Səma Muğanna – Tanrının elçisi

SƏMA MUĞANNANIN YAZILARI

Tanrının elçisi

Yenə saatın əqrəblərini sayıram.Sayıram ki,bəlkə geri dönüb yaşaya bilmədiyim ən gözəl xatirələri o saat əqrəbinin hər dəqiqəsinə qeyd edim.Bəzən anlatdıqca elə hiss edirəm ki,bu qəribə duyğular məni izləyir.Bəzən onlarla söhbətləşirəm,hətta danışıb gülürəm.Çox qəribədir.

Bu gün yenə saatın əqrəbləri bir-birini izləyərkən mən  susmuşdum.Nədənsə,saat 00:00 olan kimi saatın əqrəbləri də dayandı.Tik-tak səsləri duyulmadı.Hiss etdim ki,duyğularım da məndən qaçır.O an səs eşitdim.Gözlərimi qapadıb həmin anı yaddaşımın ən dərin hissəsində təsvir etdim və səslə birgə addımladım.Bu suala mütləq cavab tapmalıydım. “Mən hara gedirəm? Bu səs nədir?” Bu sualın cavabını tapmaq üçün heç nə demədən yalnızca addımlayırdım.

 Yolların hər birində məktublar vardı.Bu qəribə və gizli olan məktubların heç birini açmadan qaçırdım,ancaq birdən gözləyib qarşıma son çıxan məktuba diqqətlə baxdım.Qorxu və həyəcanla gözlərimi açıb məktubu oxumağa başladım.Məktubda yazılan:

Gənc qızın göz bəbəklərindəki yollar o qədər dərindir ki,hansı yoldan qaçacağını belə itirir.Yoxsa siz bilmirdiniz ki,göz bəbəklərində minlərlə yol var? Göz bəbəklərində açılan,yaxud qapanan yollar yoxdur,sirrli qalan və şirin yalanlara məhkum edilən insanlar var.Bu yolların zamanla hesablanması da elə fizika,riyaziyyat kimi dərindir.

  Sizcə,bu gənc qız kim idi? Kim onu izləyirdi?

  -Tanrım,səsimi duy! Saatın əqrəbləri niyə bir-birini izləmir? Niyə mən buradayam?

   Sanki Tanrı birdən səsimi duydu və göy üzünün ən dərinliklərindən göründü.Simasında gizlənən kədər qarışıq təbəssümlə məni izləyirdi.Əllərini mənə uzadıb buludların arasına aldı.

-Əzizim Səma,sənə göndərilən məktub da özü bir fəlsəfədir.Bu fəlsəfənin baş rolunda iştirak edən sənsən.Ancaq unutma ki,baş rolda olsan belə sənin bu gün burada olmağına bir səbəb var.

-Səbəb nədir axı,Tanrım?

-Sənin ruhunda gizlənən ölü bir bədən var.Bu ölü bədən sənin bütün varlığına yayılıb və səni yaşamağa icazə vermir.Bu ölü bədənlə necə yaşamaq olarmı?

-O haradadır? Mən niyə görmürəm?

-Sən onu heç vaxt görə bilməyəcəksən,əzizim Səma.İndi isə səni bu məktubla baş-başa qoyuram.Bir azdan qibləgahın da gələcək…

  O an hiss etdim ki,sanki bütövlükdə ölü bədən ruhumdan qopub düşdü.O ölü bədən kim idi? Baba,hardasan? Bax,saat yenə 00:00 göstərir.Saatın əqrəbləri susub.Sən olmadan yenə bu saatın əqrəbləri susub,ovuclarımda gizlənən insanların sözləri boğulub küçələrə qaçmaq istəyir.Hardasan?

  “Hardasan?” sözünü dediyim an etibarilə qibləgahım göy üzünün evində peyda oldu.Əlində sazıyla ruhani havasının sədaları altında mənə gülümsədi.O an hiss etdim ki,Tanrının da dediyi kimi ölü bədən ruhumdan çıxmadı,qopub düşdü…Ovuclarımda gizlənən yalan,acı dolu sözlər addımlayıb getdi.Saat 00:00 keçmişdi.Yenə saatın əqrəbləri bir-birini izləyərək rəqs edirdi.Sanki qibləgahımın gəlişi kainatı yuxudan oyandırmışdı!

  Bu gün qibləgahımın doğum günüdür.Göylərdəki doğum günün mübarək,əziz babam! Qələmimin padşahı sən olmusan,bu gündən sonra da elə olacaq! Tanrının da dediyi kimi fəlsəfi düşüncələr beynimdə gizlənən fikirlərin qatara minib getməyini gözləyirdi.Sənin gəlişinlə birgə onlar qatara,mən isə dünyama geri döndüm.Ruhən yanımdasan ki,mən özümü güvəndə hiss edirəm.Ruhun şad olsun,Tanrının elçisi!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Baba Vəziroğlunun “Qalanı xatirədir…” kitabı Osloda oxuculara təqdim edilib 

Baba Vəziroğlunun “Qalanı xatirədir…” kitabı Osloda oxuculara təqdim edilib 

Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Evi və Osloda N. Gəncəvi adına həftəsonu Azərbayan dili məktəbinin təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, dəyərli şairimiz Baba Vəziroğlu ilə Norveçin paytaxtı Oslo şəhərində 28 May Respublika Günü münasibəti ilə bir neçə görüş keçirilib. , B.Vəziroğlu ilə ilk görüş Oslonun mərkəzi kitabxanası “Deichman Bjørvika”da baş tutub və “Qalanı xatirədir…” adlı şeir kitabının təqdimatı olub. Sözügedən görüşdə həmvətənlilərimizlə yanaşı norveçlilər və əcnəbilər də iştirak ediblər. Görüşdə əslən norveçli Torill Stokland tərəfindən Norveç dilinə tərcümə olunmuş “Qalanı xatirədir…” adlı şeir səsləndirilib. Torill xanım B.Vəziroğlu poeziyasının sadə, rəngarəng, anlaşıqlı və axıcı olduğunu bildirib: “Sizin müəllifi olduğunuz “Qalanı xatirədir…” adlı şeiri tərcümə etməkdən məmnun oldum və zövq aldım. Şeirin dili sadə, duyğulu və mənalı idi. Bu baxımdan da düşünürəm ki, sizin uşaqlar üçün də şeirlər yazmağınız çox maraqlı olardı”. Torill xanım B. Vəziroğlu yaradıcılığına yenidən müraciət edəcəyini və tərcümə işini davam etdirəcəyini bildirib. B. Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir…” adlı şeir kitabı ilk dəfə Osloda oxuculara təqdim edilib və çox maraqla qarşılanıb. Görüşdə “Qalanı xatirədir…” adlı şeir Azərbaycan, ingilis və Norveç dillərində səsləndirilib. N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri B.Vəziroğlunun müəllifi olduğu şeirləri səsləndiriblər.Görüşün sonunda oxucular müəllifdən imzalı kitablar əldə ediblər. Görüş iştirakçıları 28 May Respublika Günü münasibəti ilə təşkil edilmiş və həftəsonu məktəbinin şagirdlərinin rəsmlərinin nümayiş olunduğu sərgi ilə tanış olublar. 28 May Respublika Günü münasibəti ilə B.Vəziroğlu ilə ikinci görüş Osloda N.Gəncəvi adına həfətsonu Azərbaycan dili məktəbində valideyn və şagirdlərlə keçirilib. Sözüdegən görüşdə iştirakçılar B. Vəziroğlunun səsi ilə şeirlər dinləyib, şairin yaradıcılığına dair suallar veriblər. Şagirdlərin ifasında şeirlər səsləndirilib. Valideyn və şagirdlər müəllif tərəfindən imzalı kitablar əldə ediblər. B.Vəziroğlu ilə Osloda Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin idarə heyətinin görüşü də keçirilib. Görüşdə iştirak edən müəllim, şagird və valideynlər tədrisin təkmilləşdirilməsi və ədəbi dilimizin şagirdlərə tədris edilməsi ilə bağlı şairdən məsləhətlər alıblar. Ana dilinin tədrisini daha təkmil formada həyata keçirmək və dərs vəsaitləri ilə bağlı şair tərəfindən bir sıra faydalı tövsiyələr verilib. Qeyd edək ki, B.Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir…” adlı şeir kitabı Norveçin Milli Kitabxanasına hədiyyə edilib. Oxucular kitabı oradan əldə edə bilərlər. Fotolar:

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazarlar jurnalının 6 (18) İyun – 2022-ci il sayı ışıq üzü görüb

Yazarlar jurnalının 6 (18) İyun – 2022-ci il sayı ışıq üzü görüb. Bu sayda yer alan yazarlarımızı təbrik edirəm. PDF variantı hamı üçün əlçatandır. Buyurun:

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2022-2023-CÜ TƏDRİS İLİ ÜZRƏ MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU MÜSABİQƏSİNDƏ İŞTİRAK ETMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

2022-2023-CÜ TƏDRİS İLİ ÜZRƏ MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU MÜSABİQƏSİNDƏ İŞTİRAK ETMƏK İSTƏYƏNLƏR ÜÇÜN

MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK İSTƏYƏNLƏR ÜÇÜN ELEKTRON QEYDİYYAT 3-10 İYUN (2022-Cİ İL) TARİXLƏRİNDƏ HƏYATA KEÇİRİLƏCƏKDİR. BURADAN KEÇİD ETMƏKLƏ QEYDİYYATDAN KEÇMƏK OLAR: >>>>>>> miq.edu.az

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏMZİ DÖNMƏZ

RƏMZİ DÖNMƏZ

Rəmzi Dönməz (Səfərov Rəmzi İldırım oğlu) 5 August 1977 -ci ildə Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonu, Yusifcanlı kəndində ziyalı ailəsində – uzun illər kəndin məktəbinə rəhbərlik etmiş İldırım müəllimin evində – ziya ocağında dünyaya göz açmışdır. İlk təhsilini doğma kənd məktəbində başlasa da, digər həmyaşıdları kimi məlum hadisələrlə əlaqədar orada tamamlaya bilmir… Orta təhsilini başa vuran Rəmzi Dönməz dəqiq elmlər üzrə təhsilini bir-neçə ali təhsil müəssisəsində uğurla davam etdirmiş və hal-hazırda pedoqoji fəaliyyətlə məşğuldur. Respublikamızın tanınmış müəllimlərindən biridir. Şeir yazmağın isə bütün bunlara heç bir dəxli yoxdur. Çünki, o bir ehtiyacdır….

RƏMZİ DÖNMƏZİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏDİN DOĞUM GÜNÜDÜR!

Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü Təranə Məmmədin doğum günüdür! Şad günü münasibəti ilə Təranə xanımı təbrik edir, can sağlığı, uzun ömr və yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC VƏ ARZUMAN İSMAYILOV QARQAR ÇAYININ SAHİLİNDƏ

ZAUR USTAC VƏ ARZUMAN İSMAYILOV QARQAR ÇAYININ SAHİLİNDƏ

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ RƏFAİQIZI – ƏLİSANIN KİTABLARI

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəşad Məcid “Şuşa” şeiri – Nuray Şahsuvarlı

RƏŞAD MƏCİDİN YAZILARI

Rəşad Məcid “Şuşa” şeiri. Təqdim edir: Nuray Şahsuvarlı.

ŞUŞA
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.
* * *
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
* * *
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
2021

Müəllif: Rəşad MƏCİD

RƏŞAD MƏCİDİN YAZILARI

ŞUŞA HAQQINDA 8 ŞEİR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru