədli kəndində dünyaya göz açıb, ilk poetik dərsin idurna gözlü bulaqlardan, moruqlu, əlikli meşələrdən, çəmənzar dağ yamaclarından alıbdır.
Sonra poeziyaya, şeirə, vurğunluq onu Moskvaya – M. Qorki adına ədəbiyyat İnstitutuna aparıbdır. İlk şeiri 1979-cu ildə “Azərbaycan” jurnalında, sonrakı əsərləri Moskvada “İstoki”, Bakıda “Poeziya”, “Bahar çiçəkləri”, “Yaşıl budaqlar” almanaxlarında, dövrü mətbuatda dərc edilmişdir.
Şeir, hekayələri, respublika mətbuatında müntəzəm olaraq çap olunur və rus, çeçen ingilis, alman,özbək, yapon dillərinə tərcümə olunub, Türkiyə və özbək türkcəsinə çevrilib və çap olunub Nazim Əhmədli ədəbiyyat aləminə daxil olduğu vaxtdan həmişə ədəbiyyat adamı olmağa çalışmış, həm yaradıcılığı, həm də əmək fəaliyyəti ilə öz gücünü istedadı əhatəsində ədəbiyyata xidmətə yönəltmişdir. O,xeyli müddət Yazıçılar Birliyində məsləhətçi AYB Ədəbiyyatı Təbliğ Bürosunun direktoru işləmiş,sonra 2015-2023-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədlər Arxivinin direktor müavini vəzifəsində işləmiş və hazırda isə yenidən ictimai əsaslarla AYB Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində fəaliyyət göstərir.
Nazim Əhmədli ilk şeirlərindən diqqətimi cəlb etmişdir.
Sonra əlimə növbəti kitablarından birinin əlyzması keçdi və onun yaradıcılığı haqqında özü demiş “Sözə bükülmüş şair ürəyinin” bəzi məqamları və xüsusiyyətləri barəsində yazmaq qənaətinə gəldim.
Nazim Əhmədli həm mənən, həm də ruhən aşıqlar diyarında doğulub, musiqiçilər ailəsində böyüyüb. Amma aşıqlar diyarında doğulanların hamısı heç də şair olmur. Lakin Nazimin şeirləri elədir ki, onların mayasını xalq şeiri təşkil etdiyi aşkar görsənir.
Gəraylı janrı Nazimin qələmində ilkin saflığını qorumaqla, öz yeni deyim tərzlərini, təzə, təravətli, müasir hissi-obrazlı çalarlarını da qazanmış olur. Nazim gəraylıda heç kimi yamsılamır, imitasiya etmir, sadəcə bu janrın ritmik ladına akkompanent tutur, ona həmahəng olan yeni havacat yarada bilir, oxucusunu söz yağışının altına çəkir.
qoy tutum əlinnən gedək,
saç ayır telinnən, gedək;
dərddərin əlinnən gedək,
dərddərə yasaq bir yerə;
qəlbim üzülür, sap gətir,
həsrətimə hesab gətir;
bir parça kağız tap gətir,
bu eşqi yazaq bir yerə.
Nazim Əhmədlinin gəraylılarını oxuyanda hiss etmirsən ki, gəraylı da obrazların yeniliyi, hissin, ovqatın müasirliyi o qədər orjinal təsir bağışlayır ki, elə bil qafiyəli sərbəst oxuyursan. Nazim Əhmədlinin qələmi, ilhamı, söz duyumu bu cəhətdən, doğrudan da sərbəstdir, hər şeydən azaddır, müstəqildir. Əvvəlki kitablarından birində dediyi kimi, “içimdə söz yağışı var”. Sadə, təmiz, sakit, isti-ilıq, duru – yaz səhərinin yağışı. Cığallığı, kürlüyü, “veyilliyi” ilə (“veyil” burada elə sərbəst deməkdir, cığallıq da, kürlük də sərbəstliyə işarədir.)
cığalam, kürəm, veyiləm,
bir şirin gülə düyüləm;
təzədən Kərəm deyiləm,
yaşımın, yellənən vaxtı,
yanıb-sönürsən, ay çiçək,
dərdə dönürsən, ay çiçək;
məni neynirsən, ay çiçək,
ruhumun çöllənən vaxtı.
