Yazar Azər Qismətin “İlbizlər” adlı yeni kitabı işıq üzü görüb
Bu barədə yazar özü YAZARLAR.AZ-a məlumat verib. O, bildirib ki, “Bizklub” nəşriyyatında çapdan çıxan kitabın təqdimatı 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq.
Bu münasibətlə yazar YAZARLAR jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatına layiq görülüb. Diplom 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq tədbir zamanı müəllifə təqdim olunacq. (Diplomu doğrulama lingi >>> LAUREATLAR)
Xatırladaq ki, Azər Qismət “Duman”, “Çuğullar”, “Xanım taksi” kitablarının müəllifidir.
AŞIQ ƏLƏSGƏRİN YARADICILIĞI TƏHSİLLƏNDİRİCİ VƏ TƏRBİYƏLƏNDİRİCİ AMİLLƏR KİMİ
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunur.
1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində Alməmməd kişinin ailəsində dünyaya göz açan Aşıq Ələsgər xalq şeirimizin çox görkəmli nümayəndələrindən biri kimi yetişmişdir.
Ələsgərdə şeirə-sənətə meyli təsadüfən yaranmamışdı. Atası dülgər olsa da, ara-sra bədhətən şeirlər deyərdi. Bayatı, gəraylı, qoşma söyləməkdə də mahir idi. Təbii ki, bütün bunlar balaca Ələsgərdə təsirsiz ötüşməmişdi. Ailə mühiti, Ağkilsə kəndinin təbiəti onu ilhama gətirmişdi.
Ailələri böyük, dolanışıqları çətin olduğundan Ələsgər bir müddət Kərbəlayi Qurbanın həyətində nökərçilik etmişdi. O, təhsil ala bilməmişdi. El şənliklərində olarkən, aşıqların dastanlarını dinləyə-dinləyə, adlı-sanlı aşıqlardan dərs ala-ala aşıq sənətinin sirlərinə yiyələnmiş, sonralar özü də yetişən aşıqların pütxələşməsində önəmli rol oynamışdır.
Səməd Vurğun Aşıq Ələsgərin xidmətlərindən danışarkən deyirdi: “Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, aşıq sənətimizin önəmli nümayəndəsi, qüdrətli söz ustası, aşıq yaradıcılığının qüdrətli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi planlaşdırılmışdır. Bu, görkəmli sənətkara verilən dövlət qayğısının, xalq sevgisinin əlamətidir.
Aşıq Ələsgər çoxsaylı müxəmməs, təcnis, dodaqdəyməz, gəraylı, cığalı, qıfılbənd, divani və s. müəllifidir. Həmin şeir nümunələrində təbiət gözəlliklərinin, gözəllərin vəsfi ilə yanaşı, şəxsiyyətin təşəkkül tapıb Vətənin layiqli və ləyaqətli övladları kimi formalaşmasına kömək göstərəcək tərbiyəvi fikirlər, nəsihətlər, məsləhətlər vardır. Onları nəzərdən keçirək:
Həcvlər və hərbi-zorbalar seriyasından qələmə aldığı “Xəbərin varmı?” həcvində deyilir:
Nə zaman ki, gəldim sizə,
Mail oldum qaşa, gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?!
Aşıq pinti, tənbəl qadınları tənqid edir. Qəfil gələn qonaq evdə “Zibilin dizə çıxdığını” görür. Həmin həcvdə eyni zamanda qeyd olunur:
O vədə ki, gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?!
Sən demə, haqqında danışılan qadın nəinki pinti və tənbəl imiş, eyni zamanda kobud və söz eşitməz, qanmaz (“Qabırğası qalın oldun”) imiş, qayınanasına zülm edirmiş (“Qaynanana zalım oldun”).
Aşıq Ələsgər insanları nikbin olmağa, bədbinliyə qapılmamağa çağırırdı. Elə şəxslər var ki, çətinliyə, dara düşəndə, şərlə üzləşəndə, necə deyərlər, əl-ayağı yerdən üzülür, dünya başına dar olur. Aşıq Ələsgər belələrini nəzərdə tutaraq deyirdi:
Yaxşı günün olurmuşsa yamanı,
Yaman günün yaxşı halı varıymış.
Dahi sənətkar haqqı nahaqdan, düzü əyridən, yaxşını pisdən ayırmağı, qiymətləndirmənin düzgün aparılmasını vacib bilirdi. Fikir verək:
Haqq sözə gərəkdi, düz qiymət olsun,
Qiyməti vеrməyə mərifət olsun.
Odur ki, insanlardan – insanlıq, hamıdan – səxavət tələb edirdi. Cah-cəlala əsasən insanları dəyərləndirməyi məsləhət görmürdü.
Aşıq Ələsgərin “Bu dünyada üç şey başa bəladır” qoşmasında son dərəcə güclü tərbiyəedici imkanlara malikdir. Həmin üç şey hansılardır? Aşıq Ələsgərə müraciət edək:
Bu dünyada üç şеy başa bəladı;
Yaman oğul, yaman arvad, yaman at.
Bəs bu üç “şey”lə necə davranmalı? Dahi sənətkar əlacı aşağıdakı tədbirlərdə görür:
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.
Lakin nəzərə almaq lazımdır ki, Aşıq Ələsgər yuxarıdakı tədbirləri irəli sürməklə hökm vermir. Övladın da, arvadın da tərbiyəsi ilə məşğul olmaq lazımdır. Oğulu boşlamaq, arvadı boşamaq olmaz. Çalışıb dil tapmaq lazımdır. Bu, bizim qənaətlərimizdir. Aşıq Ələsgər də bizimlə razılaşardı. Heç o da övlada arxa çevirməyi, ciddi səbəb olmadan həyat yoldaşını boşamağa razı olmazdı.
Böyük sənətkar insanlardan mərifət, qanacaq umurdu. Onların nəzakətli, istiqanlı, mehriban, şirindil, qayğıkeş olmalarını istəyirdi. Bu xüsusda sazını sinəsinə basaraq səsini ucaldırdı. “Gərəkdi” qoşmasından:.
Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.
O, həqiqət carçısı olanları, nəfsini basa bilənləri, şeytanın felinə uymayanları, el-obada alnı-açıq, üzüağ dolananları, xoş sədası gələnləri xoşlayır, onları təqdir edir, bu xüsusda deyirdi:
Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Bu qoşmaya da diqqət yetirək (“Görmədim” qoşmasından):
Bivəfanın, müxənnəsin, nakəsin
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qеyrətin, arın görmədim.
?-dan göründüyü kimi, bivəfalar, müxənnəslər, nakəslər, namərdlər Aşıq Ələsgərin gözünün düşməni idi. Ona görə ki, o, “bivəfada, müxənnəsdə, nakəsdə” heç zaman “doğru söz, düz ilqar görmür” və görə də bilməz. Bu şəxslər xəbisdirlər, düzəlməzdilər.
Aşıq Ələsgər dostluğa, həqiqi dosta yüksək qiymət verir, eyni zamanda “yеtəni özünə dost еyləməyi” də məqbul sanmır.
Bu misralar “Olmaz” qoşmasından götürülmüşdür:
Bir mərd ilə ağı yеsən, şirindi,
Yüz namərdlə şəkər yеsən, dad olmaz.
?-dən göründüyü kimi, dahi sənətkar mərdliyə xüsusi önəm verir, namərdliyi lənətləyirdi. Belə qənaətə gəlirdi ki:
Hеç namərdin adı gəlməz hеsaba,
Mərd bir olar, onda iki ad olmaz.
Biz Aşıq Ələsgərin zəngin yaradıcılığının bəzi məqamlarını yada saldıq. Ümumi qənaətimiz belədir ki, görkəmli sənətkarın əsərləri həmişə özünün təhsilləndirici və tərbiyələndirici imkanlarını özündə saxlayır.
Müstəqil Azərbaycanımızın memarı, Ümummilli liderimiz HeydərƏliyev zirvəsi! Bu zirvədən baxanda Ulu öndərin saldığı və gələcəyəböyük inamın təntənəsi olan yollarda mətin addımlarla irəliləyənvə millət atasının arzularını uğurla gerçəkləşdirən möhtərəmprezidentimiz İlham Əliyevi görürük!
Hakimiyyətdə olduğu illərdəo, Azərbaycanımızın şan-şöhrətini bütün dünyaya yayıb,iqtisadiyyatımızı dirçəldib və misli görünməmiş qüdrətə çatdırıb,ordumuzu gücləndirib, sənayemizi inkişaf etdirib.
İlhamƏliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət büdcəsidəfələrlə artmışdır və artmaqda davam edir. DövlətlərinAzərbaycana böyük maraqları var, bir-birinin ardınca neçə-neçə ölkərəhbəri, iş adamı respublikamıza gəlib müxtəlif sazişlər, müqavilələrimzalayır, diplomatik əlaqələr yaradırlar. Hər dəfə bu böyük şəxsiyyətin – İlham Əliyevin müxtəlif səviyyəli tədbirlərdə, ayrı-ayrı dövlət başçılarıilə görüşlərində məruzə, çıxış və nitqlərini dinləyəndə, məntiqli, aram-aram, təmkinlə, mahir diplomat və uzaqgörən siyasətçi kimi söhbətlərini, mülahizə və mühakimələrini eşidəndə heyran qalır, Azərbaycan vətəndaşı olmağımıza görə iftixar və qürur duyuruq.
Azərbaycan regionda lider dövlətdir. Bu xüsusda cənab İlham Əliyev deyir: “Azərbayjan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir… İndi Azərbaycan bütün sahələrdə bir ölkə kimi nümunə olubdur… Bizim iştirakımız olmadan regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji, nə də siyasi məsələ”.
Həmin sözlərdə dərin həqiqət vardır.
Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına da xüsusi diqqət və qayğı göstərmiş və hazırda da diqqət və qayğısını əsirgəmir.
İnsan elm və təhsil sahəsində kamilləşir, onun dünyagörüşü genişlənir, cəmiyyətin həyatında yaxından iştirak edir, hörmət və nüfuz sahibi olur. Ölkəmizi savadlı, elmli adamlar irəlilədir, dünyaının qabaqjıl, inkişaf etmiş ölkələri sırasına çıxarır. İlham Əliyev insanın, cəmiyyətin həyatında təhsilin rolunu həmişə görmüş və yüksək qiymətləndirmişdir. Hələ 2000-ci ilin mart ayında Azərbayjan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işlərkən, millət vəkili kimi Bakı Dövlət Universiteti tələbələri ilə görüşündə demişdir: “Tələbəlik illərindən çox səmərəli istifdə etmək lazımdır. Çünki müasir həyatda hər şeyi bilik və təcrübə həll edir. Əgər 20-30 il bundan qabaq əsas məsələ – deyə bilmərəm ki, hamı üçün, amma bir qrup adamlar üçün – əsas məqsəd diplom almaq idisə, indi sənin lap 5-10 diplomun olsa da, biliyin, savadın yoxdursa o diplomlar sadəcə kağıza çevrilir. İlk növbədə bilik, təcrübə və həvəs olmalıdır – əsas amillər bunlardır”.
Ona görə də cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan təhsilinin inkişafını diqqət mərkəzində saxlamaqdadır. Dövlət bücdəsindən təhsilə ayrılan xərcclərin artırılması, pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsi, şagird və tələbələrlə təlim və tərbiyə işlərinin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırıması, istedadlı uşaqlara qayğı və onların qabiliyyətlərinin qiymətləndirilməsi, tədris ocaqlarının inşaası və əsaslı təmiri və s. deyilənlərə əyani sübutdur.
Möhtərəm Prezident cəmiyyətin həyatında, ölkəmizin inkişafında və tərəqqisində, xalqın yüksəlişində, maariflənməsində təhsilin böyük imkanlarını görmək və qeyd etməklə kifayətlənmir, bu istiqamətdə konkret tədbirlər görür və əhalinin geniş təbəqəsinin, aidiyyəti şəxslərin və təşkilatların təhsilin təşkili və idarə olunmasındakı məsuliyyətini nəzərə çatdırır. Cənab Prezident göstərir: “Bütün işlər məhz məktəbdən başlayır və məktəbdə təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.
İlham Əliyev təhsilimizin inkişafında dünya tərcübəsindən bəhrələnməyi lazım bilir, müxtəlif ölkələrin ali məktəbləri ilə dostluq və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir və bu sahədə fəal təşəbbüs göstərir. Onun bu səyini xarici ölkələrin səlahiyyətli nümayəndələri də etiraf edirlər. Belə ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski İlham Əliyevə universitetin fəxri doktoru diplomu təqdim edərkən demişdir: “Azərbayjan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir”.
Belə dostluq və birgə əməkdaşlığın bariz nümunəsini Prezidentimizin Bakı şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında 15 yanvar 2008-ci ildə imzaladığı sərəncamda görmək mümkündür. Sərəncamda deyilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiya prosesi sürətlənir. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır”.
Möhtərəm Prezidentimizin bu kimi xeyirxah, uzaqgörən və faydalı təşəbbüsləri xalqımızın, uşaq, yeniyetmə və gənclərin təhsilə yaxından bağlanmasına şərait yaratmaqla yanaşı, xarici dövlətlər tərəfindən də təqdir edilir və yüksək dəyərləndirilir. İlham Əliyev M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral, 2008), İordaniya Universitetinin (29 iyul, 2007), Macarıstanın nüfuzlu Korvinus Universitetinin (18 fevral, 2008), T. Şevçenko adına Kiyev Milli Universitetinin (2008) və başqa universitetlərin fəxri doktoru seçilmişdir.
İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizin iqtisadi uğurlarından sosial məsələlərin, təhsilin problemlərinin və s. həllində səmərəli istifadə olunur. Bu, təsadüfi deyildir, çünki “bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. … Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir” (İlham Əliyev).
Möhtərəm Prezidentimiz şagirdlərə məktəbdə tədris olunan bütün fənləri yaxşı öyrənməyi tövsiyə edir, Azərbaycan dili və ədəbiyyatın rolunu xüsusi qeyd edir. Cənab İlham Əliyevin sözləridir: “Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl öyrənməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar”.
Cənab İlham Əliyev ölkənin inkişafında elmi-texniki tərəqqinin, texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır. Prezidentimiz bu barədə deyir: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Odur ki, cənab Prezident ümumtəhsil məktəblərinin siniflərin komputerləşdirilməsinə ciddi əhəmiyyət verir. Bu barədə deyir: “Bilikli, savadlı uşaqlar, gənlər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Məktəblərdə kompüter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”.
Möhtərəm Prezidentimiz xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir (“Hər bir gənc xarici dilləri bilməlidir”). Cənab İlham Əliyev özü də xarici dilləri dərindən bilir, yüksək kürsülərdə, mötəbər məclislərdə, nüfuzlu görüşlərdə ingilis, türk və rus dillərində heyrət doğuracaq aydınlıqla, sərbəst, təmkinlə danışır, fikrini sərrast, məntiqli ifadə edir.
Cənab Prezident müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini yüksək dəyərləndirir. Bu xüsusda deyir: “Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir… Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olnması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır”.
Qabaqcıl məktəblərin; nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa pedaqoji ustalığa malik olan, şagirdlər və valideynlər, pedaqoji ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış müəllimlərin fəaliyyətini qiymətləndirmək cənab Prezidentin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir.
İlham Əliyev istedadlı uşaqları xüsusilə diqqət mərkəzində saxlayır, onların yaradıcı qabiliyyətlərini, istedad və bacarıqlarının hər vəchlə inkişaf etdirilməsinə qayğı göstərməyi və bunun üçün əlverişli şərait yaradılmasını vacib hesab edir, onların ruhlandırılması, həvəsləndirlməsi ilə bağlı tədbirlər görür.
Ölkə Prezidenti məktəb tikintisinə də ciddi fikir verir və bu sahədə “Heydər Əliyev Fondu”nun səmərəli fəaliyyətini də xüsusi vurğulayır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir”.
İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda yüzlərlə yeni məktəblər tikilmişdir. Görülmüş işlərin faydasından danışarkən cənab Prezident göstərir: “Bu böyük nailiyyətdir və davam etməkdədir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”.
Cənab Prezident şagirdləri və tələbələri yaxşı oxumağa çağırır və göstərir ki, tələbə üçün əsas stimul oxumaq olmalıdır. Eyni zamanda qeyd edir: “Bilirsiniz, mən başa düşürəm ki, bəzi hallarda təqaüd çatmır. Mən özüm də tələbə olmuşam, mən də ayda 45 manat təqaüd alırdım və təqaüdlə yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq eyni zamanda təqaüdü əsas amil kimi götürmək, məncə, düzgün olmazdı. Siz həyatda ilk addımlarınızı atırsınız. Sizin əsas stimulunuz bu olmalıdır ki, yaxşı oxuyasınız, yaxşı bilik alasınız və gələcəkdə yüksək maaşlar alasınız”.
Bu gün Azərbaycanımız dünya dövlətləri arasında şərəfli və öncül yer tutur. Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Elm, təhsil, mədəniyyət və incəsnətimiz də, sənayemiz, nəqliyyat, iqtisadiyyatımız da, hərbi qüdrətimiz də fərəh doğurur. Şəhərlərimiz, rayonlarımız abadlaşır, gözəlləşir.
Bütün bu uğurlarımızın çoxuna möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olmuşuq!
30 ilə yaxın bir dövr idi ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan erməni faşist işğalçılarının tapdağı altında idi. Dünya dövlətləri susurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) tərəfgördülük edir, ermənilərin mövqeyini müdafiə edirdilər. BMT-nin erməni işğalçılarının, erməni ordusunun qeydsiz-şərtsi Azərbaycan ərazisindən çıxmasını tələb edən 4 qərarı yerinə yetirilmirdi.
Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azırbaycan Ordusu hərəkətə gəldi. Ermənilərin 6 il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu.
Buna görə cənab İlham Əliyevə minnətdarıq! İndi həmin şəhər, rayon və kəndlərimizdə quruculuq işləri həyata keçirilir.
Cənab İlham Heydər oğlu Əliyevin 60 yaşı tamam olur. Biz möhtərəm Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi, suverenliyi, tərəqqisi, xalqımızın rifahı və təhlükəsizliyi yollarındakı səmərəli fəaliyyətinə görə ona uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!!!
Cənab Prezidentimiz həmişə var olsun!!!
Müəllif:Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Təhsil İnstitutununelmi katibi, respublikanın Əməkdar müəllimi.
Səma ilə ilk tanışlığı iki il əvvəl, sosial şəbəkədə olmuşdu. Əslində dostluq təklifini də qızın özü etmiş, “messenger”lə göndərdiyi bir neçə şəkil aralarında ilıq münasibətlər yaratmışdı. Hələ üzünü görməsə də ürəkdən vurulmuşdu qıza. Telefonla tez-tez danışırdılar. “Vatçap”da görüntülü danışıqlar davam etdikcə, ən gizli sirlərindən də halı olmuşdular… Səma Bakıya yaxın qəsəbələrdən birində yaşayırdı. İlk virtual tanışlıq zamanı dediyinə görə özəl ali məktəblərdən birində oxumuş, valideyinlərinin təhriki ilə yaxın qohumlarından birinin oğlu ilə nişanlanmış, toylarının üstündən heç bir il keçməmiş ayrılmışdılar. Səma özü imtina etmişdi bu evlilikdən. Günahı ərə getdiyi oğlanın özündən çox, onun valideyinlərinin ayağına “yazmışdı”. Qızın dediklərindən bilmişdi ki, gəlin köçdüyü ailənin imkanları geniş olsa da, buradan dava-dalaş əskik olmurdu. İki baldızından biri-böyüyü-iki il qabaq qonşu ölkələrdən birinə qaçıb getmiş, elə o vaxtdan da, ondan heç bir soraq gəlməmişdi. Qızların balacası isə orta məktəbi bitirən kimi ata-anasından xəlvət varlı bir kişi ilə bir müddət gizli yaşamış, ondan ayrılandan sonra isə, şəhərdəki gecə barlarının birində işə düzəlmişdi. Həmin qız da ata-ana tənbehindən bezərək, günlərin birində evi tərk edib harasa çıxıb getmişdi. Arabir anası ilə danışanda gürcüstan əsilli birisiylə ailə qurub, Rusiyada yaşadığını deyirdi. Səmanın əri də bu ailənin “zay” törəməsi idi. Narkaman dostları ilə gəzib dolaşır, evə qayıdanda da, hamının canını boğazına yığırdı… Səma bu müsibətə cəmisi on bir ay tab gətirə bilmişdi. Valideynlərinin etirazına baxmayaraq, ər evini tərk edərək geri qayıtmışdı. Atası bir müddət onunla küsülü qalsa da, axırda övladının taleyi ilə barışmalı olmuşdu. Əslində, anasına dediyi kəlmələr atasının qulağına çatandan sonra kişi vəziyyətin ciddi olduğunu, qızın evdən baş götürüb gedəcəyini anlayaraq güzəştə getmişdi. Ürəyində düşünmüşdü ki, onsuz da Səmanın dönük taleyinin səbəbkarı özüdür, sonrakı biyabırçılıqdansa, elə bəri başdan övladına arxa-dayaq olub, onun incik könlünü şad etməyə çalışmalıdır… Ailənin günü-güzəranı pis keçmirdi. Atası uzun müddət yaxın xaricdə hərbçi olduğundan yüksək pensiya alır, şəhərin ucqar yerlərindən birində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. On nəfərə yaxın işçisi var idi, həm ailəsini, həm də öz işçilərini dolandırmaq imkanında idi… Səma bir müddət evdə oturub, gücü çatdığı qədər anasına kömək edirdi. Günlərin birində işləmək arzusunda olduğunu evdəkilərə bildirəndə əvvəlcə atası bir az yumşaq şəkildə dedi: – A qızım, Allaha şükür, kasıb deyilik, ən yaxşı evlərdən birində yaşayırıq, Bağ evimiz, minik maşınımız da var. Sənin işləməyinə ehtiyac yoxdur axı! Səma həmin vaxt kipriklərindən süzülən göz yaşlarında boğula-boğula söyləmişdi: -Ata, onsuz da mənimki heç əzəldən gətirməyib. Evdə qalıb neyləməliyəm ki, Allaha şükür özün demişkən pula ehtiyacımız yoxdur, qardaşım və məndən böyük bacım ailə qurandan sonra köçüb Rusiyada yaşayırlar. Sənin oradakı keçmiş dostlarının köməyi ilə əlləri bir parça çörəyə çatıb. Burada qalıb işləməyimi istəmirsənsə, qoy gedib onlardan birinin yanında qalım. İnsafən bu dəfə anasıının özü də Səmanın tərəfini tutdu: -Qızım, atanın elə deməyinə baxma, sənsiz yaşaya bilməz, axı evdə səndən başqa kimimiz var ki? Allah qardaşının-bacının canlarını sağ eləsin, ayamda-sayamda bir dəfə üzlərini görürük. Sən də çıxıb gedəndən sonra bəs, biz kimin umuduna qalacağıq? -Yaxşı, qızım, bu dəfə çalışacağam ki, sən deyən olsun, ancaq mənə bir az möhlət ver. İndi hər adama etibar etmək olmur. Çalışacağam ki, sənə adımıza layiq bir iş tapım. Atası idi bu sözləri deyən… Aradan üç ay keçsə də iş barədə söhbət bir daha təzələnmədi. Səma bunu üzə vurmasa da, atasından hələ də cavab gözləyirdi. Evdə bekar oturmaqdan yorulmuşdu, Sosial şəbəkədə elə də çox dostu-tanışı yox idi. Əslində başı daşdan-daşa dəyəndən sonra hər adama inanmırdı. İlk evlilikdən sonra qəlbinin dərinliklərinə qədər gedib çıxan psixoloji zədə sağalmaq bilmir, onu haldan-hala salırdı. Yasinlə xəyali tanışlıqdan sonra əhvalında bir az müsbət əlamətlər hiss olunmaqda idi. Ər evində eşitmədiyi şirin kəlmələri onun dilindən eşitdikcə hiss edirdi ki, sevgi adlı bir dəfedilməz qüvvə onun cismində peyda olmaqdadır… Yasin ailənin ikinci övladı idi. Uşaq vaxtlarından atasız böyümüşdü. Ağır yol qəzası zamanı həlak olan atasının üzünü doyunca görə bilməsə də, həyatın sərt üzündən yetərincə halı idi. Böyük qardaşı dolanışıq dalınca xarici ölkələrdən birinə üz tutmuş, elə həmin yerdə də türk əsilli bir qızla ailə həyatı qurub yaşayırdı. Özünün deməsinə görə vəziyyəti yaxşı idi. Arabir anası ilə, bəzən də onun özü ilə danışırdı. Hələ geriyə qayıtmaq fikri yox idi. On üç yaşlı sonbeşik bacısı məktəbli idi. Şamaxının qədim məhəllələrinin birində babasından qalma bir evdə yaşayırdılar. Anası məktəblərdən birində xadimə, özü isə çörəkbişirmə sexində işləyirdi. Başqaları ilə müqaisədə dolanışıqları babat idi. Anasının son vaxtlar giley-güzarı dilindən əskik olmurdu: -Bilmirəm heç nəyi gözləyirsən, sənin tayların çoxdan oğul-uşaq sahibi olublar. Bəlkə, qız kimi evdə qarıyıb un çuvalına tay olmaq istəyirsən? Yaşın bu gün-sabah otuzu haqlayacaq. Sən doğrudanmı özümüzə bab bir qız tapa bilmirsən? Əgər belədirsə, mən “arşın malçının” sözü olmasın, çadramı başıma örtüb sənə qız axtarım? Yaxşı yadındadır, həmin vaxt Yasin anasını bağrına basandan sonra, onun vaxtsız ağarmış saçlarından öpərək demişdi: -Darıxma, ana, tezliklə səni sevindirəcəyəm. Ana isə köksünü dərindən ötürərək ona xeyir-dua verib pıçıldamışdı: -Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,-mənim gəlinim-halal süd əmənlərdən biri olsun… Səma ilə ilk dəfə “kukla teatrının” qarşısında görüşmüşdü. Köhnə dostlar kimi bulvarda əl-ələ tutub xeyli gəzişəndən sonra, “Mirvari” kafesində çay içmişdilər. Həmin gün ilk dəfə görüşərkən qızın dediyi sözləri sonralar dönə-dönə xatırlamışdı: “Yasin, könlümü sənə verirəm, başıma gələnlərdən halısan, etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” Eşitdiyi kəlmələr onu ruhən silkələsə də, cavabı gecikməmişdir: “Sən nə danışırsan, Səma, mən sənin taleyindən yaxşı halıyam, bununla belə əhdimdən-ilqarımdan geri dönən deyiləm, İnşallah, özün də buna şahid olacaqsan!”… Növbəti görüşlər onların arasındakı sədləri büsbütün yox eləmişdi. Fürsət tapan kimi, xəlvəti bir yerə çəkilib bir-birlərinin boynuna sarılır, illər ayrısı kimi qucaqlaşırdılar. Bir-iki dəfə gözdən uzaq bir yerdə nahar da etmişdilər. Ad günü ərəfəsində görüşəndə Yasin qıza kiçik bir hədiyyə də almışdı. Bundan artığına onsuz da gücü çatmazdı… Günlər ötüb keçdikcə Yasin qıza elə bağlanmışdı ki, onsuz yaşayacağını heç təsəvvürünə də gətirmək istəmirdi. Ancaq qız nədənsə çox vaxt fikirli olur, Yasinin arzuladıqlarına rəğmən bəzən özünü qeyri-adi aparırdı. Səmanın laqeydliyini əvvəllər üzləşdiyi arzuolunmaz ailə həyatı ilə ilgili olduğunu düşünəndə ürəyində deyirdi: “Yəqin ki, keçirdiyi sarsıntının izləri hələ də qəlbindən silinməyib. Baxanda, yaxşı qıza oxşayır, çox yaraşıqlıdır, düşünürəm ki, hər şey axırda istədiyim kimi olacaqdır!” Yasin Şamaxı ilə Bakının arasını su yoluna döndərmişdi. Səmadan ötrü dəli-divanə idi. Xəyallarında yer alan arzuladığı xoş günlərini Səmasız təsəvvürünə gətirmirdi. Təkcə nigarançılığı anasının verəcəyi rəydən, sevdiyi qızın boşanmış birisi olduğunu biləndə deyəcəyi sözlərdən idi. Ancaq bununla belə, Səmaya bəslədiyi sevgisinin yolunu heç xətrini dünyalar qədər istədiyi anası da kəsməyə qadir deyildi. Bilirdi ki, ürəyində anası onunla razılaşmasa da, gec-tez onun xətrinə güzəştə gedəcəkdi. Səma ilə evlənəcəyini qət edəndən sonra, aldığı əməkhaqqınından toy xərci üçün vəsait də toplamışdı. Bu vəsait yetərincə olmasa da, böyük qardaşının toya gəlməsə də, pul göndərəcəyinə əmin idi. Elə də daşürəkli deyildi qardaşı… Səma ilə növbəti dəfə görüşəndə toylarından da söhbət açmışdı. Qızın razılığını alandan sonra elçi göndərmək fikrində idi. Nədənsə Səma bu dəfə onunla bir az soyuq görüşdü. Səbəbini soruşanda dedi ki, şəhərdəki uşaq baxçalarından birinə işə düzəlib. Bir az vaxt istədi ki, özünə gəlib görsün ki, əli işə yatırmı? Ayrılanda da onu bir az soyuq tərzdə yola saldı. Dənizlə Nargin adasına gedib geri qayıdan gəmi ilə yarımsaatlıq gəzintidən də boyun qaçırıb: “İncimə, Yasin,-dedi-işdən icazəsiz çıxmışam, tez qayıtmalıyam!..” Sonuncu dəfə görüş üçün paytaxta gələndə, dəfələrlə etdiyi telefon zənginə cavab almadı. Qızın iş yerinin harada olduğunu bilsəydi oraya gedərdi. Ancaq Səma işlədiyi baxçanın ünvanını ona bildirməkdən imtina eləmişdi… Ürəyini tuta-tuta çox məyus halda geri qayıtdı. Günün müxtəlif vaxtlarında etdiyi zənglərdən sonra ancaq mobil telefonundan eyni sözləri eşitdi: “Zəng etdiyiniz telefon nömrəsi ya söndürülmüş, ya da əhatə dairəsindən kənardadır!.” Az qala ürəyi partlamaq dərəcəsində idi. Yazdığı mesajlar da cavabsız qalmışdı. Nə edəcəyini bilmirdi. Ertəsi gün, Səmadan üzücü bir cavab gəldi: “Yasin, məndən incimə, artıq yolun sonuna gəlib çıxmışıq. Buradan o tərəfə səninlə birgə getmək fikrim yoxdur, səbəbini soruşsan da deməyəcəyəm!.. Yasini elə bil, qəfildən ildırım vurmuşdu. Əlləri əsir, dili söz tutmurdu. Səmaya sonuncu dəfə nəsə yazmaq istəyəndə, anladı ki, qız onu dostluqdan silmiş və telefon nömrəsini bloka atmışdı… Nə qədər fikirləşsə də, Səmanın gözlənilməz hərəkətinin yozumunu tapa bilmədi. Anasının sözləri yadına düşdü: “Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,- mənim gəlinim-halal süd əmənlərdən biri olsun!..” Qəlbinin bulud harayını pışıltıyla dilinə gətirdi: “Düz deyirmişsən, ana, mən Səmanın kimliyini öyrənmədən, ona könlümü verdim. Gərək onun ilk dəfə mənə dediyi: “Etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” kəlmələrindən nəticə çıxaraydım. Heç demə bu kəlmələr müəmmalı məhəbbətin gizli kodları imiş! Sən etibarlı idinsə niyə belə etdin, Səma?..
Kulis.az “İlin hekayəsi”müsabiqəsində 20-liyə (archive.vn) düşmüş hekayələri təqdim edir. Xatırladaq ki, aşağıdakı siyahı münsiflərin anonim səsverməsindən sonra 209 hekayə arasından seçilib.
Qeyd edək ki, münsiflərin adları müsabiqənin mükafatlandırılma mərasimində açıqlanacaq.
Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən bütün hekayələrin (archive.vn) siyahısını təqdim edir. Bu siyahıdan hər iştirakçı öz hekayəsini asanlıqla tapa və linkə daxil ola bilər.
Qarabağ döyüşlərində qəhrəmancasına varlıqlarını qurban verənlərin əbədi xatirəsinə:
Üç gün idi kəndi erməni quldurlarından təmizləiyb, mərkəzlə əlaqə saxlamışdılar, quvvə göndərsinlər. mərkəzdən ona qəti cavab verməiyb demişdilər: “görək nə edə bilərik.”
Üç gün idi kəndin ətrafına gözətçi qoyüb və özləri kəndin körpü kənarında olan yeməkxanada yerləşib mərkəzlə əlaqə yaratmağa çalışırdılar. Əlaqə yaranmırdı. Bütün dəstə təşviş içındə idi. “Bəlkə mərkz ələ keçib, odur ki cavab vermirlər” Bir an ürəıyəndən keçdi. ürəıyndəkını dilinə gətirmədi. Yeməkləri qurtarmaq üzrə idi. Telçi bir an dəstəiy yerə qoymürdü. Ancaq o tərəfdən cavab gəlmirdi.
Səhərə yaxın hava soyuqlamışdı. Tək-tək qar ələnırdı. postdan gələn gözətçilar yatırdılar. Hava ayazılayıb çiskin kəndin və yeməkxananın üzərındən çəkilirdi. Onbeş-iyirmi metirlik aydınca görünürdü.
Birdən kəndin yuxarı başında atışma başladı. Tez ayağa durub iki nəfər o tərəfə göndərdi: “Tez olun siz ikiniz yuxarıya gedin. bizdə o bırı postları möhkəmləndirməliyik.” – dedi.
Neçə an keçmədən kəndin aşağı tərəfində də atışma başladı. Atş səsləri çoxaldı. postlara kömək yolladı. Hər posta bir başçı təyin edib və tapşırıq verdi: “Çalışın quldurları kəndin içərisinə çəkib dərslərini verin.”
Atışma güclənmişdi. Pilimiyotlar bır an səngimirdilər. Hava ışıqlanıb ətraf aydınca görünürdü. Erməni quldurları böyük bir neçə dəstə ilə bunlara hucüm etmişdilər. Onların sayı qat-qat bunlardan artıq idi. Güclü silahlarla təchiz olunmuşdular. Quldurları kəndin içərisinə çəkib böyük tələfata məruz qoymuşdular. Döyüş şidətlə davam edirdi. Mərmiləri qurtarmaq üzrə idi. Postlara xəbr göndərdi: “Mərmilərinizdən yetərincə yararlanın. Mühasirəiə alınmışıq. Son mərmi bizi onların əlindən qurtarmalı dır. Onlar gərk bizə qalib gəlməsinlər. Biz ölümümüzlə onları nakam qoymalıyq.”
İrəlidə ermənilər hucuma başlamışdılar. hər tərəfdən atş yağırdı. Getdikcə sayları azalırdı. Geri çəkildilər. Yeməkxana arxadaydı. Özlərini yeməkxanaya yetirib ikinci qata qalxdılar. Üç nəfər qalmişdilar. Divarları özlərinə səngr edib pəncərədən onları atşə tutdular. Ermənilər xəzl yarpağı sayağı yerə tökülürdülər. Ancaq beşi ölürdüsə, altısı yerini tütürdü.
Ermənilər qumbara atdılar. Yeməkxananı toz-tustu və barıt qoxusu bürüdü. İçəridə qalmaq mümkün olmadığından özünü yeməkxananın bayırına saldı. Yeməkxananın manqalı onun gözünə çarpdı. Oranı yaxşı tanıyrdı. Buranın ustu manqal və aşağısı kömür anbarı idi. Manqal dörd dəmir ustündə ətrafı taxtayla örtülmüşdü. Enı bir metir ozunu iki və ucalığı yerdən həştad santim idi. Çox kömür tütsün deyə içərısini ovub bir metir yerdən aşağı salmışdılar. Özünü oraya yetirib kömür taylarının altında gizləndi. Atş səsi azalırdı. Bırazdan yeməkxananın pilləkənlərindən ayaq taqqıltıları eşidildi. Deməli bütün yoldaşlarını itirmişdi.
Yerindən tərpənmirdi. Nəfəsini sinə buşluğunda həbs etmişdi. Bütün hissləri ilə bayiri dinşəiyrdi. Taxtanın cırığından bayiri görürdü. Quldurlar gəl-get edirdilər. O onların ayaqlarını, dizdən aşağı görürdü.
Erməni başçısı “sıraya düzülün” -deyə səsləndi. Dəstə sıraya düzüldü. Əllı-altmış nəfər olardılar. Neçə nəfər səsləiyb tapşırıq verdi: “Bütün kəndin bur-bucaqlarına kimi dolaşın. Bir şey nəzərdən qaçmasın” -dedi. Dəstəiə rahatlıq verdi. Hərə öz durduğu yerdə sərələndi. Başçı ona yaxın olduğundan bütün əmrlərı ayndınca eşidirdi.
Gedənlər bir-bir qayidib raport verdilər: “Bütün kənd zərərsizləşib. Bu kənd bizim əlimizdə olduğundan onlar əks hucumla kəndi ələ keçiriblər. Sayları az olduğundan kəşfıyatçıimışlar. Heç biri canını sağ qurtara bilməiyb. Yaralılarıda yoxdur. Bütün kənd və öndəki kənədlərdə bizim əlimizdədir”.
Başçı telçini səslədi: “Qərargahla əlaqə saxla” -dedi. Telçi əlaqə yaradib dəstəiy ona verdi: “Bütün kənd ələ keçib. əllı nəfərə yaxın itirmişk. Ondürd nəfər ağır yaralı dir. Əmrinizi gözləiyrəm.” Telin o tərəfində danışanın sözlərini eşidə bilmədi. “Baş üstə, əmrinizə əməl olunur.” -deyə dəstəiy telçiyə verdi.
Başçı dərhal xəbrdarlıq verdi. hamı öz yerində sıraya düzüldü. “İrəlidə ağır döyüş gedir. bizimkilər tab gətirməiyb, geri çəkilirlər. Onların bizim köməimizə ehtıyacı var. On kilometir qabaqda xəstəxana var. Yaralıları da özümüzlə aparmalıyq. Arxadan ağır texnıka və tanklar bizim köməimizə gəlir. Tələsin yola düşürük.” -dedi.
O durduğu yerdə onların getməsini görürdü. O nə edəcəiyni bilmirdi. Tanklar və ağır texnıka onun fikrini darmadağın etmişdi. İçəridə boğulurdu. Dəstə sırayla körpünün ustündə irəliləiyrdi. Onlar uzaqlaşdıqda ətrafı dinşədi. Səs-küy kəsilmişdi. Manqalın anbarından çıxıb sürünə-sürünə yeməkxanaya tərəf yönəlib özünü zerzəmiyə saldı.
Nərman dayı bu yeməkxananı bağının qırağı və yolun kənarında tikmişdi. Yol tərəfdən bir və bağ tərəfdən iki mərtbə idi. Yeməkxananın arxasında böyük bir qovaq ağacı varidi. Bu qovağın dövrə kölgəsində dürd-beş masa yerləşrdi. Ağacın gövdəsi elə böyük idi ki, bu masada oturanlar o biri masalarda oturanları görməzdilər. Muştrilər yaz-yay mövsümündə aşağı və payız-qiş aylarında ust qatda oturardılar…
Özünü qovağın arxasına çəkdi. axırıncı quldurlar körpünün ustundən keçirdilər. O qərara gəldiki körpünü partlatsın. Körpü otuz-qirx metirlikdə idi. Ora necə getəmli idi? Onu görə bilərdilər. Birdən bir xatirə yadına düşdü.
…Yeməkxananın arxasında nərman dayının bağı yerləşirdi. Bu bağın süyü bir köhüldən gələrdi. Yazın ortalarından yayın əvvəllərinə qədər çayın süyünün səthi qalxardı. Sü ayağı ilə gəlib bağı suvarardı. Süyün səthi aşağı düsənədə dəcəl uşaqların sınaq meydanı olardı.
Yayın axırları idi. Orta məktbi qurtarmışdılar. Hərə öz sənədini istədiyi instuta vermişdi. Namıq kənd təssərufatı instutu, İntiqam inşaat, oda ukrayna yer quvvələr instutuna. Cavablar gəlib, üçünüdə götürmüşdülər. Günlərini nərman dayının bağında keçirirdilər. Bir gün axşam ustu intiqam dedi: “Gəlin mərcləşək. Köhülün bu başından girib o biri başından çıxmalıyq. Bir-birimizdən aralı olmalıyq. Hərkəs geri qayidsa uduzur. O hamını yeməyə qonaq etməlidir”.
Köhülə əvvəl namıq, ondan bir neçə dəqiqə sonra intiqam və axırda o keçdi. On-onbeş metir getmişdi, onu vahimə bürüdü. Qaranlıq ,nəm qüxülü hava və divarda oçuşan yarasalar onu qıcıqlandırdı. Tab gətirə bilməiyb, geri döndü. Dostların qonaqlıqı onun hesabına verildi.
Ukrayına instutunu qurtarıb, cəsarətinə görə medal alıb, kəşfıyat bölümündə zabıt vəzifəsinə yiələnmişdi. Sovetlər dağılıb, Azərbaycan mustəqil olduqda bakı da yer quvvələr alanın kəşfıyat bölümünün komanderı olmuşdu. Qarabağ, erməni quldurları tərəfindən ışğal olduqda, könüllü cəbhəiə gəlib, kəşfıyat bölümün yaratdı.
Onların kəndi böyük strateji yönlərə malik idi. Kənd erməni işğalında olduğundan o bırı cəbhələrdə çətinlik çəkirdilər. Baş komanderın iclasında ayağa dorüb on beş nəfərlik bir dəstə ilə kəndi erməni quldurlarından azad etməiə söz verdi. Baş komanderdən xahış etdi ki kənd azad olduqda quvvə göndərilsin.
İkicə gün çəkmədən dəstəni yaratdı. Dəstə özvlərinin çoxü həmyerlisi idi. Onlar kəndi əllərının ıçı kimi bütün bur-bucaqlarına kimi bəld idilər. Gün batar-batmaz kəndə yaxınlaşdılar. Çayın içərisində gizlənib havanın qaralmasını gözlədilər. Bütün lazımı tapşırıqları verib dörd tərəfdən kəndi qomaralayib və səssiz-səmirsiz bütün postda olan quldurları soyuq alətlə aradan götürdülər. Erməni qərargahını dinamitləiyb kənara çəkildilər. Qərargah bir anın içində partlayıb havaya sovruldu. Içərıdən canını qurtaran da bayirda güllələndi……
Zerzəmiyə keçib dinamit yeşiyini götürdü. Bir kəndirlə sağ ayağına bağlayıb və köhülə girdi. İndi ətrafına fikir vermədən, dörd əl-ayaqlı irəliləiyrdı. Onu düşündürn ancaq köhüldən o tərəfə çıxması və körpünü dinamitlə partlatması idi.
Nəhayt körpüdən çıxdı. Dinamit yeşiyini ayağından açıb boynuna keçirdi. İlk sutundan qalxıb dinamitlərı sutuna yerləşdirdi. Sutunlar bir-birindən beş metir arali idi. Duşüb birdə qalxmaq vaxt itirməkdən əlavə ehtiyatsızlıq idi. Körpünün tirindən yapışıb var gücüylə irəliləiyb sutunları dinamitləıyrdı. Qol saatına baxdı. on dəqiqəiə iki sutun dinamitləmışdı. Hələ səkkiz sutun arxada qalırdı. Deməli azı əlli dəqiqə vaxt lazım idi ki işini qurtarsın. Yeşiyi gözdən keçirdi. Yetərincə dinamit vardı. Xərcləri bırazda artırdı.
Altıncı sutunu qurtarmışdı. Birdən tankların səsini eştdi. Dörd sutun hələ arxadaydı. Bu az muddətdə sutunların hamısını dinamitləiyb, qurtara bilməyəcəkdi. Dinamitlərı yoxun fasilə ilə körpünün tirlərinədə yerləşdirirdi.
Yeddinci sutuna çatmışdı. Körpü birdən titrədi. Tanklar körpünün ustünə çıxırdılar. qalan dinamitləri yeddinci sutunda yerləşdirdi. Hər an taqqıltı çoxalırdı. Boş yeşiyi boynundan çıxarıb tirdən asdı. Dinamit işə salan cihazı əlinə aldı. Qan-tər içində boğulurdu.
Hər an sankı bir gün idi. Ayaqlarını tirə dayayaraq kürəiyni sutuna yapışdırdı. İndi əllərı azad olmuşdu. Taqqıltı beyninə düşürdü. Körpü elə silkələnirdi ki, az qala tərazlığını itirirdi. Var gücünü ayaqlarına verib özünü sutuna yapşdırdı. Tanklar başının üstundə idi. Cihazı işə saldı.
Bir anın içində böyük bir partlayış yarandı. Duman qarışq alov ətrafı bürüdü. Körpü havaya sovrüldü. Ustündə olan tanklar və bütün hərbi texnikalar yuvarlanıb çayın içinə tökülüb alovlanıb yenidən partlayış səsi aləmi bürüyürdü………..
….Deyilənə görə səməndər quşü oddan yaranır. Məncə qarabağ qartalıda oddan yaranır. Onun cismi dağılsada ruhu qartal kimi qarabağın səmasını dolaşır…..
Müqəddəs hiss – vətənpərvərlik! Doğma yurda, torpağa, bayrağa, ocağa məhəbbət! Vətənin taleyi üçün narahatçılıq hissi keçirmək! Vətənin maddi və mənəvi sərvətlərinə, zəhmətkeş və fədakar insanlarına, elm, mədəniyyət, incəsənət xadimlərinə, vətənin dünya şöhrətli tarixi şəxsiyyətlərinə görə iftixar və qürur hissi yaşamaq!
Budur vətənpərvərlik!
Vətənpərvərlik, Vətənə bağlılıq, Vətən eşqi insanın damarlarına çökür, qanına qarışır. Biz, hər birimiz doğma adamlarımıza bəslədiyimiz duyğuları eyni zamanda Vətənə münasibətdə ifadə edirik.
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim. (Məmməd Araz)
Şairə Adilə Nəzər isə deyir:
Günəş olmaq istəyirəm, Vətən!
Hər səhər üzünə işıq gətirim deyə.
Qarış-qarış torpağına
İsti nəfəs ötürüm deyə .
Gözlərin olmaq istəyirəm, Vətən!
Adilə Nəzər niyə Vətənin gözləri olmaq istəyir? Bu suala “Vətən” şeirində özü cavab verir: dünyanın gərdişini, əyrini, düzü, yaxşını, pisi görmək üçün:
Öz şərəfsizliklərini,
Görməmək üçün gözlərini bağlayanları,
Gözlərimdən itirim deyə!
Adilə Nəzər öz şeirlərində bir çox sosial problemləri, adət-ənənləri, inancı, sevgi, məhəbbət mövzularını şair səriştəsi ilə qələmə alıb. Fəqət vətənpərvərlik, Vətən onun ən çox müraciət etdiyi mövzulardandır. Mən deyərdim ki, bu xanım, bu vətənpərvər şair Vətənə qırılmaz tellərlə çox bağlıdır.
Bu yazımda mən onun digər gözəl şeirləri üzərində deyil, yalnız Vətən soraqlı, vətən sevgili şeirləri üzərində dayanmaq istəyirəm.
Adilə Nəzər filologiya üzrə fəlsəfə doktorudur. Bir neçə elmi kitabı işıq üzü görüb, bu istedadlı xanım eyni zamanda bir sıra şeir kitablarının nəşrinə də nail olub və həmin əsərlərdə vətənpərvərlik, Vətənə məhəbbət, ölkəmizin gözəllikləri, xeyirxahlıq, səmimiyyət, şəxsiyyətlərarası qarşılıqlı gözəl münasibətlər, dostlar, sevgənlər arasındakı məhəbbət sevə-sevə vəsf olunub. Mənfi hallar, naqis tərbiyə üsulu tənqid olunub, düşmənə nifrət hissi alovlanıb.
Biz Adilə Nəzərin Vətən, vətənpərvərlik, yurda bağlılıq, Vətənin müdafiəsi ilə bağlı şeirlərini iki yerə ayırardıq. 2020-ci ilin 27 sentyabrına qədər olan dövr (torpaqlarımızın işqal altında olduğu illəri əhatə edən, qəm-qüssəli dövr, nisgilli bir yaşantı); 2020-ci il sentyabrın 27-dən, xüsusən noyabrın 8-dən, 10-dan sonrakı bir dövr (zəfər, qələbə, sevincli günlər).
Adilə Nəzər bir zamanlar ərazisinin beşdə bir hissəsi işğal altında olan Vətənin ağrı-acısını yaşayır, lakin özünü ələ alaraq ona ürək-dirək verirdi:
Gün gələcək səbrim qalxıb coşacaq,
Nifrətin sel olub aşıb-daşacaq.
Bağlı olan bütün sədlər aşacaq,
Mübarizə qürur verər millətə!
Adilə xanım sözlərində haqlı idi. “Mübarizə qürur verdi millətə.” Vətən deyilən Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzulu, Qubadlı, Zəngilan silkələnib ayağa qalxdı. Qarabağ Azərbaycan idi, Azərbaycan oldu.
30 ilə yaxın idi ki, torpaqlarımız erməni-faşist işğalçılarının əsarəti altında idi. Bu, hər bir azərbaycanlı kimi Adilə xanımın da dincliyini, rahatlığını əlindən almışdı. Yana-yana deyirdi:
Bilərək Vətənin can olduğunu,
Heyif ki, asanca itirdik onu.
Bu zülmün-zillətin yoxmu bir sonu?
Sən özün bir əlac eylə, Allahım!
Adilə xanım bu sətirləri 2012-ci ildə yazmışdı. Allah onun haqq səsini eşitdi, səsinə səs verdi.
44 günlük Vətən müharibəsi ötən il uğurla başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı və müzəffər ordumuzun fədakarlığı, cəsurluğu və igidliyi ilə düşmən – erməni ordusu darmadağın edildi. İşğal altında olan torpaqlarımız – şəhər, rayon və kəndlərimiz azad olundu.
Bütün vətənpərvərlərimiz, soydaşlarımız kimi Adilə xanımın da sevincinin həddi-hüdudu olmadı.
Şair torpağın qədrini bilməyi, hər zaman ayıq-sayıq olmağı, yurdu-yuvanı qorumağı vacib sayırdı. Şairin şeirlərində dediyi bu idi ki, vara-dövlətə uyub arxayınlaşmayın, Vətənin qədrini bilin. Torpaq, ərazi əldən gedəndə xoşbəxtlik də yoxa çıxır, var-dövlət də:
Sevinməyin boş yerə,
Malınıza, pulunuza,
Hələ kim olacağını
Bilmədiyiniz övladınıza.
Heç kimin olmayacaq bu dünya,
Siz uymayın tamaha.
Bunları diqqət mərkəzinə gətirən şair axırda aşağıdakı qənaətə gəlir:
Qürurunuz, bayrağınız,
əbədi yatdığınız
torpağınız olacaq.
Qoruyun bu torpağı,
Qoruyun Qarabağı.
Yaman günün ömrü az olar deyərlər. Bu yaman günün ömrü amma uzun çəkdi – 28 il. Fəqət “Ədalət zəfər çaldı!” Azərbaycan diplomatiyası, Azərbaycan ordusu qələbə qazandı. Azğınlığı, vəhşiliyi, qəddarlığı, xəyanətkarlığı, satqınlığı, yaltaqlığı, namərdliyi ilə Yer üzündə misli-bərabəri olmayan düşməni – erməni faşist işğalçılarını diz üstə çökdürdük.
Qüssə-kədəri bir yana atıb sevinc donuna bürünən Adilə Nəzər qələmə sarılıb “Bu zəfər bizimdir” şeirində yazdı:
2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Zəfər bayramı qeyd olundu. Minlərlə insan meydana axışdı. Ordumuzun paradı keçirildi.
Bu il Zəbər Bayramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edib qələbə münasibətilə xalqımızı təbrik etdilər.
Adilə Nəzər də bu böyük günün şəninə“Zəfər günü Bakı Bulvarı” şeirini yazdı:
Bu gün Bakı bulvarı Zəfər rəngində idi.
Köklənmişdi hər yerdə “Cəngi”yə sazın simi,
Axırdı insan seli coşqun dağ çayı kimi.
Kimi təlaşlı idi, əlində şanlı bayraq,
Kimi xəyallarında ovuclayırdı torpaq…
Adilə Nəzərin Vətən mövzulu şeirləri saysız-hesabsızdır. Onların hamısını diqqət mərkəzinə gətirmək imkanımız xaricindədir. Onun “Vətən, sənin köksündə gül tək bitəm” şerinə müraciətlə bu istedadlı şairə uğurlar diləyirəm:
Keşiyində bir ömür ayıq və sayıq olam,
Qoruyam öz yurdumu, canıma tən saxlayam.
Gərək gözümün üstə, şanına layiq olan,
Azərbaycan adında ana Vətən saxlayam.
Adilə Nəzər şeirinə, şeiriyyətinə hörmətlə,Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
SONA ABBASƏLİQIZININ 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ
20 dekabr 2021 – ci il tarixində Sona Abbasəliqızı (İsmayılova) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Sözün xaqanı” adlı yeni kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbir həm də Sona xanımın 60 illik yubileyinin qeyd olunduğu ad gününə təsadüf etdiyindən tədbir iştirakçılarının olduqca səmimi çıxışları və yubiliyar müəllifə xoş arzuları ilə yadda qalıb. Sona xanımın Xaqani Şirvaninin həyatından bəhs edən bu kitabı ətrafında baş tutan diskusiyaları ümumilikdə Nizami ilinin yekunu kimi də qiymətləndirmək olar. Bu xüsusda Sayman Aruzun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə qonaqlardan Lütviyyə Əsgərzadə, Südabə Sərvi, Sevda İbrahimova, Elşad Barat, Vahid Çəmənli, Əli Vəliyev, Bayraməli Qurbanov, Vüqar Abdu, Telli Bağırova, Müşfiqə Baladdinqızı, İmdat Kazım, Kəmalə Həsənova, Yusif Abbdulla, Əbülhəsən müəllim, Qurban müəllim, Nailə xanım və başqaları iştirak ediblər. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac klassik irsimizin təbliğində uzun illər səmərəli fəaliyyətlərinə görə cənab Sayman Aruza və xanım Sona Abbasəliqızına “Nizami Gəncəvi” diplomu təqdim etmişdir. Sonda Sona xanım qonaqlara öz təşəkkürünü bildirmişdir. Tədbirdən fotolar:
SONA ABBASƏLİQIZININ 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ ZAUR USTACDAN TƏBRİK
7 – də “yatan” ürək .. Yenə yuxudan hövlank ayıldı. Bütün bədənindən su axırdı. Saata baxdı.Saat 7 – idi . Yuxuda yenə onu görmüşdü. 7 ildi hər gecə eyni yuxu görürdü.Çərəsizcə ona baxıb,imdad diləyən gözləri. Ailə qurduqdan 7 il sonra həsrətinə son qoyulmuşdu .İllərlə gözlədiyi körpəsinə qovuşmuşdu.Necə sevinmişdi o gün.. Bəs sonra?.. Taleyi agır zərbəsini vurmuşdu ona.Sanki yanında bir cəllad daşıyırdı. O keçən 7 ildə də helə olmuşdu.Hər sevinəcəyi anın məqamında taleyi cəlladını göndərərdi .Bütün ümüdləri balta altına düşər , qırıq- qırıq olardı. Bu gün də cəllad özünü yetirmişdi. 7 aylıq oglunun qan xəstəsi oldugunu öyrənmişdi.Nələr yaşamışdı ,o xəbəri alanda.Dünya başına fırlanmışdı.Özünü öldürmək,daşlara ,qayalara çırpmaq istəmişdi o anda. Amma dayanmışdı,durmuşdu, o bir damcı ümüdə sıgınmışdı.Bəlkə deyə.. Allahına diz çökmüşdü,yalvarmışdı,göz yaşları sel olmuşdu,duaları qatara çevrilmişdi həmən gün . Körpəsini qucagına alıb ,öpüb qoxlamışdı doyunca.Saniylərdən qorxmuşdu,dəqiqələrə yalvarmışdı,saatlara sıgınmışdı getməsinlər deyə .. Hər dəqiqə gözü gözünə baxırdı körpəsinin.Nəfəsini içinə çəkir,sanki özündə saxlamaq istəyirdi.Toppuş əllərindın tutub,ovuclarının qoxusunu qoxlayırdl doyunca.. İllər bir – birini əvəz edirdi.Ana hər gün ölür,diririldi, körpəyə bir şey olacaq deyə . 7 yaşı vardı taleysiz Talehin. Bu gün yenə amansız “cəllad “ özünü yetirmişdi. Günahsız mələk xəstəxanaya çatırılmışdı.Bir tərəfdə çarəsiz ana ,bir tərəfdə naümüd ata. Nə qədər çətinmiş ,İlahi valideyin olmaq. Onda anlamışdı hər şeyi. Beli bükülmüş ,çarəsizcə,ümüd dolu gözlərə baxa bilmək nə qədər agır dərd imiş ,İlahi. Ümüd dolu gözlərə ümüdlə baxmaq cəsarət tələb edirdi,güc tələb edirdi.Taqəti kəsilən ata, ananın gücü yalnız gülümsəməyə çatırdı. Uşaq məsum baxışlarıyla anasına tərəf çöndü: – Ana ,mən sagalacam, deyilmi? -Təbii ki ,mənim balam. Ala gözlərdə işıq parıldadı. Ata üzünü divara çevirdi. Bu dəfə sual ona gəldi: – Ata , anam deyir sagalacam, futbola gedə bilərik? – Əlbəttə oglum. Bu dəfə ana üzünü divara çevirmişdi. Agladıqlarını hiss etdirməsinlər deyə.. Ala gözlərdəki ümüd işıgı dünyanı işıqlandırırdı. Vəziyyət get – gedə geriyə gedirdi.Həkim nə qədər acı olsa da dözümlü olmagı məsləhət görmüşdü.Bu məsum ,ümüd dolu gözlər hər an əbədi yumula bilərdi. Hərəsi bir əlindən tutmuşdu.Təqətsiz əlləri ovuclarının içində saxlamışdılar. Gözlərini o gözəl gözlərı dikmişdilər.O işıq yox idi artıq.Baxışlarıyla işıq vermək işıqlandırmaq istəyirdilər.Hərdən gözlərini açıb onlara gülümsəyən körpənin saçlarını sıgallayır,alnından , əlinədn öpürdülər. İlahi,nə qədər çətin anlar idi, o anlar.Sevdiyin, ciyər paranı o vəziyyətdə görmək.Saniylər sonra əbədi olaraq ayrılmaq,son nəfəsini hiss etmək ,çarəsizcə dayanıb heç nə edə bilməmək. Heysiz barmaqlara toxunmaq, öz canın hayında olub ,hərdən səndən kömək istəyən birinə göz yaşları içində gülümsəməyə məcbur olmaq çox çətindi, çox … Saniyələlər keçdikcə ömründən ömür çalınmışdı o gün.. Gözlərini gözlərindən heç çəkmirdi. Səhər saat 7.. Canından can qopan o gün. Fəryadı xəstəxananı silkələmişdi o gün.. O gün bu gün ,7 ildi bu dünyanın sakini “deyildi” . 7 ildi hər gün səhər saat 7 də o yuxunu görür ,o ümüd dolu gözlərə çarəsizcə baxırdı . Anlaya bilmədiyi sehirli 7 rəqəmi idi.Nə istəyirdi ondan?