1930-cu illərin əvvəlləri idi. Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev «burjua ədibləri» elan olunmuş və NKVD-nin «tövsiyəsi» ilə Azərbaycan Yazıçılar İttifaqının rəhbərliyi hər iki ədibdən göz-qulaq olmaq üçün gənc proletar şairlərdən birini onlara qoşmuşdu. Möhkəm dost olan Mirzə Cəlil və Əbdürrəhim bəy hara gedirdilərsə, gənc şair dərhal peyda olur və özünü onlara pərçim edirdi. Həftələr keçir. Günlərin birində «ayrılmaz üçlük» yenə də şəhərə çıxmışdı. Ağsaqqalların danışılası sözləri, gedəsi yerləri vardı. Amma proletar şairdən üzülüşə bilmirdilər. Molokan (indiki Xəqani bağının) yanına çatanda uzaqdan tramvayın gəldiyini görürlər. Əbdürrəhim bəy Mirzə Cəlilə göz vurub cibindən pul çıxarır və üzünü gəncə tutub deyir:
-Ay oğul, yaşlanmışam, sən Allah, o tindən mənə bir papiros al gətir. Şair pulu götürüb köşkə sarı şığıyır. Bu zaman tramvay dayanır və hər iki ədib tez vaqona minib aradan çıxırlar. Papirosu alıb gələn şair isə onları dayanacaqda görmür… Ertəsi gün yenidən Yazıçılar İttifaqının binasında rastlaşırlar. Gənc şair utana-utana Əbdürrəhim bəyə yaxınlaşır:
-Əbdürrəhim bəy, dünən məni yaman əkdiniz haaa….
Əbdürrəhim bəy pərt olmuş şairin çiyinlərini qucaqlayır və könlünün almaq üçün mehribancasına deyir:
-Sən nə danışırsan, ay bala, səni əkənin atasına lənət!
Niyə İsveç kralı öz məmurunu Qızılbaş nişanlı gerb ilə təltif etdi? – inanılmaz tarixi fakt!
17-ci əsrdə Qızılbaş dövləti dünyanın ən böyük ipək istehsalçılarından biri idi. Lakin Osmanlı ilə münasibətlər Səfəvilərin ticarət yollarını bağlayırdı və buna görə də o dövrdə Baltik dənizinin böyük gücü olan İsveç qərara gəldi ki, Səfəvi ipəyini birbaşa öz limanlarına gətirsin.
Bunun üçün İsveç, Qızılbaş dövlətinə elçi olaraq polkovnik-leytenant Ludviq Fabritiusu təyin etdi.
O, aylarla səyahətdən sonra paytaxt İsfahana çatdı. Orada Səfəvi Şahı Süleymanın hüzurunda Avropaya yeni ticarət yolunu, İsveçə aid Narva (indiki Estoniya) limanı vasitəsilə sınamağa razı saldı. Bir neçə il sonra Səfəvi nümayəndələri Stokholma gəldi, bu Səfəvilərin İsveçə ilk rəsmi səfəri idi.
5 il müddətində İsveçin Səfəvi dövlətindəki səfirliyi dönəmində Fabritius, ticarət sahəsində böyük müqavilələr imzalayaraq İsveç və Səfəvi əlaqələrini yüksək səviyyəyə çatdırdı.
O, həmçinin Səfəvi hökmdarı və Qızılbaşlar arasında böyük nüfuza sahib oldu. Fabritius Səfəvi və Qızılbaş mədəniyyətini və geyim tərzini xüsusilə Qızılbaş türbanını mənimsəyərək oraya uğurla adaptasiya oldu.
İsveç kralı Lüdviq Fabritiusun bu uğurlu nailiyyətindən o qədər məmnun oldu ki, 1687-ci ildə onu “Cəngavər” fəxri titulu ilə təltif edərək, Fabritius ailəsini “Adliga ätten Fabritius nr. 1120” adıyla İsveç aristokrat reyestrinə daxil etdi.
İsveç kralı Ludviq Fabritiusa ailəsinin gerbinə Qızılbaş dövlətinin “Aslan və Günəş” simvolunu və Qızılbaş papağının nişanını daxil etməyə icazə verdi. Fabritius ailəsinin Qızılbaş gerbi İsveçin “Riddarhuset” (Zadəganlar evi) arxivində saxlanılır.
Marşal Beriyanı güllələyən marşal – Batitski hökmün icrasının ona həvalə olunmasını özü xahiş edib
Onu əfsanəvi sərkərdə adlandırıblar. Sovet ordusunda hərbi-hava və hava hücumundan müdafiə qüvvələrinin əsasını qoyanlardan biri sayılan marşal Pavel Batitski bütün ömrünü hərbi işə həsr edib. O, orta ixtisas hərbi məktəbini bitirdikdən sonra əvvəlcə Frunze adına Hərbi Akademiyada təhsil alıb, daha sonra Baş Qərargah yanında Hərbi Akademiyanı bitirib.
Milliyətcə ukraynalı olan Pavel Batitski 1910-cu ildə Xarkovda fəhlə ailəsində anadan olub. Uşaqlıqdan həmyaşıdlarından ciddiliyi və bir az da sərtliyi ilə fərqlənən Batitski xidmət etdiyi bütün hərbi hissə və qoşunlarda ən intizamlı və ən məsuliyyətli zabit kimi tanınıb. Müasirlərinin söylədiklərinə görə, onun rütbələri və vəzifələri dəyişsə də, xarakteri sabit qalıb, ciddi, tələbkar, ən başlıcası isə ədalətli. Pavel Batitski 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə ən ağır döyüş bölgələrində xidmət edib, ən mürəkkəb hərbi əməliyyatları uğurla həyata keçirib. Berlin əməliyyatının hazırlanmasında və keçirilməsində Pavel Batitskinin xüsusi xidmətləri olub.
Marşal Pavel Batitskinin adı SSRİ tarixinə təkcə peşəkar hərbçi, xüsusi xidmətləri olan hərbi məmur kimi düşməyib. O, həm də tarixə öz adını marşal Beriyanı güllələyən marşal Batitski kimi yazıb.
23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunduqdan sonra Pavel Batitski hökmün icrasının ona həvalə olunmasını xahiş edib. Bütün bu proseslərin şahidi olan ehtiyatda olan polkovnik Xijnyak sonralar “Veçernyaya Moskva” qəzetinə hadisə ilə bağlı geniş müsahibə verib. Polkovnikin söylədiyinə görə, Beriya ömrünün son dəqiqələrində heç də çoxlarının dediyi kimi ağlayaraq kimlərinsə ayağına yıxılmayıb: “Mən həmin prosesin əvvəlindən sonuna qədər iştirak etmişəm. Əvvəlcə mənə tapşırıq verildi ki, gedib Beriyanın evindən ona qara kostyum gətirim. O, elə həbs oldunduğu vaxt əynində olduğu boz rəngli kostyumda idi. Mən onun Kaçalova küçəsində yerləşən mənzilinə yollandım. Qapını tanımadığım bir qadın açdı. Gəlişimin məqsədini dedim, qadın heç nə soruşmadan qara kostyumu mənə verdi. Kostyumu Beriyaya mən geyindirdim, boz rəngli kostyumu isə yandırdım. O artıq hiss edidi ki, onu nəyə hazırlayılar və başa düşürdü ki, əfv olunmayacaq. Sonra mənə göstəriş verdilər ki, eni üç metr, uzunluğu iki metr olan qalın taxtadan lövhə düzəldib güllələnmənin icra olunacağı zirzəmidəki otağın divarana vurum. Bunu da etdim. Daha sonra zirzəmidə olan polad həlqəni həmin taxta lövhənin yuxarı tərəfinə vurdum. Qeyd edim ki, hökm Moskva Hərbi Dairəsinin qərargahının bunkerində icra olunurdu. Beriyanı həmin otağa mən gətirdim. Qolları qandallı deyildi. Yalnız taxta lövhənin qarşısında dayananda mənə əmr etdilər ki, qollarını kəndirlə polad həlqəyə bağlayım. Bu əmri də icra etdim. O, nə ağlayırdı, nə də yalvarırdı. Amma rəngi dəmir rəngindən seçilmirdi, bir də üz hissəsinin sağ tərəfində əzələləri nəzərəçarpacaq dərəcədə titrəyirdi. Mən əvvəlcədən onun gözlərini bağlamaq üçün üz dəsmalı da hazırlamışdım. Adətən, güllələnmə icra olunanda güllələnənlərin gözlərini bağlayırdıq. Onu bağlamaq istəyəndə Batitski qəzəblə mənim üstümə qışqırdı:
-Sən nə etmək istəyirsən? Mən son dərəcə gərgin olan bu atmosferdə özümdə cürət tapıb Pavel Batitskiyə cavab verdim:
-Gözlərini bağlamaq istəyirəm, adətən… O sözümü yarımçıq qoydu:
-Lazım deyil, qoy hər şeyi gözləri ilə görsün. Beriya heç nəyə reaksiya vermirdi. Mən elə düşünürdüm ki, onun bu anlarda ürəyi dayanacaq. Mən geri çəkildim. Məhkəmə üzvləri, Moskva Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və digər bir neçə nəfər Beriyadan 6-7 metr aralıda dayanmışdılar. Həkim dəvət olunmamışdı. Pavel Batitski isə digərlərindən bir addım irəlidə dayanmışdı. Hər şey hazır idi. Təxminən bir dəqiqə, bəlkə də çox, araya dəhşətli bir sükut çökdü. Bu kiçik zaman kəsiyi bəlkə də iştirak edənlərin hamısı üçün uzun bir vaxta bərabər idi. Pavel Batitski tabel silahını çıxarıb atəş açdı. Güllə Beriyanın burun körpüsünə dəydi. Marşal Lavrenti Beriya qolları bağlanmış polad həlqədən asılı vəziyyətdə qalmışdı…” Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50” tarixli akt tərtib olunub. Akta ilk olaraq hökmün icracısı Pavel Batitski imza atıb. Marşal Pavel Batitski həmin müdhiş hadisələrdən sonra hələ uzun illər hərbi xidmətini davam etdirib, ən yüksək dövlət mükfatları ilə təltif olunub. Pavel Batitski 1984-cü ildə 73 yaşında vəfat edib. Marşal Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(c) Müəllif: Zakir Osmanov
Bakını işğal edən sovet generalı – Almanlar özünü vuran Yefremov ehtiramla dəfn ediblər
Onun tərcümeyi-halında qaranlıq məqamlar çoxdur. Məsələn, Mixail Yefremov imperator ordusunda xidmətə başlayanda bütün sənədlərdə heç də yoxsul olmayan xırda burjua ailəsində anadan olduğunu qeyd edib. Sonralar qırmızı orduda xidmətə başlayanda isə özünü fəhlə oğlu kimi təqdim edib. Bu kimi qeyri-dəqiq bioqrofik faktlara çox rast gəlmək olar. Amma Yefremovun xidməti fəaliyyətində bir fakt tam dəqiqdir. Azərbaycan Sovet Sosialist Respublikasının ilk “Qırmızı bayraq” ordeni (1 nömrəli ulduz) məhz ona təqdim edilib. 13 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsində bununla bağlı əmr imzalanıb. Əmri Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və katib Qabricidze imzalayıb. Əmrdə qeyd edilib ki, XI qırmızı ordunun və Azərbaycan SSR-in dəmir yollarının mühafizəsi qoşunlarının rəisi Mixail Yefremova bu orden Bakının tutulmasında göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib. Hadisələrdən öncə Yefremov XI ordunun dörd zirehli qatardan ibarət dəstəsinə rəhbərlik edib. Mixail Yefremov 1897-ci ildə Kaluqa vilayətinin Tarusa şəhərində anadan olub. Yeniyetməlik yaşlarından öz şəxsi təsərrüfatlarında atasının yanında işləyib. 1915-ci ildə Yefremov imperator ordusuna hərbi xidmətə çağrılıb. Bir aydan sonra onu Gürcüstana, Telavi şəhərinə gizirlər məktəbində oxumağa göndəriblər. Məktəbi bitirdikdən sonra o, Cənub-Qərb cəbhəsində artileriya divizionunda xidmət edib, I dünya müharibəsinin iştirakçısı olub. Yefremov 1917-ci ildə ordudan tərxis olunub. Ancaq çox keçməmiş, 1918-ci ildə o, qırmızı ordunun sıralarında yenidən xidmətə başlayıb. Zabit kurslarında, sonralar isə Frunze adına hərbi akademiyada təhsil alıb. Yefremovun qırmızı orduda ilk xidməti Qafqazdan başlayıb və o, məhz bu bölgədən tanınıb. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın ilk “Qırmızı bayraq” ordenini alan Yefremov bu təltifdən az sonra ikinci dəfə də “Gəncəyə görə” eyni mükafata layiq görülüb. İkinci ordenin arxasında məhz belə də yazılıb: “Gəncəyə görə”.
Sovet-alman müharibəsi başlanana qədər Yefremov Volqa, Baykalyanı, Orlov hərbi dairələrində yüksək hərbi vəzifələr daşıyıb. Məhz bu ərəfədə o, repressiya dalğalarına düşsə də xilas olmağı bacarıb. Belə ki, 1938-ci ildə Yefremov xidməti işi ilə əlaqədar təcili olaraq Moskvaya çağrılıb. Paytaxta axşam saatlaında çatdığından o, Moskva mehmanxanasında yer alıb. Gecə ikən “NKVD” əməkdaşları onu həbs ediblər. Yefremov xalq düşməni elan edilən marşal Tuxaçevski ilə əlaqədə ittiham olunub. Sorğu-sual iki aydan artıq davam edib. Məsələyə Anastas Mikoyan müdaxilə edib. Onların arasında hələ Bakı hadisələri vaxtından sıx dostluq münasibətləri yaranıb. Nəhayət, Yefremovla son sorğu-sual Mikoyanın da iştirakı ilə Stalinin kabinetində aparılıb. Bundan sonra Stalin onu azadlığa buraxıb. Mikoyanın oğlu Serqo öz xatirələrində bu məsələyə də toxunub: “Yefremovun azad olunması sırf atamın xidmətidir. Atam onu 1920-ci illərdən tanıyırdı. Onların aralarında yaxın yoldaşlıq münasibətləri var idi. Qafqazda çətin və mürəkkəb inqilabi proseslərdə birlikdə olmuşdular. Sözsüz ki, atam Yefremovun həbsinə imkan verə bilməzdi…”
Sovet-alman müharibəsi dövründə Yefremov 21-ci, 10-cu, 33-cü orduların komandanı olub. General-leytenant rütbəsi daşıyıb. Yefremov müharibə zamanı daha çox 1941-ci ilin noyabr ayında Nara çayı sahili boyunca alman qoşunları ilə üzbəüz olan 32 kilometrlik zolağın müdafiəsi zamanı yadda qalıb. Vermaxt qoşunları bu ərazini keçdikləri halda Moskvaya istiqamət almaları daha da asanlaşdığından onların qarşısını kəsmək sovet qoşunları üçün vacib sayılıb. 33-cü ordu bu missiyanı lazımi səviyyədə həyata keçirib və almanları geri çəkilməyə məcbur edib. Əslində bu heç də Yefremovun xidməti olmayıb. Georgi Jukov Yefremova güvənmədiyi üçün həmin oktyabr və noyabr günlərində generala 15-dən artıq əmr-təlimat göndərib və əməliyyatları hər dəqiqə öz nəzarətində saxlayıb. Sonralar Jukov 1942-ci ilin yanvarında Yefremov haqqında xasiyyətnamə yazanda aşağıdakı ifadələr də öz əksini tapıb: “General-leytenant Yefremovun əməliyyat düşüncəsi olduqca məhduddur. İstənilən böyük və kiçik hərbi əməliyyatlarda o, cəbhə komandanlarının təlimat və göstərişlərinə ehtiyac duyur. Əmrləri vaxtında və dəqiq yerinə yetirə bilmir…”
1942-ci ildə keçirilən əməliyyatların birində Jukov Yefremova komandanı olduğu 33-cü ordu ilə birlikdə Kirov istiqmətinə getməyi əmr edib. Həmin məsafə 180 kilometr olub. Yefremov düşünüb ki, bu məsafəni daha qısa yolla qət etmək olar. O, bu haqda Jukova heç nə deməyib. Yaxşı anlayıb ki, Jukovu fikrindən döndərmək mümkün deyil. Yefremov birbaşa qərargahla əlaqə saxlayıb və öz planı haqqında Stalinə məruzə edilməsini xahiş edib. Bu haqda Stalinə məruzə edəndə o da öz növbəsində Jukovla əlaqə yaradıb, Yefremovun qısa məsafə məsələsini ona söyləyib. Jukov qəti şəkildə etirazını bildirib. Buna baxmayaraq, Yefremov öz bildiyi yolu seçib və məsafəni heç yarıya qədər qət etməmiş almanların mühasirəsinə düşüb. 33-cü ordu həm canlı qüvvə baxımından, həm də texnika və silah-sursat itkisi böyük itki verib. Yefremov mühasirəyə düşən zaman yararlanıb. Almanların mühasirə halqası daraldıqca onun əsir düşmək təhlükəsi reallaşıb. Yefremov bu reaalıqdan uzaq olmaq üçün özünü güllələyib. Almanlar sovet generalının meyidini tapdıqdan sonra ona fərqli münasibət bəsləyiblər, Yefremovun nəşini meşənin içində atıb getməyiblər. 45 yaşlı Yefremov müharibə dövründə həlak olan yeganə general olub ki, alman zabitləri onu hərbi şərəflə dəfn ediblər. Onun məzarı üzərinə qoyulan xatirə lövhəsində adı, soyadı və rütbəsi isə həm rus, həm də alman dilində yazılıb. Bununla da Bakını işqal edən generalın karyerası intiharla yekunlaşıb.
Əziz dostlar, oktyabrın 15-i Xalq yazıçısı, Azərbaycan ədəbiyyatı tarixinə nasir, dramaturq, mütərcim kimi düşmüş, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun doğum günüdür. Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab mahalının Evə kəndində anadan olmuşdur. Valideynləri zəhmətsevər insanlar olan Mirzə uşaqlıqdan əməyə alışmış, onlardan yorulmazlıq, insanlara qayğıkeşlik, ruhdan düşməmək, mehribanlıq və səadət öyrənmişdir. 7 yaşındaikən anasını itirmiş, 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası, bir həftə sonra isə qardaşı Rza vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanmış, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. 1930-cu ilin sonlarında bu kimsəsiz 19 yaşlı yetim oğlanı Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə üzv qəbul edirlər. Fabrik-zavod məktəbini bitirdikdən sonra mədəndə usta köməkçisi işləyir, sonra Neft-Sənaye Texnikumuna, 1931-ci ildə isə Neft və Sənaye Texnikomunu bitirdikdən sonra Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsinə daxil olur. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək məqsədi ilə Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfər etmiş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Həmin ildə 21 yaşlı Mirzə İbrahimovu Yazıçılar İttifaqının təşkilat komitəsinin məsul katibi seçirlər. Öz zəkası, dürüstlüyü, zəhmətsevərliyi ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilməkdə olan bu “İranlı yetim oğlan” təhsilini dava etdirmək üçün 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqraddakı (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasına (doktorantura) göndərilir.
Burada həmin kimsəsiz oğlan dünya şöhrətli, görkəmli şərqşünas alim Yevgeni Bertensin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edir. Həmin ildə Bakıya qayıdan Mirzəni Axundov adına Opera və Balet Teatrına direktor vəzifəsinə təyin edirlər. Az sonra onu Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsinə göndərirlər. Beləliklə, 19 yaşına kimi Sabunçu Dəmiryol Vağzalında su satan Mirzə yeddi ildən sonra 26 yaşında böyük nüfuz sahibinə çevrilir. Tarixi mənbələrdən məlum olur ki, 1937-ci ilin çətin sınaqları zamanı o, bir neçə tanınmış şəxsin həyatında həlledici rol oynayır. Xatirələrdən məlum olur ki, 1937-ci ildə Azərbaycan Mərkəzi Komitəsinin iclaslarından birində Mircəfər Bağırov hirslənərək deyir.
Üzeyir Hacıbəyovda, Səməd Vurğunda xalq düşmənidir. Buna nə deyirsiniz? Əlbətdə tədbirdəkilərin hamısı susur, yalnız Mirzə İbrahimov əl qaldırb deyir ki:
Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb. Bağırov əsəbiləşərək – Sən də onların tayısan deyəndə, Mirzə müəllim Əgər mən xalq düşməniyəmsə, onda burada nə işim var deyib zalı tərk edir. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. O, dövrünün gözüaçıq, dərin zəkalı sənətkarlarından idi. 1942-ci ildə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif naziri sonra isə Xalq Komissarları Sovetinin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur.
Mirzə İbrahimov 1947–1950-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, 1948–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləmişdir. 1956-cı ildə məhz onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili” haqqında maddə əlavə olunmuşdur. Mirzə İbrahimov 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, İskəndəriyyə, Kipr, Suriya, Zambiya ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı kimi iştirak etmişdir.
Mirzə İbrahimovun əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilmiş, 1938-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuş, 1943-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 3 dəfə (1946,1967, 1981) “Lenin” ordeni ilə təltif olunmuş, iki dəfə “Stalin” mükafatına (1948,1951), 1961-ci ildə “Azərbaycan SSR xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1965-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatını almış, 1971-ci ildə “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuş, 1979-cu ildə Beynəlxalq Nehru mükafatına, 1981-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.
Yaxşı xatırlayıram orta və ali məktəblərdə təhsil aldığımız illərdə Mirzə İbrahimovun “Həyat” piyesi, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” və digər əsərləri hər kəsin stolüstü kitabına çevrilmişdi. Mirzə İbrahimov Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və vətən fədaisi idi. O, uzun, şərəfli həyatı boyu, müxtəlif illərdə sovet dövlətinə rəhbərlik etmiş Stalin, Xruşşov, Brejnev və Qorbaçovla təmasda olmuş, Bağırovun və Voroşirovun müavini vəzifələrində çalışmış, heç zaman haqq sözünü deməkdən çəkinməmiş, Üzeyir Hacıbəyov, Səməd Vurğun kimi Azərbaycanın böyük oğullarının başları üstündə qara buludlar dolaşarkən onları müdafiə etmişdir. O, 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Allah rəhmət eləsin.
Büyük Türk Kağanlığı Kült Kompleksi Bozkırın Tarihini Değiştiriyor
Arkeologlar, Kazakistan’ın doğu bölgesindeki Tarbagatay ilçesindeki uzak bir vadide, MS 6.-8. yüzyıllar arasında Batı Göktürk Dönemi’ne kadar uzanan bir Türk Kağanlığı kült kompleksini ortaya çıkardılar. Eleke Sazy Kağan sosyal kompleksi olarak adlandırılan bu, ilk olarak 2016 ve 2018 yılları arasında yapılan kazılarda son zamanlarda arkeoloji camiasının dikkatini çeken bir sitedir.
Unutulmaz bir keşif! Kült Kompleksi ve Altın Kuşak TRT Haber’in haberine göre, Kazak arkeolog Profesör Zainolla Samashev’in çabalarıyla yapılan kazılarda, MÖ 9. yüzyıldan MS 7. yüzyıla kadar uzanan farklı yaşlarda 300’den fazla kurgan ve antik mezar höyüğü gün ışığına çıkarıldı.
Batı Göktürk Kağanlığı’nın anıt kült kompleksinin keşfi, Moğolistan dışında bulunan bu türden ilk eser olması ve özellikle İslam öncesi Türk sanatı ve arkeolojisi bağlamında bakıldığında büyüleyici olması nedeniyle bu tarihi anlatıyı değiştirmiştir.
Özellikle buluntulardan biri göze çarpıyor – bir Göktürk Kağan’ın yüzüyle süslenmiş altın bir kemer tokası! Bu keşif, tarihte ilk kez böyle bir eserin ortaya çıkarılmasıdır.
Alanda görev yapan arkeologlardan Dr. Serhan Çınar, eseri şöyle anlattı:
“Süslemenin kompozisyonunda, Kağan’ın geleneksel Türk tipi bağdaş kurmuş oturarak tasvir edildiği ve başında üç köşeli haleyi andıran bir taç bulunduğu görülmektedir. Toka süslemesinde yer alan görseller de Kağan’ın oturduğu tahtı ve ona hizmet eden nedimeleri net bir şekilde göstermektedir. Tahtı çevreleyen çiçeklerin Budist sanatında sıklıkla kullanılan lotus çiçekleri olduğu düşünülüyor.
Asalet ve Kraliyet: Kemer Siyaseti 2021 yılı kazı çalışmaları sırasında, Eleke Sazy Kağan kompleksinin kurgan alanında, soyluluğu ifade eden ve “prens” anlamına gelen bir unvan olan Tegin’e ait kişisel eşyalar ortaya çıkarıldı. Ancak, dikkatleri üzerine çeken altın kemer tokasıydı.
Altın plakalardan yapılmış toka, tahtında oturan, taç takan ve yemin kadehi tutan bir Göktürk Kağan’ı tasvir ediyordu. Bir başka araştırmacı olan Profesör Dr. Zainolla Samashev, bu süslemenin sadece sanatsal bir yaratım olmadığını, aynı zamanda Türk halklarına atfedilen edebi bir miras olduğunu vurguladı.
Göktürk halkının kültürel uygulamalarını inceleyerek, kemer tokası da dahil olmak üzere kurtarılan nesnelerin muhtemelen Kağan’ın cenaze töreni sırasında mezara yerleştirildiğini açıkladı. Eski Türk devletlerinde hakimiyetin sembolü olan altın kaplama kemer, 8. yüzyılın sonlarına ait bir bağlantıya işaret ediyordu. Tokanın sahibi, o döneme ait Kağanlardan biri veya alternatif olarak, Kağan’a bağlı bir Tudun olabilir ve kemeri hükümdarın oğluna hediye olarak sunan, hakimiyet ve bağlılığı simgeleyen bir Tudun olabilir.
Prof. Dr. Samaşev, “Göktürk’ün defin törenlerine baktığımızda merhumun mezarına kişisel eşyalarını ve silahlarını koymak bir görevdi. Ele geçen eşyalar arasında altın plakalardan yapılmış bir kemer tokası da vardı.” açıklamasını yaptı.
Mezar kompleksi, ayrı avlu duvarları ile çevrili iki ayrı bölümden oluşmaktadır; ancak, bölümlerin birleştiği yerde ortak bir duvarı paylaşıyor gibi görünmektedirler. Killi toprak ve çakıl karışımından inşa edilmiş avlu duvarları ile tanımlanan mezar kompleksinin boyutları yaklaşık 90 x 50.90 metredir (295.27 x 166.99 ft). (TRT Haber)
TRT Haber’in haberine göre, Prof. Dr. Zainolla Samashev sözlerini şu sözlerle tamamladı:
“Tabii ki, bu merkez Batı Göktürk hanlarından birinin anısına inşa edilmiş bir kompleksti. Daha sonra burası hanın geride bıraktığı halk için büyük bir hürmet merkezine dönüşmüş ve buraya büyük bir türbe inşa edilmiştir. Bu tür ilk merkez, Kazakistan’ın Altay bölgesindeki Tarbagatay Dağları’nda inşa edildi. Tabi bu külliye, mimari üslubu, ölü gömme törenleri, ele geçirilen buluntular ve dini inanç kültü açısından Türk dünyası için büyük önem arz etmektedir” dedi.
Tarihte İran’ı Yönetmiş 10 Türk Devleti İran coğrafyası 1600 yıl Türk hakimiyetinde kalmış şu anda da 50 milyon Türkün yaşadığı bir coğrafyadır.
Gazne Devleti Samanîler’den ayrılıp Afganistan’ın Gazne kentine yerleşen Alp Tegin’in 961 yılında kurduğu devlettir. Tam anlamıyla bağımsızlığı 977’de Sebük Tigin’in başa geçmesiyle gerçekleşmiştir. Daha sonraları İran üzerine yayılan Gazneliler, en parlak dönemini Sultan Mahmut ile yaşamıştır. Bu dönemde hem Hindistan’a 17 kez sefer yapılarak İslam bu bölgede yayılmış, hem de Abbasi Halifeliği Büveyhoğulları’ndan korunmuştur. Selçuklular’ın 1040 yılında yapılan Dandakan Savaşı ile güç kazanmasının ardından Gazneliler dağılmış, 1186’da Gurlular’ın son Gazneli sultanı Hüsrev Melik’i tutsak almasıyla devlet resmen son bulmuştur.
Büyük Selçuklu Devleti Selçuk Bey’in Müslüman olduktan sonra Oğuz Yabgu Devleti’ne vergi vermeyi istemeyişi ile kurulan Selçuklu Devleti, Selçuk Bey’in torunları Tuğrul ve Çağrı’nın 1038’de Gazneliler’den ayrılmasıyla bağımsız olmuştur. Selçuklu Sultanı Alparslan, Malazgirt Savaşı’nda Bizans’a karşı zafer elde ederek günümüz Türkiye’sinin temelini atmıştır. Her açıdan mükemmel bir uygarlık kuran Büyük Selçuklu Devleti, Katvan savaşı’nda Karahıtaylar’a yenilince büyük ölçüde dağılmış, 1157 yılında Sultan Sencer’in göçebe Oğuzlar’a tutsak düşmesiyle resmen yıkılmıştır.
İldenizliler Şemseddin İldeniz, Selçuklu Devleti’nde kölemen bir askerken, gösterdiği kahramanlıklar nedeniyle çöküş sürecindeki Selçuklu içerisinde kısa sürede atabeyliğe yükselmiştir. 1142 yılında Irak Selçukluları’na karşı güç kazanarak bağımsız olmuştur. Gürcüler ve Ermeniler üzerine birçok başarılı sefer yaparak, Nahçıvan’dan yönettiği devletini genişletmiştir. İldenizliler ilerleyen yıllarda İran içlerine kadar yayılmıştır. Ancak, 1220’deki Moğol saldırılarıyla zayıflayan İldenizliler, 1225 yılında Harezmşahlar Devleti’ne bağlanmıştır.
Harezmşahlar Devleti Büyük Selçuklu Devleti’nin Hive kentinde vali olan Anuş Tekin’in oğlu Kutbuddin Muhammed, 1097 yılında ‘Harezmşah’ unvanı alarak bu bölgeyi yönetmeyi sürdürmüştür. Atsız Harezmşah döneminde yarı bağımsızlık elde eden Harezmşahlar, İl Arslan döneminde Büyük Selçuklu Devleti’nin yıkılmasıyla bağımsız olmuştur. Türkistan, İran ve çevre bölgelere yayılan Harezmşahlar Devleti’nin yönetim biçimi ve sanat tarzı Selçuklular’ın devamı niteliğindedir. Celaleddin Harezmşah’ın Yassıçemen Savaşı’nda Anadolu Selçukluları’na yenilmesiyle zayıflayan Harezmşahlar Devleti, Moğol Hanı Ögeday tarafından 1231’de yıkılmıştır.
Timur İmparatorluğu Çağatay Hanlığı’ndaki iç karışıklıklar sırasında güçlenen Emir Timur, 1370 yılında kendi adıyla anılacak devleti kurmuştur. Bu devlet, kısa sürede Harezm, İran, Kafkas, Deşt-i Kıpçak, Hindistan, Irak, Suriye ve Anadolu’ya yayılan büyük imparatorluğa dönüşmüştür. Bu sürede Çağatay Hanlığı, Altın Orda, Celayiriler, Karakoyunlular, Osmanlılar gibi birçok devlet, Timur tarafından yıkılmıştır. Timur, 1405 yılında Çin’i fethetmeye giderken ölmüştür. Onun ardından Timurlular siyasi olarak yeniden güçlenememiş olsa da, birçok bilim ve sanat alanında ilerleme sürmüştür. Timur İmparatorluğu, 1507’de Şeybani Han’a bağlı Özbekler’in başkent Herat’a girmesiyle yıkılmıştır.
Karakoyunlular Göçebe bir Türkmen boyu olan Karakoyunlular, İlhanlılar’ın çöküşünü fırsat bilip 1380’de Bayram Hoca önderliğinde bağımsız olmuştur. 1400 yılında Karakoyunlular’ın başındaki Kara Yusuf, Timur’dan kaçıp Osmanlı’ya sığınmıştır. Timur öldükten sonra Tebriz’i alarak hükümdarlığa devam etmiştir. Karakoyunlular, ilerleyen yıllarda İran içlerine kadar yayılsa da, Akkoyunlular’dan Uzun Hasan’ın Karakoyunlu önderi Cihan Şah’ı öldürmesiyle çöküşe geçmişlerdir. 1469 yılında bu devlet resmen yıkılmıştır.
Akkoyunlular Diyarbakır, Elazığ ve Azerbaycan yörelerinde etkin bir Türkmen boyu olan Akkoyunlular, Kara Yülük Osman Bey döneminde 1378’de bağımsızlık elde etmişlerdir. Devletlerini korumak için Ankara Savaşı’nda Timur’a yardım etmişlerdir. Timur da bu yardımlarından dolayı Malatya ve Diyarbakır’ı Akkoyunlular’a vermiştir. Kara Yülük Osman Bey’in ardından Akkoyunlular’ın başına Uzun Hasan geçmiştir. Onun döneminde Akkoyunlular, Horasan’dan Anadolu’ya, Kafkaslar’dan Umman Denizi’ne kadar uzanan büyük bir devlet olmuştur. Bu büyüme Osmanlılar’ın dikkatini çekmiştir. Fatih Sultan Mehmet, Trabzon Rum İmparatorluğu’nu yıktıktan sonra yönünü Akkoyunlular’a çevirmiştir. Otlukbeli Savaşı’nda Osmanlı’dan ağır bir darbe alan Akkoyunlular çöküş sürecine girmiştir. Uzun Hasan’ın ölümünden sonra çıkan kargaşadan yararlanan Safevi Şahı İsmail, 1508’de bu devlete son vermiştir.
Safevi Devleti Anadolu çevresindeki sekiz Türkmen boyunun 1501 yılında Şah İsmail önderliğinde birleşmesiyle kurulmuş ve Akkoyunlular’ın yıkılmasıyla Tebriz’de hüküm sürmeye başlamış Türk devletidir. Sonraki yıllarda İran’ın tamamını ele geçiren ve bu coğrafyada Şii inancı yayan Safeviler’in en büyük düşmanları, mezhep çatışmasından dolayı Osmanlılar ve Özbekler olmuştur. 1510 yılında Safevi Kızılbaşlar, Özbekler’e karşı büyük bir zafer elde etmiş ve Horasan’ı almışlardır. Ancak bu başarıyı Osmanlı’ya karşı gösterememişlerdir. Çaldıran Savaşı’nda Yavuz Sultan Selim, Tebriz’i alarak Safeviler’e karşı üstünlük sağlamıştır. Yağmalamalar ve ayaklanmalarla zayıflayan Safevi Devleti, Afganlar tarafından 1736’da yıkılmıştır.
Afşar Hanedanı Afşar Hanedanı, Nadir Şah’ın 1736’da İran’ı ele geçiren Afganlar’a karşı kurduğu devlettir. Nadir Şah başa geçtikten sonra Afganları İran’dan geri püskürtmüş ve Delhi’ye kadar ilerlemiştir. Delhi’den elde ettiği servet ile üç yıl vergi almamış, Safevi Devleti’nin çökmesiyle darmadağın olan İran’ın yaralarını sarmıştır. Bu nedenle İran’ın onarıcısı olarak bilinir. Nadir Şah, Afganlar’ın yeniden ayaklanmasını önlemek için Sünniliğe yakın durmuştur. 1747’de Nadir Şah’ın ölmesiyle dağılan devlet, 1796’da tarih sahnesinden çekilmiştir.
Kaçar Hanedanı Kaçarlar, Safevi Devleti’nin kurulmasına yardım etmiş bir Türkmen boyudur. Afşar Hanedanı’nın yıkılmasından sonra İran’da siyasi karışıklık başlamış ve birçok yeni devlet ortaya çıkmıştır. Bunlardan biri de Ağa Muhammed Han’a bağlı Kaçarlar olmuştur. Ağa Muhammed Han, Kaçarlar’ın siyasi birliğini sağladıktan sonra İran’daki diğer devletlerle mücadele etmiştir. 1796’da İran siyasi birliğini sağlayan Ağa Muhammed Han, başkenti Tahran olan Kaçar Hanedanı’nı kurmuştur. Bu Türk kökenli hanedan, 1925 yılında Rıza Şah Pehlevi’nin Kaçar hükümetini kontrolü altına alıp Pehlevi Hanedanı’nı kurmasına dek İran’ı yönetmiştir.
Foto 14 may 1993-cü ildə Yaşamda Azərbaycanın ilk yaradılan XTT-dan birində Hərbi Andiçmə günü çəkilib. Nurcahan Hüseynovanı və Zaur İbrahimovu rəhmətlə anırıq. Məqamları ucadır. Allah Zaur Ustaca can sağlığı versin:
1992-ci ildə istefa verməyinin səbəbini belə izah edib:
“- Bu torpaqları ermənilərə verəcəklər… istəmirəm ki, adım tarixdə qara hərflərlə yazılsın!… Dəvənin ovşarını (ipini) eşşəyin quyruğuna bağlayırlar! Məni Rəhim kimi savadsızın tabeçiliyinə veriblər, o da mənim əməliyyat planımda düzəliş edir”.
Müstəqil Azərbaycan Respublikasının ilk Müdafiə Naziri- əslən Qubadlı rayonundan olan Valeh Bərşadlıya Allah Rəhmət eləsin. Amin.
1964-cü ildə Sovet kəşfiyyatı tərəfindən Bakıda arxeoloji qazıntılar aparıldı. Qazıntılar zamanı Qız qalasının yanında Hz. isa Məsihin 12 həvvarisindən biri olan Apostol Varfolomeyin məzarı tapıldı.
Müqəddas Varfolomey 24 avqust 71- ci ildə atəşpərəstlər şəhəri olan Bakıda xristian dinini yaydığına görə çarmıxa çəkildi. Onu çarmıxa çəkildiyi yerdə dəfn etdilər.
Dəfn olunduğu yerdə Alban kilisəsi tikildi. Daha sonra isə Müqəddəs Varfolomey kilsəsi ucaldıldı. SSRİ zamanı Bakıya gizli yollarla buranı ziyarət etmək üçün Fransadan, irandan, Türkiyədən, Britaniyadan insanlar gəlirdi.
Tapılan məzarın eni yarım metr, uzunluğu isə 2 metr idi. 1892-ci ildə həvarinin șəhid olduğu ərazidə (Qız qalası yaxınlığında) “Həvari Varfolomey” Kilsəsi inșa etdirildi.(9-cu şəkil) 1936-cr ilə qədər fəaliyyətini davam etdirən kilsə, daha sonra dinlə mübarizə kompaniyası çərçivəsində söküldü.Hal hazırda kilsənin qalıqları müqəddəs abidə olaraq dövlət tərəfindən qorunur.
Hər il 24 iyun səhər saatlarında burada xüsusi dua mərasimi icra edilir. (Keçirilən ayinlərdən şəkillər yerləşdirəcəm rəylərə)
Məzarın üstündə Alban dilində “Rəbbə sadiq Varfolomey” yazılırdı. Məzarı qutuya qoyub Moskvaya apardılar. Həmin kilisəni isə dağıtdılar.
Varfolomeyin məzarı olduğu kilisə dinlərlə mübarizə adı altında sökülmüşdür. Həmçinin Qız qalasının altından albanlara məxsus əlyazmalar, isa Məsihə aid olan əşyalar və qədim incil kitabi tapılib Sovet Rusiyası tərəfindən yox edilmişdir.