Onun gəraylıları bütövdür, tamdır. Hissin, duyğunun, ruh aləminin, bitgin, lirik hekayətidir. Başlayır və qurtarır. Şeiri bölmək, ayırmaq, bəndləmək olmur. Bu cəhətdən Nazimin şeirlərinin strukturu, qrafik düzümü, orfoqrafik qaydaları da üslubi məqamın axarına düşür. Onun şeirləri hissin, duyğunun bir cümləsinə bənzəyir.
Nazim bu şeiri sərbəstdə yazıb. Və onu deyim ki, Nazimdə güclü bəhrələnmə enerjisi var. O sevdiyi, seçdiyi, öyrəndiyi klassiklərin poetik koduna asanlıqla qoşulub öz fikrini, duyğusunu təkrarsız ifadə edə bilir, gəraylıda-hecada necə müvəffəq olursa, sərbəst şeirdə də o cür keyfiyyət əldə edə bilir. Hecada necə fikri sərbəstlik göstərirsə, sərbəstin ritminə, ahənginə də eyni dərəcədə hecanın havacatını gətirir, bir az da onun sərbəstində Dədəm Qorquddan gələn ahəngin, ovqatın, səs modelinin strukturu duyulur:
canım bulud,
gözüm bulud –
sən göylərə məndən daha yaxınsan,
mənim ağlamağım
ağlamaq deyil;
hər gün ölüm yağır,
ömürə, günə,
hər gün ölüm yağır
ömürdən, gündən.
Bu şeirin ideya-estetik qayəsini şərh etmədən bildirim ki, Nazim Əhmədli mövzuda çox rəngarəng spektrdə hərəkət edə bilir. O kitabını “Məni neynirsən, ay çiçək”, “Göylərin içindən gəldim”, “Bu kəndin yiyəsi hanı”, “Canım bulud, gözüm bulud” bölmələrinə ayırsa da, bu ayırmalar şərtidir.
daha ağlamağa güc də qalmayıb,
bir məzar eşməyə künc də qalmayıb,
bütün göz yaşları ağlanıb daha,
kimlər ağlayacaq məni, nə bilim?
Bu “Ağrı” şeirinin son bəndidir. Nazim Əhmədli hardasa ağrı, dərd, qəm yazarıdır. O, eləcə bir şeirində bu məramına bu şəkildə də bəyan edir: “Sən qəmi sultan eylədin, mən oldum qəmin yazarı”
Şeir intim dünyaya, sevgimizə müraciətlə başlayır və iki bənddən sonra poetik fikirdə qəribə bir dönüş edilir, tamamilə ictimai-siyasi bir istiqamət alır, intim dünyanın yaşantısı ilə ictimai-siyasi duyumun yaşantısının ağrıları bir-birinin üstünə düşür:
könlünü döndər üstümə
dərdini əndər üstümə;
axtarıb göndər üstümə
qəlbində mən olan yeri;
ayrılıq daş ola bəlkə,
ürəyim boşala bəlkə;
gələsən, yumşala bəlkə
dərdimin daş olan yeri;
Nazim Əhmədli başqa bir şeirində “Göylərin içindən gəldim” deyir. Və bəlkə də burada bir həqiqət var! Həqiqətən də göyüzü mövzusu Nazim poeziyasında çox qabarıq şəkildə öz ifadəsini tapır.
ötən dərdin bir anıyam,
xatirələr dumanıyam,
göy üzünün adamıyam,
göy özünə çəkir məni…
Və Nazimin yaradıcılığının çox-çox cəhətləri haqqında söhbət açmaq olardı və xeyli qeydlərimi həcm imkansızlığından açıqlaya bilmədim! Özü də deyim ki, bu qeydlər qeydsiz-şərtsiz biri-birindən dəyərlidir və mən burada seçim qoymadan bəzilərini ortaya gətirdim. Sağlıq olsun…
Nazim Əhmədli şeirlərinin birində yazır:
təpədən-dırnağa sözəm, yanıram,
ürəyim bükülüb söz arasına…
Bu deklarativ, poetik misra deyildir, bədii estetik xəttdir, həqiqətdir! Nazim Əhmədli təpədən-dırnağa sözdür, duyğulu, bədii, poetik söz! Onun ürəyi həqiqətən də söz arasına bükülüb və bizim oxucularımız hələ ondan çox-çox poetik söz umacaq…
Bu il mayın 1-də Nazim Əhmədlinin 70 yaşı tamam olur. Şairə cansağlığı və daha böyük uğurlar diləyirik!
AĞ ADAM ŞEİRİ (Rəşad Məcidin doğum gününə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yarananda, ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
Sübhün ala-qaranlığnda təkəm-seyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı-bir aşağı baxaraq diqqətlə ətrafı dişnəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan bir-birinə qarışmadan aydın eşidilən quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü şəfaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşüncəsi ilə gözlərinin qabağına xumar-xumar buğlanan isti qazan gəldi. Bütün fikrini cəmləyib bir də baxdı. Torbadakı lap elə indicə kəsilmiş, dörd dənə sapsarı toyuq ayağı idi. Son bir dəfə də ətrafı diqqətlə nəzər saldıqdan sonra ani bir hərəkətlə sarı kəhraba kimi parlayan torbanı götürüb uzun narıncı rəngli xalatının cibinə basdı. Çalğunun sol çiyninə getməsi, sağ əlinin möhkəm-möhkəm narıncı iş xalatının böyük yan cibinin üzərində qərar tutması və nurani çöhrəsinə qonan təbəssüm üçü də eyni anda elə avtomatik baş verdi ki, “Qaravula Al!” komandasını icra edən Çin qvardiya əsgərində belə səlislik görə bilməzdin. Daha heç yana baxmadan, əli bərk-bərk cibinin üstündə, çalğusunu yellədə-yellədə səki ilə evinə doğru addımlamağa başladı. Qıvraq addımlarla elə yeyin gedirdi ki, kənardan baxan heç kimi bu gün onun 75 yaşının tamam olduğuna inandırmaq olmazdı. O isə, üzündə təbəssüm, sağ əli cibinin üstündə, dilində şükür, gözünün önündə buğlanan qazan yeyin addımlarla evinə tələsirdi… Qəfil quşların səsi xırp kəsildi. Lap uzaqdan bir-iki it hürüşməsi eşidildi. Ardınca yaxınlıqdakı məsciddən azan verilməyə başladı. Yaşlı qadın dayandı. Sağa-sola boylandı. Çalğusunu bir az da qorxa-qorxa yaxınlıqdakı qoca zeytun ağacına söykədi. Gözü ağacın sinəsinə vurulmuş lövhəyə sataşanda yenidən təbəssüm nurani çöhrəsini bəzədi. Sağ əlini cibinin üzərindən çəkmədən, sol əlini qoynuna saldı. Düz təxmin etmişdi səs onun mobil telefonundan gəlirdi. Zəng edən aman-zaman bir oğlu idi. Bir az da təşvişlə telefonun “Qəbul” düyməsinə toxunub: – “Can bala” – dedi. Kobud kişi səsi küçəni başına götürdü: – “Ma, maaş katını sən götürmüsən?!” Həmin anda yaşlı qadının simasına qəribə bir rahatlıq şökdü. O təmkinlə: – “Yox qadan ürəyimə, mən neynirəm kartı. Oralara yaxış bax…” – “Yaxşı. Oldu. Elə bildim sən götürmüsən…” – həmin kobud kişi səsi yenidən küçəyə yayıldı. Yaşlı qadın telefona bir xeyli sakitcə baxıdıqdan sonra onu yenidən qoynuna qoydu. Çalğusunu götürmək istəyəndə gözü yenidən zeytun ağacının sinəsindəki lövhəyə sataşdı. Yenə ani olaraq üzünə təbəssüm qondu və tez də yerini hüzn dolu kədərə verdi. Yaşlı qadın arxasını zeytun ağacına tərəf çevirib onun bayırda qalmış ən azı 2000 yaşı olan qoca köklərinin üzərində oturdu. Sanki, yüngülcə nəfəsini dərmək istəyirdi. Sıxılır, boğulur, çökürdü… Üzündə çox qəribə kədər məcmusu toplanmışdı. Qəfil hardansa yadına qarğanın dilindən deyilmiş atalar sözü düşdü. Yenidən nurani çöhrəsi gülümsədi. Qalxıb xüsusi əda ilə şalğusunu çiyninə aldı, zeytun ağacının sinəsindəki lövhəyə bir də baxdı və evinə doğru yol aldı…
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “845” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Məmməd Mərziliyə“Ziyadar” mükafatı təqdim edərkən (27.04.2023 – Bakı şəhəri).