Böyük Dəmirçi haqqında – İkinci yazı

Əbilin gündəliyindən:


Böyük Dəmirçi haqqında

İkinci yazı

1 noyabr 2006

…”Böyük Dəmirçi” haqda 30 oktyabrda yazdığımdan nəyi isə unutduğumu bilirdim.Bu gün tapdım.Böyük Dəmirçi Dağda dəmir filizini əridir.Və bəllidir ki,yerdə olan hər bir təbii sərvət,yanma qabiliyyəti olan hər bir şey yer mənşəlidir.Təkcə dəmir filizindən başqa.Ergenokond daı dəmirçi məhz bu Göy mənşəli olan sərvəti yandırır,əridir.Burda türkçülüyün təsəvvüfü var. “Quran” da da zənnimcə filizin göy mənşəli olduğu və yerə toz şəklində endirildiyi təfsirçilər tərəfindən bəlli edilib.
Göylərin əsrarəngiz sirlərinə də bələd olmaq lazımdır,dəmirçi olmaq üçün.Allahın göylərdən endirdiyi filizin sirrini türk dəmirçisi açır.Dəmiri əritməklə türk göylərin nəhansız sirlərinə də vaqif olmuş olur.
İslamiyyətdən öncə fəzanın sonsuzluqlarına məxsus dəmirin sirrini yarandığı gündən bir tək yaradıcısını tanıyan və ona səcdə edən bir millət tapa bilərdi.Və bu İslamiyyətdən öncə,elə İbrahim (ə.s)dan öncə dı Gök Tenqrisinə səcdə qılan türklər idi.Bu səcdə sayəsində iylədiyi,ciyərinə hopan türk torpağının iyini ayaq basdığı hər yerə götürdü.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

O, gənc xanımı imtahana qolları üstündə gətirmişdi…

O, gənc xanımı imtahana qolları üstündə gətirmişdi…

Təxminən 35 il əvvəlin söhbətidir…
İndiki AMEA-nın Fəlsəfə kafedrasında imtahan qəbul edirdik.
O zamanlar ölkənin demək olar ki, bütün təhsil ocaqlarının aspirant və dissertantları bizim kafedrada imtahan verirdi.
Gləcəyin elm adamları bəlli sıralar üzrə imtahan zalına daxil olur, biletlərini çəkir, kamali-ədəb və ehtiramla suallara cavab verirdilər… İmtahan verənlər zalı tərk edir, onları növbəti “həmkarları” əvəz edirdi…
Qapı açıldı. Ucaboy, qamətli bir oğlan daxil oldu. Amma o, tək deyildi, oğlanın qollarının üstündə gənc, yaraşıqlı bir … xanım vardı. Kafedra müdiri Məqsəd müəllim də çaşdı, mən də. Əyləşmək üçün yer göstərdik. Oğlan ehtiyat və ehtiramla xanımı kreslada əyləşdirtdi. Təbii ki, onlardan biri imtahan verməyə gəlmişdi. Və çox güman ki, oğlan bu gənc xanımı imtahana gətirmişdi. Görəsən oğlan bu xanımın nəyi idi? Ehtimal ki, qardaşı, qohumu, sürcüsü ola bilərdi…
Ehtiyatla ordan-burdan suallar verdik. Söhbət əsnasında belə məlum oldu ku ki, xanım imtahan verməyə gəlib… Oğlan onun həyat yoldaşı imiş. İndi dəqiq xatırlamıram, onun xanımı ya doğulandan, ya da sonralar iflic olub, ayaqları tutulub, yeriyə bilmir. Bu yaraşıqlı oğlan bu zərif qızı sevib, onunla ailə qurub… Hər ikisi incəsənət sahəsinin adamı idi. Elmə maraq göstərirdilər.
Oğlan əlini uzadıb bilet çəkdi və götürdüyü bileti qıza uzatdı. Qız sualları ucadan oxuyub cavab verməyə başladı. Onun sərrast nitqi, aydın diksiyası, yumşaq səs tembri vardı…
Biz qızın biliyini qiymətləndirdik…
…Kitabçasında yazılmış yüksək qiyməti görən qız və onun həyat yoldaşı qəhərləndi.
Oğlan təşəkkür edib xanımını ehtiramla qucağına götürdü…
P.S.
Bu əhvalat haradan yadıma düşdü? Dünən bir neçə incəsənət adamı belə bir xoşbəxt cütlüyün olduğunu danışanda sizə nəql etdiyim bu əhvalatı xatırladım. Sən demə, həmin oğlan, adını-soyadını çoxdan unutduğum Mehman Abdullayev uzun illər Mədəni-maarif texnikumunda müəllim işləyibmiş, indi rəhmətə gedib. Xanımı da pedaqoq imiş, sonacan ailə ocağının odunu birgə qoruyublar.

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ölməzlər..Unudulmazlar..

Ölməzlər..Unudulmazlar..
HÜSEYN CAVİD (24/X.1882–05,XII.1941)
AYB- nin Natəvan klubunda keçirilən növbəti tədbir də həmişəki kimi maraqlı oldu.Belə ki,” Represiya qurbanlarına Heydər Əliyev qayğısı: Hüseyn Cavidi anırıq”adlı tədbirdə H.Cavidin ” Vətənə Qayıdışı” ilə baglı tarixi anlara dönüş oldu,dahi şəxsiyyətlər xoş xatirələrlə anıldılar.Tədbirin təşkilatçısı – ” Video-İntetneyşel Prodüset” Mərkəzinin təsisçisi,baş direktoru,AJB,AYB və AAB- nin üzvü Aygün Hacıyeva idi.O, H.Cavidin həyat və yaradıcılıgı barədə qısa məlumat verərək tədbirə dəvət olunan cavidsevərləri təqdim etdi. Söz AYB- nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə verildi.O, H.Cavidin yaradıcılığı haqqında ətraflı məlumat verdi,belə ki,ədibin əsərlərini sadalamaqla yanaşı ,hər bir əsər haqqında geniş məlumat verdi.
Hüseyn Cavidin nəşinin gətirilməsində ölməz ümummilli lider Heydər Əliyevin göstərdiyi ciddi cəhdlər və bu işin həyata keçirilməsi üçün xüsusi komissiyanın təşkil edilməsinə verilmiş göstərişi yerinə yetirmək üçün məsul şəxs olanlara– polkovnik Həmid Cəfərova
və o dövrdə H.Əliyevin yanında çalışan Həsən Həsənova həvalə edilir.
Polkovnik Həmid Cəfərov həmin günlərin xatirələrini həyəcanla ,tədbirə gətirdiyi əyani vəsaitləri- foto şəkilləri nümayiş etdirməklə iştirakçıları məlumatlandırırdı…..
1930- cu illərin sonlarında görkəmli şair və yazıçılarımızın,alim və incəsənət adamlarımızın,öndə olan ziyalılarımızın represiyası başlandı.Onları ” xalq düşməni”,”pantürkist” və s.adlandıraraq məhv etməyə cəhd göstərənlər məqsədlərinə nail olurdular.Represiya hələ 30- cu illərdən əvvəl başlamışdı,lakin bundan sonra kütləvi şəkil aldı….Mikayıl Müşfiq,Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə belə ölməz sənətkarları məhv etməklə daşnaklar gizli niyyətlərini həəyata keçirdilər. Lakin ölməz ümummilli lider Heydər Əliyev xalqımızın qaymaqları olan bu ziyalılarımızı yüksək dəyərləndirərək,onların əməli fəaliyyətlərini qiymətləndirmiş,xalqımızın layiqli övladlarının üzərinə vurulan damğaların aradan qaldırılmasına nail olmuşdur.
Ulu öndərimiz N.Nərimanovun,M.MüşfiqinH.Cavidin,Ə.Cavadın və digərlərinin əməli
fəaliyyətini xalqa faktlarla çatdırmış,onların vəhşi daşnak siyasətinin əsassız qurbanları olduqlarını təsdiqləmişdi.
Bu sahədə onunla yanaşı çalışan Həsən Həsənov özünün xatirələrində bunları bir daha yada saldı…
Qeyd etdiyimiz kimi polkovnik Həmid Cəfərov komissiya heyətində Heydər Əliyevin 1982 ci ilin 12 oktyabrında verdiyi qərara əsasən Hüseyn Cavidin nəşinin tapılıb gətirilməsi üçün Maqadana,oradan da İrkutskinin Şevçenko kəndinə yola düşürlər. O,qeyd etdi ki,buradakı kütləvi məzarlıqda 40min şəhid uyuyurdu. Uzun araşdırmalardan sonra məlum oldu ki, H.Cavıd ölümündən əvvəl buradakı Əlillər Evində qalırmış,buranin acınacaqlı şəraiti barədə Stalinə məktub yazır.Bəlkə də yerini dəyişdirməsəydilər məzarı tapılmazdı….
H. Cavid və digər agıllı,savadlı,istedadlı ziyalılarımlzı məhv etməkdə o rejimin məqsədini mərhum akademik Ziya Bünyadov ” Qırmızı terror” kitabında yazırdı:Milli kadrları tamamilə məhv etmək,ilk növbədə dünyaca məşhur,daim düşünən,mütaliə edən yenfikirli alimləri,mütəfəkkir və intellektləri aradan götürmək!”
Bəli, H. Cavid də belələrindən idi! Yəni,represiya qurbanlarından biri idi …….
Həmid Cəfərov 59 nömrəli məzarın açılmasını böyükhəyəcanla gözlədııklərinı və indi də o həyəcanı yaşadığını bildirdi.O,ilk dəfə belə hadisənin şahidi oldugunu etiraf etdi!! Nəşin necə çıxacaqlarını intizarla gözlədiklərini də bidirdi..
Nəhayət,ekspertlər saat yarımlıq axtarışdan sonra məzarı açdılar..Onu da qeyd etdi ki,əvvəlcədən tabutu
hazırlamağı(2m×1m)sifarış etmişdilər.Lakin tabut1,70mX 0,90 sm ölçüdə. hazırlanıb gətirilmişdi.(təyyarəyə tabutu yerləşdirmək üçün)
.Budur,məzar açıllr,ədibin kəlləsi və digər sümükləri ehmalca tabuta qoyulur..Ətrafdakı fəxri qarovul ədibin şətəfinə 40 yaylım atəşı açılır .Və ədibin nəşi 40 ildən sonra dogma yurduna — Azərbaycana gətirilir.Bakı aeroportunda təntənə ilə qarşılananlar arasıında qızı Turan xanıım da vardı.O ,atasının nəşinin Bakıya gətirilməsınə nail olan H.Əliyevə və onun təşkil etdiyi komissiyanın üzvlərinə dərin minnətdarlıgını bidirir.
H.Əliyevin sərəncamına əsasən Naxçıvanda,Bakıda ədibə heykəllər ucadıldı..Bakıda H Cavidin ev muzeyi açılır və
ömrünün.sonuna kimi ədibin qızı Turan xanım muzeyin direktoru olur..Onunla 10 ildən çox çalışan,on monoqrafiya müəllifi olan İsgəndər Atilla da öz xatirələri ilə oxucuları tanış etdi.
Çıxış edənlər- yazıçı Sabir Rüstəmxanlı,DSX- nın sabiq polkovniki Sücaəddin Abdullayev,Bakıdakı H.Cavid adına 36 nömrəli məktəbin direktoru Gülarə Zəkiyeva,AYB- nin üzvləri Xatirə Fərəcli,Südabə Sərvi və başqaları tədbirlə baglı maraqlı məqamlardan danışdılar.Sonda xatirə şəkilləri çəkildi.

Müəllif: Nəzakət EMİNQIZ

AYB və AJB – nin üzvü, “Yazarlar” jurnalının əməkdaşı, yazıçı – pubisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏLİM BABULLAOĞLU İLİN ŞAİRİ ADINA LAYİQ GÖRÜLÜB – TƏBRİK!

Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü cənab SƏLİM BABULLAOĞLU İLİN ŞAİRİ (2025) adına layiq görülüb.

Orfey Mətn/Ədəbiyyat Mükafatları ABŞ, Texas Universiteti (Dallas& Kleyton, Oklahoma), “Mundus Artium Press” nəşriyyatı tərəfindən verilir. Artıq qaliblər elan olunub. Sevindirici haldır ki, tanınmış Azərbaycan şairi SƏLİM BABULLAOĞLU da qaliblərin arasında yer alıb.

Səlim Babullaoğlunun namizədliyini Özbəksitan (həm də təşəbbüsçü idi), Türkiyə (Ərdəhan Universiteti) , Moldova (Elmlər Akademiyası) , Rumıniya (Mihay Eminesku Akademiyası) və Ukrayna (“Vsesvit” jurnalı) dəstəkləmişlər.

Açıqlama belədir:

“Müasir poeziyaya verdiyi müstəsna töhfələrə görə İlin Şairi adına layiq görülüb. Azərbaycan ədəbiyyatının görkəmli səsi olan Səlim Babullaoğlunun yaradıcılığı ümumbəşəri insanlıq və dözümlülük mövzuları ilə səsləşir, o poetik sənəti mədəni və emosional əlaqənin dərin aləti kimi şöhrətləndirir…”


“Yazarlar”
  olaraq, bu münasibətlə  Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏQALƏNİN ORİJİNALI :

Mundus Artium Press Announces the 2025 Orpheus Texts Award Winners

PRESS RELEASE II

Dallas, Texas – 12/01/2024. Mundus Artium Press, housed at the University of Texas at Dallas, proudly announces the recipients of the 2025 Orpheus Texts Awards. These prestigious accolades celebrate exceptional contributions to literature, journalism, visual arts, and environmental artistry. Each award reflects the laureates’ profound commitment to enriching humanistic endeavors and advancing the betterment of society.

Poet of the Year (2025): Salim Babulloglu, Azerbaijan
Salim Babullaoglu is honored as Poet of the Year for his exceptional contributions to contemporary poetry. A distinguished voice in Azerbaijani literature, Babulloglu’s work resonates with universal themes of humanity and resilience, celebrating the poetic craft as a profound instrument of cultural and emotional connection.

Literary Translator of the Year (2025): Hamdy Elgabry, Egypt
Hamdy Elgabry, this year’s Literary Translator of the Year, is celebrated for his extraordinary efforts in bridging cultural and linguistic divides. His mastery of translation captures the soul of literary works, fostering greater understanding and appreciation between diverse cultures through the written word.

Journalist of the Year (2024): Baltabek Tuyetayev, Kazakhstan
Baltabek Tuyetayev receives the Journalist of the Year award for his fearless and insightful reporting. Tuyetayev’s commitment to truth and social justice has elevated journalism as a cornerstone of democracy and public discourse, shining a light on stories that matter most.

Writer of the Year (2024): Nazar Eshonqul, Uzbekistan
Nazar Eshonqul is named Writer of the Year for his profound literary contributions. Eshonqul’s work, marked by rich narrative depth and cultural authenticity, captures the essence of Uzbek life while addressing universal questions of identity, history, and human experience.

Visual Artist of the Year (2024): Sinisa Krunic, Serbia
Sinisa Krunic is awarded Visual Artist of the Year for his groundbreaking contributions to the visual arts. His visionary creations challenge boundaries, celebrate the interplay of form and meaning, and offer profound meditations on the human condition through his unique artistic lens.

Artist of Nature of the Year (2024): Moon Kook-hyun, South Korea
Moon Kook-hyun is honored as Artist of Nature of the Year for his exceptional dedication to environmental artistry. Through innovative projects that combine tree planting, ecological restoration, and aesthetic design, Moon exemplifies how art can harmonize with nature to create a healthier and more beautiful ecosystem.

Each recipient has been chosen through a meticulous selection process, ensuring their lasting legacy in their respective fields. Their achievements will be permanently enshrined on the Mundus Artium Press website and recorded in the international database, serving as a timeless testament to their exemplary contributions to humanity.

For further inquiries, please visit Mundus Artium Press:  www.mundusartiumpress.us

Mənbə: Mundus Artium Press Announces the 2025 Orpheus Texts Award Winners

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XXI ƏSRİN BAŞLICA PROBLEMLƏRİ

Zərövşən Babayeva

Naxçıvan Dövlət Universitetinin professoru

 Əməkdar müəllim

XXI ƏSRİN BAŞLICA PROBLEMLƏRİ:

STRESS VƏZİYYƏTİ, İŞ REJİMİNDƏ MOBİNQ, AUTOİMMUN XƏSTƏLİKLƏR

Yaşadışımız son illər həm texnoloji inkişafın, həm ondan istifadəsinin pik həddə çatması, həm də həyati funksiyalarımızı başa vurmağa çalışdığımız sürətlə axan zaman səbəbindən hər səviyyədə stress vəziyyəti yaşanmaqdadır. Stress, orqanizmin xarici və daxili təzyiqlərə qarşı fiziki və psixoloji reaksiyasıdır. Müasir iş mühitində uzunmüddətli stress insanın həm fiziki, həm də psixi sağlamlığına ciddi zərər verə bilər. Stressin əsas mənbələrindən biri də iş rejimində mobinq kimi psixoloji təzyiq və mənəvi zorakılıqdır. Mobinq, iş yerində bir və ya bir neçə şəxs tərəfindən başqa bir əməkdaşa qarşı sistematik şəkildə həyata keçirilən psixoloji zorakılıq, təzyiq və ya mənəvi basqıdır. Bunlara aşağıdakıları göstərmək olar: Peşəkar nüfuzun pozulması; İşdə peşəkar bacarıqların şübhə altına alınması; Qeyri-adekvat tənqid; görülən işi kiçiltmək, özgüvəni alçaltmaq və s. Bunlardan başqa, iş yükünün manipulyasiyası, normadan artıq və ya az iş tapşıraraq təzyiq göstərmək, məqsədli şəkildə tapşırıqların verilməsi də stress amilini artırır. Sonda işçinin sosial təc­ri­dinə, əməkdaşların kollektivdən uzaqlaşdırılmasına, yığıncaqlara dəvət etməməklə müəssi­sədən kənarlaşdırılmasına səbəb olur. Bu amillər nəinki insanların maddi və mənəvi sıxıntılarına gətirib çıxarır, həmçinin onların fiziki və psixoloji problemlərinə yol açır. Stress və mobinqin insan sağlamlığına mənfi təsirləri ciddi problemlər yaradır:

1. Fiziki təsirlər: Baş ağrısı, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri. Yuxu pozğunluğu və həzm sistemi problemləri.

2. Psixoloji təsirlər: Xroniki yorğunluq, depressiya və narahatlıq. Özünəinamın azalması, təşviş və panik ataklar.

3. Sosial təsirlər: İş münasibətlərində gərginlik. Ailədaxili münasibətlərdə problemlər.

4. Peşəkar təsirlər: Məhsuldarlığın azalması. Karyera inkişafının ləngiməsi və işdən uzaqlaşma.

Bütün bu kimi problemlər cəmiyyətin müxtəlif yaş və peşə səviyyələrində öz əksini tapir. Məsələn,  Dünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, stress iş yerlərində xəstəlik və iş qabiliyyətinin azalmasının əsas səbəblərindən biridir; Beynəlxalq Əmək Təşkilatının (ILO) hesablamalarına əsasən, hər il dünya üzrə milyonlarla işçi mobinqə məruz qalır və bu səbəbdən iş yerlərini tərk edirlər; Stressə bağlı xəstəliklər səbəbindən işçilərin işdən qalma halları son 10 ildə 30% artmışdır; Avropa Birliyi ölkələrində aparılan sorğular göstərir ki, əməkdaşların təxminən 15%-i işdə mobinqə məruz qalır. Razılaşmaq lazımdır ki, insan oğlu tarixən ədalət uğrunda müba­ri­zə aparmışdır. Buna nisbətən nail olunsa da, sonda yenə yuxarı təbəqə aşağı təbəqənin mənafe­yini tapdalamağa davam etməkdədir. Stress və mobinq problemlərinin qarşısının alınması üçün bir çox variantlar da düşünülmüşdür. Stress və mobinqin idarə olunması üçün bir çox həll yolları:

1. İş mühitinin sağlamlaşdırılması:

• Rəhbərlik işçilərin psixoloji sağlamlığına diqqət yetirməli və mobinq hallarını aradan qaldırmaq üçün tədbirlər görməlidir.

• Aydın qaydalar və etik davranış kodeksi tətbiq olunmalıdır.

2. Psixoloji dəstək:

• İş yerlərində psixoloqlar və məsləhətçilər fəaliyyət göstərməlidir. Stress idarəetmə texnikaları və relaksasiya üsulları (meditasiya, nəfəs məşqləri) təşviq olunmalıdır.

3. İş yükünün balanslaşdırılması:

• İşçilərə ədalətli və real iş yükü təyin edilməli, tapşırıqlar balanslı şəkildə bölüşdürül­mə­li­dir. Yuxu rejiminə və istirahət saatlarına diqqət yetirmək vacibdir.

4. Maarifləndirmə və təlim:

• İşçilərə mobinqin nə olduğu, ona necə reaksiya vermək və hüquqlarını necə qorumaq barədə təlimlər keçirilməlidir.

• Rəhbərlərə əməkdaşların idarə olunması və iş etikasına dair təlimlər təşkil edilməlidir.

Stress və mobinq müasir iş həyatının ən böyük problemlərindən olduğu üçün bu halların qarşısının alınması yalnız fərdi deyil, həm də təşkilati səviyyədə yanaşma tələb edir. Bunun üçün sağlam iş mühiti yaratmaq, əməkdaşlara hörmət göstərmək və psixoloji rifahı dəstəkləmək həm işçilərin, həm də təşkilatların uzunmüddətli inkişafı üçün əsas şərtdir. Unutmayaq ki, sağlam iş mühiti sağlam cəmiyyət deməkdir. Hər kəsin əmək hüquqlarına hörmət olunmalıdır!

            Əhalinin intensiv artımı ilə yanaşı qida sənayesində də stress amili yaranır. Geni dəyiş­di­ril­miş ərzaq maddələrinin paketli qidaların artımı, istehsalı və istehlakı da problemlərlə üşləşir və insan orqanizminə ziyanlı patologiyalara səbəb olur. Ən çox yayılmış stess və xəstəliklərdən ən təhlükəlisi autoimmun xəstəliklərdir. Autoimmun xəstəliklər insanın immun sisteminin öz bədəninin sağlam hüceyrə və toxumalarını yad olaraq tanıması və onlara qarşı hücum etməsi nəticəsində yaranır. Normalda immun sistemi orqanizmi viruslar, bakteriyalar və digər xarici patogenlərdən qoruyur. Ancaq autoimmun xəstəliklərdə bu qoruyucu mexanizm pozularaq orqanizm özünə zərər verir. Bəs autoimmun xəstəliklərin yaranma səbəbləri nələrdir? Autoimmun xəstəliklərin dəqiq yaranma səbəbi tam məlum deyil, lakin bəzi amillər bu xəstəliklərin inkişafında rol oynayır:

1. Genetik meyillilik:

• Bəzi genlər immun sisteminin düzgün fəaliyyət göstərməsinə təsir edə bilər. Ailəsində autoimmun xəstəlik olan insanlarda bu xəstəliklərin yaranma ehtimalı daha yüksəkdir.

2. Hormonal amillər:

• Autoimmun xəstəliklər qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bu, hormonların immun sisteminə təsiri ilə bağlıdır. Məsələn, lupus xəstəliyi qadınlarda kişilərə nisbətən 9 dəfə çox müşahidə olunur.

3. Ətraf mühit faktorları:

• Viruslar, bakteriyalar, ağır metallar və kimyəvi maddələr immun sistemini pozaraq xəstə­li­yin yaranmasına səbəb ola bilər.  Stress və həyat tərzi də xəstəliyin başlanmasına təkan verə bilər.

4. Yuxarı həssaslıq və infeksiyalar:

• Bəzi infeksiyalar immun sisteminin düzgün işləməsini pozaraq autoimmun reaksiyalara səbəb ola bilər. Ən çox rast gəlinən autoimmun xəstəliklər

Autoimmun xəstəliklərin orqanizmə təsir mexanizmini izləmək, problemin səbəb və nəticələrinin idarə edilməsi orqanizmda yarana biləcək mənfi təsirlərin qarşısının alınmasına səbəb olur. Autoimmun xəstəliklərin orqanizmə təsirlərini ətraflı izah edək:

1. Xroniki iltihab: Autoimmun xəstəliklər adətən xroniki iltihabla müşayiət olunur. Bu, orqan və toxumalarda tədricən zədələnmələrə səbəb olur.

2. Orqan çatışmazlığı: Uzunmüddətli iltihab və hüceyrələrin zədələnməsi nəticəsində müvafiq orqanların funksiyası zəifləyir. Məsələn: Lupus – böyrək çatışmazlığına səbəb ola bilər. Tip 1 diabet – insulin çatışmazlığı nəticəsində qan şəkəri yüksək qalır.

3. Həyat keyfiyyətinin azalması: Xroniki yorğunluq, ağrılar və hərəkət məhdudluğu gündəlik həyatı çətinləşdirir və psixoloji gərginliyə səbəb olur.

Autoimmun xəstəliklərin tam müalicəsi olmasa da, simptomları idarə etmək və xəstəliyin gedişatını yavaşlatmaq mümkündür. Bunlara missal olaraq Dərman müalicəsi: İltihab əleyhinə dərmanlar – ağrıları və şişkinliyi azaldır; İmmunosupressiv dərmanlar – immun sisteminin fəaliy­yətini zəiflədir (məsələn, kortikosteroidlər). Həyat tərzinin dəyişdirilməsi: Sağlam qidalanma (ilıq antioksidantlarla zəngin pəhriz – meyvə, tərəvəz). Fiziki aktivlik – yüngül idman immun sistemi dəstəkləyir. Stressin idarə olunması (meditasiya, nəfəs məşqləri). İmmun sisteminin balans­laş­dı­rıl­ması: Bəzi xəstələrdə immunoterapiya və plazmaferez kimi üsullar tətbiq olunur.

Statistikaya görə, dünya əhalisinin təxminən 5-8%-i müxtəlif autoimmun xəstəliklərdən əziyyət çəkir. Qadınlarda bu xəstəliklər kişilərə nisbətən 2-3 dəfə çox rast gəlinir. Autoimmun xəstəliklər bəzi hallarda tətikləndirici hadisələrdən sonra başlayır, məsələn, virus infeksiyası, əməliyyat və ya ağır stress. Ən çox yayılan xəstəliklərdən biri “revmatizmal artrit”dir. Bu xəstəlik dünya üzrə 350 milyondan çox insana təsir edir. Autoimmun xəstəliklər kompleks problemlər olsa da, düzgün müalicə və həyat tərzi ilə onların təsirini azaltmaq mümkündür. Erkən diaqnoz və mütəmadi tibbi nəzarət bu xəstəliklərin idarə olunmasında əsas rol oynayır. Cəmiyyətdə maarifləndirmənin artırılması və ətraf mühitin sağlamlaşdırılması autoimmun xəstəliklərin yayılmasını azaltmağa kömək edə bilər.

Genetik meyillilik – ailədə allergiya və ya otoimmün xəstəliklərin olmasi,

Ətraf mühit amilləri də insanlarda immun həssaslıq yaradır.

Bu məsələ niyə əhəmiyyətlidir?

İmmun həssaslıq nədir və niyə gündəmdədir?

Son illərdə immun həssaslıq (hipersensitivlik) probleminin artması cəmiyyət üçün ciddi narahatlıq doğurur. Qida allergiyaları, astma, dərmanlara həssaslıq və digər immun problemləri hər yaş qrupunda müşahidə edilir. Bu, yalnız fərdin sağlamlığına deyil, həm də ailələrə və bütövlükdə cəmiyyətə sosial və iqtisadi çətinliklər gətirir.

Deyilənləri gündəlik həyatdan misallar və faktlarla izah edək:

1. Məktəblərdə qida allergiyası

ABŞ-da aparılan araşdırmalara görə, hər 13 uşaqdan biri qida allergiyasından əziyyət çəkir.

• Bir çox məktəbdə şagirdlərin fındıq və ya süd kimi allergenlərə həssas olduğu üçün yemək menyuları xüsusi olaraq hazırlanır. Bir şagirdin fındıq allergiyası səbəbilə məktəb rəhbərliyi bütün siniflərdə fındıq tərkibli qidaları qadağan edə bilir. Bu həm uşağın sağlamlığını qorumaq, həm də valideynlərin narahatlığını azaltmaq məqsədi daşıyır.

2. Astma və hava çirklənməsi arasındakı əlaqə

Dünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, hər il 300 milyondan çox insan astma xəstəliyindən əziyyət çəkir. Astmanın əsas səbəblərindən biri hava çirklənməsidir. Məsələn, böyük şəhərlərdə yaşayan insanlar daha çox astma və digər tənəffüs yolları xəstəliklərinə tutulurlar. Londonda 9 yaşlı Ella Kissi-Debrahın ölümünün hava çirklənməsi ilə əlaqəli olduğu sübut edilmiş və bu, tarixdə hava çirklənməsi ilə bağlı qeydə alınan ilk ölüm hadisəsi olub.

3. Dərmanlara həssaslıq (anafılaktik şok)

Dərman allergiyası da immun həssaslığın ciddi formalarından biridir. Misal: Bəzi insanlar antibiotiklərə, xüsusilə penisilin qrupuna qarşı həssasdırlar. Bir iynə və ya tablet dərhal həyati təhlükə yarada bilər. ABŞ-da hər il təxminən 500-1000 nəfər dərman allergiyası səbəbindən anafilaktik şoka girir.

4. Ekoloji faktorlar və allergik reaksiyalar

İqlim dəyişikliyi ilə əlaqədar olaraq polen (bitki tozu) miqdarı artmışdır. Polen allergiyası (saman nezləsi) getdikcə geniş yayılır. Məsələn, Azərbaycanda yaz aylarında polen səbəbindən minlərlə insan asqırma, göz yaşarması və burun tutulması kimi simptomlarla üzləşir. Tədqiqatlara görə, qlobal istiləşmə nəticəsində polen mövsümü daha erkən başlayır və daha uzun çəkir.

İmmun həssaslığın sosial təsirləri də mövcuddur:

1. Valideynlərin çətinlikləri: Allergiyası olan uşaqlara daim nəzarət etmək tələb olunur. Valideynlər məktəblərdə və ictimai yerlərdə uşaqlarının təhlükəsizliyini təmin etmək üçün daha çox diqqət göstərməlidirlər.

2. İqtisadi yük: İmmun həssaslığa görə müalicə və dərmanlar çox zaman yüksək xərclər tələb edir. ABŞ-da allergiya ilə bağlı illik tibbi xərclər 25 milyard dollardan çoxdur.

3. İctimai yerlərdə məsuliyyət: Restoranlar və ictimai yerlər menyuda allergen tərkibli qidaları aydın şəkildə qeyd etməli, işçi heyət isə allergiya ilə bağlı məlumatlı olmalıdır.

            Göstərilən problemlərin çıxış yolları və həlləri nələrdir? Bu suallar hər kəsi düşündürməli və ciddi yanaşılmalıdır. Bunun üçün 1. Maarifləndirmə: Məktəblərdə və cəmiyyət arasında immun həssaslıq və allergiyalar haqqında təlimlər keçirilməlidir. Valideynlər və müəllimlər uşaqlardakı allergik reaksiyaları tanımağı öyrənməlidir. 2. Səhiyyə tədbirləri: Tibbi müəssisə­lərdə anafilaktik şok vəziyyətləri üçün dərhal müdaxilə imkanları təmin edilməlidir. Dərman allergiyası ilə bağlı testlər və immunoterapiya müalicəsi geniş yayılmalıdır. 3. Ekoloji tədbirlər: Hava çirklənməsinin azaldılması üçün şəhərlərdə daha çox yaşıllıq sahələri yaradılmalıdır. Kimyəvi maddələrin, pestisidlərin istifadəsi nəzarətdə saxlanılmalı, Sağlam gələcək üçün birgə addımlar atılmalıdır. İmmun həssaslıq problemi təkcə sağlamlıq sahəsinə aid deyil. Bu, cəmiyyətin hər üzvünün qarşılıqlı məsuliyyətini tələb edir. İnsanların bu problemlə bağlı məlumatlı olması, ictimai yerlərdə təhlükəsiz mühitin yaradılması və düzgün həyat tərzinin təşviqi həssas insanların həyat keyfiyyətini xeyli yaxşılaşdıra bilər. Unutmayaq ki, sağlam cəmiyyət qurmaq hər birimizin əlindədir. Təhlükəsiz və sağlam gələcək üçün daha diqqətli və həssas davranmalıyıq.

            Sağlam gələcək üçün sağlam cəmiyyət, sağlam düşüncə, insani rəftara ehtiyacımız var. Bu dünya hamının və hər kəs 1 ömür yaşayır. Verilmiş ömrü hak etdiyimiz kimi yaşamaq üçün birgə çalışmalı, bir məqsədə istiqamətlənməliyik.

MƏQALƏNİN PDF VARİANTI:

Alişer Nur – Şeirlər

Alişer Nur 1974 yıl 3 Nisanda Cizzah Eyaletinin Dostluk İlçesi’nde doğdu. Taşkent Devlet Tarım Üniversitesi’nden mezun oldu. “Edebiyat ve Dönem” gazetesinin Genel Yayın Yönetmeni.
Özbekistan Yazarlar Birliği Üyesi. Kendisine “Manevi Adanmış” nişanı verildi. Şairin “Söz Büyüsü”, “Aşk Nehri”, “Hasretin Tılsımı”, “Sarnıcın Sedası”, “Halk Üslubundakı Tonlar” kitapları yayımlandı. Aşağıda şiirlerini Hüsniddin Hayıt tercümesinden okuyacaksınız.

TÜRKİSTAN RUHU

(Rauf Parfi’nin Anısına)

Huzursuz dünyada kaygı çok fazla,
Kimi fayda görür, kimisi ziyân.
Biçare, gâribe elemler ağlar,
Güçlüye güliverir şans her zaman.

Yine bir müjde var, yaşı namâlum,
Derler, başarının sahibi çoktur.
Mağlubiyet yetim kalmış ezelden,
Kırık gönüllerin sınırı yoktur.

Sonu yok gibi dünya kaygısının,
Kaynayıp taşıverir dilimden söz.
Lâkin özgürlüğü anlamak için,
Söz aciz, güneşe atılıcak göz.

Hür, özgür insanın temizdir kalbi,
Kulluğa mahkûmun yüzü gülmezmiş.
Bâhtımın bir parçası şudur, belki
Ana Türkistan’ın ruhu ölmemiş.

YALNIZLIK

Yalnızlık dehşet verici söz,
Yılan gibi boğar boynundan.
Yalnızlık, od gibi yanmış söz,
Aniden çıkacak yolundan.

Yalnızlık dünyanın kafesi,
Kapısı herkese açılmıs.
Yalnızlık rüyanın nefesi,
Zerre gibi etrafa saçılmış.

Yalnızlık Ayın bir orağı,
Parçalar hatta gökyüzünü.
Yalnızlık yıkılış silahı,
Baş eğse, kul eder insanı.

Yalnızlık, kim senin esirin,
Kaderin olmayan taşında.
Yalnızlık, bu kadar çok sırrın,
Bir lahza dolaştın başımda.


Bulamazsan özünü
Adamlar arasından,
Azat eyle ruhunu
Kanat bağlayıp uçsun o.

Ruh vücuduna dönmezse,
Asla incinme ondan.
Yer dar, ruhu sığmaz,
Semaları kucaklasın o.

Çeviri: Husniddin HAYIT
Özbekistan Yazarlar Birliği Üyesi

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – İSTƏYİRƏM YOLUM DÜŞSÜN…

İSTƏYİRƏM YOLUM DÜŞSÜN…

İstəyirəm yolum tez-tez düşsün Allah dərgahından,
Bilsən necə güc alıram mən Onun seyrəngahından.

Ağrılarımdan arınıb, quş kimi xəfif oluram,
Hər sualın cavabını yenə də Onda buluram.

Nadan bilməz niyə gəlib bu dünyaya, qayəsi nə?
Missiyası nədir onun, görəvi, vəzifəsi nə?

Bilməz ki, iradə nədir, nəfsinə qul olmaq nədir,
Özü qul yaranmış ikən, qula qul, çul olmaq nədir.

Düşünməz ki, hər canlını geyimilə yaradırkən,
İnsanı çılpaq yaratdı Allah, niyə Yer fəsadkən..

Əgər insan unudarsa əmanəti, ləyaqəti,
Nəyə gərək varmı, yoxmu üzərində qiyafəti?!

Abırdı, həyadı geyim, ədəbdir, həm mərifətdir,
Bu dünyada libasıdır, o dünyada hidayətdir.

İnsanı insan edən şey duyğu, düşüncə, əməldir,
Kamaldan yoxsul kimsələr heyvandır, bu ki, məsəldir.

İnsanlar ağaca bənzər, yüksəyə, nura can atar,
Sınaqdan keçmək istəyən dərinliyə, kökə batar…

İstəyirəm yolum tez-tez düşsün Allah dərgahından,
Bilsən necə güc alıram mən Onun seyrəngahından.

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – ÇİLƏ GECƏSİ

ÇİLƏ GECƏSİ

Xəyal yolu daralır,
Gəmim – Çilə gecəsi.
Kül tutan köz qaralır,
Qəmim – Çilə gecəsi.

Günəş küskündür Aya,
Fırtına var? – Bilmirəm.
Boyumu dalğalara
Ayarlaya bilmirəm.

Bu sıxlıqda dünyada,
Təzə fikir boyatlar.
Başlar, bitər röyada
Bir cümləlik həyatlar.

Söz sıyrılır hecaya,
Nə fikrim var, nə rəyim.
Ən qatı bir gecəyə
Dəmlənibdir ürəyim.

Göy üzündən izləyən
Ucalardan ucadır.
Gözlə məni, gözləyən,
Gecə yaman uzanır.

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nigar Səttar-zadə “Ziyadar” mükafatı ilə təltif olunub

21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.

Tədbirdə müəllifin oxucuları,  “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.

Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.

Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.

Tədbirdən fotolar:

“Yazarlar”  olaraq, bu münasibətlə Nigar Səttar-zadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

Məhəmməd Kərimovin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük Dəmirçi haqqında

Əbilin gündəliyindən:

30 oktyabr 2006

Böyük Dəmirçi haqqında

(Birinci yazı)
…Yenə də Türkçülük barəsində… İlk ocağı türklər qalayır və Ergenokon dağını əridib dastana çevirirlər. Oçaq sözü dünya dillərinə ordan keçib, yayılır. Dünya mədəniyyəti ocaqdan başlayır. İlk ocaq mağarada qızınmaq üçün qalanmayıb. İlk ocaq mədəniyyətə xidmət edib. İlk ocaq dağı əridib yol açıb.Türkçülüyün dünyada yayılmasına işıq tutub, məşəl olub. Hz. Mevlana “Məsnəvi”də dönə-dönə şamın yanması üzərində durur. Şam yanır, ətrafı nura qərq edir, hər kəsə fayda verir. Onun bir amalı var və amalı uğrunda qətrə-qətrə yanır, əriyib, kiçilir. Hər kəsə xeyir verir, amma bir tək özünə xeyri toxunmir,məhv olur. Qətrə-qətrı sonsuzluğa doğru getsə də, bunu bir amal üçün edir. Şam mövzusuna Mevlanadan daha çox Məhəmməd Füzuli toxunur: “Məni əşk oduna pərvanə tək, ey şəm yandırma” və s. beytlər.
Nazim Hikmətin belə şeiri var:
Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq.
Necə çıxar qaranlıqlar aydınlığa…
…Həqiqətən ən gözəl tale şamın payına düşmüş bu dünyada. Nə gözəl, başqalarının səadəti üçün yanacaqsan. Kaş mən də millətimin aydınlıq sabahlarına çıxması üçün yana bilsıydim.Zatən sevgi,amal uğrunda yandıqdan sonra, sənin yanman Hz.İbrahimin bir zamanlar Nemrud tərəfindən oda atılıb da, güllər, cənnət içərisində hüzura qovuşmaq kimi bir şey olacaq.
Dönək mətləbə. Artıq türkcülüyün bir qurtarıcısı var: Böyük Dımirçi. Ergenokondan çıxdıqdan sonra hədəf də var artıq: “Qızıl alma”. Yol göstərəni var: “Simurğ” və yaxid “Əbədi Səməndər quşu”.
M.Ə.Rəsulzadə 1920- ci ildə Azərbaycan gəncliyinə xitabında “Böyük Dəmirçi”nin tərəfinə keçməyi bizə tapşırır. Rəsulzadə də inanırdı; Böyük Dəmirçinin bizi Qızıl Almaya tərəf aparacağına. Çünki Dəmirçi bir dəfə ən çətin anda bunu bacarmışdı. Dağı dəlib türklüyün yolunu dünyaya açmışdı. M.Ə.Rəsulzadə yanılmadl: Böyük Dəmirçi bizi Qızıl almaya tərıf apardı…

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"