OĞLUM. (Oğlum Elşadın timsalında bütün balalara) Həyat bir ümmandır, üzəsən gərək, Hünərdir həyatın mənası oğlum! Hər çətin sınağa dözəsən gərək, Səbrdir dərdlərin dəvası, oğlum !.
Uca əməllərdən bir qala tik sən, Qəlblərə yaxşılıq toxumu ək sən, Qoy, hamı söyləsin afərin,əhsən, Alqışdır dillərin duası, oğlum!
Olana şükr elə, aza qane ol, Qənaətcil ol ki, ruzin olsun bol, Düşün, hara gedir qarşındakı yol, Yanlış addımın var xətası, oğlum!
Üstün tut savadı, kamalı ,ağ(ı)lı, Elmiylə yüksələr bil, insan oğlu, Vətəni candan sev, ol elə bağlı, Vətəndir igidin qalası oğlum.!
Dediyim sözləri həkk et yaddaşa, Bəxtin, tale oxun dəyməsin daşa, Arzumdur çatasan doxsan-yüz yaşa, Gənclikdir hər ömrün səfası , oğlum! Müəllif: İlham QAZAXLI
MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ… (Zaur Ustacın “Araz” şeiri haqqında) ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq. Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır. ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil. Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır. Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR: Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!,- deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir. Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin? Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri… O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər. Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş…. Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir: Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki aman! Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib. QADİR olan QALİB olar. ALLAH ƏKBƏR!
Dünya Azərbaycanlılarinin Mədəniyyət Mərkəzində görüş…
Öz maraqlı yazıları,kitabları ,xeyirxah əməllərilə tanınmış yazıçı- şair,türkəsilli Corolina Laurent Turunc Fransada yaşasa da qəlbi ,yanan ürəyi dögmalarının yanında olub. Bakını görməyi daim arzulayıb.Ən əsası isə Zəfərimizə nail olduqdan sonra dogma Şuşamızda olmagı özünə borc bilib. Corolina Bakıda keçirilən konfansa dəvət almışdı.Lakin buraya gələcəyi günü səbrsizliklə gözləmiş və Türkiyədə yaşayan dostu, tanınmış aktrisa Sebahat Adalara təyyarəyə onun üçün də bilet aldıgını söyləmiş və özü ilə Bakıya konfransa gətirmişdi. Corolina xanım Uluslararası Engellər,Yaşlılar,Kimsəsizlər Fedarasyonu UTEF Paris başkanıdır. O,bir – birindən maraqlı “Şərqlə Şimal arası”,” Çöl zambagı”və s.kitabların müəllifi, İstanbulda dərc olunan “Özgür İfadə” qəzetinin yazarıdır.Təsadüfən bu gün onun ad günü imiş.. Onlara bələdçilik edən “Yazarlar” jurnalının təsisçisi və redaktoru, AYB- nin üzvü Zaur Ustacla DAMM-nə gəldilər.Mərkəzin fəaliyyətilə tanış oldular .(Mərkəzin l vitse-Prezidenti Ruhiyyə xanım Poladovadır.Ruhiyyə xanım Şirvan şəhərində bu gün anasının 70 illik yubileyində olduguna görə tədbirimizə qatıla bılmədi) Qonaqlar şəhərimizin əsrarəngizliyindən,gözəlliyindən ürək dolusu danışdılar.Corolina xanıma DAMM-nin Fəxri Diplomunu və ad günü münasibətilə hədiyyə ,müxtəlif kitablar bagışladıq.Eyni zamanda Sebahet xanıma da onun üçün çoox dəyərli olan kitabları hədiyyə etdik. Tədbirimizdə iştirak edən Azərbaycan Respublikasının”Səhid Ailələrinə ” Qaygı”cəmiyyətinin sədri,qazi Radə Abbas qonaqlara “Xarıbülbül”döş nişanlarını ,Zəngəzur hadisələrinə həsr olunmuş sənədli filminin disklərini, ad gününü də qeyd etdiyimiz. Corolina xanıma üstündə üçrəngli bayragımızın təsviri olan fincanı,şair publisist Zaur Ustac isə milli rəmzimiz olan papaq və araqçını bagışladı.Səmimi və xoş keçən görüşümüzün qonaqları “Təzadlar” TV -də Yasəmən xanımı maraqlandıran suallarına özlərinin xoş təəssüratlarından danışmışlar. Görüş canlı yayımlanmışdır…. “Zəfər yolu” İB – nln sədri Pərvanə ,xanımın hədiyyəsi–üzərində xarıbülbülün şəkli olan örpəkləri təqdim olunarkən Sebahet xanım sevincdən çox kövrəldi və bu mənzərə hamını təsirləndirdi. Qonaq xanımları Yazıçılar Birliyinə apardıq .Orada bizi gözləyən Elçin müəllimlə maraqlı müsahibə alındı. Elçin müəllim özünün kitablarını qonaqlara təqdim etdi.Sonda İçərişəhərdə keçirilən xalça sərgisinin baglanışında iştirak edən xanımlar xalçaçı-rəssam Natiq Nəcəfzadə ilə olan görüşdən də məmnun olduqlarını iştirakçıların nəzərinə çatdıraraq dogma Bakıdan ayrılmaq istəmədiklərini qeyd etdilər. Beləliklə, Bakıda olduqları az müddətdə gördüklərini uzun müddət unutmayacaqlarını və yaşadıqları ölkələrinə qayidarkən bu gözəlliklərdən ,gözəl insanlardan danışdıqca danışacaqçarını vəd etdilər… 18.Xl.2022. Bakı.
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.
Gənc şair Əyyub Türkayla balacaların görüşü keçirilib
Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mərkəzləşdirilimiş Kitabxana Sisteminin “Uşaq şöbəsi”ndə gənc şair Əyyub Türkayla görüş keçirilib. Görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər , körpələr evi-uşaq bağçalarının balaca fidanları iştirak ediblər. Uşaq şairi Əyyub Türkay görüş zamanı bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər ifa etdi.
Səmimi keçən görüşdə uşaqlar da öyrəndikləri şeirlərdən tədbirdə ifa ediblər. Daha sonra görüşdə mədəniyyət mərkəzinin rəisi Şahin Şahbazov, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevər və yazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək günümüzdə uşaq ədəbiyyatının inkişaş edtdirilməsindən, uşaqlar üçün yazan şair və yazıçılarla tez-tez balaca oxucuların görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar.
İnsanın dəyəri onun fikirləri ilə ölçülür. Dəyərli fikir sahibi olan tanınmış şair Dəyanət Osmanlının “Məzarım alınmaz bir ürək” şeiri vətəni, torpağı öz anası bilib müqəddəs sayan, uğrunda canını fəda edən qeyrətli oğullarımızın daim qəlbimizdə yaşayacağını ifadə edən qiymətli nümunələrdən biridir.
Vətəni ana bilən əsgər öz balasını da Vətənə etibar edir, inanır ki, o, olmasa da balası əmin əllərdədir. Bu inam o qədər qüvvətlidir ki, heç kim qəhrəmanı YOLundan döndərə bilməz:
Bir əsgər vətənini
anasıyla al-dəyişik salmışsa
bu vətən uğrunda savaşdığında
balasının ana ovucunda
özgür yaşayıb
onurlu öləcəyinə inanmışsa
Tanrı da döndərəmməz onu ölümdən
“Tanrı da döndərəmməz onu ölümdən” deməklə əsgərin qərarının qəti olduğunu vurgulayır və Tanrı özü onu qəbuluna çağırır. Biz insanlar seçim hüququna malık yaradılmışıq. Cüzi iradə hüququmuz var. Bu hüququndan istifadə edib insan öz yolunu seçib bu yolda qərarlıdırsa, Allah bu yolu onun üçün açır. Yolundan öz iradəsi ilə dönmək istəməyən adamı Allah da döndərmək istəməz.
Qərar qətidir. Hakim(ALLAH) Hökm vermiş, qələm qırılmışdır.
SON UCda Allah Ona tərəf gələnin yolunu açar:
Şəhidlər Cənnət ətirli olar. Onları qoynuna alan Torpa(k)q da bu ətir sayəsində müqəddəsləşər, qiymətli olar. Və başqaları da bu yolda hər şeydən keçər.
Lakin bu ölümlər öz nəticəsini almayıb. Çünki torpaqlar hələ də əsirlikdədir:
Üstündən saysız illər keçib
kiminçün yaşayıb
kiminçün öldüyüm yadımda deyil
dağilmiş bir qurd yuvasında
kimliyim unudulub ,-
deməklə uzun müddət erməni terroristlərinin tapdağı altında viran qalmış torpaqlarımıza və orada amansızcasına, xüsusi vəhşiliklə öldürülmüş türk övladlarına işarə edir.
30 ilə yaxın erməni işğalına məruz qalmış torpaqlarımızda narahat ruhlar gəzir. Bu ruhlar həm də küskündürlər: torpaq əsl sahibini gözləyir.
Bu üzdən:
Məzarım alınmaz bir qala
daşım susmaz bir tribuna
torpağım inləyir ürək kimi
küskün ruhların ayaqları altında.
Haqq sonunda öz yerini tutdu.
Nəhayət, tam olmasa da, torpaq uğrunda tökülən QIZIL QANlar hesabına əsirlikdən azad olundu.
QƏLƏBƏ – işgəncədən sonra yaranan YARAların ACIsını, AĞRIsını MƏLHƏM kimi sarır.
Qələbənin dadı uzun sürsün.
Türkün ÜZÜ hər zaman ALLAHa doğru yönələr. Allaha əmanət olun.