ŞƏHİD-ŞAİRİM (Şəhid Xəyyam Hüseynin kitabı haqqında) Bir kitab var qarşımda əlimə götürürəm ovcumun içinə qor salır, yerə qoyuram yeri yandırır , göyə qoyuram göyü alova bürüyür…Nə aça bilirəm, nə bükə bilirəm! Açsam, içindən çıxan ana naləsi, bacı fəryadı, ata ahı, həyata keçməmiş arzular, yarımçıq qalmış xəyallara davam gətirə bilməyəcəyimdən qorxuram, örtsəm günah edəcəyimdən!.. Çünki, bu müqqəddəs nəzm nümunələrini oxumamaq bir oxucu kimi ən böyük günah, bir qələm yoldaşı kimi ən böyük qəbahət, bir vətəndaş kimi ən böyük səhv olardı… Düşüncələrimdən yola çıxaraq, qəlbimin son təpərindən dayaq alıb yenidən kitabı əlimə götürürəm. Və diqqətlə incələməyə başlayıram… Nədir bu kitabı digərlərindən fərqləndirən cəhət? Gəlin birlikdə araşdıraq! Tərtibatına baxsaq çox da qalın olmayan, bəyazlığı ilə gözləri qamaşdıran 111 səhifə, 93 şeirdən ibarət nəfis şəkildə hazırlanan bir mətbəə nümunəsidir. Adı da “Qələm nümünəm” adlanır elə. Üst qabığında da elə bir qeyri adilik nəzərə çarpmır ilk baxışdan ta ki, kiçik nüansların fərqinə varanadək. Kitabın üzəri arxa fonda – iki rəngdən ibarət vətəni xatırladan illüstrasiya, öndən- əyninə hərbi geyim geyinmiş, əlində qələm, qarşısında dəftər olan bir oğlan şəklindən tərtib olunmuşdur. Müəllifin adı isə kitabın adından sonra, elə şəklin düz başındaca yerləşdirilmişdir. Keçdik əsas məsələyə…Kitab haqqındakı əsas, ilkin və dərin təəsüratlar isə bu adın və adın qarşısındakı təxəllüsü oxuduqdan sonra yaranmağa başlayıır insanda. Bilirsiniz ki, şifahi xalq nümunələrindən bu günədək yazarlar öz əsərlərində müxtəlif cür ayama, ləqəb və təxəllüslərdən istifadə ediblər və hələ də etməkdədirlər. Lakin, bu müəllifinin adının qarşısında yazılmış təxəllüs elə bir təxəllüsüdür ki, dünyaynın bütün titullarından, fəxri adlarından ən alisi, zirvələrindən ən ucası, məqamlardan isə ən müqəddəsidi: Şəhid Xəyyam Hüseyin… Bəli, bu kitabın digər kitablardan, müəllifin digər müəlliflərdən fərqi hamınıza məlum oldu artıq. Məhz məqalənin bu yerində onun yaradıcılığı ilə tanış olmayan hər kəsin ağlına ilk olaraq belə bir sual gəlir: kimdir Xəyyam və nədən yazıb? 25 yaşına yenicə qədəm qoyan bu gənc Göyçay rayonun Məlikkənd adlanan kəndində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarından Vətən sevdalısı kimi tanınan bu uşaq nəzmə olan marağı, şeir yazmağa olan həvəsi ilə həmişə öz yaşıdlarından sözün yaxşı mənasında fərqlənmiş və seçilmişdir. Özü boy atıb, böyüdükcə onunla birgə qəlbində yuva salan bu sevda, bu həvəs daha da böyüyür, ürəyindən gələn saf, təmiz duyğular qələmə sirayət etməyə başlayır zaman-zaman. Poeziyayla yanaşı, həmçinin bədii qiraətə də meylini salmış bu gənc, vaxtaşırı ifa etdiyi şeir nümunələrini sosial şəbəkələrdə paylaşmış və oxucuların, izləyicilərinin rəğbətini qazanmağı bacarmışdır. Ürəyimi görməmişəm, nə bilim, Bəlkə elə damar yeri ağrıyır. Bu dünyanın əyri daşı ağrımaz Bu dünyanın hamar yeri ağrıyır… Deyərək, poeziyaya ilk addımlarını atan Xəyyamın yaradıcılığını tematik baxımdan 3 yerə bölmək olar: lirik, sosial-ictimai və bir də Vətən- Qarabağ mövzulu şeirlər. Lirik nümunələrinə nəzər salsaq, ən ülvi, ən həssas duyğulardan bəhs etdiyi zamanlarda belə sanki, gənc adam əcəlinin bir addımlığında olduğunu əvvəlcədən duyub, hiss etmiş və sətir-sətir qələmə alıb, şeirə çevirmişdir: Demirəm gözündə sel olsun yaşın, Qırışsın üz-gözün, ağarsın başın. Ölsəm unutmasın məni yaddaşın Ağla mənim üçün ağla gözəlim! Dünyayla da çəkiləsi tamam ayrı haqq-hesabı, çək-çeviri varmış bu balaca oğlanın. Gəlişindən, gərdişindən heç sevmədi dünyanı sanki! Sanki, barışmadı, barışa bilmədi yalanın doğrunu, qaranın ağı, nahaqqın haqqı üstələdəyi fani həyatla. Elə-bil, göylərçün yaranmışdı o ta yardılışdan, yerlər üçün deyil!… Hər addım başında düşüb tələyə, Ya dilin kəsilər, ya gözün çıxar. Əzəldən belədi bu dünya onsuz, Mərdlərin evini namərdlər yıxar! Hər iki şeir parçasını o oxuduqda şairin söz aləminə yeni-yeni qədəm qoyduğunu, bu yolda təzə-təzə irəlilədiyini sezməmək mümkün deyil! Elə məhz bu nüansı nəzərə alaraq, Vətən, yurd mövzuları kimi dərin mövzulara müraciət edəcəyini təxmin etmək olmur! Halbuki bu mövzuda olan şeirlərinə kitabda tez-tez rast gəlinir və hətta məna cəhətdən digər mövzulu şeirlərini üstələyir desək yalan olmaz! Damarında qan qarışıq milli dəyərlər, vətən təssübü, torpaq sevgisi daşıyan qəhrəmanımız bir şeirində “Bağışla bizi, Şuşa!’” deyərək sanki el oğullarını mübarizəyə səsləyir, susaraq təslim olmamağa çağırırdı: Bəs, hanı bu elin nər oğulları, Babəki, Nəbisi, ər oğulları! Mübariz ruhuna tən oğulları?! Bağışla, ay Şuşa, bağışla bizi! Və beləliklə, bu şeirlə də Vətən qarşısında borcu və sınağı başlayır Xəyyamın. Yaşadığı torpağın önündə əfv diləyən igidimiz öz istəyilə Qarabağ uğrunda gedən 44 günlük müharibəyə qoşulur. Ön cəbhədə döyüşən gənc, qanlı-qadalı müharibənin ilk günlərində, döyüşlərin birində qəhrəmancasına şəhadət zirvəsinə yüksəlir! Yana-yana səsləndiyi Şuşanın əfvini, fəthini görmək də qismət olmur heç ona…Bir namərd gülləsinə tuş gəlir cavan yaşında. Arzusu-muradı gözündə, xəyalları ürəyində köçür bu dünyadan. Arxasınca gözüyaşlı Ana, qəlbi yaralı Ata, bir cüt küskün ürəkli bacı qoyub gedir. Və bir də qanını yerdə qoymayan, qisasını sonunadək almış Vətən!.. Nə yaxşı qəbirdə baş çəkdin mənə, Yolunda qalmışdı, gözüm neçə vaxt. De, Xəyyam, soyuqdu bürün kəfənə! Qoy isitsin səni bu qara torpaq! Onun igidlikləri, qəhrəmanlıqları haqqında yazmaqla bitməz məncə! Yaşadığı bu qısa ömründə qələm yoldaşı kimi, ölümündən sonra çap olunmuş kiçik kitablıya müharibə və poeziyanı bir araya gətirərək böyük bir dərs, əvəzsiz bir irs qoydu hər birimizə Xəyyam! Danışdığı, yazdığı sözlərin canı bahasına olsa belə arxasında durmağı, başladığımız mübarizənin sonuna qədər getməyi və sonu ölüm olsa belə qorxulara təslim olmamağı öyrətdi bizə! Bu gün övladlarımıza öyə-öyə danışıb bitirə bilmədiyimiz, adını qəhrəmanlıq nümunəsi, igidlik misalı kimi anıdığımız şairimizə bütün Azərbaycanın adından Tanrıdan rəhmət diləyirik! Və deyirik: Nə yaxşı ki, sən də keçdin bu dünyadan! Məkanın cənnət olsun, Şəhid-şairim!…
Susuzluqdan yanmış çöllərə, “mərhəmət”,- deyib inləyən çarəsiz qəlblərə, qəbirlərdən “imdad” ,-deyə səslənərək göyə uzanmış körpə qız əllərinə, əli-qolu bağlanmış, üstünə qaya, daş qoyulub əzilən, köz üstündə yeridilən, mal kimi alınıb-satılan kölələrə, ALLAHa şərik qoşub HAQQI bilməyənlərə, insan haqqı bilməyənlərə, haram (faiz) yeyənlərə, Doğru yoldan sapanlara, zinakarlara, oğrulara, əyyaşlara, çəkidə aldadan, qeybət qıranlara, halalı qoyub harama əl uzadanlara, cinlərə əsir olub cadu ilə insan taleyi ilə oynayanlara GƏLdi MÜBARƏK QURAN!!!
Allahın YAZIsı müqəddəsdir. Yazısın (QURAN) ı təhrif edəni sevməz. Yazıları yandırmayın, onların ATƏŞi sizinkindən ÇOXdur
Allah ayıb bilməsəydi ÖLÜlərin ÜSTünə ÖRTük çəkməzdi.
TorPA(K)qla bizi ya Rəbb, mən səndən UTANıram.
Göydən ilmə-ilmə ENdi NAXIŞlar
RƏBBim SƏXAVƏTli, hər GÜN bağışlar,
AC qalANDA yada düşsün YAĞIŞlar.
SONu B(H)ərəkətdir, SONu NEMƏTdi
ALLAH ƏMR edir,
MƏLƏK lər YAZır,
Şeytan pusur, fürsət axtarır
ADAM da öz bildiyini edir
Allah adamı ol.
Sorun olmasaydı sual olmazdı
Sual olmasaydı cavab olmazdı
Cavab gecikəndə sən kəndinə bax
Yerə, Göyə,Buluda,
bir də SƏSsizliyə bax
Taleyimin izi ilə YOL gedirəm,
hərdən SAVAŞıram…
hərdən BARIŞıram…
sonra GÖYə baxıb GÜLÜMSƏyirəm:
Ordan necə görünürəm?…
SEVin bir-birinizi!
Qoy DÜŞMƏN çatlasın!
O heç əvvəllər də sevməmişdi
ADƏM babamızı,
HƏVVA anamızı,
HAMIMIZI….
Bitib tükənməyənin sorağındayam. BİRi Ondan XƏBƏR gətirdi VAXTı ilə, DE(:)di ki,Görünməyəni yalnız QƏLBinlə DUYa BİLərsən, yetər ki, onu təmiz saxla. Ən çətini də elə budu: Zibilliyin içində GÜL kimi QALmaq.
Bir parça çörəyi bir quşa yetirən ALLAH öz QULUnu heç AC BURAXMAz. Nəfs-Nəfəs DƏNGƏmiz pozulmasın.
Dalğa nə QƏDƏR GÜClü gəlsə də ÇƏKİlə bilir. Bu ədəbdən əsirgəmə bizi ULU YARADAN!
Birini öldürməyə nə var ki, BACARırsansa DİRİlt onu, çətin OLanı budu. Rəbbim üçün çətin olan yoxdur:həm öldürür, həm dirildir.
Bizi Diri saxla, ey YERin GÖYün SAHİBi!
Sənin DOSTun Mənim də DOSTumdur. Dost doğrunu söylər, DOĞRU YOLa çəkər, ADına ləkə gətirtməz. Həm səhvlərini(mi) DÜZəldər, həm (ruzi) bağışlar, həm də əhv edər. DOS(T)DOGRU YOL bəxş et bizə İLAHİ. Ən böyük DOST ALLAHdır!
ALLAHın SÖZü hər yerdə keçərlidir. AYAQ ÜSTə ölənə BAXsan tanıyarsan ÖZünü.
Yaradan ƏLini çəkdiyi ADama da YARATmaq GÜCü verir, gücün yetdi-yetmədi nəsə yaratma; altında qalıb əzilərsən, malzemen çatmamış əlbət. KİTABı OXU, təhlükəsizlik QAYDAlarına ƏMƏL et, yoxsa kəndini də, digərlərini də yakarsın adam olacaq hərif.
Göndərdiyi KİTABı hərf-hərf, sətir-sətir OXUyub ƏMƏL ETmək ÜÇün
Mənə GÜC VERən ALLAH bir öyrənci kimi mənə bir MÜƏLLİM (s.a.s) də göndərdi, Yer Üzü hələ belə Müəllim GÖRməmişdi. HƏYATı BAHAsına şagirdərini QORUdu. SALAM OLSUN Ona. Əlhəmdulillah.
BİR GÜN SEÇİM qarşısında QALdı:
Ya Allahın Gözündən DÜŞ(əcəksən),
Ya da Elin DİLınə DÜŞ(əcəksən)
O ikİNCİni seçdi. 1500 ildir hələ də SEVİLir.
(p.s. Hz. Xədicə anamıza Cənnətdə tikilən EV İNCİdən)
Caynaqlarını mənə göstərib, dişlərini qıcırdadan şeytan, bil ki, MƏN BAŞ QOYduğum YERə ALLAH DAŞ qoyar, necə ki, ətrafında TƏVAF ETmək hər kəsə yaraşmaz, ÜSTü ÖRTülü, qara ÇADRAlı görəndə bir az gen dayan, ağzın həmən sulanmasın.
Allah bir QAZAN VERdi Əlimə, ərzaqlarını da GÖNDƏRdi;mən fikirləşirəm YEməyi neçə nəfərlik edim ki,hər kəs DOYsun, SÜFRƏdən əliboş, AC gedən OLMAsın . YA Rəbb yardım et, resepti sən daha yaxşı bilirsən, duzu əskik, ya da şor olmasın;məni üzüqara eləmə…
EhtiyAC və möhtAC qardaş oldular, aclar bir SÜFRƏ (Quran)dən YEyərlər.
Məni tapmaq üçün bu qədər YOLları keçməli idin. İndi de görüm nə gətirmisən?…
5 noyabrda Sumqayıt şəhər İ.Qayıbov adına 1 saylı məktəbin 2e sinifi Qarabağımızın azadlığını, “Zəfər bayramını” qeyd edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin bir dəqiqəlik sükutu ilə açıq elan olunduqdan sonra 2e sinifinin sinif rəhbəri Gülgəz müəllimə çıxış edərək, şagirdlərə və qonaqlara günün önəmindən bəhs edib. Daha sonra sözü şəhid analarına verib. Tədbirdə şairə Esmira Günəşin dəvətiylə iştirak edən şəhid Ruslan Məmmədovun anası Rəna xanım və şəhid Niyaməddin Ələkbərovun anası Həcər xanım çıxış edərək, şəhid övladlarının xatirəsini yaşadan hər kəsə təşəkkür edərək, hər tədbirin onlar üçün təsəlli olduğunu bildiriblər.
Daha sonra şagirdlərin bir-birindən maraqlı çıxışları ilə davam edən tədbirin sonunda şairə Esmira Günəş çıxış edərək qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə, xüsusilə də valideynlərə təşəkkürünü bildirərək, valideynlerin sinif adından şəhid ailələri üçün hazırladıqları hədiyyələri təqdim etməsi üçün müəlliməyə təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra şagirdlər və qonaqlar birlikdə şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Gülgəz müəllimə şagirdlərə vətən müharibəsi qəhrəmanlarımızın məzarlarını göstərərək onlar haqqında məlumatlar verib. İlin ən yadda qalan tədbiri 1 nömrəli məktəbin 2e sinfinin tədbiri olub.
Bayram günlərində telefonuma gələn təbrikdə çox söz yazılmır. Yazılan sözlərdən biri məni həmişə çox duyğulandırır. “Əzizim” sözü. Hər dəfə də “Əzizim, səni təbrik edirəm!” – yazılır. Bu sözə görə bütün bayramları sevir və səbirsizliklə gözləyirəm. Hətta hərdən bayramların sayının az olduğuna təəssüflənirəm. Yaxşı ki, yaşım çoxdur və Sovet dövrünün bayramları da yadımdadır. Məni təbrik edən adam da o dövrün nümayəndəsi olduğu üçün, bir də görürsən artıq təqvimimizdən çoxdan silinmiş bayramları da yada salır. Yada salır dedim, yadıma bir əhvalat düşdü. Elə həmin bu “əzizim” kəlməsini mənə hər bayram ərmağan edən insanla əlaqəli.
Özüm-özümü tərifləməyim, amma bir qədər qəribə görünsə də, deməliyəm ki, cavanlıqda çox gözəl və Bakıda ən yaxşı geyinən qızlardan idim. Valideynlərim tez-tez xarici səfərlərdə olur və oradan mənə son dəbdə olan geyimlər gətirirdilər.
Biz şəhərin düz mərkəzində, bizdən bir qədər aralıda da uzaq qohumumuz, Solmaz xalamgil yaşayırdı. Qohumumuzun Sahib adlı bir nəvəsi də var idi. Bu hündür boylu, enlikürək oğlan özündən o qədər razı idi ki, sanki Bakıda bundan yaraşıqlı, bundan ağıllı, bundan bacarıqlı ikinci adam yox idi. Anam da, rəfiqəm də bilirdilər ki, mən bu oğlana aşiqəm. Bu boyda şəhərdə gözüm ondan başqa bir adamı görmürdü. Mənə yaxınlaşan hər kəsdə məhz onun cizgilərini axtarır, ona oxşarlıq gəzirdim. Bunu o özü də hiss edirdi. Məni görəndə danışıb-gülər, mənimlə zarafat edər, amma yaxınlığa doğru bir addım da atmazdı. O qədər ciddi oğlan idi ki, onun zarafatı da, gülüşü də mənə qəribə gəlirdi.
Mənim ona olan münasibətimi hamıdan yaxşı rəfiqəm bilirdi. Bilirdi ki, onu görəndə əllərim əsir, özümü itirirəm. Hər dəfə Sahibdən danışanda deyirdi: Sən də qəribə qızsan ee. Bir addım at da! O nə bilsin ki, sən onu sevirsən?
Ancaq mən həmişə susur və necə deyərlər “yarımı pünhyanı sevirdim”. Sahib mənim ilk məhəbbətim idi. İlk məhəbbbətin adətən uğursuz olduğu haqda kitablarda çox oxumuşdum, ancaq nə zamansa roman qəhrəmanları kimi gizli bir eşq yaşayıb, sonra ömrüm boyu əziyyət çəkəcəyimi güman edə bilməzdim.
İsti yay günlərindən biri idi. Qaynar şualarını Bakının küçələrinə örpək kimi sərən günəşin istisi nəinki insanları yandırır, hətta küçənin asfaltını əridirdi. Rəfiqəmlə dərsdən çıxıb bizə gəldik. Evimiz nisbətən sərin idi. Bir qədər dincəldikdən sonra rəfiqəm üzünü mənə tutub gözlərini qıydı və:
– Sən o yaraşıqlının telefon nömrəsini bilirsən?- deyə soruşdu.
– Nə yaraşıqlı? – deyə mən rəfiqəmin kimi nəzərdə tutduğunu dərhal anlayıb soruşdum.
– Güya bu şəhərdə ikinci yaraşıqlı var sənin aləmində? – deyə rəfiqəm zarafat etdi.
– Neynirsən onun telefon nömrəsini?
– Zəng edib deyəcəm ki, sənin dərdindən burada saralıb solan var.
– Dəlisən?!
– Niyə dəli oluram? Qoy bilsin də. Bəlkə bir reaksiyası olar o daş ürəklinin.
– Yox. Lazım deyil.
– Ver görüm onun nömrəsini. Mən bilirəm nə edəcəyimi.
– Nömrəni tapıb verərəm, amma mənim adımı çəksən səndən ömürlük inciyərəm.
– Yaxşı. Söz verirəm sənin adın olmayacaq, amma onunla bir zarafat etməliyəm…
O vaxt mobil telefonlar yox idi. Mən telefon kitabçasından Sahibin iş telefonunun nömrəsini tapıb rəfiqəmə verdim. Qız elə bunu gözləyirmiş kimi dəstəyi götürüb nömrəni yığdı.
Xəttin o biri başından “Allo” deyən ecazkar səsi o dəqiqə tanıdım. Qeyri-ixtiyarən əllərim əsdi. Mənə elə gəldi ki , o, bizi burada, bax elə bu otaqda görür. Mən əllərimlə üzümü tutub kənara çəkildim. Rəfiqəm əvvəllər heç vaxt onda sezmədiyim aktyorluq istedadını işə salıb salamlaşdı:
– Bağışlayın, nömrəni səhv yığmışam, – dedi.
Düşündüm ki, söhbət elə bu iki kəlmə ilə də bitəcək, lakin belə olmadı. İllər boyu gizlicə həsrətini çəkdiyim oğlan elə həmin ecazkar səsə bir qədər də nəvaziş qatıb:
– Buyurun, xanım. Siz hansı nömrəni yığırdınız ki? – deyə soruşdu.
Rəfiqəm kənarda həyəcandan əsdiyimi görüb gülümsədi və ağlına ilk gələn bir nömrəni dedi.
Xəttin o biri başında səslənən gülüşü eşidəndə həm təəccübləndim, həm də əsəbiləşdim. Bu azmış kimi, mənim idealım olan Sahib qır saqqız olub yapışdı rəfiqəmdən.
“Xanım, nə gözəl səsiniz var”, “yəqin özünüz daha gözəlsiniz”, “ sizi görmək istəyərdim” və sairə bu kimi ifadələri işlədərək rəfiqəmdən əl çəkmirdi.
Rəfiqəm də öz roluna necə məharətlə girmişdisə, heç çıxmaq fikri yox idi. O, gülərək nazla “Olar! Gəlin elə bu gün görüşək!” – deyəndə sanki ürəyim yerindən tərpəndi.
– Harda? Necə? – deyə Sahib sevincək soruşdu.
– Bu gün “Azərbaycan” kinoteatrının qarşısında. Axşam saat 7-də.
– Əla. Mənə çox uyğundur ora. Blirsiniz, siz sanki mənim oraya yaxın olduğumu və saat 7-də işdən çıxacağımı bilirmiş kimi təyin etdiniz görüş yerini.
Rəfiqəm bütün bunları həqiqətən bildiyindən bir qədər tutulsa da, özünü ələ aldı və vəziyyətdən ustaıqla çıxa bildi.
– Ha, ha, ha! Siz nə danışırsınız? Sadəcə mən şəhərdə başqa yer tanımıram. Ona görə oranı dedim. Vaxt isə valideynlərimin evdə olmayan vaxtdır. Evdən çıxa bilərəm.
– Olsun. Sizi gözləyəcəm.
Rəfiqəm dəstəyi yerinə asıb dərindən nəfəs aldı və divanda oturub gözlərini mənə zillədi.
Biz çinayət işləmiş müqəssirlər kimi bir-birimizə baxıb susurduq. Sonra rəfiqəm:
– Sən də buna vurulmusan! Salam verən kimi məni görüşə dəvət etdi. Eybi yox. Qoy getsin ora. Biz də səninlə gedib kənardan onun məni gözlədiyini seyr edərik.
– Mən heç yerə gedən deyiləm! – dedim.
Qəribə burasıdır ki, sevdiyim oğlan başqa bir qıza görüş təyin etdiyini eşidəndə təəccüblənsəm də, ürəyimdə ona qarşı mənfi nəsə oyanmadı. Uzun müddət ürəyimdə yer verdiyim o oğlan gözümdən düşmədi. Baş verənləri adi zarafat kimi qəbul etdim.
– Yaxşı gedib baxarııq! – dedim.
Bir qədər sonra anam zəng edib axşam evə gec gələcəyini dedikdə
– Hara gedirsən ki? – deyə soruşdum.
– Atanla kinoya gedəcəyik. Bilet alıb. Bu axşam “Azərbaycan” kinoteatrında yeni film nümayiş edilir, – dedi.
Anamla söhbətimi rəfiqəm də eşidirdi. Mən dəstəyi asıb:
– Biz bu axşam ora gedə bilmərik. Valideynlərim orada olacaqlar, – deyə mən yaranmış vəziyyəti rəfiqəmə izah etdim.
– Düzdür. Heyf. Onun məni orada necə gözlədiyini görə bilməyəcəyik! – deyə rəfiqəm planının pozulduğuna təəssüfləndi.
O gün rəfiqəm məni tək qoymayıb valideynlərim gələnə qədər mənimlə qaldı. Bir müddətdən sonra onllar gəldilər və xüsusi bir ruh yüksəkliyi ilə yeni filmdən və kinoya getdiklərindən danışdılar.
– Qızlar, siz də gedib baxın. Əla filmdir. Solmaz xala da getmişdi bizimlə, – deyə anam söhbətə başladı.
– Solmaz xala da sizinlə idi? – deyə mən təəccübləndim.
– Hə. Ona da bilet almışdıq. Kinoteatrın qarşısında da təsadüfən Sahibi gördük. Mənə elə gəldi ki, kimisə gözləyirdi. Gözü elə cavan qızlarda idi, – deyə anam mənə baxıb gülümsədi.
Rəfiqəm özünü saxlaya bilməyib güldü:
– Bəlkə kiminləsə görüşü var imiş? Siz mane olmusunuz? – dedi.
– Ola bilər. Cavan oğlandı da. Hər halda bizimlə filmi seyr etmək istəmədi.
– İstəməz də, – deyə yenə rəfiqəm dilləndi.
Ertəsi gün rəfiqəm yenə bizə gəldi, yenə Sahibin telefonuna zəng etdi:
– Necəsiz? – deyə soruşdu
– Siz görüşə niyə gəlmədiniz? Mən sizi gözlədim, – deyən Sahibin sualına rəfiqəm aktyorluq istedadının ən yüksək pilləsini nümayiş etdirdi:
– Siz mənimlə görüş təyin edib özünüz başqa qadınla görüşdünüz dünən axşam, – dedi
– Mən?! – deyə yazıq oğlan təəccübləndi
– Bəli, siz! Mən sizə yaxınlaşmaq istədikdə yanınızdakı qara saçlı qadını görüb geri döndüm.
Sahib necə bərk güldüsə səsi telefon dəstəyindən otağa yayıldı.
– Xanım, o qara saçlı qadın mənim nənəmdir! – deyib daha da bərk güldü:
– Demək siz gəlmişdiz ora? – deyə soruşdu.
– Əlbəttə. Nənəniz cavandır maşallah! – deyə Solmaz xalanı yaxşı tanıyan və o axşam Sahibin yanındakı qadının məhz nənəsi olduğunu bilən rəfiqəm heyrətləndi.
– Hə. Nənəm vaxtilə çox gözəl olub. İndi də təravətini itirməyib.
Solmaz xala həqiqətən çox gözəl qadın idi. Onun yaşı çox olsa da həmişə səliqəli və dəblə geyinər, özünə çox yaxşı baxardı.
– Gələn dəfə nə vaxt görüşək? – deyə Sahib soruşdu.
– Bu ara Moskvaya gedəcəm. Gələndən sonra sizə mütləq zəng edərəm, – deyə rəfiqəm görüşmək istəmədiyini bildirdi.
– Yaxşı olsun, əzizim! – deyib Sahib sağollaşdı.
Sahibin rəfiqəmə, tanımadığı, heç vaxt görmədiyi bir qıza əzizim deməsi məni çox məyus etdi. Mənə elə gəlirdi ki, hər kəsə əzizim demək olmaz axı! Mən o vaxtlar nə qədər sadəlöhv idim! Bütün bunlara baxmayaraq hər dəfə Sahibi görəndə hiss edirdim ki, qəlbimdəki boşluğu ancaq o doldura bilər. Əgər o vaxt mənə ümid versəydi, mənə evlilik təklif etsəydi, mütləq onunla ailə qurardım. Təəssüf ki, o bunu etmədi. Mən də sevgimi ürəyimin dərinliyində dəfn etdim…
Günlərin bir günü Sahib “Niyə ərə getmirsən ? Yoxsa ürəyində gizli sevgin var?” – deyə soruşdu. Gözlərinin düz içinə baxıb “Var!” – dedim. İstehzalı bir gülüşlə “Yoxsa o, mənəm?”- dedi.
Xeyr! Sən deyilsən, əzizim! – deyb ondan həmişəlik ayrıldım. Cürət edib “sənsən!”deyə bilmədim… Hətta ona “əzizim” deyərək əsəbimdən onun bir zaman rəfiqəmə dediyi sözü də özünə qaytardım.
Ondan sonra həyatımda çox şey dəyişdi. Başqa bir insanla ailə qurdum. İki oğul anası oldum. Xoşbəxt və firavan yaşadım, ancaq onu unuda bilmədim ki, bilmədim… İndi nə valideynlərim, nə Solmaz xala həyatda yoxdurlar. Onları xatirələrimdə yaşadıram.
Hərdən gənclikdə qürurumu sındırıb Sahibi sevdiyimi ona demədiyim üçün heyfsilənirəm. Çünki illər sonra o, mənə “əgər o gün, sənə sual verdiyim gün ürəyindəki mən olduğumu desəydin hər şey başqa cür olardı. Çünki o vaxtlar o qədər gözəl idin ki, mən özümü sənə layiq bilmirdim, ancaq səni ürəyimdə sevirdim və həmişə bu sevgini gizlətməyə çalışırdım, əzizim!” – dedi.
Bu dəfə “əzizim” sözü tamam başqa cür səsləndi. Bu söz indi ürəkdən deyilən və yalnız mənə aid söz idi.
Biz indi çox yaşlıyıq. Hər ikimizin nəvələrimiz var, ancaq mən yenə də onu görəndə özümü bir qədər itirirəm. Yəqin kitablardan oxuduğum ilk məhəbbət həsrəti elə bu imiş.
Bax, indi də gözüm təqvimdədir. Bayram yaxınlaşır axı.
Yenə mütləq ondan mənə təbrik gələcək. Yenə yazacaq “Bayramın mübarək,əzizim!”
Zaur Ustac زائـــور اوستاج بو گوز ظفر لیباسیندا سئوینج گؤز ياشی هر ایکی ساحلده دايانیب اَرلر آيریلیق آتشی ائله قارسیيیب ایچهرک قورودار آرازی نرلر * * * گؤيلردن بويلانیر تومریس آنامیز اَلینده قان دولو او مشهور تولوق خاین ياغیلارین باغری يئنه قان جانی اَسمهجهده، ایشلری شولوق * * * اوشاقدان بؤيويه هامی امیندیر تاریخ صحنهسینده يئتیشیب زامان بو دفعهبیريوللوق بیتهجک صؤحبت نه گذشت اولاجاق، نه ده کی، آمان * * * ایللردیر حسرتدن گؤزلری نَملی مامیرلی داشلارین گولور هر اوزو نئچه قرینهدیر قالمیشدی چیلپاق يامياشیل چايیرلا گلیب بو گوزو * * * آل دونون گئيینیر گونش هر سحر سمامیز ماسماوی، گؤي اوزو تمیز دومان دا يوخ اولوب، ایتیب بولودلار گؤزون آيدین اولسون، سئوین، آ تبریز 06/11/2022. باکی
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz! 06.11.2022. Bakı. Müəllif: ZAUR USTAC زائـــور اوستاج
(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma və bizə öz tərəfindən bir mərhəmət bəxş et! Sən həqiqətən(mərhəmət) bəxş edənsən. (Ali-İmran,8)
Hər başlangıcın sonu olduğu kimi hər sonun da bəlli bir başlanğıcı olur. Son heç vaxt birdən-birə gəlmir. Gələrkən müəyyən zaman intervalında xəbərdarlıqlarla, əlamətlərlə gəlir: yağışdan öncə buludlar kimi, gün doğmadan öncəki qaranlıq (hər qaranlıq gecənin bir gündüzü var)kimi, doğum sancısı, ölüm solğunluğu kimi….
Getdiyim haqqın yoludur,
Yoluma duman bürünür.
Mən yürüyürəm, arxamca,
Cansız kölgələr sürünür…
Allah Cənnəti və Cəhənnəmi yaratdı. Cənnətin yolunu tikanlarla, çətin, keçılməz maneələrlə,sınaqlarla, Cəhənnəmin yolunu isə nəfsə xoş gələnlərlə döşədi.
Şübhəsiz ki, kafirlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar (Ali-İmran,10)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının(müvəqqəti) mənfəətidir.Ən gözəl dönüş yeri Allah dərgahındadır.(Ali-İmran,14)
Haqq yolunu tutanlar bu dünyada cəhənnəm əzabından keçib əsl DOST (Allah)a qovuşur.
Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız. (Yasin,83)
Çətinliyə düşməyən, əziyyət çəkməyən insan son mükafatın həzzini ala bilməz. Əziyyətlə əldə edilmiş nemət daha qiymətli və əziz olur.
Torpaq ayağımdan çəkir,
Gözlərim qanlı yaş tökür,
ömrümə qaranlıq çökür
Bəxtimin ulduzu sönür.
Uca Allah ilk insanı-Adəmi yerdən götürülmüş torpaqdan yaratdı. Torpaq insan bədəninin xam maddəsidir. İnsan bütün həyatını torpa(k)qla bir olaraq keçirir. İnsan yerdə dünyaya gəlir, torpaqda ayaq açır, Yerin bitirdiklərindən qidalanır, sonda yerə əmanət olur. Yer, torpaq bizi ömrün qürubunda qoynuna alıb saxlayır.
Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir! (Yasin,36)
Dünyada bunca adam var,
Dərdimdən dərdlilər anlar,
Uzaqlaşdıqca insanlar,
Tək, uca Allah görünür…
Dərd –insanlara Allah tərəfindən verilmiş nemətdir.İnsan dərd çəkməsə, acının nə olduğunu bilməsə yardım etməz, anlayışlı olmaz, Allahın axtarışına çıxmaz. Acı çəkən, ağlayan uşaq anasına sığındığı kimi dərdli insan da Kainatın Yaradıcısını sorğular, Onu axtarar.
İnsan bir Can və Ruh daşıyır. Daşıdığı əmanəti sonda onu Yaradana təslim edir. Yolun sonu və son söz Əvvəl, Axir olan Allaha aiddir.
“ALLAH” şerində şair bunu təsdiqləyir:
İndi gördüklərim dərin yuxuma,
Ayılıb yenmişəm zəif qorxumu,
Özümdən alaraq ölməz ruhumu,
Yenə dərgahına gətirdim Allah.
Ruh ALLAHın nəfəsidir, ruh müqəddəsdir. Allah Hayy, Əvvəl, Axir olduğu üçün ruh da əbədidir, ölməzdir. Müəyyən zaman kəsiyində Cana verildikdən sonra ondan alınır. Ruhla bədən bir olduqdan sonra vəhdətdə yaşayır. Bədən ruhu, ruh da bədəni qidalandırır. Zaman bitdikdən sonra Əmanətlər Yaradıcıya təhvil verilir.
Ömür dedikləri bir anlıq imiş,
Bəxtimiz sarayı viranlıq imiş,
Dünya başdan başa qaranlıq imiş,
Yıxılıb özümü itirdim, Allah…
İnsan hansı zaman kəsiyidə yaşasa da ona ömrü qısa bir filmə sığacaq. Buna görə uzun müddət yaşansa da ömür bir an kimi gəlir. Dünya həyatı maneələrə, insana qaranlıq gələn çətinliklərlə doludur, bu qaranlıq, müəmma, çətinlık dolu həyatda insan istər-istəməz aciz qalır, aciz insan daha böyük qüvvəyə -Allaha hər zaman ehtiyac duyur.
Bu yalan dünyada
İki gerçək yaşadım,
Bir ömürdə
İki həyat yaşadım
Həyat qədər şirin yalan
Ölüm qədər
acı gerçək yaşadım.
Hər şey yalan…
Təkcə sən gerçəksən, Tanrım!
Hər şey iki
təkcə sən birsən, Tamrım!…
Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.
O, hansınızın daha yaxşı əməl edəcək deyəsizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qudrətlidir, bağışlayandır. (Mülk.1,2)
Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis dönüş yeridir! (Mülk,6)
Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.
O, bir şeyin olmasını istədiyi zaman ona yalnız “Ol!”deyə əmr edər. O da dərhal olar. (Yasin, 82)
Gülnar arxın qıragında oturub, əlindəki çubuqla suyun üzərində özünə yer tutan yarpaqları o tərəf , bu tərəfə yönəldirdi. Payız yarpaqlarının üzərinə düşən , günəşin işıldayan şüaları , ona xüsusi gözəllik verirdi . Gülnar sevirdi payızı . Yadındadı uşaq vaxtı küləyin süpürüb bir yerə topaladıgı xəzəllərin altında gizlənmişdi.Ailəsi onu tapınca bir xeyli axtarmalı olmuşdu . Xüsusilə anasının necə həyəcanlı oldugu , onu tapanda sevindiyindən agladıgını hələ də unuda bilmirdi. Xəyal selindən onu raketin səsi ayıltdı . Bu birinci dəfə deyildi. Tez qaçıb evə girən Gülnar , əlindəki telefonun mesaj bölməsinə girib yoxladı . Yeni heç nə yox idi . Nişanlı idi Gülnar . Özünün sevib – seçdiyi qəhrəmanı Cəmillə . Müharibənin öz el – obasından ayrı saldıgı ailələrdən idi , hər ikisinin də ailəsi . Agrılı – acılı günləri ala – toran xatırlayıdı Gülnar . Yadında qalan kənddən çıxarkən yolda anasından çörək istəməsi idi . Çörək üçün necə yana – yana agladıgını indi də unuda bilmirdi . Heç kim onu sakitləşdirə bilmirdi . Hərə bir tərəfdən sakit ol , səsini eşidib gəlib bizi də öldürəcəklər dedikcə , o səsinin tonunu daha qaldırır , kirimək bilmirdi . Birdən qəribə bir şey oldu . Qonşuları Tavat xala əlindəki kuklanı ona uzatdı . Hamı mat – məəttəl , hüzn dolu baxışlarını Tavat xalaya dikdi . Gülnar kuklanı almaq istəyəndə anası qoymadı . Yenicə səsini kəsən uşaq , daha da bərkdən qışqırmaga başladı . Anası onu özünə sıxıb , qulagına :
Qızım , onu almaq olmaz- dedi . Nədənsə Gülnar səsini kəsdi . İllər sonra öyrəndi ki , Tavat xalanın qızı həyətdə oynayakən, mənfur ermənin gülləsinə tuş gəlibmiş . Aysun balanı elə ordaca həyətdə heyva agacının altında dəfn edən qonşular ,havalanmış Tavat xalanı həyətdən güc – bəla ilə çıxardıb maşına əyləşdiriblərmiş . Əlindəki kukla da Aysunun imiş . Nə yaxşı ki Aysunun son yadigarını almayıb Gülnar . Çünki Tavat xala bir neçə il o kuklanı əzizləyib saxladı.Sonralar yazıq qadın bala dərdinə dözə bilməyib , həyətdə özünü yandırdı .Bir neçə gün yaşasa da , həyatını xilas etmək mümkün olmadı.Yazıq ana çox keçmədi ki , öz balasına qovuşdu . Gülnar yenidən həyətə çıxdı . Payızın sərin , bir az qışı xatırladan havası var idi . Sərin külək onun alnına tökülən saçlarını dagıdır , sanki nəsə demək istəyirdi . Arıq qız idi Gülnar, Cəmil əsgər gedəndən çəkisi daha da azalmışdı . İştahı da tamam kəsilmişdi . Heç nə ona maraqlı gəlmirdi. Bu gün Cəmilin ona aldıgı qırmızı koftasıyla , cins şalvarını geyinmişdi . Bu paltarını geyinəndə çox ümüdlü olurdu.Elə bilirdi Cəmil bu dəqiqə qapıdan girəcək . Ona görə bu paltara ad da qoymuşdi. -“ Ümüd paltar” ı. Cəmildənsə neçə vaxtı xəbər yox idi. Müharibənin başlamasını eşidən kimi Cəmil , könüllü olaraq orduya yazılıb ,döyüşə yollanmışdı . Cəmil neçə illər Vətən həsrətilə yaşayan igidlərdən idi. Müharibənin başlanmasını səbrsizliklə gözləyirdi . Evin tək oglu olsa da valideyinləri onu sevə – sevə yola salmışdı . Anası alnından öpüb;
İgid balam , qisasımızı almamış qayıtma demişdi . Atası onu qucaqlayıb :
Oglum bir şeyi bil , ölməyə yox , öldürməyə gedirsən . – demişdi . Gedəndən sonra imkan tapan kimi ata – anasına ,Gülnara zəng vurub , möhkəm olmagı,hər şeyin yaxşı olacagını deyirdi Cəmil. Çoxdandı Cəmildən xəbər olmadıgından , Gülnar onlara getməyi düşünürdü . Nişanlı qızın hələ gəlin köçmədiyi evə getməsi , adətlərimizə uygun gəlmdəyini yaxşı bilirdi. Cəmilə görə çox narahat oldugundan qəti qərar vermişdi , getməliydi. Oktyabr ayının son günləri idi . Neçə vaxtı isti keçən hava birdən – birə soyumaga başlamışdı . Kənddən əsgərlərimizə yardımlar göndərirdilər , bu dəfə Gülnar öz da cehiz yorgan – döşəyini yardımlar arasına qatmışdı . Budur , Cəmilgilin qapısı . Utana – utana qapını döydü . Alabaşın səsi aləmi götürdü . Öz yurd – yuvalarından qaçqın düşən bu ailələr , başqa rayonun kəndində məskunlaşmışdılar .
Aha, deyəsən gələn var. Qapı yavaşca açıldı . Məsmə xala idi , gələcək qaynanası . Gülnarı görüb çaşdı, tez özünə gəlib qızı qucaqladı .
Xoş gəlmisən , ay bala .Gəl , utanma , evimin yaraşıgı .- deyib onu oxşadı . Bu dəmdə Rəhman dayı qapıda görsəndi . -Xoş gəlmisən , ay bala . Elə bildim Cəmil gəlib . Niyə ayaq üstəsən gəl otur . Müharibənin üzü qara olsun , ay bala . Gülnar başını aşagı dikdi . Məcbur onu otuzdurdular .
Məsmə xala..
Can xala .Nədi qurban olum?
Cəmil sizinlə də danışmır?
Yox ,ay bala . Amma o gün qonşular yardım aparanda görüblər ,deyib yaxşıyam . Məsmə xala Cəmilin yaralı olub ,xəstəxanada yatdıgını Gülnardan gizlətdi .Rəhman kişiyə də bu haqda danışmaması üçün işarə etdi.Bir qədər oturan Gülnar sagollaşıb gedərkən ; -Məsmə xala ,bura gəldiyim üçün məni bagışlıyın . -O nə sözdü ay bala ? Ər- arvad ikisi də birdən dilləndi . Gülnarın üzünə qızartı çökdü .Sagollaşıb uzaqlaşdı. Məsmə xala dərindən ah çəkdi.
Cəmilin yaralı oldugunu özüm demədim.Nişanlı qızdı,niyə narahat olsun,onun nişanlısıyla gözəl günlər keçirən vaxtıdı. -İnşallah Cəmil sag salamat gələr ,daha gözəl günlər keçidərlər ay Məsmə .- dedi Rəhman dayı. Günlər getmək bilmirdi. Ordumuzun neçə- neçə rayonu , kəndi işgaldan azad etdiyi haqda xəbərlər hər kəsi sevindirirdi.Bununla yanaşı neçə- neçə evlərə gələn şəhid xəbərləri el- oba üçün matəmə çevrilirdi .Elnən gələn toy – bayramdı deyən hər kəs bir yumruq kimi birləşib ordunun arxasında dag kimi dayanmışdı. Sentyabrın 27 -dən başlayan Vətən müharibəsi hər kəsi həm sevinc ,həm də kədər göz yaşlarında bogurdu . Noyabr ayı gəlmişdi artıq.Keçən ilin bu ayında nişanlanmışdı Gülnarla Cəmil .Noyabrın 8- də Gülnarın dogum günü idi. Nədənsə Gülnar ayın 8- ni səbrsizliklə gözləyirdi. Çox ümüdli idi .Cəmilin sag – salamat gələcəyi günü gözləyirdi.Qara xəbəri özünə yaxın qoymurdu. -Allah etməmiş Cəmilə nəsə olarsa ,mən də o gün ölərəm deyirdi. Bir neçə yerindən qəlpə yarası alan Cəmil tam sagalmagını gözləmədən ,yenidən orduya qayıtmışdı.. Cəmil qaçqın düşdükləri günü unuda bilmirdi.Necə aglaya – aglaya çıxmışdı həyətlərindən.Onda cəmi 8 yaşı vardı Cəmilin .Həyət qapısını örtəndə demişdi.
Aglamayın ,bu evə qaytaracagam sizi . Həmin anda heç kimi bu balaca ,şir ürəkli uşaga fikir verməmişdi. İllərlə özündə yaşatdıgı o qisas hissini gerçəkləşdiyi məqam yetişmişdi artıq. Cəmil neçə – neçə ermənini məhv etmişdi. Öz şücaətilə hər kəsin rəgbətini qazanan bu qaragöz oglan,ailəsi üçün,nişanlısı üçün çox darıxırdı. Əlaqə saxlamaga imkan olmadıgından bir aydan çox idi heç kimlə danışmırdı. Gülnar günü – gündən saralıb solurdu .Cəmildən xəbərin olmaması onun ümüdlərini azaltsa da ,tükədə bilməmişdi. Ordumuzdan şad xəbərlər gəlməkdə idi.Bir neçə şəhərlərimiz ,onların kəndləri yagı düşməndən təmizlənmişdi. Bu gecə yuxu görmüşdü Gülnar.Cəmili onu çagırırdı.Yuxudan yarımçıq qalxıb həyətə düşdü.Anası məktəbə getmişdi.Atası da yox idi.Yəqin ki mal -qaranı örüşə aparıb deyə düşündü.Adəti üzrə telefonun mesaj bölməsinə baxdı.Heç nə yox idi.Neçə vaxtdı internet olmadıgından ,hər şeydən xəbərsiz idi. İnanmırdı Cəmil ona vaxt tapıb, whatsappdan nəsə yaza .Ona görə internet də ona maraqlı gəlmirdi.Bilirdi ki Cəmilin vaxtı olsa ya zəng edər, ya da bir kəlmə mesaj yazar. Evə keçib televizoru yandırdı.Yuxunu o qədər aydın görmüşdüki, elə bilirdi bu dəqiqə Cəmil qapıdan girəcək.
Bəlkə başına bir iş gəlib ?
Yox,yox ola bilməz.Cəmilə heç nə ola bilməz . Pis şeylər düşünmək belə istəmirdi.Özü – özündən qorxurdu. Hazırlaşıb yenidən Cəmilgilə getmək istədi.Anasının sözü yadına düşdü: -Ay bala ,ayıbdı,bir dəfə getmisən,bir də getmə.Bilirəm narahat olursan,biz də narahat oluruq.Onlar hamımızın balalarıdı.İnşallah sag salamat geri dönərlər.Anasının bu sözündən incisə də , büruzə verməmişdi.Anası haqlı idi.Amma onu da başa düşmək lazım idi. Fikir yagışı onu Cəmilli günlərə qaytardı. Cəmil həmişə ona öz kəndlərindən danışırdı.Ayrı – ayrı kənddən olduqlarından maraqlı gəlirdi Cəmilin ona danışdıqları. Cəmil danışırdı ki,qonşularında bir erməni ailəsi var idi, oglanları mənlə yaşıd idi.Atam harasa gedib gələndə mənə nə alardısa,birini də ona alardı. Biz həyət qapımızı baglayıb çıxanda o ailəni orda dayanan gördüm.O uşagın gözündəki kini,nifrəti hələ də unuda bilmirəm.Nə vaxtsa müharibə olsa ,ilk işim o uşagı öldürmək olacaq.Gülnarın niyə məhz o uşaq ,onun böyükləri varkən?
Sənə o hissi izah edə bilmərəm demidi.- Cəmil. Bu gün Gülnarın ad günü idi.Noyabrın 8 -i .Cəmil mütləq ona zəng vuracaqdı. Elə bu dəmdə telefonuna gələn səs onu xəyaldan ayırdı.Tanımadıgı nömrə oldugundan bir qədər tərəddüt etdi. Həmən anda gözü televizora sataşdı.Deyəsən canlı yayım idi. İnsanlar küçələrə axışmışdı.Əllərində bayraqlarla rəqs edirdilər.Pultu tapıb televizorun səsini qaldırdı.Yenə də zəng gəldi .Bu dəfə tez – tələsik yaşıl düyməni basdı.Televizorun səsi Cəmilin səsinə qarışdı. -Gülnar,Gülnar bu mənəm Cəmil. Biz qalib gəldik Gülnar.Şuşanı işgaldan azad etdik.Qələbə qazandıq Gülnar, eşidirsən.Qalib olduq biz! Çox danışa bilməyəcəm. -Səni təbrik edirəm! Yerində quruyub qalan Gülnar bilmədi hisslərini necə bildirsin.Sevincdən aglamaga, qışqırmaga başladı.
Bilirdim,mənim qəhrəmanım qalıb gələcək.Bilirdim,mənə ad günümə ən yaxşı xəbəri hədiyyə edəcək. Bu mənim ömrümə payızın yazdıgı ” zəfər” payıdı ,əzizim.həsrətlə yolunu gözləyirəm!
AMEA-nin Folklor İnstitutunda “Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar
Müəllifi olduğum “Alternativ Psixologiya” elmi, yeni əsrin elmi kimi Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək Bəşəriyyətə xidmət edən informasiya elmidir!
Akademik Y.S.İbadov
İnsanlığın təkamülündə olan yeni etap insanı öyrənmək yolunda novator elmi yanaşmalar tələb edir. II minilliyin sonlarına yaxın məlum oldu ki, insanlığı dərk etmək yolunda Zaman, Enerji, İnformasiya, Kainat kimi anlayıslarsız insanı dərk etmək mümkün olmayacaq. İndiki zamanda elmlərin yeni sahələri və istiqamətləri onlara istinadən inkişaf edir. Əminliklə demək olar ki, müəllifi olduğum ”Alternativ psixologiya” elmi müasir elmi fikirlərin inkişafı yolunda yeni bir qoldur. Yeni eranın özünəməxsus xüsusiyyətlərindən biri dünyanın güc, qüvvə tətbiq etməklə deyil, ağıl və intellektlə idarə olunacağının proqnozlaşdırılmasıdır. Təsadüfi deyil ki, XXI əsr BMT tərəfindən “İntellekt əsri – təhsil əsri” elan olunmuşdur. Bütövlükdə XXI əsr ağlın, intellektin təntənəsi əsridir. Əsrin yeni elmi “Alternativ psixologoya” metodologoyası əsasında müxtəlif sferalarda aparılan maarifləndirmə və praktik işlərin (“Mücərrəd kompazisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər”, “Faza portretlər”, informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar, çox sayda harmonizatorların tətbiqi və.s.) nəticəsində elmi yeniliklər hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət etməklə, insanlar arasında ünsiyyətin yaxşılaşmasına, bütövlükdə sağlam harmoniyanın bərpasına kömək etmiş olur.
Tibb elminin müəyyən xəstəliklər və problemlər qarşısında aciz qalması halları məni çox düşündürürdü və mən daim elmi axtarışda idim. Elmi ədəbiyyatdaki yenilikləri izləyirdim, ancaq məni qane edən informasiyaları tapa bilmirdim. Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq – elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”
1990-cı ildən başlayaraq mən maraqlı qrafik təsvirlər çəkirdim. Bu təsvirlər pasienti qəbul edərkən onun xəstəliyi və problemləri haqqında çəkilirdi. Pasient danışmadan, ondan anamnez toplamadan təsvirlərdə onun xəstəliyi haqqında məlumatlar alırdım. Daha sonralar mən boş vaxtlarımda mücərrəd kompozisiyalardan ibarət qrafik təsvirlər çəkməyə başladım, hansı ki, bu təsvirlər qələmi kağızdan aralamadan bir dəfəyə çəkilirdi. Həmin təsvirlər hamının böyük marağına səbəb olmuşdu. Müşahidələrim göstərdi ki, həmin təsvirlərə baxan adamlar çox qəribə psixo-reabilitasiya edici effekt alırlar. Ona görə də həmin təsvirləri xəstələrimin müalicəsində əlavə vəsait kimi tətbiq edirdim. Beləliklə, çox maraqlı və gözəl nəticələr almağa başladım.
Həmin təsvirlərdən bir neçəsini seçərək onlardan “Mücərrəd kompozisiyalar şəklində tibbi pedaqoji-psixoloji testlər” tərtib etdim və 1999-cu ildə çap olundu.
Testlərdə olan mənəvi duyum və maraq hissi gənclərin asudə vaxtlarınnın daha səmərəli təşkil olunmasına, istedadlı və qabiliyyətli övladlarımızın sayının artırılmasına kömək edir. Dünya praktikasında istifadə edilən testlərin əksəriyyəti ya müəyyənedici, ya da təyinedici xarakter dayışıyır. Mücərrəd kompozisiyalardan təşkil edilmiş bu testlər isə həmin keyfiyyətləri saxlamaqla yanaşı, həm tərbiyəvi təsirə, həm də öyrədici keyfiyyətə malikdir. Belə testlərin işlənməsi prosesi duyğu üzvlərinin fəaliyyətini gücləndirir, qavrama və cavabvermə reaksiyasını sürətləndirməklə yanaşı estetik duyumu artıraraq nitq mədəniyyətini yüksəldir. Bu isə birinci və ikinci siqnal sistemi arasında əlaqənin yaradılması deməkdir. Testlərin tədqiqi və tətbiqi yerlərdə psixoloq və pedaqoqlar tərəfindən çox maraqlı izlənmiş, istedadların üzə çıxarılmasına kömək etmişdir.
Ümumtəhsil məktəblərində təfəkkür və təxəyyülün tərbiyə üsulu kimi tətbiqi məsləhət görülən bu testlər tibbi-psixoloji yönümdən sakitləşdirici və son nəticədə müalicəvi əhəmiyyətə malikdir. Ən mühüm cəhətlərdən biri də odur ki, digər testlərdən fərqli olaraq mücərrəd testlər insan şüurunu hərtərəfli axtarışa cəlb edir.
Testlərin tətbiqində əsas məqsəd təkcə şagirdlərin qabiliyyətini aşkar etməklə qurtarmır. Burada ən əsas mücərrəd təfəkkürün senzitiv yaş dövründə abstrakt təfəkkürün inkişafı yolu ilə bədii yaradıcılığın gücləndirilməsi hesabına daha istedadlı gənclərin formalaşması məqsədi güdülür. Prosesin beyində gedən əsas mexanizmi isə aşağıdakı kimi izah edilir: – Şagirdlərin, xüsusən cinsi yetişkənlik dövründə hormonal sistemdə gedən oyanma ilə əlaqədar psixi enerjisi normadan artıq olduğuna görə onlarda emosional gərginlik prosesi yaranır. Ona görə də bu dövrdə şagirdəlirin psixi cəhətdən oyanıqlığı müşahidə edilməklə onların ailədə və məktəbdə təlim-tərbiyə məsələlərində daha çətin bir keçid dövrü əmələ gəlir. Bu dövrdə beyində artıqlıq edən psixi enerji bədii yaradıcılıq enerjisi formasında sərf edildikdə emosional gərginlik azalır, nəticədə beyin sakitləşir, onların tərbiyə prosesi asanlaşır, neqativ keyfiyyətlər azalır. Şagirdlər testlər haqqında şəxsi rəylərini bildirməklə ağlın müstəqilliyini işə salır, öz fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrənirlər.
Bu testlər qələmi kağızdan aralamadan çəkilmiş qrafik təsvirlər əsasında tərtib edilmişdir.Testlər dünyada ilk dəfə respublikamızda, daha sonra respublikamızın sərhədlərindən kənarda, xarici ölkələrdə uğurla öz tətbiqini tapmış və XXI əsrin dərs vəsaiti titulunu almışdır.
*testlərlə işləyəndə əvvəlcə ordakı obrazları tapmaq, sonra onları rəngləmək və daha sonra isə ifadəli şəkildə bədii təsvir verilməsi təklif edilir.
*testlər təkcə psixodiaqnostika məqsədiylə deyil, həm də öyrədici, tərbiyəedici, inkişaf etdirici və psixokorreksiya və müalicəvi məqsədlə istifadə edilir.
*testlərlə işləmək üçün yaş məhdudiyyəti yoxdur, ancaq ən yaxşı effekt senzitiv yaş dövrlərində (11-14 yaşlarda) əldə edilir.
Belə ki, mücərrəd təfəkkürün inkişaf etdirilməsində və irsiyyətdən gələn yaradıcılıq qabiliyyətlərinin və potensiallarının açılması istiqamətində çox gözəl nticələr alınır.
İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların ekoloji biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Daim elmi axtarışda olmağım və apardığım tədqiqatların hesabına çox maraqlı yeniliklər və sevindirici nəticələrə nail olurdum. Bunlardan bir hissəsi də insanın canlı sistem olaraq xüsusi bir enerji və informasiya sisteminə malik olması ilə əlaqədar topladığım yeni biliklərimdən irəli gəlirdi.
“Sistemə maddi, energetik və informasion mahiyyətlərin ayrılmaz vəhdəti olan obyekt kimi baxmaq ən müasir və ziddiyyətsiz baxışdır” (В.A.Шевченко. “Универсальный природный цикл”. 1992).
Real aləmdə təcrid olunmuş sistemlər mövcud deyildir–bütün reallıq qarşılıqlı əlaqədədir və qarşılıqlı şərtlənmişdir. Bu əlaqələr güclü və zəif ola bilər, lakin onlar həmişə mövcuddurlar. Belə aydın olur ki, Tibb Universitetində tədris proqramında insanın bioenergetik anatomiya və fiziologiyası haqqında heç bir tədris olmadığına görə və mövcud olan məlumatlar və biliklər verilmədiyinə görə, həkimlərin bu sahədə biliyi və savadı yetərincə deyil. Bu isə Tibbi kadrların xəstəliklərin etiopatogenezini daha dərindən başa düşməsinə mane olur. Elmi axtarışlarım nəticəsində əldə etdiyim təcrübə bu istiqamətdə problemlərə yeni bir aydınlıq gətirdi.
Məsələn, hamımızın yaxşı tanıdığımız psixosomatik xəstəliklərin əsasında müxtəlif emosiyaların olduğunu bilirik, amma apardığım tədqiqatlar nəticəsində məlum oldu ki, bu və ya digər xəstəliklərin və problemlərin kökündə bir çox səbəblərdən biri kimi ünsür faktorları adlanan, əslində təbiətlə bağlı olan faktorlar dayanır.
Biz təmamilə yeni bir diaqnostika və müalicə üsulunun formalaşdığının şahidi olurduq. Bu tədqiqatlarımı Dünya şöhrətli alim V.P. Qoç ilə birlikdə konsepsiya şəklində işlədik və Dünya xalqlarının tarixi qədim mənbələrdə Ünsür faktorlarına aid olan yaranmış xaotik biliklərinə aydinlıq gətirərək, həmçinin ünsürlərin simvollarını təyin edərək ümumdünyəvi təsnifat cədvəlini tərtib etdik. Eyni zamanda ünsürlərin qarşılıqlı təsirində yarana biləcək faza çevrilmələrdə baş verə biləcək kombinasiyaları təyin etdik. Həmin konsepsiya (“Öz mahiyyətini dərk etmə” konsepsiyası) patentləşdirilmişdir.
Mən canli sistemlərin xəstəlik və problemlərinin qrafik təsvirlərini çəkir və onların mənasını aça bilirdim. Belə bir axtarış və nəticələr mənə yeni bir elmin izinə düşməyimə kömək etdi. Bu elmi “Alternativ Psixologiya ”(AP) adlandırdım.
3 mart 2003-cü ildə Moskva şəhərində yeni yaratdığım “Alternativ psixolgiya” elminin müəlliflik şəhadətnaməsini (№ 6274) almışam. Həmin elmin prezentasiyası Azərbaycanda elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilmişdir.
2003-cü ildən müəllifi olduğum “Alternativ Psixologiya” elminin metodologiyasının tətbiq edilməsi əsasında Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri vəzifəsində çalışır və müəllifi olduğum “Alternativ Psixologiya” elminin metodologiyası əsasında yaradıcılıq fəaliyyəti göstərir.
29 dekabr 2005-ci il tarixli “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə patent (№ 006449) aldım.
2003 və 2007-ci illərdə təkrar nəşr edilən “Psixoqrafiya” adlı kitabımda Alternativ psixologiya elminin əsasları haqqında elmi ictimaiyyətə geniş məlumat vermişəm. “Faza Portret” adlanan rəsmlərin yaradılmasına əsaslanan elmi istiqamətdə yeni bir yol aça bildim və rəssamlıq tarixində yeni janrda çəkdiyim rəsmləri “Qəlbin Gözü ilə” adlı sərgidə ictimaiyyətə geniş şəkildə nümayiş etdirdikdən sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildim.
“Alternativ psixologiya” elminin metodologiyası ilə çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da var. Bu faza portretlər milli mədəniyyətimiz barədə bir çox faktların dəqiqləçdirilməsində xüsusi rol oynamışdır. Buna misal olaraq “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubleyi ərəfəsində Dədə – Qorqudun 3 faza portret sistemini göstərə bilərik. Həmin faza portretlər əsasında Dədə – Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir dahatəsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış qorqudşunas alimləri və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və bu barədə rəsmi şəkildə rəylər verilmişdir. Radio və televiziya verilişlərində, müxtəlif mətbuat səhifələrində bu barədə dönə – dönə ətraflı məlumat verilmişdir.
15 fevral 2001-ci ildə Azərbaycan MEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində əsasən Qorqudşünas alimlərin iştirakı ilə keçirilən elmi praktik konfransdabu metodla tərəfimdən aparılan elmi – tədqiqat işləri böyük maraqla qarşılanmış və elmdə tamamilə yeni bir istiqamətin açılması kimi qiymətləndirilmişdir.
Orijinal dəsti-xəttim və elmi nailiyyətlərim əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyim elmi töhfələrimə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşəm. Dədə Qorqud Milli Fondunun, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.
22-24 Sentyabr 2022-ci ildə Sevastopolda keçrilən XVIII Beynəlxalq İxtiralar və Yeni Texnologiyalar “YENİ ZAMAN” Salonu tərəfindən “Dədə Qorqudun Faza portreti nümunəsində tarixi şəxsiyyətlərin Faza portretlərinin yaradılması metodikası” Qizil medala və Diploma layiq görülmüşdür. Öz elmimi dünyanın aparıcı ölkələrində uğurla təqdim edərək əldə etdiyim nəticələr yüksək mükafatlara, sertifikatlar və diplomlara, orden və medallara layiq görülmüşdür.
Dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvüyəm. Bu ilin avqust ayında Beynəlxalq Sistemologiya Akademiyasının üzvü seçilmişəm.
Moskvada Beynəlxalq Enerqoinformasion Xalq Təbabəti Akademiyasının fəxri üzvüyəm, UNECKO xətti ilə Beynəlxalq Elmi Koordinasiya Şurasının daimi üzvü, Beynəlxalq Valeologiya və Enivaleologiya mərkəzinin üzvü, Ənənəvi xalq təbabəti mütəxəssislərinin, Psixoloq və Təbiblərin Beynəlxalq Assosiasiyasının həqiqi üzvüyəm. Ənənəvi xalq təbabəti üzrə “Eniom” Ümumrusiya elmi-tədqiqat mərkəzi-komplementar təbabətin beynəlxalq qeydiyyatının həqiqi üzvü, Azərbaycan Asiya ölkələri Sosial Mədəni Əməkdaşlıq Assosiasiyasının fəxri şurasının üzvüyəm.
Bu günə qədər etdiyim elmi ixtiralar və nanotexnologiya ilə hazırlanmış olan harmonizatorlar Avropa keyfiyyət lisenziyasına və nişanına layiq görülmüşdür.
5 kitab, 8 elmi monoqrafiya və 29 elmi məqalənin müəllifiyəm. 12 sayda müəlliflik şəhadətnaməsi almış və patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müəllifiyəm.
Mənim ən böyük ixtiram isə “Alternativ psixolgiya” elminin yaradılmasıdır.
“Alternativ psixologiya” (“alternative” – sözü bir – birini istisna edən iki və daha çox ehtimalın arasında seçim zəruriliyi mə’nasını verir) – insanın zaman və məkan kateqoriyaları ilə qarşılıqlı tə’sirindən yaranan problemlərinin həlli yolundakı sualları cavablandıran psixologiya elminin yeni bir sahəsidir.
“Alternativ psixologiya” ümumi psixologiyanın predmeti olan psixikanı bütünlükdə bir inform sistem kimi psixi enerjinin tədqiqatı istiqamətində öyrənir.
Elmin metodologiyasıTəbiət Qanunlarına əsaslanır, insanın həyat yolunun asanlaşdrılması məqsədilə, onun ətrafında baş verən hadisələri anlaması üçün nəzərdə tutulmuşdur.
Bu elmin metodları:
psixoqrafiya,
psixokorreksiya,
mücərrəd kompozisiyalar şəklində tibbi – pedaqoji – psixoloji testlər,
faza portret – sistem işi və s. ibarətdir.
Alternativ psixologiyanın metodlarında situasiyaların faza vəziyyətlərindən və sərhədlərindən, daha sonra isə blokadaedici situasiyalarda yaranan enerjinin informasiyalarından istifadə olunur. Bu metodlarda gipnozdan, şüurun dəyişmiş vəziyyətlərindən və magiyadan istifadə edilmir.
Tədqiqatlar prosesində AP holoqrafik obraz, bioenergetik matrisa və canlı aləmin faza portretlər-sisteminə söykənir. AP-nin tədqiqat obyekti biopsixososial sistemlərin həyat fəaliyyətinin enerqoinformasion aspektləridir, onun predmeti isə xarici aləmlə zaman və məkan koteqoriyalarında qarşılıqlı təsir prosesində canlı sistemlərin metamarfozasıdır.
Metodların vasitəsilə zaman və məkanda canlı sistemlərin şəkildəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənirik. Bu proseslər Faza çevrilmələr adlanır. Bu çevrilmələr arasında faza sərhədləri mövcuddur. Faza dəyişikliklər faza sərhədlərdən keçir. Bunlara faza keçidlər deyilir. Bütün bu proseslər Metamorfoza adlanır.
Metamorfoza proseslərində əmələ gələn disharmoniya və pozulmalar mutasiyalara səbəb olur. Bu isə müxtəlif şiş xəstəliklərinə səbəb olur
Tədqiq olunan obyektin öyrənilməsi prosesində metamorfozanın mutasiyaya çevrilmə səbəbləri üzərində aparılan işlərdə bu metodların vasitəsilə ona aid olan problemlər əvvəlcə təyin edilir, sonra isə korreksiya edilir, enerqoinformasion vəziyyət tənzimlənir və ətraf mühitlə insan arasında harmoniya yaradılır. Beləliklə, şiş xəstəliklərinin profilaktikasının yolu açılır.
Alternativ psixologiya elmi Səhiyyədə, Biologiyanın müxtlif sahələrində, Fəlsəfədə, Ümumi psixologiyada, Pedaqogikada, İncəsənətdə, Dilçilikdə, Etnoqrafiyada, Folklor və Mədəniyyət tariximizin öyrənilməsində və s. elm sahələrində öz tətbiqini tapmışdır və tapmaqdadır.
Son zamanlar dünyada yeni elmi istiqamətlər yaranmış və uğurla inkişaf etməkdədir, məsələn, “İnformasiyanın bərpası ilə müalicə”, “Enerqoinformasion gigiyena”, “Vibrasion Tibb”, “Çoxölçülü təbabət”, “İnteqrasiya təbabəti” və s. Bu istiqamətdə Alternativ psixologiya elmi təbabətə yeni bir töhfə verə bildi. Belə ki, 29 dekabr 2005-ci il tarixli “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə patent (№ 006449) almışam.
Marqarita Tonenkova “Услышь мой зов ” kitabında yazır: – “İnsan orqanizmindəki informasiya əlaqəsinin pozulması bizim xəstəliklərimizin ən başlıca səbəblərindən biridir”. Ona görə də İnsanı ilk öncə bir informasiya daşıyan obyekt kimi öyrənmək tələbi yaranır.
Psixoqrafiya metodunun vasitəsilə Faza dəyişikliklərində əmələ gələn informasiyalar–metamorfozalar və onların səbəbləri haqqında məlumatlar enerqoinformasion qrafik təsvir şəklində alınır. Alınmış təsvirlər səssiz ünsiyyətin psixi yazısınınin formasiyasıdır.
Bu təsvirlərə psixoqramma deyilir. Bu təsvirləri oxumaq üçün psixoqrammanın diliadlanan və təbiət dili olan simvolların dilini tətbiq edirəm və onu getdikcə təkmilləşdirirəm. Bildiyimiz kimi çoxlu sayda simvollar haqqında kitablar və ensiklopediyalar yazılmışdır, ancaq onların təsnifatı hələ də yoxdur və ən əsası simvolların faza çevrilmələri haqqında tədqiqat aparılmamışdır. Bu istiqamətdə tədqiqatlarımız davam edir və yaxın zamanlarda bu barədə yeni kitab dərc ediləcək.
2003-cü ildə Simferopol şəhərində dərc etdirdiyim Psixoqrafiya kitabının giriş hissəsində sitat kimi verdiyim Məhəmməd Peyğəmbərin (s.ə.s.) kəlamında deyilir:– “Əgər Kainatı öyrənmək istəyirsizsə, ən düzgün yol kamil insanı öyrənməkdir”.
İnsan canlı sistem olaraq Kainatla daim enerji və informasion olaraq qarşılıqlı əlaqədə olan bir varlıqdır. İnsan Kainata aid olan informasiyalara malik olsa da, təbii ki, o özü bu informasiyaları danışa bilmir, amma peyğəmbərimizin kəlamında deyildiyi kimi kamil insan bu məlumata malikdir və həmin informasiyaları öyrənmək olar və bu mümkündür. Bunlar İngilis alimi, Nobel mükafatı laureatı Devid Bomun yaratdığı “Kosmik Holoqrafiya nəzəriyyəsi”-ndə öz təsdiqini tapmışdır.
Qeyd etmək istərdim ki, AP-nin metodologiyası və psixoqramma dili bu yolda insanlığa yeni imkanlar açır və açacaq!
Hazırki situasiyada belə bir nəticəyə gəlmək olar ki, psixoqramma dili dilçiliyin qarşısında duran yuxarıda deyilən tələbləri ödəyə biləcək bir funksiya daşıyır. Ona görə də Ap-nin metodları və psixoqrammanın dili Kainatın və insanlığın öyrənilməsi yolunda yeni istiqamət kimi qiymətləndirilə bilər.
İstənilən dilin və eləcə də bu dilin xüsusiyyəti məlumatı almaq və ötürməkdir. Psixoqrammanın əsasında psixoqrafiyanın əlifbasını işləyib hazırlamaq və bu əsasda təbiətin özünün dilini – simvolların və enerjinin verbalizasiyasız hərəkətinin dilini yaratmaq üçün ilkin şərait vardır. Bu dilin ilkin forması olaraq nümunə kimi – Qobustan qayalarındakı qrafik təsvir-şəkil məlumatları misal göstərə bilərik. Belə ki, həmin təsvirlər adi rəsmlər deyildir və onların kodlarında dərin fəlsəfi fikirlər öz əksini tapmışdır.
Əgər təkamül prosesində insanın yaranmasında ünsiyyət vasitəsi kimi səsdən istifadə edilibsə bu ünsiyyətdə iki duyğu üzvü iştirak edir: danışıq aparatı və eşitmə aparatı. Ancaq ünsiyyətdə elə çətinliklər olub ki, onu səslə çatdırmaq mümkün olmayıb. Buna görə də şəkillərdən, qrafik təsvirlərdən, piktoqrammalardan, fikir yazılarından istifadə etmək tələbatı yaranıb ki, bu, ünsiyyətin gözlə görünüb şüur və təfəkkürün gücü ilə dərk edilə bilən bir forması deməkdir. Yəni burada görmə və digər duyğular da işə düşür. Təkamülün davamı ilə şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata keçid ünsiyyətin formalaşmasının ən geniş yayılma xətti olmuşdur. Ancaq yazı dilin atributu kimi səsdən qabağa düşdüyü xətlər vardır ki, bu xətlər özünə məxsus xüsusiyyətləri ilə seçilir.
Psixoqramma yazı forması kimi məhz ikinci xətti keçir. Yəni, burada əvvəlcə yazı yazılır. Xətlər fikri ifadə edir. Həmin xətlər xəstənin psixikasını təşkil edən psixi enerjinin yaratdığı yazıdır. Bu yazı təkamül prosesində yazı mədəniyyətinin formalaşmasında və müxtəlif əlifbaların yaranması prosesində müxtəlif dərəcədə öz təsirini göstərmiş və bugünkü semiotikada öz cizgilərini saxlayır. Bu gün insanların psixoloji mənada problemlərini psixikanın öz dilində öyrənməyin yolu açılır.
Psixoqrafiya metodu vasitəsilə əldə olunan psixi enerjinin yazısında – psixoqrammada insana, canlı və cansız aləmə aid olan enerqoinformasion məlumatlar üzə çıxarılır və onların sonrakı tədqiqatına yeni imkanlar yaranır.
Psixoqrafiya – faza portret – sistemlə aparılan işdən sonra psixo analiz və psixo diaqnostika yolu ilə alınan informasiyanı xəstənin və ya pasientin verdiyi informasiya ilə müqayisə etməklə, hətta onun özünə məlum olmayan, lakin ona aid olan elementləri də aşkar etmək olur.
Psixoqramma sözlə ifadə olunmayan psixi proseslərin informasiyasını açır, izah edir, öyrənir və eyni zamanda xəstəliklərin, həyati problemlərin səbəblərini araşdırmağa imkan verir, həmçinin onların korreksiyasını həyata keçirməyəbir vəsait kimi real şərait yaradır. Bu vəsait pasienti energo informasion nöqteyi nəzərdən xarakterizə edir, onun orqanizmindəki neqativ enerjinin mənbəyini və həm də səviyyəsini müəyyənləşdirməyə kömək edir.
Mənim tərtib etdiyim testlər yuxarıda sadalanan bu keyfiyyətləri özündə birləşdirir və yaradıcılıq fəaliyyətini genişləndirərək metamorfozanın pozulmasının qarşısını alır. Bunu daha əyani aşağıdakı şəkildə görə bilərsiz.
Şəkil 1: Psixi enerji, metamorfoza və yaradıcılıq fəaliyyəti arasındakı mövcud əlaqə.
ММ- metamorfoza; PE – psixi enerji; YF – yaradıcılıq fəaliyyəti.
Bu şəkildən aşağıdakı nəticələri alırıq:
● PE–YF ilə qarşılıqlı təsirdə metamorfoza harmoniyaya gətirilir;
● YF–metamorfozaya pozitiv təsir eləməklə psixi enerjini keyfiyyətcə yaxşılaşdırır;
● İnsanın YF-dən əmələ gələn metamorfozanın harmoniyası PE-nin keyfiyyətinə və balansına pozitiv təsir edir.
Psixoqrafiya metodu ilə görülən işin tamamlanması və mükəmməl mərhələsi faza portretlərin çəkilməsidir.Faza portret neqativ enerjidən təmizlənmiş, energetik balansı və harmoniyası bərpa olunmuş pasientlərin təmiz enerjiyə köklənməsi ilə aparılan korreksiya mərhələsidir. Təmiz enerji dedikdə həyatın əsasını təşkil edən psixi enerjidən danışılır. Burada biz şəxsiyyəti onun öz səviyyəsində və şüuraltı təfəkkürünün yaratdığı obrazlarda öyrənirik.
A.Yeryomkin həyatın əsas substansiyası haqqındakı fikirləri belə şərh edir:
“ Həyat özü –enerjidir. Enerji isə pisixi enerjidir. Psixi enerji-hər şey deməkdir. Psixi enerji o enerjidir ki, hər şeyin başlanğıcının əsasında durur. Psixi enerji o enerjidir ki, dünyanın yaranmasının əsasında durur. Psixi enerji o enerjidir ki, kosmik substansiyada obrazlar nəqş edir.”.
(Еремкин А. Школа одаренности. Тайны рождения гениев.М, NİF Print, 2003,325 c).
Həmin obrazlar Faza portretlərdə üzə çıxan obrazlardır. Faza – portretlər sisitemi kamil obrazın formalaşması işinin aparılması deməkdir. Faza portretlərin çəkilməsi anı təbiət proseslərinin dinamikasında yeni etapdan xəbər verən bir məqamdır.
Bu günkü elmlər fikirlə fiziki bədən arasındakı qarşılıqlı əlaqəni sübut edir.
Hələ eramızdan əvvəl yunan filosofu Aristotel “ həyat nədir?” sualına belə cavab vermişdir: “Həyat ağlın hərəkətidir!” Sözün işə və yaxud işin sözə çevrilməsi də metamorfoza prosesidir. Həyatın hər bir anında insan orqanizmində yeni hüceyrələr yaranır və hər bir yeni hüceyrə ya mənfi, ya da müsbət fikrə köklənərək əmələ gəlir. İnsanın fikri formaya düşərək, onun bədəninə çevrilir. Atomu öyrənən fiziklər sübut edirlər ki, insan bədəni 7-14 ay içərisində tamamilə təzələnir. Professor Pol Ebersold özünün “Atomlar iş dalınca” kitabında yazır: ”Bədənimizin 98%-i bir il ərzində dəyişir.” Konkret bir şəxsin faza portretinin çəkilməsi anı onun sonrakı həyatının yeni bir mərhələsi hesab edilir. Belə ki, Faza portret çəkildikdən sonra əmələ gələn yeni hüceyrələr keyfiyyətcə daha mükəmməl şəkildə formalaşır və beləliklə də orqanizm pozitivə doğru dəyişir, sanki yenidən yaranır.
Faza portret həm də həyatın inkişafı və qaydaya salınması yollarını reallaşdırmağa imkan verən mükəmməl bir vəsaitdir və vasitədir.
Psixoqramma faza-sistemlərin qarşılıqlı təsirlərinin faza portretini və onun zaman daxilində dinamikasını müəyyənləşdirir. Faza portretlər faza dəyişikliklərini– informasiyaları göstərir.
İnformasiya materiyanın bir formadan başqa formaya keçməsindən ibarət olan faza çevrilmələri vasitəsilə ötürülür və onların arasında iz qalır. Zamanda iz – matrisadır. Proseslərdə, metamarfozalarda qalan izlər isə faza portretlərdir.
Əgər metamarfozaların izi keçmişdən neqativdirsə, təhriflər çıxarılmır və iki istiqamətdə gedir:
1. Zamanda təhrif.
2. Çevrilmə mexanizmində, ötürülmədə təhrif.
İnsan zamanda yaşayır. Hər bir an öz-özünə yadda qalır – bu matrisadır. Matrisa işlənilir. Qeyd etmək lazımdır ki, biz pasientin qeyri mükəmməl bioenergetik matrisasını yeni metodumuzla mükəmməl formaya gətiririk. Matrisa psixoqrafiya metodu vasitəsilə və onun ən yeni forması ilə – faza portretin çəkilməsi ilə işlənilir. Nəticədə təhrif də aradan götürülür.
Hər bir insan müəyyən kod – kosmik həyat kodu daşıyan mikrokosmos, başqa sözlə sanki kiçik bir kosmik tamlıqdır. Hər bir planetin hərəkət trayektoriyası olduğu kimi, hər insanın da özünəməxsus informasiya xətləri mövcuddur. İnsan hər bir an dəyişir və onlar informasiya xətlərində də dəyişkənlik törədir. Devid Bomun kosmik holoqrafiya nəzəriyyəsinə istinadən həqiqətən bu informasiyalar makrokosmda saxlanılır (Y.S.İbadov Kainat, informasiya və insan “Elm” qəzeti.- Bakı 19 sentyabr 2002-ci il).
Zaman və məkan içərisində həmin dəyişikliklər iz buraxır. Bu isə DNT strukturunda dəyişikliyə səbəb olur. DNT-nin yaddaşı və informasiyası dəyişir. Bu proseslər yeni elmlərdə faza çevrilmələri adlanır. Orqanizmdə olan neqativ və pozitiv enerjinin keyfiyyət nisbətindən asılı olaraq canlı sistem metamorfozaya uğrayır.
Faza portreti çevrilmə proseslərinin əsasıdır. Faza portret canlı və cansız sistemlərin mikro və makromir səviyyədə zaman və məkan kateqoriyalarında, xarici aləmlə qarşılıqlı təsirlərində enerqoinformasion obrazının faza çevrilmələrinin güzgü əksliyidir.
Portretin çəkilməsi prosesində aparılan psixokorreksiya irsiyyətin enerqo informasion yaddaşından onun nəslinin və əcdadlarının buraxdığı səhvlərə səbəb olan neqativ enerjiləri və informasiyaları (neqativ enerji insanın enerqo informasion yaddaşında və obrazında informasiya şəklində iz qoyur və gələcək nəslin normal inkişafına mənfi təsir göstərir) silir.
Faza portretlər özündə enerqo informasion dalğaları birləşdirir, təkrar ideasion iş isə onları yenidən daha pozitiv olaraq doğurur. Bu isə insanın ideasion şüur mərhələsinə yüksəldilməsi ilə Ali Kosmik idrakla və Təbiətlə informasiya əlaqəsi yaradır.
İnformasiya sistem yaradan amildir və informasiya kainatın quruluşu, onun ayrı – ayrı qanunları və qanunauyğunluqları haqqında məntiqi bitkin fikirləri özündə cəmləşdirir. Bu cür məlumatların informasiya axınında Kainatın inform sahəsindən buna bənzər enerji və informasiyaları çəkib çıxaran xüsusi energetik köklənmə yaranır. Və onlar enerqo informasion axınlarda gəlir. Onlar Yer kürəsində yaşayan bir çox adamların inform sahələrindən sürətlə ötüb keçir, lakin tez-tez, fəal axtarışla məşğul olan, problemlə çoxdan tanış olan, məhz bu problemin həlli barədə düşünən və gələcəkdə onu səmərəli surətdə tətbiq etmək məqsədi olan insanların, mütəxəssislərin inform sahəsinə doğru yönəlir. Məhz belə alimlər lazımi informasiya axınlarını özlərinə cəlb edir və onları dərk edirlər. Dünya tarixində demək olar ki, bütün qanunlar, nəzəriyyə və konsepsiyalar konkret alimlər tərəfindən kəşf edilmiş, icad və ixtiralar edilmişdir. Bəzən bu qanunlar ardıcıl olaraq bir neçə alimlər tərəfindən aşkar edilir. Təbii ki, burada onlar bir-birinə stimul verir və bir-birini tamamlayırlar. Məsələn, Psixoqrafiya kitabının 8-ci səhifəsində çəkdiyim misalda olduğu kimi, Alman həkimi Robert fon Mayer enerjinin saxlanması qanununu kəşf etmişdir. Rusiya alimi Lomonosov isə maddə kütləsinin saxlanması qanununu tapmışdır. Alman fiziki Eynşteyn isə bu iki qanunu birləşdirmiş enerji və maddə kütləsinin saxlanması qanununu təyin etmişdir, hansı ki, bunları E=mc2 düsturu ilə ifadə etmişdir. Bu misalda hər bir alim özünə məxsus informasiya almışdır, amma onların hamısı kainatın informasiya dalğalarına köklənmiş və öz potensiallarına uyğun ixtiralar etmişlər. Eynşteyn isə malik olduğu inteqrativ yanaşma qabiliyyətindən irəli gələn nəticə çıxara bilmişdir. Bu onun abstrakt təfəkkürə malik olmasından xəbər verir. Mənim çəkdiyim mücərrəd kompozisiyalardan tərtib etdiyim “Tibbi-pedaqoji-psixoloji” testlər məhz abstrakt təfəkkürün vaxtında açılmasına və daha da yaxşı inkişaf etdirilməsinə xidmət edir. Qeyd edim ki, bu testlərlə çalışan şəxslərdə abstrakt təfəkkürdən formalaşan konkret yanaşma tərzi güclənir. Ona görə də xüsusilə senzitiv yaş dövründə bu testlərdən düzgün istifadə edilməsi gələcəkdə cəmiyyətimizə daha mükəmməl və talantlı şəxsiyyətlər verəcəkdir. Psixoqrammanı psixikanın yazı dili kimi təqdim etməklə biz müasir dilçiliyin imkanlarını genişləndiririk. Buna təsdiq olaraq yeni metodla – Alternativ Psixologiyanın Faza portret–sistem metodu ilə Dədə Qorqud haqqında alınmış şəkil-yazıların psixoqramma dili ilə oxunmasından alınan infolrmasiyaları misal göstərmək olar.
DƏDƏ QORQUD – TARİXİ ŞƏXSİYYƏTDİR
“Alternativ psixologiya” hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində alternativ yanaşmanın özünəməxsus xüsusiyyətlərini göstərir və intqerasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır. Hər bir xalqın yaradıcı şəxsiyyəti əslində onun informasion təbiətinin mənbəyi haqqında məlumat verir. AP elminin metodologiyası ilə çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da (Dədə Qorqud haqqında, Nuh peyğəmbər haqqında, Davinçı haqqında, Odin, Tusi haqqında, və s.) vardır.
2000-ci ildə “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubileyi ərəfəsində Dədə – Qorqudun 3 sayda faza portretini çəkdim. Dədə Qorquddan soraq verən şəkil yazılarda verilən məlumatlar olduqca zəngin və maraqlıdır. AP elminin faza portret-sistem metodikası əsasında Dədə Qorqud haqqında çəkilmiş (3 sayda faza portret) şəkillərdəki kodlu informasiyalarını, Faza portretdəki kodları açmaqla Dədə Qorqudun doğum və vəfatı tarixini də tapa bildim:- Dədə Qorqud 560-cı ildə anadan olmuş 819-cu ildə vəfat etmişdir.
Yaşar Saday oğlu İbadov
“Alternativ psixologiya”elminin müəllifi
Tibbi Bologiya Elmləri doktoru, professor
Oksford Universitetin Akademiki.
AMEA Folklor İnstitutunda“Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar təşkil olundu.Seminarda “Alternativ psixologiya”elminin müəllifi Tibbi biologiya elmləri doktoru, professor Oksford Universitetinin Akademiki Yaşar Saday oğlu İbadovun eyni adlı məruzəsi dinlənildi.
Seminarı giriş sözü ilə açan Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov məlumat üçün bildirdi ki, professor Y. S. İbadov “Alternativ Psixologiya” elminin müəllifidir. Müasir dövrdə multidissiplianar istiqamətdə elm sahələri çox inkişaf edir və böyük kəşfər müxtəlif elmlərin çarpazlaşmasında – kəsişməsində mümkün olur. Bugünkü dünyanın ən müxtəlif sahələrində çalışan alimlərin fəaliyyəti bu istiqamətdə diqqəti daha çox cəlb edir. Bu mənada “Alternativ psixologiya” elminin mədəniyyət, etnoqrafiya, psixologiya ilə yanaşı, bizim sahə ilə – folklorla da birbaşa əlaqəsi var: “Elmin ayrı-ayrı sahələri ilə bağlı olması bizim diqqətimizi cəlb elədiyi üçün Yaşar müəllimin məruzəsinə qulaq asmagı, onu dinləməyi qərarlaşdırdıq. Çünki sonrakı mərhələlərdə bu sahə ilə necə əlaqə qura biləcəyimizi yəqinləşdirmək olar”.
Mövzu ilə əlaqədar İbadovun nümayiş etdirdiyi video – slayd təqdim olundu.
Professor Y.İbadov Dədə Qorquddan soraq verən “Faza Portretlər” adlı monoqrafiyasını və “Dədə Qorqud Alternativ psixologiya elminin gözü ilə” kitablarını təqdim etdi. Tanınmış alim dörd dildə nəşr etdirdiyi II kitabında Dədə Qorqudun şəxsiyyəti ilə bağlı yeni tədqiqatların olması haqda kifayət qədər məlumat verib.
“ Alternativ psixologiya” elminin metodologiyası ilə çəkilmiş şəkil –faza portretlər əsasında Dədə Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış qorqudşünas alimləri və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb və bu barədə rəsmi şəkildə rəylər verilib. Sadalanan bu və digər elmi naliyyətləri həm respublikmızda, həm də dünyanın aparıcı ölkələrində yüksək mükafatlara layiq görülən Y.İbadovun məruzəsi və seminar üçün hazırlanmış video-prezentasiya materialı böyük maraq və məmnunluqla izlənilib.
AMEA Folklor İnstititunun “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmlər doktoru Ramazan Qafarlı, Y. S. İbadovun orijinal dəsti-xətti olan elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunub. O, Dədə Qorqudun faza portretinin yaradıcısı kimi elmdə yeni bir istiqamətin açılmasına xidmət edir. Orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan, azərbaycanlı alim Yaşar Saday oğlu İbadovun uğurları qürurvericidir. Sevindirici haldır ki, dünyada barmaqla sayılan qədər fenomen insanlardan biri kimi Yaşar müəllimi İzmirdə Türk dünyası yenidən kəsf etdi.”
Vurğulanan fikirlərə görə, Alternativ psixologiya hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində özünəməxsus alternativ yanaşma xüsusiyyətlərinə uyğun inteqrasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır.
Orijinal dəsti-xətti və elmi nailiyyətləri əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrimə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüdür.
22-24 Sentyabr 2022-ci ildə Sevastopolda keçrilən XVIII “YENİ ZAMAN” İxtiralar və Yeni Texnologiyalar Beynəlxalq Salonu tərəfindən “Dədə Qorqudun Faza portreti nümunəsində tarixi şəxsiyyətlərin Faza portretlərinin yaradılması metodikası” Qizil medala və Diploma layiq görülmüşdür.
Tədbirdə iştirak edən respublikanın əməkdar müəllimi, ADPU-nin EMT elmi işçisi Zülfiyyə Vəliyeva tanınmış alim Y. S. İbadovun irəli sürdüyü metodologiya ilə bağlı fikirlərini bölüşüb.
Seminarın sonunda Folklor İnstitutunun rəhbərliyi tərəfindən bir çox nəşrləri və diskləri hədiyyə edilib, xatirə şəkilləri çəkilib.
Daha dolğun materialı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
Bu gün juranalımızın redaksiya heyətinin üzvü, tanınmış şair, hörmətli alim, professor Mahirə Nağıqızının (Hüseynova) doğum günüdür! Şad günü münasibəti ilə Mahirə xanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun) filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur