04.02.2025 tarixində Sumqayıt Şəhər Əlillərin Bərpa Mərkəzində əlillərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə təşkil olinmuş əlillərin şair Qabil Nabi ilə görüşü keçirilmişdir. Tədbirin qonaqları qismində şair Qabil Nabinin dostları tanınmış şair Süleyman Abdulla, şair-rəssam Sehran Allahverdi, gənc rəssam-dizayner Nigar Nəbiyeva da iştirak etmişlər. Əsasən səmimi söhbət əsnasında keçirilən tədbirdə vətənpərvərlik haqqında, fiziki qüsurlu insanların normal həyata inteqrasiyası, boş vaxtlarının səmərəli istifadəsi və onları maraqlandıran digər mövzular haqqında danışıldı. Müəlliflərin ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Mərkəzdə müalicə alanlar arasında şair Qabil Nabinin şeirlərini səsləndirənlər də oldu. Tədbirin gedişatı zamanı rəssam Sehran Allahverdinin canlı olaraq Qabil Nabinin portretini çəkməsi hamıda maraq doğurdu. Nigar Nəbiyevanın tədbir gedə-gedə çəkdiyi “Lalələr” rəsmi isə müəllif tərəfindən Bərpa Mərkəzinə hədiyyə edildi. Sonda tədbirin bəzi iştirakçılarına imzalı kitablar təqdim olundu. Xatirə şəkli çəkdirildi.
GƏZİM GƏZDİYİN YERDƏ Gedirəm… Sən ayaq qoyduğun torpaqda, gəzim, Görüm gözlərinin gördüklərini. Sən nəfəs aldığın havanı, udum, Alım gül ətrini hörüklərinin. Arzu çiçək açar elə arzuda, Könlü görməyənə gözlər bəhanə. Bizdən küsüb gedər bəzən arzu da. Sevinci bölməyə nə ev, nə xanə. Səmadan göz vurur mənə bir ulduz, Görüş yerimizə gedirəm yalnız. Sən gəlməsən gəlmərsən.
Bu gün Azərbayacan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 65 illik yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə “525-ci qəzetin” baş redaktoru, MŞ-nın sədri, AYB sədrinin müavini Rəşad Məcid açaraq Zahid Sarıtorpağın təvəzökarlığından, sözə, ədəbiyyata xidmətlərindən xeyli danışdıqdan sonra sözü tədbirin aparıcısı yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğluna verdi. Orxan Fikrətoğlu öncə Bakıda keçirilməsinə baxmayaraq, AYB-nin Şirvan bölməsinin tədbiri olduğunu və təxmini bu tərkibdə Şamaxıda da keçiriləcəyini iştirakçıların diqqətinə çatdırdı. Sonra Orxan Fikrətoğlunun moderatorluğunda keçən tədbirdə tanınmış qələm adamlarından “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, Əlisəmid Kür, Ayaz Arabaçı, Süleyman Abdulla, Qabil Dərdli, Aysel Fikrət, eyni zamanda kitabçı kimi də məşhur olan yazıçı-publisist Xan Rəsuloğlu, oxuculardan Gülnar Əhmədova və digər qonaqlar çıxış edərək Zahid Sarıtorpaq yaradıcılığından, həyatından söhbət açdılar. Tədbirə sonradan qatılan Murad Köhnəqalanın xatirələri xüsusi maraqla qarşılandı. Tədbirin gedişində yubiliyara “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən “İsa Muğanna” diplomu təqdim olundu. Sonda Zahid Sarıtorpaq iştirakçılara öz təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkdirlidi. Tədbirdən fotolar: