
AŞİQ GECƏLƏR
Ağır zülmət kimi çökər qaranlıq,
Torpağın üstünə, daşın üstünə.
Qor kimi basılar yaş kirpiklərim,
Gözümdən süzülən yaşın üstünə.
Qaranlıq sirlərin qara yuvası,
Görünməz sevinci, tükənməz yası,
Gündüzlə bitməyən qara sevdası,
Dağ basar sinəmdə dağın üstünə.
Gecənin öz sirri, öz aləmi var,
Gecələr gen dünya olar mənə dar.
Səssiz gecələrdə səssiz haraylar,
Başqa bir dünyaya aparar məni.
Titrəyən yarpaqlar dodaqlar kimi,
Elə hey gizəmlə pıçıldaşarlar,
Yalnızlıq qorxusu sıxar qəlbimi,
Arayar qollarım Yarı, gecələr.
Müəllif: QƏNDAB
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var