
Sən yaşa, Cavad!
Qaranlıg gecənin ulduzu kimi
Pərişan qəlblərin sevinci kimi
Dünənki xəyalın ümidi kimi
On səkkiz il əvvəl,gəldin sən, Cavad!
***
Qoy bütün bu dünya,tək sənin olsun
Sənin yollarında qoy uğur olsun
Mərdlik və cəsarət səninlə olsun
Əminliklə yaşa həyatı, Cavad!
***
Hər zaman inamla bax ətrafına
Həyatın ən çətin məqamlarına
Gül çiçək düzülsün arzularına
Fəxr edək səninlə hər zaman, Cavad!
10.10.2024
Бакı
Müəllif: Патимат Штанчаева
Rusiya Yazıçılar Birliyinin üzvü
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru