Şəxsiyyətlər tarixin yaddaşına öz əməlləri, missiyaları ilə hopub qalar. Elə adamlar var ki, onlardan ay-ay danışarsan, elə adamlar var ki, onlardan fəsil-fəsil susarsan, elə adamlar var ki, onların əməlləri, şəxsiyyətləri, obrazları illərə sığmaz, elə adamlar da var ki, onlardan əsrlərlə danışmaq olar. Xalq şairi Sabir Rüstəmxanlı əsrlərə sığmayan adamdır. Onun yazdıqları, əməlləri, missiyası aylara, illərə deyil, əsrlərə kodlaşmış tarixi yoldur. Biri var insan beynindəki insanların obrazları, biri də var xalqın, millətin, vətənin yaddaşındakı obraz. İnsan böyüdükcə, şəxsiyyətləşdikcə, vətənləşir. Sabir Rüstəmxanlı deyəndə bizim beynimizdə tamlıq, əbədəlik, bütövlük yaranırsa, milli yaddaşda, milli ruhda milliləşmə, vətənləşmə, xalq birliyi, həmrəyliyi formalaşır. Orta məktəbi kəndimizdə oxumuşam. Məktəbin həyətində böyük bir ağac var idi. O ağacın yaşını bilən yox idi. Biologiya müəllimimiz deyirdi ki, o ağacın əsrlərlə yaşı var. Uşaqlarla oynayanda qaçıb o ağacın koğuşunda gizlənirdik. Ağac o qədər böyük idi ki, adama elə gəlirdi, bütün məktəb o ağacın koğuşunda gizlənə bilər. Ağac hər il onlarla şiv çıxarırdı, əlcə-əlcə yarpaqları var idi. Kəndin altı-üstü o ağacın dibindən şiv çıxarıb aparıb həyətində əkmişdi. Qışda yağış, yayda günəş o ağacın altına düşməzdi. Sanki ağacın məqsədi bütün kəndi qorumaq idi. Bu yazının içində o ağacı xatırlamağım təsadüfi deyil. Mənə elə gəlir ki, Sabir Rüstəmxanlı da o ağac kimi üzərinə missiya götürüb. Ağacın koğuşuna bütün məktəb sığa bilərdisə, Sabir müəllimin qəlbinə bütün vətən, bütün millət yerləşər. O ağacın məqsədi bütün kəndi yağışdan, qardan, günəşdən qorumaq idisə, Sabir müəllimin missiyası gəncliyi, xalqı, bütöv Azərbaycanı qorumaqdır. Xalqların, millətlərin taleyində şəxsiyyətlər mühüm rol oynayır. Biri mədəniyyət sahəsində, biri elm, biri siyasət, biri incəsənət və s. Sabir Rüstəmxanlının 3/4 əsrlik həyatına baxanda bir çox sahələr görürük. Xalqın, millətin, ölkənin siyasi taleyində də, ədəbi taleyində də, mədəni, ictimai taleyində də Sabir müəllimin xüsusi yeri vardır. Bu xalqın taleyində Nizami, Füzuli, Nəsimi, Vaqif, Axundov kimi şəxsiyyətlər olub. Onları oxuyanda həmişə düşünmüşəm ki, Nizami ilə küçədə qarşılaşsaydım nə danışardım? Nəsimi ilə Feysbukda dost olsaydım ona nə yazardım? Axundovun e-mail adresini bilsəydim nə edərdim? Füzuliyə zəng etmə imkanım olsaydı nə olardı? Bu gün biz gənclər xoşbəxt gəncliyik ki, Sabir Rüstəmxanlı ilə eyni dövrdə yaşayırıq, onunla Feysbukda dostuq, onun e-mailinə yaza bilirik, telefon nömrəsinə zəng etmə imkanımız var. Mənim ən böyük ədəbi və elmi arzum bilirsiz nədir? Sabir Rüstəmxanlı haqqında elmi iş götürüm, dissertasiya yazım, müdafiə edim. İnanıram ki, bir gün bu arzuma çatacam. Sabir müəllim haqqında fikirlərimi o dissertasiyada daha ətraflı yaza biləcəm. Hörmətli Sabir müəllim! Sizi 3/4 əsr yaşınızın tamam olması münasibətilə təbrik edirəm, sizə uzun ömür, can sağlığı, həyət və fəaliyyətinizdə, yaradıcılığınızda uğurlar arzulayıram.
Şəhid Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağının açılışı oldu
20 may tarixində Qubadlı r. Xocahan kənd məktəbində şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr olunmuş sinif otağının açılışı oldu. Xocahan məktəbi şəhidimizin valideynlərinin təhsil aldığı məktəbdir. Tədbiri məktəbin direktoru Sevinc Məmmədova Azərbaycan Dövlət Himni ilə açıq elan etdikdən sonra şəhidimizin anası və atası Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağına daxil olublar. Könül müəllimənin rəhbərlik etdiyi bu sinifdə şəhidimizin xatirələri yaradılan güşələrlə əbədiləşib və şagirdlərin hər biri qəhrəmanımızı qürurla yad edəcəklər. Bu tədbirdə illərin qocaman müəllimləri öz yetişdirdikləri şagirdlərin böyütdüyü qəhrəman oğul haqqında qürurla danışıb, valideynlərinə səbr dilədilər. Tədbirdə həmçinin İcra nümayəndələrindən şəhid Əlyar Əliyevin oğlu Emin müəllim, Natiq müəllim və başqaları iştirak edirdi. İcra Hakimiyyətinin Xocahan nümayəndəliyindən Kənan müəllimin dəvəti ilə tədbirdə iştirak edən şairə Esmira Günəş də çıxışı zamanı şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr etdiyi şeiri səsləndirərək kitabını məktəbin ən fəal şagirdinə hədiyyə etdi.
Tədbir bir-birindən maraqlı çıxışlarla davam edərək, sonda şəhidimizin valideynlərinin çıxışı ilə yekunlaşıb. Şəhid Məhəmmədəli Həsənzadənin anası Vüsalə xanım ” belə tədbirlərin sayının çoxalması, bizim təskinliyimizdir.”-deyərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda xatirə şəkilləri çəkilib və qonaqlar böyük sevgi və hörmətlə yola salınıb.
Biz həmişə demişik ki, beynəlxalq əhəmiyyətli tədbirlər bir ölkənin dünyadakı yerini və rolunu təqdir edir. Açığı, 2022-ci ilin 13-14 və 15 may tarixlərində Kadirli Kaymakamlığı, Kadirli Bələdiyəsi və İl Kültür Müdürlüyü’nün dəstəyi ilə Kadirli Eğitim və Kültür Vakfı (KA-VAK) və Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu’nun (ASKEF-in) təşkilatçılığı sayəsində Türkiyənin Kadirli şəhərində, “UNESCO Yolunda Karatəpə” təması ilə düzənlədiyi KADİRLİ FESTİVALI (Kadirli Uluslararası Türk Dünyası Kültür ve Sanat Festivali) da bu səciyyəvi prosesi öz fəaliyytində geniş ehtiva etdi. Festival Türk millətlərindən və dünyadan, daha dəqiqi, 7 ölkədən bir çox sayda sənətçini, sənətsevər şəxsləri Kadirlidə bir araya gətirdi. Zəngin proqramı ilə diqqət çəkən Kadirli Festivalı əhatəli anlamda xarakterizə edildi. Festivalı 1-ci günü 4400 nefer 2-ci günündə hazırlanan kotejə isə 7.000 nəfər qatılmışdı. Onun 3800 nəfəri Kadirli xalqından izləyənlər idi. İlk gün KA-VAK Adana Şöbə Yönətim Kurulu Başkanı Emine Varmış, Yönətim Kurulu ve Vakıf Üyələri, ASKEF Başkanı Savaş Ünal ilə 7 fərqli ölkədən Festivala qatılan sənətçilər Kadirli Kaymakamı Vehbi Bakır və Kadirli Bələdiyyə Başkanı Dr. Ömər Tarhan’ı ziyarət etdi. Onlar festivalın Kadirli əhalisinə xeyir və uğur gətirməsini dilədilər, təşkilati işlərə həmişə dəstək verəcəklərini dedilər. Festivalda görkəmli sənətçilərin də əsərləri yer aldı. Təxminən 28 sənətçinin qatıldığı festivalda çıxış edənlər Azərbaycandan Sona İsmayılova, Kırgızıstandan Dr. Darika Adatovna Acar, Bolqarıstandan Doç. Dr. Nesrin Sipahi, Özbıkistandan Muazzam İbrohim ve Mircevat Ahıskalı açılış münasibətilə maraqlı çıxışlar etdilər və onların hər biri alqışlarla qarşılandı. Festivalın ikinci günündə də çıxışlar oldu. Sənətsevərlər öz fəallıqları ilə tədbirə əlavə rəng qatdılar. Festival iştirakşıları böyük coşqu ilə şəhərin müxtəlif bölgələrindən avtobuslarla Karatəpəyə yollandılar. Burada da bir-birindən maraqlı anlar yaşandı, sənət adamları dəyərli fikirlər səsləndirməklə festvalın ovqatını bir az da artırdılar. İlker Okatanın piyaninoda ifa etdiyi klassik musiqilər iştirakşıları coşdurdu. Bu musiqilərin sədaları hər kəsə unudulmaz anlar yaşatdı. Bunun ardınca düzənlənən teatr tamaşaları, şagirdlərin verdikləri konsertlər də Kadirli’də xüsusi əhval yaratdı. “Festivalin 3-cü günündə Devlet Bahçeli Kültür Mərkəzində ölkəmizdən qatılan 28 nəfər üçün Azərbaycan günü düzənləndi. Azərbaycandan gələn sənətçılər, şairlər, professorlar ve katılımçılar çıxış etdilər.”sənətsevərlərin iştirakı ilə bir konfrans da gerçəkləşdirildi. Konfransda Kadirli Eğitim ve Kültür Vakfı (KA-VAK) tərəfindən hazırlanan “Flaviapolis’tən Kadirli’yə” adlı sənədli filmin də nümayişi oldu.
Çıxış edənlər Türk sənət yüksəlişinin dünya sənətində əsaslı rol oynadığını dedilər və bu işdə dəstəyini əsirgəməyən ölkələrin sənətçilərinə minnətdarlıq ifadə etdilər. Ardınca fərqlənən şəxslərə mükafatlar təqdim olundu. Festivalın üçüncü günündə KA-VAK Kız Öyrənci Yurdu’nun təməlatma mərasimi keçirildi, bu işin yeni nəsillər üçün çox böyük önəmi olacağı deyildi. Əlbəttə, sənət dünyanın əsaslı yüksəlişidir və öz ictimai əhəmiyyəti ilə hər zaman önəm kəsb edir. Türkiyənin Qaratəpə vilayətində təşkil olunmuş, hər kəsdə xoş əhval-ruhiyyə yaratmış festival da sənət birgəliyi işidir və sənətsevər ölkələrin qardaşlıq, dostluq siyasəti kimi xarakterizə edir. Qürur duydum ki, bu möhtəşəm festivalda Azərbaycan da təmsil olundu.
Mayın 18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi dinlənildi.
Tədbiri Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi ilin publisitika təsnifatı ilə bağlı məruzə Azərbaycan yazıçılarının növbəti qurultayı qarşısında ayrı-ayrı ədəbi janrlar üzrə edilən məruzələrin onuncusu və sonuncusudur. “Deyim ki, edilən məruzələr ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini yetərli şəkildə əhatə edib, faydalı müzakirələrə səbəb olub. Hesab edirəm Azər Turanın publisistika ilə bağlı məruzəsi də maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin obyektiv təsnifatı veriləcək”.
Sonra ədəbiyyatşünas alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.
Məruzə ətrafında ilk sözü də Elçin Hüseynbəyli dedi: “Olduqca məntiqli, səriştəli bir məruzədir. Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində diqqət çəkən hər bir əsərə fundamental şəkildə nəzər yetirilib. Azər Turanın bu sahəyə yaxından, peşəkarcaçına bələdliyi məruzənin uğurunu təmin edib. Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı”.
AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də E.Hüseynbəyli ilə həmrəy olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii düşüncəyə və milli məfkurəyə istiqamət verə bilən bədii publisistika nümunələri üzərində dayanıb. Bu, onun əsl sənətə, sözə olan münasibətindən, obyektiv dəyərləndirmə mövqeyindən irəli gəlir… Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm”.
Görkəmli yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda yolu gözlənilən, istedadla qələmə alınmış əsərlər az olduğu kimi, Azər Turanın etdiyi məruzə kimi dəyərli araşdırmalara da az halda rast gəlirik: “Namuslu, əsl ədəbiyyatşünas araşdırmasıdır… Çox vaxt deyirlər kitab oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada Azər müəllimin məruzəsi o yaxşıların sırasındadı”.
AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin milli düşüncəyə, vətəndaş mövqeyinə stimul verən əsərlər üzərində dayanması daha çox cəlbedicidir: “Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedi…”
Professor Qəzənfər Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər təmsil olunub: “Məruzə olduqca məntiqli, bitkin və yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır. Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin peşəkarlığı diqqətə çatdırdığı bütün arqumentlərdə özünü aydın şəkildə büruzə verir. Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir”.
Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli və bitkin iş barəsində yekdil rəy, münasibət olur. “Azər Turanın məruzəsinə də münasibət belədir və bu, haqlı münasibətdir. O, məruzəyə mükəmməl bir girişlə başlayıb və bu mükəmməllik bütün məruzə boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr göz qabağındadır və dərin razılıq doğurur…”
Professor Tofiq Məlikli dedi: “Maraqla dinlədim. Publisistikamızın inkişaf mərhələləri gözlərim önünə gəldi. Belə bir məruzə ilə çıxış etmək sözügedən sahəyə yaxından bələdliyin və ciddi hazırlığın nəticəsidir. Ona görə ki, məruzəçi bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv baxışdı…”
Yazıçı-publisist Fazil Güney bildirdi ki, məruzəçi son illər publisistikamızın ümumi mənzərəsini dolğun şəkildə ifadə edə bilib. Ancaq yaxşı olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz məsələlərdən də konkret misallar fonunda bəhs olunaydı.
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında məşhur bir fikri xatırlatdı ki, “doğrudan da üslub insandır”. Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb. Azər Turanın məruzəsi onun sənətə baxışını, mövqeyini və özünəməxsus üslubunu bütünlüklə ehtiva edir. Məruzədə zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə edən düşüncə müstəvisindən nəzər salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas səriştəsindən irəli gəlir. Məruzə yaxşı bir sistemləşdirmə nümunəsidir. Son yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə ümumiləşdirilib”.
Tənqidçi Bəsti Əlibəyli məruzənin əhatəli, konseptual, orijinal cəhətlərini dəyərləndirdi.
Yazıçı-publisist Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə inkişafda olub, düşüncə həyatımızın müəyyən sahəsini əhatə edib. A.Turan bu reallıqları yetərincə dəyərləndirib.
Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Azərbaycanın qədim torpağı olan Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Əhməd bəyin babası Mirzə İbrahim Şuşanın məşhur alimlərindən sayılırdı. Əmisi Mirzə Məhəmməd də o dövrün tanınmış ziyalılarından idi.
Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Orada bütün imtahanları uğurla versə də, cəbr müəllimi onu yəhudi hesab etdiyi üçün qiymətini kəsir və haqsızlıq nəticəsində Texnologiya İnstitutuna qəbul oluna bilməyib. Bu hadisədən sonra təhsilini Rusiyada deyil, Parisdə davam etdirmək qərarına gəlib və çox keçmədən Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olub. Eyni zamanda, Ali Təcrübi Tədqiqatlar Məktəbində dövrün tanınmış alimlərinin mühazirələrinə qatılıb.
Parisdə təhsilini başa vuran Əhməd bəy 1894-cü ildə İstanbula yollanıb və orada “İttihad və Tərəqqi”nin orqanı olan “Şurayi-Ümmət” qəzetində məqalələri dərc edilib. Burada 6 ay yaşadıqdan sonra atasının Şuşada vəfat etməsi xəbərinı alan Əhməd bəy Qafqaza qayıdıb. Bir müddət Tbilisidə yaşayıb və gimnaziyada fransız dilini tədris edib, eyni zamanda, “Kafkaz” qəzetində məqalələri dərc olunub. 1896-cı ildə doğma Şuşa Real məktəbinə fransız dili müəllimi təyin olunub.
Paris və İstanbuldan sonra o, ömrünün üç ilini doğma Şuşada keçirib, həmyerlilərini birləşdirməyə, onların milli şüurunu oyatmağa çalışıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışmaqla yanaşı, dini mövhumata qarşı da ciddi mübarizə aparıb. Buna görə də öz doğma şəhərində onu əvvəlki kimi Əhməd bəy deyil, “Firəng Əhməd” deyə tanıyıblar.
1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb və “Kaspi” qəzetinin əsas müəlliflərindən biri və redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əlimərdan bəy Topçubaşovla sıx əməkdaşlıq edib. Jurnalistika ilə yanaşı, müəllimlik fəaliyyətini də davam etdirən Əhməd bəy, Bakı məktəblərindən birində fransız dilinin tədrisi ilə də məşğul olub.
Aktiv ictimai-siyasi fəaliyyətinə görə, Bakı Şəhər İdarəsinə üzv seçilib. İlk əsəri olan “Axund və İslam”ı da elə həmin vaxtlarda qələmə alıb. İlk kitabı olan “Jenşina po islamu i v islame” (“İslama görə və islamda qadın”) rus dilində Tbilisidə 1901-ci ildə işıq üzü görüb. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi “Həyat” qəzetini Əli bəy Hüseynzadə ilə birgə buraxmağa başlayan Əhməd bəy 1906-cı ildə “İrşad” qəzetini, bir il sonra isə rus dilində “Tərəqqi” (“Proqress”) qəzetini nəşr etdirib.
1905-ci ildə ermənilərin “Daşnaksutyun” terror təşkilatının Azərbaycan xalqına qarşı amansız divan tutmasından və Rusiya imperiyasının buna biganəliyindən hiddətlənən Əhməd bəy Sankt-Peterburqa gedərək müsəlmanların müdafiəsi üçün çıxış edib. Lakin imperiya məmurlarının ermənipərəst mövqeyindən daha da hiddətlənərək Bakıya qayıdıb. “Fədai” cəmiyyətinin yaradılması təşəbbüsü ilə çıxış edən Əhməd bəy 1906-cı ilin fevral-mart aylarında Tbilisidə Qafqaz canişini İ.İ.Voronstov-Daşkovun sədrliyi ilə keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycanı fəal şəkildə təmsil edib. Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində qeyd edib ki, Əhməd bəy həmin görüşdə tutarlı faktlar və ittihamlarla erməniləri susdurur. Günlərlə xalqının müdafiəsi uğrunda mübarizə aparan Əhməd bəyin başı keçirdiyi əsəb və stresdən gicəllənir və onu sarayın başqa otağına aparırlar. Özünə gəldikdən sonra yenidən toplantıya qayıdıb çıxışına davam edir.
Danışıqların fayda vermədiyini görən Əhməd bəy, ermənilərə elə onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” – “Difai”ni yaradır. “Difai”nin qurulmasında əsas məqsəd azərbaycanlıları ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq idi. Azərbaycanlılara qarşı terror həyata keçirən erməni silahlıları və onlara şərait yaradan rus məmurlarını susdurmaq yolunda kifayət qədər uğurla fəaliyyət göstərən “Difai” tezliklə ermənilərin və Rusiya imperiyasının əsas hədəfinə çevrilir. Bu fəaliyyətinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib.
Əhməd bəyin Azərbaycan xalqı üçün ermənilərə qarşı apardığı mübarizə onun İstanbula gedişindən sonra da davam edir. “Tərəqqi” qəzeti Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşrini davam etdirirdi. Ermənilər isə özümüzdən olan havadarlarının köməyi ilə Əhməd bəydən qisas almaq üçün onun əleyhinə təbliğat aparmaqda idilər.
Əhməd bəy Ağaoğlunun kölgəsini qılınclayanlara cavab olaraq, Üzeyir Hacıbəyli “Tərəqqi” qəzetinin 1908-ci il 24 avqust tarixli nömrəsində yazırdı: “Əcəba, Əhməd bəy nə iş görübdür ki, ondan camaata zərər gəlsin? Əhməd bəy o adamlardan deyilmi ki, camaatın ən müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman cafieyi-mənhusəsində mərdü-mərdanə döşünü gərib qılıncdan kəskin bir müəssir qələmlə üzərimizə olan hücumları dəf edirdi. Bu yolda onun bir nəfər də olsun köməkçisi yox idi…”
Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsilə Istanbulda “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulub. Elə həmin il Osmanlı imperiyasının Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il ərzində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib. Həmin dövrdə Ziya Gökalp, Yusif Akçura, Məhəmmədəmin Yurdaqulla bərabər “Türk Ocağı”nı qurub. 1910-1914-cü illərdə “Xalqa doğru”, “Siratül-müstəqim”, “Türk Yurdu” kimi mətbuat orqanlarında çıxış edib. 1911-1912-ci illərdə İstanbul Universitetində “Türk mədəniyyəti tarixi” kafedrasının müdiri olub. 1915-ci ildə Afyonkarahisardan millət vəkili seçilib. Həmin il “İttihad və Tərəqqi”nin Ümumi Mərkəzinin üzvü olub və İstanbulda yaradılan “Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə”yə daxil olub.
Əhməd bəy Ağaoğlu Türkiyədə yaşasa da, doğma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edib. 1917-ci ildə Əlibəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə ABŞ prezidenti V.Vilsona təqdim edilən və Rusiya imperiyasında türk xalqlarının dözülməz vəziyyətindən söz açan müraciəti imzalayıb.
1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması nə qədər qürürverici olsa da, həmin illərdə bolşeviklərin dəstəyi ilə erməni daşnakları respublikamızın bir çox bölgəsini, eləcə də Bakını işğal edib azərbaycanlıları qəddarcasına qırmaqda idilər. Gənc müstəqil respublikanın öz ordusunun olmaması xalqımızı çətin hala salmışdı. Belə taleyüklü məsələdə Osmanlı qardaşlarımız yeni hökumətimizin səsinə səs verərək, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Həmin orduda siyasi müşavir olaraq, Əhməd bəy Ağaoğlu da Vətənin harayına gələnlər arasında idi. Azərbaycan hökumətində yaranan fikir ayrılığını aradan qaldırmaq üçün səylər göstərən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Gəncədə “Türk sözü” qəzetini təsis etməyə və qəzetin 2 nömrəsini çap etdirməyə müvəffəq olub. Sonra isə Qafqaz İslam Ordusu ilə birgə Bakının xilası üçün yollanıb. Bakı işğaldan azad edildikdən sonra Vətəndə qalan Əhməd bəy Ağaoğlu 1918-ci ilin dekabrında yaradılan Azərbaycan parlamentinə Qarabağdan millət vəkili seçilib.
Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyətini təsdiq edən Mündros sazişindən sonra Əhməd bəy Ağaoğlu Azərbaycanın mövcudluğunu qorumaq üçün Ənzəlidəki ingilis komandanlığı ilə danışıqlar aparan nümayəndə heyətinə başçılıq edib. Azərbaycanda vəziyyət nisbətən sabitləşdikdən sonra İstanbuldakı evinin yanması, ailəsinin küçədə qalması xəbərini alan və Türkiyəyə dönən Əhməd Ağaoğlu tezliklə Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində Fransa paytaxtına yollanmalı idi…
1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılmasına nail olmaq üçün Paris sülh heyətinə daxil edilib. Lakin hələ 1905-ci ildən başlayaraq, Ağaoğluna kin bəsləyən ermənilər İstanbulda onun yolunu ingilislərin əli ilə kəsirlər. Burada həbs edilən Əhməd bəy qısa müddət İstanbul həbsxanasında saxlandıqdan sonra, Osmanlı imperiyasının bir çox vətənpərvər paşaları ilə birlikdə Maltaya sürgün edilir. Maltada əsir həyatı yaşadığı iki il müddətində “Üç mədəniyyət” və “Könülsüz olmaz” əsərlərini qələmə alır.
Osmanlı imperiyasının süqutundan sonra yaranan Türkiyə Respublikası Maltadakı vətəndaşlarını ingilis əsirlərlə dəyişir. Həmin əsirlər arasında Əhməd bəy Ağaoğlu da var idi. Maltadan İtaliyaya yollanan Əhməd bəy, o vaxt Azərbaycana rəhbərlik edən Nəriman Nərimanova Romadan məktub yazaraq Azərbaycana qayıtmaq, xalqa xidmət etmək istəyini bildirir. Məktubun cavabında Nərimanov onu yüksək vəzifəyə dəvət edir. Lakin Nərimanovdan cavab məktubu alan zaman Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu sovet rejiminin tam mahiyyətini anladığı üçün Nərimanova bu dəfə fərqli məktub göndərir. Nəriman Nərimanova yazdığı cavab məktubunda Azərbaycana yox, Türkiyəyə dönməsi zərurətini aşağıdakı səbəblərlə əsaslandrır:
1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.
2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.
3. Məni əsarətdən qurtararaq, mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim, mənim üçün bir namus borcu olması fikri.
Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır.
Məktubunun sonunda isə yazırdı: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir!”
Yeni qurulan Türkiyə hökumətində Mustafa Kamal Atatürk Əhməd bəyə böyük etimad göstərir. İlk dəfə görüşdükləri halda həmyerlimiz haqda Atatürkdə yüksək təəssürat yaranır. Əhməd bəy Ağaoğlu 1921-ci ildə Mətbuat üzrə ümumi müdir vəzifəsinə təyin edilir və qurtuluş savaşının təbliğatçılarından birinə çevrilir.
1923-cü ildə Türkiyənin əsas nəşri olan “Hakimiyyəti-milliyyə” qəzetinə rəhbərlik edir. 1925-ci ildə Ankara Hüquq Məktəbinin professoru olaraq, orada dərs deməyə başlayır.
Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunu tarixin ən böyük türk ideoloqlarından biri hesab edirlər. Türkçülüyün ən böyük ideoloqlarından olan Əhməd bəy bu sahədə çox ciddi fəaliyyəti ilə tanınıb.
Türkiyə siyasi həyatında fəallığı ilə seçilən Əhməd bəyin əsas amallarından biri demokratik dövlət quruculuğu olub. Hətta bu xüsusda dəfələrlə ölkə rəhbərliyinə təklif və iradlarını bildirib, Atatürkün özü ilə bu barədə müzakirələr aparıb.
Elə bunun nəticəsidir ki, Atatürk Türkiyədə təkpartiyalı sistemdən ikipartiyalı sistemə keçməyi qərara alır və 1930-cu il avqustun 7-də müxalif “Sərbəst Firqə” qurulub. Onun rəhbərləri arasında Fəthi bəy və Nuri (Conker) bəylə yanaşı, Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy “Sərbəst firqə xatirələri”ni yazıb.
“Sərbəst firqə”nin ləğvindən sonra Əhməd bəy dövlət vəzifələrində çalışmaqdan imtina edərək, universitetdə dərs deməklə yanaşı, jurnalist fəaliyyətini davam etdirməyə başlayıb. 1933-cü ildə gündəlik “Akın” qəzetini buraxıb. Bu qəzet mayın 29-dan sentyabrın 24-dək işıq üzü görüb. Mövcud hökumətə qarşı müxalif olan “Akın” qəzeti demokratik prinsipləri rəhbər tuturdu. Çap etdiyi qəzet barədə Ağaoğlu yazırdı: “Demokratiyanı, azadlığı, vəzifə məsuliyyətini xatırlatmaq istəyən “Akın” yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməyən arslanca bir vətənsevərliklə irəliləyir”.
Həmin illərdə aparılan universitet islahatında Əhməd bəy ixtisar edilərək təqaüdə göndərilib. Həyatının qalan dövrünü qəzet çıxarmağa həsr edən Əhməd bəyin səhhəti get-gedə pisləşməkdə idi. 1938-ci ildə Mustafa Kamal Atatürkün vəfatı xəbərini Əhməd bəy Ağaoğlu ürəkağrısı ilə qarşılayır.
1939-cu il mayın 19-da türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlu anadan olduğu doğma Şuşadan minlərlə kilometr uzaqda, türk dünyasının qüruru və ən böyük şəhəri olan İstanbulda vəfat edib.
Ondan geriyə isə minlərlə məqalə “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” kimi dəyərli əsərlər qalıb.
Eşq- ömrünün sonuna qədər qəlbinin dərinliyində tüğyan edib çırpınan duyğu… Aşiqlər qovuşsa da, qovuşmasa da bu duyğu öz adını dəyişmir, sadəcə zaman keçdikcə həsrətə, nisgilə qarışır və hiddətlənir. Vaxt gəlir, beynində əzbərlənən ad, keçmiş xatirələr, bütün vücudunu sızıldadacaq ağrı olur. Yenə onunla söhbət etmək, birdən duruxub gözlərinin düz içinə qədər baxmaq, əllərinə, saçına, səsinin titrəyişinə toxunmaq istəyərsən. Hətta bu hissləri yenidən yaşamaq üçün o qədər darıxarsan ki, gözündə yaşlar donar. Gözünü bir nöqtəyə dikib, uzun müddət səssiz qalarsan. Bu, bəlkə də yaşananları qəbullanmaqla, “Kaş ki” kəlməsinin ortasında qalan hissdi. Çarəsizsən, amma sən bu yola tək davam etməlisən, yaşamağa çalışmalısan. Hə, hərdən özündən ixtiyarsız yaranan gülüşlərindən, yediyin gözəl yeməklərdən, onsuz gəzdiyin yerlərdən utanarsan. Yaxınlarının şad gününə qonaq gedəndə dodağına qonmuş kiçik busəni tez yığışdırarsan. Nə ani olaraq yaşadığın sevincini, nə də xoş günlərini doyunca yaşaya bilməzsən. Həmişə o duyğuların yarısına çatmadan yarımçıqlıq hiss edərsən. Qolun, qanadın sınar, amma yenə də davam edərsən… Gecənin bir yarısında, bütün dərdlərin, itirdiklərin gözünün önündə canlanar, oturduğun yerində qıvranıb möhkəm bağırmaq istəyərsən, amma olmaz. Əmanət körpələrin yatır. Gözlərini qıyıb, dizlərini qucaqlayıb özünə layla çalarsan… Bütün bunlar yarını itirmiş qadından -Şəhid Əlizadə Qorxmazın Şəbnəmindən müşahidə etdiklərimdir. Hələ hiss edə bilmədiyim çox şeylər var…
Əlizadə Qorxmazın həyatı, döyüş yolu, nakam qalan sevgi hekayəsi haqqında o qədər danışılıb ki, artıq bütün el-obanın dillər əzbəridir.Bu əzbər yaddan çıxmamalıdır, həkk olunanı silinməyə qoymamalıyıq… Şəbnəmin timsalında bütün mərd şəhid qadınları məğrur dayanmağa, övladlarına gözəl həyat bəxş etmək üçün çalışır… Bizim Şəbnəmin heç 30 yaşı belə yoxdu. Ömrünün yarısına belə çatmayıb, amma çiyinləri yaşından çox ağır yük daşıyır. Bir şəkli var, həyat yoldaşının məzarı qarşısında boynunu büküb dayanıb. Bu foto nəhəng bir ağrını təsvir edir. Həqiqi aşiq üçün o ağrıdan o tərəfi yoxdur…
Qəhrəman şəhidimiz, 1995-ci il yanvar ayının 27-də Qax rayonunun Cəlayır kəndində dünyaya göz açmışdır. Oxuduğu orta məktəbdə, hərbi təhsili aldığı liseydə, xidmət göstərdiyi hərbi hissədə böyük rəğbət qazanmışdır… O, hər uğurunu çətinliklə əldə etmişdir. Sevdiyinə qovuşmaq üçün hər şeyi gözünün önünə alıb ailəsini tam hala gətirmişdi. Bir gün müharibə başlanır və Qorxmaz yenə də hər şeyə rəğmən həyatında olduğu kimi, döyüşdə də qəhrəmanlıqlar göstərir. Düşmənlə əlbəyaxa döyüşür, zədə alsa da döyüşə davam edir…
Şəbnəm doğulacaq körpəsinin, hələ çox kiçik olan qızı Ömürün atasını qarşılyacağını xəyal edir. Ömürün atasının önünə qaçıb, onu bərk-bərk qucaqlamağını təsvir edir. Amma təəssüf ki, onun xəyalları başqa yönə istiqamət alır. O, sevdiyini üstündə üçrəngli bayrağımız olan tabutda görür. Həmin anda nələr yaşadığını, düşündüyünü yazmaq çətindir, bunu yaşayan daha yaxşı bilər… İkinci övladı doğulur, adını QorxmazFateh qoyur. Deyir, o mənim kiçik yarımdır. Övladlarının qoxusunu duya-duya həyat yollarında bərkiməyə çalışır, ayağına dolaşan əngəlləri aşmağa çalışır… İllər keçəcək, şəhid övladları böyüyəcək, bizim Şəbnəm də onlarla bərabər böyüyəcək. Amma danılmaz və üzücü bir faktdır ki, o nisgil heç vaxt səngiməyəcək. Vaxt-vaxt özünü biruzə verəcək…
Levonla Sərkis əllərini iplə sarıdıqları türk zabitini gətirirlər.
Onun saçları qarışıq, sir-sifəti qan içindədir.
Hərbi geyimi bəzi yerlərdən cırılıb.
Levon. Sən Baş komandanın mühafizəçisən. Yaxşı bilirsən ki, indi sənin taleyin bizim əlimizdədir, bizim mərhəmətimizdən asılıdır. İstəsək, buraxarıq, çıxıb gedərsən evinə-eşiyinə. Sən ağılsız deyilsən. Bilirsən, dediklərim ayrı-ayrı şeylərdir. Birinci halda gorbagor olacaqsan. Torpağın altında sümüklərin də çürüyəcək. İkinci halda sağ qalacaq, arvad-uşağının yanına gedəcəksən. Yunan ordusu sizdən güclüdür. Bu orduya başqa dövlətlər də dəstək verirlər. Mustafa Kamal başınızı piyləyib, siz də düşmüsünüz əli yalın ortaya ki, biz də vuruşuruq. Heç nəyə nail ola bilməyəcəksiniz. Yunanlar sizi qırıb axırınıza çıxacaqlar. İnanmırsan mənə?
Türk zabiti. Siz türk əsgərlərini yaxşı tanımırsınız. Son damla qanlarına qədər vuruşacaqlar.
Sərkis.Bəs sonra? Hamınız qırılandan sonra ağlınız başınıza gələcək? Ankaranın yolu açılacaq. Buna əmin ola bilərsən. Belə məlum olacaq ki, siz nahaq yerə döyüşmüsünüz. Onda yerdə qalanlar sizin orduya da, Baş komandanınıza da lənət yağdıracaqlar.
Türk zabiti. Bu sizin xam xəyallarınızdır. Qələbə həmişə bizimlə olub! Türk ordusuna da, Baş komandanımıza da həmişə alqış deyiblər!
Sərkis.Çal Dağı əldə saxlamaq üçün dəridən-qabıqdan çıxdınız. Nə oldu axırı? Haymanaya doğru çəkildiniz.
Türk zabiti. Bizdə belə bir atalar sözü var: «Bir işin önünə baxma, sonuna bax». Geri çəkilmək hələ məğlubiyyət deyil.
Sərkis. Sözümü kəsmə, qulaq as. Yunan ordusu fürsəti əldən verməyib Haymana üzərinə hücuma keçdi. Hərbi sursatınız çatmır. Ərzaq sarıdan da qıtlıqdır. Az qalırsınız bir-birinizin ətini yeyəsiniz. İndi yunanlar Haymana dağını da tutublar. Döyüşlərdə, bilirsən, nə qədər canlı qüvvə itirmisiniz?
Levon (qəh-qəhə çəkərək).Sayı yox, hesabı yox. Min nəfərə yaxın əsgər, səksəndən artıq zabit. Elə bilirsiniz itkilərinizdən xəbərimiz yoxdur?
Türk zabiti. Təklifiniz nədir?
Sərkis. Bizə sizin baş komandanın ölüsü, ya da dirisi lazımdır (bir kisə çıxararaq göstərir). Bu, qızıl kisəsidir. Sənə çatır. Biz deyənlə durub-otursan əlavə mükafatın da olacaq.
Türk zabiti. Sizin millətin qanında var bu satqınlıq, yaramazlıq, şər toxumu səpmək, ara qarışdırmaq, ara düzəltmək. Sizin xəmiriniz pis-pis işlərlə, hiylə və məkirlə, xəyanətlə yoğrulub. Həmişə yediyiniz qaba tüpürmüsünüz.
Levon(əlini qaldırıb onu vurmaq istəyir, Sərkis qoymur. Mühafizəçiyə). Ömründə bir dəfə sən də yediyin qaba tüpür. Qorxma, dünya dağılmaz. Əvəzində azadlığa, var-dövlətə çatarsan.
Türk zabiti. Onda mən türk yox, erməni olardım. Məni öldürə bilərsiniz. Fəqət qulağınızda sırğa edin. Biz Çanaqqala müharibəsi, İnönü döyüşləri kimi Sakarya meydan müharibəsini də udacağıq. Vətənimizi düşmənlərə verən deyilik! Ölkəmizə sahib çıxmaq arzunuz da gözünüzdə qalacaq! Torpağımıza soxulan, soxulmaq istəyən soxulcanların, ilanların biri də cəzasız qalmayacaq! Yadınızda saxlayın: yırtıcı quşun ömrü az olar!
Sərkis (sinirli). Gəl daşı tök ətəyindən, tərslik eləmə. (Levona) Ara, bu musurman həmişə belədir. Xeyrini bilmir, sonra peşman olur.
Türkzabiti. Yanılırsan.
Sərkis. Gecə qara, cücə qara. Axşam düşəndə fürsət tap, bıçağı sapla Mustafa Kamalın ürəyinin başına, ol dünyanın xoşbəxti.
Türkzabiti. Xəyanətkar millətin verdiyi vəd də yalan olur.
Sərkis. Levon, eşitdin, o bizə inanmır. Elə isə mükafatını qabaqcadan veririk (ikincikisənidəçıxarıb, hərikikisənionunayaqlarıaltınaatır).
Türkzabiti (ayağıiləkisələrivurubkənaraatır). Hər dəfə ermənilərə rast gələndə onların nə qədər rəzil və murdar olduqlarına bir daha əmin oluram. Yunanlar, Çal Dağı və Haymananı ələ keçirsələr də, onların durumu heç də ürəkaçan deyil. Bizim də bunlardan xəbərimiz var. Bizim bir həmləmiz yetər ki, yunanlar geri çəkilsinlər. Siz erməniləri insan yox, şeytan doğub. Doğan yerdə onun qarnına şiş bataydı. Mən sizə nifrət edirəm (türkzabitiLevonunüstünəatılır, ayağıilədəSərkisivurur). LevonlaSərkistürkzabitiniyerəyıxıbəzişdirirlər. Onunmüqavimətgöstərdiyinigörübbıçağısinəsinəvururlar.
Türkzabiti (yerindəqıvrılaraq). Məhv olsun düşmən! Yaşasın Baş komandan! Mustafa Kamal paşaya, türk ordusuna eşq olsun! Yaşasın azad və müstəqil Türkiyə! (ölür).
Sərkis. Mən bu türkləri yaxşı tanıyıram. Bunlar öz rəhbərlərinə xəyanət etməzlər. Ölənə kimi vuruşacaqlar. Zabitin dediklərində həqiqət var. Əlac özümüzə qalıb. Qızılları götür, əkilək. Gəlib çıxan olar, atamızı yandırarlar (gedirlər).
Uğur. Bu yunanlar yaman baş aparır ha! Qovuruq, fırlanıb yenə üstümüzə gəlirlər.
Özgün. Baş aparmaq üçün baş lazımdır. Başları olsaydı, gəlib buralara çıxmazdılar.
Fərhad. Sənin sözlərin yadıma bizim Molla Nəsrəddini saldı. Yaman baməzə kişi olub. Sizlərdə ona Xoca Nəsrəddin deyirlər. Bir dəfə Molla evinə gələndə görür ki, qonşular onun həyətinə yığışıblar. Birisi Mollaya deyir: «Arvadın yıxılıb ağlı başından çıxıb». Molla halını pozmur. Deyir: «Mən öz arvadımı hamıdan yaxşı tanıyıram. Onun ağlı heç əvvəldən yox idi. Görəsən başından çıxan nədir?!» İndi, ay uşaqlar, bu düşmənin başındakı ağıldır, yoxsa bizim Molla demişkən, nədir? Bilmirəm.
Əsgərlərgülürlər. Özgünsiqaretçıxarıbyandırır.
Uğur. O gün Fevzi Çakmak paşa deyirdi ki, bu müharibə yunanlarla son müharibə olacaq. Onları Ağdənizə tökəcəyik!
Fərhad. Uğur, deyirsən yunanları yuyub sonra asacağıq ki, qurusunlar?! Necə fikirləşirsən, onları dənizə töksək, günahları yuyular?
Özgün. Fərhad, onların günahını heç nə yumaz. Nə su, nə güllə, nə də od!
Samətçiynindətüfənggəlir.
Uğur. Gəl, Çərkəz Ədhəmin gül balası.
Samət. Uğur, yenə başladın? Allah Çərkəzin başına daş salsın. Başımızı piyləyib ağlımızı almışdı.
Özgün. Türk ozanları bilirsən sənin kimilər barəsində nə deyiblər? Qulaq as (tüfəngigötürübsazkimiçalır):
Qaracaoğlan, gəz mərd ilə,
Ülfət qılma namərd ilə.
Fələk bizi bu dərd ilə
Qoyar qaçar, demədimmi?
Üğur.Ay Samət, bəs bilmirdin ki, Çərkəz Ədhəm bərkə düşəndə, öz canının hayına qalacaq, sizi qoyub qaçacaq? Ay canım, adam qoşulanda da bir fərlisinə qoşular.
Samət. Xəcalətimdən az qalır yerə girim. Arvad-uşaq da üz döndərmişdi. Nə yaxşı ki, Mustafa Kamal paşa ilə İsmət paşa məni bağışladılar. Günahımı yumaq üçün fürsət verdilər. Daha ağlım başıma gəlib, narahat olmayın. Ancaq sizdən bir xahişim var: keçmişimi xatırladıb mənə əzab verməyin.
Özgün (Uğura). Eşitdin? Doğru deyir. Daha düşükləmə. Samət, əslində biz səni dolamaq üçün yox, döyüşqabağı kefimizi açmaq üçün zarafat edirik. Fərhad, başla. Molla nə deyir?
Fərhad. Mollanın evinə oğru gəlir.
Fevzi Çakmak paşa sakitcə gəlib qulaq asır.
Oğru otağın birindəki şeyləri yığışdırıb çölə çıxır. Molla da əyləşdiyi otaqdakı şeylərdən əlinə keçəni bir çamadana yığıb onun dalınca düşür. Gəlib çıxırlar oğrunun evinə. Oğru baxır ki, Molla onun yanında dayanıb. Ondan soruşur: «Sən mənim evimdə nə edirsən?» Molla cavabında deyir: «Bəs bura köçmürük?»
Əsgərlər gülürlür. Fevzi Çakmak paşanı da gülmək tutur. Fərhadonugörübpərtolur.
FevziÇakmakpaşa. Fərhad, oğlum, narahat olma. Hər şey qaydasındadır. Mən çox sevinirəm ki, döyüşqabağı deyib-gülürsünüz. Savaşa belə nikbin ruhla, üzügülər gedərlər. Onda qələbə də asan qazanılır. Molla Nəsrəddinin lətifəsi idi?
Fərhad. Bəli, paşam.
FevziÇakmakpaşa. Ağız ədəbiyyatında türk xalqlarının ortaq nümunələri çoxdur. Atalar sözlərimiz, bayatılarımız, «Koroğlu», «Dədə Qorqud» dastanlarımız…
Fərhad(atəşaçır). Al gəldi… Düz sinəsindən vurdum. Aşdı.
Samət. Birini də mən vurdum.
Şəkildəyişir. FevziÇakmakpaşaqərargahdaəyləşib. Yunanordusundanəsiralınmışikiəsgərdayanıbgözləyir. Əlisilahlıüçəsgəronlaranəzarətedir. Yorğunluqdan və bir də vaxtlı-vaxtında yemədiklərindən əsirlərin sifətlərinin əti çəkilib. Qorxudan gözlərinə qaranlıq və vahimə çöküb.
Fevzi Çakmakt paşa(hündürboylu əsirə üzünü tutaraq). Buyur, görüm.
Əsir(çəkinə-çəkinə). Desəm, inanmayacaqsınız. Əslində biz əsgərlər bu müharibəyə öz xoşuna qoşulmamışıq. Mən kəndli babayam. Başımızı əkin-biçinlə zorla dolandırırıq. Bir çətən külfətik… Yalvarıram, məni öldürüb anamı gözü yaşlı qoymayın.
Fevzi Çakmak paşa (sinirlənib ayağa qalxır, siqarını yandıraraq). Bəs bu yayın istisində öldürdüyünüz cavanların anası yoxmu?
Əsir (başını aşağı salaraqgözlərinin yaşını axıdır). Mən əvvəldən Allahıma yalvarırdım ki, müharibə tez qurtarsın. Müharibəyə gələnə qədər heç toyuq başı da kəsməmişəm. Adam öldürmək mənlik deyil. Gülləni də qorxa-qorxa atıram. İlk günlər atəş səsindən diksinirdim, elə bilirdim güllə mənə dəyib. Əlimlə bədəni yoxlayıb salamat qaldığımı görəndə bir təhər sakitləşirdim… Üstümüzə pulemyotları tuşlayaraq bizi məcbur edirdilər ki, vuruşaq. Hansı təpəyə hücum əmri verilirdisə deyirdilər: bu təpənin arxasında Ankaradır. On altı gün ötdü. Ankara görünmədi… «Türklərin əlinə keçsəniz, hər tikənizi qulağınız boyda edəcəklər» deyib bizi qorxudurdular …
Fevzi Çakmak paşa (o biri əsirə müraciətlə). Buyur, görüm, yəqin səni də zorla müharibəyə göndəriblər?! (əsirin dinmədiyini görüb). Sən könüllüyə oxşayırsan Yəqin öz xoşunla müharibəyə qatılmısan?!.
Əsir dillənmir. Bayırda canlanma. Mühafizəçinin səsi eşidilir: «Farağat!» Fevzi Çakmak paşa qalxıb çölə çıxır. Atatürk görünür.
Atatürk (komanda verir). «Azad!» (görüşürlər).
Fevzi Çakmakpaşa. Paşa həzrətləri, xoş gördük!
Atatürk. Gün aydın! Nə var, nə yox?
FevziÇakmakpaşa. Əsirləri dindirirdim.
Atatürk. Gedək, sorğu-sualı davam etdir.
AtatürkvəFevziÇakmakpaşaqərargahadaxil olurlar.
FevziÇakmakpaşa (sualınıtəkraredərək). Sən də məcburən müharibəyə gətirilibsən?
Atatürk (əsirinsusduğunugörərək). Hara vətəndaşısan?
Atatürk. Demək, sənin vətənin Türkiyədir. Millətindən asılı olmayaraq hamı vətəni qoruyur. Sən isə vətənə qarşı vuruşursan. Bilirsən səni necə bir aqibət gözləyir?! (xəyanətkaranifrətləbaxaraq). Türkiyənin, türk xalqının siz rumlulara nə pisliyi keçib ki, onu sevmirsiniz, bu ölkəyə, bu millətə qarşı belə namərdlik, nankorluq edir, xəyanətkar mövqe tutursunuz? (əsirinsusduğunugörərək). 1919-cu ildə yunanlar İzmirə girəndə sənin doğulduğun, boya-başa çatdığın, çörəyini yediyin, suyunu içdiyin, havasını udduğun bu şəhərdə daşı-daş üstə qoymur, dinc sakinləri öldürür, uşaqların başlarını kəsirdilər. Siz rumlular da sevinc içərisində onların qabağına qaçır, düşmənlərimizi duz-çörəklə qarşılayırdınız…
FevziÇakmakpaşa. Yadına düşmür? Yəqin İzmirin işğalı zamanı rumluların yunan ordusunu sevinclə, coşqun hərarətlə qarşıladığının, döyüşçüləri qucaqlayıb öpdüklərinin sən də şahidi olmusan. Yəqin sən özün də o birilərə qoşulub işğalçılara gül-çiçək dəstəsi gətiribsən.
Atatürk. İzmir mitropoliti Xristostomas çağırılmamış qonaqlara, işğalçılara xeyir-dua verirdi.
FevziÇakmakpaşa. Rumlular yunan taburunun qarşısına çıxaraq: ZitoVenizelos! Zitayunanəsgərləri! – deyə qışqırırdılar.
Atatürk. Yunanlar türklərə divan tutmağa başlayanda yerli rumlular da onlara qoşulmuşdu. Onlar da türkləri öldürür, evlərini yandırır, talançılıq edirdilər. Bunların heç biri yadına düşmür? İnanmaq olmur.
Əsir. Doğru deyirsiniz, komandir, bu əslində biz gənclərin deyil, bizim böyüklərimizin, ağsaqqallarımızın, ağbirçəklərimizin günahıdır.
Atatürk. Öz səhvini başa düşdüyün üçün, yoxsa canını qurtarmaq üçün belə deyisən? Bunu bilmədik. Amma həqiqəti söylədin.
FevziÇakmakpaşa. Əsirləri aparın.
AtatürkFevziÇakmakpaşanınqulağınanə isəpıçıldayır. Fevzi Çakmak paşa əli ilə işarə verir. Türk əsgərləri dayanırlar.
(əsgərlərə). Rumlu əsiri aparın, o biri isə qalsın.
Atatürk (əsirə).Mən belə başa düşdüm ki, sən siyasi oyunların qurbanısan, istəmədiyin halda müharibəyə qatılmısan.
Əsir (sevincək). Doğru buyurursunuz, qurbanın olum.
Atatürk. De, görüm, yunan ordusunun durumu necədir?
Əsir. Onların gücü tükənməkdədir. Ciddi ərzaq qıtlığı ilə üzləşiblər. Bir tərəfdən bu, digər tərəfdən fasiləsiz döyüşlər əsgərləri yorub əldən salıb. Daha pisi, mərmi ehtiyatı azalıb. İtkiləri elə çoxdur ki, yüz əlli nəfər əsgərdən təşkil olunmuş bölüyün hər birində indi vur-tut 25-30 döyüşçü qalıb. Müharibə döyüşçüləri təngə gətirib. Bir himə bənddirlər ki, aradan çıxsınlar. Geri çəkilmək barədə söz-söhbət gəzir.
Atatürk(ayağaqalxaraq). Bunu buraxın, çıxıb evinə-eşiyinə getsin.
(Fevzi Çakmak paşaya). İndi müharibə bir dönüş nöqtəsinə gəlib çıxıb. Tərəflər geri çəkilmək üzrədirlər. Türklər daha qətiyyətli və dözümlü çıxdılar. Biz müdafiə xətlərində açılan gədikləri qapamaq üçün əlavə qüvvələrdən istifadə etdik. İndi əks-hücuma keçə bilərik. Ancaq nəzərə almaq lazımdır ki, qarşıdakı savaş heç də asan olmayacaq. Sol cinahda yunan qüvvələrinin qarşısı alınıb. Ankaranı gözləyən təhlükə sovuşub. Lakin hələlik bu azdır. Düşmən Orta Anadoludan da qovulmalıdır. Fevzi Çakmak paşa, bütün komandirlərə çatdırın: əks həmlə zamanı əsas diqqət sağ və orta cinahlara yönələcək!
Fevzi Çakmak paşa. Yunanlar geriləmək fikrində deyillər. Əksinə, Sakarya çayının qərbində səngər qazırlar.
Atatürk. Ona görə əmr edirəm: Solumuzdakı ən yüksək təpəyə – Dua Təpəyə hücum! (gedirlər).
Levon və Sərkis gəlirlər.
Levon. Ara, bu Türkiyənin padşahı lap keyquludur. Bütün torpağı əcnəbilərə pay-bölüş edib… İndi dəbdə Mustafa Kamaldır. İşlərimiz yalnız onda düzələcək ki, o, ortadan götürülsün. Türk zabitini dilə tuta bilmədik. Zalım oğlu ölümünə razı oldu, ancaq dediyindən dönmədi. Belə yerdə türklər özləri deyiblər: «Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda». Hə, aşna, əlac özümüzə qaldı. Mustafa Kamalı öldürsək, tarixə düşərik.
Sərkis. Nə danışdığını bilirsən. Mən də istərəm ki, o öldürülsün. Onun axırına öz əllərimlə çıxardım. Amma Mustafa Kamalı öldürmək mümkün olan şey deyil. Əvvəla, türk milləti, türk xalqı onu çox sevir, ona inanır, onun ardınca ölümə belə desən gedir. Həm də bu adam tilsimlidir. Padşah onun ölümünə fərman vermişdi, bacarmadı. Neçə dəfə sui-qəsd təşkil olundu, alınmadı. Vəziyyətdən çıxmağı bacarır. Zalım oğluna güllə də batmır. Lap möcüzədir. Yəqin xəbərin var.
Levon. Var.
Sərkis. 1915-ci il Conkbayır döyüşlərində ingilis snayperi onun ürəyinin başını nişan alıbmış. Əlləri titrəmədən tətiyi də çəkib. Atəş açılıb, ancaq Mustafa Kamal sağ qalıb. Musurmanlar belə qəribə hadisələr baş verəndə deyirlər: “Anası namaz üstündə imiş!” Eşitmisən yəqin niyə ölməyib. Cib saatını döş cibinə qoyubmuş. Vallah möcüzədir. Elə bil əvvəldən ürəyinə damıbmış. Həmin saat onu ölümün pəncəsindən qurtarıb. Güllə saata dəyib yerə düşüb.
Levon. Bu müharibədə türklər məğlub olsa, bizim işlərimiz düzələcək, qalib gəlsələr – bütün ümidlərimiz puça çıxacaq. Bu Mustafa Kamal olmasaydı, Türkiyə çoxdan batmışdı.
Sərkiz. Bilməmiş olmazsan. Çoxdandır Türkiyə torpaqlarında ingilislərin də gözü var. Fəqət nə qədər müharibə aparsalar da, istəklərinə çata bilməyiblər. Çanaqqala, Arıburnu, Anfartalar, Conkbayır döyüşlərində Mustafa Kamal ingilislərə aman verməyib. Onlar İstanbulu tutmuşdular. Oradan da çıxarıldılar. Londonda parlament üzvləri bir yerə toplaşıb tələb ediblər ki, Böyük Britaniyanın baş naziri Herbart Henri Askvit gəlib bizə anlatsın ki, bu nə məsələdir? Bu qədər xərc niyə havaya sovrulub, heç bir qələbə qazanılmayıb? Baş nazir, bilirsən, nə deyib?
Levon. Sən də özünü çox bilən göstərmə. Mən bilirəm nə deyib. Deyib: Cənablar, burada mənim təqsirim yoxdur. Dünyada tarixi şəxsiyyətlər yüz ildə bir dəfə doğulur. İndi mən nə edim ki, bu xoşbəxtlik Türkiyəyə nəsib olub. Mustafa Kamal paşa meydana çıxıb. Günah məndə yox, onda, onun qabiliyyətində, gücündədir.
Sərkiz. Mustafa Kamalı məhv etmək üçün onun ətrafındakı adamları, ona sadiq şəxsləri bir-bir dənləmək lazımdır.
Levon. Birincisi Fevzi Çakmak paşadan, sonra İsmət paşadan başlamaq lazımdır. Yunanları İnönüdə darmadağın etdilər. Mustafa Kamal bu döyüşü uğurla başa çatdırdığına görə İsmət paşaya İnönü ləqəbi verib.
Sərkiz. Mustafa Kamal at belində döyüşün ən təhlükəli yerlərini gəzir. İmkan olsa onu, olmasa ya Fevzi paşanı, ya da İsmət paşanı aradan götürməli, bu xalqa dağ çəkməliyik. Gəlsənə paltarımızı dəyişib türklərin içərilərinə girək. Müharibədir, it yiyəsini tanımır.
Levon. Paltarlarımızı dəyişdik, bəs burnumuzla nə edək? Əyri badımcan kimi adamın gözünə girir. O saat biləcəklər ki, erməniyik.
Sərkiz. Düz deyirsən. Onların arasında olsaq, sui-qəsd həyata keçən kimi bizi parça-parça edərlər. Yaxşısı budur, daşın, ağacın arxasında gizlənib məqam gözləyək.
İsmətpaşa. Neçə gündür Mustafa Kamal paşa dinclik nədir bilmir. Yenə döyüş meydanındadır. Atla təhlükəli yerləri gəzir. Rəsmi fəaliyyətimdə olduğu kimi, şəxsi həyatımda da Mustafa Kamal paşa mənimvəlinemətimdir. Bütün hadisələrdə uğurlara yiyələnməyimdə onun çox böyük zəhməti olub. O özündən daha çox mənim uğur qazanmağıma çalışıb… Biz hamılıqla onu qorumalı, sağlamlığı qayğısına qalmalıyıq.
LevonvəSərkisxəlvətigəlibgizlənirlər.
XalidəEdibAdıvar. Paşa həzrətləri mənim xətrimi istəyir. Odur ki, sözlərimdən incimir. Hərdən onunla ərklə danışıram. Hər dəfə ona deyirəm ki, özünə fikir versin. Qulaq asmır. Yorğunluqdan və yuxusuzluqdan gözlərinin ətrafını tünd mavi dairələr bürüyüb. Gözünün acısını çox vaxt əyləşdiyi kresloda alır. Bu da olur onun yuxusu, istirahəti. Müharibələr də bitib-tükənmək bilmir. Deyəsən paşa həzrətləri gəldi. Mən gedim (çıxır).
Türkzabitiİsmətpaşayayaxınlaşır.
Zabit. Baş komandan sizi soruşurdu.
İsmətpaşa. Qərargahdan bəzi sənədləri götürüm, gedək.
İsmətpaşaqərargahadaxilolur, zabitgözləyir.
(çıxır). Gedək.
Levon(astacaSərkisə). Hərəmiz birinə atəş açaq. Hədəfə təkcə İsmət paşa alınsa, yanındakı zabit bizi vura bilər.
Atatürk(gəlir, yerdəsərələqalmışSərkisəbaxaraq).Burada nə hadisə baş verib?
Əsgər. Dığalar İsmət paşaya güllə atıblar..
Atatürk(İsmətpaşaya). Yaralandın?
İsmətpaşa. Xeyr, əfəndim. Xoşbəxtlikdən güllə açılmadı. Amma bir zabitimiz yaralanıb.
Atatürk(ətrafınabaxaraq). Yarası ağır idi?
İsmətpaşa. Məncə, yüngül yaralanıb.
Atatürk(yaxınlaşaraqSərkisəbaxır). Atəş açan budur? Ermənidir…
İsmətpaşa. Elədir, paşam.
Atatürk. Ehtiyatlı olmaq lazımdır. Bu ermənilər bizimkilərə xətər toxundurmaq üçün həmişə fürsət axtarırlar. Tələt paşanı da, Ənvər paşanı da, Camal paşanı da öz qanlarına qəltan edən də bunlar oldu.
İsmətpaşa. Doğru buyurursunuz, paşam. İki nəfər idi. O biri qaça bildi (əsgərlərə). Bu yaramazı buradan rədd edin.
XalidəEdib. Şükür allaha, pis deyil. Hamı qələbə gününü gözləyir. O isə uzaqda deyil.
Atatürk(uzaqlarabaxaraq, XalidəEdibə). O təpələri görürsünüz?! Ora Qaradağdır Bir baxın, yunanlar geri çəkilirlər.
Atışma. Yaralılar, çiyni tüfəngli əsgərlər gəlib səhnədən keçirlər. Atatürk və Xalidə Edib söhbəti kəsib onlara baxırlar.
Xalidə Edib. Paşa həzrətləri, əməliyyat uğurlu gedir. Bu məni çox sevindirir.
Atatürk. Planımız baş tutdu, xanım əfəndi. Qaradağ az sonra geri qaytarılacaq. Amma itkilərimiz çox oldu. Bax, bu məni ağrıdır. Tümənlərimizin birində əsgərlərin tən yarısı həlak olub.
XalidəEdib. Döyüş itkisiz ötüşmür, əfəndim. Əsas məsələ odur ki, düşmənə yaxşı dərs verdik.
(tanıyaraq). Nəm-nişanından İsmət paşaya atəş açıb qaçan dığaya oxşayır.
Atatürk. Azər, oğlum,onu necə ələ keçirdiniz?
Azər. Döyüş ara vermişdi. Səngərə yatıb dincimizi alırdıq. Xəbər gəldi ki, bir nəfər yerə yata-yata ağaclığa sarı gedir. Ehtiyatla başımı qaldırıb baxdım. Gördüm həmin bu yaramazdır. Yoldaşlarıma dedim ki, istəyirəm onun ardınca gedim. Baycan tək yola çıxmağıma razı olmadı. Birlikdə bu dığanın ardınca düşdük. Öldürə bilərdik, fikirləşdik ki, əsir götürək. Demə, döyüş meydanından aralanmaqda məqsədi varmış (gülməktutur). Cənab Baş komandan, gərək bağışlayasınız. Özünü ağaclığa təzəcə vermişdi ki, başının üstünü aldıq. Ələ keçdiyini görüb sarısını uddu. Qorxusundan ağaclığa nə üçün çəkildiyi də yadından çıxdı. Dərhal tərk-silah etdik.
Baycan. Yolda bizə yalvarıb-yaxarırdı ki, onu buraxaq. Hərəmizə bir kisə qızıl boyun oldu. Qızılları aldıq, özünü isə bura gətirdik. İsmət paşaya atəş açan ermənidir. Bu da qızıllar… (kisələriuzadır).
XalidəEdib (qızıllarıalaraq). Ordunun ehtiyaclarına sərf olunar.
Azər. Bu ermənilər harada olsalar, ziyankarlıqla, qan tökməklə, xəyanətlə məşğul olurlar. Dəsxətt hər yerdə eynidir.
Baycan. Ötən əsrin əvvəllərində Cavad xan Gəncədə rus qoşunu ilə döyüşəndə şəhərin erməni sakinləri rus generalı Sisyanova bələdçilik edirdilər.
Azər. Bunlar 1905-ci ildə, 1915-ci ildə, 1918-ci ilin martında Bakıda, başqa bölgələrimizdə saysız-hesabsız qırğınlar törədib, azəri türklərini qətlə yetiriblər. Türklərə qarşı nanklorluq və xəyanət etdiyinə görə qulağı kəsilən Andronik, bir Allah bilir, Qarabağda saysız-hesabsız dinc əhalini qılıncdan keçirdi.
Baycan. Yaxşı ki, türk ordusu köməyimizə gəldi. Qafqaz İslam ordusu, Nuru paşa ilə Kazım Qarabəkr paşa imdadımıza çatmasaydı, ermənilər Azərbaycanda daşı daş üstə qoymazdılar.
Atatürk. Biz – türklər və azərilər qardaş millətik. Bir-birimizə arxa, dayaq durmalıyıq. O zamanlar Azərbaycana kömək əlimizi uzatdıq, Azərbaycan Demokratik Cümhuriyyəti də dar günümüzdə bizə dəstək durdu. İndi budur, siz azərbaycanlılar burada – Anadoluda bizim yanımızdasınız, bizimlə çiyin-çiyinə düşmənlərimizə qarşı vuruşursunuz. İgidlər, bu köməyə görə sağ olun! Mən sizdən çox razıyam. Neçə-neçə Anadolu türkü Azərbaycanda, azəri türkləri Anadoluda şəhid olub. Onların ruhu şad olsun!
XalidəEdib. Azərbaycan rusların, ermənilərin caynağından xilas olub öz dövlətini qurdu. Fəqət qoymadılar ki, bu dövlət yaşasın. Ruslar gəlib yenidən işğal etdilər.
Atatürk. Xalidə xanım, sabah nə olacağını heç kim qabaqcadan söyləyə bilməz. Sovetlər birliyi də Osmanlı dövləti kimi, Avstriya-Macarıstan kimi parçalana bilər. Bu gün əlində möhkəm tutduğu müttəfiqlər ovuclarından qaça bilər, o zaman Türkiyə nə edəcəyini bilməlidir!
FevziÇakmakpaşavəİsmətpaşagəlirlər.
FevziÇakmakpaşa. Güclü top atəşindən, təyyarəçilərimizin bombardmanından düşmən özünü itirib, pərən-pərən düşüb. Türklər irəliləyirlər. Qaradağ geri alınıb.
Atatürk. Baş qərargahı azad olunmuş yerə köçürün!
İsmətpaşa. Oldu, cənab Baş komandan! (gedir).
Azər. Paşa həzrətləri, əfv edin. Biz gedək (gedirlər).
FevziÇakmakpaşa. Düşmən hələ Türkiyə ərazisini tərk etməyib. Yunanlar geriləyir. Görəsən, bu, ümumi geriləmədir, yoxsa düşmən haradasa mövqe tutub yenə döyüşə girəcək?
Atatürk(əliiləgöstərərək).Türk süvari kolordusu Sakarya çayının o biri sahilinə adlayıb yunanların nicat yollarını kəssin!
İsmətpaşa. Aldığım məlumata görə, türk partizanları dağlardan enib düşmənin arxasına keçiblər. Onlar qəfil həmlələr edir, nəqliyyat yollarını, dəmir yol stansiyalarını tutur, relsləri sökürlər. Bununla yunan qüvvələrinin rahatca geri çəkilməsini çətinləşdirir, onlara itkiləri verirlər.
Atatürk. Düşmənin müqaviməti qırılıb. İndi onlar öz başlarının hayındadırlar. Afinadan ümumi geriçəkilmə əmri verilib. Yunanlar məğlubiyyətə uğrayıb qaçırlar.
FevziÇakmakpaşa. Lakin ağıla gəlmək, tutduqları əməllərdən peşman olmaq, xəcalət çəkmək əvəzinə ötüb keçdikləri yerləri viran qoyurlar. Bununla həm bizimkilərdən qisas alır, həm də qəzəblərini söndürməyə çalışırlar. Necə edək? Yorulub əldən düşmüş türk ordusu indi onları təqib edəcək halda deyil.
Atatürk. Sivrihisap üzərinə bir süvari həmləsi yapsanız kifayətdir.
Əsgərvəzabitlərgəlirlər. Səhnəyətürkbayrağıgətirilir (onlara mürajiətlə). Türk xalqının mərd oğul və qızları! Ananızın südü, doğma vətənin çörəyi Sizə halal olsun! Zəfər münasibətilə Sizi təbrik edirəm!
Atatürk. Milli ordumuz düşmənə layiqli dərs verdi. Mən qələbəyə inanırdım. Zabitlərimiz də, əsgərlərimiz də özlərinə arxayın idilər, bilirdilər ki zəfər onlarındır. Yaralıları xəstəxanalarda yerləşdirin. Onların müalicəsi üçün əllərindən gələni əsirgəməsinlər. Xəstəxanalar dava-dərmanla və ərzaqla təmin edilsin. Həlak olanlar qəhrəmanlara layiq şan-şöhrətlə dəfn edilsinlər. Qələbə məndə xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürəm (birdənayaqsaxlayaraqfikrəgedir). Bu qəhrəman sağdırmı?
Şəfqətbacısı. Xeyr, əfəndim, həlak olub.
Atatürk. Onun sifəti mənə tanış gəlir. Fəqət, yadıma sala bilmirəm. Əlində kağız var. Yəqin məktubdur. Xahiş edirəm, açıb oxuyun. Bəlkə məktubdan bir şey öyrənə bildik.
Zabit(məktubugötürüboxuyur). «Əgər döyüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qayıtmışdım. Anam, bacım, bir də mən döyüşləri izləyir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxardılar. Evsiz-eşiksiz idim.
Atatürk (acıtəəssüflə). Zavallı…
Zabit (məktubuoxumaqdadavamedir). Xalamın xahişi ilə onlarda gecələməli oldum. Səhər ertə yuxudan qalxdım. Saçlarımı qayçı ilə kəsdim ki, məni oğlan bilsinlər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını göstərirəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hələlik döyüşürəm, qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza böyük ümidim var…»
Atatürk (aşağıəyilibbirdahadiqqətləcəsədəbaxır). Bu ki Aydandır (kövrələrək). Təəssüf, çox təəssüf. Çox qeyrətli, vətənpərvər və igid qız idi. Qanlı müharibə bu məsum, bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının həyatını aldı. Onu qoruya bilmədik. Aparın, Aydan qızımızı dəfn edin.
Aydanıxərəyəqoyubaparırlar. Fevzi Çakmak paşa, İsmət paşa və Salih Bozok gəlirlər.
Salih Bozok. Sakarya meydan müharibəsi başa çatdı. Yunan kralı Konstantinin gecəsi-gündüzü yox idi. Müharibənin başlanğıcında kefi kök idi. Türklərə tutulacaq divandan, ölkəsinin qüdrətindən, ordusunun gücündən və yenilməzliyindən dəm vurur, cəbhədən gələn xoş xəbərlərin eşqi ilə badə qaldırırdı. Tezliklə krallığının ərazisini genişləndirəcəyini düşünən Konstantin taxtına dirsəklənərək saatlarla incə belli yunan qızlarının şəhvət oyadan rəqslərinə tamaşa edirdi.
FevziÇakmakpaşa. Salih bəy, siz bilən, rəqqasə qızlar onda bir maraq və ehtiras yaradırdımı? Əsla. O, sadəcə onların rəqslərinə baxmaqla vaxtını öldürür, başını qatırdı. Onun bütün vücudunu cavan və gözəl, yarıçılpaq qızlara ehtirasdan daha güclü bir ehtiras və hərislik bürümüşdü: türk torpaqlarına yiyələnmək, ələ keçirdiyi yerlərdə türkləri qul, kölə vəziyyətinə salmaq!
SalihBozok. Xəyalındakılar yuxuda da ona dinclik vermirdi. Bir gün yuxusunun çin olacağını düşünür, zəfər gününü səbirsizliklə gözləyirdi.
İsmətpaşa. Konstantin orduya «Ankaraya!» əmrini verib cəbhəyə yola salanda ingilis rabitə zabitlərini qələbə münasibətilə Ankarada açılacaq böyük zəfər süfrəsinə dəvət etmişdi. Kral Konstantin asan bir işə qol qoyduğunu düşünürdü. Fəqət zənni onu aldatdı.
FevziÇakmakpaşa. İndi o öz taxtında qanıqara və yorğun əyləşərək böyük itkilər verib, beli qırılmış ordusunun biabırcasına geri qayıtmasını gözləyir.
Atatürk. Ankarada zəfər münasibətilə böyük ziyafət təşkil edin. Fəqət süfrənin başında yunanlar deyil, bu torpağın sahibləri – türklər özləri əyləşəcəklər!!!
Müəllif: Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
Pərvanə Salmanqızı10 noyabr 1974-cü ildə anadan olub. Gənclik illərindən poeziya aşiqidir. “Dəmir yumruq” adlı kitabı 2021-ci ildə “Borçalı” nəşriyyatında nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunur. Bir neçə Fəxri fərman və mükafatla təltif olunub.