Hər sönən ocaqdan alov gözləmə, Hər külün altında nar(1) olmaz, olmaz. Uca zirvələrə yağar hər zaman, Alçaq təpələrdə qar olmaz, olmaz.
Can qədri bilənə can qurban eylə, Yolunu aydınlat, çıraqban eylə. Qədir bilməyənə min ehsan eylə, Namərddən, nankordan yar olmaz, olmaz.
Çətinə düşəndə qoyacaq yolda, “Qanını içəcək” hər bir macalda. Lap on barmağından süzülsə bal da Narsistin(2) gözündə fər olmaz, olmaz.
Ürəyi xəbisə nə edəsən, nə? Min yol əlini tut, danacaq yenə. Xeyirli əməli ha çevir dənə, Korlanmış zəmində bar olmaz, olmaz.
Qəlbə çapıq düşsə, izləri itməz, Dünyanın qovğası bitmədi, bitməz. Hər insan yaşlansa, kamala yetməz, Hər saçı ağaran pir olmaz, olmaz.
Əslini gizlədər yaşılda, alda, Nakəs süslənəndə qumaşda, şalda. Ruhunu kirlətsə bir kirli yolda, Yenə də gözlərdə xor olmaz, olmaz.
Birinin nəsibi “çarıqsa, çulsa”(3), Qəlbində şəfəqdən güllər açılsa, Dilindən ləl düşsə, inci saçılsa, Bir toyda, məclisdə yer olmaz, olmaz.
Adəm övladının ümid, pənahı, Haraya yazırsan, Tanrı, günahı? Məzlum insanların naləsi, ahı, Sağır qulaqlara car olmaz, olmaz.
Səması günəşdən nura bələnsə, Gecələr ulduzla, ayla süslənsə, Sevgiylə, şəfqətlə, sülhlə bəslənsə Dünya insanlara dar olmaz, olmaz.
Atmosfer, təbiət can verir hər gün, Zibil adaları(4) artır günbəgün. Dolaşmış yumaq tək çözülmür düyün, Dünya bu minvalla var olmaz, olmaz.
Zeynəb, üzün gülər şər olmadıqca, Şeytan insanlara yar olmadıqca. Bəşərin məramı bir olmadıqca, Dünyanın min dərdi bir olmaz, olmaz. 04.07.2023
İzahatlar: 1.Nar –atəş od 2.Narsistlər başqa insanları istismar etmə mövzusunda da qabaqcıldırlar. Öz mənfəətləri üçün hərkəsi çeynəyib keçə bilərlər. Hər şərtlər altında önəmli olan özləridir. Onların gözündə digər insanların heç bir önəmi yoxdur Öz mənfəətlərinin dalınca gedir və bundan da ən kiçik bir üzüntü və peşmanlıq duymazlar. (İnternetdən)
Kasıblıq mənasında
Okeanda zibil adaları – bu adalardan birinin sahəsi 15 mln kv.km-ə yaxın olan stasionar törəmədir. Müqayisə üçün – Rusiyanın sahəsi 17 mln kv. km-dir. (Məlumat internetden götürülüb)
Nürəddin Rzayev Xudu Məmmədov haqqında yazmışdı: Xudu, mən və Bəxtiyar Vahabzadə çox yaxın dost idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Özəlliklə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməyimi istəyirsənmi? Uşaq da Xuduya “istərəm” dedi. Xudu ona “nə göndərim sənə” soruşduqda uşaq Xuduya “mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xudu göz yaşlarını tutamayıb ağalamağa başladı. Bakıya döndükdən sonra o uşağa məktub yazır, hədiyyələr göndərirdi.
Tanınmış pedaqoq, jurnalist, yazıçı Fərhad Əsgərov “Gizli oyunlar” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” mükafatı ilə təltif olunub. Təbrik edirik!
Müasir fəlsəfənin ən nüfuzlu simalarından biri hesab edilən alman filosofu İmmanuel Kantın əxlaq fəlsəfəsinin mərkəzində əxlaqi mülahizələrə və qərarların qəbuluna rəhbərlik edən əsas prinsip olan kateqoriyalı imperativ anlayışı dayanır. Kantın əxlaq fəlsəfəsinin əsasını onun bütün rasional varlıqlara aid universal prinsip kimi təqdim etdiyi kateqorik imperativ ideyası təşkil edir. Kant kateqorik imperativi bir neçə yolla formalaşdırdı, lakin ən məşhur ifadələrdən biri belədir: “Qarşındakına uyğun hərəkət et ki, eyni zamanda onun ümumbəşəri qanuna çevrilməsini istəyə biləsən” Daha sadə dillə desək, bu o deməkdir ki, insan oxşar şəraitdə eyni qaydaya əməl edən hər kəslə rahat olacaq şəkildə hərəkət etməlidir. Kateqorik imperativin başqa bir ifadəsi belədir:“Elə hərəkət et ki, insanlığa istər öz şəxsində, istərsə də başqasının simasında, heç vaxt sadəcə məqsədə çatmaq üçün bir vasitə kimi, həmişə eyni zamanda məqsəd kimi davranma” Kant burada bütün insanların xas dəyərini və ləyaqətini vurğulayır, başqalarından heç vaxt öz məqsədlərimiz üçün sadəcə alət kimi istifadə etməməyimizi təklif edir. Kantın əxlaq fəlsəfəsinin mərkəzində əxlaqi prinsiplərin ağıl və rasionallığa əsaslanması fikri dayanır.O, rasional varlıqların muxtariyyətə, özünüidarəetmə qabiliyyətinə və əxlaqi qərar qəbul etmə qabiliyyətinə malik olduğuna inanırdı. Kanta görə, biz rasional qabiliyyətlərimiz vasitəsilə ümumbəşəri əxlaq qanunlarını tanımağa və onlara əməl etməyə qadir olan əxlaqi agentlərik. Kant həm də şərti məqsədlərə əsaslanan hipotetik imperativlərlə əxlaqi vəzifəyə əsaslanan kateqoriyalı imperativləri fərqləndirirdi. Hipotetik imperativlər bizə konkret məqsədlərə nail olmaq üçün nə etməli olduğumuzu söyləsə də, kateqoriyalı imperativ şəxsi istəklərimizdən və məqsədlərimizdən asılı olmayaraq nə etməli olduğumuzu söyləyir. Kant üçün bir hərəkətin mənəvi dəyəri onun nəticələri ilə deyil, onun arxasında duran motivlə müəyyən edilir. O, iddia edirdi ki, vəzifə hissi ilə həyata keçirilən və əxlaqi qanunun rəhbər tutduğu hərəkətlər, nəticələrindən asılı olmayaraq mənəvi dəyərə malikdir. Kanta görə, qeyd-şərtsiz yaxşı olan yeganə şey yaxşı iradədir.Kantın əxlaqi borcun əhəmiyyətini və rasional varlıqların daxili dəyərini vurğulaması etik nəzəriyyəyə dərin təsir göstərmiş və əxlaq və etika ilə bağlı müasir müzakirələri formalaşdırmağa davam edir. Onun əxlaq fəlsəfəsi tənqid və müzakirələrə məruz qalmasına baxmayaraq, Kantın fikirləri etika sahəsinə əhəmiyyətli töhfə olaraq qalır və fəlsəfi araşdırmalara ilham verməkdə davam edir. Nəticə etibarilə, Kantın əxlaq fəlsəfəsi öz diqqətini kateqoriyalı imperativ, rasionallıq, muxtariyyət və əxlaqi vəzifəyə yönəltməklə, etikanı anlamaq və əxlaqi qərarların qəbul edilməsinə rəhbərlik etmək üçün cəlbedici çərçivə təmin edir. Kant əxlaqi prinsiplərin ümumbəşəri mahiyyətini və vəzifə hissi ilə hərəkət etməyin vacibliyini vurğulayaraq, əxlaqın təbiəti və etik davranışın əsasları haqqında dəyərli fikirlər təklif edir.
P.S. Şair şiirde kendi karamsarlığında ve sıkıntılarında boğulduğu algısını yaratsa da aslında burada çok önemli bir ayrıntıya dikkat çekmektedir. Muhteşem bir yüzyılda olmamıza rağmen şair coğrafyalarda hala var olan acılara dikkat çekmek istemiştir.
Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın “Trolların sirri” adlı nağıl kitabına təqdimat keçirilib. Sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları Trollara həsr edilib.
Tədbiri giriş sözü ilə N. Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva açaraq, “Trolların sirri” nağıl kitabının Gülzar İbrahimova ilə həftəsonu məktəbinin sıx əməkdaşlığı əsasında yarandığını bildirib: “ Bu nağıl kitabı həm məzmunu, həm də tərtibatı ilə şagirdlərin marağına səbəb olub. Artıq məktəbimizin şagirdləri “ Trolların sirri” kitabını Norveç dilinə tərcümə etməyə başlayıblar. Bu kitab həm məktəbimizin, həm də şagirdlərin kitabxanasında xüsusi yer alıb”.
Tədbirdə çıxış edən Gülzar İbrahimova Norveçdə dünyaya göz açmış uşaqlarımızın dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq olduğunu bildirib. “Trolların sirri” kitabının yaranmasından danışan G. İbrahimova nağılın bir il müddətinə ərsəyə gəldiyini bildirib. Yazıçı sözügedən nağılın oxucular tərəfindən sevildiyini bildirib və Trolların onun yazdığı yerli və xarici nağıl qəhrəmanları arasında özünəməxsus yeri olduğunu bildirib.
Tədbirdə uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri, Fatima Alxas, Tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,“Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən – Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisənin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri “Trolların sirri” kitabı haqqında fikirlərini bildirib və G. İbrahimovaya yaradıcılıq uğurları arzu ediblər.
Təqdimatda Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev, gözəl ifaları ilə iştirakçıları heyran etməyi bacarıblar. Səhər Zərdablının və Tunar Qarayevin həm milli, həm xarici üslubda əyləncəli rəqsləri tədbirə əlavə sevinc qatdıb.
Tədbirin sonunda Osloda N. Gənvəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan “Ana dilim” və “Sağ ol, Ey Vətən! ” mahnılarını ifa ediblər.
Tədbirdə iştirakçılara hədiyyə paketi şəklində içərisində müəllifin “Trolların sirri” və “Norveç qoğalı” olan kitabları təqdim edilib.
Onu da qeyd etmək lazımdır ki, “Trolların sirri” kitabının təqdimatı ilk dəfə 25 may 2024-cü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin və Osloda N. Gəncəvi adına həftəsonu məktəbinin birgə təşkilatçılığı ilə Oslonun məşhur “Deichman Bjørvika “ kitabxanasında keçirilib. Tədbirdən fotolar: