YERLƏRƏ ÇƏKİR

YERLƏRƏ ÇƏKİR
Çəkir doğma torpaq məni özünə,
O dağlı, dərəli yerlərə çəkir.
Yanar ulduzları gur göy üzünə,
Sürəkli, bərəli yerlərə çəkir.

Çəkir bir çobanın alaçığına,
Cülyanı, Buynuzu, Qalacığına.
Açıb qucağını tala cığıra,
Sarılı, qaralı yerlərə çəkir.

O mavi göylərlə barışdım yenə,
Qalxıb qayalara qarışdım yenə.
Məni süfrə açıb bir dostum yenə,
Yarpızlı, tərəli yerlərə çəkir.

Bu mərmər saraylar bezdirib məni,
Gör hələ kimlərə əzdirib məni.
Ruhum şəhərlərdə gəzdirib məni
Taxtalı, şirəli yerlərə çəkir.

Ruhum qanad açan şahindi göydə,
Ona ağ buludlar yaxındı göydə.
Səni görməmişdən baxırdım göydən,
Könlümü verəli yerlərə çəkir.
23.09.24

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir