“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI – NƏZAKƏT KƏRİMOVA (ƏHMƏDOVA)

Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI
Mən Kərimova (Əhmədova) Nəzakət Emin qızı Xudat şəhərində ziyalı ailəsində anadan olmuşam. ADU-nun tarix fakultəsində sonra isə hüquq fakultəsində (ikinci ixtisas) təhsil alan atam müxtəlif dövlət vəzifələrində çalışmış, sonda uzun müddət Xudat şəhər 1 nömrəli məktəbin direktoru olmuşdur. 1941-45-ci il BVM-də yaralanaraq mühüribə əlili olmuşdur. (52 yaşında vəfat edib.) Onun pedaqoji fəaliyyəti, fəal çalışması məndə də pedaqoq olmaq həvəsi yaratdı və mən də müəllim olmağa qərar verdim.
APU- nin pedaqoji fakultəsini bitirməmişdən elmi – metodiki məqalələrim mətbuatda dərc olunmaga başladı… Odur ki, mənim dövri dövlət qəzet və jurnallarındaki yazılarıma görə elmi araşdırmalar aparmaq üçün o vaxtkı Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitunun (ETPEİ) dissertanturasına qəbul olunmaq təklifinə razı oldum. Jurnalistikaya olan həvəsimə görə Jurnalist Sənətkarlıgı İnstitunda da təhsil aldım. İstər respublika, istərsə də ETPEİ -nin elmi-praktik konfranslarında,elmi müsabiqələrdə fəal iştirakıma, məruzə-çıxışlarım maraq kəsb etdiyinə və qalib olduguma görə müxtəlif diplom, Fəxri Fərman və pul mükafatlarına layiq görülmüşəm. Pespublika üzrə keçirilən “Pedaqoji Mühazirələr”də l-ll və Ill yerlərin diplomlarını almışam… Dövri mətbuatda-qəzet və jurnallarda kitablarda yüzlərlə yazım dərc olunmuş, tele -radioda (AzTV də əsasən) silsilə verilişlərdə maraqlı mövzularda çıxışlarım olmuşdur…
Pedaqoji sahədə çalışan müəllimlərə kömək məqsədilə redaksiyaların sifarişı ilə dərs nümunələri, sinifdənxaric və məktəbdən kənar tədbirlərin ssenarilərim qəzet və jurnallarda dərc olunmuşdur.
Pedaqoji fəaliyyətimlə baglı uzun müddət məktəbli – gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində işin məqsədyönlü təşkili üçün işlədiyim Xudat şəhər N.Nərimanov adına 2 nömrəli məktəbdə “N.Nərimanovun Bakıdakı ev muzeyi “nəzdində Xatirə muzeyini yaratmış və 40 ilə yaxın muzeyimə rəhbərlik etmişəm.
İctimai əsaslarla işlədiyim muzeyə Bakı muzeyi 450 eksponat bagışlamışdır. Müxtəlif respublikarın Mədəniyyət Nazirliklərinə yazaraq Nərimanovla baglı sənədlər, vidio -lentlər, kitab və bukletlər, foto şəkillər toplayaraq eksponatların sayını beş minə çatdırdım. Muzeyə on minə yaxın müxtəlif peşə adamları, nərımanovçu akademik və alimlər, məktəblilər, hərbiçilər, deputatlar, aktyorlar ,idmançılar, tələbələr və b. ziyarət etmişlər. Muzey xətti ilə üzvlərin Bakıdakı ev muzeyində, tarixi yerlərdə, AzTV-nın müxtəlif redaksiyalarında olmuş, AMEA-nın, APU-nun tanınmış alımləri ilə maraqlı görüşlərini təşkil etmiş, Fəxri Xiyabana,Ş əhidlər Xiyabanına və onların arzularına uygun yerlərə səyahətini keçirmişəm. Təsadüfi deyil ki, vaxtilə muzey üzvü olmuş gənclərimin bir çoxu hazırda hərbiçi olaraq Vətənimizin keşiyindədirlər. 44 günlük Müharibədə bir neçə məzunumuz da Şəhidlik zirvəsinə ucalmışlar…
Ölkə başçımızın sərəncamı ilə “İlin Müəllimi” müsabiqəsində iştirak edərək qalib olmuş, pul mükafatına sahib olmuşam.
2014 – cü ildə Prezidentimizin sərancamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm.
Hazırda ictimai -siyasi fəaliyyətimi davam etdirir, Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi İB (DAMM İB) Sabitlik və İnkişaf Mərkəzi İB (SİM İB) və İctimai Nəzarət Koalisiyasının Fəxri üzvü, Abşeron rayonu üzrə sədri olmaqla -Şəhid Milli Qəhrəman ailələri və Qazilərlə iş aparır, bu təşkilatın sədri tanınmış ictimai xadum Rasim Məmmədov və təşkilatın üzvləri ilə şəhidlərin anım mərasimlərində iştirak edərək onlara mənəvi dəstək olur, problemlərinin həllində köməklik göstəririk. Burada da fəaliyyətimiz barədə mütəmadi olaraq saytlarda, mətbuatda yazılar verirəm.
“Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceriyəm.

Hazırladı: Tuncay ŞƏHRİLİ

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir