Etiket arxivi: NƏSR

Ayətxan Ziyad (İsgəndərov) – AZƏRBAYCAN UŞAQ ŞEİRİ

AYƏTXAN ZİYADIN YAZILARI

Elmi mübahisələr: mülahizələr, qənaətlər

IV yazı

AZƏRBAYCAN UŞAQ ŞEİRİNDƏ SƏRLÖVHƏ-ADLAR SİSTEMİ

(Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində)

1. GİRİŞ

Məlumdur ki, hər hansı ədəbiyyat nümunəsi ilə tanışlıq əsərə verilən addan başlanır. Hər hansı film baş qəhrəmanın adı ilə, doğulan körpə valideynin övladını çağırdığı adla tanındığı kimi, – bədii əsər də yazıçının övladıdır – müəllifin ona qoyduğu adla tanınır, kataloqlara bu adla düşür, yaddaşlara bu adla həkk olunur. Uğurlu alınan əsər onu yazanın vizit kartına çevrilir. Bu üzdən qələm sahibi səy göstərir ki, əsərini adlandırdığı ad (sərlövhə, başlıq) Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarına uyğun, leksik-semantik cəhətdən məzmunlu və mənalı, bitkin, ürəyə və dilə yatımlı, asanlıqla yaddaqalan, qavranılan olsun.

“Kitabi-Dədə Qorqud”da “Dirsə xanın oğlu Buğac boyu”nda adqoydu problemi ilə bağlı məqamı xatırlayaq. Dədə Qorqud xan oğlu Buğacı səciyyələndirən cəhətləri bir-bir sadalayır və sonda yeniyetməyə Buğac adı qoyduğunu bəyan edir: “Adını mən verdim, yaşını Allah versin” söyləyir.

Tədqiqatçılar, xüsusilə dilçi alimlər adlar sistemi ilə əlaqəli araşdırmalarında bəzi nüansları nəzərdən qaçırıb mövzuya “Xüsusi adlar” mövqeyindən yanaşaraq əsasən insan ad və soyadlarının tədqiqinə yer verirlər. Belə tədqiqat işlərinə nümunə olaraq professor Həcər Hüseynovanın “Mir Cəlalın bədii əsərlərinin linq vo poetik xüsusiyyətləri” (Bakı-ADPU-2018) və “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyətləri” (Bakı-“Elm”-2001) monoqrafiyalarını, “Bədii əsərlərdə onomastik vahidlərin rolu” dərs vəsaitini (Bakı-2017), eləcə də “Mir Cəlalın bədii əsərlərinin leksik-semantik xüsusiyyətləri haqqında” məqaləsini (“Onomastika” jurnalı, №2, Bakı-2007), H.Həsənovun “Adlar tarixin, xalqın milli nişanəsi kimi” (Bakı-2002), Q.Mustafayevanın “Onomastik vahidlərin üslubi linqvistik xüsusiyyətləri” (Bakı-2001), Ceyhunə Hüseyn qızı Hüseynovanın “Mehdi Hüseynin romanlarında antroponim və toponimlərin linqvistik xüsusiyyətləri”. Avtoreferat. (Bakı-2017), Nəbi Əsgərovun “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri” (Bakı-1999) əsərlərini və digərlərini göstərmək olar.

Ancaq bütün tədqiqatlarda unudulur ki, insan ad və soyadlarından savayı gül-çiçək, dağ-dərə, orman, bir sözlə, təbiət və təbiət hadisələrini əks etdirən (və s.) adlar da var ki, bu rubrikadan təqdim etdiyimiz “Ədəbiyyatda surət və obraz (fərqli baxış)” adlı II yazımızda “surət” və “obraz” istilahlarını fərqləndirmiş, bu qism istilahların a) insandan bəhs edildiyi halda “surət”, b) digər canlılardan, təbiət və təbiət hadisələrindən (və s.) bəhs edildiyi halda isə “obraz” anlamında təsnifatlandırılmasını məqsədəuyğun bilmişik.

Bu mənada, adlar sisteminin təsnifatlandırılmasında da fərqli yanaşma tələbi meydana çıxır. Belə ki, bir var əsərin özünə verilən ad (jurnalistikanın qəbul etdiyi “sərlövhə” (“başlıq”) istilahı, bir də var hər hansı əsərdəki surət (insan adları) və obrazlar (gül-çiçək, dağ-dərə, orman, bir sözlə, təbiət və təbiət hadisələrini (və s.) təqdim edən adlar). Bu üzdən “adlar sistemi”nin də iki yönümdə təsnifatlandırılmasının məqsədəuyğun olduğu və aşağıdakı şəkildə adlandırılması qənaətindəyik: a) əsərin özünə verilən adlar – “sərlövhə-adlar sistemi”, b) hər hansı əsərdəki surət və obrazlara verilən adlar – “obraz-adlar sistemi”.

Bu da unudulmamalıdır ki, sərlövhə-adlar problemi heç də əsərdəki surət və obraza verilən addan (“obraz-adlar”dan) az önəm daşımır, əksinə, bəlkə onu üstələyir də. Əbəs deyil ki, Homer adı cəmiyyətdə “tanıma, fərqləndirmə nişanı” qismində dəyərləndirir [4. s.112].

Professor H.Hüseynova bədii əsərlərdə sərlövhə-adlar sistemindən bəhs edərkən yazır: “Hər bir əsərə verilən ad da sözdür. Bu söz adi söz deyil, poetik sözdür – yazıçının sözüdür. Bədii əsərə verilən ad əsərin çox mühüm komponentlərindən biridir… Oxucu birinci növbədə sərlövhə ilə tanış olur” [5. s.285] … “onomastik vahidlərin işlənmə zənginliyi əsərə bədii vüsət verir, müəllifi qələminin qüdrətini göstərən vasitəyə çevrilir” [5. s.289].

“Əsərin başlığı yazıçının oxuculara dediyi ilk sözdür” [3. s.56] … “Hansı əsərdə olur-olsun, oxucunun ilk təsadüf etdiyi, ilk dəfə üz-üzə gəldiyi məsələ, mətləb sərlövhədir. Əsərin məzmunu ilə tanışlıqdan əvvəl oxucu sərlövhə ilə, əsərin adı ilə tanış olur. Əsərin adı insanın adı qədər mənalı, mühüm və vacibdir. Sənətkar əsərinə təsadüfi ad seçmir. Sərlövhə adın, əsərin məzmunu, ideyası, daxili münasibətləri ilə əlaqəli götürülür”[3. s.455].

Klassik ədəbiyyatda şeir adlarına (sərlövhələrə) diqqət yetirək: “Ana və poçtalyon”, “Çapayev” (xalq şairi Süleyman Rüstəm), “Azərbaycan”, “Vaqif” (xalq şairi Səməd Vurğun) “Yenə o bağ olaydı (Mikayıl Müşfiq), “Qaytar ana borcunu”, “Pillələr”, “Səfərdən sonra”, “Qayıt”, “Ölüm sevinməsin qoy” (Əli Kərim), “Göy üzünə yazılan şeirlər” (Abbas Abdulla)…

Məqalədə əsərə verilən addan, başqa sözlə, Azərbaycan uşaq şeirindəsərlövhə-adlar sistemindən, bədii əsər adının (sərlövhəsinin, başlığının) hansı prinsiplər əsasında müəyyənləşdirilməsi məsələlərindən və uşaq şairləri Zahid Xəlil ilə Zaur Ustacın şeirlərində bu qanunauyğunluqların necə gözlənildiyindən bəhs olunur.

2. ARAŞDIRMA

Tədqiqatçı Adil Bağırov əsərə ad qoyulması problemindən bəhs edərkən yazır: “… bədii əsər adları çox zaman rəngarəng, özünəməxsus leksik-semantik və qrammatik xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi adlardan biridir. Bu adların toplanması və elmi-linqvistik şəkildə tədqiqi ktematonimlərin öyrənilməsi və mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə bədii əsər adları onomastik tədqiqatın daim diqqət mərkəzində olmalıdır” [2. s.10-16].

Yəhya Seyidov bədii əsərə ad qoyulmasını yaradıcılıq işi səviyyəsində qiymətləndirir [8. s.487].

Afad Quirbanov əsərə ad müəyyənləşdirilməsi işində bir neçə halın gözlənilməsinin zəruriliyi qənaətindədir. Hansılardır bu prinsiplər: 1 – ad bədii əsərin ideyasını özündə əks etdirməlidir; 2 – anlaşılan olmalıdır; 3 – milli (Azərbaycan) istilahları əsasında yaranmalıdır; 4 – əsərin mahiyyətindən doğmalı, məzmununu ifadə etməlidir; 5 – milli xarakter daşımalıdır və s. [7. s.440].

Tibb elmi haqqında belə bir mülahizə var: düzgün dioqnoz müalicənin yarısıdır.

Bizim də qənaətimizə görə, əsərin adının, təqribi olsa belə, öncədən yəqin edilməsi əsərin başlıca istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Başqa sözlə, bədii əsərə öncədən ad qoyulması nəticəsində əsərin başlıca ideyası, ana xətti, hər kəsdən əvvəl, müəllifin özü üçün aydınlaşmış olur, yazılma prosesinin taktiki hədləri müəyyən edilir.

Y.Seyidov bu problemə belə münasibət bildirir: “Əsərlərin əksərinin adları əvvəlcədən, yəni mövzu seçilərkən, əsərin əhatə dairəsi, planı yazıçının təxəyyülündə canlanarkən meydana gəlir, təxminən əsərin yaranmağa başlaması ilə eyni ana düşür və kağızda ilk söz olur. Belə adlar, fikrimizcə, daha uğurlu, bədii yaradıcılıq məhsulu olur. Bu vaxt ad nisbətən asan tapılır. Əslində onu axtarmaq lazım gəlmir, o, kəşf olunur” [8. s.487].

Biz də bu qənaətdəyik ki, bədii əsərə verilən ad (sərlövhə, başlıq) özlüyündə yığcam, lakonik olmalı, əsərin ideya və məzmununa xidmət etməli, bir, iki, ən çoxu üç-dörd kəlmədən ibarət olub əsərin məzmun və mövzusunun aydınlaşmasına istiqamətlənməli, bitkin bir fikir ifadə etməlidir. Bu isə özlüyündə yazıçıdan poetik duyum, az sözlə çox fikir ifadə etmək səriştəsi tələb edir. Xüsusilə uşaq ədəbiyyatında.

Uşaqlar üçün kiçik ölçülü və kiçik həcmli əsərlər xüsusi önəm daşıdığı kimi, əsərə uşaq psixologiyasına uyğun kiçik ölçülü və mümkün qədər az sözdən ibarət ad qoyulması işi də vacib şərtlərdəndir. Ona görə ki, ad hər nəsnədən əvvəl bədii əsərin vizit kartıdır, başqa sözlə, mütaliə edəcəyi əsər haqqında ilkin təqribi anlatmanı oxucu əsərə qoyulan ad vasitəsi ilə alır. Elə yazıçı var ki, əsərin adını müəyyənləşdirmədən mövzunu işləməkdə çətinlik çəkir. Beləsi üçün əsərin adı bir növ süjet xəttinə giriş etmək üçün bir vasitədir. Elə qələm sahibi də var ki, əsəri tamamladıqdan sonra onun adı (sərlövhəsi) barədə düşünməyə başlayır. Ancaq bütün hallarda əsərin adı az sayda və kiçik ölçülü sözlərdən ibarət olmalı, oxucunu, qismən də olsa, əsərdə nələr baş verəcəyinə istiqamətləndirməlidir.

Bu məziyyətlər nəzərə alınaraq uşaq şeirlərinə qoyulan adlar mənaca dolğun və aydın metodoloji əsasa malik olub rahat başa düşülməli, qısa, oxunaqlı, tez yaddaqalan və asanlıqla qavranılan olmalıdır.

Bu mənada S.Krijijovskinin mülahizələri xüsusi diqqət çəkir: “Ad papaq yox, başdır ki, onsuz bədənin varlığı qeyri-mümkündür” [10].

Sovetlər zamanında nəşr olunan “Комсомольская правда” qəzetində çapa gedən materialların sərlövhəsini təsdiq etmək, yaxud dəyişdirmək səlahiyyətində olan xüsusi ştat vahidi var idi. Bu vəzifə sahibi qəzetin nəşrə hazırolma ərəfəsində, məsələn, gecə saat 12-dən sonra redaksiyaya daxil olur, məqalələri bir-bir oxuyub məsləhət bildiyi yazının sərlövhəsini mövzuya uyğun dəyişir, yaxud təsdiq edirdi.

Belə bir hüquq kitab nəşri ilə məşğul olan redaktorlara da verilirdi.

Bütün bunlar ədəbi nümunəyə ad müəyyən edilməsinin necə ciddi məsələ olduğunun göstəricilərindəndir.

Şair, nasir yaradıcılığınığın potensialı problemi  ədəbiyyatşünaslıqda xüsusi mövqe sərgiləyən məsələdir.

A.Bağırov “Bədii əsər adları” məqaləsində əsərin adının müəllifin kimliyini xarakterizə etdiyi qənaətini irəli sürür: “… əsərin adı müəllifin … yaradıcılıq potensialını, sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır, əsərin ədəbi taleyini müəyyənləşdirir. Ümumilikdə, bədii əsərin adı əsərin ən dolğun, mənalı hissəsi sayılır”, – yazır [2. s.10-16].

A.Bağırovun bu mülahizəsinin birinci qatı ilə müəyyən mənada razılaşmaq mümkündür ki, əsərin adı müəllifin yaradıcılıq potensialının nəyə qadir olduğunu üzə çıxarır. Ancaq “əsərin adının müəllifin ədəbi kimliyini xarakterizə edir”, “müəllifin sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır”, “əsərin ədəbi taleyini müəyyənləşdirir”, “ümumilikdə, əsərin ən dolğun, mənalı hissəsi sayılır”  kimi fikirləri ilə bitkin mənada razılaşmaq mümkün deyil. Çünki ola bilər müəllif əsərə ad qoymaq (sərlövhə seçmək) məsələsində xüsusi səriştəyə malik olsun, ancaq bu heç də təqdim olunan əsərin ədəbi cameə tərəfindən sənət nümunəsi səviyyəsində qəbul oluna bilməsi demək deyil.

K.Qasımova “Dram adları və bədii qayə” adlı məqaləsində əsərə ad seçmək problemindən bəhs edərkən yazır: “Dram əsərlərinin adı bir növ reklam, tamaşaçını cəlb etmək funksiyasını da yerinə yetirir” [1].

K.Qasımovanın “… əsərin adı reklam xarakteri daşıyır” mülahizəsi ilə də razılaşmaq mümkün deyil. Tədqiqatçının mülahizələrinə rəğbətlə yanaşır, fəqət bunu da qeyd etməyi vacib bilirik ki, nə hadisə olan bədii ədəbiyyatın özünün, nə də onun adının (sərlövhəsinin) heç vədə reklama ehtiyacı olmur, sənət nümunəsi olan ədəbiyyat özü öz oxucusunu tapır. Hər hansı ədəbiyyat nümunəsinə verilən ad  heç də oxucuda yazılanı oxumağa çağırış xarakteri daşımır, bədii əsərə ad reklam məqsədi ilə qoyulmur, əksinə, hansı məzmunda olan əsəri oxumağa hazırlaşdığı barədə oxucunu məlumatlandırmaq məqsədi daşıyır.

Sərlövhə-adlara verilən tələblər Z.Xəlilin və Z.Ustacın uşaq şeirlərində necə gözlənilir?!

 Z.Xəlilin uşaq şeirlərinin sərlövhə-adlarına diqqət yetirək: “Seçilmiş əsərləri”nin I cildinə daxil edilmiş 258 şeirdən128-i bir, 73-ü iki, 50-si üç, 5-i dörd, 2-si 5 sözdən, 2016-ci ildə nəşr edilən “Ağ leyləklər” kitabındakı şeirlərdən 119-u bir, 60-ı iki, 15-i üç, 4-ü dörd, 2-si 5 sözdən ibarətdir.

Yaxudözünün də qeyd etdiyi kimi, yaradıcılığında bir uşaq şeir kitabı qərar tutan Zaur Ustacın “Gülüzənin şeirləri” toplusu beş bölümdən ibarətdir və bölmələr, elə bil məqsədli olaraq, mövzumuzun tələbinə uyğun qruplaş­dırılıb: “Hərflərə aid şeirlər”, “Rəqəmlərə aid şeir-tapmacalarlar”, “İlin fəsillə­rinə və aylara aid şeirlər”, “Sətirlərdə uşaq obrazları” və “Tam və bitkin şeirlər”. Kitaba ümumilikdə 95 şeir daxil edilib. Şeirlərin sərlövhə-adlarına diqqət yetirək: “Hərflərə aid şeirlər” bölümünə daxil edilən şeirlər vasitəsi ilə azyaşlı hərflərin ardıcıllığı gözlənilməklə Azərbaycan əlifbasını qısa bir zamanda və olduqca rahat şəkildə öyrənmək imkanı əldə edir. Şeirlərin sıralanma xəttinə diqqət yetirək: “A”, “A və N”, “B”, “C”, “Ç” ……… “Z”. “Rəqəmlərə aid şeir-tapmacalarlar” bölümündə “1”-dən “10”-a qədər,  həmçinin “İlin fəsillə­rinə və aylara aid şeirlər” bölümündə də (“Yaz”, “Yay” ……. “Qış”, yaxud “Yanvar”, “Fevral” ……. “Dekabr”) sıralanma gözlənilib. “Sətirlərdə uşaq obrazları” adlanan dördüncü bölüm iki hissədən ibarətdir: “Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”. Bu bölümdə ən uzun adlı bircə şeirlə rastlaşmaq mümkündür ki, həmin şeir cəmi dörd kəlmədən ibarətdir: “Zümrüd, Zəminə və Zəhra”. 

Məsələn, Z.Xəlilin sərlövhəsi iki sözdən ibarət olan “Uzun yol” kəlmələri ilə qarşılaşan oxucu ilk anda uzaq səfərə çıxan kimdənsə, yaxud nədənsə söhbət gedəcəyini fəhmlə hiss edir. Oxuduqda sərlövhənin əsərin məzmunu ilə səsləşdiyi ilk misralardan aydınlaşır. Dialoq şəklində qələmə alınan şeirdən məlum olur ki, yola çıxan bu “səyyah” damcıdır, yer üzünə həyat bəxş edən su. Səfərə çıxan damcılar əvvəlcə birləşib Bulaq əmələ gətirirlər. Ancaq yenə dayanmaq bilmirlər. Sonra bu Damcı ˂ Bulaq axıb-axıb Kür çayına qovuşur. Dinclik bilməyən Damcı ˂ Bulaq ˂ Kür çayı birliyi bu dəfə boz çöllərə həyat vermək üçün zəmilərə, bağlara üz tutur. Düz-dünya yaşıllığa bürünür. Taxıl zəmiləri, meyvə ağacları bar-bəhərdən başını yerə qoyur:

– Damcı hara gedirsən?

– Bulağa qarışmağa. …

…

…Bulaq hara gedirsən?

– Kür çayına çatmağa. …

…

…A Kür hara gedirsən?

Zəmilərə, bağlara!

Kür axdı boz çöllərə,

Yaşıllaşdı dağ-dərə.

Damcı məhz bu zaman, şərti olaraq. məsələn, albalı ağacının meyvəsi olan gilas yumurlananda toxdaqlıq tapır:

Maarifçilik mövqeyinə daim sədaqət nümayiş etdirən sair təbiəti “işini” bu sonluqla bitirmir, başqa sözlə, azyaşlı oxucusunu gilas meyvəsinin hansı görkəmdə olduğu barədə məlumatlandırmaq qənaətində israrlıdır. İlkin anında sadəcə bir damcı olan suyun günəşin hərarətindən ağacda möcüzəli bir meyvənin yetişməsində vasitə olduğunu qələmə alır. Gilasın hansı quruluşda (görkəmdə) olduğunu azyaşlı oxucunun yaddaşına həkk etmək üçün metonimiya yaradaraq, onları  qız-qadınların zinət əşyası olan “lola sırğa” üzərinə köçürür:

Bu dağın lap başında

Onu keyfi saz oldu.

Sallandı başaşağı

Yumru bir gilas oldu.

Gün vurdu sırğalandı,

Meh əsdi, yırğalandı.                    [6. s.3].

Zaur Ustacın “Ağıllı Gülər” adlı şeirində də oxucu eyni əhvalla qarşılaşır. Şeirin sərlövhəsi ilə tanışlıq zamanı istər-istəməz sual oyanır ki, görəsən Gülər hansı fərdi keyfiyyətlərə malikdir ki, şair şeirinə belə bir sərlövhə seçib? Səbəb ikinci bənddə bəlli olur:

Gördü üşüyür sərçə,

Bayırda qalıb təkcə.

Gülər istədi getsin,

Gedib, çörək gətirsin.

Elə bu an sərçəcik

Yenə elədi:

“cik-cik”.

Şeiri oxucuya doğmalaşıran ən mühüm keyfiyyət şairin xalq ədəbiyyatına istinadıdır. Burada şair “mən”i nağılçı obrazında təzahür edir. Və fərəhidir ki, bu ruh, bu nəfəs oxucunu sonuncu misraya qədər müşayiət edir:

Günlərin bir günündə,

Soyuq qış səhərində

Əl-üzünü yuyanda

Gördü kiçik sərçəcik.

Sərçə edirdi “cik-cik”.

Azhecalı qafiyələnmələrin (4+3=7, 3+4=7) və üç bənddən ibarət kiçik bir şeirdə hər bəndin sonunda “sərçəcik, cik-cik”, yaxud “cik-cik, sərçəcik” təkrirlərinin 4 dəfə qafiyələnməsinin, eləcə də, “c” və “ç” alliterasiyalarının (samit səslərin təkrarlanmasının) yaratdığı xoş ovqat, oynaq, ecazkar ritm, musiqilik oxucunu ovsunlayır. Bircə andaca nəinki azyaşlının, yaşlı nəslin də ruhuna höpur. Yekun misralar – təkrirlər  (Təşəkkür etdi: “cik-cik”. // Uçub getdi sərçəcik) şeirdə yekun marşı kimi səslənməklə yaddaşlara hopur:

Gülər tez evə qaçıb,

Anadan çörək alıb,

Gəlib eyvana, ovdu.

Yenidən edib “cik-cik”,

Ora qondu sərçəcik.

Əvvəl çörəyi yedi,

Sonra da suyu içdi.

Bir dəfə sağa baxdı,

Bir dəfə sola baxdı.

Təşəkkür etdi:

“cik-cik”.

Uçub getdi sərçəcik.                      [9. s.109].

Şeir sərlövhə-adlarını şərti olaraq əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

1 – Sərlövhəsi əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlər. Bu qisim şeirlər Z.Xəlil yaradıcılığında xüsusi çəkiyə malikdir: “Çiyələk”, “Arı və kəpənək”, ”Qatır”, “Bildirçin”, “Qırqovul”, “Hacıleylək”, “Bülbül”, “Kəklik”, “Güllüt”, “Qurbağa”, “Alça”, “Yaxma”, “Qazayağı”, “Gilas”, “Dovşan və köpək”, “İydə”, “Keçi və Əziz”, “Şəlalə”, “Qartal”, “Şanapipik”, “Qaranquş”, “Gicirtkan”, “Kəpənək”, “Ağacdələn”, “Qanqal”, “Baldırğan”, “Quşəppəyi”, “Zoğal”, “Çəpiş”, “Ayauçan”, “Çobanyastığı”, “Sırğaçiçəyi”, “Qaymaqçiçəyi”, “Qantəpər”, “Lalə”, “Ciciçiçəyi”, “Cincilim”, “Günəş”, “Günəbaxan”, “Göyqurşağı”, “Palma”, “Kirpi”, “Ulduz”, “Sona”, “Qələmə”, “Mayak”, “Fil”, “Qatar”, “Araba”, “Barmaq”, “Qırğılar”, “Qağayılar”, “Duman”, ”Anqut”, “Tutu”, “At”, Qırxbuğum”, “Dələ”, “Göbələk”, “Boranı”, “Çərkəz”, “Telefon”, “Ceyran”, “Dovşan”, “Canavar”, “Tülkü”.

Zaur Ustacda əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlərin sayı 25-dir. “Sətirlərdə uşaq obrazları” adlanan bölümə xüsusi adlara ünvanlanan 16 şeir daxil edilib: “Ülkər”, “Vahid”, “Tuncay”, “Hümmət”, “Yusif”, “İlqar”, Qaçay , “Malik”, “Uğur”, “Şamil”, Vaqif., “paşa”, “Həsən”, “Nağı”, “Zahir”.

2. Qəhrəmanın xarakterinə uyğun qoyulan şeir adları: Z.Xəlildən nümunə: “Davakar sərçə”, “Dalaşan dolaşalar”, “Yalançı meşə”, “Nərə çəkdi dalğalar”, “ Şəffaf cığır”, “Uşaqların səhvi”, “Səbrli ol, səbrli”, “Yalançı İmran”, “Dəcəl bala”, “Uçağan böcək”. “Siçanların kələyi”.

Z.Ustacdan nümunə: “Ağıllı Gülər” (“Tam və bitkin şeirlər” bölümündən), “Yanvar”, “Fevral”, “Mart”, “Aprel”, “May”, “İyun”, “İyul” “Avqust”, “Sentyabr”, “Oktyabr”, “Noyabr”, “Dekabr” (İlin fəsillərinə və aylara həsr edilmiş şeirlər” bölümündən).

3. Hadisələrin cərəyan etdiyi yerlərlə bağlılığı olan, yaxud həmin yerlərin adını daşıyan şeir adları. Z.Xəlildən nümunə: “Uzun yol”, “Təyyarə”, “Dənizə axşam düşür”, “Körpü ilə söhbət”, “Gölməçə”, “Oynayıram beşikdə”, “Məktəb yolları”, “Uşaqlar dərsə gedir”.

4. Obrazın zahiri görünüşünə görə ad verilən şeirlər. Z.Xəlildən nümunə: “Yeddirəngli muncuq”, “Qaraqulaq ağ küçük”, “Şəffaf cığır”, “Qızıl qaz”, “Gil pişik”, “Qırmızı”, “Narıncı”, “Yaşıl”.

5. Adı rəmzi-simvolik məna daşıyan şeirlər. Z.Xəlildən nümunə: “Uçan çıraqlar”, “Ayının teleqramı”, “Dovşanın teleqramı”, “Çaqqalların teleqramı”, “Tülkünün teleqramı”, “Canavarın teleqramı”, “Atəşböcəyinin teleqramı”, “Sərçələrin nəğməsi”.

Z.Ustacın uşaq şeirlərindən bu bölgüyə Azərbaycan əlifbasındakı bütün hərflərə, 1-dən 10-a qədərki bütün rəqəmlərə, eləcə də ilin fəsillərinə aidliyi yetən bütün şeirləri, o cümlədən “Tam və bitkin şeirlər” bölümündən “Balaca reklamçı”nı aid etmək olar.  

NƏTİCƏ  

Baxmayaraq ki, son onilliklərdə bədii əsərə bütöv cümlə şəklində ad qoyulması tendensiyası da özünü göstərir, ancaq biz bu qənaətdəyik ki, bu kimi hallar elmi məqalələr, elmi-tədqiqat işləri və dissertasiya işləri üşün məğbul sayıla bilər, bədii ədəbiyyatda əsər adları adlıq cümlə şəklində olmalıdır. Uşaqlar üçün kiçik ölçülü və kiçik həcmli əsərlər xüsusi önəm daşıdığı kimi, uşaq şeirlərinə qoyulan adlar da uşaq psixologiyasına uyğun, mümkün qədər az sözdən ibarət, yığcam, lakonik, rahat başa düşülən, tez yaddaqalan və asanlıqla qavranılan olmalı, əsərin ideya və məzmununun aydınlaşmasına xidmət etməli, bitkin bir fikri ifadə etməli, oxucunu, qismən də olsa, əsərdə nələr baş verəcəyinə istiqamətləndirməlidir. Ona görə ki, ad hər nəsnədən əvvəl bədii əsərin vizit kartıdır, başqa sözlə, mütaliə edəcəyi əsər haqqında ilkin təqribi anlatmanı oxucu əsərə qoyulan ad vasitəsi ilə alır. Bu isə özlüyündə yazıçıdan poetik duyum, az sözlə çox fikir ifadə etmək kimi xüsusi səriştə tələb edir.

Elə yazıçı var ki, əsərin adını müəyyənləşdirmədən mövzunu işləməkdə çətinlik çəkir. Beləsi üçün əsərin adı bir növ süjet xəttinə giriş etmək üçün vasitədir. Elə qələm sahibi də var ki, əsər tamamlanandan sonra onun adı (sərlövhəsi) barədə düşünməyə başlayır. Ancaq bütün hallarda qeyd edilən məziyyətlər uşaq ədəbiyyatinda zəruri amil kimi gözlənilməlidir.

Açar sözlər: adlar sistemi, sərlövhə, uşaq şeiri.

***

Azerbaycan çocuk şiirinde başlik-isim sistemi

ÖZET

Herhangi bir edebiyat örneğiyle tanışma adla başlar. Bir filmin kahramanının adıyla bilinmesi gibi, yeni doğan bebeğe de ebeveynin çocuğunun adı verilir – sanat eseri yazarın çocuğudur – ona yazarın verdiği adla bilinir. Başarılı çalışma, yazarın kartviziti olur. Bu nedenle kalem sahibi, eserinin adını (başlığını) Azerbaycan dilinin gramer kurallarına uygun, sözlüksel ve anlamsal olarak anlamlı, içerik olmalı, yorucu olmayan, samimi ve kolayca akılda kalıcı olmalıdır.

“Kitabi-Dada Korkut”de “Dirsa Han’ın oğlu Bugaj Boyu”nda adgoydu konusuna değinilen noktayı hatırlayalım. Dada Korkut han oğlu Bugaj’ı karakterize eden özellikleri tek-tek sıralar ve son olarak gence Bugaj adını verdiğini söyler: “Adını ben verdim, yaşını Allah korusun”.

Retro edebiyatta adlara dikkat edelim: “Anne ve postacı”, “Çapayev” (halk şairi Süleyman Rüstem), “Renkler”, “Lenin şiiri” (halk şairi Rasul Rza), “Azerbaycan” (halk şairi Samad Vurgun) “Yine o bah olurdu (Mikail Müşfig), “Annenin borcunu iade et”, “Merdiven”, “Yolculuktan sonra”, “Dönüş”, “Ölüm sevinmesin koy”(Ali Kerim), “Gökyüzüne yazılmış şiirler” (Abbas Abdulla) …

Ancak ne yazık ki “sanat eserlerinde isim sistemi” konusu araştırmacılar tarafından unutulmuş, daha açık bir ifadeyle ihmal edilmiş, gelişmemiş veya üzerinde yeterince durulmamış bir alandır.

Makale, sanat eserlerinin başlığını belirleme ilkelerini tartışıyor.

Anahtar kelimeler: isim sistemi, başlık, çocuk şiiri.

***

Title-name system in Azerbaijani children’s poetry

ABSTRACT

Acquaintance with any literary sample begins with the name. Just as a movie’s protagonist is known by the name, the newborn baby is named after the parent’s child – the artwork is the author’s child – known by the name given to it by the author. Successful work becomes the author’s business card. For this reason, the owner of the pen must have the name (title) of his work in accordance with the grammatical rules of the Azerbaijani language, lexically and semantically meaningful, content, non-tiring, sincere and easily memorable.

Let’s remember the point mentioned in “Kitabi-Dada Korkut” in “Bugaj Boyu, son of Dirsa Khan”. Dada Korkut lists the features that characterize his son Bugaj, one by one, and finally says that he named the young man Bugaj: “I gave his name, God forbid his age”.

Let’s pay attention to the names in retro literature: “Mother and postman”, “Chapayev” (folk poet Sulayman Rustam), “Colors”, “Lenin poetry” (folk poet Rasul Rza), “Azerbaijan” (folk poet Samad Vurgun) ) “It would be that bah again (Mikail Müşfig), “Repay your mother’s debt”, “Ladder”, “After the trip”, “Return”, “Let death not rejoice”(Ali Kerim), “Poems written in the sky ”(Abbas Abdulla) …

However, unfortunately, the subject of “name system in works of art” is a field that has been forgotten by researchers, in other words neglected, underdeveloped or not emphasized enough.

The article discusses the principles of determining the title of works of art.

Keywords: noun system, title, children’s poetry.

İstifadə olunan ədəbiyyat

1. Azərbaycan onomastikası problemləri. Konfrans materialları.Bakı-1993.

2. Bağırov Adil. “Bədii əsər adları”. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. 2015-ci il, №1 (66), 268 səh.

3. Əsədullayev S. Tarix, sənətkar, müasirlik. Bakı-1974.

4. Homer. Odisseya. Bakı-1977, s.112.

5. Hüseynova H. Mir Cəlalın bədii əsərlərinin linqovopoetik xüsusiyyətləri. II cild. Bakı-ADPU-2018, 384 səh.

6. Xəlil Zahid. Ağ leyləklər. Bakı-SkyG-2016, 248 səh.

7. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. 2 cilddə, II cild. Bakı-Nurlan–2004, 504 səh.

8. Seyidov Y. Əsərləri, 15 cilddə, I cild. Bakı-BDU nəşriyyatı-2006, 628 səh.

9. Ustac Zaur. Gülüzənin şeirləri. Bakı-2021, 114 səh. s.109.

10. Крижижовски С. Лингвистика и поетика. Москва,1976.

AYƏTXAN ZİYAD (İSGƏNDƏROV) ,

Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnaist, tədqiqatçı

AYƏTXAN ZİYADIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN MƏLAHƏT HÜMMƏTQIZININ DOĞUM GÜNÜDÜR!

MƏLAHƏT HÜMMƏTQIZI VƏ ZAUR USTAC

Bu gün həkim-yazar Məlahət Hümmətqızının doğum günüdür! Şad günü münasibəti ilə Məlahət xanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik. Uğurlarınız bol olsun, Məlahət xanım!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏDİN DOĞUM GÜNÜDÜR!

Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü Təranə Məmmədin doğum günüdür! Şad günü münasibəti ilə Təranə xanımı təbrik edir, can sağlığı, uzun ömr və yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məşhur tərcüməçilərimizin adına mükafat təsis edildi

Məşhur tərcüməçilərimizin adına mükafat təsis edildi

Qanun Nəşrlər Evi yeni tərcümə mükafatları təsis edib.

Bu barədə nəşrlər evindən məlumat verilib.

Mükafatlar aşağıdakı qaydada hər il veriləcəkdir:

Rus dilindən ən yaxşı tərcümə üçün –       Natiq Səfərov mükafatı

İngilis dilindən ən yaxşı tərcümə üçün –   Vilayət Quliyev mükafatı

Alman dilindən ən yaxşı tərcümə üçün –  Vilayət Hacıyev mükafatı

Fransız dilindən ən yaxşı tərcümə üçün – Hamlet Qoca mükafatı

Hər nominasiya üzrə mükafat fondu 1000 (min) manatdır.

İlkin mənbə: Edebiyyatqazeti.az

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYAR

MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYAR

Şəhriyar – Seyid Muhammad Hüseyin Behjat-Tebrizi (Azerice: Şəhriyar, Farsça: سید محمدحسین بهجت تبریزی) (d. 1906 – ö. 18 Eylül 1988), şiirlerinde kullandığı Şehriyar mahlası ile tanınır. Azeri asıllı İranlı Türk şair, şiirlerini hem Azerbaycan Türkçesi hem de Farsça yazmıştır.

Hayatı

İran Türklerinden olan Şehriyar,1906’da Tebriz’de doğdu. Babası Mirismail Ağa Hoşgenabî, bir avukattı. İlk öğrenimini doğduğu şehirde tamamlayan şair, Medrese-i Talibiye’de aldığı Arapça ve Arap edebiyatı eğitiminin yanı sıra, Fransızca öğrendi. 1921 yılında Tahran’a gelerek Dar-ül Fünun okulunda tıp eğitimi almaya başlar. 1924 yılında aşkının peşinden Horasan’a gider. 1935 yılında Tahran’a geri dönerek İran Ziraat Bankasında çalışmaya başlar.

Şehriyar 1929 yılında önsözünü dönemin bilinen şairlerinden olan Bahtiyar, Nafisi ve Muhammed Tagi Bahar’ın yazdığı ilk şiir kitabını neşreder. Şiirlerinde şair Hafız, Sadi, Fizuli, M.P. Vaqif, M.E. Sabir ve s.-den etkilenmeler mevcut olan şair, ana dilinde kaleme aldığı Heyder Babaya Salam şiiri ile Türkiye’de ve Sovyetler Birliğindeki Türk Cumhuriyetlerinde de büyük bir üne kavuştu.

1951 yılında Haydar Babaya Selam şiir kitabını yayımladı. (Haydar Baba, köyünün üstünde kurulu olduğu dağın adıdır.)

Şehriyar İran’da 1979 yılında yapılan İslam devrimini destekledi.

Tahran’da Mehr hastanesinde akciğer iltihabı ve kalp yetersizliğinden 18 Eylül 1988 yılında vefat eden şairin ölüm günü, O’nun anısına, İran’da Milli Şiir Günü olarak kutlanmaktadır.

Şairler Türbesi, Tebriz
Şehriyar’ın Türbesi, TebrizŞehriyar Azerbaycan Türkçesiyle şöyle demiş: [kaynak belirtilmeli]

Türkün dili tek (gibi), Sevgili istekli dil olmaz Özge (başka) dile qatsan(katsan), bu esil (asil, öz) dil esil olmaz

Eserleri
Haydar Baba’ya Salam, Tebriz, 1951;
Yad-i ez Heyder Baba, Tahran 1964;
Seçilmiş Eserleri, Bakı, 1966;
Divan-ı Türkî Tebriz, 1992;
Yalan Dünya, Bakı, 1993;
Tüm Eserleri (4 cilt), Tahran,1971
Heyder Babaya Selam şiiri 76 dile çevrilmiş, Azerbaycan’da ve Türkiye’de bu şiire nazireler yazılmıştır.

ŞEİRLƏR

10712701_1115118488503214_8887204644675516657_n

Heydərbabaya Salam


Birinci Hissə

Heydərbaba, ildırımlar caxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şovkətuzə, eluzə,
Mənim də bir adım gəlsin diluzə.

Heydərbaba, kəhliklərin ucanda,
Kol dibindən dovşan qalxıb qacanda,
Baxcaların cicəklənib acanda,
Bizdən də bir mumkun olsa yad elə,
Acılmayan urəkləri şad elə.

Bayram yeli cardaxları yıxanda,
Novruzgulu, qar cicəyi cıxanda,
Ağ buludlar koynəklərin sıxanda,
Bizdən də bir yad eləyen sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, gun dalıvı dağlasın,
Uzun gulsun, bulaqların ağlasın,
Uşaqların bir dəstə gul bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

Heydərbaba, sənin uzun ağ olsun,
Dord bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sora sənin başın sağ olsun,
Dunya qəzəv-qədər, olum-itimdi,
Dunya boyu oğulsuzdu, yetimdi.

Heydərbaba, yolum sənnən kəc oldu,
Omrum kecdi, gələmmədim, gec oldu,
Hec bilmədirn gozəllərin nec oldu,
Bilməz idim dongələr var, donum var,
İtginlik var, ayrılıq var, olum var.

Heydərbaba, igid əmək itirməz,
Omur kecər, əfsus bərə bitirməz,
Namərd olan omru başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Gorəmməsək, halal edin bizləri.

Heydərbaba, Mirəjdər səslənəndə,
Kənd icinə səsdən-kuydən duşəndə,
Aşıq Rustəm sazın dilləndəndə,
Yadmdadı nə hovləsək qacardım?
Quşlar təkin qanad calıb ucardım.

Şəngulava yurdu, aşıq alması,
Gah da gedib orda qonaq qalması,
Daş atması, alma-heyva salması
Qalıb şirin yuxu kimi yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.

Heydərbaba, Quru golun qazları,
Gədiklərin sazax calan sazları,
Kənd-kovşənin payızları, yazları,
Bir sinema pərdəsidir gozumdə,
Tək oturub, seyr edirəm ozum də.

Heydərbaba, Qaracəmən caddası,
Covuşların gələr səsi, sədası,
Kərbəlaya gedənlərin qadası
Duşsun bu ac, yolsuzların gozunə,
Təməddunun uyduq yalan sozunə.

Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti urəklərdən qazdırıb,
Qara gunun sərneviştin yazdırıb,
Salıb xalqı bir-birnin canına,
Barışığı bələşdirib qanına.

Goz yaşına baxan olsa, qan axmaz,
İnsan olan, xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.

Xəzan yeli yarpaqları tokəndə,
Bulud dağdan yenib kəndə cokəndə,
Şeyxulislam gozəl səsin cəkəndə,
Nisgilli soz urəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.

Daşlı bulaq daş-qumunan dolmasın,
Baxcaları saralmasın, solmasın,
Ordan kecən atlı susuz olmasın,
Deynə, bulaq, xeyrin olsun, axarsan,
Ufuqlərə xumar-xumar baxarsan.

Heydərbaba, dağın, daşın sərəsi,
Kəhlik oxur, dahlısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Coban, qaytar quzunu”.

Heydərbaba, Sulu yerin duzundə,
Bulaq qaynar cay-cəmənin gozundə,
Bulaqotu uzər suyun uzundə,
Gozəl quşlar ordan gəlib kecərlər,
Xəlvətləyib bulaqdan su icərlər.

Bicin usru sunbul bicən oraqlar,
Elə bil ki, zulfu darar daraqlar,
Şikarcılar bildircini soraqlar,
Bicincilər ayranların icərlər,
Bir huşlanıb, sondan durub bicərlər.

Heydərbaba, kəndin gunu batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan cıxıb qaş-goz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə coxlu qəmu qussə de.

Qarı nənə gecə nağıl deyəndə,
Kulək qalxıb qap-bacanı doyəndə,
Qurd kecinin Şəngulusun yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gul acıb ondan sora solaydım.

Əmməcanın bal bəlləsin yeyərdim,
Sondan durub us donumu geyərdim,
Baxcalarda tiringəni deyərdim,
Ay ozumu o əzdirən gunlərim,
Ağac minib, at gəzdirən gunlərim.

Həci xala cayda paltar yuyardı,
Məmmədsadıq damlarını suvardı,
Hec bilməzdik dağdı, daşdı, duvardı,
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq!

Şeyxulislam munacatı deyərdi,
Məşəd Rəhim ləbbadəni geyərdi,
Məşd Hacəli bozbaşları yeyərdi,
Biz xoş idik, xeyrat olsun, toy olsun,
Fərq eyləməz, hər nolacaq, qoy olsun.

Məlik Niyaz vərəndilin salardı,
Atın capıb, qıyqacıdan calardı,
Qırğı təkin gədik başın alardı.
Dolayıya qızlar acıb pəncərə,
Pəncərələrdə nə gozəl mənzərə!

Heydərbaba, kəndin toyun tutanda,
Qız-gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damnan alma atanda,
Mənim də o qızlarında gozum var,
Aşıqların sazlarıda sozum var.

Heydərbaba, bulaqların yarpızı,
Bostanların gulbəsri, qarpızı,
Cərcilərin ağ nabatı, saqqızı
İndi də var damağımda, dad verər,
İtgin gedən gunlərimdən yad verər.

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gozəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaşdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəmmədin baxcası,
Baxcaların turşaşirin alcası,
Gəlinlərin duzmələri, taxcası,
Hey duzulər gozlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

Bayram olub, qızıl palcıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər,
Taxcalarda duzmələri duzərlər,
Qız-gəlinin fındıqcası, hənası,
Həvəslənər anası, qaynanası.

Bakıcının sozu-sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Cərşənbənin girdəkanı, movizi,
Qızlar deyər: “Atıl-matıl, cərşənbə,
Ayna təkin bəxtim acıl, cərşənbə”.

Yumurtanı goycək, gullu boyardıq,
Caqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgulu dərərdi.

Novruzəli xərməndə vəl surərdi,
Gahdan enib kuləşlərin kurərdi.
Dağdan da bir coban iti hurərdi,
Onda gordun ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.

Axşam başı naxırcılar gələndə,
Qoduqları cəkib vurardıq bəndə,
Naxır kecib gedib yetəndə kəndə
Heyvanları cılpaq minib qovardıq,
Soz cıxsaydı, sinə gərib sovardıq.

Yaz gecəsi cayda sular şarıldar,
Daş-qayalar seldə aşıb xarıldar,
Qaranlıqda qurdun gozu parıldar,
İtlər, gordun, qurdu secib ulaşdı,
Qurd da, gordun, qalxıb gədikdən aşdı

Qış gecəsi tovlələrin otağı,
Kətillərin oturağı, yatağı,
Buxanda yanar odun yanağı,
Şəbcorəsi, girdəkanı, iydəsi,
Kəndi basar gulub-danışmaq səsi.

Şuca xaloğlunun Bakı sovqəti,
Damda quran samavarı, sohbəti,
Yadımdadı şəsli qəddi, qaməti,
Cunəmməyin toyu donub yas oldu,
Nənəqızın bəxt aynası kas oldu.

Heydərbaba, Nənəqızın gozləri,
Rəxşəndənin şirin-şirin sozləri,
Turki dedim, oxusunlar ozləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.

Yaz qabağı gun guneyi doəndə,
Kənd uşağı qar gullərin sovəndə,
Kurəkcilər dağda kurək zuvəndə,
Mənim ruhum elə bilin ordadır,
Kəhlik kimi batıb qalıb, qardadır.

Qan nənə uzadanda işini,
Gun buludda əyirərdi teşini,
Qurd qocalıb cəkdirəndə dişini,
Suru qalxıb dolayıdan aşardı,
Baydaların sudu aşıb-daşardı.

Xəccəsultan əmmə dişin qısardı,
Molla Bağır əmoğlu tez mısardı,
Təndir yanıb, tustu evi basardı,
Caydanımız ərsin ustə qaynardı,
Qovurğamız sac icində oynardı.

Bostan pozub gətirərdik aşağı,
Doldurardıq evdə taxta-tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Ozun yeyib, toxumların cırtdardıq,
Cox yeməkdən lap az qala catdardıq.

Vərzəğandan armudsatan gələndə,
Uşaqların səsi duşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.

Mirzə Tağıynan gecə getdik caya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən işıq duşdu o tay baxcaya,
“Eyvay, – dedik, – qurddu”. Qayıtdıq qaşdıq.
Hec bilmədik nə vaxt gədikdən aşdıq

Heydərbaba, ağacların ucaldı,
Amma heyif cavanların qocaldı,
Toğluların arıqtayıb acaldı,
Kolgə dondu, gun batdı, qaş qərəldi,
Qurdun gozu qaranlıqda bərəldi.

Eşitmişəm yanır Allah cırağı,
Dair olub məsciduzun bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsur xanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.

Heydərbaba, Molla İbrahim var, ya yox?
Məktəb acar, oxur uşaqlar, ya yox?
Xərmən ustu məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salami-malakəlam.

Xəccəsultan əmmə gedib Təbrizə,
Amma nə Təbriz ki, gələmmir bizə,
Balam, durun, qoyaq gedək əmmizə,
Ağa oldu, tifağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.

Heydərbaba, dunya yalan dunyadı,
Suleymandan, Nuhdan qalan dunyadı,
Oğul doğan, dərdə salan dunyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Heydərbaba, yar-yoldaşlar dondulər,
Bir-bir məni coldə qoyub condulər,
Ceşmələrim, cıraqlaım sondulər,
Yaman yerdə gun dondu, axşam oldu,
Dunya mənə xərabəyi-Şam oldu.

Əmoğluynan gedən gecə Qıpcağa,
Ay ki cıxdı, atlar gəldi oynağa,
Dırmaşırdıq, dağdan aşırdıq dağa,
Məş Məmixan goy atını oynatdı,
Tufəngini aşırdı şaqqıldatdı.

Heydərbaba, Qara golun dərəsi,
Xoşginabın yolu, bəndi, bərəsi,
Orda duşər cil kəhliyin fərəsi,
Ordan kecər yurdumuzun ozunə,
Biz də kecək yurdumuzun sozunə.

Xoşginabı yaman gunə kim salıb?
Seyidlərdən kim qırılıb, kim qalıb?
A Mirqafar dam-daşını kim alıb?
Bulaq genə gəlib golu doldurur?
Ya quruyub, baxcaları soldurur?

A Mirqafar seyidlərin tacıydı,
Şahlar şikar etməsi qıyqacıydı,
Mərdə şirin, namərdə cox acıydı,
Məzlumların həqqi ustə əsərdi,
Zalimləri qılıc təkin kəsərdi.

Mirmustafa dayı, ucaboy baba,
Heykəlli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu, ərdəmi,
Məscidlərin, məclislərin gorkəmi.

Məcdussadat gulərdi bağlar kimi,
Guruldardı buludlu dağlar kimi,
Soz ağzında ərirdi yağlar kimi,
Alnı acıq, yaxsı, dərin qanardı,
Yaşıl gozlər cıraq təkin yanardı.

Mənim atam sufrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gozəllərin axıra qalmışıydı,
Ondan sonra donərgələr dondulər,
Məhəbbətin cıraqları sondulər.

Mirsalehin dəlisovluq etməsi,
Mirəzizin şirin şaxsey getməsi,
Mirməmmədin qurulması, bitməsi,
İndi desək, əhvalatdı, nağıldı,
Kecdi-getdi, itdi-batdı, dağıldı.

Mirəbdulun aynada qaş yaxması,
Covculərindən qaşının axması,
Boylanması, dam-divardan baxması,
Şah Abbasın durbunu, yadəş bəxeyr,
Xoşginabın xoş gunu, yadəş bəxeyr.

Sitarəmmə nəzikləri yapardı,
Mirqadir də hərdəm birin qapardı,
Qapıb, yeyib, dayca təkin capardı,
Gulməliydi onun nəzik qappası,
Əmmənin də ərsininin şappası.

Heydərbaba, A Mirheydər neynəyir?
Yəqin genə samavarı qeynəyir.
Day qocalıb, alt əngiynən ceynəyir,
Qulaq batıb, gozu girib qaşına,
Yazıq əmmə, hava gəlib başına.

Xanım əmmə Mirəbdulun sozunu
Eşidəndə əyər ağız, gozunu,
Məlkamıda verər onun ozunu,
Davaların şuxluğınan qatallar,
Əti yeyib, başı atıb yatallar.

Fizzə xanım Xoşginabın guluydu,
A Miryəhya əmqızının quluydu,
Ruxsarə artist idi, sevgiliydi,
Seyidhuseyn Mirsalehi yamsılar,
A Mircəfər qeyrətlidir, qan salar.

Səhər tezdən naxırcılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım korpələrin bələrdi,
Təndirlərin qovzanardı tustusu,
Corəklərin gozəl iyi, istisi.

Goyərcinlər dəstə qalxıb ucallar,
Gun sacanda qızıl pərdə acallar,
Qızıl pərdə acıb, yığıb qacallar,
Gun ucalıb, artar dağın cəlalı,
Təbiətin cavanlanar cəmalı.

Heydərbaba, qarlı dağlar aşanda,
Gecə karvan yolun azıb, caşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gozum secər onları,
Xəyal gəlib, aşıb kecər onları.

Bir cıxaydım Damqayanın daşına,
Bir baxaydım kecmişinə, yaşına,
Bir gorəydim nələr gəlib başına,
Mən də onun qarlarıylan ağlardım,
Qış donduran urəkləri dağlardım.

Heydərbaba, gul qoncəsi xəndandı,
Amma heyif, urək qəzası qandı,
Zindəganlıq bir qaranlıq zindandı,
Bu zindanın dərbəcəsin acan yox,
Bu darlıqdan bir qurtulub qacan yox.

Heydərbaba, goylər butun dumandı,
Gunlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman gunə salıblar!

Bir soruşun bu qarğınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynə, kecirt ulduzları ələkdən,
Qoy tokulsun, bu yer uzu dağılsın,
Bu şeytanlıq qurğusu bir yığılsın!

Bir ucaydım bu cirpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq duşən elinən,
Bir gorəydim ayrılığı kim saldı?
Olkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, goylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Muruvvətsiz insanları cağırır.

Heydərbaba, qeyrət qanın qaynarkən,
Qaraquşlar sənnən qopub qalxarkən,
O sıldırım daşlarınan oynarkən,
Qovzan, mənim himmətimi orda gor,
Ordan əyil, qamətimi darda gor.

Heydərbaba, gecə durna kecəndə,
Koroğlunun gozu qara secəndə,
Qıratını minib, kəsib-bicəndə,
Mən də burdan tez mətləbə catmaram,
Eyvaz gətib catmayınca yatmaram.

Heydərbaba, mərd oğullar doğginən,
Namərdlərin burunların ovginən,
Gədiklərdə qurdları tut boğginən,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.

Heydərbaba, sənin koylun şad olsun.,
Dunya varkən ağzın dolu dad olsun,
Səndən kecən tanış olsun, yad olsun,
Deynə: mənim şair oğlum Şəhriyar,
Bir omurdur qəm ustunə qəm qalar.

*        *         *

Heydərbabaya Salam


İkinci Hissə

Heydərbaba, gəldim səni yoxluyam,
Bir də yatam, qucağında yuxluyam,
Omru qovam, bəlkə burda haxlıyam,
Uşaqlığa deyəm: bizə gəlsən bir,
Aydın gunlər, ağlar yuzə gulsən bir!

Heydərbaba, cəkdin məni gətirdin,
Yurdumuza, yuvamıza yetirdin,
Yusifivi uşaq ikən itirdin,
Qoca Yəqub, itmişsəm də tapıbsan,
Qavalıyıb qurd ağzından qapıbsan.

Mən gorduyum karvan catıb kocubdu,
Ayrılığm şərbətini icibdi,
Omrumuzun kocu burdan kecibdi,
Kecib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara.

Burda şirin xatirələr yatıblar,
Daşlarıylan başı başa catıblar,
Aşnalığın daşın bizdən atıblar,
Mən baxanda qavzanıllar, baxıllar,
Bir də yatıb yandırıllar, yaxıllar.

Gedənlərin yeri burda gorunur,
Xanım nənəm ağ kəfənin burunur,
Dalımcadır, hara gedim surunur:
– Bala, gəldin? Niyə belə gec gəldin?
Səbrim sənnən guləşdi, sən guc gəldin.

Qəbiləmiz burda qurub ocağı,
İndi olmuş qurd-quşların yatağı,
Gun batanda sonər butun cırağı,
“Və bəldətin leysə ləha ənisu
İlləl yəafirə və iltəl-isu”.

Zaman kecir, ufuqlərdə toz qalır,
Karvan kimi uzaqlarda toz salır,
Duman gəlir, yurəkləri culğalır,
Urək deyir: Zaman, kecmə, amandur,
Kecənlərdə gozum var, bir dayan, dur!

Ruzigarın dəyirmanı firlanır,
Məxluq onun dişlərinə tullanır,
Bax ki, bəşər yenə necə allanır,
Həmişəlik şadlıq umur ozunə,
Qəbri gorur, toz qondurmur uzunə.

Kohnələrin sur-sumuyu dartılıb,
Qurtulanın cul-cuxası yırtılıb,
Molla İbrahim lap əriyib, qurtulub,
Şeyxulislam səhman qalıb, qıvraxdı,
Novruzəli qacaq kecib, qocaxdı.

Ahılları yetmiş kəfən curudub,
Cahılları dunya qəmi kiridib,
Qız-gəlinlər ət-canların əridib,
Rəxşəndənin nəvə tutur əlini,
Nənəqızın kurəkəni, gəlini.

Cox şukru var, yenə gəldux, goruşdux,
İtənlərdən, bitənlərdən soruşdux,
Kusmuşdux, Allah qoysa, barışdux,
Bir də goruş qismət ola, olmaya,
Omurlərdə fursət ola, olmaya.

Burda xəyal meydanları genişdi,
Dağlar, daşlar butun mənlə tanışdı,
Gorcək məni Heydərbaba danışdı:
– Bu nə səsdi, sən aləmə salıbsan,
Gəl bir gorək ozun harda qalıbsan?

Kəcavəylə bu caydan cox kecmişik,
Bu ceşmələrdən nə sular icmişik,
Bu yoncalıqlarda kəsib bicmişik,
Cəpişləri qıdıxlayan gunlərim,
Cəpiş kimi oynaxlayan gunlərim.

Bu xırmanda “Aradanxır” oynardıq,
Comalaşıb qarışqatək qaynardıq,
Yavaş-yavaş baxcalarda ağnardıq,
Ağaclardan cilik-ağac kəsərdik,
Qoruqcunun qorxusundan əsərdik.

Bu tovlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: – Bax, bayda dolsun daşmasın.

Bu damlarda coxlu cızıq atmışam,
Uşaqların aşıqların udmuşam,
Qurquşunlu saqqa alıb satmışam,
Uşaq necə hec zadınan şad olar,
İndi bizim qəmi tutmur dunyalar.

Məktəb qalır, uşaqlar dərs alırlar,
Hey yazırlar, hey pozurlar, yalırlar,
Molla İbrahim ozu, evi qalırlar,
Amma bizim yoldaşlardan qalan yox,
Bunlardan bir bizi yada salan yox.

Bir vaxtında bu məktəb pərgar idi,
Bir Museyyib, bir Məmdəsən var idi,
Biri xəlfə, biri vərzişkar idi,
Axund bizlə oynamağa gedərdi,
Ozu bizə oynamaq oyrədərdi.

Dedim, balam, o Məmdəsən nolubdu?
Məlum oldu tifil bala olubdu,
Nə var, nə var, burnundan qan gəlibdi,
Bir yel əsir, baxırsan Məmdəsən yox,
Bu kənddə bir burun qanı kəsən yox.

Dedim, deyin Museyyibə nə gəldi?
Qulam, gordum, ağlar goz ilə gəldi,
Dedi: o da bahalıq duşdu, oldu,
Dedim, yazıq bizlə hasıl bolənlər,
Bitməyəndə aclarından otənlər.

Bu məktəbdə şerin şəhdin dadmışam,
Axundun ağzından qapıb udmuşam,
Gahdan da bir axundu allatmışam,
– Başım ağrır, – deyib, qacıb getmişəm,
Baxcalarda gedib gozdən itmişəm.

Azad olanda məkəobdən cıxardıq,
Hucum cəkib biri-birin sıxardıq,
Yolda hər nə gəldi, vurub yıxardıq,
Uşaq demə, ipin qırmış dana de,
Bir dana da demə, əlli dana de.

Məlikniyaz itkin gedib yox olub,
Mir Aslan xan səktə il yıxılıb,
Hərə qacıb bir dərədə sıxılıb,
Corək qəmi cıxıb xalqın ayına,
Hər kəs qalıb oz canının hayına.

Kəndli yazıq cıraq tapmır yandıra,
Gorum sizin bərqiz qalsın andıra,
Kim bu sozu ərbablara qandıra:
Nədir axır bu millətin gunahı?
Tutsun sizi, gorum, məzlumlar ahı!

Hər nə alır baha verir qiyməti,
Ucuz fəqət əkincinin zəhməti,
Bitənindən artıq bicən ucrəti,
Kənd uşağı gedir yolda işləyə,
Orda bəlkə qəndi tapa dişləyə.

Kəndli gəlin kimi dunyanı bəzər,
Oz ovrəti yamaq-yamağa duzər,
İynə bəzər xalqı, ozu lut gəzər,
İndi də var carsablar albaxdı,
Uşaqların qıc-pacası cılpaxdı.

Bu baxcada aş tərəsi əkərdik,
Hey su acıb kərdiyə goz dikərdik,
Cıxmaq həmin dərib asa tokərdik,
Fınqılışlar qaşıqlardan aslanı,
Yağlı desəm, quru ağzın islanı.

Bu doşlərdə quzuları yayardıq,
Axmasmlar, ulduz təkin sayardıq,
Quşqovanı cəkib daşa dayardıq,
Quşqovan da elə bil ki, qabandı,
Qurd uzaqdan deyr bəs ki, cobandı.

Xanım nənəm naxoş olan il idi,
Qış var ikən kulək idi, yel idi,
Qış da cıxdı, yağış idi, sel idi,
Yuk-yapını hey catırdıq ki, gedax,
Sel kuşgudu, məcbur olduq qeyidax.

Neysan duşdu, biz də duşduk yağışa,
Kim bacarar sellər ilə boğuşa?
Hey deyirdik, bəlkə yağış yığışa,
Balakişi faytoncumuz gəlmişdi,
İmamiyyə qəhvəsində qalmışdı.

Bu zəmidə gedib gozdən itərdik,
Tonqal qurub sutulləri utərdik,
Deyib, gulmək muradına yetərdik,
El də gulsun, muradına yetişsin,
Urəklərin yaraları bitişsin.

Xəlvərcilər burda xəlvər daşırdı,
Bu kullukdən ulaqlar dırmaşırdı,
Sellər kimi nemət aşıb-daşırdı,
Hər iş dedin hər kimsəyə gorərdi,
Can dərmam istəsəydin verərdi.

İndi bəşər ac qurd kimi uduxub,
Combələnti goz qıcırdıb duruxub,
Baxırlar ki, gorsunlər kim sınıxıb,
Tokulsunlər onun leşin yırtsınlar,
Hərə bir diş ənsəsindən qırtsınlar.

Heydərbaba, səndə dəfinələr var,
Dağlar vədiəsi xəzinələr var,
Amma sənə bənzər də sinələr var,
Bu sinələr dağlar ilə danışır,
Dağlar kimi goylər ilə qonuşur.

Gor hardan mən sənə saldım nəfəsi,
Dedim qaytar sal aləmə bu səsi,
Sən də yaxşı simurq etdin məgəsi,
Sanki qanad verdin yelə, nəsimə,
Hər tərəfdən səs verdilər səsimə.

Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş goturub gəlmişdim,
Səni gorub goz yaşımı silmişdim,
Halbuki, lap qəmli qurbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.

Kim qaldı ki, bizə buğun burmadı,
Altdan-altdan bizə kələk qurmadı,
Bir mərd oğul bizə havar durmadı,
Şeytanları qucaqlayıb gəzdiz siz,
İnsanları ayaqlayıb, əzdiz siz.

Divar ucaldı, gun bizə duşmədi,
Zindan qaraldı, goz-gozu seşmədi,
Gunduz gozu mənim lampam keşmədi,
Sel də basdı, əmmiz dolub gol oldu,
Cox yazığın evi conub col oldu.

Əvvəl başı məndən istiqbal etdiz,
Sondan conub işimdə ixlal etdiz,
Oz zənnizcə ustadı iğfal etdiz,
Eybi yoxdur, kecər gedər omurdur,
Qış da cıxar, uzuqara komurdur.

Mənim yolum məhəbbət caddəsiydi,
Son sozlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz yox,
Siyasət adlı məndə bir mərəz yox.

Haqq nə deyir? Kufrə qarşı getməyiz,
Nurdan cıxıb zuhnət icrə itməyiz,
Fırıldağa fırfıratək bitməyiz,
Gorduz də ki, olmadı kufrun dibi,
Pul da versə, almağa tikmiş cibi.

Şeytan bizim qəlbimizi condərib,
Allah deyən yoldan bizi dondərib,
İlanlı ceşməyə bizi gondərib,
Minnət qoyur ki, arxınız nəhr olub,
Biz goruruk sular bizə zəhr olub.

Heydərbaba, gileylikdən nə cıxar?
Zulmun evin səbrli təhəmmul yıxar,
Dərviş olan səbrin əlin bərk sıxar,
Gəl qayıdaq, cıxaq Ağa duzunə,
Kecək yenə məhəbbətin sozunə.

Deynə uşaq bir-birilə saz olsun,
Bəlkə bu qış bir də conub yaz olsun,
Cay, cəmənlər ordək olsun, qaz olsun,
Biz də baxıb fərəhlənib bir ucaq,
Sınıq-salxaq qanadları bir acaq.

Bu baxcadan alcaları dərərdik,
Qış adına cıxıb damda sərərdik,
Hey də cıxıb yalandan condərərdik,
Qış zumarın yayda yeyib doyardıq,
Bir kulli də minnət xalqa qoyardıq.

Evlər qalır, ev sahibi yox ozu,
Ocaqların ancaq işıldar kozu,
Gedənlərin az-cox qalıbdır sozu,
Bizdən də bir soz qalacaq, ay aman!
Kimlər bizdən soz salacaq, ay aman!

Bizdən sonra kursulərin tovunda,
Kəndin nağıllarında, soz-sovunda,
Qan nənənin caxmağında, qovunda,
Heydərbaba ozun qatar sozlərə,
İcki kimi xumar verər gozlərə.

Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı, sozlu Şəhriyar var imiş,
Odlar sonub, onun odu sonməyib,
Fələk conub, onun carxı conməyib.

Heydərbaba, alcaqların koşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Kecmişlərin gələnlərə məşq olsun,
Ovladımız məzhəbini danmasın,
Hər iciboş sozlərə aldanmasın!*        *         *

10676409_1185535574794838_3075569918907552043_n

Heydərbaba Təbriz yaxınlığında dağ adıdır.
”Heydərbabaya salam” şiirine adını veren Heydərbaba dağının Xoşginab (Hoşginab) köyünden görünüşü.Heydərbabaya salam
Şəhriyar “Heydərbabaya salam” poemasının birinci hissəsinə yazdığı müqəddimədən əlavə əsərin sonunda şərh və izah da yazmış, adları çəkilmiş şəxslərin, yerlərin və bir sıra məsələiərin mahiyyətini, söylənilən fikirlərin səbəbini aydınlaşdırmışdır. Şəhriyarın həmin şərh və izahlarının tərcüməsini də ixtisarla veririk. Bax: Divani-türki. “Sabah “, 1993.

10702065_1114642541884142_4958000779227961999_n

Türkün Dili

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.

Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,

Şerin gərək ehsas ilə riqqətlə qanşsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Sağ gündə dolar taxta-tabaq ədviyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.

Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,
Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

İnsan odu, tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsənsə, bu insan zəlil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

10703695_1114561171892279_6046463610426206603_n

BAYATILAR

Xəzan gəldi, gül apardı,
Bir şeyda bülbül apardı,
Yanmışdım mən, kül olmuşdum,
Yel də gəldi kül apardı.

Üzdüm əl bir nazlı yardan,
Gözəl üzlü gülüzardan.
Sevgilimtək bir cəvahir
Bir də doğmaz ruzigardan.

Yar hər yerə mənnən getdi,
Əcəl gəlcək onnan getdi.
Dayan, gəlim yola salım,
Xoş günüm də sənnən getdi.

Elim getdi, ölüm qaldı,
Alovlandım, kulüm qaldı.
Uçurdu bülbülüm bağdan,
Deyəydi bir gülüm qaldı.

Üzüyüm qaşsız qaldı,
Çəmənim quşsuz qaldı,
Ay aman, İqbal getdi,
Təbrizim başsız qaldı.

10260031_1017395831608814_4893417887496448813_n

QARANLIQ GECƏLƏR

Aman Allah, yənə şeytan gəlib iman apara,
Qoruyun, qoymuyun imanuzu şeytan apara.

Mənim insanlığımın gör nə hasan yavadır,
Ki günüz quli-biyaban gəlir insan apara.

Çörək almış əlinə, ac necə taqət gətisin?
Elə bil yaz gecəsi qız gəlib oğlan apara.

Qanlı dırnaqlarılan ingilis əl qatdı bizə,
Baxısan ras da Arazdan keçir İran apara.

Qəm aşıb-daşdı daha, xəlqilə şuxluq eləməz,
Sel gərək el dağıda, ev yıxa, eyvan apara.

Xərməni saqqıza verdik, nə yaman çərçidi bu?
Hey gəlir kəndə, bizə dərd verə, dərman apara.

Bu qaranlıq gecələrdə qapımız pis döyülür,
Nə bilim, bəlkə əcəldir, dayanıb can apara.

Anama söyləyin: oğlu yıxılıb səngərdə,
“Tellərin bas yarama, qoyma məni qan apara”.

Aradan bir də bizi bölsələr ərbablarımız,
Qorxuram qoymıyalar Təbrizi Tehran apara.

Qara tufan ki, dəxi xəlqə şuluxluq eləməz,
Sel gərək el dağıda, ev yıxa, eyvan apara.

Səliqəli oğru vilayətdə çoxalmış olsa,
Şəhriyardan da gərək bir dolu divan apara.

10492104_1119544024727327_7476358837370954845_n

Muhammed Huseyin Behcet-i Tebrizî (1906 – ö. 18 Eylül 1988), şiirlerinde kullandığı Şehriyar mahlası ile tanınır. Tebriz Türklerinden olan İranlı şair, şiirlerini hem Türkçe hem de Farsça yazmıştır.

İran Türklerinden olan Şehriyar,1906’da Tebriz’de doğdu. Babası Mirismail Ağa Hoşgenabî, bir avukat ve hattattır. İlköğrenimini doğduğu şehirde tamamlayan şair, Medrese-i Talibiye’de aldığı Arapça ve Arap edebiyatı eğitiminin yanı sıra, Fransızca öğrendi. Çocukluk yılları baba yurdu olan Karaçemenin Hoşgenap kasabası Heydarbaba köyünde geçmiştir. Köyleri adını eteklerinde kurulduğu Heydarbaba dağından almıştır. Orta Okul’dan sonra Tahran’a giderek liseyi bitirmiştir.1921 yılında Tahran’a gelerek Dar-ül Fünun okulunda tıp eğitimi almaya başlar. Şehriyâr, doktorluk eğitiminin son sınıfında sonu olmayan bir aşka tutulur, 1924 yılında aşkının peşinden Horasan’a gider ve tıp fakültesinin son sınıfından mezun olamadan ayrılır. 1935 yılında Tahran’a geri dönerek memuriyet hayatına atılıp, İran Ziraat Bankasında çalışmaya başlar.

Şairliğinin ilk zamanlarında “Behcet” mahlasını kullanmış, sonraları iki defa Hâfız falına bakarak kendisi için bir mahlas istemiş, faldan aşağıdaki iki beyit çıkınca, mahlasını “Şehriyâr” olarak değiştirmiştir.

“Felek devlet zikkesini Şehriyâr’ların adına bastırdı.
“Kendi memleketime gidip kendi Şehriyar’ım olayım.”

Şehriyar önsözünü dönemin bilinen şairlerinden olan, Nafisi ve Muhammed Tagi Bahar’ın yazdığı ilk şiir kitabını 1929 yılında yayınlar.

Şehriyar 1934 yılında çok sevdiği babasını kaybedince ruhsal bir bunalıma girmiştir. Babası Hacı Mir Aga Hoşgnâbî’ 1934 yılında ölmüş ve Kum şehrine gömülmüştür. Babasının ölümü Şehriyar için son derece zor gelmiş ve bunalıma kapılmıştır.Bu sıkıntılı yıllarını atlatmasında annesinin büyük yardımı olur. Bu ızdıraplı ruh halinin tesiri ile çocukluk yıllarının geçtiği bölgeye gider ve doğduğu yerlerin çok değiştiğini görür. Annesinin de Şehriyar’a Farsça değil kendi dilinde şiirler yazmasını arzu etmesinden dolayı Heydar Baba’ya Selam şiir’i doğacaktır. Şehriyâr, genç yaşında evlendi. Bu evlilikten bir kızı oldu. Çalıştığı bankadan emekli olunca daha sakin bir hayat sürmeye başladı.

Şiirlerinde şair Hafız, Sadi, Fizuli, M.P. Vaqif, M.E. Sabir’den etkilenmeler mevcut olan şair, ana dilinde kaleme aldığı Heyder Babaya Salam şiiri ile Türkiye’de ve Sovyetler Birliğindeki Türk Cumhuriyetlerinde de büyük bir üne kavuştu.Şehriyar İran’da 1979 yılında yapılan İslam devrimini destekledi. Haydar Babaya Selam şiirinin 76 kıt’alık birinci bölümü 1964’te Ahmet Ateş, 49 kıt’alık ikinci bölümü de 1971’de Prof.Dr. Muharrem Ergin tarafından ülkemizde yayınlanmıştır.

Birinci Pehlevî iktidarında Şehriyar, Horasan’a sürülmüş; ikinci Pehlevî hükümeti döneminde ise örtülü muhalefeti dolayısıyla korkular içinde hep tedirgin yaşamıştır. !979 yılındaki İran devrimini desteklediği bilinmektedir.“Humeyni İnkılâbı”ndan sonra dindarlığından ilham alarak din yolundaki bilgisizlik ve kayıtsızlığa karşı Azerî Türklerinin suskuluğunu ana dillerinde neşriyatın olamamasına bağlar. Bu sebeple inkılâbın ilk yıllarında çıkmaya başlayan yirmi beş yıldan beri yayınını sürdüren Varlık dergisini “Türkçenin Azatlık Kuşu” olarak vakfederek alkışlar. Şehriyar, çocukluk ve ilk gençlik yıllarında Kaçarların yıkılışına ve Meşrutiyet hareketine; gençlik ve orta yaş döneminde I. Ve II. Pehlevî idaresine ve ihtiyarlık döneminde ise 1979 inkilâbına tanık olmuştur.

Türk dünyasının özellikle de Azeri şiirinin en büyük şairlerinden birisi olan Şehriyar, asıl ününü Farsça şiir söyleme sahasında yakalamış olmasına rağmen, Türk dünyasında tanınmış olmasını “Haydar Baba’ya Selam” şiirine borçludur. Şairin dört ciltten oluşan külliyatının dördüncü cildi, Türkçe şiirleri­nin toplandığı kitaptır. Bu ciltte toplam 74 şiir yer almaktadır. Şehriyar’ın Türkçe divanında göze çarpan en önemli özellik, hiç şüphesiz onun kendi halkına, adet, gelenek-göreneklerine, anadili olan Türk Diline önem vermiş ve üstün görmüş olmasıdır. Örneğin, “Türk’ün Dili” isimli şiirinde bunu açıkça dile getirmektedir. “Haydar Baba’ya Selam” manzumesi iki bölümden oluşmaktadır. Birinci bölümü, ilk defa 1331/1952 yılında Tebriz’de “Hakikat Yayınevi” tarafından basılmıştır. İkinci bölümü de ondan kısa bir süre sonra basılıp ya­yınlanmıştır. Birinci bölüm 76 kıtadan, ikinci bölüm ise 49 kıtadan ibarettir. Dr. Yusuf Gedikliye göre Haydar baba’ya Selam adlı şiiri 1953 te yazılmış, 1954 te basılmıştır.

Muharrem Ergin, “Haydar Baba’ya Selam” manzumesinin tümünü, bu şiire nazire olarak yazılan bir kısım şiirlerle birlikte 1971 yılında “Azeri Türkçesi” adıyla yayınlamıştır. İran’da ün kazanmış bundan dolayı da çağdaş dönemin Hafız’ı olarak bilinmektedir. Türkçe konuşan halklar ara­sında tanınmasıyla şiirleri dilden dile dolaşıp şarkı ve türküler halinde sazlar eşliğinde okunur. Azerbaycan ve Türk edebiyatı için Şehriyâr, her şeyden önce “Hay­dar Baba” şairidir. Bu eserin kaleme alınması, hem şairin hayatında bir dö­nüm noktası hem de Azeri Edebiyatında yeni bir merhalenin başlangıcı oldu. Halk arasında sahip olduğu bu derin ve sarsılmaz saygıyı ve sevgiyi bu şii­riyle kazandı. Dr. Yusuf Gedikli’nin kitabının son baskısında Şehriyâr’ın toplam 92 Türkçe şiiri yer almaktadır. Bu da Şehriyâr’ın Türkçe şiirlerinin bu güne kadar var olanlarının tümünün bir arada toplanmış halidir. Gedikli, 1996 yılına kadar gerek İran’da gerekse Azerbaycan’da yayınlanmış olan tüm şiirlerini bir araya getirerek yeniden yayınlamıştır.

İranlı kaynaklar: Şehriyâr’ın son derece hassas bir kalbi’nin olduğunu en ufak bir iyilik veya güzellik karşısında etkilenir ve aldanırdı ki haddi hesabı yoktu. Aynı ölçüde en ufak bir ilgisizlik ve kötülük karşısında son derece sıkıldığını yazar. İranlı kaynaklar şehriyarın edebi yönünü şu şekilde izah etmektedirler: ” Firdevs’inin doğasını ve destansı ruhunu; Nizami’nin meclisleri süsleyişini, Sanayi’nin hikmetini, Mevlevi’nin irfanını, Sadi’nin inceliğini ve ifade gücünü; Hafız’ın sadakatini ve aynı zamanda gazellerindeki gizliliğini; İrec’in akıcılığı ve sadeliğini yansıtıyordu. Eserlerinin her biri duygusal, insani veya felsefi muhteva ve kapsam açısından ya da şairin kendine özgü tarzını göstermesi açısından değerli ve hatırı sayılır eserlerdendirler.”

Şehriyâr, 83 yıllık yaşamından sonra 18 Eylül 1988’de Tahran’da Mehr hastanesinde akciğer iltihabı ve kalp yetersizliğinden 1988 yılında vefat etmiş, Tebriz’de Şairler Mezarlığı’nda toprağa verilmiştir. Şairin ölüm günü, O’nun anısına, İran’da Milli Şiir Günü olarak kutlanmaktadır.

Şairin vefatından sonra 1992 yılında Kültür ve İslami İrşad Bakanlığı tarafından uluslararası düzeyde Tahran’da Üstat Şehriyar’ı Anma Konferansı düzenlenmiştir. Bu konferansa İranlı şair ve yazarların yanı sıra Azerbaycan, Türkiye, Tacikistan ve başka birkaç Ortaasya ülkesinden düşünürler ve Şehriyâr’ı sevenler de katılmıştır

Şairin yetiştiği saha Güney Azerbaycan sahasıdır. Şair İran’ın Tebriz kenti civarında yaşayan Azeri-Türk asıllı bir şairdir. Farsça yazdığı şiirlerle İranlılar tarafından çok sevilerek İranlıların ” çağdaş Hafız ” olarak nitelendirebileceği kadar İran’da tanınan şair annesinin ısrarı ile Türkçe şiirler de yazmaya başlamıştır. Haydar Baba’ya selam şiirini ana dilinde yazarak Türk Dünyasının tamamında adını duyurmuştur. Şehriyâr, tasavvuf ile ilgilendiği gibi, Kur’an ayetlerini, levhalara yazarak, “Hat Sanatı”nda da söz sahibi olduğunu göstermiştir.

Hayatı ve şiirleri hakkında en kayda değer çalışmalardan birisi: Muhammed Hüseyin Şehriyar. 2005. Seçilmiş Eserleri. (Çev. H. Billuri) Bakı: Avrasiya Pres (Azerbaycan) künyeli eserdir.

EDEBİ KİŞİLİĞİ

Şehriyar’ın anne ve babası İran’da yaşayan i Azeri- Türk asıllı bir ailedir. Türk asıllı olmasına rağmen İran edebiyatçıları tarafından İran’ın Melik’üş-Şuera’ sı olarak sıfatlandırılan şair, İranlılar açısından da çok önemli bir isim olarak görülmekte, Melik’üş-Şuera’ olarak adlandırılmasının yanı sıra, günümüz İran şiirinin Hafız’ı, Sadi’si olarak değerlendirilmektedir.

Özellikle Haydar Baba’ya adlı şiiri bütün Türk dünyasında çok önemli bir yankı yaratmıştır. Bu yankıya Şehriyar’ın Haydar Baba’ya Selam adlı şiiri hakkında bir inceleme yapan Hasan Aydın şu şekilde temas eder “Azerbaycan Edebiyatında da büyük bir canlanmanın oluşmasına, insanların kendi edebiyatlarına önem vermesine, kendi yurtlarına karşı daha duyarlı olmasına yol açtı.”

Haydar Baba’ya Selâm şiiri çocukluk günlerini, köylerdeki gelenekleri, köy hayatını anlatan bir şiirdir. Şiirde duru, açık ve özlem dolu bir dille anlattığı hayat, herhangi bir Türk köyünün sosyal ilişkilerini, törelerini, geleneklerini aktarır.

Şehriyar’ın yetiştiği Güney Azerbaycan sahasında Hasanoğlu, Fuzûlî, Tebrizli Saib, Tesir, Vidadi Zakir ve Vakıf’ gibi önemli şairler yetişmiştir. Şehriyar bu halkanın tanınmış son şairidir. Şiirlerinde Azerbaycan edebiyatının dil özelliklerini, geleneksel şiir kültürünü, şekil ve söyleme biçimini başarıyla dile getiren şair içten ve yalın bir Azeri diliyle yazdığı şiirlerinde, atasözlerine, deyimlere, âşık tarzı şiirin kalıplarına ustaca yer vermiştir. Azerbaycan âşık şiirinin dil, sanat ve deyiş zevkini başarıyla idrak etmiş ve uygulamıştır. Söyleyiş doğallığı ve içtenliği ile haklı bir şöhrete ulaşmıştır. Şehriyarın şiirlerini kültürel değerler yönünden inceleyen Prof. Dr. İsa Özkan onun hakkında şu izlenimler içindedir:”Şehriyar, İran’daki Türk edebiyatında dili kullanma biçimiyle yenilikçi bir öncüdür. Âşık tarzı şiire, geleneksel söz kalıplarına, atasözleri ve deyimlere müracaatı ile yeni bir çığır açmış, Güney Azerbaycan Türkçesini ayağa kaldırmış, kültürü sanatkârane biçimde işleyerek mahallîden evrensele ulaşmıştır”

Şairin Gazel, kaside kıta türünde Türkçe ve Farsça yazdığı pek çok şiir bulunmaktadır. Şiirlerini dört ciltte toparlayan şehriyarın son çildi Türkçe yazdığı şiirlerinden oluşmaktadır. Şairin şiirleri ülkemizde de basılmıştır.

Şairin hayat tarzı, doğup büyüdüğü Tebriz, Huşgenab, Kayış-kurşak, Şengül-abad ve Azerbaycan Türklerinin yaşadığı diğer coğrafyalarla çevrelenir. XX. yüzyılın son çeyreğine kadar sözlü olarak yaratılıp yaşatılan kültür ile örf, âdet ve geleneklerin şekillendirdiği toplum düzeni, bu bölgenin hayat dinamiğini oluşturur. Onun şiirlerinde ses ve anlam mükemmel bir uyum içindedir. Şehriyar’ın şiiri, edebî bir form olmanın ötesinde, içinde şekillendiği coğrafya ve zihniyetin bütün kültürel değerlerini barındırır.

Şehriyar’ın şiirlerinde sosyal konular ve didaktik gayretlerde görülür. “Maarifimiz” adlı şiirinde geri kalmış ülkelerdeki eğitim sistemini eleştirmesi bu görüşümüze destek olacak şekildedir. Bu şiirinde Şehriyâr, eğitimdeki niteliksizlik yapıya, mankurtlaştırma-sömürgeleştirme sürecine dikkat çekmektedir. Şehriyâr’ın zarif söz incelikleri, Azerî ve Fars şiirine olan hakimiyeti, ona özel bir şöhret, özel bir şir vadisinde şiirler kazandırdı. İran İslam Cumhuriyeti Dini Lideri Ayetullah Hâmeney, Şehriyâr’ın sanatsal sorumluluğunu güzel bir biçimde şu şekilde beyan etmiştir: ” Şehriyâr’ın en parlak hüneri, tarihi görevini tanımış ve tüm varlığıyla samimi bir şekilde yerine getirmiş olmasıdır.” Şehriyarın şiirlerini Türkiye’ye tanıtan Muharrem Ergin, şehriyar’ın edebi yönü ve önemi hakkında şu ifadeler de bulunmuştur. “Şehriyar’ın şiiri, adeta bir destan gibi, büyük bir Türk muhitinin seçkin kültür değerlerini çok canlı, renkli ve coşkun bir üslûp içinde aksettirmektedir.”

Kızı Meryem İran, FHA Fars haber ajansına verdiği demeçte babasının kişiliğini şu şekilde anlatmıştır: ” Babam çok cömert biriydi, üniversiteden aldığı maaşı bile savaş zedelere hediye ederdi. Babamın kardeşi vefat etmişti ve babam henüz evlenmemişti ve bu yüzden kardeşinin çocuklarına bakıyordu ve sonunda da kardeşinin evini çocuklarına verdi.” Meryem’in verdiği bilgilere göre şaire Tahran da bir ev verilmek istenmiş Şehriyar evi kabul etmemiş ve bunun yerine ve kendisine bir iyilik yapılacaksa Türkçe yazdığı şiirlerin yayınlanmasına izin verilmesinin sağlanmasını talep etmiştir. “ Bu haberdeki ayrıntılar, şehriyar’ın Türkçeye ve diline verdiği değeri göstermesi bakımından son derece manidardır.

Şehriyarın şiirleri geleneksel değerleri modern ve içten bir yaklaşımla modern şiir dünyasına aktarma yönünden dikkat çeker. Azerbaycan bayatı, türkü ve aşık şiirinin şekil, içerik ve söylem biçimine yeni içerik unsurları ve söyleme özelliği kazandırdığı muhakkaktır. Şiirlerinde iran ve Azeri şairlerinin tekniklerine vakıf olarak Türk kültürüne ait folklorik zenginlikleri başarıyla uyarlayabilmesi, onu çok özel bir şair haline getirmiştir. Sözlerimizi Prof. Dr. İsa Özkan’ın, Şehriyar’ın edebi yönü hakkında yaptığı şu tespitlerle bitirelim: ” Şehriyar’ın şiirini kalıcı kılan unsurların başında geleneksel kültürün fevkalâde ustalıkla işlemesi gelir. Onun şiirinde geleneksel kültür unsurları temel yapı taşıdır. Bu yapı taşını dinî kıssalar, Azerî âşık hikâyeleri ile özellikle Türk dilinin mecazları oluşturur.”

Şehriyar gazel, kaside, mesnevi ve kıt`a tarzındaki şiirlerde sergilediği yeteneğin dışında dört alanda büyük bir sanat örneği göstermiştir. Farsça yazdığı Ali ey rahmet abidesi renkli tabloların oluşturulmasında, kesin şairane vasıflarda Taht-i Cemşid adlı eseri, dili ve güncel terimleri ve argo dilini Haydar babaya selam eserinde kullanması ve duygusal eserlerin yaratılmasında Vay anam ve Haydar baba kıt`aları, bu dört özelliğini yansıtır. Şehriyar`ın Farsça olarak 28 bin ve Azeri Türkçesinde 3 bini aşkın beyit şiiri bulunmaktadır. 


Tərtibçi: 
 Zaur USTAC

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Balacaların şeir çələngi” kitabı işıq üzü görüb

ƏYYUB TÜRKAYIN YAZILARI

“Balacaların şeir çələngi” kitabı işıq üzü görüb

Gənc şair Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı işıq üzü görüb. Kitabda məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirləri, təmsillər və tapmacalar yer alıb.

Müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Əyyub Türkay (Əyyub Ağakərim oğlu Məmmədov) 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2008-ci ildən Cənub Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışmaqla yanaşı, dövrü mətbuatda publisistik məqalələri ilə çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (2020). İxtisasca texnologiya müəllimi olan Əyyub Türkay uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı ilə ilk dəfədir ki, oxucularının görüşünə gəlir.

ƏYYUB TÜRKAYIN YAZILARI

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

ZAUR USTAC

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN QURBAN BAYRAMOVUN DOĞUM GÜNÜDÜR!

QURBAN BAYRAMOV

Bu gün tanınmış alim, el ağsaqqalı Qurban Bayramovun doğum günüdür! Şad günü münasibətilə Qurban müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq! Var olun Allah Sizi qorusun, Qurban müəllim!

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏZAKƏT XANIM ADİLƏ NƏZƏRƏ ZİYADAR DİPLOMUNU TƏQDİM EDİR

ADİLƏ NƏZƏR “BİR OVUC GÜN İŞIĞI” KİTABINI TƏQDİM EDİB

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru