Etiket arxivi: YAZARLAR JURNALI

Zaur Ustac – Dağlar.

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ AVQUST – 2024 № 08 (44)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ AVQUST – 2024 № 08 (44)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB (PDF):  yazarlar-44

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuzun doğum günüdür ! – Təbrik!

YAZARLAR cameəsi adından YUNUS OĞUZu doğum günü münasibətilə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!!!
Hörmətlə: Zaur USTAC

Ziyarət edin>>>:  YUNUS OĞUZ (  olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Jan Jak Russonun “İctimai Müqavilə” və Tomas Hobbsun “Leviafan” əsərlərinin multikultural müqayisəli təhlili

Jan Jak Russonun “İctimai Müqavilə” və Tomas Hobbsun “Leviafan” əsərlərinin multikultural müqayisəli təhlili
Siyasi fəlsəfə sahəsində Jan-Jak Russo və Tomas Hobbs əsərləri ictimai müqavilə və idarəçilik anlayışımızı əhəmiyyətli dərəcədə formalaşdıran nüfuzlu şəxsiyyətlər kimi seçilirlər. Russonun “İctimai Müqavilə” və Hobbsun “Leviafan” əsərlərində cəmiyyətin, avtoritetin və dövlətin təbiəti haqqında ziddiyyətli perspektivlər təqdim olunur. Bu nəzəriyyələrin multikulturalizmlə kəsişməsinin tədqiqi müxtəlif cəmiyyətlərin mürəkkəblikləri haqqında maraqlı fikirlər açır. Russonun “İctimai Müqavilə” və Hobbsun “Leviafanı” idarəçiliyin, cəmiyyətin və insan davranışının təbiəti haqqında əhəmiyyətli fikirlər verir. Jan-Jak Russo və Tomas Hobbs ictimai müqavilə və təbiətin vəziyyəti haqqında təzadlı fikirlər təqdim edirlər. Hər iki filosof cəmiyyətlərin formalaşması və hökumətlərin rolunu müzakirə edərkən, onların perspektivləri insan təbiəti, fərdi azadlıq və siyasi hakimiyyətin legitimliyi kimi əsas məsələlərdə fərqlidir.
Russo fəlsəfəsi vətəndaşların kollektiv maraqlarını təmsil edən “ümumi iradə” ideyasını vurğulayır. O, iddia edir ki, ədalətli cəmiyyətdə fərdlər ümumi mənafe üçün ümumi iradəyə tabe olmalıdırlar. Russo hesab edirdi ki, multikulturalizm müxtəlif mədəni kimliklərə hörmət edildiyi və ümumi iradənin formalaşmasına töhfə verdiyi müddətcə ictimai müqavilə çərçivəsində yerləşə bilər. Onun fikrincə, dövlət müxtəlif mədəni qrupların özünəməxsus kimliklərini qoruyub saxlamaqla onların arasında harmonik birlik yaratmağı qarşısına məqsəd qoymalıdır. Russo nəzəriyyəsinin mərkəzində fərdi azadlıq və icma daxilində bərabərlik anlayışı dayanır. O, iddia edirdi ki, qanuni hökumət xalqın ümumi iradəsini əks etdirməli, qərarların imtiyazlı bir azlığın maraqlarına xidmət etməkdənsə, kollektivin xeyrinə olmasını təmin etməlidir. Russonun ümumi iradənin əhəmiyyətini və xalq suverenliyi anlayışını vurğulaması multikultural cəmiyyətlər üçün əhəmiyyətli təsirlərə malikdir. Belə kontekstlərdə problem ümumi iradənin cəmiyyətin birliyinə xələl gətirmədən müxtəlif mədəni, dini və ictimai dəyərlərə necə hörmət edəcəyini və onlara uyğunlaşa biləcəyini müəyyən etməkdən ibarətdir.


Bundan fərqli olaraq, Hobbsun “Leviafan” əsəri hökumətə və multikulturalizmə daha avtoritar baxışı təqdim edir. O iddia edir ki, təbiət vəziyyətində insanlar öz maraqları və güc istəyi ilə idarə olunur və bu, xaotik varlığa gətirib çıxarır. Hobbs təbiətin vəziyyətini həyatın “iyrənc, qəddar və qısa” olduğu əbədi müharibə və xaos şəraiti kimi təsvir edirdi. Bu vəziyyətdən xilas olmaq üçün fərdlər öz təbii hüquqlarından cəmiyyətdə nizam və təhlükəsizliyi təmin etmək səlahiyyətinə malik olan suveren hakimiyyətə – Leviafana – imtina edirlər. Hobbsun “Leviafan”ı cəmiyyətin dağılmasının qarşısını almaq və sülh və sabitliyi təmin etmək üçün vacib olan güclü mərkəzi hakimiyyəti simvollaşdırır. Onun nizam-intizamı qorumaq üçün güclü hökumətin zəruriliyinə diqqət yetirməsi ictimai birliyin və hakimiyyətə itaətin vacibliyini vurğulayır. Multikultural kontekstdə Hobbsun “Leviafan”ı müxtəlifliyin idarə olunmasında və fərqli mədəni inanc və təcrübələrdən irəli gələn potensial münaqişələrə vasitəçilikdə güclü mərkəzi hökumətin rolu ilə bağlı suallar qaldırır. “Leviafan”a bənzər bir hakimiyyət necə ola bilər? Asayişi qorumaq və münaqişənin qarşısını almaq üçün fərdlər öz azadlıqlarını suveren hakimiyyətə təhvil verməlidirlər. Çoxmədəniyyətli cəmiyyətdə Hobbs, sosial birliyi qorumaq və mədəni toqquşmaların qarşısını almaq üçün ümumi qanunlar və dəyərlər dəsti tətbiq edən güclü mərkəzləşdirilmiş gücü müdafiə edir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı yazır

Mövsümsüz açanlar

Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.

Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.

Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.

Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.

Onlar yaşayırlar… amma necə?

Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…

Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?

Qayələri də bu!

Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!

Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!

Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.

Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli bəy Azərinin doğum günüdür! – Təbrik!

YAZARLAR cameəsi adından Əli bəy AZƏRİni doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əli bəy! Siz bir əldə qılınc, bir əldə qələm vətənə yorulmadan xidmət edən çox nadir ziyalılarımızdan birisiniz! Allah Sizi qorusun! Var olun! Belə də davam edin. Zaman təkcə gözəl həkim deyil, eyni zamanda adil hakımdir! Bunu unutmayın! Sizə misilsiz xidmətləriniz müqabilində bütün əhli-qələm adından sonsuz təşəkkürlərimizi bildirirəm!
Hörmətlə: Zaur USTAC
P.S. : Ayrıca “Yazarlar” jurnalının İyul -2024 N:07 (43) sayında Sizə özəl təbrikimiz var (PDF): yazarlar-43

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

https://ustacaz.wordpress.com/wp-content/uploads/2024/06/yazarlar-43-1.pdf

Kamalə Abiyevanın doğum günüdür!

YAZARLAR cameəsi adından KAMALƏ ABİYEVAnı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun!! Uğurlarınız bol olsun!!!

Hörmətlə: Zaur USTAC

13.07.2024. Bakı şəhəri.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMALƏ ABİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahin Musaoğlu nun doğum günüdür!

11 İyul Ana duası, Quran ayəsi kimi ən çətin günlərdə dilimizdə əzbər olan misraların (“igid əsgər möhkəm dayan”, “hay ver mənə cənab leytenant” və s.) müəllifi  Şahin Musaoğlunun doğum günüdür! YAZARLAR cameəsi adından əsrimizin Dədə Qorqudunu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun!! Uğurlarınız bol olsun!!!

Hörmətlə: Zaur USTAC

11.07.2024. Bakı şəhəri.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

ŞAHİN MUSAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Навруза Бахритдиновна – Мени шоир қилди муҳаббат…

Мени шоир қилди муҳаббат,
Илоҳий сўз, хаёлий суҳбат.
Нажоткордай дил гулшанига,
Боғбон бўлиб келди шеърият!

Мени шоир қилди мавлоно,
Мир Aлишер ғазали аъло!
Ҳар сатрида ажиб бир сеҳр,
Муҳаббати чексиз, пурмаъно!

Мени шоир қилди шеър, ғазал,
Ул ғазалки яралган азал.
Ҳамроҳ руҳим нур мавжларига,
Маъшал тутди, ёр бўлди ғазал!

Мени шоир қилди ғам-ташвиш,
У чекинмас ёвдай санчар ниш.
Минг хикмат бор ҳар бир зарбида,
Гўзал сабрим оқибат, олқиш!

Мени шоир этди гул-боғлар,
Самоларда димоғим чоғлар.
Кўнгил қушдай қанот қоққанда,
Кўзим қувнаб, юрак ўйноқлар!

Мени шоир қилди бу қисмат,
Иқрорлигим қўмсар – ҳақиқат.
Aдолат ва тинчлик бўлса бас,
Шудир менга энг олий неъмат!

Yazar: Навруза Бахритдиновна

БОЗОРОВА НАВРУЗА БАҲРИТДИНОВНА

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

10 iyul Yunis Xəlilovun doğum günüdür!

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovu YAZARLAR cameəsi adından təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, YUNİS müəllim!

Hörmətlə: Zaur USTAC

10.07.2024. Bakı şəhəri.

YUNİS XƏLİLOVUN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru