“YAZARLAR”IN NOYABR 11 (23) 2022-Cİ İL SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

yazarlar-23

“YAZARLAR”IN NOYABR 11 (23) 2022-Cİ İL SAYI PDF:


NURANƏ RAFAİLQIZININ YAZILARI

ŞƏHİD XƏYYAM HÜSEYNİN KİTABI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ RAFAİLQIZI. ŞƏHİD-ŞAİRİM.

NURANƏ RAFAİLQIZI, ŞƏHİD XƏYYAM HÜSEYN

ŞƏHİD-ŞAİRİM
(Şəhid Xəyyam Hüseynin kitabı haqqında)
Bir kitab var qarşımda əlimə götürürəm ovcumun içinə qor salır, yerə qoyuram yeri yandırır , göyə qoyuram göyü alova bürüyür…Nə aça bilirəm, nə bükə bilirəm! Açsam, içindən çıxan ana naləsi, bacı fəryadı, ata ahı, həyata keçməmiş arzular, yarımçıq qalmış xəyallara davam gətirə bilməyəcəyimdən qorxuram, örtsəm günah edəcəyimdən!.. Çünki, bu müqqəddəs nəzm nümunələrini oxumamaq bir oxucu kimi ən böyük günah, bir qələm yoldaşı kimi ən böyük qəbahət, bir vətəndaş kimi ən böyük səhv olardı… Düşüncələrimdən yola çıxaraq, qəlbimin son təpərindən dayaq alıb yenidən kitabı əlimə götürürəm. Və diqqətlə incələməyə başlayıram…
Nədir bu kitabı digərlərindən fərqləndirən cəhət? Gəlin birlikdə araşdıraq! Tərtibatına baxsaq çox da qalın olmayan, bəyazlığı ilə gözləri qamaşdıran 111 səhifə, 93 şeirdən ibarət nəfis şəkildə hazırlanan bir mətbəə nümunəsidir. Adı da “Qələm nümünəm” adlanır elə. Üst qabığında da elə bir qeyri adilik nəzərə çarpmır ilk baxışdan ta ki, kiçik nüansların fərqinə varanadək. Kitabın üzəri arxa fonda – iki rəngdən ibarət vətəni xatırladan illüstrasiya, öndən- əyninə hərbi geyim geyinmiş, əlində qələm, qarşısında dəftər olan bir oğlan şəklindən tərtib olunmuşdur. Müəllifin adı isə kitabın adından sonra, elə şəklin düz başındaca yerləşdirilmişdir. Keçdik əsas məsələyə…Kitab haqqındakı əsas, ilkin və dərin təəsüratlar isə bu adın və adın qarşısındakı təxəllüsü oxuduqdan sonra yaranmağa başlayıır insanda. Bilirsiniz ki, şifahi xalq nümunələrindən bu günədək yazarlar öz əsərlərində müxtəlif cür ayama, ləqəb və təxəllüslərdən istifadə ediblər və hələ də etməkdədirlər. Lakin, bu müəllifinin adının qarşısında yazılmış təxəllüs elə bir təxəllüsüdür ki, dünyaynın bütün titullarından, fəxri adlarından ən alisi, zirvələrindən ən ucası, məqamlardan isə ən müqəddəsidi: Şəhid Xəyyam Hüseyin…
Bəli, bu kitabın digər kitablardan, müəllifin digər müəlliflərdən fərqi hamınıza məlum oldu artıq. Məhz məqalənin bu yerində onun yaradıcılığı ilə tanış olmayan hər kəsin ağlına ilk olaraq belə bir sual gəlir: kimdir Xəyyam və nədən yazıb? 25 yaşına yenicə qədəm qoyan bu gənc Göyçay rayonun Məlikkənd adlanan kəndində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarından Vətən sevdalısı kimi tanınan bu uşaq nəzmə olan marağı, şeir yazmağa olan həvəsi ilə həmişə öz yaşıdlarından sözün yaxşı mənasında fərqlənmiş və seçilmişdir. Özü boy atıb, böyüdükcə onunla birgə qəlbində yuva salan bu sevda, bu həvəs daha da böyüyür, ürəyindən gələn saf, təmiz duyğular qələmə sirayət etməyə başlayır zaman-zaman. Poeziyayla yanaşı, həmçinin bədii qiraətə də meylini salmış bu gənc, vaxtaşırı ifa etdiyi şeir nümunələrini sosial şəbəkələrdə paylaşmış və oxucuların, izləyicilərinin rəğbətini qazanmağı bacarmışdır.
Ürəyimi görməmişəm, nə bilim,
Bəlkə elə damar yeri ağrıyır.
Bu dünyanın əyri daşı ağrımaz
Bu dünyanın hamar yeri ağrıyır…
Deyərək, poeziyaya ilk addımlarını atan Xəyyamın yaradıcılığını tematik baxımdan 3 yerə bölmək olar: lirik, sosial-ictimai və bir də Vətən- Qarabağ mövzulu şeirlər. Lirik nümunələrinə nəzər salsaq, ən ülvi, ən həssas duyğulardan bəhs etdiyi zamanlarda belə sanki, gənc adam əcəlinin bir addımlığında olduğunu əvvəlcədən duyub, hiss etmiş və sətir-sətir qələmə alıb, şeirə çevirmişdir:
Demirəm gözündə sel olsun yaşın,
Qırışsın üz-gözün, ağarsın başın.
Ölsəm unutmasın məni yaddaşın
Ağla mənim üçün ağla gözəlim!
Dünyayla da çəkiləsi tamam ayrı haqq-hesabı, çək-çeviri varmış bu balaca oğlanın. Gəlişindən, gərdişindən heç sevmədi dünyanı sanki! Sanki, barışmadı, barışa bilmədi yalanın doğrunu, qaranın ağı, nahaqqın haqqı üstələdəyi fani həyatla. Elə-bil, göylərçün yaranmışdı o ta yardılışdan, yerlər üçün deyil!…
Hər addım başında düşüb tələyə,
Ya dilin kəsilər, ya gözün çıxar.
Əzəldən belədi bu dünya onsuz,
Mərdlərin evini namərdlər yıxar!
Hər iki şeir parçasını o oxuduqda şairin söz aləminə yeni-yeni qədəm qoyduğunu, bu yolda təzə-təzə irəlilədiyini sezməmək mümkün deyil! Elə məhz bu nüansı nəzərə alaraq, Vətən, yurd mövzuları kimi dərin mövzulara müraciət edəcəyini təxmin etmək olmur! Halbuki bu mövzuda olan şeirlərinə kitabda tez-tez rast gəlinir və hətta məna cəhətdən digər mövzulu şeirlərini üstələyir desək yalan olmaz! Damarında qan qarışıq milli dəyərlər, vətən təssübü, torpaq sevgisi daşıyan qəhrəmanımız bir şeirində “Bağışla bizi, Şuşa!’” deyərək sanki el oğullarını mübarizəyə səsləyir, susaraq təslim olmamağa çağırırdı:
Bəs, hanı bu elin nər oğulları,
Babəki, Nəbisi, ər oğulları!
Mübariz ruhuna tən oğulları?!
Bağışla, ay Şuşa, bağışla bizi!
Və beləliklə, bu şeirlə də Vətən qarşısında borcu və sınağı başlayır Xəyyamın. Yaşadığı torpağın önündə əfv diləyən igidimiz öz istəyilə Qarabağ uğrunda gedən 44 günlük müharibəyə qoşulur. Ön cəbhədə döyüşən gənc, qanlı-qadalı müharibənin ilk günlərində, döyüşlərin birində qəhrəmancasına şəhadət zirvəsinə yüksəlir! Yana-yana səsləndiyi Şuşanın əfvini, fəthini görmək də qismət olmur heç ona…Bir namərd gülləsinə tuş gəlir cavan yaşında. Arzusu-muradı gözündə, xəyalları ürəyində köçür bu dünyadan. Arxasınca gözüyaşlı Ana, qəlbi yaralı Ata, bir cüt küskün ürəkli bacı qoyub gedir. Və bir də qanını yerdə qoymayan, qisasını sonunadək almış Vətən!..
Nə yaxşı qəbirdə baş çəkdin mənə,
Yolunda qalmışdı, gözüm neçə vaxt.
De, Xəyyam, soyuqdu bürün kəfənə!
Qoy isitsin səni bu qara torpaq!
Onun igidlikləri, qəhrəmanlıqları haqqında yazmaqla bitməz məncə! Yaşadığı bu qısa ömründə qələm yoldaşı kimi, ölümündən sonra çap olunmuş kiçik kitablıya müharibə və poeziyanı bir araya gətirərək böyük bir dərs, əvəzsiz bir irs qoydu hər birimizə Xəyyam! Danışdığı, yazdığı sözlərin canı bahasına olsa belə arxasında durmağı, başladığımız mübarizənin sonuna qədər getməyi və sonu ölüm olsa belə qorxulara təslim olmamağı öyrətdi bizə! Bu gün övladlarımıza öyə-öyə danışıb bitirə bilmədiyimiz, adını qəhrəmanlıq nümunəsi, igidlik misalı kimi anıdığımız şairimizə bütün Azərbaycanın adından Tanrıdan rəhmət diləyirik! Və deyirik: Nə yaxşı ki, sən də keçdin bu dünyadan! Məkanın cənnət olsun, Şəhid-şairim!…

Müəllif: Nuranə RAFAİLQIZI

NURANƏ RAFAİLQIZININ YAZILARI

ŞƏHİD XƏYYAM HÜSEYNİN KİTABI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xristianlıqda pessimizm və optimizm

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

                      Xristianlıqda pessimizm və optimizm

                            N. A. Berdyayevdən tərcümə

        Ser Çetverikov ataya minnətdar olmalıyam, ona görə ki, “Müasir dövrdə insanın taleyi” kitabımı yüksək səslə oxuyandan sonra öz məktubu vasitəsilə bəzi fikirlərimi səmimi və daha aydın söyləməyimə imkan yaratdı. Məni tez-tez yaxşı başa düşmürlər və dünyagörüşümün ziddinə xarakterizə edirlər. Buna, yəqin ki, səbəbkar özüməm. Çünki anlaşılmazlığı antinomiya, ziddiyyət, paradoks və faciəvi mübahisələrlə müqayisəli təhlil edirəm. Mən araşdırmaları özümün qəti inamımla aparıram, o inamla ki, dünyanın quruluşuna, hətta varlığın dərinliyinə antinomik-paradoksal düşüncə tərzi uyğun gəlir. Bu mənada dünyanı mütəsna olaraq nə pessimist, nə də optimist kimi qəbul etmək olmaz. Diqqətə çatdırmaq üçün onu da əlavə edim ki, ilahiyyatçı deyiləm, filosofam və dilim ilahiyyatçıların dilindən fərqlidir.  

        Adı çəkilən kitabımda ümidsizlik və inamsızlıq, Çetverikov atanın mənə yazdığı kimi, möhür vurulmuş şəkildə deyil. Doğrudur, həyatın pisliklərinə, bu pisliklərdə insanın acınacaqlı iştirakına qarşı məndə çox güclü və əzabverici hisslər var; amma həyatın Mənasına olan inamım bundan güclüdür. Gizlətmirəm, məndə xristianlığın həddən artıq mərhəmətli, alicənab, faciəsiz, ürəyiyumşaq başa düşülməsinə qarşı güclü müqavimət var. Hər halda o, dünyanı kilsə daxilində təhlükəsiz, sevincli, işıqlı – xilasedənlərə, və kilsə xaricində gizli, təhlükəli, əzabverici – məhv olanlara ayırır. Bax belə bölgü sistemi və kilsə daxilindəkilərin uyğun düşüncə tərzi mənə görə İncilin ruhuna uyğun gəlmir. Məsihin Incil obrazı başqa cürə öyrədir. Məsihin yolu ilə getmək ona gətirib çıxarır ki, biz vergi yığanlarla, fahişələrlə, düyada ölənlərlə bir yerdə olacağıq və əzab içində qıvrılacağıq. Başa düşmək çətindir, axı necə olar bilər ki, kilsə daxilində özünü sakit və firavan xilaskar kimi hiss edib dünyanın əzab-əziyyətinə şərik çıxmayasan. Farisey özbaşınalığının qorxusu həmişə var.  Məni təəccübləndirən ata Çetverikovda mənim kitabımdan yaranan yanlış təəssüratdır ki, guya Allah tarixə təsir göstərmir, O, dünyanı tərk edib. Həqiqətdə isə, Allahın tarixə təsiri olmasaydı, onda nə mənim kitabım, nə də  yazdıqlarım olardı. Heç kitabın əsas mövzusunu təşkil edən ali hakim də olmazdı. Lakin Allahın tarixə təsiri gizlidir və rasional şərhə tabe olmur. Allah tarixə təsir edir, necə ki, təbiət və insan təsir edir. Buna görə də tarix Allahın təbiətin determinasiyası və insanın azadlığı ilə birgə istehsalıdır. Tarix üzərində Allahın təsiri yolun immanent nəticələrə görə aşkarlanmasıdır, əks yol Allahın hökmranlığına aparır. Məhkəmə Allahın cəzası deyil, belə düşüncə antropomorf  və ekzoterikdir, məhkəmə Allahı unutmanın nəticələrini aradan qaldırmaq üçündür. Ata S. Çetverikov nəyə görəsə məni o məsələdə qınayır ki, fikrimə görə, guya Allah mühakimə edən və cəza verəndir, Allah sevgisi yoxdur. Həqiqətdə isə, cəza Allahdan gəlmir, dilimizin qüsuru aldadıcıdır. Mən ancaq  Allahın sevgisinə inanıram, əzab və qorxu verən Allaha inanmıram. Lakin Allah sevgisi qaranlıq stixiyada mənasını dəyişib; od kimi də təsir edə bilər, əzab kimi də yaşanar. Tarix üzərində immanent mühakimə dünya və insan üzərində mühakimənin sonuncusu deyil.  

         Ən başlıca problem ki, mənə əziyyət verir; bu şərin baş verməsi və şərə görə cavabdehlik məsələsidir. Pisliklərə görə Allahın cavabdeh olması fikrilə razılaşmaq çətindir. Hər şey Allahın əlindədir, Allah hər yerə təsir edir, Allah xeyirxah məqsədlər naminə şərdən yararlanır, Allaha münasibətdə heç kim, heç nə azad deyil. Kalvin tədrisdə ardıcıl və radikal nəticələrini əvvəlcə bu kimi fikirlərə görə əldə etmişdi. Allah şərə, yaxud şərdən keçən əməllərə təsir edirmi? Cavab “bəli”dirsə, o zaman dünya əzabına və şərə görə məsuliyyət Allahın üzərinə düşür. Yox, əgər “yox”dursa, onda Allaha və Onun münasibətindən azadolma baş verir ki, Allahın təkhakimiyyətliliyinə kölgə salır, sanki Onu şərə qarşı (mən düşünürəm ki, bütün bunlar dilin problemidir) gücsüz edir. Bu təhlükəsiz və optimist həllə imkan vermədiyi üçün problemlərin ən çətinidir. Dostayevski bundan əziyyət çəkirdi. Teodiseyanın böyük hissəsi, Bl. Avqustindən Leybnitsə kimi, nəinki qaneedici deyil, birbaşa təhqiredicidir, Allaha və insana qarşı hörmətsizlikdir. Əlbəttə, burada xalis aqnostik mövqedə dayanıb etiraf etmək olar ki, biz rasional dərk mümkün olmayan son dərəcə gizli işlə məşğul oluruq. Bu nöqteyi-nəzər daha yaxşıdır, nəinki rasional teodiseyalar ki, ilahiyyatda da, metafizikada da sona qədər duruş gətirə bilməyiblər; necə də olsa həmişə həssas vicdanlar üçün əlverişsiz mənzərə yaradıblar. Kilsə müəlliminin çoxu öyrədir ki, pislik mövcud deyil. Amma sona qədər fikirləşəndə etiraf etmək lazım gəlir ki, şərin mənbəyi varlıqdan kənardadır, harada ki, Allah qüdrəti hökm sürür, daha doğrusu, qeyri-mövcudluqda və olmayan azadlıqdadır. Bu, fəlsəfi təfsirdir, sonuncu sirr haqqında azadlıq və şər ilə əlaqəli fəlsəfi ifadədir. Dünyanı dərk etmə və görmənin faciəvi mənbəyi budur. Buna səbəb dünyanın şər və əzabının təcrübəsi, yaradıcılıq təcrübəsi, yeni nəyinsə yaradılmasıdır. Şərdən çıxış yolu Allahın öz əzabındadır, daha doğrusu, Məsihdədir, hakimi-mütləq Allahda deyil, bağışlayan, sevgi qurbanı Allahdadır. Mən düşünürəm ki, xristianlığın mahiyyəti budur.  

        S. Çetverikov ata mehriban Allahın insan həyatında rolunu belə təsvir edir ki, guya o, ancaq kilsə civarında qərar tutanlara, daşqın zamanı gəmidə olanlara aiddir. Lakin insanlıq tarixinin böyük hissəsi, ələlxüsusus, bizim dövrümüzdə, nə kilsə daxilindədir, nə də gəmidə, dünyanın quduz okeanlarında boğulur. Bu o anlama gəlir ki, Allah dünyanın və insanın böyük hissəsindən əl çəkib? Mömin xristianlar necə özlərini dünya əzabından qoruyub, kilsəxarici əzab və işgəncənin onlara dəxli olmadığını iddia edə, yaxud dünyanın vəziyyətindən doğan pessimizmə laqeydlik göstərib optimist ola bilərlər? Bu məhəbbətin hökmlərinə görə günah olardı. Andre Jidanın “Leretour del`enfant podigue” novellasında, hansı ki, incilin obrazını fikir azadlığı ilə təfsir edir, israfçı oğuldan onun bu dünyada ata evindən kənarda nə etdiyini soruşurlar, belə cavab verir: əzab çəkdim. Bu kimi cavabı həqiqət və doğruluq axtarmaq, xoşbəxtlik və həyat həzzi tapmaq səbəbindən ata evini tərk edənlər də söyləyə bilər. Məsihilər ata evini tərk edənlərin əzablarına, dünya acısı çəkmələrinə laqeyd ola bilməzlər. Ata evini tərk edənlərə diqqət xristianlığa döndərmək cəhdi və kilsəyə qaytarmaq işilə tamamlanmalı deyil; xristianlar onlardan çox şey öyrənə bilərlər.

İnsanın dünyadakı taleyinə xüsusi diqqət, onları sınaq və əzablara ayırmaq üçün icazə lazımdır. Xristianlıq müasir insana fəlakət zamanı kömək edə bilər, xüsisilə, o zaman ki, əgər insan müasir ruhun sınaq və suallarına müstəsna əhəmiyyət verir. Amma bu, kifayət  deyil, görünür, kilsə dairələrində zamanın hərəkətinə lazımi həssaslıq göstərilmir, onlar düşünürlər ki, bu günün adamı beş yüz, min il bundan əvvəlin adamı ilə eynidir. Mənim kitabımdan narahat olan S. Çetverikov ata heç vəchlə kilsədən imtinanın hayında deyil. Lakin kilsə tarixi krizis yaşayır və onun üzərində mühakimə labüddür. Kilsə cəhənnəm cəfənglərinin qarşısını ala bilmir, çünki Məsihə üstün gəlmək gücündə deyil, lakin cəhənnəm adıyla, nəinki kilsə xarici qüvvələri, hətta kilsədaxili qüvvələrin də qarşısını almağa çalışır, hansılar ki, xristanlıqda insanlığın xeyrinə düzəliş ediblər. Müasir ateizmdə təkcə ateistlər günahkar deyillər, ilk günahdan üzü bəri həmişə “Allah, Allah” deyə səslənənlərdir ki, Allaha etiqad və ibadəti təhrif ediblər. Kilsə onun ikili anlayışa malik olduğunu etiraf etməklə müdafiə olunar. Bəzi kilsəyə görə Məsihin mistik varlığı canlı, guya həqiqi davam edən təcəssümdür. Bəzi kilsələrin tərkibi sosial institutlar kimi günahkar insanlardır və bu mənada, həm sosial mühit, onun təsiri, təlqini ilə, həm də öz hüquqları, iqtisadiyyatlarına uyğun hökümətlə müəyyən əlaqədədirlər. İkinci mənada kilsə özündə məhdudiyyət və bütün baş verənlərin sosial nizamla tənzimlənməsi məsuliyyətini daşıyır. Tarixdə sosial hadisələr kimi kilsənin ən böyük günahı onun səcərə və qeyri-ruhanilərinin şəxsi günahları deyil, günah yanlışlıqda, təhrif edilmələrdə, xristianlığın əsas prinsiplərinin insan mənafeyinə uyğunlaşdırılmasında, inancın özündədir. Ruhani və müqəddəs adlandırılmış o qədər günahkar adamlar var ki… Bax, bunun üzərində düşünmək lazım gəlir. Allah həmişə dünyaya təsir edir və bu faydalı təsir heç vaxt insanın qəddarlıq, şəxsiyyətə zidd, amansızlıq kimi mühakimələrinə bənzəmir. Həm insan azadlığı, həm də dünyanın qaranlıq stixiyası mənada Allahın dünyaya təsiri bizim üçün müstəsna dərəcədə çətin və anlaşılmazdır. Bu təsir heç vaxt kənardan və zorakı ola bilməz. Dünyanın üzərində Allah mühakiməsi rəhimsizcəsinə ola bilməz, məxsusən, ona görə ki, Allah insan azadlığına hörmət edir və zoru sevmir.  

        Insan yeni yollar arayanda, iztiraba dözmək məcburiyyətində qalanda, əzab çəkəndə eynən İovanın taleyini yaşayır. Məni hər şeydən çox İovanın təsəlliverənlərinə çevrilmək qorxusu narahat edir. İova Allahla mübarizədə Allah tərəfindən bəraət qazandı, amma onun dindar təmsilçiləri məzəmmət olundular. Xristianlar tez-tez İovanın təsəlli verənləri kimi mühakimə yürüdürlər. Onlar elə bilirlər ki, insanın və dünyanın hədsiz əzablarına baxmayaraq bu üsulla optimist olmaq mümkündür. Qoy “bədxahlar” əzabda qovrulsunlar, bu onların haqqıdır, “xeyirxahlar” isə bunun nəticəsində razılıq hissi yaşasınlar. Bu məsələni heç vəhclə qəbul edə bilmirəm. Çünki heç kəs özünü dünyanın, bəşəriyyətin ümumi taleyindən ayıra bilməz və heç kəs özündən razı şəkildə iddia edə bilməz ki, o, düzgün yoldadır. Mən, əlbəttə, yaxşı bilirəm ki, S. Çetverikov ata xilas yolunun qaçılmaz əlaməti olaraq özünü ləyaqətsiz və günahkar hiss edir. Təəssüf ki, bir çox xristianlar özlərini ləyaqətsiz və günahkar hiss etmək düşüncəsilə xristian aləmində ritorik – şərti üsullar əldə etdilər.

S. Çetverikov ata, əlbəttə, bunu yaxşı bilir. Mənim nəzərdə tutduğum problem başqadır. Söhbət bütün xristianlar üçün səciyyəvi olan özünü ləyaqətsiz və günahkar hiss etmədən getmir, dünyanın, başqa insanların sualını özününkü kimi qəbul edib, əzabı-əziyyətini  bölüşməkdən, gedir. Hamı hər kəs üçün cavabdehdir. O insanlar ki, nə vaxtsa dünyanı monastıra getmək üçün tərk edirdilər, onlar bunu fədakarlıq xatirinə edirdilər. İndi bu dünyada yaşamaq özü fədakarlıqdır. Allahla mübarizə bəzi vaxtlarda Allah üçün daha münasibdir, nəinki Allaha ibadətin başqa formaları və təqva. İova Allahla mübarizə aparırdı, onun təmsilçiləri isə mömin idilər. İova da, onun təmsilçiləri, daha doğrusu, ittihamçıları indi də var. İova pessimizm anları yaşadı, lakin onun təmsilçiləri optimist idilər, çünki bütün baş verənlərin ədalətli olduğuna inanırdılar. Hər halda Allahın mühakiməsi bizim düşündüyü-müzdən gizli baş verir və rasionallaşdırıla bilməz, baxmayaraq ki, bu, teoloji rasionalizasiya olardı. 

        Mən optimist deyiləm, lakin pessimist kimi xarakterizə olunmağım da düzgün olmaz. Qəti pessimizm xristianlıqla uzlaşmır, bu varlığın əksinə – yoxluğa doğru meyletmədir. Passiv pessimizmi təəccüblə qarşılayıram, amma pessimizmin mənim payıma düşən cəhətini  aktiv pessimizm, yaxud pessimizmlə mübarizə kimi dəyərləndirmək olar. Mən insana, onun ilahi təbiətinə, yüksək ləyaqətinə, dünyada sülhü davamlı qoruyan yaradıcılıq işinə hər kəsdən çox inanıram. Bütün yazdıqlarım buna şahididir. Lakin bu heç də insan təbiətinin

J. J. Russo ruhunda lütfükar təmizliyinə xoşniyyətli inam və ya optimist münasibət deyil. Insan ruhuna xas olan azadlıq və yaradıcılıq onun həyatını faciəvi edir.

        İnsan var olmaq və olmamaq uçurumu ilə üz-üzə qoyulub. O, bu uçurumu təkbaşına, öz gücü ilə dəf edə bilməz, yuxarının köməyinə ehtiyac var. Bu isə ilahi işdir. Əgər bizim əsrdə insanın varlığı özü təhlükədədirsə, insan çürüyürsə, bu məhz ona görədir ki, o, ancaq özünün, öz gücünün ixtiyarına buraxılıb. İnsan bəlkə də öz varlığının ən təhlükəli dövrünü yaşayır. Lakin mən düşünmürəm ki, insanın taleyi tamamilə çarəsizlik olmuşdur. Axı çarəsizlik bu dünyaya aiddir, o biri dünyaya yox. Məgər biz bilmirik ki, dünyanın tarixi sonsuz deyil, dünya bir gün dağılacaq, tarix bitəcək. Buradan isə belə nəticəyə gəlmək olur ki, bu dünyada, bu torpaqda, bu dövrdə sonun olacağı labüddür. Dünyəvi çarəsizliyin səbəbi bununla izah  olunur. Çarəsizlik düşüncəsi insanın yaradıcı işinə, onun bu dünyada həqiqəti işıqlandırmaq istəyinə mane olmamalıdır; çünki yaradıcılıq insanı son nəticəyə qədər təqib edir. Allah-insan işinin sonuna. Axırıncı söz ki, Allaha şamil olunub, insan sözünə də aid olur. Mütləq və qəti pessimizm artıq tənqidlərə dözmür, ona görə ki, dünyanın və insan həyatının cəfəngiyatına və şərinə dair hər bir mühakimə daha yüksək bir Mənanın mövcudluğunu nəzərdə tutur; aşağı həyatın da hər bir hökmü, mühakiməsi tək olan Tanrının varlığını şərtləndirir. Bu mənada demək olar ki, şər və şər adı ilə tanınan mövcudluq Allahın varlığını təsdiq edir.    

Mütərcim: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zəfər yolu Vətən sevdalı igid oğulların yoludur

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

     Zəfər yolu Vətən sevdalı igid oğulların yoludur

BAYRAMIMIZ MÜBARƏK

          Gözün aydın Azərbaycan Dünyası !Qələbələrl icərisində Ən böyük Qələbə  Zəfər günün Mübarək! Möhtəşəm Qələbədə hamımızın payı var! Qələbəmiz Sərvətimiz, Xalqımızın, Dövlətimizin Varlığıdır !Güclü Lider,Güclü Ordu,Güclü Xalqın Birliyi Qürurverici! Qələbə üçün can verən oğullar başımızın Taçı!  Qalib Azərbaycanın Vətəndaşı olmaq Qürurvericidir! Bu sevinci bizlərə yaşadan Şəhidlər qarşısında baş əyirik! Qazilərimizə şəfa diləyirik!Dostlarımız var olsun! Qələbəmiz Əbədi olsun! Bayrağımınız həmişə Uca olsun! Dövlətimiz, Millətimiz, Ordumuz Var Olsun!

      Vətənini düşmən tapdağından azad etmək üçün canından can verən oğullarina  Tarixə Zəfər günü yazanlara eşq olsun! Düşmənin məkirli oldunu unutmayaq! Qələbəmizim davamli, əbədi olmasi üçün səfərbər olmali! Vətənini sevmək,verilənin dəyərini bilmək,Əmanəti qorumaq vacibdir! Məkirli olanlar zaman zaman bu verilən sərvəti ələ keçirmək üçün mübarizə aparır.Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı, qorumaq və möhkəmləndirmək gərəkdir! Allaha sınıb,gücünə güvənmək,bir yumruquq olmaq gərəkdir!  Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz! Qədrini bilmək,uğuruna imza atmaq hər bir kəsin namus işidir!  Dünya dəyişir. Haqq işi uğrunda can verən Oğullar var!Vətəni canı və qanı bahasına qoruyanlar! Şərəf, qürur yeri, son mənzil olan Vətən naminə məsuliyyətli olaq!

Zəfər yolu ,Haqqın yoludur!

Vətən sevdalı oğulların yoludur!

Yadda saxla,unutma əldə olan Qələbə!

Varlığını, mərdliyini, Kimliyini təsdiq etdin!

Candan əzizdir Vətən!

Vətəndaş mövqeyini təsdiq etdin!

Yolumuz Haqq yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!
Sözümüzün var kəsəri!
                             Dünya nizamına imza atırlq!
                             Azərbaycan Türkiyə modeli yaradırıq!
                             Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!

                            Dünya üçün Böyük İpək Yoludur!

                           Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!
   Qrabağin hər güşəsində  bayrağimiz!
    Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ!
  Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!
    Tarix yazan Ali   baş   komandanimiz! 

     Şəhidlər ölməz, Vətən bölünməz!
     Qarabağda dalğalanan bayraq!
     Heç zaman enməz!

     Şuşada dalğalanır Bayrağımız!

    Ağır texnikasız , bir nəfəsə,

    Şuşani azad edibdir Ordumuz!

   Şuşa azad edildi, bəyan eylədi,

    ALİ BAŞ KOMANDANIMİZ!

   Bütöv Azərbaycan gözlərin aydın !

   Şusada Dalğalanır Bayrağımız! (Z.V)

        Bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır! Şuşa məscidindən 28 il sonra Azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Dünya durduqca var ol Məmləkətim! Şuşamızın işğaldan azad olunmasının sevinci, həyəcanı içimizdədir. Hər birimiz bu möhtəşəm günü bir möcuzə kimi yaşayır, hamı bu möcüzəni bizə yaşatdığı üçün  cənab Prezidentimizə, Ali Baş Komandanımıza, Şəhid və qazilərimizə, müzəffər ordumuza minnətdarıq. pHaqq, ədalət əvvəl-axır öz yerini tapır…8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu.  Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi.d

Gözün aydın Azərbaycan Dünyası!

Yeni Era Türk Erası!

Bir millət, iki dövlət bir oldu!

Dünya tarixində nizam yaransın!

Azərbaycan-Tükrkümə modeli nümünə olsun!

Uğurlar olsun deyək!

        Ziyqiymət torpağımız, əzəli, əbədi yerimiz Vətənimiz! Amalımız ,istəyimiz güclü Dövlət, güclü Ordu, güclü xalqın birliyi ilə Qorunaq!  Səhvlərə yol verməyək, düşmən hiyləsinə qalib gəlmək üçün bir olaq ,yumquq olaq! Dünya nizamına imza atılsın! Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin! Gələcək nəsillər rahat və firavan olsun! Qalib ölkənin, güclü, sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq!  Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı qorumaq və möhkəmləndirmək gərəkdir! Allaha sınıb gücünə güvənmək, bir yumruquq olmaq gərəkdir! Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz!!! Qədrini bilmək, uğuruna imza atmaq hər bir kəsin namus işidir!  Dünya dəyişir.Haqq işi uğrunda can verən Oğullar var! Vətəni canı və qanı bahasına qoruyanlar! Şərəf, qürur yeri, son mənzil olan Vətən naminə məsuliyyətli olaq!

       Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!! Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların gös­tərdikləri rəşadətlərlə qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir!   Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30  illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. 

Şəhid oğulların Qələbəsidir!

Güclü lider, Güclü ordu!

Xalqin birliyinin Qələbəsidir!

Qürürludur Qarabağlı Azərbaycan!

Şuşalı ,Ağdamlı, Laçınlı,  Kəlbəcərli,

Füzuli ,Cəbrayıl , Zəngilan, Qubadlı, Xocavənd,

Xankənd ,Xocalı, Hadrut, Ağdərə,

Zəngəzurlu,  Göyçə göllü Azərbaycan !

Dünyanın İpək Yoludur Azərbaycan!

Al qumaşın zirvələrdə dalğalanır!

Ağri dağda Qoşa bayraq dalğalanır!

Xari bülbülü ətir saçir!

Şükürlər olsun Allah!

Birliyimiz daim olsun nar kimi!

Nar içində oian dənələr kimi!

Düşmənə qalib gəlməyin yoluda məlum:

-Birliyimiz, Əqidəmiz ,Vətən, İnsan sevgimiz! (Z.V)

         Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı qorumaq və möhkəmləndirmək gərəkdir! Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz!  Qədrini bilmək, uğuruna imza atmaq hər bir kəsin namus işidir!  Dünya dəyişir. Birliyimiz ən parlaq Qələbəmiz!

Gözün aydın Azərbaycan Dünyası!

Tarixinə sahib çıxmaq zamanıdır!

Bunun üçün şəhid olub oğullar!

Qələbə müjdəsini verən oğullar!

Sizlərlə Qururludu Vətən ,Oğullar!

Mənfur düşmənin belini qıran,

Düşməni diz çökdürüb,

Qələbə çalalan, Oğullar!!!

Qanını aldilar Şəhidlərin!!!

Qarşınızda baş əyirik!!!

                                         Haqqınız boynumuzadadır!

                                          Sizlərə rəhmət deyirik!

                                          Sizləri unutmayağa haqqımız yox!

                                          Dəmir yumruquq tək birləşib!

                                           Əldə Qılınç Ali məqsədə çatmaq!

                                         Tarıxi torpaqlarımıza sahib olmaq!

                                         Qətiyyətıli Ali Baş Komandanın!

                                        Var gücü ilə hayqiran Körpələrin!

                                         Vətən sevdalı müəllimlərin var!

                                         Yetirmələri ilə qürür duyurlar!

Yeni Əsr, Yeni Era Türk Erası!

Sınanır Türk Dünyası!

Yaranır Turan dünyasi!!!

Gözün aydin türk dünyasi!!!

Dünya nizamina atilan imza!

Azərbaycan- Türkiyə İmzası!!!

.Gözləntimiz:

-Azərbaycan daha güclü,möhtəşəm olacaqdır!

Bütöv azərbaycan olacaqdir!

Birliyimiz daim olsun nar kimi!

Nar içində oian dənələr kimi!( Z.V)

      Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün  qürurvericidir.  Güclü Lider, Güclü  Ordu , Güclü  Xalq  Azərbaycan məktəbinin  yetirməsi, Azərbaycan müəllim əməyinin bəhrəsidir. Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. ALLAH.

AFƏT ŞAHİDİN YAZILARI

ALLAH

  • Mən görə bilməsəm də

Məni görən biriləri var…

Məni məndən yaxşı tanıyan,

Adı qəlbimə yazılı,

Şah damarımdan da mənə yaxın olan BİRi…

  • Susuzluqdan yanmış çöllərə, “mərhəmət”,- deyib inləyən çarəsiz qəlblərə, qəbirlərdən “imdad” ,-deyə səslənərək göyə uzanmış körpə qız əllərinə, əli-qolu bağlanmış, üstünə qaya, daş qoyulub əzilən, köz üstündə yeridilən, mal kimi alınıb-satılan kölələrə, ALLAHa şərik qoşub HAQQI bilməyənlərə, insan haqqı bilməyənlərə, haram (faiz) yeyənlərə, Doğru yoldan sapanlara, zinakarlara, oğrulara, əyyaşlara, çəkidə aldadan, qeybət qıranlara, halalı qoyub harama əl uzadanlara, cinlərə əsir olub cadu ilə  insan taleyi ilə oynayanlara GƏLdi MÜBARƏK QURAN!!!
  • Allahın YAZIsı müqəddəsdir. Yazısın (QURAN) ı təhrif edəni sevməz. Yazıları yandırmayın, onların ATƏŞi sizinkindən ÇOXdur
  • Allah ayıb bilməsəydi ÖLÜlərin ÜSTünə ÖRTük çəkməzdi.

TorPA(K)qla bizi ya Rəbb, mən səndən UTANıram.

  • Göydən ilmə-ilmə ENdi NAXIŞlar

RƏBBim SƏXAVƏTli, hər GÜN bağışlar,

AC qalANDA yada düşsün YAĞIŞlar.

SONu B(H)ərəkətdir, SONu NEMƏTdi

  • ALLAH ƏMR edir,

MƏLƏK lər YAZır,

Şeytan  pusur, fürsət axtarır

ADAM da öz bildiyini edir

Allah adamı ol.

  • Sorun olmasaydı sual olmazdı

         Sual olmasaydı cavab olmazdı

         Cavab gecikəndə sən kəndinə bax

         Yerə, Göyə,Buluda,

          bir də SƏSsizliyə bax

  • Taleyimin izi ilə YOL gedirəm,

hərdən   SAVAŞıram…

hərdən  BARIŞıram…

sonra GÖYə baxıb GÜLÜMSƏyirəm:

Ordan  necə görünürəm?…

  • SEVin bir-birinizi!

Qoy DÜŞMƏN çatlasın!

O heç əvvəllər də sevməmişdi

ADƏM babamızı,

HƏVVA anamızı,

HAMIMIZI….

  • Bitib tükənməyənin sorağındayam. BİRi Ondan XƏBƏR gətirdi VAXTı ilə, DE(:)di ki,Görünməyəni yalnız QƏLBinlə DUYa BİLərsən, yetər ki, onu təmiz saxla. Ən çətini də elə budu: Zibilliyin içində GÜL kimi QALmaq.
  • Bir parça çörəyi bir quşa yetirən ALLAH öz QULUnu heç AC BURAXMAz.  Nəfs-Nəfəs DƏNGƏmiz pozulmasın.

Dalğa nə QƏDƏR GÜClü gəlsə də ÇƏKİlə bilir. Bu ədəbdən əsirgəmə bizi ULU YARADAN!

  • Birini öldürməyə nə var ki, BACARırsansa DİRİlt onu, çətin OLanı budu. Rəbbim üçün çətin olan yoxdur:həm öldürür, həm dirildir.

Bizi Diri saxla, ey YERin GÖYün SAHİBi!

  • Sənin DOSTun Mənim də DOSTumdur. Dost doğrunu söylər, DOĞRU YOLa çəkər, ADına  ləkə gətirtməz. Həm səhvlərini(mi) DÜZəldər, həm (ruzi) bağışlar, həm də əhv edər. DOS(T)DOGRU YOL bəxş et bizə İLAHİ. Ən böyük DOST ALLAHdır!
  • ALLAHın SÖZü hər yerdə keçərlidir. AYAQ ÜSTə ölənə BAXsan tanıyarsan ÖZünü.
  • Yaradan ƏLini çəkdiyi ADama da YARATmaq GÜCü verir, gücün yetdi-yetmədi nəsə yaratma; altında  qalıb əzilərsən, malzemen çatmamış əlbət. KİTABı OXU, təhlükəsizlik QAYDAlarına  ƏMƏL et, yoxsa kəndini də, digərlərini də yakarsın adam olacaq hərif.
  • Göndərdiyi KİTABı hərf-hərf, sətir-sətir OXUyub ƏMƏL  ETmək ÜÇün

Mənə GÜC VERən ALLAH bir öyrənci kimi mənə bir MÜƏLLİM (s.a.s) də göndərdi, Yer Üzü hələ belə Müəllim GÖRməmişdi. HƏYATı BAHAsına şagirdərini QORUdu. SALAM OLSUN Ona. Əlhəmdulillah.

  • BİR GÜN SEÇİM qarşısında QALdı:

Ya Allahın Gözündən DÜŞ(əcəksən),

Ya da Elin DİLınə DÜŞ(əcəksən)

O ikİNCİni seçdi. 1500 ildir hələ də SEVİLir.

(p.s. Hz. Xədicə anamıza Cənnətdə tikilən EV İNCİdən)

  • Caynaqlarını mənə göstərib, dişlərini qıcırdadan şeytan, bil ki, MƏN BAŞ QOYduğum YERə ALLAH DAŞ qoyar, necə ki, ətrafında TƏVAF  ETmək hər kəsə yaraşmaz, ÜSTü ÖRTülü, qara ÇADRAlı görəndə bir az gen dayan, ağzın həmən sulanmasın.
  • Allah bir QAZAN VERdi Əlimə, ərzaqlarını da GÖNDƏRdi;mən fikirləşirəm YEməyi neçə nəfərlik edim ki,hər kəs DOYsun, SÜFRƏdən əliboş, AC gedən OLMAsın . YA Rəbb yardım et, resepti sən daha yaxşı bilirsən, duzu əskik, ya da şor olmasın;məni üzüqara eləmə…
  • EhtiyAC və möhtAC qardaş oldular, aclar bir SÜFRƏ (Quran)dən YEyərlər.
  • Məni tapmaq üçün bu qədər YOLları keçməli idin. İndi de görüm nə gətirmisən?…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru