N O V R U Z U M
Doğmasan Novruzum, yeni günümsən,
Tarixdən bu günə çatan ünümsən,
Zorla sırınmadın, yalnız mənimsən,
Ulu keçmişimdən gələn Novruzum.
* * *
Təbiət dil açır, torpaq oyanır,
Boz çöllərim yaşıl rəngə boyanır,
Günəş gülümsəyir, sazaq dayanır,
Şəfəqlər içində gülən Novruzum.
* * *
Taxtına çıxmayıb Baharım hələ,
Boz ay təslim olmur, mülayim yelə,
Bənövşə Nərgizlə verib əl — ələ,
Torpağın bağrını dələn Novruzum.
* * *
Yazdır təbiətin loğman, həkimi,
Odur gözəlliyin şərtsiz hakimi,
Şəfəqləri işıq saçan nur kimi,
Narın-narın Yurda ələn, Novruzum.
Müəllif: Mayıl Dostu
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru