Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, Əməkdar jurnalist Flora Nacıyevaya (Flora Naci – Флора Наджи) universitetin həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Fəxri fərman” təqdim edib.
A sənin ayıbını qara yer örtsün, a sənə gəlinlik qismət olmasın. Mən hansı günahın sahibiyəm ki, səni Allah mənə verdi bu yaşımda? Cavan vaxtımda gözüm qucağı qundaqlı gəlinlərdə qaldı, qurbanolduğum mənə gözünün ucuyla da baxmadı. Qocalan çağımda səni mənə verdi ki, məni el içində rüsvay edəsən? A səni oda düşüb yanasan balaa, sənə bala deməyə dilim gəlmir, sən bəla oldun başıma, bu ahıl yaşımda üzümü qazan qarasından betər elədin el içində… Şəfiqə xalanın səsi həmişəki kimi həyəti başına götürmüşdü… Qınamalı da deyildi, yazıq qadın yarı yaşında ana olmuşdu. Uşaq dünyaya gələndən bir neçə ay sonra yoldaşı qəzaya düşüb dünyasını dəyişmişdi. Zülüm-zillətlə, gözündən od götürə-götürə böyütmüşdü balasını. Bala da nə bala, gözəl-göyçək, su sonası kimi bir qız, bir baxışla atlını atdan salırdı. Yazıq Şəfiqə xala vaxtlı-vaxtında namazını qılan, orucunu tutan, sakit təbiətli bir qadın idi. Qızı Nübarsa tam əksinə bütün günü əlində bir telefon, ağzında saqqız, öz aləmində idi. Telefonuna gələn zənglərin ardı-arası kəsilmirdi. Dəfələrlə sübh namazı üçün oyanarkən qızı yatağında görməyib narahat olmuş, amma eyvana çıxarkən qarşılaşmış arxayın olaraq dəstəmaz almağa getmişdi. Qayıdıb namazını qılınca qız artıq şirin yuxuda olurdu. Çox deyirdi, öyüd-nəsihət verirdi, gah ağlayırdı, gah qışqırırdı, qızınsa heç nə vecinə deyildi… Son günlər Nübarın əhvalındakı dəyişiklik Şəfiqə xalanın diqqətini çox çəkmişdi. Qızın rəngi avazıyır, alnına tər gəlirdi. Tez-tez hamama qaçırdı. Qadın pis şeylər düşünməyə belə qorxurdu, özünü qarğayırdı. Amma yox, deyəsən arvadın qorxduğu başına gəlirdi…. Bir gün sübh namazına qalxıb dəstəmaz alarkən, Nübarın evdən sürətlə çıxıb həyətə düşdüyünü gördü. Maraq qadını bürüdü, Nübar isə anasının eyvanda dəstəmaz aldığına fikir verməmişdi. Qadın asta-asta qızının arxasınca getdi, qızı ağacın altlnda dayanıb bir əlini ağacdan kömək kimi tutub ögüyürdü…Yazıq ananı elə bil tok vurdu, dizləri əsməyə başladı, ağzını açdı ki, qışqırsın, səsi çıxmadı. Beləcə bir neçə dəqiqə donub qaldı, özünə gəlmişdi ki, bu vaxt qızın kiməsə zəng edərək ağlaya-ağlaya kimləsə danışdığını eşitməli oldu. Yazıq qadın yerindən tərpənə bilmirdi, ayrı vaxt namazını bir saniyə keçirmədiyi halda indi key kimi baxırdı…Hər şey məlum idi. Qorxduğu oldu, ürəyinin odu ilə, gözünün yağı ilə böyütdüyü balası, ona xəyanət etmişdi. Qız hamilə idi. Yazıq ana ayaqlarını sürüyə-sürüyə evə qayıtdı. Sübh namazını ötsə də, amma yenə canamazını salıb, üzü qibləyə dayandı. Allahdan bağışlanmağını dilədi, günahlarından keçməsini istədi. Ağlaya-ağlaya dualar etdi. Artıq qərarlı idi…. Hava tamam açılmışdı, qonşuların səsi gəlir, qoyun-quzu mələməsi, inəklərin böyürməsi eşidilirdi. Həyat yoldaşı dünyasını dəyişəndən sonra yaxın qonşuları, qonşuluğa sadiq olan Saleh kişi Şəfiqənin həyət-baca işlərində hərdən köməklik edərdi. Qadın yaşlanandan sonra isə, mal-qarasını naxıra ötürməyə kömək edərdi. Adı kimi özü də əməl-saleh adam idi. Bu gün də eyni vaxtda Saleh kişi Şəfiqə xalanın həyət qapısını döydü, amma cavab verən olmadığından qapını itələyib açmağa çalışdı. Qapı arxadan bağlanmadığı üçün rahat açıldı. Saleh kişi tövləyə tərəf bir neçə addım atmışdı ki, böyük bir alovun tövlə tərəfdən çıxıb ona sarı yüyürdüyünü gördü. Əvvəl çox qorxdu, özünü itirdi, nə baş verdiyini anlamaqda aciz qaldı.
Amma qeyri-ixtiyari hiss etdi ki, kimsə özünü yandırıb, ora bura boylandı özünü itirmişdi, bilmirdi nə etsin. Birdən gözü divarın dibindəki süpürkəyə sataşdı. Cəld qaçaraq süpürgəni götürüb alovu döyəcləməyə başladı, alovdan isə qışqırlq səsi artıq zəifləmişdi,süpürkə zərbəsindən yanan adam yerə yıxıldı. Süpürgənin alışdığını görən Saleh kişi əynindəki sırıqlısını çıxarıb alovun üstünə atdı. Qışqırıb adam çağıra bilmirdi, nitqi tutulmuşdu. Yanan adamın tükürpədici səsi ətrafa yayıldı. Küçə qapısı açıq olduğundan yoldan heyvanlarını örüşə aparan bir neçə adam səsə boylanaraq, bu dəhşətli mənzərıni görüb, köməyə yüyürdü. Güc-bəla alovu söndürə bildilər. Yananın kimliyini bilmək istədilərsə də əynində paltardan bir işarə qalmamışdı, qaralıb ətinə yapışmışdı. Yəqin ki, adam özünə od vurandan sonra peşman olmuş, əlləri ilə üzünü tutmuşdu. Saleh kişi yanan adamın kimliyini bilmək üçün, yanıb piyi tökülən əllərini zorla üzündən qoparanda gözləri hədəqəsindən çıxacaqdı az qala. Şəfiqə arvadın üzü salamat qaldığından tanınırdı. Şəfiqə aravad son dəfə böyümüş gözlərini Saleh kişinin üzünə zilləyərək baxdı, sanki gözləri ilə nəsə demək istəyirdi. Gözlərindən qaynayan yaş yanmış qulaqlarına tərəf süzüldü…
Nübar səhər ögüyəndən sonra rahatlaşıb möhkəm yuxuya getmişdi. Həyətdəki hay-küyü eşitsə də yuxu olduğunu zənn edirdi. Səslərin çoxaldığını görən qız yuxusunu zorla dağıtmağa çalışaraq yerindən qalxmağa məcbur oldu. Həyətə baxmaq üçün pəncərəyə yaxınlaşdı. Adamları görüb çaşqınlıqla eyvana çıxdı. Gözü anasını axtardı. Otaqlara baxıb anasını səslədi və bir anlıq anası ilə bir neçə ay əvvəl etdiyi söhbəti xatırladı….
Qızım, Nübar, qonşular mənə söhbətarası atmacalı sözlər deyir. Mən də özümü bilməzliyə vururam. Bala, ağıllı-kamallı ol. O telfonla kimlə danışırsan, bir istədiyin varsa de , mən də bilim.
Ee, ay arvad, yenə başladın? Paxıl qonşular sənin başını xarab edir, sən də hər sözə inanırsan. Qızının son vaxtlar tərbiyyəsiz hərəkətləri, danışığı Şəfiqəni hövsələdən çıxarırdı.
Ay bala, ay qızım, mən səni bir qarnı ac, bir qarnı tox böyütdüm, amma namusla böyütdüm, təmiz adımın batmasına razı olmadım. Şükür indi təqaüd alıram, yaxşı dolanırıq. Bax, telefon deyə-deyə qalmışdın, onu da aldım… Nübar anasının sözünü ağzında qoydu:
Yaxşı, yaxşı, başıma qaxınc eləmə. Anamsan də almaq borcundu. Şəfiqə qızının üzünə matdım- matdım baxıb köks ötürdü. Bir qədər susduqdan sonra sonra titrək səslə:
Nübar, budu burda sənə deyirəm, məni hövsələdən çıxarma. Bir səhv hərəkətini görsəm, başımı aşağı edən bir iş tutsan, özümü asıb öldürərəm, yandıraram, amma adamlar içində gözü kölgəli yaşamaram. Bunu qulağında sırğa elə.
Eeee, başımı xarab elədin, deyərək qız durub qapını çırpıb evdən çıxmışdı… O gün, bu gün anasına qarşı soyuq davranırdı. İndi adamların təşvişlə ora-bura qaçdığlnı görəndə anasının özünə nəsə etdiyini düşündü. Evdən çıxıb dəli kimi adamların üstünə yüyürdü, qonşu Saleh kişi irəli keçib qızı qucaqlayıb başını sinəsinə saxaraq anasının yanmış halını görməsinə mane olmağa çalışdı. Nübar Saleh kişinin əlindən çırpınıb çıxaraq irəli atıldı. Anasının üzünə qonşu qadın özünün baş örpəyini atmışdı deyə Nübar duruxdu, yerdə üzü örtülən adamın anası olduğuna inanmaq istəmədi, yaxınlaşıb örpəyin bir küncünü qaldırmışdı ki, dəli kimi qışqırıb, huşunu itirərək yerə yıxıldı… * Nübar gözlərini açanda artıq gün əyilmişdi, əvvəl harda olduğunu ayrıd edə bilmədi. Qolunu tərpətmək istəyəndə sistem qoşulduğunu görüb, bir anlıq nə baş verdiyini xatırlamağa çalışdı. Ətrafa göz gəzdirdi, xəstəxanada olduğunu yəqin etmişdi ki, həkimin üzündə təbəssüm olduğu halda ona yaxınlaşdı:
Sən hamilə olduğunu bilirdinmi qızım? Təbrik edirəm səni. Altı həftəlik hamiləsən. Nübar gözləri böyümüş halda ətrafa boylandı ki, görsün kimsə eşitmədi ki, həkimin bu sözünü. Həkimin gözündən qızın bu hərəkəti yayınmadı. Təbəssümünü üzündə dondurub sual dolu nəzərlərlə qızın üzünə baxdı:
Doktor, mən, mənim..
Nə, nə olub?
Mənim hamilə olduğumu ayrı kiməsə dedinzmi?
Xeyir, səni xəstəxanaya gətirənin kim olduğunu bilən yoxdu. Mən indi sənin haqqında qeydlər yazmalıyam, – deyə, doktor əlindəki qeyd kitabçasını açdı.
Yalvarıram doktor, hamilə olduğumu kimsə bilməsin, deyə alacalanmış gözlərlə həkimin üzünə baxdı. Elə bu vaxt palatanın qapısı döyüldü və Saleh kişi içəri girdi. Doktor Saleh kişinin salamını alıb, xəstəyə işarə ilə:
Qızınızdır?
Hə, hə, yox… necə deyim doktor, hə, demək olar ki, qızımdı. Nə lazımdısa mənə deyin…Saleh kişinin bu sözünü eşidən Nübar ağlayaraq, onların söhbətini kəsdi:
Saleh əmi, mən yaxşıyam, evə getmək istəyirəm, axı anam… Saleh kişi qızın ağladığını görüb, həkimə işarə ilə otaqdan çıxmalarını bildirdi… Həkimlə Saleh kişinin nə danışdığını bilməsə də, artıq Nübarın evə getməyə icazə vermişdi həkim. Nübar başını qaldırıb Saleh kişinin üzünə baxa bilmirdi. Xəstəxanadan evə çatana kimi heç biri danışmadı… Saleh kişi Nübargilin həyət qapısına çatıb maşını saxladı, düşüb qapını açıb qızın düşməsinə kömək etdi:
Qızım, indi gəlinə deyərəm gəlib sənə yemək hazırlayar. Nübar cavab verməyib eyvana qalxdı. Sanki yuxuda idi, nə baş verdiyini anlamırdı, anasının indi hardansa çıxacağını gözləyirdi… Şəfiqə xalanı dəfn etdikdən sonra hər kəs çəkilub getmişdi. Qız ora- bura boylandı, gözləri yaşla dolmuş halda anasını axtardı, evə keçdi. Gözləri canamaza sataşdı. Anası namazını qıldıqdan sonra səliqə ilə qatlayıb qoyduğu yerdə gördü. Yaxınlaşıb, canamazı götürüb üzünə-gözünə sürtərək hönkürdü:
Anaa, niyə belə etdin anaa, məni niyə tək buraxdıın, mən bu evdə təkbaşıma necə yaşayım anaa. Özünü yandıtmaqla, məni ömürlük yandırdın anaa, niyə bir söz demədin, kaş məni döyəydin, öldürəydin, amma özünə bu zülümü etməzdin anaamm…
…Anasının ölümünə özünün bais olduğunu bildiyindən, Nübar saçlarını yolur, dizləri üstə çöküb, yana-yana hönkürür, ağlayır, çırpınırdı. Qız əhvalının qarşışdığını görüb güclə ayağa qalxaraq su üçün mətbəxə keçdi. Hər tərəfdə anasının səliqəsini görüb yenidən hıçqırmağa başladı. Stula çökdü, üzünə soyuq tər gəldi. Elə bu zaman Saleh kişinin gəlini Əsmər qapıda göründü. İsti yemək gətirdiyini dedi, amma qızın halsız oluğunu görüb, tez stəkanda su gətirib qıza içirtdi, əlinə bir az töküb qızın üz-gözünə vurdu:
Sakitləş Nübar, ölənlə ölmək olmur. Səbrli ol. Allah rəhmət eləsin Şəfiqə xalaya. Heç inanmağım gəlmir. Niyə belə oldu axı, yazıq arvadın başına gələn iş hər kəsə müəmma qallb. Nübar nə deyəcəyini bilmir, gözlərindən yaş sel kimi gedirdi. Əsmərin üzünə baxa bilmir, bir yandan da gətirdiyi yeməyin qoxusu ürəyini bulandırırdı. Birdən əlini ağzına tutub hamama yüyürdü. Əsmərdə arxasınca çıxdı. Nübar sakitləşdikdən sonra Əsmər onu yatağına apardı. Fikirləşdi ki, qız acından bu vəziyyətə düşüb:
Nübar, belə olmaz, bax, acından nə hala düşmüsən ürəyin bulanır, bir tikə nəsə ye, üzülmüsən dünəndən bura.. Qız heç nə eşitmirmiş kimi gözlərini tavana zilləyib susurdu…. Beləcə günlər keçir, aylar ötürdü. Nübar anasından sonra həyətdən kənara çıxmamışdı. Getdikcə qarnı böyüyür, dəyişiklik hiss olunurdu. Bu sirri Saleh kişidən başqa kimsə bilmirdi. Yazıq kişi ha fikirləşir, nə edəcəyini bilmirdi, amma getdikcə məsələ ciddiləşirdi, nə qədər qohum-qonşular, elə Salehin öz ailəsi duyuq düşməyib, qızı rüsvayçılıqdan qurtarmalı idi. Çox fikirləşdi, ağılına gələn yeganə insan Bakıda yaşayan əsgərlik dostu Xalid oldu. Onunla danışıb qızı bir neçə aylıq onun evində qalmağa razı salmalı idi. Ayrı cür mümkün deyildi. Bu barədə Nübarla ikilikdə danışmağı qərar verdi. Bu günə kimi qıza nəsə hiss etdirməmişdi ki, utanmasın. Təmiz qəlbli Saleh kişi Nübarda günah görmürdü, qızın saflığından aldandığını düşünürdü. Qızın başına bu pisliyi gətirənin kimliyinin bilmək istəyir, onu taparsa nə edəcəyini yaxşı bilirdi… Axşam əl-ayaq yığışandan sonra Saleh kişi ilk dəfə olaraq Nübargilə keçdi. Qapıbir qonşu olsalar da Şəfiqənin ölümündən sonra o həyətə geçə bilmirdi. Şəfiqənin cəmi bir baş inəyi vardı, onu da Saleh kişi gətirib öz heyvanları ilə birlikdə baxırdı. Nə vaxtsa lazım olarsa satıb Nübar üçün xərclik edəcəkdi. Nübar gecələri özü keçib onlarda qalır, gündüz isə öz evlərində tək-tənha günü axşam edirdi. Başını itirmiş, dəlilik həddinə çatmışdı… Onu yoldan çıxaran, başına pislik açan oğlandan xəbər belə yox idi. Bədbəxt qız qorxusundan susurdu. Oğlanın onu axırıncı dəfə hədələyərək dediyi sözləri qulağından çəkilmirdi:-” Bir adama tək kəlmə belə desən, intim videolarını hər kəsə göstərəcəm”… Qarnı böyüyürdü, beşinci aya keçmişdi hamiləliyi… Saleh kişi neçə gündü götür-qoy edirdi, Şəfiqənin xətri onun üçün çox əziz idi. İndi də onun ruhu xətirinə Nübarı yalqız buraxmır, öz himayəsinə almışdı. Çünkü Nübar kimsəsiz idi. Şəfiqə yetim qız olmuşdu, bacısı, qardaşı yox idi. Həyat yoldaşı Feyruzun da heç kimi yox idi, hər ikisi uşaq evində böyümüş, bir birlərini sevib ailə qurmuşdular. Atalar deyib ki, “Yetimin ağzı aşa çatanda, başı daşa çatar”… Feyruz 23 il övlad həsrəti ilə yaşadı, ata olmaq ümidini itirmiş, əlini tamam üzmüşdü. Amma yarı yaşını keçəndən sonra tapdığı körpəsinin üzünü doyunca görə bilmədi, qəza keçirib dünyasını dəyişdi. Şəfiqənin də qara günləri başladı. Yazıq qadın özü yetim olduğu kimi balasını da yetimliklə, zülümlə böyütmüşdü, xeyrini görməmiş bəlasını çəkdi… Bütün bunları düşünən Saleh kişi, saatlarla beynində götür-qoy edirdi. Bu qızı rüsvayçılıqdan qurtarmaq lazım idi. Başa düşürdü ki, hər şey yetimliyin üzündən onun başına gəlib. Atası,qardaşı olsaydı, kimsə ona risk edib yaxın düşə bilməzdi….
…Nübarla Saleh kişi bir saata yaxın söhbət etdilər.Bu müddətdə qız bir dəfə də olsun, utandığından başını qaldırıb Saleh kişinin üzünə baxa bilmədi. Kişi bu sirri bildiyini indiyə kimi hiss etdirməməşdi qıza. İndi birdən-birə bu barədə söz açanda qız ildırım vurmuşa dönmüşdü…Rüsvayçılıqdan qurtarmaq üçün nə desə razı olacaqdı…. Qərara aldıqları kimi, kənd camaatı yuxudan oyanıb, mal-qaranı küçəyə çıxarmadan kənddən çıxmalı idilər. Nübar gecəni yata bilmədi, Sübhdən qalxıb həyətdə var-gəl edirdi. Sanki bir də bura qayıtmayacaq kimi həyət-bacaya göz dolusu baxır, hər tərəfdə anasını görür, yanağına süzülən göz yaşını uçaq kimi əlinin arxası ilə silirdi.
Ana, bax, sənsiz təndirimizin şirəsi tökülüb, sən gedəni çörək qoxusu gəlmir həyətimizdən. Güllərimiz də açmadan solur ay ana, niyə belə elədin? Bağ-baxçamız sənin həsrətini çəkir ana, bax, çox sevdiyin alça ağacı quruyub. Canım anam, ağalar da sənsiz bar vermək istəmədi qurudu. Mənim üzümdən belə oldu hər şey, ana. Ruhun məni bağışlamayacaq bilirəm, bağışlaya bilsəydin məni bu durumda yalqız buraxmazdın. Mən neyniyim ana, mən başıma haranın külünü töküm anaa?… Həyət qapısının ağzında maşın dayandı. Nübar gözlərinin yaşını silib, bir də həyətə göz gəzdirdi, başını çevirib yaşlı gözlərlə eyvana baxdı, sanki anası pilləkənin başında durub, onu nəzərləri ilə yola salırdı. Nübar qeyri-ixtiyari sağollaşırmış kimi əlini qaldırdı… Yol uzandıqca uzanır, heç biri dinib-danışmırdı. Nübar bir kəlmə belə ağzını açıb nəsə soruşmamışdı Saleh kişidən. Hələ Bakıya çatmağa xeyli yol vardı. Saleh kişi maşının radionu açdı, əvvəl həzin bir musiqi yayıldı maşına. Onsuzda kövrək olan Nübarın gözlərinin yaşı yanaqlarını yuyurdu. Maşının güzgüsündən gözü Nübara sataşan Saleh kişi, qızın ağladığını görüb əvvəl radionu söndürmək istədi, nə fikirləşdisə dalğanı dəyişdi. Xəbərlər olan dalğada saxladı. Operativ Qərargahın verdiyi məlumatlar səslənirdi: -Mingəçevir şəhərində bir qız özünü kürə ataraq intihara cəhd etmişdi.. Bakıda 17 yaşlı qız özünü yeddinci mərtəbədən atmış… Qax rayonunda bir gənc qız özünü ov tüfəngi ilə vurmuş yerindəcə keçinmişdi… Nübarın gözləri parıldadı. Cəld telefonunu açıb kiməsə mesaj yazmağa başladı. Yenidən telefonu çantasına qoyub maşının pəncərəsindən boylanmağa başladı… Saleh kişi güzgüdən qızın o tərəf, bu tərəfə həyacanla boylandığlnı görüb,yola çıxandan ilk dəfə ağzını açıb qızla kəlmə kəsdi:
Qızım, maşını saxlayımmı? Bir narahatçılığın varsa de, utanma bala, mən də sənin atan. Nübar Saleh kişini həqiqətən atası qədər sevirdi, çünkü gözünü açandan anasına onu arxa, dayaq görmüşdü. İndi kişinin bu mehribançılığından çox kövrəldi. Onsuz da elə bir durumda idi ki, göz yaşları sözünə baxmır, bilaixtiyar süzülürdü. Saleh kişi qızdan səs çıxmadığını görüb maşını yolun kənarına verib saxladı. Nübar maşının dayandığının fərqində deyildi sanki, yerindən tərpənmədi. Saleh kişi düşüb maşının qapısını açdı:
Qızım, düş bir az təmiz hava al, görürəm əhvalın qarışıb. Düş, bala, düş. Nübarın nəsə qeyri-adi əhvalı kişini qorxuya saldı. Qızın rəngi birdən-birə kağız kimi ağarmışdı. Saleh kişi qızın qolundan tutub, maşından xeyli kənara çəkdi. Yol qaynayır, maşlnlar sürətlə şütüyürdü. Elə bil dünyanın bütün maşınları bu yoldan keçirdi. Nübar gözünü yola dikib key-key baxırdı, bir neçə dəqiqə lunatik adamlar kimi, donuq baxışla gözünü qırpmadan baxdı. Sonra gözlərini çevirib Saleh kişinin üzünə baxdı. Saleh kişi qızın gözlərinə ilk dəfə belə yaxından və diqqətlə baxırdı. Elə bil Şəfiqənin gözləri idi, çox kədərli və qınaqla baxırdı. Kişi üşənən kimi oldu. Elə bu anda gözlənilmədən, Nübar kişinin əllərindən tutdu. Qızın kiçik əllərinin bumbuz təmasından, tutrəməsindən Saleh kişi təşvişə düşdü. Ağzını açmaq istəyirdi ki, qız aman vermədi:
Saleh əmi, anamın məzarı üstünə gedib məni bağışlamasını istəyərsən ondan. Məni bağışlasın. Anama de ki, o məni də özü ilə bərabər yandırdı. Mən bu neçə ayı yaşamadım. Saleh kişi nə deyəcəyini bilmirdi, gözləri yaşla dolmuşdu, özünü güclə ələ alaraq:
Qızım, bu ananın qədəri idi, o həyata əzab çəkmək üçün gəlmişdi, əzabla da köçdü. Nübar onun əllərini üzünə dayayıb öpərək:
Saleh əmi, əgər bacarsan sən də məni bağışla. Əsmərə de ki, onu çox istəyirəm, o da məni bağışlasın. Bağışla, bağışla məni ana.. Anaaa… Hayqıraraq özünü şoseyə atdı. Elə ani elə sürətlə oldu ki, Saleh kişi nə baş verdiyini anlaya bilmədi. Maşınların tükürpədici səsləri, qızın cəsədinin havadakı silueti, hər şey ani oldu…. * Bu faciədən bir neçə ay keçmişdi. Saleh kişi heyvanları naxıra ötürdükdən sonra, evinə tərəf yox, qonşu həyətə keçdi. Bir qədər dayanıb həyətə göz gəzdirdi, cərgə ilə əkilmiş qızıl gül kollarına baxıb köks ötürdü. Şəfiqənin öz əlləri ilə əkib, becərdiyi güllərdən bir qədər dərib, üzü qəbristalığa tərəf yol aldı. Məzarların arası ilə asta-asta addımlayıb, başa-başa vermiş qoşa qəbirlərin yanında dayandı. Qəbirlərin üstünü Şəfiqənin yüz dillə oxşayıb, sığal çəkə-çəkə sağdığı ala inəyin puluna qara mərmərlə götüzdürmüşdü. Gətirdiyi tər gülləri məzarların üstünə qoyub, kövrək halda:
Allah hər ikinizin günahını bağışlasın, ikiniz də bala üzündən bəlaya düşmüsüz,- deyəyək nəmlənmiş gözlərini sildi. Asta-asta keçib məzarların ayaq tərəfində oturdu. Çox narahat idi, əlini alnına dayayıb xeyli fikirə getdi. Nübarın başına bu oyunu açanın, Şəfiqənin belə bir faciə ilə ölməsinin günahkarını tapmaq lazım idi. O şərəfsiz kimdisə belə rahat gəzə bilməzdi. – Bəs görəsən o kimdir? Həmin namərdin kim olduğunu tapmadıqca özünü də günahkar sayırdı. Günortaya az qalırdı, Saleh kişi oturduğu yerdən durub üst-başını çırpıb təmizlədi. Asta-asta qəbristanlıqdan çıxdı. Yol boyu çox fikirləşdi, birdən yadına Nübarın əl çantasl düşdü. Yoldakı o dəhşətli hadisəni xatırladı. Nübarın yola düşərkən götürdüyü kiçik çemodanını və əl sumkasını Saleh kişi özü öz əlləri ilə gətirib Şəfiqənin otağına qoymuşdu. Otağın qapısını da bağlamışdı. Özündən qeyri kimsə o həyətə getmirdi. Həmişə boş qalmış həyəti, toz basmış ev-eşiyi görəndə bu barədə fikirləşirdi. Ağılına gələn o olmuşdu ki, kimsəsiz gənc bir ailəyə bağışlasın o evi… Saleh kişi addımlarını yeyinlətməyə başladı. Fikiri qəti idi… Üç aya yaxın idi ki, bu pilləkənləri çıxan yox idi. Nübarın dəfnindən çıxmışdılar ordan. Bu ana- balanın ölümü hamıya müəmmalı qalmışdı. Saleh kişi otağın qapısını açıb içəri keçdi. Evin işığını yandırıb xeyli ayaq üstə dayandı. Divardakı şəkildən Nübar şirin-şirin gülürdü. Gözünün qabağına Nübarın uşalığı, şıltaqlığı gəldi. Qulağına kiçik Nübarın səsi gəli:- Sayeh əmi, bax, anam məyə kukuya alıb… Kövrəlmiş halda:
Ay namərd dünya, ay zalım fələk, – deyə pıçıldadı…
Gözü çarpayının üstünə qoyduğu çantaya sataşarkən nə üçün gəldiyini xatırladı. Ürəyi sızıldaya-sızıldaya irəliləyib çantanı götürdü. Fikirləşirdi ki, onun maraqlandığı məsələ baradə mütləq orda bir işarə olmalıdı. Əlləri əsə-əsə çantanı açıb içindən Nübara məxsus telefonu götürdü. Həmin gün, faciə baş verəndən sonra Saleh kişi Nübarın telefonunu ələ düşməsin deyə söndürüb öz cibinə qoymuşdu. Dəfndən sonra maşında qalan çemodanı və çantanı gətirib evə qoyarkən telefonu da çantaya qoymuşdu. İndi ümidi bu telfona idi. Telefonu açmaq istəsə də açılmadı. Telefonun adapteri üçün çantaya yenidən baxmalı oldu…. Saleh kişi bayaqdan həyətdə gəzişir, telefonun enerji yığıb açılmağını gözləyirdi… Nədənsə ayaqları sözünə baxmırdı, dizlərində taqət yox idi elə bil. Taxta məhəccərdən tutaraq eyvana qalxdı. Telefon xeyli enerji yığmışdı. İstəməsə belə yandırmalı oldu. Bir başa mesajları nəzərədən keçirməyə başladı. Bir tanış ad diqqətini çəkdi, əvvəl yanıldığını düşündü, təkrar-təkrar baxdı. Yenə gözlərinə inanmadı. Mesaja gələn şantaj xarakterli şəkillərə diqqətlə baxdı. Videonu açmışdı ki, tez dayandırmalı oldu. Gələn zənglərə baxdı, yanılmamışdı. Özü-özünə dəli kimi danışmağa başladı:
Yox! Yox! Bu ola bilməz, bu səhvdi, bunu kimsə Valehin adından edib. Qətiyyən ola bilməz! Alnına soyuq tər gəldi, nəfəs alması ağırlaşırdı getdikcə. Amma özünü ələ alıb, bu adamın kimliyini dəqiqləşdirməliydi. Gələn səslərə qulaq asdı, bu o idi… Fikiri doqquz ay əvvələ getdi. Oğlu Valeh heç gözləmədiyi halda Rusiyaya getməli olduğunu deyib, yola çıxmağa hazırlaşdı. Bu qəfil gedişin səbəbini isə heç yoldaşı Əsmərə də demədi. Getdiyi gündən bu yana bir xəbər yox idi. İndi bildi ki, Nübarla əlaqəsi varmış, səndemə qızı hədələyib ki sussun….. Valeh iki il idi ki, Əsmərlə ailə qurmuşdu. Gəlin gəldiyi gündən Nübarı özünə bacı bilmişdi. Şəfiqə də Valehlə Əsməri öz övladları bilirdi. Nübara hər zaman Valeh sənin qardaşındı deyərdi. Hara getsə Nübarı Valehə tapşırar, gözü üstündə olmasını xahiş edərdi….. Saleh kişinin içindən ah qarışıq fəryad qopdu, bircə kəlmə:
Ay nankor övlad! – deyə bildi. Yerindən güclə qalxıb həyətə düşdü. Ağlr-ağır ayaqyoluna tərəf getdi. Telefonun arxasını açaraq əvvəl nömrəni çıxardıb sındırdı və telefonla birlikdə ayaqyoluna atdı. izin itdiyinə tam əmin olduqdan sonra özünü evlərinə çatdırmağa can atdı. Yeriməyə amanı yox idi, sanki sürünürdü. Dodaqaltı nəsə danışır, kimisə qınayır, qarğayırdı. Hərdən kövrəlir, öz-özünə “yazıq bala, körpə bala” deyir, yenə sifəti sərt ifadə alırdı. Bildiyi o idi ki, heç vaxt, heç kim bilməyəcəkdi ki, bir qızın xoşbəxtliyinə qənim kəsilən, bir ailənin faciəsinə səbəb olan o şərəfsiz insan Saleh kişinin oğlu Valeh idi. O Valeh ki, yoldaşı Əsmər Nübarın qayğısına bacı kimi qalırdı… Saleh kişi içində nəyinsə qırıldığını hiss etdi. Əlini ürəyinin üstünə qoyub güclə ayaqlarını çəkərək həyət qapısına tərəf getdi. Qapıdan çıxarkən dönüb həyətə baxdı. Şəfiqəni qızı Nübarla birlikdə güllərin arasında dayanıb, gülə-gülə ona əl eləyən gördü. Üşəndi… Səhər heyvanları naxıra ötürərkən, eşitdikləri xəbər kənd adamlarını çox məyus etdi. Saleh kişi ürək tutmasından dünyasını dəyişmişdi… Amma Saleh kişi oğlu Valehin bir neçə gün əvvəl, səfil bir görkəmdə, içkili halda yol keçərkən üstündən yük maşınının keçdiyindən xəbərsiz köçmüşdü dünyadan. SON
İyulun 4-də Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində daşkəsənli gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Etibar Həsənzadənin “Şuşa İli” çərçivəsində “Şuşa – Zəfərin zirvəsi” başlığı altında hazırladığı ədəbi-bədii videokomozisiyasının təqdimatı keçirilib.
Təqdimat Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” fərdi layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ziyalıları, şəhid valideynləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əhəd Abıyev tədbir iştirakçılarını salamladıqdan sonra gənc yazar Etibar Həsənzadəni ötən dövrlərdə əldə etdiyi zəngin yaradıcılıq uğurları münasibətilə təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Gənc yazar Etibar Həsənzadə məhdud imkanlı olmasına baxmayaraq, onun əsl ziyalı, maarifçi obrazı, həyata, Vətəninə bağlılığı bütün gənclərə nümunədir. Etibar Həsənzadənin onlarla bədii kitabı işıq üzü görüb, əsərləri nüfuzlu nəşrlərdə ölkəmizdə və xaricdə yayımlanıb. O, bir çox nüfuzlu təşkilatların mükafat və diplomları ilə təltif olunub.
Sonra Şuşa ilə bağlı videokompozisiyaya baxış keçirilib. Etibar Həsənzadənin şeirlərini aktyor Əjdər Zeynalov, Əməkdar artistlər Sərvər Əliyev və Kəmalə Məmmədova səsləndiriblər.
Tədbirdə çıxış edən qazi Ceyhun Əliyev və digər rayon ziyalıları Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləyib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Məktəblilər isə Etibar Həsənzadənin şeirlərini oxuyublar.
Как хочется в твои глаза взглянуть, Иначе разобраться в чувствах сложно, Утраченное счастье вновь вернуть, Хотя, я знаю,…это невозможно…
Уж солнце за черту давно зашло, Когда с тобою мы расстались, Ну, почему всё так произошло? Мы на прощанье… даже не обнялись.
Я часто доказать себе пыталась, Что я сильна, и вовсе не сломалась, Но каждый раз в себе я ошибалась, И, вновь поверив, снова обжигалась.
Напрасно столько сил своих истратив, Себя я изводила до предела, Такой уж у меня характер, Мне ни к чему всё это было делать!…
Подсказывало сердце мне:- Не верь! Что ждут меня с тобой одни невзгоды, Тобой пьяна была я,…но теперь, Я не войду в одну и ту же воду!
Ты ловко обманул меня, я знаю… Такая, видно, у меня судьба, Но я тебя ни в чём не обвиняю, Наверно, виновата я сама….
* * *
ЕСЛИ БЫ ТЫ ЗНАЛ
Тлеет огонёк моей души, Маленькая искорка надежды, Я прошу, её ты не туши, Будь со мною ласковым,..и нежным… Стоит лишь увидеть мне тебя, Становлюсь пунцовой я от краски, Страстью заливается душа, Я любви хочу твоей,..и ласки… Сластью переполенные губы, Будят чувства, спящие во мне, А глаза, -сиянье изумрудов! Как трава весеняя, в росе… Сердце гложет от тоски, во тьме, Если бы ты знал….как ты мне нужен… Прилечу на крыльях я к тебе, Только позови,…и в зной, и в стужу! Запахом хочу твоим дышать, Утолить любви и страсти жажду, Не могу я чувств своих унять, Поцелуев жду твоих, как счастья…. Я хочу почувсвовать тебя, Страстью и любовью поделиться, Отдала б тебе я всю себя, Чтоб тобою вдоволь насладиться. Как же мне унять свой страстный пыл!? Ты, ведь, всё равно меня не слышишь…. Для меня ты будешь, есть , и был, Даже, если ты меня не видишь! Погаси очаг моей души, Окропи холодною водой, Может так потухнут угольки, И останется лишь дым седой…
Mən təxminən 2004-2005-ci illərdə şair – publisist Nadir Qədimlini tanıyıdım. Şəxsən özünü yox! Hələ özü ilə tanış deyildim. Heç bilmirdim kimdi… Amma şeirlərini oxuyurdum, onun ruhunda, qəlbində hansı fırtınaların qopduğundan xəbərdar idim, vətəni üçün ürək sızıltılarını duyurdum. Agah idim, agah idim ki, bu şeirləri yazandan sonra, çarpayısına uzanıb, gözlərini tavana zilləyir, xəyalları uşağlığı, gəncliyi keçən yerlərə uçur, “əlçatmaz”lar gözü qarşısına canlanır.. tavana dirəkli qalmış gözlərindən qeyri-ixtiyari yaşlar süzülür….
Dedilər yaz gəlir çıxdım eyvana,
Gördüm ki,təbiət gəlhagəl deyir.
Bəzənib min dona min naz eyləyir,
Gələnə-gedənə danış,gül deyir.
Dedim ki,açılar bu qərib könlüm,
Bir az da mən özüm sevinim,gülüm,
Doyunca baxmadım xəcalətimdən,
Dedim bu sevincdən yaxşıdır ölüm!
Hər çiçək gözümdə bir dərd topası,
Oydu bu içimi dərd oyum-oyum.
İstədim boylanam dağlara sarı,
Dağların boyuna, çatmadı boyum.
Hər bahar qəlbimdə ümid göyərir,
Hər bahar qəlbimdə bir ümid solur.
Deyirəm gələn yaz yurda gedərik,
Nə yazım yaz olur,nə yurd, yurd olur.
Dedilər yaz gəlir çıxdım eyvana,
Gördüm ki,çəmən-çöl,gül ləçəkliyir.
Bəxtəvər başına dedim,ay Nadir!
Sənin də qəlbində dərd çiçəkləyir.
Bu şeiri oxuyub ümidlərinin suya düşdüyünü anlayan oxucunun ürəyi parçalanırsa, gör bu şeiri yazan nələr çəkir?Vətən nisgili ilə qovrulanlar bilər bu şeirin ağırlığını, kədərini… Nadir Qədimlinin hansı şeirini oxudum, öz dərdimi gördüm, öz yurd həsrətimi, yuva nisgilimi gördüm. Hərdən yurdumuz üçün burnumuzun ucu göynəyəndə, ürək qübar edəndə şairin misraları hisslərimizə tərcüman olurdu:
Dərd əhliyəm,dərdlər yatır sinəmdə,
Yadlar qurub alaçığın binəmdə,
Mən hansı dərdimə dərman tapmışam?
Bir danışam, bir sevinəm, güləm də,
Kəndimiz yamanca yadıma düşür.
Hə, indi gəl, bu şeiri sonacan oxu, amma başını qarşındakı masaya qoyub asta-asta ağlama…
Şairin mənzum dramları yaxud poeziya tamaşası…
Günlərin bir günü şairin özü ilə tanış oldum. 2007-ci il idi. Eləcə düşündüyüm kimi:Sadə, mehriban, təvözəkar, bir də kökünə qədər dərd dolusu gözlərini tanıdım. Vətən yanıqlısı olmağımız bizim əsas ortaq nöqtəmiz idi. Fürsətdən istifadə edib yaradıcılığı ilə bağlı suallarıma da cavablar aldım. Nadir müəllim ixtisasca iqtisadçı olmasına baxmayaraq, hələ 1998-ci ildə onun “Qarabağım qan ocağım” mənzum dramı rejisor Ədalət Ziyadxanov tərəfindən Əbdürrəhimbəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulur. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmununa, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanır. Əsərin belə uğurlu alınması Azərbaycan Dövlət Televiziyasının diqqətindən yayınmır. Tamaşa AZTV tərəfindən kadra alınır və hazırda orada qorunub saxlanılır.
Bundan başqa şairin Ağdam Dövlət Dram Teatrında “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyesləri tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdı. Yeri gəlmişkən, Ağdam Dövlət Dram Teatrı ötən ilki mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib. 44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olundu. Üstəlik Mədəniyyət Nazirliyi və Teatr Xadimlər İttifaqının “Fəxri Diplom”una layiq görüldü.
Beşinci nübar: “Ürəyimə yağan yağış”…
İyulun 1-də Atatürk Mərkəzində Nadir Qədimlinin növbəti “Ürəyimə yağan yağış” adlı yeni kitabının təqdimat mərasimi oldu. Xatırladım ki, “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbət”, “Danışır Azərbaycan “ kitablarından sonra sayca beşinci olan “Ürəyimə yağan yağış” ” Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 328 səhifədən ibarət kitabın redaktorluğu və ön sözü şair Namiq Hacıheydərliyə məxsusdur.
Mərasimə Nadir Qədimlinin poeziyasını ürəkdən sevən dostları, həmkarları, jurnalistlər, elm adamları və digər ictimaiyyət tərəfindən tanınan şəxslər qatıldılar. Tədbiri tanınmış yazar , şairin həmkəndlisi Vasif Qurbanzadə aparır. O şairi elə mənim qədər tanıyanlara bir də öz baxış bucaqı ilə tanıdır. Vasif müəllim qürurla bildirir ki, Nadir kəndimizi təmsil etdiyi üçün , bu qədər insanın qəlbində həm özünə, həm ədəbiyyata, həm də el- obasına hörmət qazandırdığı üçün çox sevinir, çox şaddır: “ Hər dəfə Nadiri görəndə, onun vətən həsrətli şeirlərini oxuyanda ilk yadıma düşən kəndimizdəki Qaraman dağı olur, kəndin hər çığırı, hər köşəsi gözlərim qarşısında canlanır. Nadirin poeziyasında elə bir sehr var ki, onu oxuyan hər kəs onun gözləri ilə Qaramanı da görür, Qalayçılar kəndini də. Bu səbəbdən Nadir hamımıza əzizdir” .
Qiraət ustası, əməkdar artist Ağalar Bayram bax elə o andaca şairlə Ağdamda, bir tədbirdəki tanışlığından, onun şeirləri ilə təmasından danışıb dərhal “Sındırar” adlı şeiri səsləndirdi:
Bu dünyanın gözü qalıb gözümdə
Bir baxışla mənə hər şey andırar
Çəkdiklərim qənim olub özümə
Çölüm özgə, içim məni yandırar…
Bəli, bulaq kimi, şəlalə kimi misraları bir də valehedici səs sahibi Ağalar müəllimin ifasında dinlə.. Əsl poeziya ziyafəti…
Filalogiya üzrə fəlsəfə doktoru dosent Səkinə Bayramova, fəlsəfə doktoru dosent Yeganə Qəhramanova, , şair İlham Qəhrəman, şair Tahir Ələkbərli, əməkdar jurnalist Qafar Əsgərzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova, şair şəhid atası Kamil Vəfadar, şair Zakir Ağdamlı, tərcüməçi Qumru Qasımova, şair Rafael Tağızadə, şair Aygün Hüseyn , poeziya vurğunu, nevroloq –həkim, Mirzə Qaraşov , siyasi fəal Taleh Alıiyev, şair Zaur Ustac .və başqaları tədbirin elə ilk anındaca məclisdəki səmimiyyəti, sadəliyi, hiss etdilər və tədbir sonuna qədər elə bu aurada getdi. Hər kəs öz növbəsində Nadir Qədimli yaradıcılığından oxuduğu, əzbərlədiyi şeirlərdən söylədi , hisslərini, duyğularını ifadə etdi.
Mənim tanıdığım Ağdam QAC sədri
Növbə mənə çatdı. Oxucularımız bilir, 44 günlük savaş müddətində müharibə zonasında olan yeganə qadın jurnalist idim və bir çox tanıdığım insanların tanınmayan bəzi xüsusiyyətlərini məhz o dövrdə gördüm, kəşf elədim. Bir məqamı xatırladım. Ermənistan Silahlı Qüvvələrinin hədəf aldığı təmas xəttindəki insanlar müharibəyə hazırlıqsız yaxalanmışdı. Ərazini tərk edib atəş tutmayan məktəblərdə, idarə və müəsissələrdə sığınacaqlara yerləşmişdilər. Evdən hövlanak çıxanda nə isti geyim, nə də ərzaq götürə bilmişdilər. Həmin vaxt erməni artilleriyasını susdurmaq üçün Quzanlı kəndinin alt hissəsindəki qobuda və sağ tərəfindəki Xaçın çayının su gəlməyən yatağında bizin ağır artilleriya qurğularımız qurulmuşdu. Təsəvvür edin, ağır artilleriyanın atdığı mərmilər Quzanlı kəndinin başı üstündən uçuşurdu. Ermənilər mərmi çıxan yerləri yəni Quzanlını mütəmadi atəş altda saxlayırdı. Həmin vaxtlar nə qədər dinc əhali yaralandı, həlak oldu, yüzlərlə ev göyə sovruldu, darmadağın oldu. Bax belə bir ərazidə, belə bir ölüm saçan mərmilərin altında , ağır şərtlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin sədri Nadir Qədimlinin vətənə xidmətini gördüm. Bəli, bir var vəzifə borcunu yerinə yetirmək, bir də var, vəzifə borcundan ötə olan vətənə xidmət missiyasını həyata keçirmək.
Onların işini izləmək, çəkdikləri əziyyəti görmək üçün bir neçə dəfə QAC-ın üzvlərinə qoşuldum, onlara yoldaş oldum. Sığınacaqlara, imkansız və köməksiz insanlara ərzaq, geyim, yorğan (odyal) paylamağa mən də getdim. Payız yağışının altında, başdan ayağa islanmış vəziyyətdə, digər yandan göydən mərmi töküləndə, hərə qaçıb bir təhlükəsiz yerə girəndə Nadir müəllim və onun komandası fəaliyyətlərini dayandırmadı. Həmin vaxt onlara kömək edəndə mən də islanmışdım, üşüyürdüm, saçlarımdan su süzülürdü. Üzümə baxdı, yəqin ki, ürəyi yandı, ruh yüksəkliyi ilə dedi ki, qoy müharibə qurtarsın, qələbə günü sənə qonaqlıq verəcəyəm. (İnşallah dediyi qonaqlığı verər)) Nə deyim vallah, bu komandanın hansısa üzvünün necə deyərlər ”anası namaz üstündə idi” ki, onlar mərmiyə tuş gəlmədilər, onlar ölümə görə fəaliyyətlərini bir anda ləngitmədilər. Bildilər ki, kimsə payızın soyuğunda üşüyür, kimsə açdır, kiminsə kiçik bir təsəlliyə ehtiyacı var… Başda Nadir müəllim olmaqla o uşaqlar, o 44 gündə əsl fədakarlıq nümayiş etdirdilər. Nadir Qədimli istedadlı, eyni zamanda sevilən şairdi. Vətənpərvər və fədakar vətən oğludur. İşinin, adının, dediyi sözün, kəndinin, rayonunun, dövlətinin məsuliyyətini bilən vətəndaşdır. Bununla bərabər həm də iki övlad sahibidir, nümunəvi atadır. Elə nümunəvi balalar da yetişdirib. Hələ nəvəsinin də sevimli babasıdır.
Son olaraq, arzu edirik, Nadir Qədimlinin növbəti kitabı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızdakı tikinti və yenidənqurma işlərindən, bu prosesdə sevgi və sevinclə iştirak edən soydaşlarımızın maraqlı talelərindən, bir də yurduna köç edən qarabağlıların sevincindən bəhs edən şeirlər toplusu, poemalar və pyeslərlə zəngin olsun!Uğurlar Nadir Qədimli!
Leyla ƏLİYEVA – şair, ictimai xadim, “Bakı” jurnalının təsisçisi və baş redaktoru.
3 iyul Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın doğum günüdür. Leyla xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!