İLİN ŞAİRİ MÜKAFATI

 İLİN ŞAİRİ MÜKAFATI “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat Azərbaycan mədəniyyətinin (ədəbiyyat, jurnalistika, tarix, təhsil, incəsənət və s.) ümumi inkişafına töhfələr vermiş şairlərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

2026-CI İL:

  1. Murad Eloğlu (Məmmədli Murad Elburus) N: 001 26.06.2026. Bakı.
  2. Nicat Ərtürk (Qasımzadə Nicat Ərrəhman) N: 002 26.06.2026. Bakı.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

KİTABDAR MÜKAFATI

KİTABDAR MÜKAFATI “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat Azərbaycan mədəniyyətinin (ədəbiyyat, jurnalistika, tarix, təhsil, incəsənət və s.) ümumi inkişafına töhfələr vermiş şəxslərə (zəngin şəxsi kitabxanası olanlara, kitabxanaçılara və kitab müəllifilərinə) təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

2026-CI İL

  1. Natəvan Uğurlu N: 001 16.06.2026 Bakı.
  2. İmanov İman Bəhlul N: 002 02.08.2026. Bakı.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AZAD YAZAR MÜKAFATI

 AZAD YAZAR MÜKAFATI “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat Azərbaycan mədəniyyətinin (ədəbiyyat, jurnalistika, tarix, təhsil, incəsənət və s.) ümumi inkişafına töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AZAD QƏLƏM MÜKAFATI

 “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat Azərbaycan mədəniyyətinin (ədəbiyyat, jurnalistika, tarix, təhsil, incəsənət və s.) ümumi inkişafına töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

2026-CI İL:

  1. Hacıyeva Gülnarə Həsənoğlu qızı N: 001 26.06.2026. Bakı.
  2. Əliyeva Tənzilə Mirsəftər qızı N: 002 26.06.2026. Bakı.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏSRİN YAZARI MÜKAFATI

ƏSRİN YAZARI MÜKAFATI “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat Azərbaycan mədəniyyətinin (ədəbiyyat, jurnalistika, tarix, təhsil, incəsənət və s.) ümumi inkişafına töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

2026-CI İL

  1. Əfrahim Abbas N: 001 06.06.2026 Bakı.
  2. Zülfi Vellidağ N: 002 06.06.2026 Bakı.
  3. İlqar İsmayılzadə N: 003 06.06.2026 Bakı.
  4. Vidadi Ağdamlı N: 004 06.06.2026. Bakı.
  5. Sabir Rüstəmxanlı N:005 16.06.2026. Bakı.
  6. Yaqub Məğrur N: 006 16.06.2026. Bakı.
  7. Mehri Ağdamlı (Əliyeva Mehriban Əsədulla) N: 007 26.06.2026. Bakı.
  8. Əkbər Rəvan (Əkbərov Əkbər Mətləb) N: 008 26.06.2026. Bakı.
  9. Pərvanə Zalamlı (Ağayeva Pərvanə İsmət) N: 009 26.06.2026. Bakı.
  10. Hacı Əkbər (Rüstəmov Əkbər Məhəmməd) N: 010 26.06.2026. Bakı.
  11. Sona Amal (Teymurbəyli Sona Məmmədhüseyn) N: 011 26.06.2026. Bakı.
  12. Qumru Qüdrət (Əsədova Qumru Teymur) N: 012 26.06.2026. Bakı.
  13. Ramiyə İmranqızı (İskəndərzadə Ramiyə İmran) N: 013 26.06.2026. Bakı.
  14. Nuru Əhmədov (Əhmədov Nuru Hüseyn) N: 014 26.06.2026. Bakı.
  15. Xalidə Hicran Seyidova (Seyidova Xalidə Məmməd) N: 015 26.06.2026. Bakı.
  16. Şəfa Nur (Cəfərova Şəfa Vasif) N: 016 26.06.2026. Bakı.
  17.  Niftalı Göyçəli (Yusifov Niftalı Puta) N: N: 017 26.06.2026. Bakı.
  18. Şəhla Rəvan (Mürsəlova Şəhla Miradil) N: 018 26.06.2026. Bakı.
  19. Həcər Atakişiyeva (Atakişiyeva Həcər Aslan) N: 019 26.06.2026. Bakı.
  20.  Dürdanə Qaraşova Cəbrayıllı (Qaraşova Dürdanə Sosialist) N: 020 26.06.2026. Bakı.
  21. Səadət (Qəmli) İsmayıllı (İsmayılova Səadət Məhəmməd) N: 021 12.07.2026. Bakı.
  22. Yunus Oğuz N: 022 22.07.2026. Bakı.
  23. Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) N: 023 23.08.2026. Bakı.

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azadlığa məhkum ayrılıqlar: Müstəqil ‘Mən’in doğulması”

Azadlığa məhkum ayrılıqlar: Müstəqil ‘Mən’in doğulması”

“Bir ayrılıq, bir ölüm

Heç biri olmayaydı….”

və ya

“Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olar yaman ayrılıq.”

Yadıma gəlir ki, 3-cü kurs tələbəsi olanda kursa gedirdim. Kursda dərs zamanı çöldən həzin səs gəlirdi. Yuxarıda qeyd etdiyim misraların belə yadımda qalması onunla bağlıdır. Mahnının emosional təsiri o qədər güclü idi ki, hətta bəzi yoldaşların gizlincə kövrəldiyini belə müşahidə edirdim. Niyə mahnılarda, şeirlərdə ayrılıq mövzusu bu qədər “pafoslu” olur? Ağrılı, acılı bir situasiya kimi təqdim olunur?

Yaşadığın şəhərdən, vərdişlərindən, valideynlərindən, sevdiklərindən, işidən, düşüncələrindən, emosiyalarından ayrılmaq ….

Bu qədər ağrı, acı olan bir şey, təbii ki, bizə faydalı gəlmir. Bəs düşünmüz ki, ayrılığın “qazancı” nə ola bilər?

Əslində, ayrılıq bir “qazancdır”. Dünyaya gəlişin özü bir ayrılıqdır (bətndən ayrılmaq). İnsan subyekt kimi mövcud olmaq üçün ayrılmağa məhkumdur. O bir son deyil, başlanğıcdır. İnkişaf müstəvisində ayrılığa nəzər salsaq, ordakı “qazancı” dərk edə bilərik.

Bətndən ayrılmaq- dünyaya göz açmaqdır. Uşaq böyüdükcə, ayrılıqlar artır. Hər bir ayrılıq başqa bir böyüməni bərabərində gətirir…

Yəqin ki, diqqət etmisiz. Təxminən, 2-3 yaşlarında olan uşaqlarda ayrılma cəsarəti çox güclü olur. Ana məməsindən ayrılır, “hər şeyi özüm edərəm”- deyərək, asılı tərəfindən ayrılır. Kimliyi ilə tanış olur.Yeni şeylər qazanır. Məsələn, məmədən ayrılır, yeni qidalarla tanış olur. Asılılıqdan ayrılır, müstəqillik qazanır . Bunları ona heç kim öyrətmir. İnsan təbiətində mövcuddur. Çünki insan olaraq həyatda qala bilmək bacarığının əsası budur. Ayrılma ruhi böyümədir.

Bəzi insanlarda isə ayrılmaq “ cəhənnəmdir”. “ Var olma”sevinci yox, “yox olma”təşvişi yaradır. Ayrılığı yox olmaq kimi qəbul edir. Onun gətirdiyi yası hiss etməmək üçün “ böyümək” şansını da “qurban verir”.

Maddə asılılığı, toksik münasibətlər, xoşbəxt hiss etmədiyi mühitdə qalmaq, əslində insanın öz daxili boşluğu ilə üzbəüz qalmamaq üçün sığındığı “uydurulmuş kimliklərdir”. Ayrılmaq “mən” deyilən kimliyin dərk edilməsidir. Üzərini “suvadığın” saxta kimliklərdən azad olmağın ilk yolu ayrılığı qəbul edib reallığınla üzləşməkdir.Həmin kimlikdən ayrılmaq, daxili azadlığa doğru atılan ən böyük addımdır.

Seanslarımda müşahidə etdiyim məqamlardan biri münasibətdə olan 2 şəxsdən birində ayrılma təşvişinin olmasıdır. O münasibətdə özünü nə qədər bədbəxt hiss etsə belə, həmin münasibətdən uzaqlaşa bilməməsidir. Və ya bir münasibəti bitdikdə, tez bir zamanda başqa münasibətə başlayanlar da var. Belə ibsanların beynində ayrılma, təklik yox olmağa bərabərdir. Hələ maddə, yemək, içki və s. asılılıqlarını demirəm.

Bəs necə olmalıdır, nə etməliyik?

İlk növbədə, bunu dərk etməliyik ki, ayrılıq-böyümədir və hər bir ayrılığın ( itkinin ,kimliyin, keçmişin və xəyalların ) yası tutulmalıdır. Ağrını yaşamaq, ondan qaçmaqdan daha az enerji aparır. Yas bitdikdə ruh böyüyür.İnsan yalnız buraxa bildiyi şeylərin sahibidir. Həyatda qala bilmək – həm də keçmişi hörmətlə geridə qoyub, gələcəyə doğru addımlamaq bacarığıdır.
Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi

Aytac Ələkbərovanın yazıları

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ustad Əfrahim Abbasın 75 illik yubileyi və kitab təqdimatı

Cəlilabadda ədəbi tədbir
(Ustad Əfrahim Abbasın 75 illik yubileyi və kitab təqdimatı)
Bu gün (10.06.2026) Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, TYB-nin xısusi ödülü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbasın doğum günü, 75 illik yubileyi və yenicə işıq üzü görmüş “Dünya mənim içimdədir” adlı şeirlər və qəzəllər kitabının təqdimat mərasimi keçirildi.
Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup nümayəndələri, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin bir qrup üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir vətən və dövlətçilik uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə bir dəqiqəlik sükutla başladı, ardınca tədbir iştirakçıları öz çıxışında Ustad Əfrahim Abbasın ziyalı şəxsiyyəti, rayonun elm və təhsil, eləcə də ədəbi mühitinə xidmətlərindən söz açaraq onun ədəbiyyat sahəsindəki xüsusi bacarığı və ustad mövqeini yüksək qiymətləndirdilər. Bəzi çıxış edənlər isə həyatda ədəb və etikanın vazkeçilməz bir məsələ olduğunu önə çəkib, ədəbsiz və etikasız olan heç bir sahənin uğurlu və faydalı olmadığına təkid göstərdilər.
Tədbir boyu Ustad Əfrahim Abbasın qələmə aldığı şeirlərdən müəyyən nümunələr qiraət edildi, ardınca fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Əfrahim Abbasa 75 illik yubileyi və ədəbiyyat sahəsində xidmətlərinə görə “Nizami Gəncəvi” Fəxri Diplomu, Turan Yazarlar Birliyi tərəfindən ona verilmiş “Turan Xalq şairi” fəxri adına aid xüsusi lövhə, həmçinin, “Yazarlar” jurnalı tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi təqdim edildi.
Bundan əlavə, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı tərəfindən fəxri Diplom və eləcə də, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman tərəfindən Cəlilabad Rayon Veteranlar Təşkilatının Fəxri fərmanı, həmçinin digər iştirakçılar tərəfindən müəyyən hədiyyələr təqdim olundu.
Ustad şair Əfrahim müəllim öz çıxışında ona göstərilən sayğı və diqqətə görə tədbir iştirakçılarına, “Həməşəra” mətbu orqanı, Turan Yazarlar Birliyi və “Yazarlar” jurnalının rəhbərliyinə səmimi minnətdarlığını, bütün tədbir iştirakçılarından razılığını bildirdi..
Bu tədbirdə ustad şairin yenicə nəfis şəkildə nəşr edilmiş sayca doqquzuncu şeirlər və qəzəllər kitabından tədbir iştirakçılarına hədiyyə olundu. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı. Fotolar:

“Yazarlar” olaraq həmkarımız ƏFRAHİM ABBASı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bu gün Səadət Qeribin doğum günüdür – təbrik!

Salam olsun, dəyərli Dostlar! Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Səadət Qəribin doğum günüdür. “Yazarlar” və “Xəzan” jurnallarının kollektivi adından Səadət xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə: “Yazarlar”, “Xəzan” jurnallarının kollektivi adından Zaur Ustac və Əli Bəy Azəri

EŞQİN DÜNYASI

Ey mənim qanıma hopmuş məhəbbət
Qəlbimi yandır ki yaşıya bilim
Bu yatmış ruhumu oyat canımda,
Əbədi eşqimi daşıya bilim.

Şirin xatirələr həmdəmim olsun
Bir an ayrılmasın mənim yanımdan.
Həsrətin kök salsın damarlarımda
Ruhumla çıxartsın səni canımdan.

Ey mənim qanıma hopmuş məhəbbər
Sənsiz bu dünyanın nədir mənası?…
Dünyanın içində neçə dünya var,
Ən gözəl dünyadır eşqin dünyası…

ELƏ BİR YER OLA

Elə bir yer ola çıxıb gedəsən
Özünlə baş başa qalasan orda
Nə hal bilən ola nə xətir soran
Özünü yenidən tapasan orda

Yanında qələmin, kağızın ola
Yazdığın ilk sözdən çıxasan yola
Yazasan xəyali səadətini
Gözlərin uzağa hey dala dala

Ovunmaq istəsən misralarında
Qəmi gizlədəsən söz arasında
Bir sətir ümidə sarılmaq üçün
Sanasan özünü eşq adasında

Elə bir yer ola çıxıb gedəsən,
Ürək öz yükünü divardan asa
Nə kaş ki səslənə nə niyə ola
Sual da yorula cavab da susa

Elə bir yer ola çıxıb gedəsən
Qayıdış olmaya xəritələrdə
Gedəsən dərdlərin itə yollarda
Keçmişlə arana çəkilə pərdə

BOŞ ÇƏRCİVƏ

Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.

YALAN DÜNYADA

Uyma tərifə ey qadın ,inanma , yalan dünyada .
Baxışın od silahındır, unutma, yaman dünyada,

Günəş kimi ləkəsiz ol, parla ,işıq saç,heç sönmə,
Məsafəni qalxan eylə ,günahla dolan dünyada.

Hər üzünə güləni sən, sanma ki aşiqdir deyə,
Kar ol şirin, xoş sözlərə, kəməndə salan dünyada.

Açma könül qapısını hər qapını döyənə sən,
Sevgini qumar ediblər, oyunbaz olan dünyada,

Aşiq o kəslər olar ki ,niyyəti safdır, təmizdir,
Bax, belə sevgi sağlamdır, saralıb solan dünyada.

Səadət gördükcə sən də, bu dünyanın hər üzünü,
Qəm edirsən, dərd edirsən, sevgisiz qalan dünyada.

SƏN YALANDAN GÜLURSƏN

Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!

Günah mənimdir deyib, özünü qinayırsan,
Yaşadığın hər günü qara günün sayırsan,
Susqun durub, bəlkə də, hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.

Yuvasinda bir qərib qaranquşa bənzədin,
Baharin ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.

O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….

AĞLAYAN XATİRƏLƏR

Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.

Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.

Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.

Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.

Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.

MƏN Kİ, TƏNHA DEYİLƏM

Mən ki, tənha deyiləm,
İçimdə çoxlu “mən” var.
Biri hey susur dərin
Biri hey haray salır.

Biri keçmişdə donub ,
Xatirəyə sarılıb,
Biri sabah dalınca
Ümid kimi darıxıb…

Mən ki, tənha deyiləm
Beynimdə izdiham var.
Səssizliyin səsində
Min səsli bir aləm var.

Özümlə savaşıram,
Bəzən də barışıram,
Kənardan bir nəfərəm,
İçimdə min nəfərəm.

Kiməm axı, kiməm mən?
Hansı səsim həqiqət?
Bəlkə bütün “mən”lərin
Adı qərib Səadət…

və “Xəzan” Jurnalında (pdf):

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

FİRAVAN MAHİRİN “JALƏ SEVGİSİ”

FİRAVAN MAHİRİN “JALƏ SEVGİSİ”

İmza Nəşrlər Evi Firavan Mahirin kitabını nəşr etdirib. Poeziya və nəsr nümunələri toplanmış kitab “Jalə sevgisi” adlanır. Bu, müəllifin oxucularla ikinci görüşüdür.
Firavan Mahir ixtisasca müəllimdir, özü də ingilis dili müəllimi. Onda yaradıcılığı həvəs orta məktəbdə oxuduğu illərdə baş qaldırıb. Xeyli müddət yazdıqlarını hamıdan gizlədib və heç yerdə çap etdirməyib. Ali təhsil aldığı dövrdə, xüsusən də ingilis və Azərbaycan dillərinin incəliklərinə bələd olandan sonra yaradıcılığını davam etdirmək qərarına gəlib. Yığcam yazır, lirik qəhrəmanın fikirlərini dolğun, lakonik şəkildə ifadə etməyi bacarır.
Kitaba ön söz yazan filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev “Firavanın poetik sevgisi” adlı məqalədə şairin yaradıcılığını təhlil etməyə çalışıb.
“Jalə sevgisi” kitabı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azərinin redaktorluğu ilə işıq üzü görüb. Ümidvarıq ki, oxucuların marağına səbəb olacaq.

Firavan Mahir “Jalə sevgisi” adlı yeni kitabın nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub (FİRAVAN MAHİR N: 203 06.06.2026. BAKI.) “Yazarlar” olaraq həmkarımız FİRAVAN MAHİRi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

FİRAVAN MAHİRİN “JALƏ SEVGİSİ” PDF (OXU!):

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<]

"…yazarlar, ancaq yazarlar…"