Elman Eldaroğlu: – Səlim mənim qaqamdır – Təbrik

Səlim mənim qaqamdır

“Qaqa” kəlməsini daha çox ağdamlılar işlətsə də, amma uşaqlıqda bütün azərbaycanlılar qardaşına “QAQA”, “QAQAŞ” deyə müraciət edir. Bəli, Səlim mənim qaqamdır, qaqaşımdır…

Hamı bilir ki, Səlim Babullaoğlu mülayim xasiyyətli, nəcib, mehriban insandır. Cəsur və dinamikdir. Zəngin həyat təcrübəsi var- necə deyərlər, hər parıldayan əşyaya tələsib “qızıl” demir…

Səbirlidir, əmin olmayınca hər eşitdiyinə inanmır. Sədaqətli, vəfalı dostdur. Ətrafdakılara qarşı diqqətli və mərhəmətlidir. Son tikəsini bölüşməyi bacarır. İçindəki “MƏN”ə çoxdan qalib gəlib, Allahı sevir. Bir sözlə, obrazlı desək, Səlim bir çox müsbət xüsusiyyətləri özündə ehtiva edən kişilərdəndir…

…O ki, qaldı bir qələm adamı kimi yaradıcılığına Səməd Vurğun, Anar, Çingiz Abdullayev kimi böyük yazarların əsərlərinə irad tutan naşı adamların çoxaldığı bir zamanda bunu demək olar:- Səlim Babullaoğlu bu gün qərb təfəkkürü ilə şərq poeziya nümunələri yarada bilən nadir şairlərdən biridir. Nadanlar narahat olmasınlar, onsuz da onu gələcəkdə daha çox oxuyacaqlar…

Dekabrın 10-nu ömrünün 53-cü təntənəsini qeyd edəcək. Bu münasibətlə Səlimi təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Qaqamın yeni yaşı və qarşıdan gələn yeni təqvim ili mübarək olsun!..

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dünyanın İlk Tıp Merkezi olan Gevhernesibe Şifahiyesi (1206)

KAYSERİ’Yİ ALTIN ÇAĞA TAŞIYAN KADINLARIN MÜHRÜ

Şehrimizin Türk tarihindeki eşsiz kimliği ve görkemi, sadece sultanların değil, aynı zamanda hayırsever ve güçlü Türk kadınlarının imzasını taşır. Bu kadınlar; sağlık, eğitim, mimari ve hayırseverlik alanlarında yaptıkları eserlerle şehri adeta bir Manevi Başkent haline getirmiştir.

Bu döneme damga vuran kadınların başında, vasiyetiyle insanlığa armağan edilen Gevher Nesibe Sultan’dır. O, sadece bir sultan kızı (Selçuklu Hükümdarlarından II. Kılıçarslan’ın kızıdır) değil, aynı zamanda Dünyanın İlk Tıp Merkezi olan Gevhernesibe Şifahiyesi’nin (1206) kurucusudur. Bu muhteşem Selçuklu eseri, modern sağlık ve eğitimin başlangıç noktası olmakla kalmadı, aynı zamanda Tıp Fakülte’lerinin ambleminde yer alan tıbbi sembolün de doğuş yeri oldu.

Gevher Nesibe Şifahanesi’nde hala görülebilen esasen bu rölyef, 12 dilimli evren çarkını çeviren, düğümlü çift yılan ikonografisidir.

Şifahane’nin Taç Kapısı’na işlenen ancak bugün tahrip olduğu için az bir kısmı görünmekte olan motifin benzeri bir taş üzerine yeniden işlenmiş olup, bugün şifahanede sergilenmektedir. (Ekli görsel) Bu motif, Türk tıp tarihinde Ord. Prof. Dr. Süheyl Ünver tarafından keşfedilip modern tıp amblemine ilham vermesiyle bilinir.

Yılan, doğanın iyileştirici gücünü en iyi bilen yaratık olarak kabul edilmiş ve bu nedenle ona sağlık ve tıbbın simgesi atfedilmiştir. Yılan, ölümcül zehriyle korkulan ve saygı duyulan çift yönlü bir varlıktır. Bu çift yönlülük, hastalığın ve iyileşmenin, yaşam ve ölümün düalizmini temsil eder, İyileşme ve zehir, yaşam ve ölüm gibi zıtlıkları vurgular.

Hanedan gücünü bilgelikle birleştiren Mahperi Hunat Hatun ise, ilme verdiği değerle Hunat Hatun Külliyesi’ni inşa ettirerek Kayseri’nin eğitim ve kültür mirasına büyük katkı sağlamıştır.

Şehrin siluetini süsleyen ve Kayseri’ye “Kümbetler Şehri” kimliğini kazandıran anıtsal mezarların (kümbet) arkasında yine kadınlar vardır

Selçuklu taş sanatının zirvesi sayılan Döner Kümbet’i (1276) yaptıran Şah Cihan Hatun ve Talas’taki Alaca Kümbet’in sahibi Emirci Hatun bu soylu geleneğin temsilcileridir.

Ayrıca MELİKE Adile Hatun gibi güçlü figürler de, mevcut eserlerin (Hacı Kılıç Külliyesi gibi) vakıflarını destekleyerek kültürel mirasın yüzyıllar boyu yaşatılmasını sağlamıştır.

Bu kadınların bıraktığı somut eserler ve manevi miras, Kayseri’nin kimliğini şekillendirmiş ve şehrin ihtişamlı Selçuklu ruhunu bugüne taşımıştır.

Yazar: Hüsamettin URFALIER


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Ehtiram Sevənli yazır

MİLLƏTİN YADDAŞINA ÇEVRİLMİŞ ÖMÜR
(Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə ithaf olunur)

Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri, xalq şairi Bəxtiyar Vahabzadə 20-ci əsr poeziyasının həm fəlsəfi dərinliyi, həm də milli ruhu ilə seçilən ən böyük söz ustadlarındandır.
Onun həyatı bir şair ömrü olmaqdan çox, xalqın taleyinin poeziyada əks olunmuş salnaməsidir.
2025-ci ildə şairin 100 illiyi yalnız bir yubiley ili deyil, bütöv bir əsrin ədəbi, mənəvi yaddaşına yenidən baxış imkanıdır.

HƏYATI – SÖZƏ HƏSR OLUNMUŞ ÖMÜR
Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə dünyaya gəlmişdir. Uşaqlıq və gənclik illərindən kitab və poeziyaya bağlı olan Vahabzadə Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil almış, sonradan uzun illər həmin universitetdə müəllim və professor kimi fəaliyyət göstərmişdir.
Onun pedaqoji fəaliyyəti də yaradıcılığı qədər önəmlidir: bir çox ədəbiyyatşünas,şair və alim onun tələbəsi olub.
Şairin həyatı sovet dövrünün ziddiyyətləri, milli kimliyin sıxışdırıldığı illərin ağrıları ilə yoğrulmuşdu. Lakin o,bütün çətinliklərə baxmayaraq, Azərbaycançılıq ideyalarını poeziyada yaşatdı, milli ruhu qorudu, millətinə olan məhəbbətini heç vaxt gizlətmədi.

YARADICILIĞININ ƏSAS XƏTTİ – MİLLƏT, DİL, İNSAN
Bəxtiyar Vahabzadənin yaradıcılşğı çoxşaxəli olsa da, onun pieziyasında bir neçə əsas xətt xüsusilə seçilir:

  1. Milli azadlıq, vətənpərvərlik.
    B.Vahabzadə Azərbaycan milli poeziyasının ən milli şairlırindən biridir. Onun “Gülüstan” poeması sovet senzurasının sərt dövründə xalqın parçalanma faciəsini yüksək cəsarətlə gündəmə gətirdi. Bu əsər təkcə bədii nümunə deyil, həm də milli mübarizənin poeziya manifestidir.
    “Gülüstan” poeması bütöv bir xalqın ağrısını, qəlb sızıltısını ifadə edən o dövrün ən güclü əsəridir. 1961-ci ildə yazılan poema Azərbaycan poeziyasında bir dönüş nöqtəsidir. Poemada Arazın o tayında və bu tayında parçalanmış bir xalqın həsrəti, bölünmüş torpağın qəlb ağrısı ifadə edilir. O dövr üçün son dərəcə cəsarətli olan bu əsər, yalnız ədəbiyyat nümunəsi deyil, milli yaddaşın poetik böyük əsərlərindən ən birincisidir.
    Şairin “Ana dili”, “Azərbaycan”, “Millət” və digər bu yönümlü əsərləri milli özünüdərkin ən yüksək ifadəsidir.
  2. İnsan və zaman fəlsəfəsi;
    Vahabzadə poeziyasında insanın daxili dünyası, zaman qarşısındakı acizliyi, ömrün mənası və əbədiyyat axtarışı geniş yer tutur.
    “Vicdan”, “Düşüncələr”, “Ömür kitabı” ,”Yerlə göy arasında” kimi şeirlərində şairin dərin fəlsəfi baxışları görünür.
  3. Sevgi lirikasının incə duyğuları;
    Şair yalnız millət, vətən şairi deyil, həm də incə, zərif hisslərin ustasıdır. Onun sevgi şeirlərində dil sadə olsa da, duyğu qatları çox dərin və təsirlidir.
    “Gözlərim”, “Eşq odları”, “Sən gəlməz oldun”, “Daha sənsiz”, “Bir salama dəymədi” və daha yüzlərlə belə şeirləri bu xəttin klassik nümunələridir.
  4. Dil və ədəbiyyatın müqəddəsliyi;
    Bəxtiyar müəllim ana dilini sadəcə ifadə vasitəsi deyil, millətin ruhu adlandırırdı. O, dilin saflığı, milli sözün qorunması uğrunda ciddi mübarizə aparırdı. Şair müəllim idi, ziyalı idi, vicdanı sözə cevirən böyük şəxsiyyət idi. Bəxtiyar Vahabzadə həyatı boyu bu prinsipə sadiq qaldı: söz həqiqətin yanında dayanmalıdır. Bu səbəbdən onun pieziyası zaman keçdikcə köhnəlmir, əksinə, daha da dərinləşir və hər dövrün insanına özünü tapmağa kömək edir.

POEZİYA, DRAMATURGİYA VƏ NƏŞR
Vahabzadənin yaradlcılığı yalnız şeirlərlə məhdudlaşmır:

  • “İkinci səs”, “Fətəki xan”, “Özümüzü kəsən qılınc ” kimi pyeslər teatr səhnəsinin klassik nümunələrinə çevrilib.
  • Onun publisistik yazıları isə cəmiyyətin sisial-siyasi problemlərinə çevik münasibəti ilə seçilir.
  • Şair 70-dən çox kitabın müəllifidir və əsərləri dünyanın bir çox dilinə tərcümə edilib.

XALQ ŞAİRİNİN ŞƏXSİYYƏTİ
Bəxtiyar müəllimin böyüklüyü yalnız poeziyasında deyil, həm də xarakterindədir. O, son dərəcə məqsədli, prinsipial, millətinə bağlı, eyni zamanda sadə və səmimi bir insan idi. Çoxları onun evinə gedər, bir stəkan çay ilə, bir-iki söz ilə ruh tapardl.
Onun ən yadda qalan cəhəti – həqiqəti deməkdən çəkinməməsi idi. Bu xüsusiyyət həm şeirində, həm həyatında özünü göstərirdi.

AZƏRBAYCAN ƏDƏBİYYATINA VƏ TOPLUMUNA TƏSİRİ
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyaslnl yalnız zənginləşdirmədi, həm də:

  • milli şüurun oyanmasına təkan verdi;
  • gənc nəslə milli kimliyi aşıladı;
  • Azərbaycan dilinin saflığının qorunmasında böyük rol oynadı;
  • ədəbi fikri fəlsəfi və milli dərinlik baxımından yenilədi;
    Onun şeirləri məktəblərdə əzbər söylınilir, xalqın dilinə düşür, müxtəlif yaş qruplarına mənəvi dayaq olur.

100 İLLİYİN MƏNASI
Bu yubiley onu göstərir ki, B.Vahabzadə təkcə bir əsrin şairi deyil, həm də gələcək əsrlərin işığını yandıran söz ustadıdır.
Onun poeziyası zaman keçdikcə köhnəlmir, əksinə,daim yenidən oxunur, yenidən anlaşılır.
Bəxtiyar Vahabzadə Azərbaycan xalqının ruhunu sözə çevirmiş böyük şəxsiyyətdir və onun 100 illiyi milli yaddaşın təntənəsidir.
Böyük şairlər zaman üçün deyil,zaman böyük şairlər üçün yetişir.
Bəxtiyar müəllim Azərbaycan sözünün ən uca zirvələrindən birinə çevrilərək öz ömrünü xalqın yaddaşında əbədiləşdirdi. Onun poeziyası yaşadıqca, Azərbaycan ruhu yaşayacaq.
Bu gün, 100 il sonra, Bəxtiyar Vahabzadə yenə aramızdadır. Xalqın dilində misra kimi, mədəniyyətin yaddaşında zirvə kimi, Azərbaycanın ruhunda isə əbədi bir işıq kimi.
B.Vahabzadə – zamanın yox, zamanın dəyişə bilmədiyi böyük şair.

07.12.2025

Ehtiram Sevənli,
“Qızıl Qələm” Medi Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist
EHTİRAM SEVƏNLİNİN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Uşaqlarda müşahidə edilən “çöp qalması”

Uşaqlarda müşahidə edilən “çöp qalması” anlayışı uzun illərdir, cəmiyyətdə mövcud olan, lakin tibbi baxımdan heç bir əsası olmayan yanlış inanclardan biridir. Xalq arasında “çöp” adlandırılan hal, əslində, boğazda, udlaqda və ya burunda yaranan adi narahatlıqlara verilən addır. Elə bu haqda daha dəqiq məlumat əldə etmək üçün uşaq həkimi Zülfiyyə Hüseynova ilə həmsöhbət olduq. Zülfiyyə xanım bildirir ki, bu termin müasir tibbdə mövcud deyil və doğru diaqnoz hesab olunmur. Buna baxmayaraq, xüsusilə rayonlarda valideynlər övladlarında iştahasızlıq, halsızlıq, səbəbsiz ağlama, qusma və qızdırma kimi əlamətlər gördükdə onları çöpçülərə aparmağa üstünlük verirlər.
Həkimin sözlərinə görə, çöpçülər, adətən, buruna və ya ağıza müdaxilə etməklə guya “çöpü çıxardıqlarını” iddia edirlər. Lakin bu üsul həm tibbi cəhətdən təsdiqlənməyib, həm də ciddi fəsadlara yol aça bilir. Çünki uşaqlarda boğaz və burun boşluqları digər yaş qruplarına nisbətən daha dar, selikli qişaları isə çox həssas olur. Bu, xəstəlik zamanı nəfəsalmanın çətinləşməsinə, badamcıqların tez iltihablanmasına və müxtəlif narahatlıqların yaranmasına səbəb olur. Bəzən boğazda gedən xroniki proseslər nəticəsində qida qırıntılarının müəyyən yerdə ilişib qalması mümkündür. Amma bunların heç biri çöpçülük yolu ilə təhlükəsiz formada aradan qaldırıla biləcək hallar deyil.
Zülfiyyə Hüseynova vurğulayır ki, çöpçülərin üfürmə və ya çöp salma üsulu ilə qida qalıqlarını çıxarmağa çalışması nəinki problemin həllinə kömək etmir, əksinə, yeni təhlükələr yaradır. Burun və boğaza edilən bu cür savadsız müdaxilələr nəticəsində uşaqlarda əlavə iltihab, şişkinlik, ağrı, allergik reaksiyalar və travmalar meydana gələ bilər.
Çöpçülüyün ən ciddi təhlükələrindən biri boğaz toxumalarının zədələnməsidir. Həkim Zülfiyyə Hüseynovanın sözlərinə görə, badamcıqlar, arxa udlaq divarı və selikli qişa çox həssasdır və mexaniki təsirə qarşı son dərəcə zəifdir: “Çöp salma və ya alətlərlə müdaxilə boğazda cızıq, yara, qızartı və şişkinlik yaradır. Bu isə ağrının artmasına, udma çətinliyinə və mikrobların daha asan nüfuz etməsinə şərait yaradır. Nəticədə irinli iltihab, angina, faringit, hətta peritonsillyar və retrofaringeal abses kimi ağır fəsadlar baş verə bilər. Bundan əlavə, boğazın həssas nöqtələrinə toxunulduqda spazm, güclü öskürək, qusma və boğulma hissi yarana bilər. İxtiyarsız edilən bir yanlış hərəkət qida qırıntılarının qida borusuna və ya nəfəs yoluna düşməsinə səbəb ola bilər ki, bu, uşağın həyatı üçün real təhlükədir. Bu praktikadan sonra uşaqlarda psixoloji travma da rast gəlinir. Qorxu, udmaqdan çəkinmə, qusma refleksinin həssaslaşması kimi”, – deyə o, bildirib.
Valideynlərin çöpçülərə müraciət etməsinin əsas səbəblərindən biri ənənələrdir. Bir çox ailə bu üsulun “düzgün” olduğuna inanır. Uşaqda yüngül virus infeksiyası zamanla özü-özünə keçdiyi üçün valideynlər bunu çöpçünün “xidmətinə” bağlayırlar. Həkim bildirir ki, bu, sadəcə, təsadüfi sağalma halıdır. Çöpçünün çıxardığı qida qalıqları isə valideynlərdə yanlış rahatlıq hissi yaradır: “Bəzən uşağın vəziyyətində qısa müddətli yüngülləşmə də müşahidə olunur. Bu çöpçünün müalicəsinə görə yox, mexaniki bir qıcıqlandırıcının qısa müddətlik azalmasına görədir. Əslində isə real yaxşılaşma çox vaxt placebo effekti ilə bağlı olur: uşaq valideynlərinin psixoloji təsiri altında özünü daha rahat hiss edir”.
Həkim tibbi savadı olmayan şəxslərin belə müdaxilələr etməsinin qanunla da məhdudlaşdırıldığını bildirir. Lisenziyasız tibbi fəaliyyət göstərmək qanun pozuntusu sayılır və nəticədə, uşağa zərər dəyərsə, bu inzibati və hətta cinayət məsuliyyəti sayılır.
Zülfiyyə Hüseynova valideynlərə yalnız etibarlı mənbələrə, yəni Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, pediatrlar və ailə həkimlərinə müraciət etməyi tövsiyə edir. Onun fikrincə, uşağın boğazı və tənəffüs yolları kimi həssas nahiyələrə müdaxilə mütləq tibbi savadı olan mütəxəssislər tərəfindən aparılmalıdır: “Çöpçülük nə effektiv, nə də təhlükəsiz üsuldur. Faydasından çox zərəri var. Valideynlərə tövsiyəm odur ki, uşaqların boğaz və nəfəs yolları ilə bağlı problemlərində çöpçülər yerinə, ixtisaslı pediatrlara müraciət etsinlər”. Valideynlərin hələ də çöpçülüyə üstünlük verməsi daha çox köhnə inanclar, təsadüfi sağalmaların “müalicə effekti” kimi qəbul edilməsi və informasiya çatışmazlığı ilə bağlıdır. Lakin müasir tibbin mövqeyinə görə uşaqların boğaz və tənəffüs yollarına edilən hər bir müdaxilə yalnız ixtisaslı həkimlər tərəfindən aparılmalıdır.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadənin “Zəfərlərə doğru” kitabı işıq üzü gördü

Etibar Həsənzadənin “Zəfərlərə doğru” kitabı işıq üzü gördü
Kitab Etibarın “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində nəşr olunan 3- cü ktabıdır və layhə çərçıvəsində Tovuz hadisələrindən başlayaraq Şuşa zəfəri də daxil olmaqla Etibarın yazmış olduğu bütün əsərləri, Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, Baykar şirkətinin qurucusu Özdəmir Bayraktar, “Baykar Savunma” şirkətinin texniki direktoru, Baykar Makinanın ortaq sahibi Selçuk Bayraktar, Türkiyə, Azərbaycan və Pakistanın böyük dostluq və qardaşlığı haqqında geniş məlumatları əhatə edir.
Kitabın üz qabığının tərtibatı Hikmət Əliyevə məxsusdur.

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəhla Rəvan yazır

BAŞ DAŞINDA SAAT – Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm…

BAŞ DAŞINDA SAAT

Yazıldı saatsaz məzarı üstdə:
«Filan il doğuldu, fi lan il öldü».
Mərhumun kimliyi bilinsin deyə
Qəbrin baş daşına saat «hörüldü».

Yaşarkən – doğumu keçmiş zamandı,
Onun ölümüysə – gələcək zaman.
Ölümün özü də onda gümandı,
Ölüm gerçəyində dayanır zaman.

Dünyadan köçəndə əslinə baxsan,
Qəbrə yox, keçmişə gömülür insan.
Elə bil saata gülür qəbir də
Nə dönüb dolanır, nə dinir saat.

Vaxtın, hərəkətin donduğu yerdə
Nə qədər qəribə görünür saat.
Üz-üzə dayanır ölüm həyatla,
Zaman üst qatdadır, alt qata sığmır.

Həyatı anbaan ölçdük saatla,
Ölümsə zamana, saata sığmır.
Burda yatanlara ölüm paylayan
Vaxt da onlar kimi ölmüş bu yerdə.

Həmişə öndədir gələcək zaman,
Keçmiş zaman isə yatır qəbirdə.
Vaxt – yerin üstündə keçəridirsə,
Əbədiyyət olur yer altında an.

Yerin üst qatında o, dövr edirsə,
Yerin alt qatında nüvədir zaman.

Bəxtiyar Vahabzadə

Şeirin təhlili:
Bəxtiyar Vahabzadənin “Baş daşında saat” şeiri zaman, ölüm, həyat və əbədiyyət kimi fundamental fəlsəfi mövzuları dərindən araşdıran, düşündürücü bir əsərdir.
Şeir məzar daşına həkk olunmuş saat təsviri vasitəsilə bu anlayışlar arasındakı ziddiyyətləri və bağlılıqları poetik dillə oxucuya çatdırır.

Məzmun və struktur
Şeir məzar daşının üzərindəki saat simvolu ilə başlayır. Bu saat mərhumun doğum və ölüm tarixlərini göstərsə də, şair onun funksionallığına şübhə ilə yanaşır. İnsan həyatının zamanla ölçüldüyünü, lakin ölümün zamanın hüdudlarından kənar olduğunu vurğulayır.
Şeir zamanın dünyəvi və sonsuzluqdakı vəziyyətini müqayisə edərək, yerin üstündəki keçici vaxtla yerin altındakı əbədiyyət anını qarşılaşdırır.

Əsas temalar və fikirlər
Şeirdə mövcud olan əsas tema və fikirlər bunlardır:

  1. Zamanın nisbiliyi və ölüm qarşısında acizliyi;
    Şeirin əsas ideyalarından biri zamanın həyatda necə vacib olduğu, lakin ölüm qarşısında gücsüzlüyüdür. Şair “Vaxtın, hərəkətin donduğu yerdə nə qədər qəribə görünür saat” deməklə, zamanın maddi dünyadakı əhəmiyyətinin ölümlə sona çatdığını göstərir. Saatın məzar daşında “nə dönüb dolanır, nə dinir” olması, onun funksiyasızlığını və zamanın bu məkanda dayandığını simvolizə edir.
  2. Həyat və ölümün qarşıdurması;
    “Üz-üzə dayanır ölüm həyatla” misrası, şeirin mərkəzində dayanan ziddiyyəti açıq şəkildə ifadə edir. Həyat anbaan saatla ölçüldüyü halda, ölümün “zamana, saata sığmır” olması, onun insan idrakının və ölçü vahidlərinin fövqündə bir hadisə olduğunu göstərir.
  3. Keçmiş, gələcək və əbədiyyət;
    Şair doğumu keçmiş, ölümü isə gələcək zamanla əlaqələndirir. “Keçmiş zaman isə yatır qəbirdə” misrası ilə keçmişin ölümlə eyniləşdirilməsi diqqət çəkir. Lakin, “Vaxt – yerin üstündə keçəridirsə, Əbədiyyət olur yer altında an” fikri, ölümdən sonra mövcud olan sonsuz bir anın – əbədiyyətin olduğunu vurğulayır. Bu, zamanın dünyəvi çərçivədən çıxaraq, başqa bir mahiyyət kəsb etdiyini göstərir.
  4. İnsanın ölümlə bütünləşməsi;
    “Dünyadan köçəndə əslinə baxsan, Qəbrə yox, keçmişə gömülür insan” misrası, insanın fiziki olaraq qəbrə düşsə də, əslində xatirələri və yaşanmışlıqları ilə keçmişə aid olduğunu göstərir. Bu, insanın ölümlə birlikdə öz tarixinin bir hissəsinə çevrildiyi fikrini ortaya qoyur.

Bədii xüsusiyyətlər
Şeirdə simvolizm güclü şəkildə istifadə olunur. Saat, zamanın, keçiciliyin və məhdudiyyətlərin simvolu kimi çıxış edir. Məzar isə sonsuzluğun, sükunətin və əbədiyyətin məkanıdır. Şeirdəki dil sadə və aydın olsa da, dərində yatan fəlsəfi mənalarla zəngindir.
Bəxtiyar Vahabzadəyə xas olan ritm və ahəngdarlıq şeirin oxunuşunu axıcı və təsirli edir. Metaforalar (“qəbir saata gülür”, “ölüm gerçəyində dayanır zaman”) şeirin bədii dəyərini artırır.

Nəticə:
“Baş daşında saat” şeiri, Bəxtiyar Vahabzadənin dərin fəlsəfi düşüncələrə malik bir şair olduğunu bir daha sübut edir. O, bu şeirdə zamanın insan həyatındakı yerini, ölümün zamanı necə üstələdiyini və insanın əbədiyyətlə olan əlaqəsini təsvir edir.
Şeir oxucunu həyatın mənasını, zamanın dəyərini və ölümün sirrini düşünməyə vadar edən bir əsərdir. Məzar daşındakı işləməyən saat, insan ömrünün sonunu, lakin ruhun və zamanın başqa bir müstəvidə davam etməsi ehtimalını qəribə bir şəkildə ifadə edir.

Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair

ŞƏHLA RƏVANIN DİGƏR YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mahirə Nağıqızının poetik dili

Mahirə Nağıqızının poetik dili

Mahirə Nağıqızının poetik dili
Əlinə qələn alanların hamısı, bir tərəfdən ədəbiyyat yaradırsa, digər tərəfdən də dilimizə xidmət edir. Bu iş məqsədli və ya məqsədsiz, bilərəkdən, ya bilməyərəkdən, az və ya çox dərəcədə olur. Mahirə Nağıqızında dilə xidmət bilərəkdəndir və qandan, candan gəlir, çünki o, şairəlikdən başqa, elm adamlarındandır, dilçi alimdir. Sözsüz ki, yazanların əsas qüdrət və hikmətini onların dilində axtarmaq lazımdır. Ona görə ki, dil poeziyanın açarıdır.

Mahirə Nağıqızının şeir dili təbiiliyi, sadəliyi və saflığı ilə seçilir. Təsadüfi deyildir ki, mütəxəssislər dili təbii və səmimi olan şairləri “xoşbəxt sənətkar” hesab edirlər. Məzmun gözəlliyi kimi forma gözəlliyini də təmin edən şairlərin əsərləri uzun müddət yadda qalır, onlarla oxucu ürəyi arasında bir ülfət yaranır və bu, dilin, şeirin qanunları ilə bir səviyyədə dayanır.

Mahirə Nağıqızı şeirlərinin nəbzində həssas və zərif bir vətəndaş ürəyi döyünür. Yəqin buna görədir ki, şairə vətəndən həmişə zövq və şövqlə danışır:

Qürbətin mehi üşüdər,
Vətənin qışı üşütmür.

Mahirə Nağıqızı dilə, sözə hormət edir, ehtiram göstərir. Bəzən bu hörməti dəbdəbəli söz və ifadələrlə qarışdırırlar. Lakin sözə dəyər vermək dili bəlağətli epitetlərlə doldurmaqdan ibarət deyil, əksinə, dili dərindən bilmək, onun xalq ruhunu qorumaq əsl sənətkarların vəzifə borcudur. Bu anlamda, Mahirə Nağıqızı çağdaş ədəbi-bədii dilimizi onun xalq ruhuna söykənən faktları ilə zənginləşdirən söz adamlarındandır.

Mehr elədin kimə, könlüm,
Tikdi səndə kömə könlüm.
Bu dünya sənnik deyilmiş,
Çıx get, tərəkəmə könlüm.

“Tərəkəmə” türk dillərində, o cümlədən Azərbaycan dilində “köçəri”, “sadə” mənalarını daşıyan sözdür. Bu örnəkdə “koma” sözünün xalq danışıq dili variantında verilməsi əsərin dilinə bir şirinlik, duzluluq gətirir.

Dərdin simsar bilər məni,
Qəm ilə sürmələr məni.
Anası itmiş quzuyam,
Tap, qalmayım mələr məni.

Əsərin dilindəki “qəm ilə sürmələnmək” təravətli poetik ifadələrdəndir. Bundan başqa buradakı “simsar” sözü də diqqəti çəkir. İzahlı lüğətimizdə alınma mənşəli söz kimi qeydə alınan bu sözün mənalarından biri “yaxın”, “daha yaxın” deməkdir. Naxçıvan xalq danışığında bu söz “qohum” mənasında da işlənir. Bəzən dildə milli söz əvəzinə alınmaların işlənməsi təsirli ovqat yaradır. Bu mənada, “yaxın” və ya “qohum” sözlərinin yerində “simsar” sözünün işlənməsi xoşagələndir.

Niyə baxdın yanı-yanı,
Mənə qurdun haqq divanı.
Nə dedim ki, tənə etdin,
Ay ruhumun mizrabanı.

Məlumdur ki, mizrabdan bəzi simli musiqi alətlərinin simlərini ehtizaza gətirmək üçün istifadə olunur. Bu mənada, “ruhun mizrabanı”, doğrudan da möhtəşəm bir ünvan, seçkin bənzətmə və uğurlu poetik sintaksis örnəyidir. Fikrimizcə, buradakı -ban “bağban” sözündə olduğu kimi şəkilçidir və “mizrab vuran”, “ruhu dilləndirən” anlamındadır və bu faktı Mahirə Nağıqızının dilində müşahidə etmək olur. Burada muəllifin dil sənətkarlığından da danışmaq mumkundur. Hər bir əsərdə dil müһümdür, əsasdır. Haqqında az danışılan, lakin Azərbaycan dilcilik elmi tarixində fəxri yerlərdən birinə layiq saydığımız mərhum professor Musa Adilov, yəqin ki, bədii əsərin dilinin ictimai səviyyəsini nəzərə alaraq söz sənətkarlarının bədii əsərin dili üzərindəki işinin xususi, şəxsi iş olmadığını qeyd edərək bunu “ümumxalq işi” hesab etmişdir.

Oxucunun ürəyini isidən, onu düşüncələrə qərq edən aşağıdakı şeirin poetik gücü və ləyaqəti adamı heyrətdə qoyur:

Of, o yosun gözlərin,
Mənə ovsun gözlərin.
Ölüm, göz yaşın axsın,
Məni yusun gözlərin.

Bu şeir bizə aşıq yaradıcılığındakı iki əsəri xatırladır. Onlardan biri Aşıq Ələsgərindir:

Ələsgərəm, yandım еşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çеşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.

Aşığın (və aşiqin) dilindən qopan arzu – hər gün çeşməyə su gətirməyə gedən gözəlin onun məzarından keçməsi, yəni sinəsi üstündən yol salması elə bir bədii təsəvvürə yol acır ki, onu olduğu kimi ifadə etmək mümkün deyil. Burada duyğuların sözlə ifadəsindəki gözəllik ölçüyəgəlməz dərəcədədir. Aşıq Bəhmənin yaradıcılığından alınmış aşağıdakı örnək də insanda Aşıq Ələsgərin əsərindəki duyğuların oxşarını təqdim edir:

Bəhmən qoyub canın yolunda niyaz,
O gizlin dərdini sən də mənə yaz.
Ölsəm, məzarımı sən özün gəl qaz,
Ayaq bas sinəmə yol əvəzində.

Göründüyü kimi, Aşıq Bəhmən Göyçəlinin dilində aşiqin öz sevgilisindən onun məzarını qazmaq təmənnası var ki, yol əvəzinə sinəyə ayaq basılsın. Düşünürsən ki, məhəbbətin dərinliyini bundan daha kəskin tərənnüm etmək mümkün deyil. Mahirə xanım bu ideyanı fərqli bir prizmadan daha incəliklə, yeniliklə təqdim edir:

Ölüm, göz yaşın axsın,
Məni yusun gözlərin.

Bu cəhətdən Mahirə Nağıqızının aşağıdakı misraları da maraqlıdır:

Təsəllimdi güman da,
Əlim andda, amanda.
Gündə ayağın dəyə,
Daş olum astananda.

Vəfa, etibar istəyən Mahirə Nağıqızının dilində bu qoşmalarda olduğu qədər dərin dil duyumu vardır. Dili duymaq üçün yazı-pozu vacib və yetərli deyil. Və bu fikri universitet tanımayan böyük Füzuli, yazı-pozu bilməyən Dədə Ələsgər təsdiq elədilər. Dili duymaq şeirə Mahirə xanım kimi ürək qoymaq deməkdir, bu, dilə namusla, vicdanla yanaşmaq məsələsidir ki, onun yaradıcılığı duyğuların əvəzsiz tərənnümünü ortaya qoyan poetik örnəklərlə zəngindir. Mahirə Nağıqızının dili poeziyamızın inkişaf və zənginliyinin davam etdiyini, bir tərəfdən də, şeir dilinin ənənə ilə sıx bağlı olduğunu göstərir.

Azərbaycan dilinin lüğət tərkibində “gəzmək” feili var. İzahlı lüğətimizdə altı mənası verilmişdir ki, onların çoxu “yerimək, dolaşmaq, hərəkət etmək” mənasındadır, bir mənası isə “axtarmaq”dır. Bu feil çağdaş dilimizdə “yerimək” mənasında işlənsə də, tarixən olun “axtarmaq” anlamı daşıdığı məqamlar da çox olub. Lakin hazırda bu məna bir qədər sıxışdırılmış vəziyyətdədir, əsasən, xalq dilinə aiddir və işlənmə dairəsi daralıb, lakin bədii üslubda qorunub saxlanır. Bu baxımdan, Mahirə Nağıqızının yaradıcılığı səciyyəvidir:

Yola çıxma görən var,
Dərd əkən yox, dərən var.
Qismət gəzməknən deyil,
Yazan var, göndərən var.

Mahirə Nağıqızının əsərləri intonasiyaya xüsusi diqqət tələb edir:

Boynu bükük güləm mən,
Şadlanamam, güləmməm.
Bircə səni görəydim,
Dərd-bəlasız, güləm mən.

Buradakı əsas fikri iki cür təhlil etmək mümkündür: səni görsəydim, dərdsiz-bəlasız gülərdim və ya səni dərdsiz-bəlasız görsəydim, mən də hamı kimi gülərdim. Durğu işarəsi ilə reallaşan intonasiyaya görə ikinci fikir əsasdır.

Yardan yanadı könlüm,
Onsuz qanadı könlüm.
Qəmnən xalı toxuyar,
Belə hanadı könlüm.

“Qəmdən xalı toxumaq” şairənin öz qələminə xas olan ifadədir. Şeirdə sözləri düzmək əsas deyil, mühüm məsələ dil faktlarının effektivliyi, hissi cəhətidir ki, bu hisslərin ifadəsini Mahiqə Nağıqızı yetərincə verə bilir:

Çəmən kimi sər məni,
Çiçək kimi dər məni.
Məndən bir dəstə bağla,
Özünə göndər məni.

Mahirə Nağıqızının dili müasir bədii dilimizdə əsas qusurlardan biri olan sözcülükdən uzaqdır. Onun əsərlərində adamı yoran fikir təkrarları ilə qarşılaşmırıq. Hər dəfə fikrin sözlərlə bəzənməsi faktlarına rast gəlirik:

Qıymıram bircə gülün,
Xətrinə dəyən olsun.
İstəmərəm bu yaylaq,
Məzarlığa çevrilsin.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Poeziyamızda vətən sevgisinin istiliyini hiss və dərk etdirən, sevgilər içərisindəki fərqini bütün özəllik və gözəlliyi ilə tanıdan əsərlərdən biri kimi bu şeir dəyərlidir, səmimiyyəti ilə diqqəti çəkəndir:

Gümüş deyil, qızıldı,
Bircə-bircə düzüldü.
Göydən yerə düzüldü,
Əl-ələ verməz göllər.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Ədəbiyyatın əbədi mövzularından olan “Vətən məhəbbəti” şeirin dilindən keçib ürəklərə dolur, insanın qəlbini ehtizaza gətirir, rəvanlıq, duyğu və düşüncələrin axarı sözlərin məziyyətini təmin edir:

Zorbulaq dərdə dərman,
Dağa aşiqdir duman.
İstəmərəm bu çəmən,
Tapdalansın, talansın.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Bədii ədəbiyyatın taleyini dilin vəziyyəti ilə izah edənlər, doğrudan da, haqlıdırlar.

Dərd oxuyan neyəm mən,
Bilmədim ki, nəyəm mən.
Əcəl, bəsdir, gəl apar,
Dərddən hövlənəyəm mən.

Dilin tarixi inkişaf özəlliklərini anlamaqda, ədəbi dilə material verməkdə, xalqın tarixini və dilini uzlaşdırmaqda əhəmiyyəti olan dialektlər ədəbi dil faktoru olmasa da, bədii üslubda müəyyən qədər mövqeli olduğunu düşünərək şeirin dilindəki “hövlənə” sözünü əvvəlcə dialektizm kimi qəbul etdik. Lakin “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə “hövlənə” adlı söz qeydə alınmamışdır. Bu söz ya dialekt deyil, ya da dialektdir, lakin kitablara düşməyib. “Azərbaycan dilinin izahlı lüğəti”ndə isə bu sözün eyni fonetik tərkibi ilə qarşılaşmadıq. Burada “hövl” köklü, mənasının əsasında “qorxu”, “vahimə”, “dəhşət” anlamları dayanan bir sıra leksik-qrammatik vahidlər vardır. Düşünürük ki, Mahirə Nağıqızının bu fikri “dərddən səksəkəli”, “dərddən qorxmaq” və ya “dərddən usanmaq” mənasına uyğun gəlir.

Gündüzlər uç quşlar kimi,
Yuxun olsun daşlar kimi.
Qayıt vətən ürəyimə,
Yavru qaranquşlar kimi.

Əsasən “körpə”, “bala” mənasında olan “yavru” sözünün şağdaş dilimizdə işlənmə dairəsi daralmışdır. Ümumtürk leksikasına aid olan “yavru” XX yüzilin əvvəlində aktiv mövqeli olmuş, əsrin ikinci yarısından zəif mövqeli leksik vahidə çevrilmişdir. Hazırda bu maraqlı milli dil vahidi Türkiyə türkcəsi üçün fəallığı ilə seçilir. Unudulmaqda olan sözlərin poetik dilə gətirilməsi təqdirəlayiq işlərdəndir ki, Mahirə Nağıqızının bu sahədə də müəyyən qədər rolu vardır. Bu baxımdan, aşağıdakı misralar da diqqətədəyərdir:

Hava sızaqdı, gəlmə,
Yolun uzaqdı, gəlmə.
Görüb dərdə düşərsən,
Dörd yan tuzaqdı, gəlmə.

“Tuzaq” sözü də lüğətlərimizdə yer almayan, lakin qədim abidələrimizin, xüsusilə də “Kitabi-Dədə Qorqud” dastanının mətnində və çağdaş türk dilində işləkliyi ilə seçilən sözlərdəndir. Nağıqızının yaradıcılığı tarixi dil yadigarlarını yaşadan qaynaqlardan biri kimi də qiymətlidir.

Mahirə Nağıqızının dilində çox sayda aforizm səciyyəli fikirlər vardır:

Xatasız qul olurmu,
Ətasız da hökmran?

Özünü öyən yarımaz,
Qəribi söyən yarımaz.
Ürəyi daş olan kəsin,
Qapısın döyən yarımaz.

Mahirə Nağıqızının dilində bədiiləşdirilmiş qarğış örnəkləri də vardır:

Haqsız yara vuranın,
Dünya olsun haramı.

Mahirə Nağıqızı sözlü-kəlamlı, dinli-imanlı bir ömür yaşayır. Bu ömrü onun özü belə izah edir:

Bircə anda gəldi keçdi bu ömür,
Bilmədim ki, nəyi necə yaşadım.
Düzənləyib düzəmmədim günümü,
Mən bu ömrü elə belə yaşadım.
Gah baharı payız gördü gözlərim,
Alaq basdı itdi, batdı izlərim.
Ürəyimdə dərd bağladı sözlərim,
Dözüb durdum, yana-yana yaşadım.
Öz əlimlə möhür vurdum, ağladım,
Sevgi adlı məbədimi bağladım.
Ürəyimdə matəmini saxladım,
Ömrü verdim əsən yelə, yaşadım.
Təpə gördüm, deyir, dağdan ucayam.
Nadan deyir, bu dünyadan qocayam.
Biləmmədim, şux cavanam, qocayam?
Uşaq oldum, uşaq ömrü yaşadım.

Belə bir ömrü yaşayan Mahirə Nağıqızının bundan sonra da Azərbaycan poetik dilinə yeni töhfələr verəcəyinə inanırıq.

Sədaqət HƏSƏNOVA,
Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü

“Azərbaycan müəllimi ” 13 Noyabr, 2025.

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Rufat Gürel – KERBELAYI İSMAİL ÇİMEN haqqında

O TAYDAN BU TAYA: REVAN’DAN IĞDIR’A BİR KAHRAMAN İZİNDE – KERBELAYI İSMAİL ÇİMEN

Halk tabiriyle “O taydan bu taya”, yani Revan’dan Iğdır’a uzanan bir yolculuk yaptım ve Azerbaycan Türklerinin milli kahramanı Kerbelayı İsmail Çimen’in anıt mezarını ziyaret ederek dua ve Fatiha okudum.

1870’li yıllarda Erivan’ın Vedi ilçesinde dünyaya gelen Kerbelayı İsmail, bölgede yaşayan Azerbaycan Türklerinin kahramanı olarak bilinir. Rusların desteklediği Ermeni çetelerine, Rus Çarlığı’na ve ardından kurulan Sovyetler Birliği’ne karşı savaşarak adsız bir Türk yiğidine dönüşmüştür.

1828’de Rus işgaline uğrayan İrevan Hanlığı, Azerbaycan hanlıkları içinde en stratejik bölgelerden biriydi. İşgal sonrası Ruslar, Erivan vilayetini kurarak Osmanlı ve İran’dan Ermeni nüfusu bölgeye yerleştirmeye başlamış, ileride kurmayı planladıkları Ermenistan’ın demografik temelini atmışlardı.

Vedili Kerbelayı İsmail Çimen, 1920’li yıllara kadar yüzlerce yıldır Türk yurdu olan Erivan ve çevresinde yaşamış; Ermeni çetelerinin katliamlarına karşı Türk ahalisini korumuş, Ermeni çetelerini ve Rus askerlerini dize getiren bir kahraman olarak varlığını sürdürmüştür.

Kerbelayı İsmail gibi yiğit Türk evlatları, Ermeni ve Rus işgal ile zulmüne karşı amansız bir mücadele verdi. Onların cesareti, bölgede yaşayan Türk halkına umut ve moral olurken, düşmanlarının yüreğine korku saldı.

Kerbelayı İsmail, yürüttüğü şanlı mücadele ile çevredeki masum Türkleri kanlı çatışmalardan ve pusulardan kurtarıp Aras’ın taşkın sularından geçirerek Iğdır’a, İran’a ve Azerbaycan’a ulaştırdı. Varlıklı ve geniş bir aileye sahip olmasına rağmen esarete boyun eğmedi; özgürlüğü için mücadele eden bir Türk yiğidi olarak yaşamayı seçti.

Öncülük ettiği mazlumların bir kısmını Taşburun köyüne getirdi; bir kısmı İran’a, bir kısmı Azerbaycan’a geçti. Abbas Kulu Bey ve adamı Halil’in öldürülmesinin ardından Sovyet hükümeti tarafından “halk düşmanı” ilan edildi. 1936 yılının ayazlı bir kışında akrabalarıyla birlikte bin bir zahmetle Aras Nehri’ni aşarak Aralık ilçesinin Aşağı Çiftlik köyüne geçti ve bir süre burada kaldı. Ardından, akrabalarının bulunduğu Taşburun köyüne yerleşti.

O dönemde 10 yıldır boş olan Taşburun köyü, Ermenistan’daki baskılardan kaçarak Türkiye’ye gelen 15 köyün insanına devlet tarafından tahsis edildi. Göç 1927’de başlamış ve 1937’ye kadar sürmüştür. Kimisi İran’a geçmiş, kimisi geri dönmüş; fakat büyük çoğunluk Taşburun’da yeni bir yurt kurmuştur. Bugün bile bu insanların kimliklerinde doğum yeri olarak “Revan” yazmaktadır.

Bir zamanlar nüfusunun %83’ü Türk ve Müslüman olan İrevan Hanlığı, Rusların desteklediği Ermeni yerleşimleriyle demografik olarak dönüştürülmüş ve Türk yurdunda Ermenistan kurulmuştur. Bu topraklardan sürülen 2,5 milyon Türk ve Müslüman bugün Türkiye, Azerbaycan ve İran’da vatan hasretiyle yaşamaktadır.

Taşburun köyü 1934’te nahiye merkezi olmuş, daha sonra belde statüsü kazanmış, nüfus düşüşü nedeniyle tekrar köye dönüştürülmüştür. Iğdır merkeze 22, Karakoyunlu ilçesine 7 km uzaklıkta olup Nahçivan ve İran’a giden uluslararası yol üzerindedir.

Soyadı Kanunu çıktığında Kerbelayı İsmail, doğduğu köy olan Çimen kentinin adını almış ve artık Kerbelayı İsmail Çimen olarak anılmıştır. Zengin bir bey iken yıllar içinde mücadelenin ağırlığıyla yoksullaşmış, 1948 yılında fırtınalı yaşamı Taşburun’da sona ermiştir. “Mezarım yol kenarında olsun” diye vasiyet etmiş, bu vasiyeti yerine getirilmiştir.

Bugün Kerbelayı İsmail Anıt Mezarı, Iğdır’ın Karakoyunlu ilçesine bağlı Taşburun köyünde bir tarih nişanesi olarak durmaktadır.

Bu yiğit Türk evladı, zulme boyun eğmemiş; kahramanlıklarıyla birçok masum insanı esaretten kurtarmış, düşmanın yüreğine korku salmıştır. Uğrunda hayatını verdiği mücadelede sevdiklerini kaybetmiş, varlık içinden yokluğa düşmüştür. Ancak unutulmamalıdır ki, böyle kahramanlar tarihimizin temel direkleridir.

Her Türk evladı Kerbelayı İsmail Çimen’in anıt mezarını ziyaret etmeli, dua ve rahmetle anmalıdır.
Mekânın cennet olsun, Türk’ün şanlı evladı…

Rufat Gürel,
Tarihçi, Araştırmacı Yazar

GÖKTÜRK QRUPU

"…yazarlar, ancaq yazarlar…"