
Qaranlıq dünyamın işığı
Mənim adım Yusifdir.Bura mənim dünyamdır. Bu gün sizə öz
həyatımı danışacağam. Ancaq bu hekayə yalnız mənim yox ,
mənim kimi yüzlərlə uşağın həyat hekayəsidir.
Mən dünyaya gələndə hamı sevinirdi. Ən çox da anam. Iki
yaşıma kimi kimi hər şey normal idi. Yəni, insanların mənə olan
davranışı kimi , şeylər . Daha sonra üç yaşıma keçməmiş anam
hərəkətlərimdə fərqlilik hiss etmiş bu barədə kimləsə
məsləhətləşmək qərarına gəlmişdi. Bu, fərqliliklərdən sizlərədə
misal çəkə bilirəm . Məsələn : adımı çağıranda cavab vermirdim
, kiminsə məni qucaqlamasına , oxşamasına icazə vermirdim. Bu
fərqliliklərim anamın diqqətini daha cox çekirdi. Çünki atam
bizə baxmaq üçün gecə gec saatlara qədər işləyirdi. Hamının
bayram günü , istirahət günü olduqda mənim atam sırf məni
böyüdüb , ailəmizə baxmaq üçün çalışırdı.
Anam məni həkimə apardı. Bir çox müayinələrdən sonra
həkim mənə diaqnoz qoydu. O, anama mənim danışa
bilməyəcəyimi dedi. Vaxt ötdükcə başqa uşaqlardan daha çox
fərqlənəcəyimi nəzərinə çatdırdı. Anam isə bununla hec vaxt
razılaşmaq istəmirdi. Həmin gün heç vaxt yadımdan çıxmaz .
Həkimdən qayıtdıqdan sonra mənim ən sevdiyim oyuncağımı
əlimdən alıb məndən maşın deməyimi istədi. O , dəfələrcə …..
“Ma-şın” , “ma-şın” deyərək qarşımda çarəsiz baxışlarla mənə
baxırdı. Mən isə təəccüblənmək əvəzinə daha çox qorxurdum.
Onu anlaya bilmirdim. O, maşını çox sevdiyimi anam bilirdi. Indi
oturub fikirləşəndə anlayıram ki, anam məndən bir söz eşitmək
üçün nə qədər əziyyət çəkibmiş. Uzun müddət sonra anladım ki,
anam mən danışım deyə belə edirmiş . Mənim danışmağımı
istəyir. Illər keçirdi. Zar-zor çətinliklə olsa da anam öz istəyinə
yavaş-yavaş çatırdı. Mən hər kəlməni deyəndə anamın
gözlərinin necə parıldadığını görürdüm. Bu parıltı mənim yarım ,
yamalaq hafizəmə qazınırdı. Daha sonralar anam məni bir çox
həkimlərə , pisxoloqlara , laqapetlərə apardı. Məndə elə də gözə
çarpan dəyişiklik yox idi. Təkcə pisxoloqum Aynur xanım məndə
nə isə görmüşdü. O bir gün anamdan soruşdu:
____Yusifin qələmlərlə , rənglərlə arası necədir ?
____Yaxşıdır. Cızma , qara edir. Hiss edirəm ki xoşuma gəlir .
____Lap yaxşı . Bu yaxşı xəbərdi.
Bundan sonra biz hər dəfə görüşəndə Aynur xanım müxtəlif
şəkillər gətirir , qələmləri mənim qarşıma töküb onu çəkməyimi
istəyirdi. Məndə olan bu dəyişim ailə üzvlərimi də
təəccübləndirirdi. Çünki çəkdiyim şəkillər baxıb çəkdiklərimdən
çox vaxt fərqlənmirdi. Daha sonra Aynur xanım məni bir rəssam
dostu ilə tanış elədi. Mənə qələmlə yanaşı müxtəlif boyalarla
işləməyi öyrəndim. Yeni müəlliməm sayəsində artıq müxtəlif
şəkilləri istədiyim formada çəkirdim . Rəsmlərim bir çox
sərgilərdə nümaiş etdirildi. Bir neçə il sonra respublikada şəxsi
sərgilərim açıldı.
Mən rəsm çəkərkən yanımda fırçam , anam və bir də
boyalarım olur. Bu qaranlıq dünyama yeganə girməyi bacaran
şəxs anamdır. O məni bu qaranlıq quyudan yavaş – yavaş
çıxardı. Hər insanı anası bir dəfə gətirir dünyaya. Mənim anam
isə bunu iki dəfə elədi. Hə , üzürlü sayın həkimlərin mənə
qoyduğu diaqnozu demədim. Adı “Autizmmiş” . Adının mənasını
bilmirəm nə deməkdir. Onu bilirəm ki , bu mənim aləmimdə
“savaş” deməkdir. Biz isə sonu görünməyən savaşın
döyüşçüləri….
Müəllifin dilindən
Cəmiyyətimiz hələ autizmli insanlara öz aralarında yer
vermir. Düzdür , onlar həmişə normal insanlardan
fərqlənir. Ancaq ətraf başa düşməlidir ki , bu onların
seçimi deyil. Günümüzdə heç kəs bu xəstəlikdən
sığortalanmayıb.
Autizmli olmaq dünyanın sonu deyil. Hətta biz onları
xəstə kimi yox fərqli insanlar kimi qəbul etməliyik.
Unutmayın hər savaşın bir sonu vardır. Yaxşı, ya da pis .
Ümid edirəm , bu balaca qəhrəmanların savaşı gözəl
sonla bitər..
MÜƏLLİF: AYTAC SƏİD
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Cox təsirli hekayə idi. Çox sag olun dəyərli Aytac xanım