AYB-nin Mingəçevir bölməsi yeni toplu nəşr edib. Kitabın təqdimatı 22 noyabr 2022-ci ildə saat 14:00-da Bakı şəhərində yazıçılar birliynin “Natəvan” zalında baş tutacaq.
KİTAB HAQQINDA MƏLUMAT:
Bizdən sonra yaşayacaq qalan söz… (ön söz əvəzi) – İsmayıl İmanzadə
GƏLİMLİ-GEDİMLİ DÜNYA…
Qənbər Şəmşiroğlu
Fəxrəddin Əziz
Murad Xasməmmədov
KÖNLÜM ŞEİR İSTƏYİR
İsmayıl İmanzadə
Ağabala Salahlı
Araz Süleymanov
Ayşən Rəhim
Bəhman Gülövşəli
Eyyub Rəşidov
Əhməd Süleymanov
Gülnarə Acalova
İsmayıl Yusifli
Kəmalə Əyyubqızı
Qüdrət Məmmədov
Laçın Eyvazov
Mahir Musa
Məhyəddin Məhərrəmoğlu
Məmməd Mərzili
Namiq Zaman
Rafiq Ələkbər
Rəşid Rəsulov
Seymur Sönməz
Şahin Adıgözəlov
Ülviyyə Məmmədli
Valeh Heydər
Vahid Xəyali
ALIN YAZISININ KÖZƏRTİLƏRİ
Elşən Əzim
İlahə Qəhrəman
Mehman Rəsulov
Rəna Abdullayeva
Zümrüd Rəhimova
QEYDLƏR:
1.Kitabın (Almanaxın adı) – “RUHUMUZUN YAZ HAVASI”
2. Bakı. “Gənclik” nəşriyyatı. 2022. 236 Səhifə
3. Kitabın ilk “Gəlimli-gedimli..” bölümündə son illərdə dünyasını dəyişən üç şairimizin şeirləri yer alıb.
4. “Könlüm şeir istəyir” (II) bölümündə 23 nəfər şairin şeirləri dərc edilmişdir.
5. “Alın yazısının közərtiləri” (III) bölümündə isə 4 yazarımızın hekayələri və bir alim-şairin ədəbi-elmi mahiyyətli 2 yazısı yer almışdır.
6. Kitab 200 nüsxə ilə nəşr olunmuşdur.
7. Kitabın redaktoru şair Elşən Əzim, üz qabığının dizayneri Bəxtiyar Qədimovdur.
Daha ətraflı məlumat əldə etmək, kitabla yaxından tanış olmaq üçün bütün ədəbiyyatsevərləri təqdimata dəvət edirik. Giriş sərbəst.
Tanınmış türk əsilli fransalı şair Caroline Laurent Turunc “Çöl zambağı” adlı kitabının işıq üzü görməsi münasibəti ilə doğum günündə “Ziyadar” mükafatına layiq görülüb. Mükafat bu gün – 18 noyabr 2022-ci il tarixində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşdə Zaur Ustac tərəfindən ünlü yazara təqdim olunub. Görüş zamanı həmçinin Laurent xanıma Azarbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı hədiyyələr təqdim olunmuşdur.
Əziz ədəbiyyatsevərlər, 17 noyabr 2022- ci il tarixində, saat 11:00- da Neftçala rayonu Mərkəzi kitabxanasında Milli Elmlər Akademiyasının Güney Azərbaycan Ədəbiyyatı bölməsinin baş elmi işçisi Esmira Fuadın böyük zəhmət hesabına ərsəyə gətirdiyi “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” antologiyanın təqdimatı keçiriləcək. Sözə dəyər verən hər kəs dəvətlidir. Antologiyaya Elnur Uğur Abdiyevin üç poeması: “Hadrut fatehi”, “Bütün yollar Şuşaya aparır”, ” Sultan Şəhid”, həmçinin Fərhad Əzizbəylinin “Vətən sevdalısı” poeması, şeirləri və o taylı, bu taylı müxtəlif qələm adamları tərəfindən Qarabağ mövzusunda qələmə alınmış əsərlər yer almışdır. Öncədən əziyyəti keçən hər kəsə təşəkkür edir, Milli Elmlər Akademiyasının Güney Azərbaycan Ədəbiyyatı bölməsinin baş elmi işçisi Esmira Fuadı təbrik edirik. Uğurlarınız bol olsun, Esmira xanım. Zəfərimiz daim olsun!
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı oldu
27 oktyabr tarixində Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Təbiət Elmləri Təmayüllü Gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı oldu. Tədbiri Gimnaziyanın direktoru Nizami Əhmədov açıq elan edərkən öncə Azərbaycan Dövlət Himni səsləndirildi, daha sonra isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Direktor öz çıxışı zamanı şəhid ailələrinə şəhidlərimizin xatirələrini yaşatmaq üçün Gimnaziyada sinif otaqlarının hər birinə şəhidlərin adlarının verildiyini bildirdi. Bundan əlavə şairə Esmira Günəşin təklifi ilə Gimnaziyanın kitabxanasına da şəhid Rüfət Mustafayevin adı veriləcək. Tədbir şagirdlərin hazırladıqları şeirlərin və musiqilərin ahəngi ilə davam etdikdən sonra qonaqlara da söz verildi. Şairə Esmira Günəş öz çıxışı zamanı şəhid Rüfət Mustafayevin xatirəsinə həsr olunmuş “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” və ” Cənnətdən gələn hədiyyə” kitablarını məktəbə hədiyyə etdi. Daha sonra şəhid Niyaməddin Ələkbərovun anası Həcər xanım şəhid anaları adından çıxış edərək, Esmira xanımın şəhid ailələrinə olan xüsusi qayğı və diqqətindən bəhs edərək, tədbirin təşkil olunmasında əziyyəti olan hər kəsə təşəkkür etdi. Şairə Esmira Günəş yeni çap olunan “Xarıbülbüllər” kitabını da şəhid ailələrinə təqdim etdikdən sonra xatirə şəkilləri ilə tədbir yekunlaşdırıldı.Fotolar:
“Seymur Atilla Xüsusi Təyinatlı Qüvvələrin Komandanı general leytenant Hikmət Mirzəyevin həyatından bəhs edən “Mənim Döyüş Yolum” kitabını əldə etdim. Sizə də tövsiyyə edirəm.
Kitabda aşağıdakılara cavab tapacaqsınız:
Hikmət Paşanın gəncliyi.
Necə zabit oldu?
Zabit prinsipləri.
1-ci Qarabağ döyüşlərində iştirakı
Necə XTQ komandanı oldu?
Xüsusi Xidmətlərinə görə aldığı rütbələr.
XTQ-nin yaranması.
XTQ mənsubları necə yetişdirilir?
Yaxşıların ən yaxşısı” kimlər idi?
Ən mühüm tapşırıqlar necə icra olunur?
Şuşa döyüşlərinin zərgər dəqiqliyi ilə hesablanması.
Döyüşçü necə yetişdirilir?
MİFLƏRİ VƏ NAĞILLARI UNUDUN! ƏSL HƏQİQƏTLƏRİ OXUYACAQSIZ.”
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
Yazıçı Əbülfət Usuboğlunun şeir və hekayələr kitabı çap olundu. Təbrik edirik. Mənbə: Qəşəm Nəcəfzadə
— Əbülfət Usuboğlu “Qoşa söyüd” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” JURNALI tərəfində yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatına layiq görülüb. Diplomu doğrulama lingi: >>>> ZİYADAR MÜKAFATI