Bu gün Azərbaycan mətbuatına və AVMVİByə ağır itki baş verib. Belə ki,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Fedai.az, Veteran.az saytlarının rəhbəri, ilk döyüşçü jurnalist, vətənpərvər Qazimiz Xəqani Rzaquliyev Noyabr ayının 24 də qəflətən vaxtsız vəfat edib. Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin sədri Füzuli Rzaquliyev başda olmaqla bütün AVMVİB üzvlərinə və mərhumun ailəsinə AVMVİB Ağdam rayon şöbəsi və “Yazarlar” adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin.Məkani cənnət olsun. Ruhuna Fatihə. Amin
Hər insanın yaşadığı ömür onun öz taleyinin və fəaliyyətinin çalarlarıdır. Bu, ümumilikdə bütün bəşəriyyətin yaşam formasıdır. Yəni, bir insan toplum olaraq bütün bəşərdir, onun yaşadığı həyat hamı üçün eyni və ya oxşardır. Elə öz taleyinin və fəaliyyətinin zəhmətkeşi, Vətənə vurğun insan, Gültəkin Mustafayeva bu sahədə əzmlə çalışan, üzərinə qoyulmuş işin öhdəsindən bacarıqla gələn və ən əsası, bu günlərdə Gürcüstanda keçirilən “Tolerant”sərgiyə də böyük maraq və xüsusi həvəslə hazırlanmışdır. Sərgi böyük marağa səbəb oldu.Tiflis şəhər şurasının kraliça Tamaranın zalında keçirilən sərginin açılışı hörmətli şəhər meri Kaxa Kaladze tərəfindən həyata keçirildi. Təşkilatçı “Gürcüstan Aktiv Azərbaycan Qadınlar Assosiyasının”-sədri haqqında bir-birindən maraqlı təşkilatçılığa imza atan Gültəkin Mustafayev də fəal iştirak etmişdir. Hər sərgidə bir ürək döyünürdü. Bu görülən işlər hər biri bir həyat materialıdır və gələcək gənclərə ötürülür. Sərgidə çox sayda ziyarətçilər iştirak edirdilər.Onlardan Azərbaycanın Gürcüstandakı səfiri hörmətli Faiq Quliyev də var idi. Bu prosesi bir yazıya sığışdırmaq da əsl insan diqqətindən irəli gələ bilər. Çalışacam ki, sərgi haqda sizlərə geniş məlumat verim. Beləliklə sərgidə incəsənətimizə də yer verilmişdi.Borçalı xalçası,saz,tar və s…nümayiş etdirildi.Mətbəximizin paxlavası,qatlama və fəsəlisi… Milli mədəniyyətimiz qeyrət rəmzi olan kəlağayı və gənclərin üzərindəki milli geyimlərimiz göz oxşadı. Rəsm müəllimi Sevda Əbilovanın meydan, məscid və kilsəni öz əsərində bir arada nümayiş etdirməsi dostluğumuzun möhkəmliyi demək idi.Fəridə Bəxtiyarlı və 12 yaşlı Emilia Ələkbərovanın da rəsm əsərləri nümayişçilər tərəfindən sevilərək seyr edildi. Eləcə də, Gültəkin xanımın təşkilatçı insan olması haqqında söz demək nə qədər çətindirsə, o qədər də şərəflidir. Çünki illərin qoynunda pərvaz edən məqamları bir insan surətində cəm edə bilmək açığı, məharət tələb edir və bu prosesi üstəlik sərgiləmək insan ürəyinin təmizliyidir. Sərgidə bu qaynarlıq açıq şəkildə hiss olunurdu.Gültəkin xanım Tiflis bələdiyyəsi şurasının üzvü olduğuna, bələdiyyə tərəfindən sərgi iştirakçılarına “Təşəkkür”bəlgələri və hörmətli Şəhər meri Kaxa Kaladzenin həyat yoldaşı dizayner hörmətli Anuka xanıma və bələdiyyədə Türk azlıklar şurasının sədri hörmətli Rita Xidirbegşivili xanımlara Azərbaycan kəlağayı hədiyyəsi ilə ödülləndirildilər. Buna görə də sərgiyə hazırlanarkən və nümayiş etdirilərkən ürək sözlərini əsirgəməyənlərə öz adımızdan təşəkkürümüzü bildiririk.
Elə Gültəkin xanıma deyilən hər xoş söz üçün zəhmət çəkənlərə ehtiramımızı bildirir, vətəndaş sevgisi ifadə edirik. Əslində,Gültəkin xanıma ünvanlanmış hər xoş söz bizim adımıza deyilir və bu ehtirama layiq olduğumuz üçün çox məmnunuq.
MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ… (Zaur Ustacın “Araz” şeiri haqqında) ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq. Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır. ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil. Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır. Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR: Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!,- deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir. Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin? Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri… O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər. Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş…. Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir: Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki aman! Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib. QADİR olan QALİB olar. ALLAH ƏKBƏR!