
ÇİLƏ GECƏSİ
Xəyal yolu daralır,
Gəmim – Çilə gecəsi.
Kül tutan köz qaralır,
Qəmim – Çilə gecəsi.
Günəş küskündür Aya,
Fırtına var? – Bilmirəm.
Boyumu dalğalara
Ayarlaya bilmirəm.
Bu sıxlıqda dünyada,
Təzə fikir boyatlar.
Başlar, bitər röyada
Bir cümləlik həyatlar.
Söz sıyrılır hecaya,
Nə fikrim var, nə rəyim.
Ən qatı bir gecəyə
Dəmlənibdir ürəyim.
Göy üzündən izləyən
Ucalardan ucadır.
Gözlə məni, gözləyən,
Gecə yaman uzanır.
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru