
AŞİQ GECƏLƏR
O zülmət gecənə şam olum, gülüm,
O gül cəmalına aşiq gecələr!
“İşıldaquş”ların işığı vecsiz,
Əriyən mumlara aşiq gecələr!
Pərvanə sən olan gecəyə mumam,
Haqqım var, bir kəlmə şirin söz umam,
İstərəm bir gecə qoynunda uyam,
Yumulu gözlərə aşiq gecələr…
“Gecənin öz sirri, öz aləmi var”,
Əlbəttə, Ustac da bundan xəbərdar,
Şəhrizad misalı, sirli, gözəl yar,
Sirli gözəllərə aşiq gecələr.
04.05.2026. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var