Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32 – ci ildönümünə həsr olunmuş “Ağla, qərənfil, ağla” adlı video görüş keçirilib. Görüşdə “Yazarlar “ jurnalının baş redaktoru şair və pedaqoq Zaur Ustac, Estoniyadan kitabxanaçı və bu qanlı faciənin şahidi Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva, həftəsonu məktəbinin müəlliməsi Arzu Rzayeva və məktəbin şagirdləri iştirak ediblər. Qonaqlar Qanlı Yanvar hadisələri haqqında danışıblar və bu hadisənin tariximizdə mühüm rolu olduğunu bildiriblər. Görüşün davamında məktəbin şagirdi Səlim Abbaszadə çəkdiyi qərənfil və qızılgül rəsmlərini görüş iştirakçılarına təqdib edib. Məktəbin şagirdləri Ənvər Ramberq Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Aida Ramberq Baba Vəziroğlunun “Vətən”, Səlim Abbaszadə Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Həmid Əli isə Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram- qram!” şeirlərini döyləyiblər. Tədbirin sonunda Zaur Ustac müəllifi olduğu “İnci qərənfil” şeirini söyləyib.
BİLƏRSƏNMİ? Həyat nədir? – Bir pəncərə Döysəm aça bilərsənmi? – Açaram. Tale nədir? – Ulu bir sirr Ondan qaça bilərsənmi? – Qaçaram. Həyat nədir? – Sınıq körpü. Ondan keçə bilərsənmi? – Keçərəm. Sevgi nədir? Olmasa yaşayarsanmı? Bu ki, asan bir sualdır, Niyə axı susursan? Axı niyə sevdiyini Belə tez unudursan?
GERİ QAYITMARAM Mənim məhəbbətim zalım sevgidir, Mənim bəyəndiyim məni bəyənmir. Məni də çoxları, minləri sevir, Geri qaıtmaram daha mən sənə. * * * Dəniz dalğasız dözə bilirsə, Qəlb öz sevgisini yox edə bilsə, Ürəyim alışıb, yanıb közərsə, Geri qayıtmaram daha mən sənə. * * * Sən mənim deyilsən, razıyam buna, Təki bu sevgimiz yetməsin sona. Bu dünya girsə də min dondan dona, Geri qayıtmaram daha mən sənə. * * * Ayrılıq oduyla yandırdı məni, Məndən ayrılmısan, günah mənimdi. Mən indi sevmirəm artıq heç kimi, Geri qayıtmaram daha mən sənə. * * * Ver məhəbbətimi, qaytar eşqimi, Qaytar göz yaşımı, qaytar sevgimi. Qaytar gəncliyimi, özün dönsən də, Geri qayıtmaram daha mən sənə. * * * Daha nifrətimə bais çıxmısan, Mənim qəlb evimi yaman yıxmısan. Nakam məhəbbəti apar özünlə, Geri qayıtmaram daha mən sənə * * * Milyon göz baxırdı bil ki, həmin gün, Mənim ol deyərək yalvardığın gün Mənimsən, ayrılma demişdin mənə, Geri qayıtmaram daha mən sənə. * * * Yalvarma sən mənə, demə sevgilim, Məni sevmədiyini yaxşı bilirəm. Mənə dön söyləmə, dönən deyiləm, Geri qayıtmaram daha mən sənə.
MƏNASI YOXDUR Sən ayrılıb getdin, tənnhayam indi, Sevincim yox olub, qalan qəmimdi. Ətrafımda bil ki, çevrəm genişdi, Sənsiz yaşamağın mənası yoxdu. * * * Sevirdim mən səni dəlilər kimi, Axı indi kimə deyim dərdimi? Mən sənsiz xəstəyəm, bil bu qədrimi, Sənsiz yaşamağın mənası yoxdu. * * * Xəstəyəm, həkimlər düzələr dedi, “Gözəlsən hamıdan” – gözəllər dedi. Şairlər adıma qəzəllər dedi, Sənsiz yaşamağın mənası yoxdu. * * * Mən ölürəm, əcəl çox yavaş gəlir, Bəlkə əcəldən qabaq sən gələsən? Gəlib məni bu halımla görəsən, Sənsiz yaşamağın mənası yoxdu. * * * Mən göz dikməmişəm dünya malına, Bir söz deməmişəm özgə yarına. Deyərəm mən səni basıb bağrıma, Sənsiz yaşamağın mənası yoxdu. * * * Nizami deyiləm Xəmsədən yazım, Aşıq da deyiləm, yoxdu avazım. Oğuz elindən də qalıb bu sazım, Sənsiz yaşamağın mənası yoxdu. * * * Elə hey görürəm canlar alışır, Hamı bir-biriylə eşqdə yarışır. Dodaqlar da şirin sözlər danışır, Sənsiz yaşamağın mənası yoxdu. * * * Əllərim əlindən qopdu o anda, Elə ki, ayrılaq söylədin onda. Mən ömrümü tək-tənha yaşasam da Sənsiz yaşamağın mənası yoxdu.
ÜSTÜNDƏYƏM MƏN Bu gün qəribə bir yuxu görmüşəm, Sanki bir nərdivan üstündəyəm mən. Nə göydə, nə yerdə, nə asimanda, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm daşlar da dilə gəlibdir, Dərdimi dünyadan başqa kim bilir? Dilim dayanmadan dualar edir, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm hamıyla sağollaşıram, Hamıyla əl verib qucaqlaşıram. Anamla, atamla halallaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Dostlarla əbədi vidalaşıram, Dünyayla əbədi sağollaşıram. Zəncirtək köhlənə çox dolaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Sevgimi birində qoyub gedirəm, Yaramı dərində qoyub gedirəm. Dünyadan biryolluq doyub gedirəm, Əcəl köhləninin üstündəyəm mən. * * * Əlvida hər şeyim, ey varım, yoxum, Əlvida kamanım, əlvida oxum. Sən idin dünyada şipşirin yuxum, Əcəl köhləninin üstündəyəm mən. * * * Sanki dodaqların gülüş görməyib, Ey ləbi dodağı gülüş görməyən. Bil ki, mən ölsəm də ruhum ölməyib, Əcəl köhləninin üstündəyəm mən.
DE NİYƏ? Nə oldu ki, ayrılırıq biz indi? Ağlamağa tab gətirmir göz indi. Danış bilim, de mənə bir söz indi, Aramızdan yel də əsmir de niyə? * * * Ayrılırıq, dözə bilmirəm buna, Sevgimi sən indi yetirdin sona Qəlbimi vermərəm yad bir oğlana Aramızdan yel də əsmir de niyə? * * * Qəlbim quş qəlbitək indi döyünür, Sevənlərə baxıb hər kəs öynür, Ayrılıq deyəndə qəlbim göynüyür, Aramızdan yel də əsmir de niyə? * * * Darıxdığım zaman təsəllim olmur, Ağlayıram amma gözlərim dolmur, Əllərim əlinə dəyməyib donur, Aramızdan yel də əsmir de niyə?
GEDİRƏM Yoluma bax gizli-gizli köks ötür, Ürəyində qubar bağla, gedirəm. Gəlib ürəyimi təkcə sən götür, Yasıma gələrək ağla, gedirəm. * * * Ürəyim çırpınır quş qəlbi kimi, Artıq günəş belə üşüdür məni. Xətrimə dəymisən, neynirəm səni? Yasıma gələrək ağla, gedirəm. * * * Məktubları saxla, yadigar olsun, Sevgilim deyirsən, qoy xitab olsun, Qəlbin başqasına qoy mehtab olsun, Yasıma gələrək ağla, gedirəm. * * * Başım gicəllənir, görmürəm heç nə, Yanımdan beləcə ötəri keçmə. Sevgi şərabından sən hələ içmə,. Yasıma gələrək ağla, gedirəm. * * * Yenə səni xoşbəxt görmək istərəm, Uşaq kimi coşub-çağla gedirəm, Məni heç düşünmə, amma bircə gün, Yasıma gələrək ağla, gedirəm.
Bayramov Qurban Fərman oğlu (30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.
HƏYATI Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.
1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi tədqiqat işləri vardır.
Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na dair ədəbi icmallar yazmışdır.
Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü olmuşdur(2011).
Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), “Tanınmış Vurğunşünas alim”(2011), “Fədakar alim”(2011), “Elm fədaisi”(2012) fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na(2011), “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016),Beynəlxalq statuslu “Vintsas” Mükafatı diplomuna (2020) və “Ziyadar” Mükafatı diplomuna (2021) layiq görülmüşdür.
ƏSƏRLƏRİ Vurğun poeziyası, B., Elm, 1976, 78 səh., 1.000 nüsxə. Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs. Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs. Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B.,BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs. Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., “MBM”, 2009, 104 səh., 500 nüs. Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., “Nurlan”, 2009, 560 səh., 500 nüs. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, “Yazıçı”, 2014, – 272 səh. Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.529-560. – 800 s. Şeirlərindən görünən şair – Musa Yaqub. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.623-638. – 800 s. Hidayətin poeportretindən cizgilər. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.29-48. – 1088 s. Çağdaş poeziya – ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.548-563. – 1088 s. Sonsuzluğun ahəngini yazan şair – Əhməd Qəşəmoğlu. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.714-724. – 1088 s. Yaşar Qarayev: Azərbaycan istiqlalı – yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), – kollektiv, Bakı, “Sabah” nəş., 2016, s.162-186. – 404 s.
HAQQINDA Şahməmməd. Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs. Qurban Bayramov -70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4. Mahir Qabiloğlu.Professor Qurban Bayramova təbrik-70. 27.05.2016, “Modern.az”. Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4-5. Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. “Həftə içi” qəzeti, 27.05.2016. Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. “525-ci qəzet”, 04.06.2016,№ 100(4596), s.19; “Kredo”, № 22(883) 30.05.2016,s.13. Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. “Azertag.az” Xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.) Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. “525-ci qəzet”, say.119(4615), 05.07.2016, s.7;”Bütöv Azərbaycan” qəzeti, say:22(306),14-20.07.2006. Mənzər Niyarlı. “Ah, bu nəvələr, bu nəvələr”, Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. 05.07.2016.; “Ədəbiyyat qəzeti”, 02.08.2016, say.25(5044), s.26-27. Asif Rüstəmli. Təbrik məktubu, Qurban Bayramlı-70. Müşfiq Borçalı, Yazıçılar Birliyində Yubiley tədbiri, Qurban Bayramov-70. Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… “Bütöv Azərbaycan” qəzeti, say 19(303), 9-15.06.2016., s.2.; “Kredo”, №21(882) 13.05.2016,s.4. Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. “Respublika” qəzeti, say.131(5582), 19.06.2016, s.5. Əli Rza Xələfli. Tənqidçi meyarı – sözün əyarı. Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı.”Kredo”, №21(882) 13.05.2016,s.1. Qəzənfər Kazımov. Ustadları kimi. “Kredo”, №21(882) 13.05.2016,s.3. Qurban Bayramov – 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. “Kredo”, №21(882) 13.05.2016,s.3. İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. “Kredo”, №21(882) 13.05.2016,s.8. Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim, Nə yaxşı ki, sən varsan Qurban Bayramov. “Respublika gəncləri” qəzeti, № 78(699), 15.06.2016, s.8. Şahməmməd. “Sözün də çəkisi var” (Tənqidçi haqqında poema), Bakı, “Ekoprint” nəş., 2017. – 143 səh. Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), (Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.3-14. İsa Həbibbəyli. Mən heç inanmırdım ki… (“Ön söz əvəzi), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.15-17. Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ( “Sözün də çəkisi var” (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.138-142. Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), “Təzadlar” qəzeti, 16.05.2017, say: 18(2114), s.15; “Zim.AZ.” saytı, 10.05.2017; “Media.İnfo.Az.”, 08.05.2017. Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! – Yubiley təbriki DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ – Zaur Ustac. Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. “Aziya.İnfo” elm və araşdırma portalı, 30-05.2017. Qələndər Xaçınçaylı . Tənqidçi- ədəbiyyatçünas Qurban Bayramova doğum günü təbriki , “Yazarlar” jurnalı, may 2021, say: 05(05), s.4-8.
ŞƏHİDLƏR Millətim yol gəlir neçə min ildir, Yolunu-izini çəkər şəhidlər. Yerdə aslan kimi durar marıqda, Göydə şahin kimi səkər şəhidlər. * * * Doğulub düşmənə daş atmaq üçün, Ürəyi qorxudan boşaltmaq üçün. Ölərlər vətəni yaşatmaq üçün, Hər qəlbdə bir qala tikər şəhidlər. * * * Analar ər doğar,oğul böyüdər, Hər oğul dünyası- nağıl, böyüdər. Yurdunu sevərlər analar qədər, Düşmənin qəddini bükər şəhidlər. * * * Səngəri ev bilib ağ ban eyləyər, Bağ qurar,ömrünü bağban eyləyər. Canını xalqına qurban eyləyər, Qanını yurd üçün tökər şəhidlər. * * * Özü qocalmaz ki,əsri qocaldar, Gələcək,gedəcək nəsli qocaldar. Qəlblərdə vətənə heykəl ucaldar, Azadlıq ağacı əkər şəhidlər. * * * Bayraqtək ucadır adı onların, Adları titrədir yadı onların Qanında doğmaqçün qəhrəmanların, Millətin ruhuna çökər şəhidlər. * * * Vətən,qurbanınam- üzdə demədi, Əməldə göstərdi,sözdə demədi. Mahirə,ağlamaq,sızlamaq nədi, Sənin göz yaşından küsər şəhidlər.
TOY GÜNÜ Bu gün toyumdu, otağımda oturmuşam. Bir azdan toy adamları gələcək, vağzalı səslənəcək. Mən də həyat yoldaşımın qoluna girib otaqdan çıxacam. Bir də bu evə qayıtmayacağam sonra. İçimdən bir səs “ Etmə, hər şeyi yarıda qoy, soyun gəlinliyini” – deyir… Amma qonşular nə deyər, ailəm nə deyər?… Axı hər kəsin ümid yeriyəm… Axı hər kəs bəzənib – düzənib restorana gələcək. Axı bizim toydan kim isə kiməsə qız bəyənəcək, kimlərsə sağlıq deyəcək axı… Halbuki məni düşünən yoxdu… Hə, bir şey yaxşı oldu, daha “Nə vaxt tərpənirsən?”- sözünü eşitməyəcəm. Yerinə “Bir şey, mir şey var?”- deyəcəklər bir müddət. Amma istəmirəm, könülsüz gedirəm. O bir mahnının da sözlərində var e, deyir: “Könülsüz gedən qızın, ağlamaqdır peşəsi”… Mən ağlamaq istəmirəm artıq. İndiyədək ağladığım bəsdi mənə. Güclü olmaq,. eh… Bəlkədə elə xoşbəxt olmaq istəyirəm.
HƏDİYYƏ Səliqəli evdə valideynləri və Arif süfrə arxasında əylışib yemək yeyir. Bu zaman Arifə mesaj gəlir, “ Biz kafedəyik, istəyirsən sən də gəl”. Arif anasını qucaqlayıb, öpüb, atasından icazə alıb evdən çıxır. Anası qapıda: “Arif, oğlum, amandı, qurbanın olum tez gəl, bilirsən ki, narahatam, yeməyini də yemədin.” Arif: Narahat olma, anam, qayıdacam. Kafe: Uşaqlar yığışıb çay içir, hərə maşından danışır, hə… Arif, sən nə vaxt maşın alırsan?.. (yerdən gülüş səsləri eşidilir) – Onun anası icazə verməz, Arif hələ uşaqdı… (gülüş səsləri) – Sürücülük vəsiqən də yox idi sənin? (gülüş səsləri davam edir) – Adə, sürməyi bilir ki, öyrənsin də? – (yerdən yenə səs) qırxında öyrənər… (gülür) o məsələ Gülüş səsləri davam edir. Arifin isə heç nəyi yox idi, söhbətə qarışa bilmirdi və bu onu çox narahat edirdi. Hər dəfə dostlarının xoşbəxtliyi və onların hər şeyi olduğunu görüb, özünün isə heç nəyi olmadığını biləndə çox pis olurdu. Nəhayət stoldan pərt olaraq durur və evə gəlir. Qapını qəzəblə çırpıb açır və deyir: Bəsdir də, başqaları hər gün yeyib- içməkdə, sən mənə heç nə etmirsən. Mən də rahat yaşamaq istəyirəm. Mənim də buna haqqım var, mən bir də bu evə qayıtmayacam”- qapını çırpıb ağlaya- ağlaya evdən çıxır. Ana donuq vəziyyətdə, məyus olur. Televizorda aparıcının təqdimatında xəbərlər eşidilir: “Efiri elə indicə baş vermiş gərgin bir ölüm hadisə ilə açırıq. Hazırda Bakının inşaatçılar prospektində ağır avtonəqliyyat hadisəsi baş vermişdi. Sürücü idarəetməni itirərək avtomobili divara çırpmış, ölənlər var”… Qara fon: fatihə surəsi eşidilir. Mərhumun dəfnindən sonra oğlan əlini cibinə qoyub millətdən uzaqlaşır… gəlir evə, anasını öpüb qucaqlayır. Kadr arxası səs: “Bəzən qıymır deyə valideynlərimizin bizə almadıqları şeylər əslində bizim varlığımızdır. Ən böyük hədiyyə də məhz budur”.
ARZU Sərxoş bir kişiyə oğlu yaxınlaşır, “ Ata, mənim anam hanı, anam üçün darıxıram, olar, məni anama apararsan? Kişi içki şüşəsini balaca uşağın üstünə vıyıldadıb, ananın? Bu dəqiqə… gəəl, gəl sənə göstərəcəm. Uşaq qorxaraq geri addımlayır və deyir, – Ata, axı mən qorxuram, qolumu incidirsən, ata. – Ata deyir: “ Sən deyilsən ananın yanına getmək istəyən? Aparıram da… (uşaq ağlayır…) Sakit dur, yum ağzını… Uşağı boğmağa çalışır və uşağın gözləri yumulur. ( Uşaq xırıltılı səslə boğulur). Ambulans səsləri və xəstəxana Klinika: Uşaq reanimasiya şöbəsində : Gözlərinin önünə atası gəlir və gülümsəyir. Çox sağ ol ata, çox sağ ol – deyərək gözlərini yumur və ürək döyüntüləri dayanır.
QƏRƏNFİL Ağladın Azadlıq şəhidlərinə, Bir az da dənizə ağla,qərənfil. Ağla ölənlərin itmiş ruhuna, Bir az da kükrəyib çağla,qərənfil. * * * Bizdən yan keçmədi ölüm,fəlakət, Günah işlətmişik,yoxsa qəbahət? Baxışlar nigaran, ürək narahat… Bir az da sinələr dağla,qərənfil. * * * Bu nə intizardı,bu nə sualdı, Dəniz susub,dinmir,elə bil laldı, Son ümid şöləsi közərə qaldı, Bir az da yaramı bağla,qərənfil.
DEYİRLƏR, KİŞİ AĞLAMAZ… (20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…) Deyirlər,kişi ağlamaz, Ancaq hamı ağladı o gün, Anam ağladı, bacım ağladı… Göz yaşları gildir-gildir, elə bil ki, seldir… O vaxt atam da ağladı- 1990-da… Onda ərşə qalxdı, sinə dağladı atamın anamın,bacımın naləsinə qarışan yanıqlı fəryadı… O ağladı,sızladı,mən düşündüm, Sakit,təbiətən mülayim atam niyə ağlayır? Üşüdüm… Mənə elə gəldi ki,o ayazlı, şaxtalı gecədə küçədə əliyalın,sinəsini düşmən gülləsinə Sipər edən mən idim… Atam mənə görə ağlayırdı, Sən demə, Vətən oğulları üçün sızlayırdı. Deyirlər,kişilər ağlamaz,ancaq ağladı atam o şənbə gecəsinin dəhşətinə,vəhşətinə… İlham üçün özünü qurban verən Fərizənin həsrətinə. Yandı şair təbiətli Ülvinin gəncliyinə,nakam ömrünə O gecə şəhidlik zirvəsinə ucalan oğullar üçün ağladı atam… Deyirlər,kişi ağlamaz,ancaq atam ağladı,mənə görə yox- Şəhid olmuş qardaşıma,bacıma… 5.05.2014. Quba-Zərdabi.
ŞƏHİDLƏRİN RUHUNA Güllər buta bağlayanda, Çaylar daşıb çağlayanda, Qərənfillər ağlayanda Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Gəncdi Ülvi Bünyadzadə, Nakam ömrü getdi bada, Gətirib sən onu yada Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Leyli-Məcnun əfsanədir, Sədaqətə nümunədir– Onlar İlham-Fərizədir. Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Bir olmuşuq həmişə biz Azad olsun Vətənimiz. Mövlud,çatar zəfərimiz… Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına…. 13.12.2014. Quba-Zərdabi.