MƏRKƏZİ POÇTXANA Mərkəzi poçtxana, əlac et yenə Havayı düşməyib buraya yönüm. Pənah gətirmişəm könlümü sənə, Bir gör neyləyirsən gözünə dönüm. * * * Bu payız küsəcək məndən Qarabağ, Yollarda qalacaq gözü yolların. Payım budaqlardan özün asacaq, Bağrı çatlayacaq gülöyşə narın. * * * Üstə dizin-dizin iməklədiyim Torpağın könlünü nə təhər alım? Anamdır, bəs ona nə təhər deyim, Yanına gəlməyə yoxdur macalım. * * * Mənə kod göstər ki, zəng vura bilim Dağların marala qalan çağına. Pərişanlığımı çatdıra bilim, Otların sarala qalan çağına. * * * Morze əlifbanı tanrı bilərəm, Bu işi boynuna götürə bilsən. Tamarzı könlümü bu saat, bu dəm Bir acı yovşana yetirə bilsən. * * * Olarmı təcili teleqram verim, Qönçə balaları solan güllərə. Sovqat öpüşüm var, necə göndərim Çörəkli çöllərə, barlı çöllərə? * * * Bir quşam mənimki gətirib belə, Çıxmaz ürəyimdən Əppəkli dərə. Həsrətim çatarmı görən poçt ilə Qızıl kövşənlərdə bildirçinlərə?! * * * Mərkəzi poçtxana sifarişim var, Amandır qoyma ki, gec eləsinlər! Xəbər ver, cənuba köçən durnalar Bu gecə qəlbimdə gecələsinlər. * * * İndeksi olmayan bu məktubları Yalqız yuvalara çatdır bir təhər. Həsrətim oranı isitsin barı Sahibi qürbətdən gələnə qədər. * * * Payız sularının layla səsini Anamın ətrini hardan alım bəs? O yerə burnumun göynərtisini Teleqraf telləri apara bilməz. * * * Mərkəzi poçtxana, əlac et yenə Havayı düşməyib buraya yönüm. Pənah gətirmişəm könlümü sənə, Bir gör neyləyirsən gözünə dönüm! Müəllif:Şahmar ƏKBƏRZADƏ
Məqalə formatı: Məqalələr A4 formatda, 14 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır.
Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
Müəllif: Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır. İngilis dilində yazılan Xülasənin əvvəlində müəllifin adı, ata adı və soyadı ingilis dilində qeyd olunmalıdır.
Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
Giriş
Nəticə
Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalı, məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
Ədəbiyyat siyahısı əlifba sırası ilə, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm.
İstinadlarməqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
Tərtibçi müəllif tərəfindən hazırlanan kitablar məqalə daxilində kitabın adının qısaldılmış forması, ili və səhifə nömrəsi ilə göstərilməlidir. Nümunə: (DTS, 1969: 56)
Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.
VƏTƏN ŞEİRİ (“Və-Tən”) Sui-qəsd ediblər şan-şərəfinə! Edam olunubdur beş hərfin də! “Və” keçib sərhəddin o tərəfinə, “Tən”qalıb sərhəddin bu tərəfində! * * * İmkan yox tikanlı sətri pozmağa, Pozanım olsa da, poza bilmirəm. Ürəyim gəlməyir bütöv yazmağa, Mən səni bitişik yaza bilmirəm. * * * Sən iki hecalı bir sözsən “və-tən!” Sətirdən-sətrə ķecirilmisən!!! 1966. Müəllif: Şahmar ƏKBƏRZADƏ
İki min ikinci il olardı. Günü, ayı, fəsli dəqiq yadımda qalmayıb. Bakıda şadlıq evlərindən birini işlədən tanışımın yanına getmişdim. Qapıya yaxınlaşanda həmin şəxsi harasa tələsən gördüm. Gözləyib, gözləməyəcəyimə qərar vermək üçün nə vaxt qayıdacağını soruşdum. O, sualımı yarıda saxlayıb dedi: “İçəridə kabinetlərin birində Altay bölgəsindən BŞBPİ –nə ezam olunmuş iki polis nahar edir. Get yanlarına, həm çörək ye, həm də onlarla söhbət elə. Ola bilsin ki, səni maraqlandıran hansısa suala cavab tapdın”. Mən onun dediyi kimi də etdim. Təqribən 27-28 yaşlarında olan polislər tək deyildilər, müdirlə ortaq tanışımız da kabinetdə idi. Mən də nahar süfrəsinin arxasında əyləşdim. Onların mənə xitabən səsləndirdikləri ilk cümləni olduğu kimi yazmağı özümə borc bilirəm: “Bakıya ezam olunmazdan əvvəl bizi mərkəzə – Barnaula çağırıb bərk-bərk tapşırdılar ki, siz Azərbaycana gedirsiniz, son dərəcə ehtiyatlı olmalısınız, orada başınızı da kəsə bilərlər”. Mən çox sakit halda, xaricilərin yanında emosiyalarımı bacardığım qədər gizlətməyə çalışıram, soruşdum:
– Bəs siz gəlib burada nə gördünüz?
– Tamam əksini, – deyə cavab verdilər.
Dünyada bu kimi ictimai fikirləri kimlər formalaşdırır və formalaşdırmaqda maraqlıdır?
1988-ci il hadisələrindən sonra ak. A. D. Saxarov, Q. Starovoytova və başqalarının həyəsızcasına Bakıdan Qarabağ ermənilərinə müstəqillik tələb etmələri o vaxta təsadüf edirdi ki, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlı çöllərdə yaşayırdı. Bir ovuc erməni separatçılarının qeydinə qalan mənfur siyasi qüvvələr Azərbaycanın düşdüyü çıxılmaz vəziyyət barədə düşünmək belə istəmirdilər. Bu adamlar Ermənistanın da dostu deyildilər, sadəcə, iradəsinə tabe olduqları beynəlxalq təşkilatın quluna çevrilmişdilər. Belələri üçün öz vətəni, özgə vətəni deyə məfhum yoxdur, dağıdıcılıq, pozuculuq missiyası var. Həm də dağıdıcı ideologiya-nın sahibləri təslim etmək naminə sıralarını durmadan böyüdürlər.
Həmin illərdə ünvanını bilmədiyim yerlərdən Azərbaycana heç nəyə yaramayan yardımlar göndərilirdi.
Xatırladım ki, Altay polisləri Bakıda olduqları müddətdə, baxmayaraq ki, qarşılayan tərəfin belə bir mükəlləfiyyəti yoxdur, pulsuz yeyib-içirdilər.
O vaxt V. Putin hakimiyyətə təzə gəlmişdi.
20 yanvar, 1990-ci il gülləbaranını, Xocalı qətliamını, evindən, dədə-baba yurdundan qaçqın düşmüş bir milyon insanın acınacaqlı vəziyyətini görmüş biri kimi mənim də suallarım antisovet mövqeli Qorbaçov, dağıdıcı Yeltsin hakimiyyətindən sonra ölkəyə başçılıq edən Putin barəsində idi.
Altay bölgəsindən gəlmiş polislər mənimlə açıq söhbət etməkdən çəkinmədikləri üçün səmimi danışırdılar. Onların Vladimir Vladimiroviç haqqında fikirlərinin ümumi məcmuu təxminən belə idi: “Putinin hakimiyyətə gəlməsi ölkədə vəziyyəti qısa müddətə sabitləşdirdi və Yeltsinin dağıdıcı fəaliyyəti zamanı baş alıb gedən korrupsiyaya, ölkə sərvətlərinin talanmasına son qoydu. O, milli maraqları qoruyub ön plana gətirdi. Putin hakimiyyəti dövründə iqtisadi stabillik və dinamik inkişaf əldə olundu”.
Əcnəbi polislər Putin haqqında öz qənaətlərində haqlı idilər. Əgər iqtisadi sabitliyə, dinamik inkişafa nail olmasaydı, bu gün Rusiya Ukrayna və onun timsalında bütün güc dövlətlərilə müharibə apara bilməzdi. Müharibənin başlanma səbəblərinə diqqət yetirək.
Əlbəttə, Rusiya Ukrayna ilə mənim versiya hesab etmədiyim səbəblərdən də döyüşə bilər.
Görəsən, Rusiya Ukrayna və onu silahla təchiz edən ölkələrlə döyüşür, ya SSRİ-nin dağılmasına rəvac verən müdhiş ideologiya ilə? Əgər məhvedici ideologiya ilə mübarizə aparırsa, müharibəni uduzsa belə qalib dövlətdir. Bu o deməkdir ki, V. Putin ölkəsinin maraqlarından üstün heç bir ideologiya tanımır.
Müharibə təhlükəsizliyin təmin olunması məqsədilə də aparıla bilər. Rusiya öz milli təhlükəsizliyini qorumaq üçün sərhəd dövlətlərinin təhlükəsizliyini təmin etmək fikrindədir. Bu ölkələrdən biri də Ukraynadır. Zahirən belə görünür ki, Ukraynanın tərəfdaşları çoxdur, əslində, tərəfdaş kimi çıxış edənlərin heç biri tərəfdaş deyil. Ukraynanı silahla təchiz etmək hələ bu dövlətlə tərəfdaş olmaq anlamına gəlmir. Onlar alışan tonqalın üstünə çırpı atırlar ki, müharibə uzansın və Rusiya zəifləsin. Buradan belə çıxır ki, Rusiyanın zəiflədilməsi Ukraynanın məhvindən keçir. Tanış mənzərədir.
Gözümün önünə ayaqlarında qaloş, başında rəngi solmuş yaylıq, kürəyində uşaq şələsi, hiddətindən gözləri bərəlmiş, əlini sual işarəsi olaraq gicgahına dayamış, aclıq və susuzluqdan yerə çökmüş evsiz-eşiksiz Xocalı sakini – ahıl bir qadın gəlir. Təsvir vicdanı olan insanın ürəyini parçalayır. Amma bu ideologiyanın müəllifləri əməllərindən çox məmnundurlar. Axı hələ də Qarabağda mülki azərbaycanlıların bu və ya digər şəkildə qanı axıdılır. Bu gün özlərini Ukraynaya tərəfdaş kimi sırıyan bəzi ölkələr dünən Ermənistanın yanında idi, onlar hələ də oralarda vurnuxur, işğalçı dövləti elə müdafiə edirlər ki, ədalətin üzərinə ömürlük kölgə salırlar. Bu ona bənzəyir ki, güllə yarası almış hamilə qadının halına acımaqdansa, güllə atanın tüfənginə növbəti cinayət üçün patron yerləşdirməyə çalışırlar. Məsələn, ABŞ-ın, Fransanın, İngiltərənin Azərbaycan xalqının iradəsinə zidd münasibətləri bu mənada təəssüf doğurur.
Qarabağ münaqişəsini SSRİ-ni böyrü üstə aşıran ideologiya yaratdı, Ermənistanın silahlan-masını özgə vəsaiti hesabına təmin olundu ki, nəticədə bir milyona yaxın qaçqın-köçgün işsiz, evsiz-eşiksiz qaldı. Otuz ildən sonra Azərbaycan höküməti ədaləti bərpa etməyə çalışır, işğalçı ideologiyanın müəllifləri səs-səsə verirlər ki, amandır, öz torpaqlarınızı silahlı separatçılardan təmizləməyin. Nədir-nədir, bu bizim siyasətimizə uyğun gəlmir.
Mən Ukraynanın da, Rusiyanın da, Qarabağda tez-tez minaya düşən həmvətənlərimin də halına acıyıram, amma B. İ. Oleynikin “Qaranlıq knyazı” kitabından bir cümləni xatırlatmaqdan savayı əlimdən heç nə gəlmir. Müəllif Qarabağa, Sumqayıta, Bakıya, Oşa, Fərqanəyə, Tiraspola, Tiflisə, Tsxinvaliyə işarə edərək yazır: “İnanın, mən son dərəcə səhv etmək istəyərdim, amma ssenari hər yerdə eyni və həmindir: faciə baş verir…”
“Torpaquğrundaölənvarsa, vətəndir“! Çingiz torpağı Vətən edə, oğul-lardan idi.Dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Vətən oğlu gözün aydın Qarabağ torpağı işğaldan azad oldu .44 günlük müharibənin Qələbə ilə başa çatması üçün şəhid və qazi olan oğullar sənində intiqamını aldılar. Ruhunu təbrik edə bildik. Sənin zirvədə qərar tutan nigaran ruhunu məmnun edə bildik. Torpaqlarımızı düşməndən azad edərik o zaman Qarabağda sənin əbədiyyətə
qovuşduğun, mübarək qanının axdığı o yerdə hörmətlə dayanıb, sevinc göz yaşları içində deyə bildik: -Gözün aydın Vətən oğlu, biz yurdumuzu yağılardan azad etdik! Lacının azad olunması ad gününə hədiyyədir.
“Xocalı Faciyəsi, Soyqirimlar Zirvəsi” yazımda Çingiz Müstafayevə həsr olunmuş misralarla Ruhun Şad Olsun deyirəm!!!
MİLLİ QƏHRƏMAN
Çingiz Mustafayevə ithaf olunur!
Hamı kimi yaşayırdı, təminatlı insan idi!
İnsanların sağlamlığın qoruyan bir həkim idi!
Öz rühüna hakim idi!
O, sevirdi İnsanları, Vətənini, Elini…
Elin qürur yerini.
Qarabağda baş verən dəhşətli faciələr
Dözülməz etdi onu, od içinə atdı onu.
Bir əsgərə döndü O!
Çağırışsız, filansız könüllü cəbhələrə getdi O!
Əlində yox silahı, kameraydı onun olan silahı,
Bir də ki, vicdan səsi!
Harda çətin məqamdı, Çingiz orda olardı,
Haqsızlığa dözməyib, o necə qışqırardı,
Bəzən də eləcə yalvarardı:
– “Atıb getməyin eli, tarix sizi bağışlamaz!
Mən qalıram yanınızda, çəkəcəyəm onları,
Mənim gücüm buna çatır” – deyirdi!
Xocalıda baş verən faciəni çəkən Çingiz hönkürürdü,
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim. Akademik M.Mehdizadə mükafatı laureatı.
Şair Vidadi Ağdamlı Turanın 70 illik yubiley tədbirləri çərçivəsində “GƏLİN GEDƏK AĞDAMA” adlı antologiyanın tərtib olunmasında iştirak etmiş bir qrup qələm adamı “VİDADİ – 70” DİPLOMU ilə təltif olunmuşdur:
Mərkəzi Elmi Kitabxanada yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirildi
Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Asan xidmət”in həyata keçirdiyi layihə əsasında MEK-in əməkdaşı, dörd kitab müəllifi yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirilib. Görüşdə “Asan xidmət”in əməkdaşları və könüllüləri iştirak ediblər. Onlar əvvəlcə MEK-in “Qarabağ” fondunda olublar. Fondun əməkdaşı gənclərə Vətən uğrunda canlarından keçən qəhrəmanların döyüş yolundan söhbət açıb, şəhidlərin ailələri tərəfindən verilən əşyaların burda qorunduğunu bildirib. “Qarabağ” fonduna ekskursiya zamanı P.Bayramqızı vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabxanada keçirilən kütləvi tədbirlərin rolu böyükdür. Otuz il işğal müddəti ərzində kütləvi kitabxanalar Qarabağ mövzusunda məktəbəqədər yaşlı uşaqlarla, şagird və tələbələrlə tez-tez tədbirlər keçiriblər. Elmi kitabxanada da bu mövzu daim diqqət mərkəzində olub, müxtəlif tədbirlər, görüşlər təşkil edilib.
Mövzuya kitabxananın görüş zalında davam edilib. İştirak edən gənclər yazıçıya Qarabağ mövzusunda yazdığı hekayələrdən, publisist mətnlərdən suallar veriblər. P.Bayramqızı ən çox vətənpərvərlik, ana dili mövzusunda və cəmiyyətin problemlərindən yazdığını bildirib. O, eyni zamanda peşəsinin məsuliyyətindən irəli gələn maraqla gənclərin mütaliəyə münasibətini öyrənib, onlara tövsiyələr edib. Yazıçı imzalı kitablarını iştirakçılara bağışlayıb.
Hər kəs təbiəti sevir, amma hər kəs təbiətə aşiq ola bilmir. Ağacların boyuna baxıb ucalmaq, çiçəklərlə nəfəs almaq, xal düşmüş yarpaqları, saralmış budaqları görəndə canında sızıltı hiss etməkdi təbiətə vurğun olmaq… Belə insanlardan biri Azərbaycan Milli Elmlər Akademiyası Botanika bağının elmi işçisi, ömrünü təbiətə həsr edən, təbiət aşiqi, Biologiya üzrə fəlsəfə doktoru, dosent, “Bitki ekologiyası” laboratoriyasının müdiri, Sadiq Qarayevdi…. Heç vaxt bir hekayə, povest və ya esse yazmadığı halda birdən-birə roman yazan Sadiq Qarayevin öz dediyinə görə, təbiət və cəmiyyət haqqında bir sıra elmi düşüncələri, fərziyyələri var idi. Ancaq bunları söyləmək, elmi cəsarət tələb edirdi… Və beləliklə qərara gəlir ki, bir roman yazsın, elmi fərziyyələrini obrazların dili ilə desin. Fikir məsuliyyətini də onların, yəni personajların boynuna qoysun.. Müəllif, yalnız elmi söz- söz söhbət oxucunu bezdirəcəyini düşünərək, ora sevgi və dedektiv çalarlar əlavə edir. Beləliklə Əli, Nərmin,Tusi obrazları yaranır. Səkkiz ilə iki irihəcmli romanı yazan alım-yazıçı həm də çox təvazökardı. “Sahilsiz Təzadlar” və “Sahibsiz Kölgələr” romanları Azərbaycan elmi və bədii təfəkkürünü dünyada layiqincə təmsil edə biləcək kitablardandı! Mən, Sadiq müəllimin bir neçə hekayəsini oxumuşam. Yazıçının bütün yazılarında ana xətt mütləq təbiət hadisələri ilə zəngin olur. Kimya-biologiya təmayüllü internat məktəb bitirən gənc Sadiqin arzusu həkim olmaq olsa da, taleyin qisməti onu tanınmış bioloq edir… Gümüşgöldən pərvazlanan Sadiq, Xəzərin sahilində bənd alır. Ömrünü-gününü Milli Nəbatat Bağında elmə həsr edir. Tanınmış alim- yazıçıya sual verəndə ki;
-Faydalı, dəyərli və hörmətli olmaq üçün nə lazımdır? Cavabında:
-Qısa bir insan ömrü yaşayırıq. Əgər bu ömür ailə, el-oba, vətən üçün faydasızdırsa, öz yanında, ALLAH qarşısında hörmətsizdirsə, deməli çöldəki kol- kos daha dəyərlidir… Kol- kosu çox olan, səhralaşan cəmiyyətlər tənəzzülə məhkumdur … Sadiq Qarayev Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bu yaxınlarda qələm dostumuzun uşaqlıq illərindən bəhs edən “Qurd” adlı bir xatirə-hekayəsini oxudum və kiçik olsa da bu maraqlı hekayənin təsirindən Sadiq müəllimin həyat səhifəsinə yüngülcə nəzər saldım. Sadiq Qarayev dəyərli alim, vətənpərvər insandı. Sənətindən, vəzifəsindən, kimliyindən asılı olmayaraq, hər zaman yazıları sadə, oxunaqlı və yurd-yuvasından qaynaqlanmış olur. S. Qarayev Azərbaycançılıq məfkurəsini gənclərə , cəmiyyətə aşılayan əsl ziyalıdı. “Şəhər düşüncələri” esse., “Sahibsiz kölgələr”, “Sahilsiz təzadlar”, ” Sarvansız zamanlar” adlı hekayələr və esse kitabının və müxtəlif sənədli hekayələrin müəllifi, hörmətli alim Sadiq Qarayevə can sağlığ və daha böyük nailiyyətlər arzulayaram. Sonda isə fikirlərimi onun öz ünvanlı sözləri ilə tamamlamaq istəyirəm… “Bir az yuxarıdan, qlobal baxanda insan bu dünyadan nə oğurlaya bilər ki? Axı sən özün bu dünyanın içindəsən, hara çıxıb, gedə bilərsən, oğurladıqlarınla birlikdə? Nəyinsə yerini dəyişə bilərsən, yanında durub, mənimdir deyə bilərsən. Ancaq o sənin olmur axı, ay adam”