VAQİF OSMANOV. TOX “HƏRİF”LƏR – ACİZ “XƏSTƏ”LƏR.

VAQİF OSMANOVUN YAZILARI

TOX “HƏRİF”LƏR – ACİZ “XƏSTƏ”LƏR

“Xəzan” ədəbi-bədii jurnalının layihəsi kimi Əli bəy Azərinin tərtibçiliyi və redaktorluğu ilə Bayraq günü münasibəti ilə nəşr olunan “Bayraq hekayələr toplusu”nda 22 qələm sahibinin 22 hekayəsi (rəmzlərə inansaq, 22 + 22 = 44) nəsrsevərlərə ərmağan edilmişdir. 44 artıq çağdaş Azərbaycan tarixinin zəfər, qələbə, bayraq, qürur, özünəqayıdış, özünəinam rəmzi kimi müqəddəsdir.

Bilmirəm, zərurətdənmi, təsadüfdənmi toplu yazıçı və şair Ramiz İsmayılın “Vicdan sancısı” hekayəsi ilə başlanır. Əli bəyin qeydinə görə, kitabda yazarların hekayələrinin ardıcıllığı müəlliflərin təvəllüdünə uyğun böyükdən kiçiyə görə düzülüb. Ancaq onu bilrəm ki, ağsaqqal Ramiz müəllimin hekayəsinin ayağı düşərli olacaq. Çünki kitabın içindəki ilk hekayəni oxuyan hər kəs o biri hekayələrlə də mütləq maraqlanacaq. Bu hekayəni toplunun içini səyahət eməyə yardımçı olan bir bilikli bələdçiyə bənzətdim.

Elə bir zəmanəyə gəlib çatmışıq ki, insanların çoxunu vicdan sancısı tutmur, hətta çoxu bilmir ki, vicdan nədir. Mənim düşüncəmə görə, vicdan içimdəki “Mən”dir.

Kaş, Ramiz İsmayılın “Vicdan sancısı” hamımızı oyatsın, yerindən tərpətsin, daxilimizi təmizləsin, bu sancıdan qıvrıla-qıvrıla özümüzü tanıyaq, əgər içimizdə o varsa…

Hekayə barədə düşüncələrimi bölüşəndə Ramiz müəllimin adını tez-tez vurğulamayacağam. Ancaq hər fikrimin təməlində yazarın və mənim təxəyyülümün bir-birini təsdiqləməsi dayanır, mənə elə gəldi ki, aramızda qarşılıqlı anlaşma yarandı…

Loğman Təbib “həm şair, həm nasir, həm dramaturq, həm də 30 il millət vəkili, deputat dostlarının hörmət əlaməti olaraq Vəkil Daimi təxəllüsü verdiyi “xəstə”ni – hekayənin əsas lirik “mən”ini özünün tibb mərkəzinə uzman doktor, vicdanoloq İnsaf Mürvətlinin qəbuluna göndərir. Vicdanoloqun qəbuluna onu “eynəyi başının ortasında, sinəsi yarıya qədər açıq, boğazında qəribə “tatu” olan, şalvarının dizləri bir neçə yerdən it parçalamış kimi cırıq görünən cavan qız nəzakətlə” dəvət edir. Bu vicdanoloqun “köməkçi”sidir. Belə “köməkçi”ləri görən “xəstə”lərin içəri daxil olan kimi dərdi yüngülləşir. Bu müasir tibbin ən yaxşı “müalicə” üsuludur.

Vəkil Daimi elə universal millət vəkilidir ki, parlamentdə, televiziya ekranlarında “kosmik tədqiqatlardan da, atom nəzəriyyəsindən də, sonsuzluqla mübarizə yollarından da, ailə-məişət məsələləri”ndən də yüksək “intellekt”li çıxışlar yapıb hamını mat qoya bilir. Vəkil Daiminin “millət qarşısındakı xidmətləri lap çox böyükdür”:

-Bakının dörd ən yaxşı yerində səkkiz dənə ikimərtəbəli şadlıq sarayı tikdirmişəm. Hər nəvəmin adına birini. Üç rayona avtobus marşrutu açmışam. Böyük bir taksi şirkətim var. Bunların hamısı xalqın xidmətindədir.

Bu “xeyirxah” xalqın “xidmətçi”sinin sağlamlığında problem var, onun vicdanı ağrıyır. Niyə? Qoy özü “qısa” desin:

-Otuz ildə nəvələrimin hamısının nəvəsinə də gün-güzəran üçün şərait yaratmışam. Xeyli fasilədən sonra Avstraliyada yaşayan qızımın nəvəsi dünyaya gəlib. İndi mənim vicdanım qəbul eləməz ki, məndən ona bir miras qalmasın. Çox fikirləşdim, axırda belə qərara gəldim ki, ona on-on beş hektar torpaq sahəsi alım. İçində də bir arxitekturalı məscid tikdirim. Sonra fikirləşdim: baş mollabaşı buna imkan verməz. Yəni, ona bata bilmərəm. Belə qərara gəldim ki, torpaq alım, içində mürdəşirxana tikdirim, qəbir daşları üçün sex açım. Özün bilirsən ki, qəbir daşları get-gedə bahalanır. Bütün bunları təzə nəvəmin adına sənədləşdirim. Həm xalqa xidmət olar, həm də dolanışıq.

Uzman doktor vicdanoloq baş mollabaşından qorxduğunu etiraf etməyi bacaran, “vicdan”ı ağrıyan “xəstə”sinə 200 manat dəyərində bir “Vicdanavin” adlı dərman yazır, mütləq tibb mərkəzinin aptekindən almaq şərti ilə.

Vəkil Daimi narazılıq edəndə ki, doxdur, bu qiymətə dərman olar, İnsaf Mürvətli söhbəti konkretləşdirir:

-Vicdan ağrısı elə-belə dərmanla müalicə olunmur, hörmətli millət vəkili. Bu dərman şəxsən Loğman Təbibin kəşf elədiyi dərmandır…

İkinci “xəstə” şişmandı, o da vicdanı piylənənlərdəndi. Atası “abaxeyis” olub, o dünyadadı, oğlu hər gün ona rəhmət oxutdurur, Ata da ona düşməyən rəhmətdən hər an narahat olub sakit uyuya bilmir. Şişman atasının ən “uğurlu” “layihə”sidir, “abaxeyis” oğlu uşaqlıqdan “zambağ”ları (“zavmaq” demək istəyir) tələyə salmağın mahir ustası olub, indi də təcrübəli işverəndi. Ataya “vicdanın itin olsun” deyənlər oğulu “vicdansız köpəkoğlu vicdansız” kimi tanıyırlar. Vicdanoloq həkim “xəstə” şişmanın səkkiz dəqiqəsi qurtardığından onu kabinetdən çıxarır. Son anda şişman vicdan doxdurundan “bu vicdan nə olan şeydir? Vapşe onun müalicəsi varmı?” soruşmağı da unutmadı. Həkim, deyəsən, ona “Vicdanavin” yazmadı. Bilmirəm, dərmana heyfi gəldi, yoxsa?..

Növbəti “xəstə” supermarketlər şəbəkəsinin prezidentidir. O da yerli-dibli olmayan “vicdanının səsinə qulaq asıb” İnsaf Mürvətlinin qəbuluna gəlib. At, eşşək ətinin itə, pışiyə verilməsindən qeyzlənən, qiyama qalxan, çiçək kimi əti insanlara yedirdən deputatdır. Özü də “atın, eşşəyin dalında böyümüş adamdı. Atdan düşüb eşşəyə, eşşəkdən düşüb ata elə də minmişdi, belə də. At, eşşək onun üçün əziz heyvanlardır. Doğulduğu, deputat seçildiyi rayonun atının, eşşəyinin ətinin belə urvatsız olması onun vicdanını ağrıdır. Ət satılıb qurtarandan sonra vicdanı bir az sakitləşib”.

Vicdanoloq yaman kövrəlmişdi:

-Bax buna deyərəm vicdan.

Uzman həkim niyə kövrəlmişdi, niyə heyvanlara münasibəti bu qədər “insanidir”? Bunu sonda biləcəksiniz. Vicdanoloq ona da bir “Vicdanavin” yazıb bəh-bəhlə yola saldı…

Növbəti “xəstə” – hüquqşünas vəkilin dərdi lap böyük idi, fil də daşıya bilməzdi. “Qırx il vəkillik edib, bir dənə də məhkəməni uda bilməyən, əzrayılla əlləşdiyini, o dünyada qır qazanında yandırılacağını” bu dünyada yana-yana vicdanoloqa danışan vəkil həkimə yalvarırdı ki, onun “vicdanını qismən də olsa təmizləsin. Həkim onu da “Vicdanavin” almağa göndərdi”…

Dili topuq vura-vura içəri girən növbəti “xəstə” “pensionnu fondun” hətta özünün adını, iş yerini, vəzifəsini düz-əməlli deyə bilməyən” işçisidir. “Yazıq” neyləsin, bəlkə də 10 milyon əhalinin dürlü-dürlü qarğış və söyüşlərlə hər gün “yada saldığı” iş yerinin adını deməyə cəsarəti çatmırdı. Vicdanoloqun başqa “xəstə”lərindən fərqli olaraq onda vicdanın işartıları görünürdü. Fondun gəlirlərinin pensiyaların 20-25 faiz artımına imkan yaratdığını hesablayan bu işçinin hesablamalarından “telviziyalar xəbər tutan kimi qara camaatın, xüsusilə işbazların sevincini” təsəvvür edirsinizmi? Və pensiyaların artırılmasına 2-3 ay qalmış qiymətlər kəlləçarxa çıxdı, pensiyalarsa dörd faiz artırıldı. “Bir milyon qara camaatın pensiyasının bu artımı səkkiz-doqquz milyonun “civinə vurdu”… Bu azmış kimi min manatdan yuxarı pensiya alanlara pensiyalarının on faizi qədər yardım elədilər. Bu az qala qara camaatın aldığı pensiyanın məbləği qədərdir”.

Vicdanoloqun dili-ağzı qurumuşdu. “Vicdan ağrısından ölmək” həddinə çatan “xəstə”yə həkim “səninki Allaha qalıb” deməkdən başqa çarə tarmadı. Əlbəttə, vicdanoloq “iki əliylə başını tutmağı ilə stuldan tirtap yıxılmağı bir olan” belə pasiyentini “müalicə” etməyin yolunu bilmirdi. İnsaf Mürvətli, deyəsən, “Vicdanavin” yazmağın əhəmiyyətsiz olduğunu anladı…

Növbəti “ağır xəstə” – “Abşeron” tikinti şirkətinin rəhbəri iyirmi il müddətində “novostroyka”ları hər müştəriyə dörd-beş dəfə satan, Mirzə Ələkbər Sabirin diliylə desək, bir “həpənd”dir. “Qısası, həm ev tikir, həm də ev yıxır”. O dərəcədə sağalmaz mərəzə tutulub ki, onu “ürək həkimi pulunu alıb mədə-bağırsaq həkiminə, mədə bağırasaq həkimi pulunu alıb böyrək həkiminə, böyrək həkimi qara ciyər həkiminə” futbol topu kimi ötürür. Günlərin bir günü son iki ayın kreditini ödəyə biməyən ailəni “göz açmağa qoymayıb evdən çıxaranda yeddi-səkkiz yaşlı uşağın “heç vicdanın ağrıdımı?” sualı şirkət rəhbərini qəfil yuxudan ayıldır”. Öz-özünə hövllənir: “vicdan nədir?” İndi o, vurağan öküz kimi gözlərini döyərək vicdanoloqdan soruşur: “Ola bilərmi mənim vicdanım ağrısın?”. Həkimin cavabı məndə məchul hiss yararatdı. O cavabda qramın mində biri qədər vicdan gördüm və sevindim:

-Narahat olmayın. Sizin vicdanınız ağrımır. İnsanın orqanizmində olmayan şey ağrımaz.

Həkimin də, Ramiz müəllimin də yerinə olsaydım bu “xəstə”yə “insan” yox, “məxluq” deyərdim…

Ramiz İsmayıl bir roman yükünə qadir altı kitab vərəqi həcmindəki hekayəsində məni çox bədbin duruma saldı. Üzeyir Hacıbəylinin “Ordan-burdan” tamaşasınının qəhrəmanı Dumaya deputat seçilmək eşqinə düşən Salman bəyin təbirincə desək, bu günkü “turş” cəmiyyətin “elita”sında sağlam adam tapmaq müşkül məsələymiş:

“Hələ növbədə “vicdan xəstəsi” çox idi. Keçmiş icra başçıları, bələdiyyə sədrləri, ikinci (hətta birinci) Qarabağ müharibəsi dövründə rüşvət alan hərbi komissarlar, ölmüş xəstələrin yaxın adamlarını aldadıb pul alan həkimlər, keçmiş polis rəisləri, “uçaskovu”lar, məktəb direktorları, işıq, qaz, su təsərrüfatı işçiləri, kimlər… kimlər…”

Ramiz müəllimin “kimlər… kimlər”inə əlavə: sabiq nazirlər, sabiq nazirlərin sabiq müavinləri (Anarın “Evləri köndələn yar” tamaşasındakı Şakir Şəkəroviçin dediyi kimi)…

Qayıdaq vicdanoloqun birinci “xəstə”sinin – Vəkil Daiminin yanına. Həkimin yanından çıxanda yaraşıqlı tibb mərkəzinə baxıb dərindən ah çəkən Vəkil Daimi nəhayət, “ağlına, fərasətinə” də şübhə elədi:

-Nə təhər olub mənim ağlıma düşməyib belə bir tibb mərkəzi açmaq. Loğman Təbib məndən beş il sonra millət vəkili seçilib, amma gör necə ağıllı işlər görüb.

Yuxarıda söz vermişdim ki, uzman-doktor vicdanoloq İnsaf Mürvətlinin atın, eşşəyin adı gələndə nə üçün kövrəldiyini açıqlayacağam. Hələ arabir yazımda it, pişik, öküz, fili də elə belə xatırlamırdım. Loğman Təbibin deputat həmkarı Vəkil Daimi ilə özünün “çay evi”ndəki söhbəti hekayənin kulminasiya nöqtəsidir:

-…Heç doxdurum da doxdur deyil. Bilmirəm baytarlıq kursunumu, zootexnik kursunumu qurtarıb.

-Dayan görüm, bəs məni o mal doxdurunun yanına niyə göndərmisən?

-Reklam üçün, desinlər filankəs də orada müalicə olunur.

-Sənin reklamın xatirinə beş yüz manatım getdi.

-Qaytaracam, qorxma…

Vicdanoloq da bu günümüzün ölmüş vicdanları diriltməyə çalışan Şeyx Nəsrullahı imiş, millət vəkilləri də vicdanı ölülər. Milli vəkillərimiz həm də çağdaş usta Zeynallarmış, “A” ilə “B”-ni qanmayan (Allah sənə rəhmət eləsin, Mirzə Cəlil).

Çətin və müəmmalı suallar burulğanında çabaladım. “V. İ. M. Medikal senterin – (V – Vicdan, İ – İnsaf, M – Mürvət)” sahibinin vicdanı həm varmış, həm də yoxmuş. Varmış, ona görə ki, vicdanı qəbul eləmir həmkarları olan bu “xəstə”lərin pulları əcnəbilərə qismət olsun”. Yoxmuş ki, “güzəran”ından narazıdır, bədbəxtdir, yəni onu da arabir “xəstəlik” – “vicdan sancısı” yaxalayır, ancaq utanır etiraf etməyə, bəlkə də cəsarəti çatmır, “zibil” içindədi axı:

-Qarabağda torpaq sahəsi almaq ağıllı fikirdi. Amma bir məsələ var: 44 günlük müharibədə bizim bu ölkəyə qırx dörd qəpiklik xeyrimiz dəymədi. Uşaqlarımızın hamısı xaricdə yaşayırlar. Arvad da gah oğlunun, gah qızlarının yanında olur. Bir ay Türkiyədə, üç ay Niderlandda, iki ay Almaniyada, heç üzünü də görmürəm”.

Belə sızıltılara fikir verməyin. “Zato göyərçin”lə, “turac”la romantik həyat” da var. Bunu deputat həmkarı Vəkil Daimi faş elədi, özü ağzından qaçırmazdı. Bir də ki, lap ağzından “quş” buraxsın, kimdi ondan “turac”ın 150 minlik, “göyərçin”in 70 minlik maşınlarının necə alınmasının haqq-hesabını soruşan?..

***

Televiziya tamaşaları içində sənət şedevri hesab etdiyim “Ac həriflər” yadıma düşdü. Bu tamaşadakı “quru bəylər” – Ə.Haqverdiyev dövrünün fırıldaqçı “intelligent”ləri həqiqətən də “ac həriflər” idilər. O da “xəstəlik” idi, indikindən fərqli olaraq bəlkə də sağalan idi.

Ramiz İsmayılın “xəstə”ləri isə tox “həriflər”di, hər bəd əmələ qadirdilər, hər şeyləri var, vicdandan savayı. Görürsünüzmü, yüz il ərzində nə qədər “tərəqqi” yolu keçmişik? Artıq kəndlərdə mal-qara bəsləməyə şərait olmadığından, yüzlərlə hektar münbit torpaqları gözüac məmur və millət vəkilləri qapazladığından kolxozda camışın, inəyin, buğanın, atın, eşşəyin irəlisi ilə gerisini tanımayan baytarlar, zootexniklər “vicdanolq” kimi yetişiblər.

Ramiz müəllim, görəsən, tox “həriflər” vampirlər kimi nə qədər bu millətin qanını sora-sora cəmiyyəti xəstələndirəcəklər?..

Noyabr 2022

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI

RAMİZ İSMAYILIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyli Novruova. Şəhid Elmanın əziz xatirəsinə

LEYLİ NOVRUZOVANIN YAZILARI

ŞƏHİD TAXTIN MÜBARƏKDİ ŞƏHİDİM.
(Şəhid Elmanın əziz xatirəsinə)
Ömrü bir gül, ömrü qədər olanım,
Yazda açıb, elə yazda solanım.
Adı-sanı ürəklərdə, qalanım,
Şəhid taxtın mübarəkdi, şəhidim!
* * *
İndi səni bütün oba-el sevir,
Səbətlərdə bitən çiçək-gül sevir.
Ağı deyən, şərqi deyən dil sevir,
Zəfər vaxtın mübarəkdi şəhidim!
* * *
Bu zəfərdə sənin də öz payın, var,
Zirvələrdən boylanan bayrağın var.
Elman! Eldə sənin haqqı-sayın var,
Bu novrağın mübarəkdi şəhidin!

Müəllif: Leyli NOVRUZOVA


LEYLİ NOVRUZOVANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyli NUR Novruzova. Şəhid Elnurun əziz xatirəsinə

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

BİLƏR
(Şəhid Elnurun əziz xatirəsinə)
Əgər səs verməsəm haqqın, səsinə,
Lallar da dil açıb dillənə, bilər.
Dünyanı firladar fələk tərsinə,
Dünya bir nənnidə yellənə bilər…
* * *
Qarabağ uğrunda tökülən, qanlar,
Qlümün üzünə gülən, oğullar.
Haqqı uca tutan bilən o canlar,
Daşıb sellər kimi sellənə bilər…
* * *
Elnur da bu selin kiçik, damlası,
Elə nur doğmuşdu onu, anası.
Qarabağ uğrunda bu haqq davası,
Hələki bəmdədir, zillənə bilər…

* * *
Silər yer üzündən, kin-küdurəti,
Bərqərar eləyər haqq, ədaləti.
Xudanın hökmüylə onun, qüdrəti,
Yazdakı çəməndir güllənə, bilər…
* * *
Doğulub böyüdü o, İsmayıllıda,
Can qurban eylədi qohuma, yada
Qarabağda qopan aha, fəryada,
Dözmədi vuruşdu o sona qədər…
* * *
Şəhid ruhları haqq, dərgahında,
Vətən sevgisi var, ruhlarında.
Düz dinin, danışın ruh yanında,
Bir gündə göylərdən o enə bilər…
* * *
Bir qızın bir oğlun, bir də vətəni,
Bizə əmanətdir şəhid Elnurun!
Çürüməz cəsədi, nə də, kəfəni ,
Sevsək əmanətin igid, Elnurun

Müəllif: Leyli NUR NOVRUZOVA


LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD – QƏLƏM.

AFƏT ŞAHİDİN YAZILARI
  • QƏLƏM TUTub ƏLimdən…

YAZI YAZır asta-asta…

SÖZlər qaçır, MƏN çatmıram,

XƏYALlarımın ardınca…

  • GƏL mənimlə ÜZ-ÜZƏ

Aç QƏLBini VER bizə…

Yerinə QOYmaq unutsaq…

Başını tut QAÇ düzə…

  • QƏLBimə BAXmağa ixtiyarın yox;

SAHİBi mənəmsə sabah GƏLərsən. ..

HƏM gedərsən, həm də qəfil gələrsən.

Həm SEVİCsən, həm də mənə KƏDƏRsən…

KİMsən SƏN?

  • HAKİM Var.

MƏHKƏMƏ Var.

ŞAHİDLƏR Var.

MÜTTƏHİM

nə qədər istəsən…

VAR da var…

  • Kim sakit oturub dinləmək istəyirsə buyursun, özünü pis aparanlar (inanmayanlar) xoş getdiniz.

BƏZÌlərinin YERi ÇÖP QUTUsudur.(DEyir ALLAH)

  • Hər gün sənə şeir yazım, alın yazım..

Dua edim, nəğmə yazım, alın yazım…

Yazan yazmış, qələm qırmış,

Bizə qalmış,alın yazım…

Birgə sevib, birgə yanaq, alın yazım…

Gözəl yazım, mən razıyam…

Sənlə Olum, sənlə Ölüm alın yazım…

  • Məni CANdan usandırma,

Cəfadan  YAR usandıysa…

SÖZlərim çox, ÖMÜR qısa…

VER OXUsun utandıysa….

  • EVlənmək istərsən, evlən mənimlə

Dayanmır, FİRLANır Evrən mənimlə…

Mən dayansam HƏYAT susar, GÜN doğmaz…

Yer üzündə bir dənə də İZ qalmaz…

  • Mən HAVAda QALmışam,

OTURmağa YERim YOX…

Qoyma uçam uzağa…

QAYITmasam…. yanar CAN.

  • Kimin DƏRDi daha böyük demə sən…

Dərdi verən DƏRMANında VERəcək…

Dərd böYÜKsə

Ondan BÖYÜK ALLAH VAR.

Kədərinə kölə olma DİNLƏ sən.

QURAN  ŞƏFA…

QURAN SƏFA…

DƏRMANdır.

Rəbbim həm RƏHİMdir,

həm də RƏHMANdir…

  • YUXUm ƏRŞə ÇƏKİLdi

RUHum CANımı tərk ETmək istəmir,

Bu sevginin ömrü nə QƏDƏRdi,

Get SORuş GƏL(gələ bilirsənsə) Ruhum mənim”,-dedi CAN

  • Məni CANdan usandırma,

Cəfadan  YAR usandıysa…

SÖZlərim çox, ÖMÜR qısa…

VER OXUsun utandıysa….

P.S.  Məni düşürənlərlə düşünənlər arasında qalmışam…

        Düşməsəydim düşünməzdim…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKGÜL. QURBANIN OLUM.

YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

QURBANIN OLUM
İçimdəki tufandan xilas olmur ürəyim,
Bağlanır e, önümdə uzanan həyat yolum.
Taqətim də kəsilir alışır hey kürəyim,
Ruhum çıxır cismimdən sanıram gəlib sonum,
Mənə “Qurbanın olum” demə, qurbanın olum.
* * *
Səndən gələn ağrını gözlərimə çəkərəm,
Həsrətindən olsa da bir ömür sevgi donum.
Sənə gələn hər dərdi sözlərimə tökərəm,
Necə bitirsə bitsin, sənlə bitsin qoy sonum,
Mənə “Qurbanın olum” demə, qurbanın olum.
* * *
Sən olmasan bu dünya zülmət olar ruhuma,
Öyrənmişəm sevdana, sənlə döyünür solum.
Dolanaram başına gəlsən bir kəs yuxuma,
Odda yanmaqsa əgər, razıyam olsun sonum,
Mənə “Qurbanın olum” demə, qurbanın olum.

Müəllif: Yadigar TƏVƏKGÜL
YADİGAR TƏVƏKGÜLÜN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru