Cəlilabadda şeir müsabiqəsinin II turu keçirildi

Cəlilabadda şeir müsabiqəsinin II turu keçirildi
Cəlilabad rayon Veteranlar Təşkilatı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə bu gün (18.12.2025) Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində şagird və tələbələrin iştirakı ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin ən yaxşı ifaçıları üzrə şeir müsabiqəsinin II turu həyata keçmişdir.
Müsabiqənin bu mərhələsində münsiflər heyəti, Cəlilabad ədəbi mühitinin tanınmış simaları, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri yaxından iştirak etdilər.
İlk mərhələdə müsabiqənin bu mərhələsinə yol tapmış 13 şagird və tələbə çıxış etdilər və münsiflərin verdikləri bal əsasında növbəti final mərhə üçün müəyyənləşdilər. Yeri gəlmişkən bildirmək lazımdır ki, bu gün Cəlilabad rayonunda keçirilmiş şeir müsabiqəsinin II turunda münsiflər heyəti aşağıdakılardan ibarət idi:

  1. Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, ziyaıl şair Zülfi Vellidağ;
  2. Ədalət Salman (“Sözün işığı” mətbu orqanının baş redaktoru, AYB və AJB-nin üzvü, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Prezident təqaüdçüsü, jurnalist, şair-publisist);
  3. Müşahidə Nərimanova (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, Cəlilabad MKS-nin əməkdaşı, kitabxanaşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
  4. Arzu Əyyarqızı (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, esseist, şair-publisist).
  5. Ruhiyyə Abaszadə (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
    Məlumat üçün qeyd etmək lazımdır ki, müsabiqənin son və final mərhələsi gələn həftə keçiriləcək və qaliblər mükafatlandırılacaq.

POEM.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı
Bu gün (18.12.2025) Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sistemi və “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, şair Sevinc xanım Şirvanlının “Həsrətimi çəkəcəksən” adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun tanınmış ziyalı simaları, Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələri və Cəlilabad MKS-nin əməkdaşlarının iştirakı, eyni halda fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin aparıcılığı ilə olduqca səmimi və mənəvi aurada keçdi.
Tədbiri öz nitqi ilə açan yazıçı-publisist İlqar İsmayılzadə ilk öncə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov və eləcə də Cəlilabad MKS-nin direktoru Qənimət xanım İsrafilovaya yaratdıqları şəraitə və ədəbi tədbirlərə verdikləri səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi və rayonun ədəbi mühitinin müxtəlif ədəbi tədbirləri keçirmək üçün xüsusi bir otağa zəruri ehtiyacı olduğunu vurğuladı. O, sözünün davamında Sevinc Şirvanlını Cəlilabad ədəbi mühitinin 30 illik əməyi olan və öz imzası ilə şairlik bacarığını təsbit etmiş bir xanım nümayəndəsi olaraq təqdim edərək onun qələmə aldığı şeirlərin səlis, aydın və rəvan olduğu, eyni halda səmimiyyəti tərənnüm etdiyini bildirdi və yenicə nəşr olunmuş kitabı münasibəti ilə onu ürəkdən təbrik etdi…
Ardınca tədbirdə iştirak edən rayon ziyalıları və tanınmış simaları: “Əmək zərbəçisi” və “Əmək veteranı” Hacı Paşa Rüstəmov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçısı, kitabxanaşünas Cahangir Muradov, tanınmış pedaqoq Dadaş Bayramov və tanınmış bədii qiraətçi və pedaqoq Adıgözəl Nuriyev, şair Sevinc Şirvanlının anası Xanımgül ana, Cəlilabad rayonunda Təsviri incəsənət sahəsinin kraliçası kimi tanınan “Həməşəra” Fəxri Diplomu laureatı Laləzar Sadıqova, Cəlilabad MKS-nin əməkdaşı Zaur Hüseynli, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı şair Zülfi Vellidağ, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman, “Həməşəra” Fəxri Diplomu laureatları: bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, yazıçı-jurnalist Sakir Orduxanlı, şəhid qardaşı və yazıçı-şair Sakit Üçtəpəli və hərbi jurnalist, “Haqq.az” portalının əməkdaşı Zaur Talıblı, həmçinin, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən “Həməşəra” Fəxri Diplomu laureatları: “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən Şahmuradlı, bədii qiraətçi və şair Müşahidə Nərimanova, şair Gülcahan Xürrəm, şair Seylan Abbas, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu Əyyarqızı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Atlaz Rzayi öz çıxışlarında Sevinc Şirvanlı poeziyasından söz açaraq onun poeziya aləmindəki dəsti-xətti və səmimiliyindən, eləcə də əxlaqi keyfiyyətlərə malik olmasından söz açaraq yenicə nəşr edilmiş şeirlər kitabı münasibəti ilə onu təbrik etdilər.
Tədbirin sonunda çıxış edən “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureat, şair Sevinc Şirvanlı təşkil edilmiş təqdimat mərasiminə görə təşkilatçılara və tədbir iştirakçılarına öz səmimi minnətdarlığını bildirdi. Çay süfrəsi ətrafında keçirilən səmimi tədbirdə Sevinc xanımın Zeynəb, Zəhra və Aydan adlı üç əziz qız övladı onun şeirlərindən qiraət edərək tədbir iştirakçılarının alqışı ilə qarşılaşdılar. Tədbirin yekun mərhələsində “Yazarlar” Jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustac tərəfindən Cəlilabad ədəbi mühitinin bir neçə xanım nümayəndəsinə təqdim etdiyi “Ziyadar” Mükafatı (Fəxri Fərman və döş nişanı) Sevinc Şirvanlı, Arzu Əyyarqızı və Atlaz Rzayiyə təqdim edildi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə tamamlandı.


BİTİK.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mikayıl Məxfi – Təmsillər

GÖZ ÜSTƏ
– Qurbandı sənə
Bu şirin canım,
Sənsən əzəldən
Dinim, imanım.
– Çox sağ ol, dostum,
Bilirsən nə var?..
Bircə aylığa
bir az borc…
olar?
– Eh, pul nədir ki,
Məndən can istə.
Pul can deyil ki,
Deyəm göz üstə.

ZƏNGLİ SAAT
Sübhdən elə bağırır
Maşınlar dar dalanda…
Susub zəngli saat da
Mat qalır həmin anda.

Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RUHULLA AXUNDOVUN KİTABI


«Rуsca – Turqcə Lugət»
Cild I və cild II.
Baqь. Azərnəзr, 1928 – 1929. (Bakı, Azərnəşr)
Birinci təb`i. (Birinci nəşri)
Sajь 10400. (Sayı)
Ölçüləri 270 x 180 mm.
Nəşrin redaktoru Ruxulla Axundov.
İki cilddə.

Ruhulla Əli oğlu Axundov (1 (13) Yanvar 1897, Şüvəlan, Bakı qəzası – 21 Aprel 1938, Kommunarka poliqonu, Moskva vilayəti) – dövlət və partiya xadimi, publisist, alim. Xalq düşməni elan edilərək qüllələnəndən sonra bu nəşrlərin əksəriyyətinin titul vərəqləri uzərindən onun adı qaralanıb və ya kəsilib.

Bu kitablar repressiya illərinin şahidi və qurbanıdır. 1936-cı ildən normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir. Moskva hakimiyyəti Türk olmağımızı özünə təhlükə hesab edərək bizi azərbaycanlı adlandırmağa məcbur olub. Həmin vaxtdan bu kitablar geniş istifadədən yığışdırılıb.


BİTİK.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Fəridə Ləman – A DÜNYA

A DÜNYA

Sevinə bilmirəm, gülə bilmirəm,
Tökülüb dərdlərin başa,a dünya.
Zülmün kösövləri köksümdə yanır,
Ayağım dolaşır daşa,a dünya.

Oyunbazlar torba salır başlara,
Baxan yoxdur gözlərdə qan-yaşlara.
Həsədim var göydə uçan quşlara,
Yorma sən özünü boşa,a dünya.

Dolaşıb yolların əriş,ağacı,
Nadanın başına qoyurlar tacı.
Sərçə təriflənir,baxır turacı,
Haqsız təriflərdən haşa,a dünya.

Torpağın nəfəsi kəsilib daha,
Fəqirlik ölkəyə səs salıb daha.
Nəyə əl vurursan bahadan-baha,
Gəlmir bu işlərin xoşa,a dünya.

Bax, tülkülər quyruq ilə oynayır,
Sifarişlə buyruq ilə oynayır.
Fitnə-fəsad əməlindən doymayır,
Əl uzanıb başdan huşa,a dünya.

Kənardan baxırıq yaxşı nə varsa,
Baxmazlar,başına dünya daralsa.
Bulanıq suların əgər durulsa,
Sən də bir gələrsən cuşa,a dünya.

Dəyişirlər yerlə göyün yerini,
Ölü dəbdə,sayan yoxdur dirini.
Bilən yoxdur amalsızın sirrini,
Gəlməyəsən bədə tuşa,a dünya!

Müəllif: FƏRİDƏ LƏMAN

FƏRİDƏ LƏMANIN YAZILARI

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Coşqun Xəliloğlu – AD, YOXSA SOYAD?

AD, YOXSA SOYAD?
(qısa hekayə)
Şöbəmizdə tez-tez maraqlı hadisələr baş verir. Bu gün də belə oldu. İşə təzəcə başlamışdıq. Teiefon zəng çaldı. Əlizadə telefonun dəstəyini qaldırdı. Zəng edənin səsini yaxşı eşitməsəm də, başa düşdüm ki, onların söhbəti təxminən bu məzmundadır:
-Bəli, eşidirəm..
-Kimdir, danışan?
-Əlizadə.
-Mənə Ağayev lazımdı.
-Bəli, Ağayevdi.
-Ə…Bayaqdan deyirdin, Əlizadədir, indi deyirsən, Ağayevdir.
-Əlizadə adımdır, Ağayev soyadımdır.
-Qəribə adınız var e, lap soyada oxşayır.
-Bağışlayın,Siz kimsiniz?
-Babalı.
-Adınız nədir?
-Dedim, Babalı.
-Bəs, soyadınız?
-Soyadım Aslandır.
-Sizin də qəribə soyadınız var, lap ada oxşayır.Üstəlik adınız da elə bil soyaddır.
Birdən Əlizadə gülməyə başladı. Telefonun o biri başından da gülüş səsi gəlirdi.

Müəllif: Coşqun XƏLİLOĞLU

COŞQUN XƏLİLOĞLUNUN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Qadın

QADIN
Qadın həyatın özü,
Göyləri yerə bağlar.
Qadın Tanrının gözü,
Ağlarsa, dünya ağlar.


Qadın tamam sirdir, sirr,
Müqəddəsdir, müqəddəs.
Qadın ocaq, qadın pir,
Müqəddəsdən müqəddəs.


Qatili qadın doğur,
O, peyğəmbər anası…
Qadın balasın boğur,
Həm də ərlər anası.


Qadın tamam sirdir, sirr,
Müqəddəsdir, müqəddəs.
Qadın ocaq, qadın pir,
Müqəddəsdən müqəddəs.

19.12.2025. Bakı.

Müəllif: Zaur USTAC,

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖZÜNƏ GƏL, ÖZÜM

ÖZÜNƏ GƏL, ÖZÜM

Şəbnəmlər tökülüb yaşıma gəldi,
Qayğılar düzülüb qarşıma gəldi.
Bütün süvda mənim başıma gəldi,
Özünə gəl, özüm!

Ötdü payızla qış, günəş saçdı nur,
Çiçək yarpaqladı, qönçə açdı gül.
Sinəmi yandırdı oxuyan bulbul,
Özünə gəl, özüm!

Şansız şərəfimə şan gəldi sonda,
Damarıma alov, qan gəldi sonda.
Cansız canıma da can gəldi sonda,
Özünə gəl, özüm!

Yuxuma dünyanın bazarı girdi,
Meçə övliyanın məzarı girdi.
Cana yuxuların azarı girdi,
Özünə gəl, özüm!

Durduğun yolumda izim yoxdu, bax,
Kitablarda bircə sözüm yoxdu, bax.
Göyün güzgüsündə gözüm yoxdu, bax,
Özünə gəl, özüm!

2018
Cahangir NAMAZOV
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

O‘ZINGGA KEL, O‘ZIM

Shabnamlar to‘kilib yoshimga keldi,
Qayg‘ular tizilib qoshimga keldi.
Hamma savdo mening boshimga keldi,
O‘zingga kel, o‘zim!

Kuz o‘tdi, qish o‘tdi, oftob sochdi nur,
Chechaklar barg yozdi, g‘uncha ochdi gul.
Bo‘g‘zimni kuydirib kuylagan bulbul,
O‘zingga kel, o‘zim!

Shonsiz shukuhimga shon keldi axir,
Tomirimga olov-qon keldi axir.
Jonsiz jonimga ham jon keldi axir,
O‘zingga kel, o‘zim!

Tushimga dunyoning bozori kirdi,
Ne-ne avliyolar mozori kirdi.
Jonimga tushlarning ozori kirdi,
O‘zingga kel, o‘zim!

Bosgan yo‘llarimda izim yo‘q, qara,
Kitoblarda biror so‘zim yo‘q, qara.
Ko‘kning ko‘zgusida ko‘zim, yo‘q, qara,
O‘zingga kel, o‘zim!

2018

Jahongir NOMOZOV

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"