AFƏT ŞAHİD. ALLAH.

AFƏT ŞAHİDİN YAZILARI

ALLAH

  • Mən görə bilməsəm də

Məni görən biriləri var…

Məni məndən yaxşı tanıyan,

Adı qəlbimə yazılı,

Şah damarımdan da mənə yaxın olan BİRi…

  • Susuzluqdan yanmış çöllərə, “mərhəmət”,- deyib inləyən çarəsiz qəlblərə, qəbirlərdən “imdad” ,-deyə səslənərək göyə uzanmış körpə qız əllərinə, əli-qolu bağlanmış, üstünə qaya, daş qoyulub əzilən, köz üstündə yeridilən, mal kimi alınıb-satılan kölələrə, ALLAHa şərik qoşub HAQQI bilməyənlərə, insan haqqı bilməyənlərə, haram (faiz) yeyənlərə, Doğru yoldan sapanlara, zinakarlara, oğrulara, əyyaşlara, çəkidə aldadan, qeybət qıranlara, halalı qoyub harama əl uzadanlara, cinlərə əsir olub cadu ilə  insan taleyi ilə oynayanlara GƏLdi MÜBARƏK QURAN!!!
  • Allahın YAZIsı müqəddəsdir. Yazısın (QURAN) ı təhrif edəni sevməz. Yazıları yandırmayın, onların ATƏŞi sizinkindən ÇOXdur
  • Allah ayıb bilməsəydi ÖLÜlərin ÜSTünə ÖRTük çəkməzdi.

TorPA(K)qla bizi ya Rəbb, mən səndən UTANıram.

  • Göydən ilmə-ilmə ENdi NAXIŞlar

RƏBBim SƏXAVƏTli, hər GÜN bağışlar,

AC qalANDA yada düşsün YAĞIŞlar.

SONu B(H)ərəkətdir, SONu NEMƏTdi

  • ALLAH ƏMR edir,

MƏLƏK lər YAZır,

Şeytan  pusur, fürsət axtarır

ADAM da öz bildiyini edir

Allah adamı ol.

  • Sorun olmasaydı sual olmazdı

         Sual olmasaydı cavab olmazdı

         Cavab gecikəndə sən kəndinə bax

         Yerə, Göyə,Buluda,

          bir də SƏSsizliyə bax

  • Taleyimin izi ilə YOL gedirəm,

hərdən   SAVAŞıram…

hərdən  BARIŞıram…

sonra GÖYə baxıb GÜLÜMSƏyirəm:

Ordan  necə görünürəm?…

  • SEVin bir-birinizi!

Qoy DÜŞMƏN çatlasın!

O heç əvvəllər də sevməmişdi

ADƏM babamızı,

HƏVVA anamızı,

HAMIMIZI….

  • Bitib tükənməyənin sorağındayam. BİRi Ondan XƏBƏR gətirdi VAXTı ilə, DE(:)di ki,Görünməyəni yalnız QƏLBinlə DUYa BİLərsən, yetər ki, onu təmiz saxla. Ən çətini də elə budu: Zibilliyin içində GÜL kimi QALmaq.
  • Bir parça çörəyi bir quşa yetirən ALLAH öz QULUnu heç AC BURAXMAz.  Nəfs-Nəfəs DƏNGƏmiz pozulmasın.

Dalğa nə QƏDƏR GÜClü gəlsə də ÇƏKİlə bilir. Bu ədəbdən əsirgəmə bizi ULU YARADAN!

  • Birini öldürməyə nə var ki, BACARırsansa DİRİlt onu, çətin OLanı budu. Rəbbim üçün çətin olan yoxdur:həm öldürür, həm dirildir.

Bizi Diri saxla, ey YERin GÖYün SAHİBi!

  • Sənin DOSTun Mənim də DOSTumdur. Dost doğrunu söylər, DOĞRU YOLa çəkər, ADına  ləkə gətirtməz. Həm səhvlərini(mi) DÜZəldər, həm (ruzi) bağışlar, həm də əhv edər. DOS(T)DOGRU YOL bəxş et bizə İLAHİ. Ən böyük DOST ALLAHdır!
  • ALLAHın SÖZü hər yerdə keçərlidir. AYAQ ÜSTə ölənə BAXsan tanıyarsan ÖZünü.
  • Yaradan ƏLini çəkdiyi ADama da YARATmaq GÜCü verir, gücün yetdi-yetmədi nəsə yaratma; altında  qalıb əzilərsən, malzemen çatmamış əlbət. KİTABı OXU, təhlükəsizlik QAYDAlarına  ƏMƏL et, yoxsa kəndini də, digərlərini də yakarsın adam olacaq hərif.
  • Göndərdiyi KİTABı hərf-hərf, sətir-sətir OXUyub ƏMƏL  ETmək ÜÇün

Mənə GÜC VERən ALLAH bir öyrənci kimi mənə bir MÜƏLLİM (s.a.s) də göndərdi, Yer Üzü hələ belə Müəllim GÖRməmişdi. HƏYATı BAHAsına şagirdərini QORUdu. SALAM OLSUN Ona. Əlhəmdulillah.

  • BİR GÜN SEÇİM qarşısında QALdı:

Ya Allahın Gözündən DÜŞ(əcəksən),

Ya da Elin DİLınə DÜŞ(əcəksən)

O ikİNCİni seçdi. 1500 ildir hələ də SEVİLir.

(p.s. Hz. Xədicə anamıza Cənnətdə tikilən EV İNCİdən)

  • Caynaqlarını mənə göstərib, dişlərini qıcırdadan şeytan, bil ki, MƏN BAŞ QOYduğum YERə ALLAH DAŞ qoyar, necə ki, ətrafında TƏVAF  ETmək hər kəsə yaraşmaz, ÜSTü ÖRTülü, qara ÇADRAlı görəndə bir az gen dayan, ağzın həmən sulanmasın.
  • Allah bir QAZAN VERdi Əlimə, ərzaqlarını da GÖNDƏRdi;mən fikirləşirəm YEməyi neçə nəfərlik edim ki,hər kəs DOYsun, SÜFRƏdən əliboş, AC gedən OLMAsın . YA Rəbb yardım et, resepti sən daha yaxşı bilirsən, duzu əskik, ya da şor olmasın;məni üzüqara eləmə…
  • EhtiyAC və möhtAC qardaş oldular, aclar bir SÜFRƏ (Quran)dən YEyərlər.
  • Məni tapmaq üçün bu qədər YOLları keçməli idin. İndi de görüm nə gətirmisən?…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir