Etiket arxivi: İLQAR TÜRKOĞLU

Azərbaycanın şimalı və cənubu qədimdən türk yurdu olmuşdur, bunun əksini əsla müzakirə etmək olmaz

“İran yaylası ərazisində qədim sivilizasiya və tarix türklərə məxsusdur. Bu tarixin izi 7 min ildir”.
İranda 1950-ci illərdə hakimiyyətdə olan Məhəmmədrza Pəhləvinin əmri ilə dünyanın nüfuzlu arxeoloqları, etnoqrafları, piktoqram üzrə mütəxəssisləri və tarixçi alimləri İrana dəvət edildilər. Məqsəd indiki İran adlı ölkənin ən qədim çağlardan guya fars dövləti olduğunu sübut etmək idi. Bu məqsədlə Tehranda hətta “Tarixi tədqiqlər” adlı elmi jurnal dərc olunaraq dünyanın hər yerinə yayılırdı. Tədqiqatların başa çatandan sonra ABŞ-dan gəlmiş məşhur arxeoloqlar Hilen Kantur və Pinas Delokas kimi vicdanlı alimlər Ekbatana (Həmədan) və Həsənlitəpə (Urmu) kurqanlarından üzə çıxarılan maddi-mədəniyyət abidələri ilə sübut etdilər:
“İran yaylası ərazisində qədim sivilizasiya və tarix türklərə məxsusdur. Bu tarixin izi 7 min ildir”.
“Azərbaycanın şimalı və cənubu qədimdən türk yurdu olmuşdur, bunun əksini əsla müzakirə etmək olmaz”.
Lev Qumilyov, dünya şöhrətli rusiyalı tarixçi alim, etnoqraf, tədqiqatçı, türkoloq.
“Türklərin ata yurdu Azərbaycan və Şərqi Anadoludur”.
Dünya şöhrətli tarixçilər Zinaida Raqozina, Aleksandr Samoyloviç, Nikolay Marr.
“Azərbaycanda türklər hələ lap qədim zamanlardan yaşayıblar. Əgər Tarixin atası hesab olunan Herodot 2500 il bundan əvvəl türklərin burada yaşamasından xəbər verirsə, deməli Azərbaycan türkləri çox-çox əvvəl burada yaşayıb məskunlaşmışlar. Görkəmli tarixçi Z.Yampolski də bu fikirdədir. O, yazırdı: “Mixi yazıların, habelə ilk mənbələrin məzmunu bunu deməyə əsas verir ki, türk dili Azərbaycanda eramızdan əvvəlki dövrlərdə peyda olmuşdur.” VII əsr ərəb tarixçisi Cürhumi də qətiyyətlə bildirir ki, “Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır, onlar bu ərazidə çoxdan məskunlaşmışlar”.
Vəli Həbiboğlu, fəlsəfə doktoru tarixçi
“Ən qədim Çin mənbələri türklərin Xəzər dənizinin qərb sahillərindən (Azərbaycandan) gəldiyini bildirir. Həmin mənbələrdə türklərlə bağlı ikinci rəvayətdə də deyilir ki, türklərin ilk atası Xəzər dənizinin qərbində yaşayırdı və onlar hunların bir bölümü idi və Asina adlanırdı”.
Cavad Heyət, alim, türkoloq. “Türklərin tarix və mədəniyyətinə bir baxış” s. 72.
Lev Qumilyov, 2002, s. 26-27.
“Türklərin ulu babalarının Azərbaycanda yaşaması faktdır və bunu e.ə. III minilliyə aid Akkad, Aşşur və Urartu mənbələri də təsdiqləyir”.
Bəxtiyar Tuncay, türkoloq, tarixçi, tədqiqatçı.
Türklər bura 11-ci əsrdə gəlibsə skiflər, saklar, massagetlər Xəzər xaqanlığındakı türklər burda nə gəzirdi? Kimmerlər, kaspilər, Tomris, massagetlər burada nə edirdi ? Qafqaz Albaniyasının aparıcı etnosu olmuş qıpçak türklərinin eradan əvvəl tikdiyi vənglər, məbədlər, qəbirlər- kurqanlar burada nə gəzir? Bu abidələrin hamısının üzərində türk damğaları, türk qopuzu və s. türk nişanları var.
Türklərin Azərbaycana gəlmə olması fikri türklərin möhtəşəm tarixini həzm edə bilməyənlərin uydurduğu cəfəngiyyatdır və boş, elmi əsası olmayan, fiaskoya uğramış fikirlərdir..

Mənbə: İLQAR TÜRKOĞLU

Qutsal yolun böyük oğlu – YUNUS OĞUZ – 65

Qutsal yolun böyük oğlu

Tanışlığımız ötən əsrin səksəninci illərin sonu, 90-cı illərin əvvəllərindən başlayır. Xalq hərəkatının  qızğın vaxtları idi. Qutsal amalların eyforiyasını yaşayırdıq. Beynəlxalq aləmdə  Azərbaycan dünyanın vətənpərvər xalqı elan olunmuşdu. Həmin dövrdə sovet imperiyasının çöküşünə  obyektiv və subyektiv  baxışlar mövcud idi. Onun isə, uzaqgörənliklə söylədikləri çoxlarına sanki utopiya kimi görünürdü. Yığıncaqlarda bu çöküşün tariixi zərurət olduğunu  təhlilləri ilə əsaslandırmağa çalışırdı. Azadlıq uğrunda mübarizəyə bütöv türk  dünyası açısından baxmağı doğru yol hesab edirdi. Bu qutsal yolda ulus adına böyük çalışmalarda bulundu. Tariximizə ayna tutan tarixi romanları ilə təkcə ölkəmizdə deyil, bütün türk dünyasında tanındı, sevildi. Əsərlərini oxuduqca açıq-aşkar hiss olunurdu ki, müəllif türk dünyasının birlik və bərabərliyinın Qarabağın azadlığından keçdiyinə varlığı kimi inanır. Elə bu inamla da, “Cığır”a düşüb Şuşaya doğru irəlilədi, “Şuşadan yazıram” dedi. Şuşadan alnıaçıq dönən nasir  hazırda “Türk” etnonimi və törələri” başına cəm eləyib, “soy soylayır, boy boylayır”,  oğuzların tarixini, dəyərlərini, inanclarını, həyat tərzini əks etdirən mədəni irsini aramaqla sabahımıza ayna tutur.  Canı-qanı, ruhu ilə Oğuz  yurdunun türk oğlu, mətin oğlu kimi qürur duyan Yunus Oğuzun bu il 65 illik yubileyidir. Əziz və dəyərli qardaşımı yubileyi münasibəti ilə təbrik edərək, sağlam canla uzun ömür,  yaradıcılıq uğurları diləyirəm.

Yunus Oğuz, illər ötür,

Gələn yaşdı yaş üstünə.

Dostlarını yenə götür,

Göz üstünə, qaş üstünə.

“Altmış beş”i “yüz” oxşasın,

Ocağını köz oxşasın.

Şanlı bayraq göz oxşasın,

Qaldır yenə baş üsünə.

Ulus üçün ərənləri,

Tanıtdırdın Nuhdan bəri.

İstəmirəm dərdi-səri,

Götürməsən kaş, üstünə.

Oğuz yurdun, Oğuz elin,

Dayanmasın verən əlin.

Çoxdu qoyan zərin-ləlin

Daş altına-daş üstünə.

Ulusundur, ey Türkoğlu,

Bu “Cığır”ın sağı-solu.

Qutladıq ki, hər iyulu,

İllər gələ xoş, üstünə!

İlqar TÜRKOĞLU,

şair

İyulun 15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

Vaqif Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri – Qazağın Yuxarı Salahlı kəndindən start götürüb.

İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.

Mənbə: Çingiz Abdullayev

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru