Televizyanın görkəmli siması,vətəninə layiqli jurnalist Lalə Azərtaş
Cəmiyyətimiz günü-gündən inkişaf edir və dəyişir. Cəmiyyət inkişaf etdikcə televizya da onunla birgə addımlayır. Əminəm ki,çoxumuz günün müəyyən saatlarını asudə vaxtlarımızı televizyada yayımlanan verlişlərə baxmaqla keçiririk. Öncədən hazırlanan və cəmiyyətə təqdim olunan hər bir veriliş cəmiyyətin maariflənməsinə,bilgilənməsinə və əylənməsinə yönəlir. Bir növ ictimaiyyətin estetik zövqünə uyğun hazırlanır və yayımlanır.
Verilişin baxımlı və reytinqli olması,auditoriyasının daha geniş kütləni əhatə etməsi bir sözlə,layihənin uğurlu olmasının ardında operativ və işinə bələd bir kollektiv dayanır. Təbii ki,istənilən verilişin ictimaiyyət tərəfindən baxılmasını həmin layihənin siması kimi çıxış edən aparıcı təmin edə bilər. Aparıcının peşəkarlığı verilişin baş ucalığıdır. Təssüf ki,televizyamızda peşəkar və işinə bələd jurnalist və efir aparıcıları azdır,amma az da olsa var.
Jurnalıstika fakültəsinə daxil olduğum gündən etibarən özümə bir ideal efir aparıcısı axtarışına çıxdım. Bir çox kanallarda yayımlanan verilişləri izlədim və özlüyüm də layihələrin günümüzdə aktuallıgını,efir aparıcılarının peşəkarlığını bir-biriylə qarşılaşdırdım. Başdan söyləmək istəyirəm ki, yazacaqlarım tamamən öz şəxsi fikrim və gəldiyim qənaətdir.
İnsanların nitqi həm də onların xarakterini müəyyən edir. Xüsusilə də,jurnalistika sahəsin də çalışan və cəmiyyət tərəfindən tanınan şəxslərin aydın, axıcı nitqi və özünəxas qələmi olmalıdır. Bu səbəbdən aparıcının ən üstün cəhətlərindən biri də onun iti nitq qabiliyyəti olması qənaətindəyəm. Elə buna görə də gələcək peşəm də özümə ideal olaraq Xəzər tele-kanalında yayımlanan Təsir dairəsi verilişinin aparıcısı Lalə Azərtaşı görürəm. Lalə xanım 44 günlük vətən müharibəsi dövründə “Birinci studiya”-verilişi ilə ictimaiyyətin qarşısına çıxdı və cəbhədən yayımlanan ən son xəbərləri operativ olaraq dünyaya çatdırdı. Bir jurnalist kimi müharibə dövründə də siyasi motivli bir layihə yaratmaqla insanlara qələbəyə inam ruhunu aşıladı. Heç şübhəsiz, bu addım olduqca təqdirəlayiqdir. “Birinci studiya”-verilişini müntəzəm olaraq izləyirdim.
Lalə xanımın bir efir aparıcısı kimi peşəkarlığı məni efirə daha da bağlayırdı. Onun əzmi,iradəsi hər şeydən əvvəl güclü bir Azərbaycan qadını olduğunu göstərirdi. Mən artıq idealımı tapmışdım. Müharibə dövründə xalqını qələbəyə səsləyən,cəmiyyətin maariflənməsi məqsədini güdən və digər yandan da dünyaya Azərbaycanın haqq səaini duyuran bir efir aparıcısı. Mən artıq idealımı da,özümə örnək tutacağım aparıcını da müəyyən etmişdim. Bir gün “Təsir dairəsi” verilişində iştirak etmək şansı qazandım. İdealımı daha yaxından görəcəyimi düşündükcə daha da həyəcanlanırdım.
Xəyalını qurduğum səhnə,gur işıqlar və efir.
Təbii ki,efirə yaraşıq verən idealım Lalə Azərtaş. Efirin başlamasına dəqiqələr qalmışdı. Lalə xanım studiyaya daxil oldu. Mən əyləşmişdim. İlk əvvəl mənimlə görüşdü,sanki illərdi tanıyırmış kimi mehribancasına qarşıladı. Həqiqətən gözəldi. Nitqi,duruşu,gülüşü,səs tonu,jest və mimikaları. İlk öncə səs cihazları quraşdırıldı. Sonra studiyada ümumi səs eşidildi. Son 2 dəqiqə. Lalə xanım gözucu mənə baxıb gülümsündü. Son 2 dəqiqə… Efir.. və Lalə xanımın mükəmməl nitq söyləməsi. Məndə bir anlıq özümü biixtiyar səhnədə hiss etdim. İdealım Lalə Azərtaş kimi. Fasiləyə çıxanadək gözümü çəkmədim. İzlədim. Təbii ki,arxa stajda maraq doğurdu məndə. Kollektivi gözəl bir layihədir. Layihəni gözəlləşdirənsə Lalə xanımdı. Fasilə zamanı “necəsən?”-deyə,soruşdu. Bir anda:-“çox həyəcanlı”-dedim. -“Niyə?Gələcəkdə səndə burda,efirdə olacaqsan”-dedi və həfif gülümsündü. Bundan ziyadə fasilələr zamanı ünsiyyət qurduq. Mən bir daha əmin oldum ki,bu yolda idealımı doğru seçmişəm. Nitqiylə,duruşuyla, peşəkarlıgıyla öz sözünü deyən Lalə Azərtaş.
Müəllif: Şəms HÜSEYNLİ
HÜSEYNLİ ŞƏMS EHTİRAM QIZNIN YAZILARI
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru