LALƏ İSMAYIL – DAŞ İMİŞ

Lalə İsmayıl – şair.

DAŞ İMİŞ
Yar yolunda çəkdim zulmün zillətin,
Şələ tutub, aldım eldən minnətin,
Gözlərimə yığdım hicran, həsrətin,
Vüsalına ha can atdım, boş imiş.
* * *
Dönüb baxdı geyindiyim alıma
Bəzək dedi, sinəm üstə xalıma,
Etibarsız, o insafsız zalıma,
Göz yaşlarım gülüşümdən xoş imiş.
* * *
Son sətirlər saralıbdır varaqda,
İtirdiyim illər qalıb soraqda,
Mənə gələn yolu tutub ayaqda,
Yoxsa yada gedən yolu baş imiş?!
* * *
Sevgimizin həsrət qoxan ətirin,
Tozun alıb, oxşayardın xətirin,
İtirmisən bəlkə də son sətirin,
Ürək quru, eşqin sözdə yaş imiş?!
* * *
Sinə gərib fırtınaya, küləyə,
Haqqı vardır, vardan Haqqa gileyə,
Sən oxşatdın üstü şehli çiçəyə,
Əzəl gündən Lalə elə daş imiş.
21. 03. 2021.

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


MAYIL DOSTU – NOVRUZUM

Mayıl Dostu – şair, alim, pedoqoq.

N O V R U Z U M
Doğmasan Novruzum, yeni günümsən,
Tarixdən bu günə çatan ünümsən,
Zorla sırınmadın, yalnız mənimsən,
Ulu keçmişimdən gələn Novruzum.
* * *
Təbiət dil açır, torpaq oyanır,
Boz çöllərim yaşıl rəngə boyanır,
Günəş gülümsəyir, sazaq dayanır,
Şəfəqlər içində gülən Novruzum.
* * *
Taxtına çıxmayıb Baharım hələ,
Boz ay təslim olmur, mülayim yelə,
Bənövşə Nərgizlə verib əl — ələ,
Torpağın bağrını dələn Novruzum.
* * *
Yazdır təbiətin loğman, həkimi,
Odur gözəlliyin şərtsiz hakimi,
Şəfəqləri işıq saçan nur kimi,
Narın-narın Yurda ələn, Novruzum.
Müəllif: Mayıl Dostu


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – NOVRUZ OVQATI

Sona Abbasəliqızı – şair, yazıçı, publisisit.

(Nəğmə)

Könlü çiçəkləyir dağın, dərənin,
Üzündən nur yağır hər mənzərənin.
Gözü gülümsəyir xatirələrin,
Döyür qapıları Novruz bayramı.
* * *
Quş tək qanadlanır arzum, xəyalım,
Silinir ürəkdən dərdim, məlalım.
Bəzənir sevgiylə cahi-cəlalım,
Döyür qapıları Novruz bayramı.
* * *
Gözəl süfrələrdə alışır şamlar,
Ulduz tonqalına dönür axşamlar.
Gülür xonça-xonça toylar, nişanlar,
Döyür qapıları Novruz bayramı.
* * *
Bahar məhəbbətlə açıb qucağın,
Yaşıllıq bəzəyir sevgi ocağın.
Burda ləzzəti var sevdalı çağın,
Döyür qapıları Novruz bayramı.
* * *
Səpilir ocağa şirin nağıllar,
Dinləyir sevgiylə qızlar, oğullar.
Sevinc köynəyini geyinir yollar,
Döyür qapıları Novruz bayramı.
Müəllif: Sona Abbasəliqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏHLA MİRZƏZADƏ TƏLTİF OLUNDU

Xanım Şəhla Mirzəzadə – Norveç, Oslo.

Xanım Şəhla Mirzəzadə Norveçdə göstərdiyi fəal diaspora fəaliyyətinə görə Novruz bayramı münasibəti ilə “Vintsas” Mükafatı ilə təltif olunmuşdur. Laureatı bir daha təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Şəhla xanım!!!

ŞƏHLA  MİRZƏZADƏNİN DİPLOMU   N: 025  21.03.2021. BAKI – OSLO.

DOĞRULAMA LİNGİ: >>> LAUREATLAR


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru