Etiket arxivi: HAQQINDA

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – İCAZƏ VER ÇIXIM GEDİM

ŞƏLALƏ CAMALIN YAZILARI

İCAZƏ VER ÇIXIM GEDİM
Danışmayaq söz xətrinə…
Nə səndən sevən çıxacacaq…
Nə məndən adam olacaq….
* * *
Ürəyim dönüb dumana,
Çatmayır sevgim limana,
Eşqim yetmir bu ümmana,
Məndən adam olmayacaq…
* * *
Hər yalanına uyaram,
Məhəbbətini duyaram…
Dizlərinə baş qoyaram
Məndən adam olmayacaq….
* * *
Gəl sən mənə çox güvənmə,
Gəl sən mənə bel bağlama,
Xətrinə dəyməsin, amma
Məndən adam olmayacaq….
* * *
Bax, bu eşqə düşsəm belə,
Səninlə görüşsəm belə..
Sevgimi bölüşsəm belə,
Məndən adam olmayacaq.
* * *
Gözlərimdən yaş tökərəm
Bağrımı yarıb sökərəm…
Qəlbim qaralıb çökərəm
Məndən adam olmayacaq…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

YARPAQ VƏ TORPAQ
Can verəni candan alı qoyarıq,
Unudur yarpağa möhtacdır yarpaq…
Torpağa su deyil, zəhər veririk,
Marağa məəttəl qalıbdır torpaq…
* * *
Xəzələ aman yox torpağa çata,
Qurumuş canıyla cana can qata,
Əbədi qanunla rahatca yata,
Süprülüb çöplüyə atılır yarpaq…
* * *
Torpağa ting deyil, sütun əkirlər,
Arx, kanal yerinə hasar çəkirlər,
Dəmirdən, betondan kəfən biçirlər,
Gözü baxa-baxa gömülür torpaq…
* * *
Bizə can verənin canın almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq…
* * *
Ay Ustac, haqq deyən Nəsımı öldü,
Haqq bir damladır, batilsə göldü,
Qardaşlar tək gəlmiş Adəmi böldü,
Bizlər unutsaq da, unutmur torpaq…
31.01.2021. Bakı.

A SİMSAR
Salam olsun, sənə şanlı ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
Şükür, əlindədir külli-ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Nə deyim, a simsar, elə sim sarı,
Simsar sinsidərmi, belə simsarı,
Hələlik dönüş var, hələ sim sarı,
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Rəvamıdır, bu edilən Ustaca!?
Diqqət istər sim sarıyan ustaca…
Al dil ilə deyər halın ustaca,
Mizrab tutan əlin, qolun var olsun!
05.02.2021 Bakı.

BƏRK YAPIŞ
Ay Zaur, deyirlər ən yaxşı vaxtdır,
Bir az daha qeyrət, güləş, bərk yapış!
“İgid odur, atdan düşə, atlana.”
Bu işdə dönüş yox, dirəş, bərk yapış!
* * *
“Kor qızın baxtı”ndan yeyindi baxtın,
İlikdən tacın var, sümükdən taxtın,
Olmasa da adan, ya da ki, “yaxt”ın,
Olanları qoru, çalış bərk yapış!
* * *
Ay Ustac, bilirsən, yastığın üç gül,
Göydə ulduz sayır basdığın müşkül,
Bir türlü dolmayır asdığın kəşkül,
Haqqın ətəyindən sallaş, bərk yapış!

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – EY GÖZƏL BAYRAĞIM

ŞƏLALƏ CAMALIN YAZILARI

EY GÖZƏL BAYRAĞIM

Ey gözəl bayrağım dalğalan yenə
Sən mənə doğmasan , mən qurban sənə
Baxdığca doymuram fəxarətindən
Sən enə bilmərsən cəsarətindən.

Bayrağım, bayrağım, ulu bayrağım,
Dünyaya səs salan qürur bayrağım
Düşməni sındıran məğrur bayrağım,
Sən enə bilmərsən cəsarətindən.

Dalğalan zirvələr sənindin ancaq.
Qarabağ bizimdir, bizim qalacaq!
Düşmənlər od tutub daim yanacaq,
Sən enə bilmərsən fəxarətindən.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Türk Edebiyyatı Vakfının Ödül töreni – Xəyalənin təqdimatında

4 fevral 2022-ci il tarixində Ankarada TürkSOY Genel Mərkəzində Türk Ədəbiyyatı Vəqfinin 2022-ci il üzrə təsis etdiyi “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət Ödülləri”nin təqdimatı mərasimi keçirildi. Bu münasibətlə Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, Türk ədəbiyyatı Vəqfinin başqan vəkili Esat Kabaklı, Ömer Balıbey, Vəqfin yönəticilərindən Mehmet Ali Talayhan, “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci və Yüksəl xanım Kabaklıdan ibarət heyət İstanbuldan Ankaraya rəsmi səfər etmişlər. TürkSOY genel mərkəzində gerçəkləşən ödül törənini giriş sözü ilə açan Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı Türk dünyasına könüllü xidmət edən aydınlarımızı bu ödüllərlə təltif etməkdən qürur duyduğunu dilə gətirdi. Başqanın açılış nitqindən sonra “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci Türk Ədəbiyyatı Vəqfinin və “Türk ədəbiyyatı” dərgisinin  Türk İnsanının mənəvi təşəkkülündə və milli düşüncəsinin formalaşmasında önəmli yerindən bəhs edən maraqlı nitq söyləyərək çıxışının sonunda Vəqfin təsis etdiyi ödülləri və sahiblərinin adlarını açıqladı: Mərhum şeyxülmühərririn Ahmet Kabaklı və dostları tərəfindən 1972-ci ildə qurulan Türk Ədəbiyyatı Cəmiyyəti 1978-ci ildə Türk Ədəbiyyatı Vəqfi olaraq fəaliyyətini davam etdirmişdir. Türk mədəniyyətinin ən sağlam və sarsılmaz sütunlarından olan Türk ədəbiyyatı Vəqfi bu günə qədər gerçəkləşdirmiş olduğu fəaliyyətlərlə milli köklərimizə bağlı qalaraq “kökü keçmişə söykənən gələcəyi” inşa etməyə çalışan bir qurumdur. Türk ədəbiyyatı Cəmiyyətinin mətbu orqanı olaraq 1972-ci ilin Yanvar ayında ilk sayı ilə oxucuları salamlayan Türk ədəbiyyatı dərgisi bu ay yayın həyatındakı 580 sayını geridə qoymuşdur. Ədəbiyyat tariximizin ulu çinarlarından olan dərgimiz Türk ədəbiyyatında ən çox yol gələn dərgilərdən biridir. Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi yarım əsrdir ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirməkdədir. 50 ildir davam edən “Çərşənbə söhbətləri” Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Calal Bayar, Alparslan Türkeş, Rauf Denktaş, Deniz Baykal kimi siyasətçilər, Mehmet Kaplan, Erol Güngör, Faruk Kadri Timurtaş, Osman Yüksəl Serdengeçti, Samiha Ayverdi, Alaəddin Yavaşca, Nəcib Fazil, Orxan Şaik Gökyay kimi neçə elm, mədəniyyət və adamları, şair və yazarlar bu kürsüdən konfrans vermiş, nitq söyləmişlər. Bu konfranslara aid 50 illik zəngin bir arxivimiz də vardır. Vəqfimizin “Türk ədəbiyyatı Vəqfi yayınları”, “TEDEV uşaq nəşrləri”, Türk dünyası ədəbiyyatlarına aid əsərlərin yayımlandığı “Turay yayınları” olmaqla üç müxtəlif yayın evləri vardır ki, bu günə qədər 375 müxtəlif kitabın nəşrini gerçəkləşdirmişdir. Türk Ədəbiyyatı Vəqfi Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etməkdədir. Bu il mükafat komissiyamızın irəli sürdüyü təklifə əsaslanaraq Vəqfin idarə heyətinin 8 yanvar 2022-ci il 2022/01 saylı qərarı ilə: Dilçilik elmimizə verdiyi böyük töhfələrinə görə Türk dünyasında dilimizin piri kimi qəbul edilən Professor Ahmet Bican Ercilasun, Türk kimliyinin inşası üçün əsərləri və mücadiləsi ilə bu yolda həmişə ön sırada dayanan, eyni zamanda Vəqfimizin qurucularından olan Professor İsgəndər Öksüz, şeirləriylə Türk dünyasının hər bölgəsində boy göstərən, “Arala ağı”, “Göygöl”, “Türkülər” kimi şeirləri ilə Türkcənin bayraqdarlığını edən şair Ali Akbaş “Yaşayan Dədə Qorqud” ödülünə layiq görülmüşdür. Türk Dünyasının ortaq qurumu olan və qurulduğu gündən bu yana Türk mədəniyyətini və sənətini beynəlxalq müstəvidə təbliğ edən, tanıdan, TÜRKSOYa rəhbərlik etdiyi gündən bəri Türk dünyasının mədəni zəmində birləşib bütünləşməsi üçün çox böyük işlər görən TÜRSOY Genel Sekreteri Düsen Kaseinov; ömrünü türklük davasına həsr etmiş, bugünə qədər qurulan bütün milli təşkilatlarda qurucu və ya üzv olaraq çalışan Türk milliyyətçilərinin böyüyü, ağsaqqalı Sadi Somuncuoğlu, ədəbiyyatdan musiqiyə, dildən sənətə çox fərqli müstəvilərdə milli mədəniyyətimizi yaşatmağa çalışan, hər qurumda, dərgidə yazılarıyla yer alan, intellektual kimliyi ilə istedadlı gənclərə daima yol göstərən şair, yazar, tənqidçi, publisist A.Yağmur Tunalı, qurduğu İLESAM VƏ TÜRKSAV kimi qurumlarda yürütdüyü çalışmalarla Türk dünyasının hafizəsində xüsusi yeri olan, şeirləriylə könüllərdə taxt quran Yahya Akengin, Türk ocaqları təşkilatından başlayaraq Türk dünyasına yönəlik fəaliyyətləri ilə daim öndə olan, Avrasiya Yazarlar Birliyinin və Türk dünyasının ortaq dərgisi olan  “Qardaş qələmlər”in qurucusu doç.dr. Yaqub Öməroğlu “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülmüşlər.

 Daha sonra təqdim etmə mərasimi keçilirilmiş və  mükafatlar  sahiblərinə təqdim edilmişdir. “Yaşayan Dədə Qorqud”, “Türk Dünyasına üstün xidmət ödülləri” ilə yanaşı xüsusi  olaraq bir mükafatın da təsis olunduğu diqqətə çatdırılmışdır.  

“Türk ədəbiyyatı” dərgisinin 50 illik yubileyinə özəl olaraq Dərginin ən qiymətli və vəfalı oxucusu Zəki Birdoğan “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar tərəfindən xüsusi təltiflə mükafatlandırılmışdır.  Xatırladaq ki, Vəqfin təsis etdiyi digər ödüllər 8 fevral 2022-ci il tarixdə İstanbulda Türk Ədəbiyyatı Vəqfində düzənləcək törəndə sahiblərinə təqdim ediləcəkdir.  

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub

Bu günlərdə Vilnüsdə “Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub. Kitab tanınmış Azərbaycan filoloqu Aslan Məmmədlinin doktorluq dissertasiyasıdır və onun əziz xatirəsinə həsr olunub. Aslan Məmmədli görkəmli Azərbaycan dilçisi professor Məmməd Tağıyevin yaratdığı Bakı Frazeologiya Məktəbinin nümayəndəsi idi.

Dissertasiya 1996-cı ildə Bakıda müdafiə olunub və müqayisəli frazeologiya sahəsində fundamental əsərdir. Burada ilk dəfə olaraq Azərbaycan və rus frazeoloji sistemləri bütövlükdə müqayisəli təhlilə məruz qalmışdır. Frazeoloji sistemlərin onomasioloji təsnifatı aparılmışdır. Azərbaycan və rus dillərində frazeoloji ifadə tapan semantik sahələr müəyyən edilmişdir. Hər iki dilin frazeoloji sistemlərinin xalqın keçdiyi tarixi yolu əks etdirdiyi iddia edilirdi, yəni frazeoloji vahidlər dildə təkcə milli dünyagörüşünün xüsusiyyətlərini deyil, həm də xalqın tarixini yüksək dərəcədə əks etdirən bir təbəqə təşkil edir. O da səciyyəvidir ki, əksər hallarda fövqəl-etnik xarakter daşıyan müxtəlif mədəni təsirlərə baxmayaraq (yəni, islam və xristianlıq, Azərbaycan frazeologiyasında müvafiq olaraq ərəb, fars, rus dilində isə ivrit və yunan dillərinin təsiri), əsas frazeoloji fond və əsas konnotasiyalar sistemi xalqın canlı danışıq dilindən qaynaqlanır. Bu mənada frazeologiya yad mədəniyyətlərin ən az təsirini yaşamış sistemdir.

Fəsillərin birində təqdim olunan bibliya frazeoloji vahidlərinin təhlili də xüsusi maraq doğurur.

Əsər böyük nəzəri əhəmiyyətə malikdir. Kitabdan frazeologiya kurslarında, tərcümə praktikasında, leksikoqrafik təcrübədə, rus və Azərbaycan dillərinin tədrisində istifadə oluna bilər və təbii ki, o təkcə filologiya fakültəsinin tələbələri və dilçilər üçün deyil, həm də bütün filologiya ilə maraqlananlar üçün çox faydalı olacaq.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəyalə “Türk edebiyyatı” dergisinin qar çiçəkləri qoxulu fevral sayını vərəqləyir…

“Dergi hür tefekkürün kalesidir” – deyirdi Cemil Meriç. Gerçəkdən də hürr təfəkkürün qalası ola bilmək böyük cəsarət işidir. 50 il boyunca, sözün həqiqi mənasında, türk milli düşüncəsinə söykənərək hürr təfəkkürün binasını qoyan “Türk ədəbiyyatı” dərgisinin bu gün ən yüksək səviyyədə işıq üzü görməsi istiqamətində dəyərli böyüyüm, əziz Ustadım İmdat Avşar yorulmaz xidmətlərdə bulunmaqdadır. 

Kabaklı Hocanın başladığı qutlu yolun mənəvi varisləri kimi bu gün İmdat bəy başda olmaqla dərginin bütün yaradıcı heyəti böyük məsuliyyət və vicdanla çalışmaqdadır. Bu günlərdə “Türk ədəbiyyatı”nın Şubat (fevral) sayı oxucuların görüşünə gəlib. Hər bir sayda olduğu kimi fevral sayında da ədəbi, fəlsəfi, akademik araşdırmaların məzmun orijinallığı, ehtiva etdiyi dərin məna və elmi mündəricəsi, oxucunun hər ovqatda bədii zövqünü oxşayan hekayə və şeirləri, ədəbi proseslə birgə addımlayan, zamanla səsləşən maraqla müsahibələri oxuduqca çağdaş türk ədəbi, mədəni, elmi mühitinin mənzərəsi, eyni zamanda, işinə yüksək peşəkarlıq, həvəslə yanaşan baş redaktorla bərabər yaradıcı heyətin yorulmaz əməyi təsəvvürümüzdə işıqlanır. “Türk ədəbiyyatı” oxucularını sevgiylə salamlayan İmdat bəy “Həsbi-Hal”da fevral ayında Haqqa qovuşan Kabaklı Hocanın əziz xatirəsini rəhmətlə anır: “8 fevral dərgimizin qurucusu, şeyxülmühərririn Ahmet Kabaklının Haqq dünyasına qovuşmasından 21 il ötür. Əlli illik bir mədəniyyət qalasının təməlini qoyan və bu qutlu ocağın məşəlini yandıran ustadımızı rəhmət və minnətlə yad edirəm!” 2022-ci il dərginin 50 illik yürüdüyü yola, tarixə şahidlik edənlərin xatirələrini, dəyərləndirmələrini yayınlamaq təşəbbüsündə bulunan baş redaktorun Fevral sayının ilk səhifələrində Ahmet Kabaklının yetirməsi M.Mehdi Ergüzelin yazısına yer verilməsi olduqca təqdirəlayiqdir. “Milli ədəbiyyatımızın qalası Türk ədəbiyyatı 50 yaşında” yazısıyla M.Mehdi Ergüzel bu müqəddəs ocaqdakı xatirələrin işığında milli ədəbiyyatımızın qalası olaraq dəyərləndiyi dərginin şahid olduğu illəri, o illərin hadisələrini vərəqləyir. “Ahmet Kabaklının ilk şeirləri” adlı məqaləsində Təhsin Yıldırım “Kabaklı Hocanın “Bizim Türkiyə” dərgisində 3 mart – 21 iyun 1948-ci il tarixlər aralığında yayımlanan siyasi həcvlərə bənzəyən ilk qələm təcrübələrini təhlil müstəvisində işıqlandırır. Bir oxucu olaraq hər sayını böyük sevgiylə gözlədiyim, hər bir yazısını maraqla oxuduğum “Türk ədəbiyyatı”nda təqdir etdiyim özünəməxsus bir cəhəti qeyd etmək istəyirəm. May ayında Haqqa yürüyən Əminə İşınsunun, oktyabrda İnci Çayırlının, yanvarda Sezai Karakoçun, bu sayda isə Günay Karaağacın gözəl yazılarla anılması, yad edilməsi bir vəfa borcu olmaqla yanaşı həm də ömrünü ləyaqətlə yaşamış insanların ardından kövrək bir xatirə kimi yadda qalır. Günay Karaağac Türk dünyasının dil bilginlərindəndir. “Azərbaycan bayatıları” kitabını ərsəyə gətirən bu böyük alimin xidmətləri Türkiyə ilə bərabər həm də Azərbaycanı əhatə edir. “Türkcənin dünya dillərinə təsiri”, “Dil, tarix və insan”, “Türkcənin söz düzümü”, “Türkcənin səs bilgisi” kitabları ilə türkoloji elmimizə böyük töhfələr verən Günay Karaağac 8 dekabr 2021-ci il tarixdə 72 yaşında Haqqa qovuşub. Vahid Türk “Günay Karaağacın Türkcə Verintilər sözlüyü”, Özkan Öztekten “Torpağın tərbiyə etdiyi gözəl insan: Günay Karaağac” məqalələrində mərhumun əziz xatirəsini rəhmətlə anır. Bu məqalələr həm də Prof.dr. Günay Karaağacın elm aləmindəki hizmətlərini işıqlandırır. Prof.dr. Mustafa İsen və qızı, türk dünyasının gənc elm adamlarından olan prof.dr. Tuba İşınsu Durmuşun imzası bizlərə “Sultanların şeirləri… Şeirlərin sultanları” kitablarından doğmadır. “Türk ədəbiyyatı”nın fevral sayında Bilal Gözəl “Qılıncın və qələmin sultanları” kitabı üzərinə dəyərli Tuba xanım və Mustafa bəylə maraqlı söhbətini oxuculara təqdim edir. “Nurəddin Topçu: məsuliyyətli bir müəllim, elm və fikir adamı, filosof, yazar” yazısıyla Şaban Kumcu həyatı, yaradıcılığı və əsərlərinin təhlil müstəvisində Nurəddin Topçunun maarifçilik görüşlərini, İslami əxlaq və mənəvi baxış açısını işıqlandırır. Orxan Arasın ötən saylarda yayımlanan Bozkırın böyük oğlu Çingiz Aytmatov haqqında yazısı çox sayda oxucuların rəğbətinə səbəb olmuşdu. Fevral sayının “Almaniyadan məktublar” bölümündə Orxan Aras “Sürgündə bir məzar: Mustafa Çokay” məqaləsində Türküstanın birliyi uğrunda fədakar mübarizlərdən olan, Qazaxıstanın ictimai-siyasi xadimi Mustafa Çokaydan söhbət açır. Ötən yazısında Qonçarovun “Oblomov” romanına və qəhrəmanın adı ilə eyni səsləşən “oblomovçuluq” ideologiyasına orijinal baxış sərgiləyən Aqşin Yenisey bu sayda “Kafka ilə Soljenitsində totalitarizm: Şato və Gulag” adlı araşdırmasında hər iki ədibin yaradıcılığında totalizm görüşlərini təhlil edərək bunun ədəbiyyata və bədii əsərlərə təsirindən danışır. Zəkai Özdəmirin qələmində isə “Dostoyevskinin “Cinayət və cəza” romanının şərhi”ni oxuyuruq. Professor Cemal Kurnazın “Şair sözü yalandır”, Kazım Yetişin “Şeir və düşüncə”, Sultan Poladın “İtmiş miras” dənəmələri elmi-publisitik yönləri ilə diqqətimizi çəkməkdədir. Nəsr bölümündə həyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradan Zübeyde Andıç “Şəkil”, “Yıldırım Türk “Pərdə”, Hüzeyme Yeşim Koçak “Dik durma”, Özşan Koban “Ben Bilal Hadi” əsərləri ilə hekayəsevərlərin görüşünə gəlir. Azərbaycan ədəbi mühitinin istedadlı gənclərindən Aysel Xanlarqızının “Sən gəldin” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Mahmud Bahar “Qu quşları geri döndü” , Şadi Oğuzxan “Göy üzü qədər”, Ahmettahsin Erdoğan “Son gün”, Səlim Tuncbilək “Mərhəba”, Məhmət Baş “Hörgüç”, Cəlaləddin Kurt “Ezgilər çərçisi”, Rıdvan Yıldız “Karstik tənha” şeirləri ilə poeziya sevərlərin zövqünü oxşayır. Çağdaş türk ədəbi mühitini, mədəni ortamı və ictimai prosesləri izləmək baxımından “Türk ədəbiyyatı” dərgisinin Şubat (fevral) sayı oxucu qarşısında geniş imkanlar yaradır. Dərginin hər sayının yolunu həvəslə gözləyir, oxuduğumuz bir-birindən dəyərli bu gözəl yazıların işıq üzü görməsində əməyi keçən hər kəsə uğurlar arzulayıram! “Türk ədəbiyyatı”nın fevral sayını vərəqləyə-vərəqləyə təəssüratlarımı qələmə alarkən, Dərginin yayın kurulunda önəmli xidmətləri olan, Milli düşüncəli yazıları ilə Azərbaycanda da böyük sevgiylə oxunan, Elçibəy, Turan Yazgan, Ahmet Kabaklı… kimi böyük türk aydınlarının yolunu şərəflə yürüyən, “Oğlun oldum ey Anneler Annesi” yazısıyla duyğularımın, “Devler keçdi bu yollardan” kitabıyla düşüncələrimizin tərcümanına çevrilən istedadlı yazar-şair A.Yağmur Tunalının Kabaklı hocanın anım günü ərəfəsində “Türk Dünyasına Üstün Hizmət Ödülü” ilə təltif edilməsi sevincinə şərik olur, Yağmur ağabəyimizi bu münasibətlə ürəkdən təbrik edir, gələcək işlərində və yaradıcılığında başarılar diləyirəm! 

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMALIN AD GÜNÜDÜR!

Şəlalə CAMAL

Bu gün “Yazarlar” jurnalı redaksiya heyətinin üzvü və eyni zamanda yaradıcılıq məsələlri üzrə meneceri, gənc yazar Şəlalə Camalın ad günüdür. Bu xoş gün münasibəti ilə qələmdaşımızı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Şəlalə xanım!


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAR MIDIR? – FARUK HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

VAR MIDIR?
Sorsam ki dertlere düşersem eğer,
Dermana gidecek bir yol var mıdır?
Dostlarım yaranım bakıp boş ver der,
Uzanıp tutacak bir kol var mıdır?
* * *
İnsan ki hayatta garip başına,
Dökülür soğuk su pişen aşına,
Yüzünü sürse de mezar taşına,
Sükuna ermeye bir hal var mıdır?
* * *
Kader kimisine baştan garezli,
Öyle bir hayat ki sürgit marazlı,
İçimde cehennem harlı, alazlı,
İtiraz edecek bir dil var mıdır?
* * *
Adamın bahçesi tarumar olsa,
Yüreği kederle gâm ile dolsa,
Yüzünün güneşi kararıp solsa,
Kaçıp kurtulacak bir il var mıdır?
* * *
Doğarken yalnızım ölürken yalnız,
Apansız sönecek gökte her yıldız,
Gülüp de geçerim olsaydım arsız,
Kalbimden tutacak bir el var mıdır?

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELM CƏNGAVƏRİ – Zülfiyyə Vəliyeva

İBADOV YAŞAR SADAY OĞLU

ELM CƏNGAVƏRİ

Dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər”!

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev.     

        Elimizin qürur yeri olan Ağdamın Şelli-Qaradağılı kəndində anadan olmuş Tibbi biologiya üzrə elmlər doktotu, professor İbadov Yaşar Saday oğlunun  müəllifi olduğu yeni “Alternativ Psixologiya” elminin metodologiyası əsasaında orijinal dəsti-xətlə elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdimatı dünyanın aparıcı ölkəri ABŞ, İngiltərə,Türkiyə, Avropa, Rusiya, Ukrayna,Gürcüstanın, Böyük Brtaniya Oksford Universitetinin fəxri akademiki, nüfuzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüşdür. İnsanların sağlamlığının qorunmasina xidmətmətləri  yüksək dəyərləndirilmişdir.

Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim, akademik Yaşar Saday oğlu İbadov “Alternativ psixologiya” elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№ 6274) almışdır. Bu elm zaman və məkanda canlı sistemlərin şəkil dəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənir. “Alternativ psixologiya” yeni bir elm kimi canlı sistemlərin zaman və məkan daxilində davranışlarının və metamorfozalarının öyrənilməsində yeni imkanlar açır. Tibbi biologiya üzrə elmlər doktoru, professor Y.S.İbadovun tətbiq etdiyi psixoqrafiya metodu (“Metamorfoza səbəbi üzrə iş” metodu) canlı orqanizmlərin faza sistemlərinin tədqiqindən və onların həyat fəaliyyətini pozan neqativ informasiya mənşəli blokların üzə çıxarılmasından ibarət olub, insanın mənəvi-psixoloji yüksəlişinə xidmət edir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə imkan verir, təkcə fiziki bədəni deyil, həm də energetik bədənləri təmizləməyə və sağlamlaşdırmağa imkan yaradır.

Psixoqrafiya metodunun köməyi ilə enreqoinformasion gigiyena elmində və psixosomatik xəstəliklərin profilaktikasında yeni imkanlar açılır. Psixoqrafiyanın mərhələlərində müalicəvi təsir göstərmək qabiliyyəti mövcuddur və Psixoqrafiya metodu insanlığın öyrənilməsində yeni istiqamət kimi qiymətləndirilməlidir. “Alternativ psixologiya” elmi insanın fiziki və energetik bədənlərinin sağlamlaşdırılması üçün praktik cəhətdən yeni imkanlar yaradır və təbiət qanunları əsasında, müasir elmlərin inteqrasiya xəttində, alternativ baxışdan elmi tədqiqatlara yeni-yeni stimul verir və səhifələr açır. Psixoqrafiya metodu nəticəsində əldə olunan psixi enerjinin yazısında – “psixoqramma”da insana, canlı və cansız aləmə aid olan enerqoinformasion məlumatların tədqiqatını təqdim edir. Psixoqrammada -psixikanın yazısındakı harmoniyanı bərpa etməklə, xətt və ştrixlərin qanunauyğun dizaynını yaratmaqla xəstənin psixikasına sağlamlaşdırıcı təsir göstərilir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə və biofiziki ölçülərdə orqanizmi sağlamlaşdırmağa kömək edir. Psixoqramma sözlə ifadə oluna bilməyən bir çox proseslərin informasiyalarını açır, öyrənir, izah edir və eyni zamanda xəstəliklərin və həyati problemlərin səbəblərini araşdıraraq onları korreksiya etmək üçün yeni praktik vəsait təqdim edir. Bu isə neqativ enerji və informasiyalardan azad olmaqla insan orqanizmində pozitiv enerji balansının tənzimlənməsilə – harmoniyanın bərpası və normada saxlanması istiqamətində insanların tibbi-psixoloji sağlamlığının qorunması yolunda beynəlxalq səviyyədə Dünya təbabətinə elmi töhfələr vermişdir. Professor Y.S.İbadovun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymətləndirilmiş və Avroasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent almışdır № 006449 (protokol № a 20040215, 21.10.2004-ci il). Metodun tətbiqi bioenergetik matrisanı tədqiq etməkdə və enerqoinformasion gigiyena elmində yeni yollar açır, sağlamlıq proqramının enerqo informasion səviyyədə bərpa olunmasını mümkün edir. Professor Yaşar İbadov müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyasi əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyət nişanına və lisenziyasına layiq görülmüşdür. O, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti xətti olan, nəzəri və praktik elmi nailiyyətləri Azərbaycanda və onun hüdudlarından kənarda uğurla təqdim olunan alimdir.

   XXİ əsrin yeni elmi – “Alternativ psixolgiya” elminin metodikası əsasaında hazırlanmış testlər və produksiyalar da tibb sahəsində insanların tibbi-psixoloji sağlamlığının qorunmasına xidmət edir. “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji” testləri (“tibbi-pedaqoji-psixoloji testlərin müəlliflik şəhadətnaməsi N001 2012 – ci ilin mart ayında Ukraynada alınmışdır) gənc nəslin yaradıcılıq qabiliyyətinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Eyni zamanda onların sağlamlığının bərpasında – rəng duyumunun və görmə yaddaşının möhkəmləndirilməsində mühüm rol oynayır. Neqativ enerjini orqanizmdən yaradıcılıq prosesinə başlamamamışdan qabaq elə enerji formasında çıxarılması imkanını yaradır. Metodun müasir təbabətin perspektiv istiqamətlərinə- inteqrasiya təbabəti, vibrasion – rezonans terapiyasına, informasiya təbabəti, çoxölçülü təbabət, artterapiya və sair sahələrinə aidiyyətiı vardır. Psixoqramma və faza portretlərinin insan sağlamlığına təsiri orqanizmin və orqanların energetikasının vəziyyəti, yaradıcı potensialın səviyyəsi (sosial – psixoloji testlər) də daxil edilməklə funksional diaqnostika metodlarının tətbiqi ilə əldə olunmuş yeni metodikanın təbabətdə, xüsusilə sağlamlaşdırıcı reablitasiya mərkəzlərinin praktiki fəaliyyətində tətbiq edilməsi tamamilə perspektiv hesab edilir. Müasir dövrdə “Alternativ psixologiya” elminin psixokorreksiya metodu həm nəzəri, həm də praktik yönümdə yerlərdə təcrübədən keçirilmiş və müəyyən edilmişdir ki, korreksiyanın bu forması uşaqların psixikasındakı neqativ keyfiyyətləri təmizləyir. Prosesin əsasında orqanizmdə mövcud olan neqativ enerjinin bədəndən çıxarılması əsas göstərici sayılır. Aparılan tədqiqatlar sübut edir ki, neqativ enerjinin təmizlənməsi uşaqların psixogigiyenik tələblərinin ödənməsinə kömək edir və psixoloji immuniteti gücləndirir. Belə uşaqlar hər hansı bir emosional gərginliyi və stress vəziyyətini çox asanlıqla dəf edir və sağlam düşüncə, eyni zamanda ünsiyyət tərzinə malik olurlar. Psixoloji immunitet güclü olduqca, insan psixoloji cəhətdən daha stabil olmaqla, yüksək səbr və təmkin nümayiş etdirir. Yeniyetməlik dövründə orqanizmdə artıqlıq edən enerjinin normallaşması məqsədilə məhz bu dövrdə psixokorreksiya və treninqlərin tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir. 2020-ci ildə görkəmli Azərbaycan alimi Yaşar İbadov Beynəlxalq Sokrat Komitəsinin və Avropa Tibb Assosiasiyasının qeyd etdiyi kimi nüfuzlu icmalar arasında ən yüksək fərqlərə sahibdir – elm və təhsildə qazandığı uğurlara görə Oksford Akademik Birliyinin ”Fəxri professoru” adına və ən yaxşı səhiyyə xidmətinə verilən “Paracelsus Rose” beynəlxalq mükafatına layiq görülmüşdür. Bu fərqlər Akademik İbadovun həyatı və taleyindəki əsas prioritetləri (- şəfa tapma missiyası və elmi araşdırma həvəsi) aydınlaşdırır.

İbadov verə biləcəyi şəfanın bütün insanlığa məxsus olduğuna əmindir və əsərlərini, günlərini insanlara fəal xidmətə həsr edir. Dünyanın aparıcı ölkələrinin ABŞ, İngiltərə, Türkiyə, Avropa, Rusiya ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü olan Yaşar İbadovun tibbdəki yolu keçən əsrin 78-ci ilində başlamışdır. Həmin il 18 yaşlı Qaradağlı kəndinin sakini Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə təyinatla Əsgəran rayonunun Naxiçevanik kəndində, təyinat müddəti başa çatdıqdan sonra Bərdə rayonunda, 1995-ci ilə qədər isə Ağdam rayonunun Keştazlı və İsmayılbəyli kəndlərində baş həkim işləmişdir. Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq 1996-2001-ci illərdə Bakı şəhərində məskunlaşdıqdan sonra “Maarif” sanatoriyasının baş həkimi işləmişdir. Yaşar Saday oğlu həvəslə işləyir, xəstələrinin müalicəsi və profilaktikasında yenilikçi texnologiyalardan və psixoloji dəstək metodlarından istifadə edirdi. O zaman həqiqətən tibb, biologiya və psixologiya – psixodiaqnostika, psixofiziologiya, psixokorreksiya qovşağındakı elmi sahələrlə daha çox maraqlanırdı. 1999-cu ildə “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji”testləri dərcedildi.2002-ci ildə Yaşadan Əllər (Şəfalı Əllər), daha sonra “YAY OSİDO” İnnovasiya inkişaf mərkəzlərinin təsisçisi və rəhbəri olmuşdur. 2003-cü ildən Azərbaycan Respublikası Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasına rəhbərlik edir. Bu qurumlarda elmi araşdırmalarına və kəşflərinə davam edir, bunlar öz növbəsində “Bioloji sistemlərin funksional vəziyyətinin diaqnostikası və korreksiya üsulları” mövzusunda namizədlik dissertasiyası yazmaq üçün əsas rolunu oynadı. Rusiya Federasiyasının Akademiyalararası Ali Attestasiya Komissiyasının 14 dekabr 2004-cü il tarixli 018 saylı qərarı ilə Y.S. İbadova tibb və psixologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2005-ci ildə “Canlı sistemlərin metamorfoza səbəblərinin müəyyənləşdirilməsi və psixo-korreksiyası metodologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Rusiya Federasiyasının 25 Avqust 2005-ci il tarixli 011 saylı Akademiyalararası Ali Attestasiya Komissiyasının qərarı ilə Y.S. İbadova Tibbi Biologiya Doktoru elmi dərəcəsi verilmiş, “Ümumi psixologiya və inteqrativ tibb” ixtisası üzrə professor adına layiq görülmüşdür.Alternativ psixologiya üç elm – psixiatriya, differensial psixologiya və tibbi psixologiya qovşağında akademik Yaşar İbadov tərəfindən 1990-1998-ci illərdə yaradıldı. “Alternativ Psixologiya” adlı yeni bir elmi yanaşmanın müəllif hüququ Rusiya Müəlliflər Cəmiyyəti tərəfindən 3 mart 2003-cü il tarixli 6274 saylı Reyestrdə qeydə alınmışdır. Professor İbadov bu metodun nəzəri postulatlarına və psixoloji məsləhət praktikasında tətbiqinin praktik aspektlərinə həsr olunmuş bir sıra monoqrafiya və elmi məqalələr dərc etdirmişdir. 5 kitab, 7 elmi monoqrafiya və 26 elmi məqalənin, 12 sayda müəlliflik şəhadətnaməsinin, patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müıllifidir. “Psixoqrafiya yeni bir şəxsiyyətin hərtərəfli inkişafı metodu kimi” monoqrafiyası elmi sahədə və geniş oxucu kütləsi arasında populyarlıq baxımından yüksək qiymətləndirilmişdir. Professor İbadov psixoqrafiya metodu ilə işləyir, həm də bu metodu psixoloqlara və müəllimlərə fəal şəkildə öyrədir. Dünyanın bir çox ölkələridə yüzlərlə tələbəsi və izləyicisi var. 2005-ci ildə professor Y.S.İbadovun rəhbərliyi altında dünyada ilk dəfə III minilliyin təbabəti sayılan informasiya müalicə üsulu ilə psixodiaqnostika və korreksiya işlərini aparmağı bacaran təbib-rəssamların hazırlanması məqsədilə Bakının Səbayıl və Nərimanov rayonlarında “Təbib-Rəssam” Məktəbi fəaliyyətə başlamışdır. Onun rəhbərliyi ilə Beynəlxalq Alternativ Psixologiya məktəbi fəaliyyət göstərir.”Alternativ Psixologiya” elminin metodologiyasına əsaslanan müəllif informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar etmiş və çox sayda harmonizatorlar yaratmışdır. Rəhbərlik etdiyi Laboratoriya Beynəlxalq “Avropa keyfiyyəti” mükafatını qazanmıdır. Elmi ixtira və yeniliklərinə görə çoxlu sayda diplom və sertifikatlara sahib olmuşdur. “Chevalie”, “Komandor” ordeni ilə yanaşı Belçikada keçirilən “Evrika” Beynəlxalq Sərgisinin qızıl medalına layiq görülmüşdür. İngiltərə, Gürcüstan, Rusiya, Türkiyə, ABŞ və Ukraynada dünyanın aparıcı ölkələrinin etibarlı və fəxri akademikidir. Professor İbadov Avropa Tibb Birliyinin (Belçika) həqiqi üzvü, beynəlxalq tibbi konqres və konfranslarının iştirakçısıdır.

Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə tanınmışdır. O, dünya tarixində ilk dəfə “Faza Portret” adlanan rəsmlərin yaradılmasına elmi istiqamətdə əsaslanan yeni bir yol açmışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan tarixi şəxsiyyətlərin Dədə Qorqud, Nəsrəddin Tusu, Odinin, o cümlədən Nuh peyğəmbərin Faza Portretlərinin müəlifidir. Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xəttinin və elmi nailiyyətlərinin əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrinə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan  Dünyası“ Beynəlxalq Jurnalının,  Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür. Avropa tibb assosiyasının 2021-ci ildə dərc etdirdiyi Sokrat Almanax ensiklopedik kitabında Yaşar İbadovun yeni elmi metodologiyası tibb və sağlamlıq yolunda ən yaxşı təcrübə kimi təbliğ edilir və ona aid məqaləyə “Elm Cəngavəri” adı verilmişdir.

Hər bir Vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Akademik Yaşar İbadov İnsanlığın xilasına öz elminin gücü ilə töhfələr verir. Onun həm nəzəri, həm də praktik nəticələri, müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, harmonizatorları və s.) vardır. Onun elmi yenilikləri hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət edir! Xoşbəxtliyini İnsanların sağlamlığna xidmətdə görən Yaşar həkim üçün dünyada ən böyük dəyər insanlıqdır!

İBADOV YAŞAR SADAY OĞLU

İbadov verə biləcəyi şəfanın bütün insanlığa məxsus olduğuna əmindir və əsərlərini, günlərini insanlara fəal xidmətə həsr edir. Dünyanın aparıcı ölkələrinin ABŞ, İngiltərə, Türkiyə, Avropa, Rusiya ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü olan Yaşar İbadovun tibbdəki yolu keçən əsrin 78-ci ilində başlamışdır. Həmin il 18 yaşlı Qaradağlı kəndinin sakini Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə təyinatla Əsgəran rayonunun Naxiçevanik kəndində, təyinat müddəti başa çatdıqdan sonra Bərdə rayonunda, 1995-ci ilə qədər isə Ağdam rayonunun Keştazlı və İsmayılbəyli kəndlərində baş həkim işləmişdir. Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq 1996-2001-ci illərdə Bakı şəhərində məskunlaşdıqdan sonra “Maarif” sanatoriyasının baş həkimi işləmişdir. Yaşar Saday oğlu həvəslə işləyir, xəstələrinin müalicəsi və profilaktikasında yenilikçi texnologiyalardan və psixoloji dəstək metodlarından istifadə edirdi. O zaman həqiqətən tibb, biologiya və psixologiya – psixodiaqnostika, psixofiziologiya, psixokorreksiya qovşağındakı elmi sahələrlə daha çox maraqlanırdı. 1999-cu ildə “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji”testləri dərcedildi.2002-ci ildə Yaşadan Əllər (Şəfalı Əllər), daha sonra “YAY OSİDO” İnnovasiya inkişaf mərkəzlərinin təsisçisi və rəhbəri olmuşdur. 2003-cü ildən Azərbaycan Respublikası Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasına rəhbərlik edir. Bu qurumlarda elmi araşdırmalarına və kəşflərinə davam edir, bunlar öz növbəsində “Bioloji sistemlərin funksional vəziyyətinin diaqnostikası və korreksiya üsulları” mövzusunda namizədlik dissertasiyası yazmaq üçün əsas rolunu oynadı. Rusiya Federasiyasının Akademiyalararası Ali Attestasiya Komissiyasının 14 dekabr 2004-cü il tarixli 018 saylı qərarı ilə Y.S. İbadova tibb və psixologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2005-ci ildə “Canlı sistemlərin metamorfoza səbəblərinin müəyyənləşdirilməsi və psixo-korreksiyası metodologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Rusiya Federasiyasının 25 Avqust 2005-ci il tarixli 011 saylı Akademiyalararası Ali Attestasiya Komissiyasının qərarı ilə Y.S. İbadova Tibbi Biologiya Doktoru elmi dərəcəsi verilmiş, “Ümumi psixologiya və inteqrativ tibb” ixtisası üzrə professor adına layiq görülmüşdür.Alternativ psixologiya üç elm – psixiatriya, differensial psixologiya və tibbi psixologiya qovşağında akademik Yaşar İbadov tərəfindən 1990-1998-ci illərdə yaradıldı. “Alternativ Psixologiya” adlı yeni bir elmi yanaşmanın müəllif hüququ Rusiya Müəlliflər Cəmiyyəti tərəfindən 3 mart 2003-cü il tarixli 6274 saylı Reyestrdə qeydə alınmışdır. Professor İbadov bu metodun nəzəri postulatlarına və psixoloji məsləhət praktikasında tətbiqinin praktik aspektlərinə həsr olunmuş bir sıra monoqrafiya və elmi məqalələr dərc etdirmişdir. 5 kitab, 7 elmi monoqrafiya və 26 elmi məqalənin, 12 sayda müəlliflik şəhadətnaməsinin, patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müıllifidir. “Psixoqrafiya yeni bir şəxsiyyətin hərtərəfli inkişafı metodu kimi” monoqrafiyası elmi sahədə və geniş oxucu kütləsi arasında populyarlıq baxımından yüksək qiymətləndirilmişdir. Professor İbadov psixoqrafiya metodu ilə işləyir, həm də bu metodu psixoloqlara və müəllimlərə fəal şəkildə öyrədir. Dünyanın bir çox ölkələridə yüzlərlə tələbəsi və izləyicisi var. 2005-ci ildə professor Y.S.İbadovun rəhbərliyi altında dünyada ilk dəfə III minilliyin təbabəti sayılan informasiya müalicə üsulu ilə psixodiaqnostika və korreksiya işlərini aparmağı bacaran təbib-rəssamların hazırlanması məqsədilə Bakının Səbayıl və Nərimanov rayonlarında “Təbib-Rəssam” Məktəbi fəaliyyətə başlamışdır. Onun rəhbərliyi ilə Beynəlxalq Alternativ Psixologiya məktəbi fəaliyyət göstərir.”Alternativ Psixologiya” elminin metodologiyasına əsaslanan müəllif informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar etmiş və çox sayda harmonizatorlar yaratmışdır. Rəhbərlik etdiyi Laboratoriya Beynəlxalq “Avropa keyfiyyəti” mükafatını qazanmıdır. Elmi ixtira və yeniliklərinə görə çoxlu sayda diplom və sertifikatlara sahib olmuşdur. “Chevalie”, “Komandor” ordeni ilə yanaşı Belçikada keçirilən “Evrika” Beynəlxalq Sərgisinin qızıl medalına layiq görülmüşdür. İngiltərə, Gürcüstan, Rusiya, Türkiyə, ABŞ və Ukraynada dünyanın aparıcı ölkələrinin etibarlı və fəxri akademikidir. Professor İbadov Avropa Tibb Birliyinin (Belçika) həqiqi üzvü, beynəlxalq tibbi konqres və konfranslarının iştirakçısıdır.

Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə tanınmışdır. O, dünya tarixində ilk dəfə “Faza Portret” adlanan rəsmlərin yaradılmasına elmi istiqamətdə əsaslanan yeni bir yol açmışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan tarixi şəxsiyyətlərin Dədə Qorqud, Nəsrəddin Tusu, Odinin, o cümlədən Nuh peyğəmbərin Faza Portretlərinin müəlifidir. Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xəttinin və elmi nailiyyətlərinin əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrinə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür. Avropa tibb assosiyasının 2021-ci ildə dərc etdirdiyi Sokrat Almanax ensiklopedik kitabında Yaşar İbadovun yeni elmi metodologiyası tibb və sağlamlıq yolunda ən yaxşı təcrübə kimi təbliğ edilir və ona aid məqaləyə “Elm Cəngavəri” adı verilmişdir.

Hər bir Vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Akademik Yaşar İbadov İnsanlığın xilasına öz elminin gücü ilə töhfələr verir. Onun həm nəzəri, həm də praktik nəticələri, müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, harmonizatorları və s.) vardır. Onun elmi yenilikləri hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət edir! Xoşbəxtliyini İnsanların sağlamlığna xidmətdə görən Yaşar həkim üçün dünyada ən böyük dəyər insanlıqdır! Öz elmi və xidmətləri ilə Dünyada Vətənimizi təmsil edən akademik Yaşar Saday oğlu İbadovun uğurları qururvericidir!

Müəllif: Zülfiyyə VƏLİYEVA

AJB -nin üzvü, ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

YAZARLAR olaraq, elimizin qürur yeri olan doğuldu Ağdam şəhərinin Şelli-Qaradağılı kəndində anadan olmuş Tibbi biologiya üzrə elmlər doktotu, professor İbadov Yaşar Saday oğlunu ad günü münasibəti ilə təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Vətən oğlu!!!


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru