- DOĞMA YURDum,
Suyunu içərəm
Yudum, yudum
Sərt dağların
Dayanıqlı…
SƏMAn AYDIN
Üzü NURlu..
ÖVLİYAlar YETİŞdirdin
Bir-birindən
ZİYAlı
Ş A M A X I…
- Sən kimsənsə, məndə ondan biriyəm,
Səhər ÖLÜ, axşamlarsa DİRİyəm…
Gəlirsən gəl, yadlar uzaqda dursun,
Ürək gülsün, kədər məzarda dursun…
- Sil gözünün yaşını
Qədər vurmuş naxşımı…
Çevir GÖYə baxşını
Ordan istə GƏL mənə…
- Mən gələ bilmərəm yar,
Sən gəl,istə, gələrsən,
Bu payız mən getmişəm,
Sən də YAZda GƏLərsən…
- Ardımca baxma mənim,
Yollar məni çox yordu.
Taleyimi danlama,
Heç üzülmə, ağlama …
Heç üzülmə, ağlama …
- Məndə olan yara səndə nə gəzir,
Acıqlı sözlərin adamı əzir.
- Yaz gələndə güllər açar, sevinər,
bu SEVİNCin ömrü yaman az olur.
Ətirli güllərin zövqü-səfası
Dərilənə QƏDƏR(di), ömrü az olur.
- Doğru BİRsə, yalan elə SIFIRdı,
Çuvalda gizlətsən də elə sızırdı..
Doğru da, yalan da çuvala sığmaz….
İnsan DÜNYAya,
Dünya da İNSANa sığmaz..
- YARAları BAGLAyın,
Qoy SAĞALsın yaralar.
Qoy SAĞ QALsın insanlar.
SALAM, HƏKİM, ŞƏFA VER…
- Əgər BİLmirəm DEYİRsənsə
BİL Deyənə BAX…
O, sən getdiyin YOLu ÇOXdan UZAQdan GÖRüb.
- Qəlbimin sultanısan,
Həyatımın mənası…
Nəfəsim gedir gəlir
İki dodaq arası…
Ol deyəndə oluram.
Öl deyəndə ölürəm.
Uyku kiçik ölümdür
İki Cahan arası…
Doğulandan gedirəm,
Yıxılıram, dururam,
Hərdən də duruxuram
İki qapı arası…
Qəlbimin sahibisən,
İstədiyin edirsən.
Ağladıb güldürürsən
İki sözün arası…
Qəlbimə yara vurma,
Yarı əlimdən alma.
Qısqanırsan, bilirəm
İki baxış arası…
Əhv et fani qulunu,
Utandırma soyunu.
Şahid varsa yanında
İki oyun arası…
Müəllif: AFƏT ŞAHİD
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru