Etiket arxivi: Yazarlar 54

SƏADƏT QƏRİB – YANIQLI BİR BAYATIYAM – PDF:

SƏADƏT QƏRİB – YANIQLI BİR BAYATIYAM – PDF:

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SEADET QERİB – SEVGİ

BU SEVGİ GÜNAHSA

Seni gördüğümde her an sevgilim,
Kalbimden deli bir kıvılcım kopar.
Diyordum kimseyi sevemem ama,
Bu aşkın alevi ruhumu yakar.

Suskundu, sessizdi yorgun yüreğim,
Senden sonra sığmaz artik göğsüme,
Çırpınır denizin dalgalarında
Çılğın çocuk gibi koşar üstüme.

Farketmedim ne oldu, nasıl oldu,
Gecə ve gündüz gelirsin aklıma,
Bu deli aşkı hep hayal ederdim
Hoş geldin sevgilim sen hayatıma.

Sevmeyi bilmezdim ben sana kadar,
Bu aşkı bana ,sen öğrettin sen.
Bende bu sevgiyi yaratan adam,
Sevgime sebepsin, sebebisin sen.
Bu sevgi günahsa, günahkarsın sen.

ÖZLEMEK NEDİR

Ben iyi biliyorum özlemek nedir,
Özleyen kalbin hasreti çoktur.
Kalbimi sevdana verdiğim günden-
Sanki göğsümde yüreğim yoktur.

Sen nerden bilesin özlemek nedir,
Su olub arkamca hiç akmadın ki,
Çırpınıb sahilde dalgalar gibi,
Benim için kalbini hiç yakmadınki.

Ben iyi biliyorum özlemek nedir,
Özlemek kedere dalmak demekdir.
Toplansa başına tüm kainat,
Özlemek tek- tenha kalmak demektir.

Ben iyi biliyorum özlemek nedir,
Özleyen bir insan kışa benzermiş.
Küçük kafesdeki çırpınan kalbi,
Kanadı kırılmış kuşa benzermiş.

Ben iyi biliyorum özlemek nedir,
Özlemek uykunu unutmak demek.
Geceler uykusuz sabaha kadar,
Allahdan ebedi uyku dilemek…

Ben iyi biliyorum özlemek nedir,
Kadere, kısmete acı eklemek.
Ben iyi biliyorum özlemek nedir,
Çaresiz umudu her an beklemek…

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏADƏT QƏRİB – ESSE

MÖCÜZƏ FIRTINASI
(esse)

Bu gecə qəribsədim qürbət evimdə…
Ay batana qədər ay işığında,Günəş doğandan sonra gün işığında gözümü qırpmadan kölgəmi izlədim.
Kölgəm də nədənsə mənə yad, qərib gəldi,
sonra yenə gözlərimin yağışı başladı,
yenə səngiməyən narahatçılıq…
Beynimdə sanki saat əqrəbi dövr edir,
hər dövrəsində qılınc kimi biçir zamanı..
ümid küləyinin uğultusu qulağımdakı ümidsiz sözlərin səsini batırsa da ,cəsur qorxular heç çəkinmədən ürəyimə şığıyır..
Fikirlər sinəmdə tonqal qalayıb,
duyğularım, düşüncələrim alovlanır o tonqalda.
Tək bir cümlə bağırır ürəyim. .
Bir möcüzə fırtınası olsa….
Mən o fırtınanı gözləyirəm..
Çünki , mənim dünyamın harayına çata biləcək tək şey o möcüzə fırtınasıdır.

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət Qəribin yeni şeirləri

SƏN YALANDAN GÜLURSƏN

Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!

Günah mənimdir deyib, özünü qinayırsan,
Yaşadığın hər günü qara günün sayırsan,
Susqun durub, bəlkə də, hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.

Yuvasinda bir qərib qaranquşa bənzədin,
Baharin ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.

O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….

AĞLAYAN XATİRƏLƏR

Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.

Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.

Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.

Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.

Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.

ÇALIŞ

Hər işin bəhrəsini əğər görmək istəsən,
Öncə o işini sən, gərək içdən sevəsən.
Əziyyətin əlində qalmayacaq o zaman,
Arzuya gec -tez çatar çalışan hər bir insan.
Gələcək planını kimsəyə açıb tökmə,
Hər insanı özüntək saf ürəkli zənn etmə.
Qısqananlar olacaq, həyatında hər zaman,
Pis niyyətli insandan, hər zaman uzaq dayan.
Yaxın sanma heç kimi, yaraların göstərmə,
Kimsədən mədət umma, heç bir şey də gözləmə,
Hərənin öz dərdi var, öz dərdini gizlin çək,
Heç nə əbədi deyil, dərd də, qəm də bitəcək.
Dost kimi görünənlər guya sənin yanında,
İlan kimi sancarlar,ən sevincli anında,
Nankörə yaxşılıq et, gör sənə nələr edər.
Etdiyin yaxşılığı bir anda alt-üst edər.
Məsafə saxla hər dəm yaxın ,uzaq fərq etməz
“İnsandan” qorx həmişə heyvanlar zərər verməz.
Qırmızı xəttlərini keçənlərə söz vermə.
Yaxşısı budur ki sən, arsıza heç üz vermə!

SƏN QATACAĞAM
(bu şeirə mahnı bəstələnib)
Mus: Farahim Sadiq
Xalq artisti Nazpəri Dostəliyeva və Rövşən Məmmədov ifa edib

Sənsiz heç bir şeyin dadı qalmadı,
Sənsizliyi silib mən atacağam.
Udduğum havaya, içdiyim suya,
Bir az da özümə “sən” qatacağam.

Yaşıl yamaclarda şehin səthinə
Çiçəyin ətrinə, gülün ətrinə,
Mənə yaşatdığın sevgi xətrinə,
Sazıma, sözümə “sən ” qatacağam.

Dəli küləklərə,əsən yellərə
Yağan yağışlara, axan sellərə ,
Sənsiz yaşadığım ötən günlərə
Acıya, dözümə, “sən” qatacağam.

Son ümid, son arzu, son istəyimə,
Bu günə,sabaha, gələcəyimə,
Sənsiz mən ağlayıb güləcəyimə,
Bir az da gözümə “sən “qatacağam.
Ruhumun özünə “sən “qatacağam.

DÜNYADA ƏDALƏT HAQQ QURAN ELİM
(mahnı bəstələnib)
Mus: Sevinc Tofiq qızı
Xalq artisti Sevinc İbrahimova ifa edib

Sən qədim yurdumsan, Azərbaycanım!!!
Poladlar qanıyla tarixlər yazır.
Mübariz qeyrətli iğid oğullar
Vətəni yolunda ölümə hazır.

Başını uca tut Qarabağ ,Şuşam,
Hər Vətən övladın, sənə min əsgər.
Sənin dayağındır Türkün ulusu,
Bir yanın Dərbənddir,bir yanın Kəngər!!!

Zəfərdən- zəfərə adlayan,keçən,
Dayanma, dayanma, irəli ordum!!!
Zirvəyə daşıdıq məşəlimizi,
Zülməti nur ilə boyadıq, yurdum!!!

Günbatan ,gündoğan oylağın olmuş!!!
Birləşib yumruq ol, ey Turan elim…
İlhamla Ərdoğan bayrağın olmuş,
Dünyada ədalət ,haqq quran elim!!

SORUŞURSUZ NECƏYƏM!?

Soruşursuz, necəyəm?…
İndi nə cavab verim.
Mən susum saatlarla,
Cavab versin şeirim.

Yarım köçəndən bəri,
Qurumuş çay olmuşam.
Nə gündüzəm, nə gecə
Yatmayan Ay olmuşam.

Otağım da darıxır
Bomboş görünür hər yan.
Bu dörd ayda olanlar,
Ağlımdan çıxmır bir an.

Pəncərəmizin gözü
Gözüm kimi nəmlənib.
Əşyaları hər yerdə
Evim yasa bələnib.

Bişirdiyim yeməkdə
Yoxdur əvvəlki tam, dad.
Heç nəyə həvəs yoxdur,
Ev-eşik gözümdə yad.

Elə göynəyir sinəm
Yarama duz basıram.
Dərdimin dəryasında
Hər gün bir az batıram.

Gah xatirə odunda
diri-diri yanıram.
Gah da yayın ortası
tir-tir əsib donuram.

Elə çox darıxıram
Əlim çatmır yarıma.
Dualarla ovunub,
Sığınmışam Tanrıma.

Necəsən deyənlərə
Cavab verə bilmirəm.
Qəhəri uda-uda
Səssizcə kövrəlirəm.

HƏSRƏTİN PIÇILTISI

Bir sükut bürüyüb gündüz-gecəmi,
Susan duyğularda alışıram mən,
Eləbil biçilib həsrət boyuma,
Hansı yalnızlıqdan danışıram mən?…

Ümid adlı dostum günün sonunda,
Mürgü vurur ayın ışıltısında.
O an qulağıma ilişir səsin,
Gecənin yalnızlıq pıçıltısında.

Yanımda elə çox yerin görünür
Gözümdə kövrəlir arzular yenə.
Elə çox göynəyir, burnumun ucu
Sadəcə gəlirsən yuxumda mənə.

Özümü tanıya bilmirəm daha,
Nəsə pıçıldayır dilim, dodağım,
Yaxşı ki, zamanın ayaqları var.
İllərcə amansız oldu sınağım.

Kaş həsrətin ömrü qısa olaydı.
Yaşanmadı sənsiz keçən bu günlər.
Çarəsiz olmağım yorsa da məni,
Səbrimi qoruyur görünməz güclər.

Əllərin dəyməyən saçı neynirəm

Süslərdim saçımı çiçək tacıyla,
Sən yoxsan yanımda, tacı neynirəm.
Kəsdim saçlarımı,sənin yolunda
Əllərin dəyməyən saçı neynirəm.

ÖMÜR KİTABIM

Gündəlik yazmışam ömür yolundan,
Hərdən vərəqlərə nəzər salıram.
Hər vərəq xatirə,hər vərəq yaddaş,
Hər vərəq sonunda donub qalıram.

İlk vərəq ömrümün gənclik çağından,
Bircə o vərəği boş saxlamışam.
Olmayan bir şeydən nə yazım axı?
Gözümdən bir damla yaş saxlamışam.

Ömür kitabımın hər, vərəğində,
Sevinclə kədəri qoşa yazmışam.
İçimdə boğulub qalan kəlmələr,
Onu suya deyib, daşa yazmışam.

Beləcə ağacdan düşən yarpaqtək,
Hər vərəq bir yarpaq olub, saralmış.
Asılıb qalmışam xatirələrdən,
Xatirə qəlbimdə əcəb yer almış.

GÖZƏL DEYİLMİŞ

Uşaqkən, böyümək istədim hər gün,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.

Hər gün gözləyirdim doğum günümü,
Olmazdı kədərim, olmazdı qəmim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.

Kaş yenə oynayıb uşaq oynumu,
Dərdin atəşindən uzaq olaydım.
Qaçıb gizlənərdim qanlı fələkdən,
Dünyadan doyunca ləzzət alaydım.

Gülərüz qız idim,dərdsizdim, ana.
Bilməzdim xoşbextlik çox az sürəcək.
Vüsal dəryasında üzdüyüm zaman,
Mən hardan biləydim hicran gələcək.

Elə bilirdim ki,böyümək gözəl,
Bilməzdim nə imiş qəlb sarsıntısı.
Sanmışdım hər zaman sevinəcəyəm,
Nə qədər ağırmış dərd sıxıntısı.

Uşaqkən yaralar tez sağalardı,
Yeməzdi içindən yara heç kəsi.
Yaranın bircəcik məlhəmi vardı,
O da ana eşqi, ana sevgisi.

Üşaqkən böyümək istədim elə,
Qəlbimdə min arzu, min dilək ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.

YORGUN ÜRƏYİMİN YUXUSU GƏLİR

Səyahət edirəm bezən qəlbimə,
Ağacı qırılmış bağlar görürəm.
Uzaqdan qəlbimə nəzər salanda,
Kədərdən ucalan dağlar görürəm.

Bəzən oralara yaz erkən gəlir,
Açır addımbaşı tər bənövşələr.
Mənim gözlərimdə bulaq qaynayır,
Dağlar gözyaşımdan xəbərsizdilər.

Sahilsiz dəniz var sinəmdə sanki,
Dəryadan dərindir o dəniz məndə.
Məni əzizləyir, məni oxşayır,
Sanki lay lay çalır ləpələrində.

Ömrün unudulmaz anları vardır,
Unuda bilməzsən keçsə də zaman .
Necə qəribədir həyat, ilahi…
Ağrı-acıya da alışır insan.

Həsrət adasında qalan sevgimin,
Şirin xatirədən qoxusu gəlir.
Öz eşqim, öz əqlim çox yorub məni,
Yorğun ürəyimin yuxusu gəlir.

BOŞ ÇƏRCİVƏ

Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.

Ulu öndərimiz
(Mahnı yazılıb)
Mus: İlhamə Adilqızı
İfa: Rövşən Məmmədov

Qədimdir tarixi Azərbaycanın
Ən böyük şəxsiyyətlər sırasından,
“İstiqlal savaşın “müdrik qalibi,
Ulu ondərimiz xalq arasından.

Vətənin səsinə dərhal səs verən,
Elin ağrısını , dərdini çəkən,
Dar gündə vətənin hayına yetən,
Ulu öndərimiz xalqın mərd oğlu.

Azərbaycan mənim həyatım dedi,
Uzağı hamıdan o yaxın gördü,
Parlaq gələcəyi bizlərə verdi,
Ulu öndərimiz xalqın mərd oğlu.

Xarici, daxili siyasətiylə ,
Nəbzini tutmuşdu ağır zamanın.
Ədalət carçısı, haqqın yolcusu
Düşünən beyniydi Azərbaycanın.

Layiqli varisi qalib sərkərdə,
Heydər yolu ilə inamla getdi.
Zəfərdən -zəfərə imzalar atıb,
Ölməz atamızın ruhun şad etdi.

Bir başqa sevgiydi vətənə eşqi,
Yanında olurdu xalqın, millətin
Danılmaz vətənçün elədikləri,
Fədakar liderin böyük xidməti.

Onun sayəsində odlar diyarı,
Addım-addım çatdı hürriyətinə.
Borcluyuq müstəqil Azərbaycanı,
Ürəklər fəth edən Ulu öndərə.

YANIQLI BİR BAYATIYAM

Gecə yumub gözlərini
ulduzları sürükləyir.
Yuxum da bir himə bəndmiş,
o da məni silkələyir.

Ayrılığın vahiməsi
ləpələnir düşüncəmdə.
Ümidlərim çox titrəyib,
buz bağlayıb hər gecəmdə.

Təpikləyir addımbaşı
xatirələr yaddaşımı.
Sükut səsimə səs verir
İtirəndə mən başımı.

Qürurun qol-qanadını
bəzən qırmaq istəmişəm.
Vicdansız olan fələyin
saçın yolmaq istəmişəm.

Bəlkələrin tüstüsüylə
həsrət qoxubdur otağım.
Sənsiz qalan günlərimdə
şeir olur dərd ortağım.

İndi qərib ürəyimin
İçində qərib dünyayam.
Saz ruhunda zilə qalxan
yanıqlı bir bayatıyam.

ÖMÜR

Zaman qopub düşür yarpaqlar kimi,
Təqvimdən vərəqlər tökülür bir- bir.
Köksümə sığınıb ağlayır payız,
Ürəkdən ümidlər sökülür bir-bir…

Haçansa qəlbimə ilk bahar gəlir,
Tələsik özünü yetirir payız.
Saralan duyğular xəzələ dönür,
Özüylə qar, yağış gətirir payız.

Yenə vüsal yolu sisli, dumanlı
Fələk yollarıma çəkib sədləri.
Qəlbimin o dərin məzarlığında
Neçə arzuların ayaq izləri .

İçimdə dəfn etdim xəyallarımı,
Sevgimin cücərən şirin çağında.
Hansı birisini söyləyim indi,
Hələ də qalmışam hicran dağında.

YALAN DÜNYADA

Uyma tərifə ey qadın ,inanma , yalan dünyada .
Baxışın od silahındır, unutma, yaman dünyada,

Günəş kimi ləkəsiz ol, parla ,işıq saç,heç sönmə,
Məsafəni qalxan eylə ,günahla dolan dünyada.

Hər üzünə güləni sən, sanma ki aşiqdir deyə,
Kar ol şirin, xoş sözlərə, kəməndə salan dünyada.

Açma könül qapısını, hər qapını döyənə sən,
Sevgini qumar ediblər, oyunbaz olan dünyada,

Aşiq o kəslər olar ki ,niyyəti safdır, təmizdir,
Bax, belə sevgi sağlamdır, saralıb solan dünyada.

Səadət gördükcə sən də, bu dünyanın hər üzünü,
Qəm edirsən, dərd edirsən, sevgisiz qalan dünyada.

Müəllif: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət QƏRİB

Səadət QƏRİB – Rzayeva Səadət Arif qızı – Goranboy rayonunun Dəlməmmədli şəhərində 10 iyun 1970-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Səadət xanım Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi məktəbində təhsilini davam etdirib. 3 kitab müəllifi, 2023-cü ildən AYB üzvüdür. Şeirləri Azərbaycan və Türkiyə saytlarında, qəzetlərdə, dərgilərdə mütəmadi olaraq dərc olunur. Şeirlərinə bəstələnmiş mahnılar Azərbaycanın titullu (Əməkdar, Xalq) artistlərinin repertuarına daxildir.
3-cü kitabı Tehran şəhərində (İran) çap olunub.

Səadət QƏRİBin 4-cü kitabı Türkiyədə çapa hazırlanır. Türkiyə şeir yarışması qalibi, “Ziyadar” mükafatı laureatıdır.

Sadəcə azərbaycan dilində deyil, türk dilində yazdığı bir çox şeirə mahnı bəstələnib, və türk müğənniləri tərəfindən ifa edilir.


SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

“YAZARLAR ” jurnalinın qiymətli oxucuları!
Bügünkü qonağımız tanınmış özbək yazıçısı, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Respublikasının müstəqilliyinin 25 illik yubiley medalı, “Möhtərəm qadın” döş nişanı sahibi, ondan çox nəsr əsərinin müəllifi Labər RUSTAMOVAdır.
-Yaradıcı fəaliyyətə marağınız nə zaman başladı və bu yolda sizi ruhlandıran amillər nə idi?
-Məktəb dərslərində şeirlər və monoloqları əzbərləyib, səhnədə təqdim etməyi çox sevirdim. Onlar ruhumda sirli və heyranedicı bir qüvvə oyadırdılar.
Nəticədə oxuduğum və əzbərlədiyim əsərlərdəki hadisələr, hətta onların müəllifləri-şair və yazıçılar mənim üçün sanki arzu edilməsi mümkün olmayan zirvələr kimi görünürdü. Bundan sonra ürəyimdə bir arzu yarandı və özümdən soruşdum: “Mən də bu böyük ustadlar kimi yaza bilərəmmi?”
Atam kimya fənnindən dərs deyirdi və mənim ilk müəllimim də məhz odur.
O, bizə: “Kitabı cızma, vərəqlərini qatlama, oxu və qiymətlə,” deyə öyrədirdi. Ailəmizdəki dörd qız da atamızın yolunu izləyib, müəllimlik peşəsini seçdik. Məktəbi qızıl medalla, ali məktəbi isə imtiyazlı diplomla bitirdim. Yaxınlarım, dostlarım və müəllimlərimin etirafları mənə daim güc və ruh verir. Bir sözümlə atam mənə yazı maşını almışdı. Rayon, vilayət və respublika qəzetlərində yazılarım çap edilməyə başlayanda, sevincimdən sanki göylərdə uçurmuşam kimi hiss edərdim. O vaxtlar poçt xidməti yaxşı işləyirdi. Yazdıqlarımı əl yazması halında konvertə salıb göndərsəm, vaxtında çatırdı.

-Əsərlərinizdə əsasən hansı mövzuları əhatə edirsiniz?

-Mən daha çox insanlıq, mərhəmət, yaxşılıq və mənəviyyat kimi yüksək dəyərlər haqqında yazıram. Həmçinin, din və əxlaq, insan olmaq, həyat və zamanın qiymətini anlamaq kimi mövzular da ürəyimə yaxındır.

-Yaradıcı fəaliyyət vasitəsilə bu mənəvi anlayışları insanlara çatdırmağı öz vəzifəmdən hesab edirəm. Belə yüksək mövzularda yazmaq, ruhu ilhamlandırır, həyatı isə mənalandırır.

-Yeni əsərlər yazarkən sizin üçün hansı mərhələ ən vacibdir?
-Ən önəmlisi ideyanın yaranması və onu necə təqdim etmək, hadisəni necə inkişaf etdirmək və nəticəni necə başa çatdırmaqdır. Bu proseslərdə hər addımı düşünərək, planlaşdıraraq və hər tərəfdən hazırlıqlı olmaq vacibdir. Buna görə də mən çox vaxtımı ideya üzərində düşünməyə, onun ən optimal şəkildə ifadə olunmasını təmin etməyə sərf edirəm. Çünki hər bir yaradıcı əsər mükəmməlliyə can atan ağıllı və ürəkdən edilən əməyin nəticəsidir.

-Müəllim-şagird münasibətləri haqqında fikirləriniz…

-Şansım o oldu ki, məktəbdə də, ali məktəbdə də, iş həyatımda da həmişə yaxşı müəllimlər yanımda oldular. Bir çoxları həyatdan köçdülər, onları yaxşı xatirələrlə xatırlayıram. Həyatdakı müəllimlərimlə ən azı bir zəng edib hal-əhval tuturam.

-Müəllim-şagird münasibətləri maddiyyata əsaslanmamalıdır.

-Həqiqətən səmimi olan, lazım gələndə dəstək verə bilən və çatışmazlıqlarını izah edib yol göstərə bilən müəllim olmalıdır. Mən də bir neçə şagirdimdən «müəllim» kimi tanınmaq istədiyini eşidirəm və bundan çox məmnun oluram.
Lakin bəzən yardıma gəlib sonra tanımayan şagirdlər də olur. Bu münasibətə əsasən, müəllim-şagird əlaqələri həqiqi hörmət və səmimiyyət üzərində qurulmalı, hər bir şagirdin yaradıcı inkişafını dəstəkləməli və onların çatışmazlıqlarını kömək yolu ilə düzgün istiqamətə yönəltmək lazımdır.

-Ədəbiyyatın cəmiyyətdəki yeri haqqında nə düşünürsünüz?

-Özbəkistan xalq yazıçısı, söz ustası, Abdulla Qahharin belə bir sözü var: «Ədəbiyyat -atomdan güclüdür…»
Həqiqətən də ədəbiyyatın cəmiyyətdəki yeri çox böyükdür. İnsan özlüyünə çata bilmək, kamilliyə və mənəviyyata nail olmaq üçün əlbəttə ki, ən vacib tərbiyə vasitəsi olan ədəbiyyat lazımdır, kitab lazımdır. Ədəbiyyat sayəsində dünya daha da gözəldir. Ədəbiyyat, öz növbəsində, insanların ruhunu ucaldır, onları həqiqi dəyərlərə çatdırmağa yönəldir. Beləliklə, ədəbiyyat yalnız dilin deyil, həm də ürəyin güclü qüvvəsidir.

-Əsərlərinizin bir çox xarici nəşrlərdə çap edilməsi, yaradıcı fəaliyyətinizə necə təsir etdi?

-Ailəm, övladlarım həyatımın mənası, bəxtim olduğu kimi, yaradıcı fəaliyyətim də məni irəliləməyə, təslim olmamağa səsləyən və həmişə çağıran “İŞIQLI NUR!”
Bir vaxtlar dünya şairlərinin əsərlərini oxuduğumda; mənim də əsərlərimin xarici nəşrlərdə çap olunmasını istərdim…Bu gün isə, ucqar bir kənddə yaşayaraq yaradıcı fəaliyyət göstərən birinin yazdığı əsərlərin xarici nəşrlərdə çap edilib, dünya üzünü gördüyünü görərək, arzularımın həyata keçdiyini hiss edirəm.
Bu isə mənə daha çox ruh verir, daha çox, daha yaxşı axtarışlar etməyə, yaradıcı işlər görməyə təşviq edir.

-Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

-Azərbaycan ədəbiyyatına marağım və sevgim böyük mütəfəkkir Nizami Gəncəvinin şah əsərlərini oxumaqla başladı.
Bu böyük mütəfəkkirin yaradıcı fəaliyyəti mənim üçün Azərbaycan ədəbiyyatına geniş yol açdı desəm, yanılmaram. Onun əsərləri vasitəsilə ədəbiyyatın son dərəcə böyük qüdrətini, insan ruhunu yaxşılığa və həqiqətə yönəldən ilahi qüvvəsini hiss etdim. Sonra Səməd Vurğunun duyğusal şeirləri və Mirzə Fətəli Axundovun dram əsərləri ilə tanış oldum və Azərbaycan ədəbiyyatının sosial-siyasi və insanpərvərlik dəyərlərini daha dərindən anladım. Bəxtiyar Vahabzadənin Vətənə və sevgiə həsr edilmiş şeirləri, Anarın müasir qəhrəmanlıq ruhunu əks etdirən əsərləri və Nəbi Xəzrinin ürəklərə nur bəxş edən yaradıcılığı mənim üçün xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan ədəbiyyatı-dünya mədəniyyətində özünə xüsusi yer tutan, insanlığın mənəviyyatının ən yüksək tərəflərini əks etdirən ədəbiyyatdır.
Onun hər bir səhifəsi bizə həyat həqiqətləri və sonsuz ilham mənbəyini çatdırır.

-Yaradıcılıq yolunuzda qarşılaşdığınız ən böyük çətinliklər və onları necə dəf edirsiniz?

-Ən böyük çətinlik- vaxt, imkan və şərait məsələsidir. Əslində, gündəlik həyatın çətinlikləri və şəxsi məsuliyyətlər çox vaxt qadını yaradıcı fəaliyyətlərdən uzaqlaşdırır. Lakin, ona müəyyən vaxt və uyğun şərait yaradıldıqda, qadının ürəyindən çıxan duyğular və fikirlər özünəməxsus və təbii şəkildə, yaxşı yazılır.

-Yaradıcı həyat və şəxsi həyat arasında necə bir balans saxlanmalıdır?

-Şəxsi həyat və yazdıqlarının arasında ziddiyyət, yəni insanlıq haqqında yazıb, özünün praktik həyatında insanlıqdan uzaq olmaq, yaradıcı insan üçün ən böyük səhv və ağrıdır. Yaradıcı insanın həqiqi mənada yaradıcı həyatı yazdıqlarına uyğun olmalı, onun qəlbinin həqiqi hissləri, arzu və istəkləri əks etdirməlidir. Hansı vəziyyətdə olursa-olsun, yaradıcı insan müvazinətli, səmimi və yaxşı əxlaq sahibi olmalıdır. Bu əxlaq onun yazdıqlarında aydın şəkildə görünməli və yaradıcılığına dərin mənalar verməlidir. Əgər yaradıcı insan özünə xas insanlıq və ədalətdən məhrum olarsa, onda onun yaradıcılığı həqiqi insanı tərənnüm etməyə qadir olmaz.

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.

Murad Məmmədovun yeni şeirləri

DEYİRƏM DƏRDİMİZ ANLAMAQ DEYİL!

Əgər dinmirəmsə, gedirəm demək,

Bəndəyə qul olmaq imansızlıqdı.

Allah olan yerdə bəndədən kömək

İstəmək ,Tanrıya inamsızlıqdı.

***

Qəlbində yer saxla, Allaha inan,

Ruhun dağa dönər, sənə güc verər.

Bir acı kəlmədən sarsıyıb sınan,

Gözündə milçəyi filə döndərər.

***

Nə yalan danışma, nə yalan yemə,

Yalanla yoğrulan bir vaxt yox olur.

Ən böyük qazancdı saflıq sən demə,

Ruhun sakit olur, gözün tox olur.

***

Hamının eynidi axır qazancı,

Rəngi də dəyişməz geydiyin donun.

Təmiz ol, dolmasın qarnına sancı,

Anla ki, torpaqdı axırın, sonun.

***

Bilmirəm necədi soyadın, adın,

Oxucum, məqsədim danlamaq deyil.

Demə ki, kefimə soğan doğradın,

Deyirəm, dərdimiz anlamaq deyil!

BU DAĞLARIN ƏTƏYİNDƏ

(İncə dərəsində)

Ağır , ulu bir el yatar,

Bu dağların ətəyində.

Yaşı azı minə çatar,

Bu dağların ətəyində.

***

Adı İncə, soyu Qazax,

Üzü qərbə, gözdən uzaq,

Könül istər nəsə yazaq,

Bu dağların ətəyində.

***

Çörəyini halal yapar,

Ağız büzməz, götür apar!

Xəstə gələn şəfa tapar,

Bu dağların ətəyində.

***

Dərd-azarım məndən qaçar,

Üzüm gülər, işıq saçar.

Ruhum quş tək qanad açar,

Bu dağların ətəyində.

***

Gen dünyada məzarı dar,

Taleyinə bir el ağlar.

Qisməti kəm yüz şair var,

Bu dağların ətəyində.

***

Murad öyər, sözü yetməz,

Dərəsi çox, düzü bitməz,

Adı varsa, izi itməz,

Bu dağların ətəyində.

QOŞMA

Hər kəsi çevrəmə yaxın qoymadım,

Gendən baxan hər an məni qınadı.

Qınağı özümə nöqsan saymadım,

Dedilər lovğadı, yekəxanadı.

***

Sevmədim həyatda mənəm deyəni,

Özünü dağ edib hədsiz öyəni.

Lazımlı-lazımsız döşə döyəni,

Bəlkə də söz-söhbət ondan yanadı.

***

Bəlli yolum oldu, qəti səkmədim,

Düz oldum həyatda, yalan əkmədim.

Sözümə səd qoyub çəpər çəkmədim,

Hər ötən dişimi bir-bir sanadı.

***

Ağıllı insana hər tərəf yoldu,

Bəs niyə bir qarın çörəyə quldu?!

Ay Murad, baxdıqca gözlərim doldu,

Ruhum qan ağladı, qəlbim qanadı.

BUNA ƏMİNƏM

Sükuta möhtacdı hərdən canımız,

Bəlkə təmizlənə onda qanımız.

Yaddaşlara hopan bircə anımız,

Bizi yaşadacaq, buna əminəm!

***

Dincəlmək istəsən, qayıt get kəndə,

Havanı, suyunu bir dəyiş sən də.

Sağlam ruh dolansa sağlam bədəndə,

Yüzü yaşadacaq, buna əminəm!

***

Çətinə düşəndə həyatdan bezmə,

Özün çalış, vuruş, dost, tanış gəzmə.

Təmiz ol, Allahdan əlini üzmə,

Özü yaşadacaq, buna əminəm!

***

Candakı əzalar qohumsa, yarsa,

Təntiməz başını duman, çən sarsa.

Bir başın yaşamaq həvəsi varsa,

Gözü yaşadacaq, buna əminəm!

***

Dərələr ayrılmaz, hey düzü səslər,

Gecələr can versə, gündüzü səslər.

Mayası halaldan yoğrulan kəslər,

Düzü yaşadacaq, buna əminəm!

***

Sinəsi söz ilə dolan şairlər,

Sözüylə yaşayan, qalan şairlər,

Ağlı, dərrakəsi olan şairlər,

Sözü yaşadacaq, buna əminəm!

DUYANMADIM

Gur işıq ol, şimşək kimi

Çax dedilər, duyanmadım.

İşıq saçsın qoy, yaxana

Tax dedilər, duyanmadım.

***

At başından dərdi-səri,

Havaya çıx, hərdən yeri.

İmkan olsa dönüb geri

Bax dedilər, duyanmadım.

***

Nə çox sevin, nə də ağla,

Bir Tanrıya ümid bağla.

Çaylar kimi qabar, çağla

Ax dedilər, duyanmadım.

***

İnanmadıqca gözümə,

Sual qoydum çox sözümə.

Gah arxamca, gah üzümə,

Yox dedilər, duyanmadım.

***

Əl-ayağım, gözüm qoşa,

Çox fürsəti verdim boşa.

Başım dəydi daşdan daşa,

Çox dedilər, duyanmadım.

***

Aynaya bax, nə haldasan,

Murad, gecdi çox daldasan.

Aləm dedi səhv yoldasan,

Çıx dedilər, duyanmadım.

BAŞIMDAN GETMƏYİR XATİRƏLƏRİM

Başımdan getməyir xatirələrim,

Yaddaşım özünə qul edib məni.

İstərəm yenidən dünyaya gəlim,

Ay ömrüm, yenidən kəşf edim səni.

***

İstərəm yenidən dil açım, gəzim,

Məni dindirənə qaş-qabaq töküm.

Futbol oynamaqdan yorulum, bezim,

Qaçıb soyuq sudan başıma çəkim.

***

Bilməyim qəm – kədər, dərd-azar nədir,

Ancaq yatım, durum küçəyə qaçım.

Bilməyim ayrılıq, intizar nədir,

Sabahı anamın səsiylə açım.

***

Uzaqdan görəndə nənə, babamı,

Qışqıram, bağıram, həddimi aşam.

Götürüb əlimə qırıq yabamı,

Qazım toz-torpağı toza bulaşam.

***

Yüz fikir dolaşır beynimdə mənim,

Heyif ki, heç biri əl çatan deyil.

Gözümü yumdumsa, getdi dünənim,

Oxucum, nağıldı, baş qatan deyil.

***

Xəyalla yaşayan insan deyiləm,

Ancaq ki, dünənim yadımdan çıxmır.

Sanmıram nağıla, mifə əyiləm,

Neyləyim, yaddaşım sözümə baxmır.

QOŞMA

Bu həyat yolumda ucaldım, endim,

Cahillik görəndə susmadım, dindim,

Ağıllı gənc gördüm, elə sevindim,

Məni məmnun edən cavabdan ötrü.

***

Çoxuna köksümü dağ eyləmişəm,

Olub ki, sağaldıb sağ eyləmişəm.

On ağac əkmişəm, bağ eyləmişəm,

Bir beşcə həriflik savabdan ötrü.

***

Ay Murad, puç etmə əziyyətini,

Şərdən uzaq dolan, duy niyyətini.

Satar mənliyini, səxsiyyətini,

Yediyi bir tikə kababdan ötrü.

HƏYAT SADƏ BUMERANQDI

Mənim dərdim dərmandısa,

Bir insana, qoy sağalsın!

Onu üzən bu candısa,

Qoy sevinsin, ləzzət alsın!

***

Həyat sadə bumeranqdı,

Geri dönər, bir daş atsan.

Ətrafında danqa-danqdı,

Bir dinşəyib qulaq assan.

***

Heç vaxt xoşun gəlməyəni,

Rəva bilmə özgəsinə!

Şeytan sevər şər deyəni,

Sığındırar kölgəsinə.

***

Nə pisliyə vəsilə ol,

Nə şeytana yaxın durma!

Cəhənnəmə gedir bu yol,

Razısansa, yeri, sorma!

***

Bir ziyanın yarısından

Qayıt, nə olar, azı var.

Qaç dünyanın qarısından,

İfritəsi, sözbazı var.

***

Arxaya dön, geriyə bax,

Gördüyünü unutma sən!

Bu yolları səndən qabaq,

Çoxu getdi, gedə bilsən!

***

Həyat, vallah bumeranqdı,

Ağladanı ağladacaq.

İnsan üçün görkdü, ranqdı,

Dərd verənlər dərd dadacaq!

BU GÜNÜN RUHUNA ALIŞMALIYIQ

Nə yayan deyiləm, nə də danası,

İlahi, kömək ol, mən ruhda qalım!

O qədər səhvim var bağışlanası,

Bilmirəm hansını yadına salım.

***

İnsan gec anlayır yaxşını, pisi,

Səhv edir, səhvini gec başa düşür.

Təkcə sən anladın , duydun hər kəsi,

Bəs niyə doğulan göylə əlləşir?!

***

Deyərəm, gülərəm nə qədər desən,

Üzümdən oxunmaz içimdə dərdim.

Kədəri yaxına buraxmıram mən,

Ruhum çərçivəni sevir deyərdim.

***

Gün olur ətrafın heç nəyi duymur,

Bir gözün ağlayır, bir gözün gülür.

Dünənki sevincdən bir qarın doymur,

Bu gün nə olacaq Yaradan bilir.

***

Hər gün eyni ruhda yaşayanmarıq,

Bunu başa düşüb çalışmalıyıq.

Günahlı, günahsız nə fərqi varıq,

Bu günün ruhuna alışmalıyıq.

QOŞMA

Bu dünya cildini dəyişən deyil,

Nə də ki, biz ona doy gələnmirik.

Nə desə təzim et, önündə əyil,

Pozan ki ondadır, biz silənmirik.

***

Tələsən deyilik, daşsa yağımız,

Yox oldu dünənki oğlan çağımız.

Vərdişə çevrilib qımışmağımız,

Nədisə ürəkdən çox gülənmirik.

***

Qalası yox olur, gedəsi durur,

Ay Murad, azalıb şərəf, şan, qürur.

Ya dünya qarışıb baş-ayaq vurur,

Ya xəlbir cırılıb düz ələnmirik.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İSTANBUL, DARIXMIŞAM..

İSTANBUL, DARIXMIŞAM..

Səhərini günəşlə birgə açırdım,
İşıqlarını bağrıma basırdım hər gecə,
Üzüaşağı, uzüyuxarı ölçürdüm
səni bina -bina , küçə -küçə.
Sokakların udurdu addım səsimi,
bir də kirpiklərimin kölğəsini.
Yağışında islanırdı ,
küləyində sığallanırdı saçlarım,
Dadını çıxarırdım bəxtəvərliyin.
Havası qəhvə qoxulu,
Səması qağayı sevdalı şəhər.
İpək donlu,
Yaşıl yaxalı ,
Dili dualı şəhər,
Ürkək qız tək utancaq,
Abırlı-həyalı şəhər .
İstanbul!
Səni dalğa -dalğa, ləpə -ləpə sevirəm,
Dalanlarını , küçələrini ,
dağlarını , ormanlarını
gözümə təpə -təpə sevirəm.
Heç nədən yox,
bircə unudulmaqdan qorxan şəhər,
Çiynini qala divarlarına söykəyən,
Tarixin qarşısına alnıaçıq , üzüağ çıxan şəhər.
Bütün dünyanı başına yığan şəhər..
Səni Boğazdan seyr etmək var hələ ..
Sularınla pıçıldaşmaq , dalaşmaq,
Dalğalarla gözüdoyunca sevişmək ,
Dənizlə qucaqlaşmaq ..
Bir də hay -küylü Taksimdə yorulunca dolaşmaq ,
Dolaşdıqca bütün dünyanı unutmaq,
Unutduqca tanımadığın insanlara ürəkdolusu “Mərhaba” demək eşqi..
Sonra pay -piyada Eminönünə düşmək ,
Sərinləmək ..
Balıq qoxan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi ,
Sonra növbə gözləmək ,
Sonra əlindəki smiti martılarla bölüşmək,
Bölüşdükcə yüngülləşmək ,
Yüngülləşdikcə uçmaq, uçmaq..
Sonra da ..
Sonra da yenə ayrılıq,
Yenə xəyallar,
Yenə təyyarə səsi,
Yenə Xəzərin sahilində səninçün darıxmaq, darıxmaq..

******

Dağından qopan qartalın
Qıyına yazığım gəlir.
Naləsinə , harayına,
Hayına yazığım gəlir.

Sevgiyə həsrət acların
Vüsal daramaz saçların.
Kökü çürük ağacların
Boyuna yazığım gəlir.

Söz ürəyi deşə gərək,
Söz yerinə düşə gərək,
Adam eşqdə bişə gərək,
Çiyinə yazığım gəlir.

Ruhudu payız xəzəlin,
Payız xəzəllə bəzənir.
Ürəksiz köçən gözəlin
Toyuna yazığım gəlir.

Gedirik düzlə , yoxuşla,
Yarı bəxt, yarı naxışla,
İlahi , məni bağışla,
Göyünə yazığım gəlir.

******

Gözlərindən eşq damırdı payıza,
Qızınırdı sevdasında xəzəllər.
Elə gözəl oxşayırdı könlümü
O baxışlar , o sığallar , o əllər —
Oyandım.

Heç bilmədim hara tutum üzümü,
Hara getsəm həsrət məni izlədi.
Baş götürüb nağıllara yol aldım,
Gedəmmədim axıracan, dözmədim ,
Dayandım.

Var -gəl etdim payızla qış arası,
Məni yordu bu kaşkilər , bəlkələr.
Xəyallarım göy üzünə tələsdi,
Bir mən oldum, bir də.. bir də kölgələr,
Yubandım.

Tutammadım bir ümidin əlindən,
Çiçək açmaq bu payıza yad imiş.
Burda hər şey aldadırmış adamı,
Burda hər şey ayrılığa ad imiş–
İnandım.

******

Bu dolaşıq ömrümdə
Yarımçıqdı nəyim var,
(bircə göz yaşını çıx)
–Kəsik -kəsik arzular,
Qırıq-qırıq xəyallar,
Dərə -təpə sevgilər,
Dağ kimi ayrılıqlar.
Vüsallar da natamam,
Görüşlər də yarımçıq.
Könlümün qapıları
Bircə həsrətə açıq..
Ruhumda dəli sükut,
Başımda qasırğalar,
Çöldə ölüm havası..
..Bu gün də gəlib keçdi,
İçində payız rəngi,
Bir də şənbə duası..
Bir ümid də yıxıldı
Qaşla gözün arası..

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir CAVADLI yazır

Şəkildə Asya Əhmədova doğma vətəndə sakinlərlə görüşdən.

YURDA SİNƏ DOLU SÖZLƏ DÖNƏN ŞAİR

(Asya Əhmədovanın şeirləri yurda, vətənə, torpağa sevgidən doğur)

Bu şairə xanımı Azərbaycan Milli Elmlər Akademiyasının geniş, işıqlı zalında Zəfər münasibəti ilə keçirilən yığıncaqda tanımışam. Tədbirin rəsmiliyinə baxmayaraq, sözünü nəzmlə bitirən, çıxışlarında poeziyaya yer ayıran natiqlərin olması elm, ədəbiyyat ocağında rəsmiliyin mahiyyəti barədə məndə ilk təəssüratları yaratmışdı. Elə həmin tədbirdə bəstəboy, gülərüz xanımın çıxışına bir-iki cümlə ilə ayaq verərək yurd həsrətli, qələbə sevincli şeirlərini söyləməsinə və zaldakıların ürəkdən coşan misralara fərqli münasibətinə daha çox təəccüblənmişdim. Sanki bu xanım heç nədən çəkinmədən “mən poeziya vurğunu, söz adamıyam” mesajını vermək, illərlə sinə dağına çevrilən duyğularını misraların dili ilə bəyan etmək üçün çıxmışdı bu kürsüyə! Əlbəttə ki, sürəkli alqışlar halal payıydı bu xanımın!

Asya Əhmədova ilə AMEA kollektivinin tərkibində 30 illik həsrətdən sonra qovuşduğum doğma Zəngilana səfər zamanı daha yaxından tanış olduq. Yenə kürsüdən alovlu şeirləri ilə oxşadı ürəyimizi.

…Və növbəti “görüşümüz”, – bu dəfə “Xəzan” jurnalının mart-aprel 2025/2/65 sayında mənalı baxışlarının fonunda ürək döyüntülərini misralara düzdüyü sağlam, saf duyğuların ifadəsi olan şeirləri sayəsində baş tutdu. Elə ilk şeirinin adı (“Vətən, görüşünə gəlmişəm sənin”) və tarixi (iyul 2024) çox mətləblərdən xəbər verirdi, yəni bizim Zəngilana səfərimizin təəssüratlarının ifadəsi olaraq qısa zaman kəsiyində yazılmışdı bu misralar!

Şəhidlik meracı səfər yoluyla,

Güllə yox, gül açan səhər yoluyla,

Dönüşə köklənən Zəfər yoluyla

Vətən, görüşünə gəlmişəm sənin.

İlk bənddən son misrayadək sanki bu şairə xanım yolüstü hazırlığını görür, uzaq səfər qabağı hisslərini cuşa gətirir, saçına düşən dən-dən ağlar, uzaqdan qoyub getdiyi dağlar görünən müqəddəs bir görüşdən, vətənə qovuşmaq sevincindən bəhs edir. Şeirin gözəlliyini başa düşmək, şairin hisslərini duymaq üçün onun qalaq-qalaq çoxcildliyini oxumağa heç də ehtiyac yoxdur. Bəzən bir bənd, bir misra poetik fikrin haradan qaynaqlandığına, necə yarandığına, hansı duyğulara kökləndiyinə şahidlik edir:

Göz yaşım dayanmır, yağışdı sanki,

Sinəm bir köz idi, alışdı sanki,

Yer göyə, göy yerə qarışdı sanki,

Vətən, görüşünə gəlmişəm sənin.

Sevinc hisslərini yağışa bənzədən şairə uçmağa qanadı olmadığını “yer göyə, göy yerə qarışdı” ərzdə ifadə edir ki, bu da folklorumuzdan qaynaqlanır. Sinəsində sönməyən közün 30 illik tarixinə işarə vuran müəllif 17 yaşından bu yana o dağı sinəsində gəzdirdiyinə, yəni vətənini, yurd-yuvasını bir an unutmadığına oxucunu inandıra bilir.

Həyatını elmi sahəyə həsr etmiş, ailə, kollektif, yaxın və doğmalarının hörmət və ehtiramını qazanmış incə xanım fikirlərini başqa cür necə ifadə etməlidir ki, özünün poeziyada təsadüfi olmadığını təsdiqləyə bilsin. Uzun həsrətdən sonra doğma vətənə qovuşan söz adamlarının şeirlərini yana-yana çox oxumuşam, duyğulanmışam. Şair dostlarımın xətrinə dəyməsin, məncə, Asya Əhmədovanın on bir bəndlik “Vətən, görüşünə gəlmişəm sənin” şeiri bu mənada ön sıralarda durmağa layiqdir. Şeirin sonunda da şairə xanım hələ ilk təəssüratlarının təsirindən qopa bilməmiş kimi duyğularına qanad verir:

Sənə sinə dolu söz gətirmişəm,

Sənə həsrət dolu göz gətirmişəm,

Qəlbimin içində alışan oddan

Sönən ocağına köz gətirmişəm,

Vətən görüşünə gəlmişəm sənin.

Bu sayında Asya  Əhmədovanın 14 şeirinə 9 səhifə ayıran “Xəzan” oxuculara yeni müəllifi təqdim etməklə, həm də, sözsüz ki, oxucuların, poeziyamızın, söz adamlarımızın dəyərini artırmış olur. Çünki A.Əhmədova özünün-sözünün yerini bilən birisi kimi şeirlərinə yad fikirləri calaq eləmir, təbiiliyi sevir, ürəyindən gələnləri qələmə alır. Onun “Layla dedim, yurdum sənə” şeiri də vətən, torpaq sevgisinə bağlıdır:

Gözlərimdə qoruyaraq hər şəklini,

Sözlərimdə neçə tərif vurdum sənə.

Həsrətimi bölüşərək kəlmələrlə

Şeir yazdım, nağıl qoşub durdum sənə.

Müəllif bəzən hisslərinə, duyğularına qoşularaq şeirin ənənəvi formatından qaçmaqdan çəkinmır, kənara çıxır, ancaq bu, təbii alınır, xəta, qüsur təsiri bağışlamır.

Elə talan, elə viran olmusan ki,

Tanımadım ilk baxışda, yurdum, səni.

Nənəm kimi bir bayatı qoşub dildən,

Başın üstə buludlardan sordum səni.

yazır və bu qoşmanın son iki misrasında sinədən gələn və ürəklərə yatan bayatıya

zəmin hazırlayaraq  şeiri də elə klassik xalq yaradıcılığı formasında ilə tamamlayır:

Bu yerdən ötən bulud,

Haraya yetən bulud,

Başqa yerdə gördünmü

Yurd izi itən, bulud?!…

Şairənin “Bir yol gedir bizim kəndə”, “O kənd bizim kəndimizdir”, “Bir yol, bir də mən varam” şeirləri də yuxarıda bəhs etdiyimiz hisslərdən qaynaqlanır. Bu misralarda Zəngəzurun, Zəngilanın füsunkarlıqları vəsf olunur, uzun həsrətdən sonra qəlbi coşduran vüsal duyğuları nəzmə çəkilir. Ayna xanımın “Bir arzu tut…” şeiri yaxın-uzaq keçmişlərdən süzüb gələn kövrək hisslərin, zərif ürək çırpıntılarının bədii təsviridir. Bu şeir də müəllifin əksər poetik nümunələri kimi milli-mənəvi irsin bir parçası olan inanclardan qaynaqlanır. İstək, arzu  dolu misralar isə oxucunu doğma yurdumuz Qarabağa, Zəngəzura, bu bölgələrdə formalaşan milli dəyərlərimizə doğru çəkib aparır.

Bir arzu tut…  

Göydən ulduz düşəndə,

kirpiyin gözlərindən

üzünə sürüşəndə.

Bir arzu tut…

Bədirlənmiş ay görəndə,

Sakit axan çay görəndə,

Ağacların nübarından

Şirin, şəkər pay görəndə.

Molla Pənah məqbərəsi göz önündə canlanır, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, Xan əminin zənguləsi qulaqlarında ən həzin ritmə, haya-haraya çevrilir. Şeiri oxuyursan və arzu tutursan, uşaqlığın, yeniyetməliyin yadına düşür, nənələrin nağıllarına qarışırsan, babaların müdrik kəlamlarına qovuşursan və inanırsan ki, arzular insanı yaşamağa və yaşatmağa ryhlandıran ən saf və təmiz duyğulardır.

Əminliklə demək olar ki, “Xəzan” jurnalının oxucuya təqdim etdiyi Asya Əhmədova maraqlı şeirləri ilə poeziyamıza yenilik gətirən müəlliflərdəndir. Onun ədəbi nümunələri şair təbiətinin zənginliyindən, ədəbiyyata ciddi və məsuliyyətlə yanaşmasından, söz boxçası açıldıqca daha böyük maraq kəsb edən folklora, xalq yaradıcılığına bağlılığından, bədii fikrin ucalığına sadiqliyindən xəbər verir. Asya Əhmədovaya yeni-yeni yaradıclıq uğurları arzulayırıq!    

Mahir CAVADLI,

AMEA Folklor Institutu

O ZİRVƏNİN İŞIĞI

O ZİRVƏNİN İŞIĞI

10 MAY 2025 – ci il – XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASINDAN 102 İL ÖTÜR

AZƏRBAYCAN XALQININ ULU ÖNDƏRİ – HEYDƏR ƏLİYEV! – Bu gün xalqımızın hər bir nümayəndəsi bu adı qürurla səsləndirir. Öz xalqının qəlbində əbədi və sönməz məşələ çevrilmək, verdiyi örnək həyat və fəaliyyət təcrübəsi, vətən eşqi, xalq məhəbbəti ilə məşəqqətlərə tab gətirə bilmək, ağıl və bacarıqla çətinliklərdən qurtula bilmək verir bu yüksək adı şəxsiyyətə. O şəxsiyyət ki, gəncliyindən xalqının taleyüklü məsələləri üçün bir yol xəritəsi çözdü qəlbində – BU VƏTƏNİ AZƏRBAYCAN İDİ. Onun yolunda nəyin bahasına olursa – olsun yaşatmaq missiyasını yorulmadan icra etmək isə Azərbaycan oğlunun- sadə bir ailədə doğulan, tərbiyə alan, aldığı öyüdlə vətəninə bağlanan, tarixini öyrəndikcə sinəsində salnamələr oyanan, özünə bu yolda bir qətrə də olsun geri dayanmağa icazə verməyən, amalının böyüklüyündən, tarixinin mübarizliyindən güc alan, faciələrinin ağırlığında bərkiyən, bərkidikcə bu yolda dönməz qətiyyət sahibinə, söz sahibinə çevrilə bilən şəxsiyyət idi Heydər ƏLİYEV.

Onunla necə fəxr etməyəsən?  O,  bütün dünyanın həsədlə baxdığı, qiptə  etdiyi, Azərbaycan ucalığının  rəmzi – LİDER  idi.

10 May – Azərbaycan tarixinin sevilən yaz səhəri. Bu səhər dünyaya göz açan neçə-neçə körpələrin içindən seçilmişdi O. Yaradanın ona bəxş etdiyi ÖNDƏRLİK missiyası həyatının son gününə qədər onu tərk etməyəcəkdir və özündən sonra da, daim nigaran olduğu xalqının taleyini “ONA ÖZÜM QƏDƏR İNANIRAM!”– deyə təqdim etdiyi əziz övladına, cənab prezident İlham Əliyevə həvalə edəcəkdir.

 Bu uzaqgörənlik –  heç şübhsiz ki, fitri istedad idi. İllər sonra baş verə biləcək hadisələri duya bilmək,  yaşadığı dövrdə aldığı qərarlarda, imza etdiyi fərman və sərəncamlarda özündən 100 il əvvəlki tarixlə bağlantı quraraq – varislik prinsipini yaşadan, inkişaf etdirən, eyni zamanda nəticələrini düşünə bilən rəhbər olmaq – hər liderə nəsib ola biləcək nemət deyildir!

 Bu əvəzsiz müsbət keyfiyyətlər – bizim xalqımızın, Azərbaycan torpağında doğulan, dilini də, yurdunu da varlığının  qanı  bilən ULU ÖNDƏR  HEYDƏR ƏLİYEVDƏ, onun ruhunda toplanan ölməzlik nümunəsi idi.

Bəli, o zirvə idi, səbri, yaddaşı, əqidəsi, düşüncəsi, çözümü, tədqiqi ilə, o müəllim idi öyüdü, nəsihəti, seçimi ilə, o ata idi, baba idi sevgisi, məsuliyyəti ilə, O MEMAR idi – xalqının xilaskarı olaraq İŞIQLI GƏLƏCƏYƏ APARMAĞI  İLƏ…

Ulu Öndərin həyatına hansı tərəfdən baxsaq da, bu həyatda bir möhtəşəmlik, ZİRVƏ görürük. O zirvənin banisi Heydər Əliyev şəxsiyyətinin bütövlüyü idi. Bir insanın təqdim edə biləcəyi ən gözəl səhnə – onun daxili dünyasından qaynaqlanmırsa – nəticəsiz olacaqdır. Heydər Əliyevin siması da, əməli, daxili dünyası da ifadə etdiyi sözü hər zaman təsdiq etmişdir. Budur yolun dönməzliyi, əbədiliyi! Budur odun hərarəti, illərin, əsirlərin, qərinələrin söndürə bilmiyəcəyi atəşi! Od diyarımızın üzərində sönməyən, hər gün əvvəlkindən daha artıq işıqlanan ULDUZU!

Biz onun bütün fəaliyyətini öyrənirik. Hər dəfə bu həyata, fəaliyyətə baxdıqca ondan bir yeni uslub, bir yeni örnək alırıq. Bu bütün şəraitlərdə dəyanətini itirməyən, seçdiyi yolun həqiqətlə cilalandığını ürəkdən, qəlbən duyan Heydər Əliyev  yolu, məktəbidir, — öyrəndikcə öyrənirsən!

Bu il biz Ulu Öndəri bir daha yeni, ən parlaq üfüqdə yad edirik. Bu il cənab prezident İlham Əliyevin  28 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. 2025-ci ilin bu adla tariximizə yazılması bir ayrı uzaqgörənlikdir ki, bu il 30 ilə yaxın işğal altında min bir cinayətkarlığa, vandalizmə, təcavüzə məruz qalan torpaqlarımızda böyük, tarixi zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Bu 5 ildə Azərbaycan bir daha ölkəmizin hüquqi, unitar respublika, dövlət, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, min illik tarixi mənbələrimizlə sübuta yetirərək haqq yolumuzun işığını daha da artırdı. Bu yolda Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən, 1995-ci ildən bu günə qədər həyata keçirilən bütün qanunların qaynağı olan, əsasında dayanan Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyaının böyük əhəmiyyəti olmuşdur. Dövlətimizdə hüquq və qanunun aliliyi bütün demokratik prinsiblərə uyğun olaraq nizamlanmış və bu gün də müsbət nəticələrlə reallaşmaqdadır.

Bu gün biz Ulu Öndərin bu tarixi məqama çata bilməyimiz üçün keçdiyi dönəmləri bir daha yad edirik, xatırlayırıq… Azərbaycanın ən yeni tarixi – iki əsrdən artıq bir dönəmdə yazılmış ən parlaq dastandır ki, hər səhifəsi qürurla varaqlanır… Biz də bu müqəddəs yolun səhifələrinə baxırıq. Ulu öndər Heydər Əliyev məlum tarixdən – 1969-cu ildən Azərbaycana rəhbərlik etmişdir. Amma demək lazımdır ki, elə 69-cu ilə qədər də bu böyük insan öndə olmadan da Azərbaycan üçün çalışırdı, onun taleyini həll edən məsələlərin həllində, rəhbərlikdə “yadellilər” in çox olması isə – vətən üçün gediləcək yolun nə qədər məşəqqətli olacağını duyururdu.

O, gənclik illərindən siyasi mübarizənin içində idi. Bu illərin sınaq dövrünü neçə keçirmişdi, necə bərkimişdisə, sonralar Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, bütün mərhələlərdə bu ilk yolun böyük əhəmiyyəti olmuşdur. Ulu Öndər hər zaman xalqına güvənmişdir, xalqın içində olmaqdan çəkinməmişdir!

Məqsəd xalqı qorumaq, dövləti yaşatmaq, dünya ölkələri içində varlığını təsdiq etmək idi. Bu böyük anlayış idi. Yolları mürəkkəb və təlatümlü idi. Bu yolu ürəklə, vicdan səsiylə addımlayan, sonda uğur qazanmaq istəyən Lider isə daha güclü və dəqiq olmalı idi. Xalqa arxalanaraq irəliləmək, dövlətin ali məqsədlərini qanunun aliliyi ilə təmin etmək hər şeydən vacib idi.

 Bu  illərdə Ulu Öndərin fəaliyyətini müxtəlif istiqamətlərdə görürük. Geridə qalmış ölkəni dirçəltmək, iqtisadiyyatı yüksəltmək, idarəetmədə bacarıqlı kadrların, xüsusilə milli kadrların fəaliyyətini artırmaq, xalqın rifahında, həyat təminatında maraq yaratmaq, elm, təhsil, mədəniyyət, səhiyyəni inkişaf etdirmək vacib amil idi,  inamlı gələcəyin işığı idi. Bir xalqın mənəviyyatnın zənginləşdirilməsi ideyası var idi, milli-mənəvi sərvətin qorunub inkişaf etdirilməsi vacib amil idi. Məhz sadalanan istiqamətin önündə insanların hüquqlarının müdafiəsi, qanuna etimad, dövlət rəhbərinə inam da unudulmamalı, vacib amil olaraq nəzarətdə saxlanılmalı idi və Ulu Öndər bu sahədə xüsusilə həssas idi.

1969 – cu ilin 14 iyul tarixindən başlayaraq Azərbaycanda 13 il ən möhtəşəm yüksəliş illəri – bütün sahələrdə mümkün olan qədər həyata keçirilən inkişaf dinamikası – fəaliyyətin sonrakı illəri üçün baza olmuşdur. Bu illərin çətinliyi tarixi öyrənən hər kəsə aydındır. SSRİ – nin tərkibində yaşayan respublikalarda hər bir icra olunan qərarın icazəsi Moskvadan asılı idi,  lakin biz xalqımızın liderini həmin illərdə daha aydın amalda izləyə bilirik. Belə ki, 1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyasına əsasən rus dilinin imkanları genişləndirilirdi. Milli dillər sıxışdırılan şəraitdə, milli dilini qorumaq istəyənlərə “millətçi” damğası vurulan bir zamanda yeganə respublika olmuşdur ki, Azərbaycan Respublikası məhz Heydər Əliyevin rəhbərliyi, qətiyyəti ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nın Konstitusiyasına dil haqqında xüsusi maddə salmaqla Azərbaycan dilini Azərbaycan SSR – nın dövlət dili elan etmişdir.

 Bu böyük inqilab idi. Bu çağırış idi, qətiyyət idi. Həmin illərdə Ulu Öndər 1977- ci il SSRİ Konstitusiyasına münasibət bildirərək deyirdi: “… Hər birimiz Konstitusiyanın maddələrinə böyük hörmətlə yanaşmalıyıq. Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.

 Elə bu qətiyyətlə də 1978 – ci il Konstitusiyasının layihəsinə  – “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi və layihə qəbul edildi. Həmin tarixdən bizi 47  il ayırsa da dilimizə can verən, onu ucaltmaqla xalq yaddaşını oyadan Ulu Öndər cəsarətinin izi daha da ucalır.Heydər Əliyev heç kimdən qorxmadan, çəkinmədən ana dili haqqında demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Bilik və bacarığı, istedadı, siyasi mövqeyi, qətiyyəti onun irəli çəkilməsini zəruri edirdi. Lakin tarixi şərait başqa idi. Mənfur düşmənlər Azərbaycanın parçalanması üçün bütün qüvvələrini səfərbər edirdilər. Ulu Öndərin Moskvaya getməsi,Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Azərbaycan üçün əhəmiyyətli illər olmuşdur. Çünki o böyük şəxsiyyət hər bir xeyirli imkanı vətəni üçün vacib bilərək reallaşdırılması üçün çalışırdı. Burda  dövlətin yaşaması da var idi, xalqın qorunması da… Lakin mürtəce qüvvələr əlbəttə ki, bunu görürdü, heç bir formada bununla razılaşa bilmir, şər, böhtan, müxtəlif maneələrlə qarışıqlıq salırdılar. Həmin illərdə Azərbaycanda da millətlərarası toqquşmalar yaranmasına şərait yaradırdılar. Bu illərin ən ağrılı yaddaşını xatırlayarkən – Ulu Öndərin 20 yanvar faciəsi ilə əlaqədar olaraq Moskvadakı Azərbaycan Nümayəndəyiyinə gəlməsi, orada qətiyyətli vətəndaş, millətini sevən şəxsiyyt kimi etirazını yada salmaq vacibdir.

Biz qeyd etdiyimiz kimi, bu böyük insanı müxtəlif tarixi şəraitlərdə görürük. Dəyişən və dəyişməyən tərəflərlə. Dəyişən siyasi oyunlar, SSRİ hakimiyyətinin Azərbaycana, xidmətə xəyanəti olsa da, dəyişməyən bir LİDER var idi tarixdə. O, Moskvanın sərt qanunları altında olduqda da, vəzifədən, xidmətdən uzaqlaşdırılıb adı insan həyatı yaşadığı zamanda da bir mənalı mövqeyini bildirirdi. O – AZƏRBAYCANLI  İDİ! Doğma torpağını sevən, onun üçün qurduğu işlərin xain əllərlə uçurulmasını izləyən, buna qarşı olan vətən övladı idi.

Heydər  Əliyevin yenidən hakimiyyətə qayıtması, tarixi şəraitin Azərbaycan üçün fürsət verdiyi bir qızıl dövr idi. Çünki təcrübəsiz insanların, zamanın sınaqlarından dərs almayan, siyasət məktəbində “naşı” olan insanların Azərbaycana rəhbərliyə gəlməsi yenidən vətənin parçalanmaq təhlükəsini yaratmışdır. Parçalamaq Çar rusiyası siyasətinin ən təhlükəli tərəfi idi ki, zaman-zaman “parçala, hökm sür!” istəyi ilə “xalqlar həbsxanası” – SSRİ – ni yarada bilmişdilər. Bölünmək – heç bir zaman dövlət üçün faydalı olmamışdır!

1993-cü ildə yenidən xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər məhz bir daha Azərbaycanı yenidən xilas etdi, bu dəfə xarici ünsürlər olmasa da, onların irticaçı xisləri ilə yaranmış vətəndaş qarşıdurması Azərbaycanı sarsıdacaq ən ağır fəlakət olacaqdır ki, onun qarşısının alınması xilas yolumuzu  qüvvətləndirməyə  apardı.

Mən qeyd etmək istərdim ki, saymaqla bitməyən fədakar ömür yolunda Ulu Öndəri bir də Naxçıvanda yaşadığı dövrdə görürürük. Fəaliyyətinin əsasında tarixi prinsiplərə sədaqətini izləyirik. Və bu sədaqətli mövqe onun bütün həyat mərhələlərində ayrılmaz, öndə olduğunu görürük.

Olduqca çətin bir siyasi, iqtisadi dönəmdə, Muxtar Respublikanın blokada şəraitində olduğu zaman Heydər Əliyev 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilir.

Bu mərhələyə baxanda ilk olaraq burada milli dövlətçilik ənənələrinə sədaqət aydın şəkildə görünür. Müxtar Respublikanın dövlət rəmzlərinin bərpa edilməsi, milliləşdirmə siyasəti, Ali Məclisin ilk sessiyasında üçrəngli bayrağımızın ucaldılması, onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etməsi,  ondan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan etməsi, daha sonra Türkiyə və İranla əlaqələrin qorunması istiqamətində 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması və s. görülən xidmətlər xalqın nəzərində böyük xidmətlər idi ki, 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi.

Bəli, Ümummilli lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubu bu günümüzün qalib partiyasının yaranmasının tarixi yolunun başlanğıcı oldu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.Və onun Vətən üçün xidmətləri bu partiyanın rəhbərliyi ilə davamlı olaraq yüksəldi, bu gün də cənab prezident İlham Əliyevin bacarıqlı liderliyi ilə davam edir.

Ulu Öndər deyirdi:Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.

Onu da demək vacibdir ki, yaxın illərdə ölkəmizdə saymaqla bitməyən ən böyük beynəlxalq tədbirlərin təşkili – Ulu Öndər Heydər Əliyevin müdrik və düşünülən AZƏRBAYCANÇILIQ yolunun, missiyasının təzahürüdür, nəticəsidir. Heç bir yol asan gedilmir. Lakin elə yollar var ki, onu hər kəs gedə bilmir, o yol daim öyrənilir, heç zaman əhəmiyyəti və işığı azalmır.

Ulu Öndər Heydər Əliyevin ömür yolu məhz öyrənilməsi bitməyən örnək ömür yoludur.

Ruhu şad olsun.

 7 may 2025-ci il.

Müəllif: Bədirə Rza Həsənqızı Niftaliyeva,

Neftçala  rayonu.

BƏDİRƏ  RZA HƏSƏNQIZNIN YAZILARI