
ŞAHNAZ ŞAHİNİN KİTABI “AZƏRBAYCAN ƏSGƏRİ” PDF:
Müəllif:Şahnaz ŞAHİN
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNİN KİTABI “AZƏRBAYCAN ƏSGƏRİ” PDF:
Müəllif:Şahnaz ŞAHİN
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev, vətənpərvər el qızı, daim bizlərlə birgə olan və şəhidlərimizin məzarlarını illərlə kimsədən nəsə gözləmədən ziyarət edən və sosial şəbəkələrdə yayan xanım Leyla Həsənovanı ad günü münasibətiylə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayır.
Leyla Həsənovanı hər bir müharibə iştirakçısı yaxşı tanıyır. Fedai.az-da daim yazılarını yaynlayırıq. Qarabağla, müharibə ilə, döyülər və döyüşçülər haqqında onun paylaşdığı paylaşımlar bir fədakarlıqdır.

Şəhidlərmizin döyüş yolu, qazilərimizin problemləri və müharibə veteranlarının keçdiyi səngər həyatı haqqında sosial şəbəkədə illərdir ki, bir-birindən maraqlı məlumatları öz profilində paylaşan Leyla Həsənovanı bir daha 80 minlik veteranlar ordusu adından təbrik edirik.
Çox yaşa, Leyla xanım!

Bu gün də qoy biz veteranlar sizin haqqınızda yazaq. Yazaq ki, bütün gözəlliklər sizin olsun!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

“Yazarlar.az” olarq, təbriklərə qoşuluruq! Uğurlarınız bol olsun, Leyla xanım!!!
LEYLA HƏSƏNOVANIN DİGƏR YAZILARI
LEYLA HƏSƏNOVA DİGƏR MƏNBƏLƏRDƏ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ALİK DƏNİZSEVƏRİN GÜLSADƏ İBRAHİMLİ İLƏ SÖHBƏTİ
Gülsadə İbrahimli şeiri nə üçün yazır...
Şeir Gülsadə üçün Tanrıyla söhbətdir...
Kitablarınızdan razısınızmı? və ya olubmu ki, bu kitab olmasaydı daha yaxşı idi deyə? düşünəsiniz.
Təbii ki, zəif kitablarım,zəif şeirlərim olub,olacaq da nəzərə alsaq ki ilk kitabım orta məktəb vaxtlarımda- 9 cu sinifdə oxuyarkən çıxıb ancaq əsla heç bir kitabımdan Peşman olmamışam zəif olsa belə bir başlanğıc olub mənim üçün.
Ən böyük dəstəkçiniz kim olub tanrıyla söhbətinizdən narazılığını bildirən olubmu ailənizdə.
Ən böyük dəstəkçim ilk başlarda dövlətimiz olub ilk və ikinci kitabîm Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov cənablarının qayğısı ilə nəşr olunub daha sonra mənə və istedadıma inanan dostlarım oxucularım özümə ustad bildiyim insanlar- Rüstəm Behrudi, Əkbər Qoşalı, Qulu Ağsəs olub Ailəm də narazılıq olub, ancaq zamanla uğurlarım onları da Gülsadə yə, inandırıb.
İlk şeiri nə zaman yazdınız ilk oxucunuz kim olub?
İlk şeirimi Təbrizdə xəstəxanada yazmışam…ölümdən döndüyüm an deyə bilərəm O, günə O, zaman 8- ci sinifdə oxuyurdum hələ -4 günlük komadan sonra yazdığım ilk şeir Həkimlərə aid idi…
Şeirləriniz də özünüz ola bildinizmi səmimiliyinizə oxucularınız inandımı sizcə?
Özüməm həmişə səmimi olmayan şeir səmimi oxucu qazana bilməz bəzən empati edərək yazdığım şeirlər də var ancaq onlarda da özümdən yola çıxmışam…Məncə inanıb.
Şeirlərinizdə Qəhraman özünüzsünüz özünüzü hansı obrazda görmək istərdiniz ən çox..?
Şeir azaddır, yasaxsızdır qadağasızdır hüdudsuzdur Qadın olaraq biz bəzən qadağalarla ittihamlarla tənələrlə qarşılaşa bilirik…hələ də şeirin azadlığına özünü qapdırıb cinsiyyət fərqini unudub cəsur yazmağa başlarkən mən şeirlərim de azad qadınam Heç bir ölçüyə,ayrımcılığa sığmayan rüzgarın tərsinə ilhamının atını çapan Gülsadə.
Ədəbiyyat sizi qane edirmi narazılığınız olubmu oxuduqlarınızdan….
Qane edən tərəfi də var etməyən tərəfi də Ancaq gözəl əsərlər yazılır zövqlü oxucular yetişir.!!
İşlədiyiniz mövzular sizə doğmamı ya olub içində o mövzu sizə yad olsun amma yenə də işləmisiniz.
Xeyr elə bir şey yaşamamışam şeir ani və bir O qədər də qeyri adi bir enerji patlamasi kimi bir şeydi…ya bir sevinc ya kədər ya həyacan qorxu təlaş və.s və.s…şeir hesablanmış bir şey deyil ona görə də yaşanmışlığın özüdür mənə yad bir şeirim olmayıb.
Bildiyiniz kimi Müharibə dövrü və Mührabədən sonra ki qələbə sevinci şəhidlər verdik o qələbəni daddıq hissləriniz sizə nə pıçıldadı nələr yazdınız?
Müharibə…üzüldükqorxduq qürurlandıq sevindik güldük ağladıq Naxçıvan torpağı ən çox şəhid verən bölgələrdən oldu acımızla qürurumuz boy ölçüşdü Yazdıqlarım oldu ancaq heç bir yerdə paylaşmadım çünki belə möhtəşəm bir sevincin və belə heybətli bir acının önündə çox zəif idilər.
Təbrizdə xəstəxanada yatdığınız zaman ən çox nələri düşündünüz ağrılarınızla baş edə bilidinizmi təbrizdə gözəl xatırlayacağınız nələrsə oldumu yoxsa ağrılarınızla unutdunuz hər şeyi??
Uşaqdım o zaman…xatırladığım çox bir şey qalmayıb…təkcə anamın üzüm7 əllərinə alıb ağlayaraq “qorxma,ölməyəcəksən” deməsindən başqa bilirsinizmi Uşaqkən ağrılar daha keçici olur çünki mahiyyətini daha yaxşı bilmirik.
Səf Eləmirsə Erotik şeirlərinizdə var cəmiyyətdə necə qarşılandı bu şeirlər…
Bəzən düşünürəm ki, cəmiyyət buna hazır deyil Neçə Nəsil dəyişməlidir,daha çox oxumalıdır insanlar ancaq o zaman da yazmağın ne qeyri-adiliyi qalar ki?! “Son Tanqo” gözlənilməz kitab idi diksinmə təsiri yaratdı Oxucusunda ,,Femme,, də bir az da irəli getdim,ənənəviliyə alışanları qıcıqlandırdım Yazıçı şıltaqlığı nə deyə bilərəm ki…zəng edib təhqir edənlər,ictimai qınaq yaratmaq istəyənlər Üstü -Örtülü xəbərdarlıq edən belə vardı ancaq ,hər iki kitabım da şeir kitablarının Nəsrlə müqayisə də çox az şansı olmasına baxmayaraq alındı Oxundu Maraq yaratdı, qəbul edildi…

Sizə şöhrət qazandıran hansı kitab olub oxucularınıza son olaraq nə demək istərdiniz…
“Son Tanqo” Kitabım Olub-Oxucularıma Şeir kimi həyat Arzulayıram…
Söhbətləşdi: Alik DƏNİZSEVƏR
ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI
GÜLSADƏ İBRAHİMLİNİN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Gənc yazar Kənan Zəka (Bayramov) “Ömür qatarı” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəindən “Ziyadar” Mükafatına (N: 076 07.06.2021.) layiq görülüb. Bu münasibətlə laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Kənan bəy!!!!
DOĞRULAMA LİNGİ: >>> LAUREATLAR
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

İyun ayının 8- də M.Cəlal Paşayev adına Mədəniyyət mərkəzində Şəddat Cəfərovun 80 illiyi Akif Cabbarlının 70 illiyi yubileyi Fatma Həsənqızının “Acılı-şirinli günlər” və Akif Cabbarlının “Yolda” adlı kitablarının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı , 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru ; “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, DAMM-nin Prezidenti ÇİNGİZ ABDULLAYEV, DAMM-nin Baş Katibi FLORA XƏLİLZADƏ, Xalq Artisti Eldost Bayram, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, Şəhid atası Nəriman Həmidov, Şəhid anası Zümrüd Hüseynova, Təranə Balayeva, Nəzakət Əhmədova ve digər ziyalı qonaqlar iştirak ediblər. Tədbir İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədoun başçılığı ilə keçirilib:




Tədbir qazı Mehdiyev Həsən,Tahirzadə Sərxan,Cəfərli Şiraz ilə görüşlə başa çatıb.
İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

YASƏMƏN ATƏŞİN RAHİM ÜÇOĞLANLI İLƏ MÜSAHİBƏSİ
1. Rahim Rzayev (üçoğlanlı) maraqlıdır nədən üç ….
Yasəmən xanım Üçoğlan mənim doğma kəndimin adıdır təxəllüs götürmüşəm .
2. Ilk şeirinizin Mövzusu nə idi xatırlayırsınızmı həmin o, şeiri?
Bəli xatırlayıram ilk şeirimi uşaq vaxtı Şuşada pioner lagerində olanda yazmışdım mövzusu sevgi məhəbbətdən idi uşaq düşüncələrinin məhsulu olsada oxuyanlar bəyənirdi Şerin adı “Şuşada bir qız var adı Pəridir” idi.
3. Hansı Mövzularda daha çox özünüzü şair kimi hiss edirsiniz…sevgi Vətən Ana?
Mən ümumiyyətlə Ana mövzusunda yaza bilmirəm,bircə şeirim var Anama ordada etiraf etmişəm ki sözün qüdrəti çatmır səni vəsf etməyə məndən incimə yaza bilmirəm Vətənpərvərlik mövzusunda da şerlərim çoxdur,ancaq oxucularım məni məhəbbət şairi kimi qəbul edir Məndə bununla razılaşmağa məkumam.
4. İlk Məhəbbətinizə qovuşmusunuz yoxsa nakamlığa sürünüb ilk eşqiniz…
Təbii ki əksər insanlar kimi məndə ilk məhəbbətimə qovuşa bilmədim Məncə buna ilk məhəbbətdə deməkdə olmaz çünki gənclik uşaqlıq hisslərinin sevgi qarışıq bir təcəllası olur o yaşlarda Elə bilirsən məhəbbətdir amma adi ürək hisslərindən başqa bir şey deyil,sevgi ağılla ruhun vəhdətindən doğan bir varlıqdır.
5. Ilk Məhəbbətinizə qovuşsaydınız ona yazdığınız ilk şeir nə olardı?
Yalnız onu deyə bilərəm ki ilk sevgimə qovuşsaydım mən sonra şeir yaza bilməzdim Sadəcə bu qədər…
Sadəcə, deyərdim qovuşdum yara,Bu gündən qələmi qoyuram yerə.)
6. Özünüzü şeirlə ifadə edə bilmisinizmi…
Bəli məncə bütün yaradıcı adamlar özlərini sənətləri ilə təsdiq edirlər Məndə öz heykəlimi şeirlərimlə yonmuşam hər sözündə sətrində özüm varam,qəlbim ruhum var Bir çox şeirlərimdə bunu açq ifadə etmişəm.
7. Müasir ədəbiyyat sizi qane edirmi ən son oxuduğunuz nədir??
Hər dövürdə olduğu kimi müasir ədəbiyyatımızda da gözəl yazarlar var Yalnız demək olar ki son dövürlər heç kimi oxumuram,sonuncu oxuduğum roman “Başsız Atlı” olub məncə,arabir vaxtım olanda Ramiz Rövşəni oxuyuram…
8. İstərdinizmi övladlarınız yolunuzu getsin şeir yazsın kitabları olsun Cəmiyyət onları qəbul eləsin tanınsın?
Hər bir atanın arzusudur övladlarını xoşbəxt görsün Övladlarım elədə şeirə ədəbiyyata həvəsli deyil, olsa belə şair olmaqların istəməzdim Çünki indiki zəmanədə çox duyğusal olmaq əlavə dərd gətirir insana Mən çox tanınıb popliyar olmağıda xoşlamıram telekanallardan bir neçə dəfə dəvət almışam çəkilişə getməmişəm Ancaq cəmiyyətdə hörmət qazanmaq üz ağlığıdır,söz əhlinə dəyər verən indi çox azdır İnşallah zaman ələkdən keçirdikcə dəyər verə biləcək insanlar meydana gələcək buna inanıram…
9. Kitab çap elətdirmisiniz elətdirmisinizə seçiminiz hansı nəşiryyat oldu o kitab sizə pul qazandırdı?
Cəmi bir kitabım çap olunub 2004-cü ildə Şərq nəşriyyatında çap olunub Hal hazırda 3 kitabım çap olunmaq üçün hazırdır Maliyyə vəsaiti olmadığından qalır İlk kitabımdan heç bir qazanc əldə etmədim hədiyyə etdim dostlara.
10 . Dostlarınızdan biri sizə bir kitabın xərci mənim boynuma O kitablardan hansını çap elətdirərdiniz…
Fərqi yoxdur hamısı mənim üçün əzizdir,valdeyinin övladların necə sevirsə ayrı seçkilik qoymadan şairdə şeirlərin elə sevir çünki hamısı onun qəlbindən ruhundan gələn hisslərdir..
11. Son olaraq oxucularınıza nə demək istərdiniz ….
Mən öz dəyərli oxucularıma nikbin olmağı arzulayıram,həyat bir imtahandır onu duyğulu yaşamağı töfsiyyə edərdim Yemək üçün yaşamağı yox, yaşamaq üçün yeməyi məsləhət görərdim Poeziya və musiqi ruhun qidasıdır bunlara yaxın olmağı arzu edərdim Çox məmun oldum Yasəmən xanım sizinlə dialoqdan Var olun işinizə uğurlar arzu edirəm.Allah sizi qorusun təşəkkür edirəm diqqətiniz üçün…
Söhbətləşdi: Yasəmən ATƏŞ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Terminator”
Vətənimin şimal -qərbində, dağların sıra-sıra düzüldüyü, ağacların bir-biri ilə yarışdığı, səfalı təbiəti ilə göz oxşayan Qax rayonunun Almalı kəndində bir igid uyuyur…
Ömrü nakam, xəyalları nasaz, sevgi çiçəyi solmuş, şəhidlikdən pay almış – Şəhid Rəvan Bünyadlı…
Hələ həyatdan doymamışdı, hələ gələcəkdə özü üçün, ailəsi üçün, bəlkə də daha yaxşı yaşaya biləcəyi o uşaqlığı üçün, gəncliyi üçün gün ağlayacaqdı…
Rəvan, 2001-ci ilin avqust ayının beşində Qax rayonunun Almalı kəndində dünyaya göz açmışdır.Valideynlərinin sevimlisi, qardaşı Rəşadın dayağı olan şəhidimiz,
2007-ci ildə Almalı kənd tam orta məktəbinə ilk qədəmlərini atmış, müəllimlərinin, sinif yoldaşlarının, hətta özü kimi şəhid olduğu parta yoldaşı – Məhəmməd Yusiflinin, kənd əhalisinin rəğbətini qazanmışdır.O, bu səmimiliyi, canayaxın rəftarı, gözəl ədəbi ilə onu tanıyanların qəlbini ovsunlamışdı…
2018-ci ildə həmin məktəbin məzunu olan, Bünyadlı Rəvan Qax peşə liseyində “Aşbazlıq” üzrə təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır.
Şəhidimiz, Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan postda xidmət edir.Burda da səngər yoldaşları içində özünə hörmət qazanır…
Onunla bircə dəfə belə ünsiyyətdə olanlar, öz xatirələrində bizim Rəvanı şən, gülərüz, mehriban biri olaraq anırlar.Hətta komandiri ona “Terminator” ləqəbi verir.Hardan biləcəkdi ki, əsgəri kimi özü də şəhid olacaq …
Bəli, Rəvan ürəyimizə od çəkən vətən müharibəsinin ilk günlərində, sentyabr ayının iyirmi yeddisində xidmət etdiyi “Mübariz İbrahimov” postunda ən uca məqama, şəhidlik zirvəsinə ucalır…
Nə böyük fəxarətdir, nə böyük uğurdur, necə gözəldir – mübarizlərin yetişdiriyi postda, Mübarizin davamçısı olaraq şəhid olmaq …
Əvəzi, ölçüsü, təsəllisi yoxdur, amma di gəl ki, balasını itirən ana üçün övlad ağrısı lap bətərdir…
Rəvanın anası Mülümət Bünyadlının ( Şəfa xanımın) verdiyi müsahibələrinin hamısında, oğlunun onların başını uca tutduğunu, ən gözəl mərtəbəyə layiq olub üzlərini ağ etdiyini bildirir.Lakin gözlərinin içindəki nisgil, səs tonundakı məyusluq, sözləri arasındakı bir saniyəlik qırıqlıq qəlbləri dağlamağa bəsdir…
Elə gözəl oğul oldu ki, Allah Rəvana o uca mərtəbəni nəsib etdi…
Eyni anda iki hissi birdən yaşamaq böyük qüvvə tələb edir.Vətən fədailərimizi həmişə yaşatmaq üçün isə toparlanmalıyıq.Mütləq toparlanmalıyıq!
Bəlkə Rəvanın timsalında, bütün şəhidlərimizin yerini bir övlad olaraq verə bilməyəcəyik, amma onların əmanətlərinə dost, dərd ortağı, sirdaş olacağıq…
Vətənimiz elə igidlər yetişdirir ki, duruşundakı əsalət düşmənin dilini çaşdırır.Torpağımızın altında elə igidlər yatır ki, adam o torpağa ayaq basmağa belə utanır …
Adın dillərə elə dastan olub ki, Rəvan, adam hər dəfə səndən yazmağa can atır…
“Fışkırır ruhu mücerret gibi yerden naşım,
O zaman yükselerek erşe değer belki başım.”
Göylərə yüksəlişin, şəhidliyin, məkanın, cənnətin, igidliyin mübarək olsun, qardaşım!
Müəllif: Aytac İBRAHİM
AYTAC İBRAHİMİN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
.

BU SAYIMIZDA
Baş redaktordan………………………………………3
Sevindik Nəsiboğlu. Sən həmişə bizimləsən…4
Akif Abbasov. Arzu…………………………………..9
Təranə Məmməd.. Rəqibim……………………..13
Şahnaz Şahin. Ay işığına dönən əsgər……….15
Rahim Üçoğlanlı (Rzayev). Bir şeir…………….18
Səxavət Qarabağlı (Məmmədova). Şeirlər…..19
Zaur Ustac. Təranə Məmmədin “Tor”u………..22
Təbrik…………………………………………………….30
“YAZARLAR” JURNALININ İYUN SAYI

YAZARLAR JURNALININ İYUN NÖMRƏSİ
“YAZARLAR” JURNALININ DİGƏR SAYLARI
Baş redaktor: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Layiqli ədəbiyyatşünas və tənqidçi ömrü… – Qurban Bayramov-75
Görkəmli ədəbiyyatşünas, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, müasir ədəbi prosesin ən fəal və parlaq simalarından Qurban Fərman oğlu Bayramovun bu günlərdə 75 yaşı tamam olur.
Qurban Bayramovun həyatı, fəaliyyəti, bioqrafiyası Ədəbiyyatda yaşanan bir ömürdür. Görkəmli alim haqqında danışarkən, sözü adətən ordan başlayırlar ki, Qurban müəllim ədəbiyyatda və elmdə xidmətləri olan Bayramovlar nəslinin nümayəndəsidir. Qurban Bayramov Sovet dönəmi ədəbiyyatının ən sanballı simalarından Xalq yazıçısı Bayram Bayramovun və Azərbaycanda sosial psixologiya fənninin əsasını qoyanlardan biri, professor Əkbər Bayramovun ədəbiyyatda və elmdə layiqli davamçısıdır.
Bəlkə də belə bir ziyalı ailə mühitində yetişməsinin nəticəsidir ki, Qurban Bayramov ədəbiyyata doğru-dürüst yerdən qədəm qoymuş və bütün fəaliyyəti boyu təqib qıldığı yolda heç zaman büdrəməmişdir. Q.Bayramov ədəbiyyatın tədqiqinə köklü bir məqamdan – Səməd Vurğun poeziyasından başlayıb. S.Vurğun şeirindən keçmək müasir ədəbiyyatı, XX əsr poeziyasını bütün əhatəsi ilə anlamağa-bilməyə bərabərdir. 1970-1974-cü illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alan Q.Bayramov 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmiş və ömrünü birdəfəlik ədəbiyyata və Ədəbiyyat İnstitutuna bağlamışdır. “Vurğun poeziyası” (B., Elm, 1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (B., Elm, 1986) adlanan ilk kitabları da S.Vurğun şeirinin poetikasına həsr olunub. Qeyd etmək lazımdır ki, həmin kitablar bugün də önəmini saxlayan, S.Vurğun şeiri haqqında yazılmış ən dürüst tədqiqat əsərlərindəndir.
Qurban Bayramovun monoqrafiyaları S.Vurğun yaradıcılığına 1960-1980-ci illər ədəbiyyatşünaslığının rakursunu ifadə edir və vulqar sosiologizm qalıqlarından tam təmizdir. S.Vurğun şeirinin ideya-qayə etibarilə başlıca olaraq Azərbaycançılıq üzərində durduğunu təsbit edir və ilk addımlarından müdrik çağlarınacan pillə-pillə, mərhələ-mərhələ bu qayəni lirik qəhrəman problemi müstəvisində izləyir və çözür. Şairin qəhrəmanı eyni zamanda milliliyin dar çərçivələrinə sığmır, daha böyük ideallarla yaşayır, bütünlükdə əsri və zamanı məşğul edən problemlərlə çarpışır. Q.Bayramov S.Vurğun şeirində millilikdən, Vətənpərvərlikdən, Azərbaycançılıqdan ümumbəşəriliyə, müasir insani dəyərlərə gedən yolu təfərrüatlı, faktiki, konkret elmi yanaşma əsasında çözə bilir. Heç bir pafosa və konyuktur-populist şüarlara uymadan. Dövrə xas cüzi ictimai-siyasi atributları çıxmaqla, zənnimcə, bu, S.Vurğun irsinə ən doğru yanaşmadır. Bəzən müşahidə olunduğu kimi, S.Vurğun irsini öz zamanının mürəkkəb kontekstindən ayırıb, yalnız millilik konsepti çərçivəsində çözmək, təkcə şairin nəhəng yaradıcılıq miqyasını kiçiltmək deyil, ümumən Azərbaycanı XX əsr proseslərindən qoparmaq demək olardı. S.Vurğun öz cahanşümul ideallarında bugün də bizdən irəlidədir.
Q.Bayramov gözəl tarixi poetika araşdırıcısıdır. S.Vurğunun lirik qəhrəmanının bizim romantizm ədəbiyyatından və canlı həyatdan necə təkamül etdiyini məharətlə üzə çıxarır. Yaxud başqa bir – “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı” tədqiqatında izlədiyi Sabir-C.Cabbarlı əlaqələri bunu sübut edir. Sabirin Cabbarlıya təsirinin “Babayi-Əmir” şeirlərindən daha dərin olduğu, Cabbarlının pyeslərində tipikləşdirmə və fərdiləşdirmə üsullarında üzə çıxdığını ilk olaraq məhz Q.Bayramov tədqiq etmişdir.
Q.Bayramovun alim üslubu Azərbaycan ədəbiyyatşünaslığının intensiv inkişaf dövründə formalaşmış və o, bu zəngin xəzinəni bacarıqla əxz etmişdir. Alimin tənqidşünaslıq bilikləri bütün genişliyi ilə qızı Jalə Qurbanqızı ilə birgə yazdığı “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” (2001) və “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (2014) monoqrafiyalarında üzə çıxdı. Y.Qarayev haqqında hər təzə söz, məqalə, yazı meydana çıxarkən, elə bilirsən ki, daha deyilməmiş söz qalmamışdır. Q.Bayramovun əsəri böyük alim, unudulmaz Yaşar Qarayev haqqında ikinci, həm də ən sanballı monoqrafiyadır. Burda müəlliflər Yaşar Qarayev fenomeni haqqında fərqli söz deyə bilir; ilk dəfə diqqəti ideoloji faktora – Sovet ideologiyasına rəğmən, ədibin yetişdiyi və eyni zamanda, yaradıcılığı boyu yetirdiyi milli yaddaş təliminə cəlb edirlər.
Bütün bunlardan başqa, Q.Bayramovun geniş, hərtərəfli ədəbiyyatşünaslıq potensialını üzə çıxaran: “Müasir Azərbaycan poeziyasında üslubi meyllər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi maraqlı tədqiqat işləri var. Və bu tədqiqat işlərinin əsas məğzi-qayəsi alimin XX əsr klassikasını dərindən mənimsəyərək, müasirliyin, müasir ədəbiyyatın xidmətinə yönəltmək cəhdləri, ehtiraslarında görünür. Ümumən Qurban Bayramovun dövri və elmi mətbuatda 300-dən çox məqaləsi, altı monoqrafiya və kitabı çap olunub. Amma çap olunmamış tədqiqatları daha çoxdur.
Qurban Bayramovun ilk tədqiqat işlərindən başlayaraq, ədəbiyyatşünas istedadını görkəmli alimlərimiz yüksək qiymətləndirmiş: akademiklər M.Cəfər, K.Talıbzadə, B.Nəbiyev, Xalq şairi B.Vahabzadə, Xalq yazıçısı Elçin, professorlar Əkbər Ağayev, Yəhya Seyidov, Kamran Məmmədov, Mirzağa Quluzadə, Cəlal Abdullayev, Şamil Salmanov və onlarla digər alimlərimiz haqqında dəyərli fikirlər söyləmişlər. Eyni zamanda, Q.Bayramovun adekvat olaraq görkəmli alimləri dəyərləndirməsi, haqqında yazıları, fikirləri, deyimləri mövcuddur. Ümumən XX əsr ədəbiyyatımızda yeri olan elə bir imza tapmaq çətindir ki, bu və ya digər şəkildə Q.Bayramovun tənqidçi qələmindən yan ötsün.
Müstəqillik illərində Qurban Bayramovun yaradıcılığının ikinci dövrü başlayır. Bu mərhələdə o, ədəbi fəaliyyətinin əsas predmetini – müasir ədəbiyyatda, missiyasını isə tənqidçilikdə tapır. Demək lazımdır ki, köhnə ədəbi prosesin kökündən dağılıb, yenisinin hələ kifayət qədər oturuşmadığı müstəqillik illərində ədəbiyyatın ən çətin sahəsi – tənqidlə məşğul olmaq heç də asan məsələ deyil. Ədəbiyyatın, ədəbi dəyərlərin qarşısında böyük məsuliyyətlə yanaşı, bu, həm də tənqidçidən cəsarət tələb edir. Həqiqəti üzə demək cəsarəti; təkcə ədəbiyyat həqiqətlərini yox, həm də ədəbi mühit həqiqətlərini, bəzən üzdə olmayan, amma ədəbiyyatın inkişafına ciddi əngəl olan pərdəarxası kluar həqiqətlərini. Qurban Bayramovun istər xarakterində, istərsə də qələmində sözü birbaşa demək, həqiqətin keşiyində durmaq üstünlüyü var. Bunu tənqidçinin yazıları təsdiq edir. Habelə Q.Bayramov haqqında yazan, söz deyən hər bir kəs bunu tənqidçiyə yaraşan ümdə cəhət kimi vurğulayır.
Digər bir çətinlik ondan ibarətdir ki, klassikadan, bədii təsdiqini tapmış dəyərlərdən yazmaq həmişə uduşludur; yarımçıq, hələ başa çatmamış proseslərdən söz açmaq, zamanın sınağından çıxmamış predmetləri, həqiqətləri çözmək barədə isə bunu demək olmaz. Bununla belə, Q.Bayramovun klassik tədqiqatları ilə yanaşı, “Əli İldırımoğlunun yaradıclıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi” (B., “Nurlan”, 2009), “Poeziyanın sirri: … şair Şahməmmədin poeportreti” (B., “MBM”, 2009) kimi monumental və mini-monoqrafiayalarının da adını çəkmək lazım gəlir.
Qurban Bayramovun ədəbiyyatşünas maraqları kimi, tənqidçi erudisiyası da genişdir. Ədəbi prosesi ardıcıl izləyən, dövrümüzə xas çoxçeşidliyi, çoxsəsliliyindən baş açan tənqidçi icmal-yazılarında yeri gəldikcə ümumiləşdirmələr aparır, dəyərləndirmələr verir, əsl poeziya bilicisi kimi ədəbi istiqamətləri müəyyənləşdirir. Müasir ədəbiyyatda qabartmağı lazım bildiyi ayrı-ayrı imza sahibləri haqqında portret yazılarla çıxış edir. Və bu zaman bir qayda olaraq Q.Bayramov poetik həqiqətin mövqeyində durur. Bədiiyyata çevrilməmiş, bədii dəyər kəsb etməmiş fakt onu məşğul etmir. Klassik dəyərlərin məcrasından çıxmış tənqidçi müasir ədəbi prosesdə ənənənin yerini bildiyi kimi, modern tendensiyaları da görür və dəqiq qiymətləndirir.
Heç təsadüfi deyil ki, uzun illər ərzində Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları üzrə Q.Bayramovun hazırladığı poeziya icmalları Azərbaycan ədəbiyyatında son on ilin poetik mənzərəsini görməyə, analitik süzgəcdən keçirməyə tam imkan verir. O da əlamətdardır ki, Qurban Bayramov akademik İsa Həbibbəylinin ideya rəhbərliyi və baş redaktorluğu ilə N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin (Bakı, Elm və təhsil, 2016) əsas müəlliflərindən olmuş, poeziya icmalları və portret oçerklərin yazılmasında yaxından iştirak etmişdir.
Qurban Bayramov ədəbi yaradıcılığında olduğu kimi, ictimai fəaliyyətində də həmişə fəal və diqqət mərkəzində olmuşdur. Bir çox mükafatlara, o sıradan, Azərbaycan MEA-nın “Fəxri fərman”ına və “Tanınmış Vurğunşünas alim” fəxri diplomuna layiq görülmüşdür.

Qurban Bayramov AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ən qocaman əməkdaşlarından olub, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində çalışır. İnstitutda da, şöbəmizdə də Qurban müəllimin böyük hörməti var. Hamımız onu sevir, qədrini bilir, bilik və təcrübəsindən bəhrələnməyə çalışırıq. Qurban Bayramov bugün müdrik çağlarının cavanlığını yaşayır, əvvəlki şövq və əzmlə qələm işlədir, müasir ədəbiyyatımızın qarşısında duran problemləri çözməkdə davam edir. 75 yaşınız mübarək, Qurban müəllim!

Müəllif: Tehran ƏLİŞANOĞLU
AMEA-nın müxbir üzvü
DİGƏR YUBİLEY YAZILARI:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru