
QAYTARAR
Bəzən gördüklərim salar heyrətə
Tülkü aslan olar düşsə xəlvətə
Qəlbinin qapısın açsan həsrətə
Alar sevincini qəhər qaytarar
Yığma hər günahı, yükü boynuna
Bu fani dünyanın qatıl oynuna
Alar yuxumuzu gecə qoynuna
Saxlayar əzizlər səhər qaytarar
Mərhəmət hissini odunda saxla
Şərəf, ləyaqəti adında saxla
Tək bir həqiqəti yadında saxla
İlana bal versən zəhər qaytarar
Müəllif: Şəfəq Vilayətqızı
Oxuyun >> Gözündə tük var