
Əl tutan əllər
Bu gün insan münasibətlərinin, mənəviyyatının təməlini qoruyub saxlayan amillərdən biri də yaxşılıq etməkdir. Bu missiyanı öz üzərinə götürüb, həyat şüarına, prinsipinə çevirən, ondan mənəvi zövq alan, yaşamağın əsl səbəbini yaxşılıq etməkdə görən insanlardan biri də
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar müəllim İsmayılzadədir.
Mən İlqar müəllimi tanıdığım ilk gündən bu yana onun nə qədər uzaqgörən, işıqlı, mərhəmətli olduğunu görmüşəm. Öz ömrünü xalqına xidmət etməyə sərf edən bu insan təmənna güdmədən əlindən gəldiyi qədər hər kəsin yanında olub, dəstək göstərmişdir. Onun üçün bir insanın qəlbində sevinc, üzündə təbəssüm oyatmaq ən gözəl hədiyyədir. İlqar müəllim milli – mənəvi dəyərlərin, milli kimliyimizin, tarix boyu bizimlə yaşayan əxlaqi dəyərlərimizin, dünənimizin, bu günümüzün qoruması yolunda böyük addımlar atmışdır. Gecəsini – gündüzünə qataraq yaxşılıq etməkdən usanmayan, hər zaman yenilikləri ilə ucalan İlqar müəllim daha çox insani keyfiyyətləri ilə zirvədə olur. İlqar müəllimin özü kimi onun Facebook üzərindən yaratdığı,on bir ildir fəaliyyətini davam etdirən “Həməşəra” səhifəsi və mətbu orqanı da tam təmənnasız xidmət göstərərək, saysız – hesabsız insan arasında böyük bir körpü olmuşdur. “Həməşəra” dövrünün ən çox sevilən və izlənilən mətbu orqanı olaraq, neçə – neçə təqdimat mərasimlərinin təşkilatçısı olaraq eyni əqidəyə, düşüncəyə sahib olanları bir yerə toplamışdır. Gələcək nəsillərə indidən qol – qanad olaraq, onları sabaha ruhlandırmışdır.
Öz ömrünü xalqına, elinə, Vətəninə, elmə həsr etmiş İlqar müəllim görkəmli şəxsiyyət olaraq insanların ürəyində əbədi olaraq öz taxtını qurmuşdur.
Sonda fürsətdən istifadə edərək mənə hər zaman dəstək göstərən, “Həməşəra” mətbu orqanının təsis etdiyi ödüllərlə şərəfləndrib, Cəlilabad ədəbi mühitinə tanıdıb sevdirən dəyərli ziyalımız, əzizimiz İlqar müəllimə Uca Tanrıdan can sağlığı, bol yaradıcılıq uğurları arzulayıram.

Müəllif: Atlaz RZAYİ
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair
Oxuyun >> Gözündə tük var