Sumqayıtda ən gözəl zəfər bayramı

ESMİRA GÜNƏŞİN YAZILARI

Sumqayıtda ən gözəl zəfər bayramı

5 noyabrda Sumqayıt şəhər İ.Qayıbov adına 1 saylı məktəbin 2e sinifi Qarabağımızın azadlığını, “Zəfər bayramını” qeyd edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin bir dəqiqəlik sükutu ilə açıq elan olunduqdan sonra 2e sinifinin sinif rəhbəri Gülgəz müəllimə çıxış edərək, şagirdlərə və qonaqlara günün önəmindən bəhs edib. Daha sonra sözü şəhid analarına verib. Tədbirdə şairə Esmira Günəşin dəvətiylə iştirak edən şəhid Ruslan Məmmədovun anası Rəna xanım və şəhid Niyaməddin Ələkbərovun anası Həcər xanım çıxış edərək, şəhid övladlarının xatirəsini yaşadan hər kəsə təşəkkür edərək, hər tədbirin onlar üçün təsəlli olduğunu bildiriblər.

Daha sonra şagirdlərin bir-birindən maraqlı çıxışları ilə davam edən tədbirin sonunda şairə Esmira Günəş çıxış edərək qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə, xüsusilə də valideynlərə təşəkkürünü bildirərək, valideynlerin sinif adından şəhid ailələri üçün hazırladıqları hədiyyələri təqdim etməsi üçün müəlliməyə təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra şagirdlər və qonaqlar birlikdə şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Gülgəz müəllimə şagirdlərə vətən müharibəsi qəhrəmanlarımızın məzarlarını göstərərək onlar haqqında məlumatlar verib. İlin ən yadda qalan tədbiri 1 nömrəli məktəbin 2e sinfinin tədbiri olub.

Müəllif: LEYLİ NOVRUZOVA

ESMİRA GÜNƏŞİN YAZILARI

LEYLİ NOVRUZOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd. İlk məhəbbət həsrəti.

TƏRANƏ MƏMMƏD

İlk məhəbbət həsrəti

Bayram günlərində telefonuma gələn təbrikdə çox söz yazılmır. Yazılan sözlərdən biri məni həmişə çox duyğulandırır. “Əzizim” sözü. Hər dəfə də “Əzizim, səni təbrik edirəm!” – yazılır. Bu sözə görə bütün bayramları sevir və səbirsizliklə gözləyirəm. Hətta hərdən bayramların sayının az olduğuna təəssüflənirəm. Yaxşı ki, yaşım çoxdur və Sovet dövrünün bayramları da yadımdadır. Məni təbrik edən adam da o dövrün nümayəndəsi olduğu üçün, bir də görürsən artıq təqvimimizdən çoxdan silinmiş bayramları da yada salır. Yada salır dedim, yadıma bir əhvalat düşdü. Elə həmin bu “əzizim” kəlməsini mənə hər bayram ərmağan edən insanla əlaqəli.

Özüm-özümü tərifləməyim, amma bir qədər qəribə görünsə də, deməliyəm ki, cavanlıqda çox gözəl və Bakıda ən yaxşı geyinən qızlardan idim. Valideynlərim tez-tez xarici səfərlərdə olur və oradan mənə son dəbdə olan geyimlər gətirirdilər.

Biz şəhərin düz mərkəzində, bizdən bir qədər aralıda da uzaq qohumumuz, Solmaz xalamgil yaşayırdı. Qohumumuzun Sahib adlı bir nəvəsi də var idi. Bu hündür boylu, enlikürək oğlan özündən o qədər razı idi ki, sanki Bakıda bundan yaraşıqlı, bundan ağıllı, bundan bacarıqlı ikinci adam yox idi. Anam da, rəfiqəm də bilirdilər ki, mən bu oğlana aşiqəm. Bu boyda şəhərdə gözüm ondan başqa bir adamı görmürdü. Mənə yaxınlaşan hər kəsdə məhz onun cizgilərini axtarır, ona oxşarlıq gəzirdim. Bunu o özü də hiss edirdi. Məni görəndə danışıb-gülər, mənimlə zarafat edər, amma yaxınlığa doğru bir addım da atmazdı. O qədər ciddi oğlan idi ki, onun zarafatı da, gülüşü də mənə qəribə gəlirdi.

Mənim ona olan münasibətimi hamıdan yaxşı rəfiqəm bilirdi. Bilirdi ki, onu görəndə əllərim əsir, özümü itirirəm. Hər dəfə Sahibdən danışanda deyirdi: Sən də qəribə qızsan ee. Bir addım at da! O nə bilsin ki, sən onu sevirsən?

Ancaq mən həmişə susur və necə deyərlər “yarımı pünhyanı sevirdim”. Sahib mənim ilk məhəbbətim idi. İlk məhəbbbətin adətən uğursuz olduğu haqda kitablarda çox oxumuşdum, ancaq nə zamansa roman qəhrəmanları kimi gizli bir eşq yaşayıb, sonra ömrüm boyu əziyyət çəkəcəyimi güman edə bilməzdim.

İsti yay günlərindən biri idi. Qaynar şualarını Bakının küçələrinə örpək kimi sərən günəşin istisi nəinki insanları yandırır, hətta küçənin asfaltını əridirdi. Rəfiqəmlə dərsdən çıxıb bizə gəldik. Evimiz nisbətən sərin idi. Bir qədər dincəldikdən sonra rəfiqəm üzünü mənə tutub gözlərini qıydı və:

– Sən o yaraşıqlının telefon nömrəsini bilirsən?- deyə soruşdu.

– Nə yaraşıqlı? – deyə mən rəfiqəmin kimi nəzərdə tutduğunu dərhal anlayıb soruşdum.

– Güya bu şəhərdə ikinci yaraşıqlı var sənin aləmində? – deyə rəfiqəm zarafat etdi.

– Neynirsən onun telefon nömrəsini?

– Zəng edib deyəcəm ki, sənin dərdindən burada saralıb solan var.

– Dəlisən?!

– Niyə dəli oluram? Qoy bilsin də. Bəlkə bir reaksiyası olar o daş ürəklinin.

– Yox. Lazım deyil.

– Ver görüm onun nömrəsini. Mən bilirəm nə edəcəyimi.

– Nömrəni tapıb verərəm, amma mənim adımı çəksən səndən ömürlük inciyərəm.

– Yaxşı. Söz verirəm sənin adın olmayacaq, amma onunla bir zarafat etməliyəm…

O vaxt mobil telefonlar yox idi. Mən telefon kitabçasından Sahibin iş telefonunun nömrəsini tapıb rəfiqəmə verdim. Qız elə bunu gözləyirmiş kimi dəstəyi götürüb nömrəni yığdı.

Xəttin o biri başından “Allo” deyən ecazkar səsi o dəqiqə tanıdım. Qeyri-ixtiyarən əllərim əsdi. Mənə elə gəldi ki , o, bizi burada, bax elə bu otaqda görür. Mən əllərimlə üzümü tutub kənara çəkildim. Rəfiqəm əvvəllər heç vaxt onda sezmədiyim aktyorluq istedadını işə salıb salamlaşdı:

– Bağışlayın, nömrəni səhv yığmışam, – dedi.

Düşündüm ki, söhbət elə bu iki kəlmə ilə də bitəcək, lakin belə olmadı. İllər boyu gizlicə həsrətini çəkdiyim oğlan elə həmin ecazkar səsə bir qədər də nəvaziş qatıb:

– Buyurun, xanım. Siz hansı nömrəni yığırdınız ki? – deyə soruşdu.

Rəfiqəm kənarda həyəcandan əsdiyimi görüb gülümsədi və ağlına ilk gələn bir nömrəni dedi.

Xəttin o biri başında səslənən gülüşü eşidəndə həm təəccübləndim, həm də əsəbiləşdim. Bu azmış kimi, mənim idealım olan Sahib qır saqqız olub yapışdı rəfiqəmdən.

“Xanım, nə gözəl səsiniz var”, “yəqin özünüz daha gözəlsiniz”, “ sizi görmək istəyərdim” və sairə bu kimi ifadələri işlədərək rəfiqəmdən əl çəkmirdi.

Rəfiqəm də öz roluna necə məharətlə girmişdisə, heç çıxmaq fikri yox idi. O, gülərək nazla “Olar! Gəlin elə bu gün görüşək!” – deyəndə sanki ürəyim yerindən tərpəndi.

– Harda? Necə? – deyə Sahib sevincək soruşdu.

– Bu gün “Azərbaycan” kinoteatrının qarşısında. Axşam saat 7-də.

– Əla. Mənə çox uyğundur ora. Blirsiniz, siz sanki mənim oraya yaxın olduğumu və saat 7-də işdən çıxacağımı bilirmiş kimi təyin etdiniz görüş yerini.

Rəfiqəm bütün bunları həqiqətən bildiyindən bir qədər tutulsa da, özünü ələ aldı və vəziyyətdən ustaıqla çıxa bildi.

– Ha, ha, ha! Siz nə danışırsınız? Sadəcə mən şəhərdə başqa yer tanımıram. Ona görə oranı dedim. Vaxt isə valideynlərimin evdə olmayan vaxtdır. Evdən çıxa bilərəm.

– Olsun. Sizi gözləyəcəm.

Rəfiqəm dəstəyi yerinə asıb dərindən nəfəs aldı və divanda oturub gözlərini mənə zillədi.

Biz çinayət işləmiş müqəssirlər kimi bir-birimizə baxıb susurduq. Sonra rəfiqəm:

– Sən də buna vurulmusan! Salam verən kimi məni görüşə dəvət etdi. Eybi yox. Qoy getsin ora. Biz də səninlə gedib kənardan onun məni gözlədiyini seyr edərik.

– Mən heç yerə gedən deyiləm! – dedim.

Qəribə burasıdır ki, sevdiyim oğlan başqa bir qıza görüş təyin etdiyini eşidəndə təəccüblənsəm də, ürəyimdə ona qarşı mənfi nəsə oyanmadı. Uzun müddət ürəyimdə yer verdiyim o oğlan gözümdən düşmədi. Baş verənləri adi zarafat kimi qəbul etdim.

– Yaxşı gedib baxarııq! – dedim.

Bir qədər sonra anam zəng edib axşam evə gec gələcəyini dedikdə

– Hara gedirsən ki? – deyə soruşdum.

– Atanla kinoya gedəcəyik. Bilet alıb. Bu axşam “Azərbaycan” kinoteatrında yeni film nümayiş edilir, – dedi.

Anamla söhbətimi rəfiqəm də eşidirdi. Mən dəstəyi asıb:

– Biz bu axşam ora gedə bilmərik. Valideynlərim orada olacaqlar, – deyə mən yaranmış vəziyyəti rəfiqəmə izah etdim.

– Düzdür. Heyf. Onun məni orada necə gözlədiyini görə bilməyəcəyik! – deyə rəfiqəm planının pozulduğuna təəssüfləndi.

O gün rəfiqəm məni tək qoymayıb valideynlərim gələnə qədər mənimlə qaldı. Bir müddətdən sonra onllar gəldilər və xüsusi bir ruh yüksəkliyi ilə yeni filmdən və kinoya getdiklərindən danışdılar.

– Qızlar, siz də gedib baxın. Əla filmdir. Solmaz xala da getmişdi bizimlə, – deyə anam söhbətə başladı.

– Solmaz xala da sizinlə idi? – deyə mən təəccübləndim.

– Hə. Ona da bilet almışdıq. Kinoteatrın qarşısında da təsadüfən Sahibi gördük. Mənə elə gəldi ki, kimisə gözləyirdi. Gözü elə cavan qızlarda idi, – deyə anam mənə baxıb gülümsədi.

Rəfiqəm özünü saxlaya bilməyib güldü:

– Bəlkə kiminləsə görüşü var imiş? Siz mane olmusunuz? – dedi.

– Ola bilər. Cavan oğlandı da. Hər halda bizimlə filmi seyr etmək istəmədi.

– İstəməz də, – deyə yenə rəfiqəm dilləndi.

Ertəsi gün rəfiqəm yenə bizə gəldi, yenə Sahibin telefonuna zəng etdi:

– Necəsiz? – deyə soruşdu

– Siz görüşə niyə gəlmədiniz? Mən sizi gözlədim, – deyən Sahibin sualına rəfiqəm aktyorluq istedadının ən yüksək pilləsini nümayiş etdirdi:

– Siz mənimlə görüş təyin edib özünüz başqa qadınla görüşdünüz dünən axşam, – dedi

– Mən?! – deyə yazıq oğlan təəccübləndi

– Bəli, siz! Mən sizə yaxınlaşmaq istədikdə yanınızdakı qara saçlı qadını görüb geri döndüm.

Sahib necə bərk güldüsə səsi telefon dəstəyindən otağa yayıldı.

– Xanım, o qara saçlı qadın mənim nənəmdir! – deyib daha da bərk güldü:

– Demək siz gəlmişdiz ora? – deyə soruşdu.

– Əlbəttə. Nənəniz cavandır maşallah! – deyə Solmaz xalanı yaxşı tanıyan və o axşam Sahibin yanındakı qadının məhz nənəsi olduğunu bilən rəfiqəm heyrətləndi.

– Hə. Nənəm vaxtilə çox gözəl olub. İndi də təravətini itirməyib.

Solmaz xala həqiqətən çox gözəl qadın idi. Onun yaşı çox olsa da həmişə səliqəli və dəblə geyinər, özünə çox yaxşı baxardı.

– Gələn dəfə nə vaxt görüşək? – deyə Sahib soruşdu.

– Bu ara Moskvaya gedəcəm. Gələndən sonra sizə mütləq zəng edərəm, – deyə rəfiqəm görüşmək istəmədiyini bildirdi.

– Yaxşı olsun, əzizim! – deyib Sahib sağollaşdı.

Sahibin rəfiqəmə, tanımadığı, heç vaxt görmədiyi bir qıza əzizim deməsi məni çox məyus etdi. Mənə elə gəlirdi ki, hər kəsə əzizim demək olmaz axı! Mən o vaxtlar nə qədər sadəlöhv idim! Bütün bunlara baxmayaraq hər dəfə Sahibi görəndə hiss edirdim ki, qəlbimdəki boşluğu ancaq o doldura bilər. Əgər o vaxt mənə ümid versəydi, mənə evlilik təklif etsəydi, mütləq onunla ailə qurardım. Təəssüf ki, o bunu etmədi. Mən də sevgimi ürəyimin dərinliyində dəfn etdim…

Günlərin bir günü Sahib “Niyə ərə getmirsən ? Yoxsa ürəyində gizli sevgin var?” – deyə soruşdu. Gözlərinin düz içinə baxıb “Var!” – dedim. İstehzalı bir gülüşlə “Yoxsa o, mənəm?”- dedi.

Xeyr! Sən deyilsən, əzizim! – deyb ondan həmişəlik ayrıldım. Cürət edib “sənsən!”deyə bilmədim… Hətta ona “əzizim” deyərək əsəbimdən onun bir zaman rəfiqəmə dediyi sözü də özünə qaytardım.

Ondan sonra həyatımda çox şey dəyişdi. Başqa bir insanla ailə qurdum. İki oğul anası oldum. Xoşbəxt və firavan yaşadım, ancaq onu unuda bilmədim ki, bilmədim… İndi nə valideynlərim, nə Solmaz xala həyatda yoxdurlar. Onları xatirələrimdə yaşadıram.

Hərdən gənclikdə qürurumu sındırıb Sahibi sevdiyimi ona demədiyim üçün heyfsilənirəm. Çünki illər sonra o, mənə “əgər o gün, sənə sual verdiyim gün ürəyindəki mən olduğumu desəydin hər şey başqa cür olardı. Çünki o vaxtlar o qədər gözəl idin ki, mən özümü sənə layiq bilmirdim, ancaq səni ürəyimdə sevirdim və həmişə bu sevgini gizlətməyə çalışırdım, əzizim!” – dedi.

Bu dəfə “əzizim” sözü tamam başqa cür səsləndi. Bu söz indi ürəkdən deyilən və yalnız mənə aid söz idi.

Biz indi çox yaşlıyıq. Hər ikimizin nəvələrimiz var, ancaq mən yenə də onu görəndə özümü bir qədər itirirəm. Yəqin kitablardan oxuduğum ilk məhəbbət həsrəti elə bu imiş.

Bax, indi də gözüm təqvimdədir. Bayram yaxınlaşır axı.

Yenə mütləq ondan mənə təbrik gələcək. Yenə yazacaq “Bayramın mübarək,əzizim!”

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

yazıçı, şair, tərcüməçi. AYB üzvü.


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Afət Şahid. Şeirlər

AFƏT ŞAHİDİN YAZILARI

ŞEİRLƏR

  • ALLAH heç nəyi ŞAHİD siz YARATmır.

ADƏM yarananda Mələklər və İblis şahidlik etdi;

     Mələklər SƏCDƏ etdi, İblis isə asi oldu.

     Allah şahidiyəm (hansından?)

  • Mən NƏFƏSəm Tanrı VERmiş PAYımı

Əlim QƏLƏM TUTsun ,VERim PAYını

DANIŞanda itirmə sən SAYĞInı

İncidərsən Allah verər payını….

  • Mənim şeirlərim SƏSdir,

Hər sətri də bir NƏFƏSdir,

Səsli oxu, səsli DİNLƏ

          MƏNi GÖRdün?.. Bax QƏLBinə…

  • Mən qəlbləri OXUyuram,

Taleyimi TOXUyuram

qoy bitirim, İSTİ olsun,

bu istidən hər kəs ALsın….

  • QURU deyiləm ki…

 boğazda qalım..

YAŞ deyiləm ki əyəsiz…

Məni sanmayın YİYƏsiz….

  • Kitab mənimlə yatıb..

Bədən yorğun,

Beyin ac.

GÖYə zillənmiş

GÖZlər şahid…

  • MƏN başqalarının TALEyini

oxumaq istəmirəm,

OXUduqca başıma gəlir…

 sonra yata BİLmirəm…

  • Məni düşürənlərlə düşünənlər arasında qalmışam

Düşməsəydim…

                       düşünməzdim….

  • Məni istəyən oğlan-

Hansı tərəfimi istəyirsən?

AĞ tərəfimi, yoxsa QARA  tərəfimi.

…sonra qara tərəfimi göstərib…

 ağ tərəfimi də qaral(a)tma,

 korlama “mən”i.

  • Sən- payızın əvvəli kimi:

sakit, kövrək  və təmkinli

mən – payızın sonu kimi:

çılgın, qarlı və dumanlı

bir YAZ(ı) GÜNəşində göründük bir-birimizə

Payızın tən  ortasında düyünləndik

Mən sən oldum…

Sən də mən…

  • Mən elə bilirdim ki…

Yolunda böyüdüm,  gözlədim səni

Yolunda  dayandım – gördün sən məni

Yolumuz  birləşdi – biz yoldaş olduq.

Yolunda  su daşıdım,

Yolunda  daş daşıdım,

Yolunda övlad daşıdım,

Sənlə nəfəs aldım,

sənlə böyüdüm

sənlə qırılıb dağıldım…

…yığıb parçalarımı birləşdirib

yenidən yaratdım özümü.

Baxıb tanımadım özüm-özümü.

Sən demə –

O, MƏNi cilalayırmış.

  • Suallarımla özümü yordum

Özümü bezdirdim cavab tapmayınca

yenə özümü yoldum….

O isə gülümsəyərək

Başımı əyib SƏCDƏyə getməyimi istədi: Əlhəmdulillah.

  • Bütün PƏRDƏləri ARAlama,

içəridə MƏN VARam,

nə istərsən al götür

Hisslərim(n)lə oynama…

  • Bİr BƏDƏNdə iki RUHam,

həm ANAyam, həm ATAyam,

Üç YETİM var ətrafımda;

bilmirəm hansına çatam.

Yetiş YA DOST köməyimə,

lütfünü SƏN əsirgəmə!

BİR OLsan da ehtiyac var

Sadiq dosta, keşikçiyə…

  • Dost HAQQını kimsələrə Yedirtməm

Ahı TUTar, bir-bir gələr gözümdən

Qarışqaya verdiyin o DÖZÜMdən

VERə bilSƏN heç DÜŞMƏrəm GÖZündən

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

بو گوز – زائـــور اوستاج Zaur Ustac – Bu güz

ZAUR USTAC زائـــور اوستاج

Zaur Ustac
زائـــور اوستاج
بو گوز
ظفر لیباسیندا سئوینج گؤز ياشی
هر ایکی ساحلده دايانیب اَرلر
آيریلیق آتشی ائله قارسیيیب
ایچهرک قورودار آرازی نرلر
* * *
گؤيلردن بويلانیر تومریس آنامیز
اَلینده قان دولو او مشهور تولوق
خاین ياغیلارین باغری يئنه قان
جانی اَسمهجهده، ایشلری شولوق
* * *
اوشاقدان بؤيويه هامی امیندیر
تاریخ صحنهسینده يئتیشیب زامان
بو دفعهبیريوللوق بیتهجک صؤحبت
نه گذشت اولاجاق، نه ده کی، آمان
* * *
ایللردیر حسرتدن گؤزلری نَملی
مامیرلی داشلارین گولور هر اوزو
نئچه قرینهدیر قالمیشدی چیلپاق
يامياشیل چايیرلا گلیب بو گوزو
* * *
آل دونون گئيینیر گونش هر سحر
سمامیز ماسماوی، گؤي اوزو تمیز
دومان دا يوخ اولوب، ایتیب بولودلار
گؤزون آيدین اولسون، سئوین، آ تبریز
06/11/2022. باکی

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!
06.11.2022. Bakı.
Müəllif: ZAUR USTAC زائـــور اوستاج

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru